BAKI 2018
MƏŞĞULLUĞUN OLMAMASI İLƏ BAĞLI YARANMIŞ MALİYYƏ RİSKLƏRİNİN SIĞORTASI QAYDALARI
BAKI 2018
Məşğulluğun olmaması ilə bağlı yaranmış maliyyə risklərinin sığortası Qaydaları (bundan sonra “Qaydalar”) Azərbaycan Respublikası qanunlarının və digər normativ-hüquqi aktların tələblərinə əsasən hazırlanıb və məşğulluğun olmaması ilə bağlı yaranmış maliyyə riskləri üzrə sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsidir (bundan sonra “Sığorta Müqaviləsi”).
Hazırki Qaydalar, sığorta şəhadətnaməsi, Sığortalı tərəfindən doldurulmuş ərizə forması və müvafiq Əlavələr birlikdə vahid Müqavilə təşkil edirlər.
Ərizə forması Müqavilənin əsasını təşkil edir və sığorta təminatı Sığortalı tərəfindən Sığorta ərizəsində göstərilmiş məlumatlara və bəyənnamələrə əsasən verilir.
BU QAYDALARDA İSTİFADƏ OLUNAN ƏSAS TERMİNLƏR
Aşağıda göstərilən termin və ifadələr Qaydaların hər hansı bir hissəsində istifadə olunub-olunmasından asılı olmayaraq eyni məna daşıyırlar.
Sığortaçı
Sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs - “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti.
Sığortalı
Sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi fəaliyyət qabiliyyətli fiziki şəxsdir. Sığorta müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, Sığortalı qismində 25-65 yaş arasında xxxx, sığorta müqaviləsinin bağlanması tarixində qüvvədə xxxx əmək müqaviləsinə əsasən çalışan, ümumi əmək stajı 12 aydan və xüsuilə son iş yerində 6 aydan az olmayan əmək stajına malik şəxs çıxış edə bilər.
Faydalanan şəxs
Qanunvericiliyə və ya sığorta müqaviləsinə əsasən sığorta ödənişi verilməli xxxx şəxs.
Sığorta məbləği
Sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi.
Sığorta ödənişi
Sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq Sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası.
Sığorta riski
Sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik.
Sığorta tarifi
Sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi.
Sığorta haqqı
Risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsi ilə nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği.
Sığorta hadisəsi
sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal.
Maliyyə riski
Özündən asılı olmayan səbəblər nəticəsində Sığortalının məşğulluğun olmaması ilə bağlı onun daimi qazanc mənbəyindən gözlənilmədən məhrum olması üzrə risk.
Azadolma məbləği
Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.
Gözləmə müddəti
Gözləmə müddəti sığorta müqaviləsi ilə müəyyən olunmuş hadisələr üçün sığorta təminatı verilməyən müddətdir.
Əmək müqaviləsi (kontrakt)
İşəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.
İşəgötürən
Tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs.
İşçi
İşəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.
Məşğulluq
Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin (bundan sonra - vətəndaşların) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və bir qayda olaraq onlara qazanc (gəlir) gətirən hər hansı fəaliyyətidir Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (bundan sonra DMX)
Dövlət Məşğulluq Xidmətinə daxildir:
• Dövlət Məşğulluq Xidməti işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi tədbirlərini həyata keçirən icra hakimiyyəti orqanıdır.
• Şəhər, rayon məşğulluq orqanları və Naxçıvan Muxtar Respublikasının Məşğulluq xidməti.
Kredit müqaviləsi
Sığortalı (borclu) və bank və ya digər kredit təşkilatı arasında bağlanılan müqavilə. Kredit müqaviləsinə əsasən bank və ya digər kredit təşkilatı (kreditor) müqavilədə göstərilən məbləğdə və şərtlərlə Sığortalıya pul vəsaitinin verilməsini, borclu isə həmin pul vəsaitinin qaytarılmasını və vəsait üzrə faizlərin ödənilməsini öhdəliyinə götürür.
Sığorta ödənişlərinin limiti
Sığorta müqaviləsi üzrə həyata keçirilən sığorta ödənişlərinin ümumi sayına və ya ümumi məbləğinə məhdudiyyət qoyula bilər.
Sığorta müqaviləsində və ya qrup halında sığorta müqavilələrində Sığortaçının müxtəlif sığorta anlayışlarından və ifadələrindən istifadə etmək hüququ vardır və eyni zamanda bu Qaydalara və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmamaq şərtilə yuxarıda sadalanan anlayışlara düzəlişlər, əlavələr və ya hər hansı bir dəyişiklik edə bilər.
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar Sığortaçı və Sığortalı arasında məşğulluğun olmaması ilə bağlı maliyyə riskləri üzrə bağlanılan sığorta müqaviləsinin ümumi şərtlərini özündə ehtiva edir və həmin müqavilələrin məzmununun müəyyən edilməsinin əsasını təşkil edir.
Məşğulluğun olmaması ilə bağlı maliyyə riskləri üzrə sığorta müqaviləsinə əsasən Sığortaçı müqavilə ilə müəyyən edilən sığorta haqqı müqabilində müqavilədə göstərilmiş hadisə baş verdikdə (sığorta hadisəsi) Sığortalıya və ya xeyrinə müqavilə bağlanmış şəxsə (sığorta olunan) bu hadisənin nəticəsində dəymiş zərər ilə bağlı müqavilədə razılaşdırılmış məbləğ həcmində (sığorta məbləği) sığorta ödənişini ödəməyi öhdəsinə götürür.
1.2. Sığorta müqaviləsi bağlanılan zaman hazırkı Qaydalar sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsini təşkil edir və Sığortalı və Sığortaçı üçün mütləq xarakter daşıyır. Sığortalı və Sığortaçı sığorta müqaviləsinə Azərbaycan Respublikasnın qanunvericiliyinə zidd olmayan hər hansı bir əlavə, istisna, dəqiqləşdirmə barədə razılığa gələ bilərlər və müvafiq sığorta müqaviləsinə (sığorta şəhadətnaməsinə) aidiyyatı olmadıqda sığorta müqaviləsinin (sığorta şəhadətnaməsinin) mətnində qeyd etmək şərtilə bu Qaydaların müəyyən müddəalarını sığorta müqaviləsinin (sığorta şəhadətnaməsinin) mətnindən çıxara bilərlər.
1.3. Sığorta müqaviləsinin mətninə daxil edilməyən bu Qaydaların şərtləri Sığortalı (Faydalanan) üçün mütləqdir, bir şərtlə ki sığorta müqaviləsində bu Qaydaların tətbiqi birbaşa qeyd olunub və Qaydalar sığorta müqaviləsi ilə birlikdə vahid sənəd kimi təqdim edilib və ya sığorta müqaviləsinə əlavə edilib (bu halda Sığortalıya Qaydaların təqdim olunması barədə sığorta müqaviləsində qeyd aparılır).
1.4. Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmadıqda, Sığortaçı hazırkı Qaydalar əsasında sığorta şərtlərini, o cümlədən bu Qaydaların əsasında bağlanmış və müvafiq Sığortalıya və Sığortalılar siqmentinə yönəldilmiş sığorta müqaviləsinin və ya bir qrup sığorta müqavilələrinin sığorta proqramlarını formalaşdırmaq hüququna malikdir. Bu şərtlər sığorta şəhadətnaməsinə əlavə olunurlar və onun tərkib hissəsini təşkil edirlər.
1.5. Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmadıqda, bu Qaydalar əsasında bağlanmış bir qrup oxşar müqavilələrə Sığortaçı marketinq adları vermək hüququna malikdir.
1.6. Sığortaçı peşəkar fəaliyyəti nəticəsində Xxxxxxxx/Xxxxxxxxxx şəxs və ya onların mülkiyyəti barədə əldə etdiyi məlumatları açıqlaya bilməz. Sığorta sirrini xxxxxx xxxxx əldə edən bütün şəxslər onu yaymağa və digər şəxslərə açıqlamağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
2. SIĞORTA OBYEKTİ
2.1. Sığorta obyekti maliyyə riskləri sığortalanmış şəxsin (sığortalı və ya sığorta olunanın) sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisələri yaranan itkilərin kompensasiyası ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan əmlak mənafeyidir.
2.2. Bu Qaydalara əsasən itki dedikdə, Sığortalının əmək müqaviləsinə xitam verilməsi səbəbindən mövcud öhdəliklərin, o cümlədən kredit müqavilələri üzrə öhdəliklərinin yerinə yetirilməsi üçün zəruri xxxx aylıq gəlirlərin əldə edilməməsi başa düşülür.
3. SIĞORTA SİNİFİ
Sığorta obyektinə görə şəxsi sığortaya aid xxxx aşağıdakı sinif:
Məşğulluğun olmaması ilə bağlı maliyyə riskləri üzrə sığorta müqaviləsinə əsasən Sığortaçı tərəfindən müqavilə ilə müəyyən edilən ödəniş (sığorta haqqı) müqabilində müqavilədə göstərilmiş hadisə (sığorta hadisəsi) baş verdikdə Sığortalıya və ya xeyrinə müqavilə bağlanmış şəxsə (faydalanan şəxsə) bu sığorta hadisəsi nəticəsində dəymiş zərər ilə bağlı müqavilədə razılaşdırılmış məbləğ (sığorta məbləği) həcmində sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan məşğulluq sığortası.
4. SIĞORTA HADİSƏSİ. SIĞORTA TƏMİNATININ HƏCMİ
4.1. Bu Qaydalara əsasən sığorta hadisəsi dedikdə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığorta olunana ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən aşağıda qeyd olunan hadisə və ya yaranan hallardır:
4.1.1. İşəgötürənin fəaliyyətinin ləğv edilməsi və ya dayandırılması ilə bağlı işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi;
4.1.2. İşəgötürən tərəfindən işçilərin sayının azalması və ya ştatların ixtisar edilməsi ilə bağlı əmək müqaviləsinə xitam verilməsi;
4.1.3. İşəgötürən tərəfindən müəssisənin mülkiyyətçisinin dəyişilməsi ilə bağlı əmək müqaviləsinə xitam verilməsi (Sığortalıya münasibətdə - müəssisənin rəhbəri, onun müavinləri və baş mühasib qismində çalışan Sığortalılara şamil olunur);
4.1.4. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsi, daha dəqiq isə: fiziki şəxs xxxx işəgötürənin ölümü, həmçinin fiziki şəxs xxxx işəgötürənin məhkəmə tərəfindən ölmüş və ya xəbərsiz xxxxx düşmüş elan edilməsi;
4.2. Sığorta müqaviləsində qeyd edildikdə, 4.1.1-4.1.4 bəndlərində göstərilmiş bütün halların və həmin halların ya ayrı-ayrılıqda, ya da istənilən tərkibdə sığortalanması mümkündür.
4.3. Qaydaların 4.1.1-4.1.4 bəndində göstərilən hallar yalnız aşağıda göstərilən şərtlər yerinə yetirildikdə sığorta hadisəsi hesab edilə bilər:
4.3.1. Əmək müqaviləsinin xitamı sığorta müqaviləsinin qüvvədə olması müddəti ərzində və yalnız gözləmə müddəti bitdikdə baş vermiş olsun;
4.3.2. Hadisələr bu Qaydaların 9.6.3-cü bəndində göstərilmiş müddət ərzində təqdim olunan sənədlər (Qaydaların 10.1.1-ci bəndinə əsasən) ilə təsdiq olunmalıdırlar;
4.3.3. Məşğulluğun olmaması sığorta müqaviləsində göstərilmiş zaman üzrə gözləmə müddətini keçmiş olsun.
4.4. Qaydaların 4.1.1-4.1.4-cü bəndlərində göstərilən hadisələr aşağıdakı hallarda sığorta hadisəsi hesab olunmurlar və həmin hadisələr üzrə heç bir sığorta ödənişi həyata keçirilmir:
4.4.1. Əmək müqaviləsinə sığorta müqaviləsi ilə müəyyən olunmuş gözləmə müddəti ərzində xitam verilərsə;
4.4.2. Sığortalının zaman üzrə azadolma müddətində yeni əmək müqaviləsi bağladığı halda;
4.4.3. Sığortalının məşğulluğun olmaması zaman üzrə azadolma müddətinə təsadüf edərsə;
4.4.4. Sığortalı Qaydalar ilə müəyyən olunan müddət ərzində DMX-də qeydiyyatdan keçmədikdə və ya məşğulluğun olmaması ərzində DMX-da qeydiyyatda olmadıqda.
5. SIĞORTA MƏBLƏĞİ
5.1. Sığorta hadisəsi baş verdikdə Sığortaçının ödəməli olduğu məbləğin son həddi (sığorta məbləği) Sığortalı və Sığortaçı arasında əldə olunan razılığa əsasən müəyyən edilir.
5.2. Sığorta müqaviləsi ilə ödənişlər üzrə müxtəlif məhdudiyyətlər nəzərdə tutula bilər (məsuliyyət limitləri üzrə və ya fərdi risklər üzrə) bir şərtlə ki, bu cür məhdudiyyətlər Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmasın.
5.3. Sığorta məbləği kredit müqavilələri daxil olmaqla, Sığortalının gəlir və öhdəliklərinin həcmi nəzərə alınaraq Sığortalının sığorta hadisəsi baş verdikdə üzləşə biləcəyi mümkün itkilərin həddi çərçivəsində qarşılıqlı razılığa əsasən müəyyən olunur.
6. SIĞORTA HAQQI. SIĞORTA TARİFİ
6.1. Sığorta haqqı sığorta məbləğlərindən, baza sığorta tariflərindən, sığorta müddətindən, azadolmalardan və sığortalanmış əmlak maraqlarının xüsusiyyətindən asılı olaraq müəyyən olunur.
6.2. Baza sığorta tarifləri bir illik müddət üçün hesablanır.
6.3. Sığortaçı ödənilməli xxxx sığorta haqqını müəyyən edərkən, sığorta hadisəsinin baş verməsi ehtimalına və yarana biləcək zərərin həcminə təsir göstərə biləcək risk və faktorların xüsusiyyətlərini nəzərə alaraq, öz tərəfindən tərtib olunan sığorta tariflərini sığorta məbləğinə əsasən tətbiq etməkdə səlahiyyətlidir. Bu cür faktorlara, əsasən, Sığortalının işgüzar nüfuzu, əmək stajı və Sığortalının təhsil səviyyəsi, onun işəgötürən tərəfindən əvvəllər işdən azad olunması faktı və bu cür azad olunmanın əsasları, iş yerinin dəyişilməsi faktının təkrarlanması və s. aiddir.
6.4. Sığorta haqqının ödənilməsi Sığortalı tərəfindən tam olaraq bir dəfəlik ödənilməsi şərtiləSığortaçı tərəfindən təqdim olunan hesab-fakturaya və ya sığorta haqqının məbləğini və ödəmə qaydasını müəyyən edən hər hansı bir sənədə uyğun olaraq həyata keçirilməlidir. Sığorta haqqı nağdsız qaydada ödənilə bilər. Sığorta haqqının ödənilməsi günü məbləğin Sığortaçının hesabına daxil olduğu gün hesab olunur.
6.5. Sığortaçı tərəfindən təqdim olunan hesab fakturada və ya 6.4-cü bənndə qeyd olunan ödəniş üçün əsas xxxx sənəddə əks olunan sığorta haqqının məbləği tam olaraq ödənilmədikdə və sığorta haqqının ödənilməsi müddətinə və şərtinə riayət olunmadıqda, Sığortaçı sığorta müqaviləsinə xitam verə və ya Sığortalı üçün sığorta haqqının ödənilməsinə görə əlavə müddət təyin edə bilər. Sığorta hadisəsi baş verdikdə, sığorta haqqı şərtlərə əsasən ödənilməmiş olarsa, bu halda Sığortaçı bütün öhdəliklərdən azad olunur.
6.6. Sığorta tarifləri və onun iqtisadi əsaslandırılması.
Sığorta tarifinin hesablanması üçün zəruri xxxx məlumatlar:
• n – müqavilələrin nəzərdə tutulan sayı
• q – sığorta hadisəsinin baş vermə ehtimalı
• S – bir sığorta müqaviləsi üzrə sığorta məbləğinin xxxx qiyməti
• Sb – sığorta hadisəsinin baş verməsi zamanı bir sığorta müqaviləsi üzrə xxxx sığorta ödənişi
• γ – sığorta hadisələri üzrə ödənişlərin verilməsi üçün yığılmış sığorta haqlarının yetərli olmasının tələb olunan ehtimalına zəmanət
• α(γ) – təhlükəsizlik zəmanəti, γ-xxx, xxxxx xxxx əmsal. Bu əmsalın qiymətini cədvəldən götürə bilərik:
γ | 0.84 | 0.9 | 0.95 | 0.98 | 0.9986 |
α(γ) | 1.0 | 1.3 | 1.645 | 2.0 | 3.0 |
Netto-dərəcə Tn iki hissədən ibarətdir - əsas hissə T0 və risk əlavəsi Tr :
Tn = T0 + Xx
Xxxxx-dərəcənin əsas hissəsi T0 sığorta hadisəsinin baş vermə ehtimalı q, xxxx sığorta məbləği S və xxxx sığorta ödənişi Sb –xxx xxxxx xxxx sığortaçının xxxx ödənişlərinə uyğundur. Netto-dərəcənin əsas hissəsi aşağıdakı düsturla hesablanır:
T = 100 × Sb × q
n S
Risk əlavəsi Tr sığorta hadisələrinin sayının xxxx qiymətindən xxx olması ehtimalını nəzərə almaq üçün daxil edilir. Risk əlavəsi Tr aşağıdakı düsturla hesablanır:
1 − q
nq
Tr = 1.2 × T0 × α (γ ) ×
Brutto-dərəcə aşağıdakı düsturla hesablanır:
T = Tn ×100 ,
b 100 − f
burda f (%) – yükləmənin ümumi tarif dərəcəsində payıdır.
Tarif dərəcəsinin strukturu: 65% - netto-dərəcə, 35% - yükləmə.
Hesablamalar üçün təhlükəsizlik zəmanəti 0.9986 məbləğində götürülüb, yəni α(γ)=3.0 . Qeyd edək ki,
• baza sığorta tarifləri müddəti bir il xxxx müqavilələr üçün hesablanır
• baza sığorta tarifləri üç qrup sığorta olunanlar üçün hesablanır:
1. Gəlirlərin itirilməsi sığorta olunan şəxslər
2. Kredit öhdəlikləri sığorta olunan şəxslər
3. Gəlirlərin itirilməsi və kredit öhdəlikləri sığorta olunan şəxslər
Sığorta hadisəsinin baş vermə ehtimalının hesablanması
q= işi itirənlər / işləyənlər
Xxxx sığorta məbləğinin hesablanması
1. S= illik xxxx əmək haqqı
2. S = xxxx kredit məbləği
xxxx kredit məbləği = cəmi verilmiş kredit məbləği / kredit götürənlərin sayı
3. S= illik xxxx əmək haqqı + xxxx kredit məbləği
Xxxx sığorta ödənişinin hesablanması
Sb sığorta ödənişinin riyazi gözləməsi kimi hesablanır.
Sb =(1-işə qəbul olunma ehtimalı) *13/ 24 * xxxx sığorta məbləği
işə qəbul olunma ehtimalı = işə qəbul olunanlar / (işsizlər + iş yerini itirənlər + ali məktəblərin məzunları)
sığorta olunanların qrupları | n – müqavilələrin nəzərdə tutulan sayı | q – sığorta hadisəsinin baş vermə ehtimalı | S - xxxx sığorta məbləği | Sb – xxxx sığorta ödənişi | T0 - netto-dərəcənin əsas hissəsi (sığorta məbləğinin %-i) | Tr - risk əlavəsi (sığorta məbləğinin %-i) | Tn - netto-dərəcə (sığorta məbləğinin %-i) | Tb - brutto-dərəcə (sığorta məbləğinin %-i) |
1. Gəlirlərin itirilməsi sığorta olunan şəxslər | 25 | 0,012 | 4 764 | 1 239 | 0,312 | 2,04 | 2,35 | 3,62 |
2. Kredit öhdəlikləri sığorta olunan şəxslər | 100 | 0,012 | 2 775 | 722 | 0,312 | 1,02 | 1,33 | 2,05 |
3. Gəlirlərin itirilməsi və kredit öhdəlikləri sığorta olunan şəxslər | 70 | 0,012 | 7 539 | 1 960 | 0,312 | 1,22 | 1,53 | 2,36 |
Baza sığorta tariflərinin hesablanması cədvəli
Beləliklə, gəlirlərin itirilməsi sığorta olunan şəxslər üçün baza sığorta tarifi 3.62%, kredit öhdəlikləri sığorta olunan şəxslər üçün baza sığorta tarifi 2.05%, gəlirlərin itirilməsi və kredit öhdəlikləri sığorta olunan şəxslər üçün isə 2.36% təşkil edir.
Qeydlər:
• Baxılan xxxxxx xüsusiyyətləri və sığorta hadisəsinin baş vermə ehtimalına və ehtimal olunan zərərin məbləğinə təsir edə biləcək amillər barədə Sığortalı tərəfindən təqdim olunan məlumatlara əsasən hesablanmış baza tariflərinə yüksəldirici və azaldırıcı əmsallar tətbiq oluna bilər.
• Baza tariflərinin hesablanması zamanı aşağıdakı mənbələrdən istifadə olunub: Dövlət Statistika Komitəsinin saytı
İqtisadi İnkişaf Nazirliyinin saytı
Mərkəzi Bankının saytı (Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin məlumatları) Təhsil Nazirliyinin saytı.
7. AZADOLMA MƏBLƏĞİ VƏ GÖZLƏMƏ MÜDDƏTİ
7.1. Könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər.
7.2. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır.
7.3. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda və ya sığorta müqaviləsində razılaşdırılmış hər hansı digər halın baş verməsi şərtilə azadolma məbləği tətbiq edilmir.
7.4. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir.
7.5. Sığorta müqaviləsində gözləmə müddəti nəzərdə tutulduqda sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərin əvəzinin ödənilməsi sığortalının üzərində qalır.
7.6. Şərtli gözləmə müddəti müəyyən edildikdə sığorta hadisəsinin nəticələrinin həmin müddətə bərabər və ya ondan artıq müddətdə davam etməsi şərti ilə sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə də şamil edilir.
7.7. Sığorta müqaviləsində şərtsiz gözləmə müddəti müəyyən edildikdə sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə şamil edilmir.
8. SIĞORTA MÜQAVİLƏSİ: ANLAYIŞI VƏ ONUN BAĞLANMASI VƏ ONA XİTAM VERİLMƏSİ QAYDASI
8.1. Sığorta müqaviləsi yazılı şəkildə və tərəflərin sayına əsasən müvafiq nüsxələrdə tərtib olunur. Bütün nüsxələr eyni hüquqi qüvvəyə malikdir. Sığorta müqaviləsi tərəflərin razılığına əsasən həmin müqavilədə göstərilən müddətə bağlanılır.
8.2. Sığorta təminatı sığorta şəhadətnaməsində göstərilən tarixdə yerli vaxt ilə saat 00.00-da qüvvəyə minir və sığorta şəhadətnaməsində müəyyən olunan tarixdə yerli vaxt ilə saat 23.59-da qüvvədən düşmüş hesab olunur.
8.3. Sığorta müqaviləsinin bağlanması üçün Sığortalı Sığortaçıya bütün lazımi məlumatları əks etdirən ərizəni təqdim edir.
8.4. Ərizə ilə yanaşı Sığortaçı Sığortalıdan aşağıdakı sənədlərin təqdim edilməisini tələb edə bilər:
• əmək müqaviləsinin nüsxəsi (əlavələrlə birgə)
• əmək kitabçasından çıxarış
• fiziki şəxsin gəliri haqqında arayış
• sığortalanan risk ilə bağlı digər sənədlər
8.5. Sığorta müqaviləsi bağlandıqdan sonra Sığortalı tərəfindən sığorta hadisəsinin baş verməsi ehtimalını və onun nəticəsində yarana biləcək zərərin həcmini müəyyən edən şəraitlər haqqında bilərəkdən yalnış məlumat verilməsi aşkar olunarsa, Sığortaçı bu halda sığorta müqaviləsinin etibarsız olmasını və bununla bağlı Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən nəticələrin tətbiq edilməsini tələb edə bilər.
8.6. Sığortalı və Sığortaçı arasında sığorta müqaviləsi bağlanılarkən, aşağıdakı mühüm şərtlər barəsində razılıq əldə edilməlidir:
• Sığorta müqaviləsinin obyekti xxxx əmlak mənafeləri
• Sığorta hadisəsi sayıla biləcək hadisənin xüsusiyyəti
• Sığorta məbləğinin həcmi
• Sığorta müqaviləsinin müddəti
8.7. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının qanunvericiliyinə və hazırkı Qaydalara zidd olmadıqda tərəflər müqaviləyə müvafiq əlavələrin edilməsi barədə razılığa gələ bilərlər. Sığorta müqaviləsinin şərtlərinə edilən dəyişikliklər sığorta müqaviləsinə əsasən buraxılan Əlavə ilə rəsmiləşdirilir. Əlavələr yazılı şəkildə tərtib olunur və müqavilənin ayrılmaz hissəsini təşkil edir. Müqavilənin şərtləri dəyişdirildiyi hallarda, əgər tərəflərin qarşılıqlı razılaşmasından və ya əlavənin məzmunundan digər şərt irəli gəlmirsə, bu halda öhdəliklər Əlavənin imzalandığı gün dəyişdirilmiş hesab olunur.
8.8. Tərəflər müqavilənin icra edilməsi və bitməsi ilə bağlı bütün xəbərdarlıq və məlumatları sığorta müqaviləsində qeyd olunan ünvana göndərməlidir. Ünvanların və ya rekvizitlərin dəyişdiyi halda, bir tərəf o biri tərəfi 10 gün müddətində məlumatlandırmalıdır. Əgər bir tərəf o biri tərəfi rekvizitlərin və ünvanın dəyişilməsi barədə əvvəlcədən məlumatlandırmamışdırsa, köhnə ünvana göndərilən xəbərdarlıq və məlumatlar çatdırılmış kimi qəbul olunacaq.
8.9. Müqavilədən irəli gələn hüquqi münasibətlərin yaranması, icrası və ya bitməsi ilə bağlı bütün xəbərdarlıqlar və məlumatlar yalnız yazılı şəkildə tərtib olunaraq tərəflərdən birinin ünvanına çatdırılması tərəfin məlumatlandırılması hesab olunur.
8.10. Sığortalı tərəfindən sığorta müqaviləsinin itirildiyi hallarda, Sığortaçı Sığortalının ərizəsinə əsasən sığorta şəhadətnaməsinin dublikatını çıxarır. İtirilmiş sənəd ərizənin təqdim olunduğu gündən etibarsız sayılır və o sənəd üzrə heç bir ödəniş həyata keçirilmir. Sığorta müqaviləsinin sığorta müddəti ərzində Sığortalı tərəfindən təkrarən itirildiyi zaman, Sığortaçı Sığortalıdan blankın dəyərinin ödənilməsini tələb edə bilər.
8.11. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
• Sığorta müqaviləsinin müddəti bitdikdə;
• Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən digər hallarda
8.12. Sığorta müqaviləsinə tərəflərin razılığına əsasən vaxtından əvvəl xitam verilə bilər.
8.13. Sığortaçının tələb ilə sığorta müqaviləsinə vaxtından əvvəl xitam Azərbaycan Respublikasının qanunverciliyində göstərilən hallarda və qaydada verilə bilər.
8.14. Sığorta müqaviləsinə Sığortalının tələbi ilə istənilən zaman vaxtından əvvəl xitam verilə bilər. Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi Sığortalının yazılı ərizəsinə və ona əlavə edilmiş sığorta müqaviləsinə (müqaviləni təsdiq edən sığorta şəhadətnaməsinə) əsasən aparılır. Sığorta müqaviləsi sığortaçı tərəfindən ərizənin əldə edildiyi gün saat 00.00-xxx və ya ərizədə göstərilən gün saat 00.00-xxx etibarən xitam edilmiş hesab olunur. Bununla əlaqədar olaraq, Sığortaçı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada sığorta müqaviləsinin istifadə olunmamış müddətinə görə sığorta haqqını Sığortalıya qaytarır.
8.15. Sığorta müqaviləsi qüvvəyə mindikdən sonra, sığorta hadisəsinin baş verməsi ehtimalı artıq mövcud olmadıqda və ya sığorta riskinin mövcudluğu sığorta hadisəsindən başqa digər səbəblərə görə dayandıqda, sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilir. Bu halda, Sığortaçı Sığortalıya istifadə olunmamış günlərin sayına proposional olaraq sığorta haqqını qaytarır. İstifadə olunmamış günlərin sayı Sığortaçını yazılı qaydada yuxarıda göstərilmiş hadisələrin baş verməsi və ya sığorta hadisəsindən başqa digər bir hadisənin baş verməsi haqqında məlumatlandırıldığı gündən etibarən hesablanır.
9. SIĞORTA RİSKİNİN ARTMASI
9.1. Sığorta müqaviləsinin müddəti ərzində Sığortalı Sığortaçıya sığorta müqaviləsinin bağlanması zamanı risklər ilə bağlı verdiyi məlumatlarda mühüm dəyişikliklər baş verdikdə və həmin dəyişiklik sığorta riskinin artması ilə nəticələndikdə, Sığortalı Sığortaçını həmin dəyişikliklər barədə ən ağlabatan qısa müddətdə xəbərdar etməlidir (baş verən dəyişikliklər o zaman mühüm sayılır ki, əgər tərəflər əvvəlcədən bu haqda məlumatlı olsaydılar, müqaviləni bağlamaqdan imtina etmiş, ya da müqaviləni digər şərtlərə əsasən bağlamış olardılar).
9.2. Sığortaçı sığorta riskinin artması barədə məlumat aldıqda, sığorta müqaviləsinin şərtlərini dəyişmək və ya risk artımına proporsional olaraq əlavə sığorta haqqının ödənilməsini tələb etmək hüququ vardır. Əlavə sığorta haqqı aşağıdakı düstura əsasən hesablanır:
D = (B2-B1)*n/12
D - əlavə sığorta haqqı
B1 - sığorta müqaviləsinin bağlandığı zaman mövcud xxxx riskə əsasən hesablanmış illk sığorta haqqı B2 - sığorta müqaviləsinin dəyişdirildiyi zaman mövcud risk dərəcəsinə əsasən hesablanmış illik sığorta haqqı
N - sığorta müqaviləsinin bitməsinədək qalan tam ayların sayı.
Əlavə sığorta haqqının hesablanması zamanı, natamam xx xxx ay kimi qəbul olunur.
9.3. Sığortalı Sığortaçını sığorta riskinin artması barədə məlumatlandırmadıqda, Sığortaçının Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən sığorta müqaviləsinə xitam vermək və bununla bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
10. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ.
10.1. Sığortaçının hüquqları:
a) Ərizədə göstərilən obyektlərin və ya sənədlərin müstəqil qaydada və ya ixtisaslaşmış şirkətlər vasitəsilə təhlilini aparmaq, müvafiq sənədlərlə xxxxx olmaq;
b) Sığorta hadisəsi faktının, və ya ödənilməli xxxx sığorta ödənişinin həcminin müəyyən edilməsi məqsədilə Sığortalıdan və ya səlahiyyətli orqanlardan (o cümlədən DMX-xxx) müvafiq məlumatları istəmək, həmçinin müstəqil şəkildə sığorta hadisəsinin baş verməsinin səbəb və şəraitini müəyyən etmək, sığorta hadisəsi ilə bağlı ekspertizanı həyata keçirmək;
c) Baş vermiş hadisə ilə bağlı zərərlərin tənzimlənməsi məqsədilə ekspertlər təyin etmək;
d) Xxxxxxxxx ilə birgə araşdırmalar aparmaq və sığorta hadisəsinin baş verməsi faktı, o cümlədən dəymiş zərərin həcmi üzrə yoxlamalar həyata keçirmək;
e) Sığorta riski artdıqda, bu artıma əsasən proporsional qaydada əlavə sığorta haqqının ödənilməsini və müqavilə şərtlərinin dəyişdirilməsini tələb etmək;
f) Tələb olunan sənədlər təqdim olunmadıqda, sığorta ödənişinin həyata keçirilməsini həmin sənədlərin təqdim edildiyi günədək dayandırmaq;
g) bu bəndin b) yarımbəndinə əsasən Sığortaçı tərəfindən səlahiyyətli orqanlara göndərilən sorğulara rəsmi cavab göndərildiyi günədək, sığorta ödənişini dayandırmaq;
h) Sığorta müqaviləsində və qanunvericilikdə göstərilən digər hüquqlar.
10.2. Sığortaçının vəzifələri:
a) Sığorta hadisəsi baş verdikdə sığorta müqaviləsində göstərilən müddətdə sığorta ödənişini həyata keçirmək;
b) Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən qaydada və şərtlərlə, sığorta müqaviləsinin bağlanılması məqsədilə Sığortalıya və ya faydalanan şəxsə məxsus şəxsi məlumatların işlənilməsini və ötürülməsini həyata keçirmək;
c) Əlavə məlumatların əldə edilməsi və Sığortalı tərəfindən təqdim olunan və sığorta təminatı veriləcək xxxxxx düzgünlüyünün yoxlanılması, həmçinin sığorta ödənişi ilə nəticələnə biləcək hadisələr ilə əlaqədar səlahiyyətli dövlət orqanlarına müvafiq sorğular göndərmək.
d) 11.1.1-ci maddədə nəzərdə tutulan sənədlərdən sonuncusunun sığortaçıya daxil olduğu tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Sığortaçı sığorta ödənişini sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 xxxxx həcmində dəbbə pulu ödəyir.
10.3. Sığortalının hüquqları:
a) Sığorta hadisəsi baş verdikdə sığortaçıya sığorta tələbini ünvanlamaq və sığorta ödənişi almaq;
b) Sığorta müqaviləsində və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hüquqları həyata keçirmək;
10.4. Sığortalının vəzifələri:
a) Sığorta haqqını vaxtında ödəmək;
b) Sığorta müqaviləsi bağlanarkən ona məlum xxxx və sığorta riskinin qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün şəraitlər haqqında Sığortaçını xəbərdar etmək, həmçinin onun tərəfindən bu sığorta obyekti ilə bağlanmış və ya bağlanılacaq bütün sığorta müqavilələri haqqında məlumat vermək;
c) Sığortaçını sığorta müqaviləsində göstərilən müddət ərzində sığorta hadisənin baş verməsi haqqında məlumatlı etmək, sonradan isə yazılı şəkildə zərərin baş verməsi faktını və həcmini təsdiqləmək;
d) Bütün lazımi və ağlabatan ehtiyat tədbirlərini görmək və Sığortaçının zərərin aradan qaldırılması ilə bağlı bütün tövsiyələrinə əməl etmək, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə riayət etmək.
10.5. Sığorta hadisəsi əlamətlərini daşıyan hadisə baş verdikdə Sığortalının öhdəlikləri:
10.5.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
10.6. Sığorta hadisəsi baş verdikdə Sığortalının aşağıda göstərilən digər öhdəlikləri vardır:
10.6.1. 10 gün ərzində (qeyri-iş günləri nəzərə alınmamaq şərtilə) işsiz və ya işaxtaran vətəndaş qismində qeydiyyata alınması məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bütün lazımi sənədləri DMX-ya təqdim etmək;
10.6.2. Yeni əmək müqaviləsinin bağlanılması üçün bütün lazımi və ağlabatan tədbirləri görmək:
- DMX tərəfindən təşkil olunan kurslarda iştirak etmək;
- Peşəkar istiqamətləndirmə ilə bağlı DMX tərəfinən təqdim olunan məlumatları almaq;
- DMX tərəfindən verilən təyinata əsasən peşəkar hazırlıq, yenidən hazırlıq və ixtisasın artması ilə bağlı kurslarda iştirak etmək.
10.6.3. sığorta hadisəsinin əlamətlərini daşıyan hadisənin baş verməsi ilə bağlı ərizə ilə birgə Sığortaçıya bu hadisənin baş verməsi faktını təsdiqləyən 11.1.1.-ci maddədə göstərilən sənədləri mümkün xxxx ən qısa müddət ərzində təqdim etmək;
10.6.4. sığorta müqaviləsində göstərilən müddət ərzində Sığortalının işsiz və ya iş axtaran vətəndaş qismində DMX-da qeydiyyatdan keçirilməsi faktını təsdiqləyən sənədi təqdim etmək;
10.6.5. zərərin baş verməsi şəraitini, xarakterini və həcmini müəyyən edən sənədlərlə Sığortaçının xxxxx olmaq imkanını təmin etmək;
10.6.6. müvafiq hallarda zərərin yaranmasına gətirib çıxaran hadisələr barədə müvafiq orqanları xəbərdar etmək.
10.7. Sığortaçının sığorta hadisəsinin baş verməsi barədə xəbərdarlıq aldıqdan sonra yaranan öhdəlikləri:
a) sığorta hadisənin şəraitlərini araşdırmaq, sığorta aktı tərtib etmək və zərərin həcmini müəyyən etmək
b) sığorta hadisəsi ilə bağlı bütün sənədləri əldə etdikdən sonra, sığorta ödənişinin məbləğini hesablamaq
c) Hazırki Qaydalarda göstərilən müddət ərzində sığorta ödənişini həyata keçirmək (və ya müvafiq əsaslar olduqda sığorta ödənişindən imtina etmək).
11. SIĞORTA ÖDƏNİŞİ: HƏCMİNİN MÜƏYYƏN EDİLMƏSİ VƏ ÖDƏNİŞ QAYDASI
11.1. Sığorta hadisəsi baş verdikdə Sığortaçı aşağıdakı sığorta ödənişini ödəyir (sığorta müqaviləsində göstərilən qaydada):
11.1.1. Sığorta məbləğini aşmamaq şərtilə sığorta hadisəsi nəticəsində yaranan zərərlər.
Hazırki qaydaların 4.1.-ci maddəsində göstərilən sığorta hadisəsi baş verdikdə əmək müqaviləsinə xitam verilməsi tarixindən etibarən 10.6.3-cü maddədə göstərilən müddət ərzində Sığortalı sığorta müqaviləsində göstərilən qaydada aşağıdakı sənədləri Sığortaçıya təqdim edir (əgər müqavilədə digər sənədlər göstərilməyibsə):
- Sığorta hadisəsinin baş verməsi barədə xəbərdarlıq
- Əmək kitabçasının müvafiq qaydada təsdiqlənmiş surəti (bütün doldurulmuş səhifələr)
- Xitam verilən ay istisna olmaqla, əmək müqaviləsinə xitam verilən aydan əvvəlki 3 ay müddət ərzində fiziki şəxsin gəlirləri haqqında arayış
- Sığorta müqaviləsinin surəti
- Kredit müqaviləsinin nüsxəsi (ödəniş qrafiki ilə birgə)
- Son iş yerindən verilən əmək müqaviləsinin surəti(bütün əlavələr ilə birgə)
- Sığortalının şəxsiyyətini təsdiq edən sənədin surəti
- Sığortaçı tərəfindən yazılı şəkildə tələb olunduqda və sığorta müqaviləsində göstərildikdə, sığorta hadisəsinin təsviri və sığorta ödənişininhəyata keçirilməsi üçün xxxxx xxxx digər sənədlər.
11.1.2. Sığorta müqaviləsində başqa hallar nəzərdə tutulmayıbsa, sığorta müqaviləsində qeyd olunan tarixlərdə məşğulluğun olmadığı halda və sığorta məbləğini aşmamaq şərtilə, sığorta ödənişi aylıq olaraq və əmək müqaviləsinə xitam verilməsi tarixindən əvvəl gələn 3 ay müddət üçün nəzərdə tutulan xxxx aylıq əmək haqqı və ya kredit müqaviləsinə əsasən sığortalanan öhdəliklərə görə aylıq kredit ödənişi həcmində ödənilir. Bu halda Sığortalı aşağıdakı sənədləri Sığortaçıya təqdim edir:
- Sığorta tələbi barədə ərizə;
- Sığorta müqaviləsində göstərilən müddət ərzində DMX tərəfindən verilən Sığortalının işsiz və ya iş axtaran vətəndaş qismində qeydiyyata alınması barədə arayış.
11.1.3. Bir ay üçün nəzərdə tutulan sığorta ödənişi sığorta müqaviləsində göstərilən sığorta məbləğindən xxx xxx bilməz;
11.1.4. Aylıq sığorta ödənişlərinin ümumi məbləği sığorta müqaviləsinə əsasən nəzərdə tutulan sığorta ödənişləri limitini aşa bilməz.
11.2. Sığorta ödənişinə dair ərizəni və bütün lazımi sənədləri əladə etdikdən sonra 7 iş günündən gec olmayaraq Sığortaçı sığorta aktı tərtib edir və sığorta ödənişini həyata keçirir, və ya Sığortalıya sığorta ödənişinə dair yazılı əsaslandırılmış imtina göndərir.
11.3. Tərəflər sığorta ödənişinin digər qaydada həyata keçirilməsinə dair razılığa gələ bilərlər.
11.4. Sığortalının zərəri tam həcmində ödənilir, bir şərtlə ki, aylıq ödənişin məbləği sığorta müqaviləsində göstərilən sığorta məbləğini aşmasın. Sığorta ödənişləri sığorta məbləğini aşa bilməz.
11.5. Sığorta şəhadətnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, sığorta hadisəsi aşağıda göstərilən hadisələrin nəticəsində yaranmış olduqda, Sığortaçı sığorta ödənişindən imtina edir:
a) bu Qaydaların 10.6.3-cü maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması;
b) sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barədə sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
c) baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
d) nüvə partlayışı, radiasiya və ya raioaktiv yoluxma;
e) müharibə və digər hərbi hərəkətlər;
f) vətəndaş müharibəsi, ixtisaslar, üsyan və bu kimi digər hadisələr;
g) Sığortalının və ya Xxxxxxxxxx şəxsin qəsdən törətdiyi hərəkətlər;
h) Azərbaycan Respublikasının qanunvericliyində göstərilən digər hallar.
12. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
Sığorta müqaviləsi ilə bağlı yaranan problemlər, o cümlədən tərəflərin fikir ayrlığı və hər hansı bir mübahisə ilkin olaraq danışıqlar yolu ilə həll olunur. Danışıqlıqlar bir nəticəyə gətirmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, o cümlədən məhkəmə qaydasında həllini tapır.
13. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.