AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
"Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında" 1990-cı il tarixli Beynəlxalq Konvensiyaya qoşulmaq barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası “Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında” 1990-cı il tarixli Beynəlxalq Konvensiyaya qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyun 2004-cü il
№ 690-IIQ
Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında
1990-cı il tarixli
B E Y N Ə L X A L Q K O N V E N S İ Y A ÖN SÖZ
Beynəlxalq Dəniz Təşkilatı Assambleyası (İMO) 1989-cu il 19 oktyabr tarixli A.674 (16) qətnaməsi ilə, neftlə çirklənmə hallarını törədən son ciddi hadisələri etiraf edərək, neftlə çirklənmə və bununla mübarizəyə hazırlığı təmin etmək məqsədilə beynəlxalq Konfrans çağırmağı qərara aldı.
Assambleya Təşkilatın Dəniz Mühitini Müdafiə Komitəsinə (MERS) Konfransda baxılmaq üçün, neftlə çirklənmə hallarına qarşı hazırlığı təmin edən və bununla mübarizə aparmaq üçün, bu məsələlərlə bağlı mövcud regional sazişlərin təcrübəsini nəzərə alaraq, beynəlxalq konvensiya hazırlamağı təklif etdi.
Bu konvensiya, öz növbəsində, neftlə çirklənməyə səbəb xxxx irimiqyaslı hadisələrə qarşı mübarizə aparmaq üçün beynəlxalq əməkdaşlıq strukturunu təmin edə biləcəkdir.
Bu göstərişə müvafiq olaraq beynəlxalq konvensiyanın layihəsi və müvafiq qətnamələr MERS-in təşkil etdiyi işçi qrupu tərəfindən, 1990-cı ilin martında keçirilmiş iyirmi doqquzuncu sessiyada nəzərdən keçirildi və 1990-cı ilin may ayında neftlə çirklənmə halları və onlarla mübarizəyə hazırlığı təmin etmək barədə konvensiyanın layihəsi və həmçinin əlaqədar qətnamələrin layihəsi səsə qoyuldu.
Assambleyanın qərarına müvafiq olaraq İMO 1990-cı il noyabrın 19-xxx 30-dək Londondakı qərargahında diplomatik konfrans çağırdı. Yekun Akta əlavə olaraq, konfrans Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq barəsində 1990-cı il tarixli Beynəlxalq Konvensiyanı qəbul etdi. Konfrans, həmçinin Yekun Akta əlavəyə daxil xxxx on qətnaməni də qəbul etdi.
Bu nəşrdə konfransın Yekun Aktından və ona edilən əlavədən, Neftlə çirklənmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında 1990-cı il tarixli Beynəlxalq Konvensiyadan mətnlər verilmişdir. Konfransın qəbul etdiyi 1 xxxxx qətnaməyə müvafiq olaraq, Katiblik Konvensiyanın 3, 4, 5, 6-cı maddələrinə uyğun olaraq, İMO-nun işlədiyi saziş və sənədlərə istinadları izahat şəklində daxil etmişdir. Qeyd etmək lazımdır ki, 3-
cü maddənin 1-ci bəndinin izahatında adı çəkilən Marpol 73/78 Konvensiyasına edilən 1-ci Əlavənin 26-cı qaydasında 1991-ci ilin iyul ayında, Dəniz Mühitini Müdafiə Komitəsinin keçirəcəyi otuz birinci sessiyanın qəbul edəcəyi Marpol 73/78 Konvensiyasına düzəliş zamanı müzakirə olunacaq.
Neftlə çirkləndirmə hallarına münasibət və hazırlığın təmin edilməsi sahəsində beynəlxalq əməkdaşlıq Konfransının
Y E K U N A K T I
1. Beynəlxalq Dəniz Təşkilatının Konvensiyasının 2-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq Təşkilatın Assambleyası 1989-cu il 19 oktyabr tarixli növbəti on altıncı sessiyasında A.674
(16) qətnaməsini qəbul edərək, neftlə çirklənmə hallarına münasibət və hazırlığı təmin etmək üçün konvensiya qəbul etmək məsələsinin müzakirəsi üçün beynəlxalq konfrans çağırmağı qərara almışdır.
2. Bununla əlaqədar olaraq, Assambleyanın yuxarıda göstərilən sessiyası iş proqramı və on altıncı maliyyə dövrü - 1990-1991-ci illər üçün büdcə haqqında 1989-cu il 19 oktyabr tarixli A.644 (16) qətnaməsini qəbul edərək qeyd etdi ki, Amerika Birləşmiş Ştatları hökuməti bir hazırlıq müşavirəsi və bir həftə ərzində diplomatik konfrans keçirilməsi üçün lazımi maliyyə vəsaiti təqdim etməyə məmnuniyyətlə razılıq vermişdir.
3. Sonralar Yaponiya hökuməti və Yaponiya Gəmiqayırma Sənayesi Fondu konfransın işini iki həftəyə qədər uzatmaq məqsədilə əlavə maliyyə vəsaiti ödəməyə məmnuniyyətlə razılaşmışlar.
4.
4. Konfrans 1980-ci il noyabrın 19-xxx 30-a kimi Beynəlxalq Dəniz Təşkilatının Londondakı qərargahında keçirilmişdir.
5. Konfransda 90 ölkənin nümayəndəsi iştirak etmişdir, onlardan:
ƏLCƏZAİR | FİNLANDİYA |
ANTİQUA VƏ BARBUDA | FRANSA |
ARGENTİNA | QABON |
AVSTRALİYA | XXXXXXXX |
XXXXX ADALARI | QANA |
BƏHREYN | YUNANISTAN |
BANQLADEŞ | QRENADA |
BARBADOS | QVİNEYA |
BELÇİKA | İSLANDİYA |
BRAZİLİYA | HİNDİSTAN |
KAMBOCA | İNDONEZİYA |
KAMERUN | İRAN (İR) |
KANADA | XXXXXXX |
XXXX-VERDE | YAPONİYA |
ÇİLİ | İORDANİYA |
ÇİN | XXXXXX |
XXXXX-RİKA | KÜVEYT |
KOT D'İVUAR | LİVAN |
KİPR | LİBERİYA |
KXDR | MALAVİ |
DANİMARKA | MALAYZİYA |
EKVADOR | MALDİV ADALARI |
MİSİR | MALTA |
XXXXXXXX | XXXXXX ADALARI |
EFİOPİYA | MAVRİKİ |
FİCİ | MEKSİKA |
MƏRAKEŞ | MANAKO |
MYANMA | SUDAN |
NİDERLAND | İSVEÇRƏ |
YENİ ZELANDİYA | TAİLAND |
NİGERİYA | TRİNİDAD VƏ TOBAQO |
NORVEÇ | TUNİS |
PAKİSTAN | TÜRKİYƏ |
PERU | UQANDA |
FİLİPPİN | UKRAYNA SSR |
POLŞA | SSRİ |
PORTUQALİYA | BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIČI |
KOREYA RESPUBLİKASI | TANZANİYA BR |
RUMINİYA | ABŞ |
SENT-LÜSİYA | URUQVAY |
SENT-VİNSENT VƏ QRENADA | VANUATU |
SƏUDİYYƏ ƏRƏBİSTANI | VENESUELA |
SENEQAL | VYETNAM |
SEYŞEL ADALARI | ZAİR |
SİNQAPUR | |
İSPANİYA |
6. Aşağıda göstərilən ölkələr Konfransa öz müşahidəçilərini göndərmişlər:
KUBA QVATEMALA YUQOSLAVİYA
7. Beynəlxalq Dəniz Təşkilatının assosialaşdırılmış üzvü xxxx Honkonq Konfransa öz müşahidəçisini göndərmişdir.
8. Konfransda Birləşmiş Millətlər Təşkilatının aşağıda göstərilmiş orqanlarının nümayəndələri iştirak etmişlər:
BMT-nin Ətraf Mühit Haqqında Proqramı (YUNEP) BMT-nin Sənaye İnkişafı üzrə Təşkilatı (YUNİDO)
BMT-nin Təhsil, elm və mədəniyyət məsələləri üzrə Təşkilatı (YUNESKO) Hökumətlərarası Okeanoqrafiya Komissiyası (HOK)
9. Aşağıdakı 4 hökumətlərarası təşkilat Konfransa öz müşahidəçilərini göndərmişdir: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) Avropa Birlikləri Komissiyası (ABK)
Neftlə çirklənmədən dəyən zərərin Kompensasiyası üçün Beynəlxalq Fond (İOPS Fondu) Helsinki Komissiyası (HELKOM).
10. Aşağıdakı 9 qeyri-hökumət təşkilatı Konfransa öz müşahidəçilərini göndərmişdir: Beynəlxalq Gəmiçilik Palatası (BGP)
Beynəlxalq Dəniz Komitəsi (BDK)
Port və Limanlar Beynəlxalq Assosiasiyası (PLBA)
Təsnifat Cəmiyyətləri Beynəlxalq Assosiasiyası (TCBA) Neft Şirkətlərinin Beynəlxalq Dəniz Forumu (OKİMF)
Neftin Sənaye Kəşfiyyatı və Hasilatı üzrə Beynəlxalq Forum (Forum EİP) Müstəqil Tanker Sahiblərinin Beynəlxalq Assosiasiyası (İNTERTANKO)
Çirklənmə ilə Mübarizə Tankerlərinin Mülkiyyətçilərinin Beynəlxalq Federasiyası (İTOPF) Dənizin Neftlə Çirklənməsinin Qarşısının Alınması üzrə Məşvərət Komitəsi (AKOPT)
11. Konfransın sədrliyinə Birləşmiş Krallıqda Mərakeş Krallığının Fövqəladə və Səlahiyyətli Səfiri, Mərakeş Nümayəndə heyətinin başçısı, əlahəzrət cənab Əbdislam Zənined seçilmişdi.
12. Konfrans sədrinin müavinləri:
vitse-admiral X. Xxxxxx de la Masa
xxxxx Xxx Xxxxxxxx (Çin)
Cənab Y. Esterqaard (Danimarka) Cənab O. O. Corc (Nigeriya)
Əlahəzrət möhtərəm T. Sikiyya (Filippin) cənab X. X. Xxxxx (SSRİ)
13. Konfransın katibliyi aşağıda adları göstərilən vəzifəli şəxslərdən ibarət idi: Baş katib: c-b U.A. O'Nil
İcraçı katib: x-x Xxxxxxxxxxxx,
Dəniz Mühitini Müdafiə İdarəsinin direktoru
İcraçı katibin müavinləri: c-b Uonem
Dəniz Mühitini Müdafiə İdarəsinin direktor müavini
c-b D. T. Xxxxxxx,
Dəniz Mühitini Müdafiə İdarəsinin direktor müavini
14. Konfrans neftlə çirklənmə hallarına hazırlığın təmin edilməsi üzrə Beynəlxalq Konvensiyanın maddələrinin layihəsi və xxx xxxx tövsiyə və qətnamələrin müzakirəsi tapşırılmış komitənin tam tərkibini təsis etdi.
15. Konfransın təsis etdiyi redaksiya komitəsi aşağıdakı doqquz dövlətin nümayəndələrindən təşkil olunmuşdu:
ARGENTİNA | BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIČI |
ÇİN | SSRİ |
MİSİR | ABŞ |
FRANSA | |
YAPONİYA | |
İSPANİYA |
16. Konfransda iştirak edən nümayəndələrin səlahiyyətlərini yoxlamaq üçün aşağıdakı dövlətlərin nümayəndələrindən ibarət səlahiyyətləri yoxlamaq komitəsi təşkil olunmuşdu:
KAMERUN
İRAN (İSLAM RESPUBLİKASI) İTALİYA
POLŞA VENESUELA
17. Tam tərkibli komitə:
sədr: x-x X. Xxxxxx (Norveç)
sədr müavinləri: əlahəzrət c-b Q.B. Xxxxx (Liberiya)
əlahəzrət x-x X. X. X. Rocers (Xxxxx adaları)
Redaksiya komitəsi:
sədr: x-x X. Xxxxxxxx (Yaponiya)
sədr müavini: c-b X.X. Xxxx (Fransa) Səlahiyyətləri yoxlama komitəsi:
sədr: x-x X. Xxxxx (Polşa)
18. Xxxxxxxx öz işinin əsası kimi istifadə etmişdir:
- hazırlıq müşavirəsinin hazırladığı neftlə çirklənmə hallarına münasibət və hazırlığın təminatı Beynəlxalq Konvensiyasının mətninin layihəsi;
- yuxarıda adı çəkilmiş hazırlıq müşavirəsi tərəfindən təqdim olunmuş Konfrans qətnaməsinin layihəsi.
19. Konfrans həmçinin hökumətlərin və maraqlı təşkilatların yuxarıda adları çəkilən sənədlərə dair Konfransa təqdim etdikləri təklif və şərhlərini də müzakirə etdi.
20. Müzakirələr nəticəsində Konfrans Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında 1990-cı il tarixli Beynəlxalq Konvensiyanı qəbul etdi.
21. Bundan əlavə Xxxxxxxx aşağıdakı qətnamələri qəbul etdi:
1. Neftlə çirklənməyə hazırlıq, bununla mübarizə və əməkdaşlıq üzrə 1990- cı il Beynəlxalq Konfransının maddələrinə müvafiq Beynəlxalq Dəniz Təşkilatının hazırlığı, müqavilə və başqa sənədlərə istinad.
2. Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında 1990-cı il Beynəlxalq Konvensiyasının qüvvəyə minməmişdən əvvəl tətbiqi.
3. Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında 1990-cı il Beynəlxalq Konvensiyasının 12-ci maddəsindəki əsasların vaxtlı-vaxtında tətbiqi.
4. Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında 1990-cı il Beynəlxalq Konvensiyasının 6-cı maddəsindəki əsasların tətbiqi.
5. Neftlə çirkləndirmə ilə mübarizə üçün lazımi təchizat ehtiyatlarının yaradılması.
6. Texniki yardımın təminatı.
7. Neftlə çirkləndirmə hallarına hazırlığı təmin edən proqramın tərkibi və həyata keçirilməsi.
8. Xilasedici xidmətlərin təkmilləşdirilməsi.
9. Hökumətlər və sığorta cəmiyyətləri arasında əməkdaşlıq.
10. Təhlükəli və zəhərli maddələrdən istifadə etməklə neftlə çirklənmə hallarına münasibət,
bununla mübarizədə hazırlıq və əməkdaşlıq, 1990-cı il Beynəlxalq Konvensiyasının tətbiqi sferasının genişləndirilməsi.
Bu qətnamələr Yekun Aktına edilən əlavəyə daxildir.
22. Bu Yekun Aktı ingilis, ərəb, ispan, Çin, rus və fransız dillərində bir əsl nüsxədə tərtib olunmuşdur, həmin nüsxə də saxlanılmaq üçün Beynəlxalq Dəniz Təşkilatının Baş katibinə təhvil verilir.
23. Baş katib Yekun Aktmı və ona Əlavəni, həmçinin Konvensiyanın autentik mətnlərinin əslinin təsdiq olunmuş surətlərini, əgər tələb olunarsa, bu Konfransda iştirak etməyə dəvət olunmuş dövlətlərin hökumətlərinə göndərə bilər.
Bunun təsdiqi olaraq aşağıda imza edənlər öz imzalarını Yekun Aktının sonunda qoymuşlar.
Min doqquz yüz doxsanıncı ilin noyabrında Londonda imzalanmışdır.
Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və
əməkdaşlıq haqqında
BEYNƏLXALQ KONVENSİYA, 1990
(1994-cü il xxxxxx 14-də saxlanmağa verilmiş düzəlişlər barədə Protokola əsasən rus dilindəki mətndə
edilmiş dəyişikliklərlə)
Bu Konvensiyanın Tərəfləri,
bütünlükdə insanı əhatə edən ətraf mühitin və xüsusilə dəniz mühitinin qorunmasının zəruriliyini anlayaraq,
baş verən hadisələr, o cümlədən gəmilərin qəzaya uğraması, neft emalı aparılan obyekt və limanlarda dəniz qurğularının dağıdılması nəticəsində neftlə çirklənmənin dəniz mühiti üçün törətdiyi ciddi təhlükəni etiraf edərək,
ilk növbədə neftlə çirklənmənin qarşısını almaq məqsədilə xəbərdarlıq və qabaqlama işlərinin mühümlüyünü, dənizdə təhlükəsizlik və onu çirklənməkdən qorumaq barədə beynəlxalq sənədlərə, xüsusilə 1974-cü ildə düzəlişlərlə qəbul edilmiş Dənizdə insan həyatını qorumaq haqqında Beynəlxalq Konvensiyaya, 1973-cü ildə qəbul edilmiş və 1978-ci il Protokolu ilə dəyişdirilmiş Gəmilərdən çirklənmənin qarşısını almaq barədə Beynəlxalq Konvensiyaya ciddi surətdə riayət etməklə, az bir zamanda neft daşıyan gəmilərin, dəniz qurğularının istismarı və xidmətinin yüksək standartlara uyğun layihələşdirilməsini diqqət mərkəzində saxlayaraq,
həmçinin neftlə çirklənməyə səbəb xxxx hadisənin böyük xxxxx xxxx biləcəyi faktını və bu zaman təcili və effektli tədbirlər görülməsinin vacibliyini diqqət mərkəzində saxlayaraq,
neftlə çirklənməyə səbəb xxxx hadisələrə hazırlığın effektivliyinin mühüm olmasını və bu baxımdan neft sənayesinin və gəmiçiliyin oynadığı vacib rolu vurğulayaraq,
daha sonra, neftlə çirklənməyə səbəb xxxx hadisələrə qarşı mübarizə olaraq, dövlətlərin imkanları barədə informasiya mübadiləsi də daxil olmaqla, qarşılıqlı yardımın və beynəlxalq əməkdaşlığın vacibliyini, neftlə çirkləndirməyə qarşı mübarizə üçün fövqəladə tədbirlər planının hazırlanmasını, dəniz aləminə və yaxud sahilə, əlaqədar dövlətlərə xxxxx xxxx bilən mühüm hadisələr haqqında xəbərlər mübadiləsini, dənizin neftlə çirklənməsinə qarşı mübarizə vasitələrinin tədqiqi və hazırlanmasını etiraf edərək,
"çirkləndirən ödəyir" prinsipinin ətraf aləm haqqında ümumi beynəlxalq hüquqi prinsip olduğunu nəzərə alaraq,
həmçinin neftlə çirklənmədən törənən ziyanın məsuliyyətini və kompensasiyası barədə beynəlxalq sənədlərin, o cümlədən 1969-cu il tarixli (CLC) neftlə çirkləndirmədən vurulan
zərərə görə mülki məsuliyyət haqqında Beynəlxalq Konvensiyanın, Neftlə çirklənmə zamanı ziyanın kompensasiyası üçün Beynəlxalq Fondun (FUND) yaradılması haqqında 1971-ci il tarixli Beynəlxalq Konvensiyanı, həmçinin "CLC" və "FUND" konvensiyalarına dair 1984-cü il protokollarının vaxtında qüvvəyə minməsinin son dərəcə vacib olduğunu nəzərə alaraq,
həmçinin ikitərəfli və çoxtərəfli müqavilələrin və razılaşmaların, habelə regional konvensiya və razılaşmaların vacibliyini nəzərə alaraq,
Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ barədə Konvensiyasının müvafiq müddəalarını, xüsusən də onun XII hissəsini nəzərə alaraq,
beynəlxalq əməkdaşlığa yardımın mühümlüyünü, neftlə çirklənmə baş verərsə, onunla mübarizədə mütərəqqi ölkələrin və kiçik ada dövlətlərinin tələbatını nəzərə alaraq, milli, regional və qlobal imkanların genişləndirilməsi zərurətini dərk edərək,
neftlə çirklənməyə qarşı hazırlıq, bununla mübarizə və əməkdaşlıq barədə Beynəlxalq Konvensiya bağlamaqla bu məqsədlərə ən yüksək tərzdə nail olmağı mümkün hesab edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
Ümumi müddəalar
(1) Tərəflər neftlə çirklənməyə səbəb xxxx hadisələrə hazırlığı təmin etmək və bununla mübarizə üçün bu Konvensiyanın müddəalarına və onun Əlavəsinə müvafiq olaraq, fərdi və yaxud birlikdə tədbir görmək məsuliyyətini boyunlarına götürürlər.
(2) Bu Konvensiyaya Əlavə, Konvensiyanın ayrılmaz hissəsini təşkil edir, bu Konvensiyaya əsaslanma eyni zamanda onun əlavəsinə əsaslanma deməkdir.
(3) Bu Konvensiya hər hansı hərbi gəmiyə, köməkçi hərbi gəmiyə və ya dövlətə məxsus, hazırda yalnız hökumət qeyri-kommersiya xidməti üçün istismar və istifadə olunan digər gəmiyə tətbiq olunmur. Xxxxx hər bir tərəf özünün istismar etdiyi və ya özünə məxsus gəmilərin onların istismarına və istismar imkanlarına əngəl törətməyən bu Konvensiyada müvafiq olaraq praktiki və imkan verəcək dərəcədə hərəkətini təmin edir.
M a d d ə 2
Anlayışlar
Bu Konvensiyanın məqsədləri üçün:
(1) “Neft” hər hansı formada - xam xxxx, xxxx yanacaq, neft çöküntüsü, neft qalıqları və təmizlənmiş məhsul daxil olmaqla, neft deməkdir.
(2) “Neftlə çirklənməyə səbəb xxxx insident” neftin axmasına gətirib çıxaran və ya çıxara bilən dəniz mühitinə, xxxxx xəttinə və oraya aid xxxx xxx və ya bir neçə fövqəladə tədbir, yaxud təxirəsalınmaz addımlar tələb edən ölkə üçün təhlükəli xxxx və yaxud ola biləcək hadisə və ya bir sıra hadisələr deməkdir.
(3) “Gəmi” dəniz mühitində istismar olunan hər hansı tipli gəmi deməkdir, həmçinin sualtı qanadlara malik gəmilər, hava yastıqlı gəmilər, sualtı gəmilər, hətta üzə bilən istənilən tipli vasitələr deməkdir.
(4) “Dəniz qurğusu” kəşfiyyat üçün ayrılmış neft və ya qazçıxarma, yaxud onların istehsalında neftin yüklənməsi, yaxud boşaldılmasında istifadə edilən hər hansı stasionar, yaxud üzə bilən qurğu və ya təchizatlar.
(5) “Neftayırma ilə bağlı dəniz limanları və obyektləri” neftlə çirklənməyə səbəb xxxx insidentlər üçün təhlükə yaradan təchizatlardır, bura həm də neftayırma ilə bağlı digər dəniz limanları, neft terminalları, xxxx kəmərləri və başqa obyektlər daxildir.
(6) “Təşkilat” Beynəlxalq Dəniz Təşkilatı deməkdir.
(7) “Baş katib” Təşkilatın Baş katibi deməkdir.
M a d d ə 3
Neftlə çirkləndirmə ilə mübarizənin fövqəladə tədbirlər planları
(1) (a) Hər bir Tərəf tələb edir ki, onun bayrağı altıda üzmək hüququna malik gəmilər öz bortunda neftlə çirklənməyə qarşı mübarizənin fövqəladə tədbirlər planına malik olmalıdır, bunu həmin məqsədə nail olmaq üçün Təşkilatın qəbul etdiyi müddəalar da tələb edir*.
(b) Bortunda (a) yarımbəndinə müvafiq fövqəladə tədbirlər planına xxxxx xxxx gəmi, Tərəfin yurisdiksiyası altında port və ya dəniz terminalında durduğu zaman, mövcud beynəlxalq sazişlərin** praktikasına müvafiq, ya da həmin ölkənin milli qanunvericiliyi əsasında, Tərəfin səlahiyyət verdiyi vəzifəli şəxslər vasitəsilə yoxlamadan keçirilməlidir.
(2) Hər bir Tərəf tələb edir ki, onun yurisdiksiyası altında xxxx dəniz qurğularının operatorları neftlə çirklənməyə qarşı mübarizənin fövqəladə tədbirlər planına malik olsun və bu plan 6-cı maddəyə müvafiq olaraq təsis edilmiş, əlaqədar səlahiyyətli milli orqan tərəfindən bəyənilmiş prosedurlara uyğun, milli sistemlə razılaşdırılmış olsun.
(3) Hər bir Tərəf tələb edir ki, öz yurisdiksiyası altında xxxx neftayırma ilə bağlı dəniz portu və obyektləri üçün cavabdeh orqan və operatorlar, neftlə çirklənməyə qarşı mübarizə fövqəladə planına və ya 6-cı maddəyə müvafiq olaraq təsis edilmiş, səlahiyyətli milli orqan tərəfindən bəyənilmiş prosedurlara uyğun, milli sistem tərəfindən müəyyən edilmiş digər sənədlərə malik olmalıdır.
M a d d ə 4
Neftlə çirklənmə barədə xəbərdarlıq qaydası
(l)Hər bir Tərəf:
(a) öz bayrağı altında üzən gəmilər üçün cavabdeh kapitanlardan və başqa şəxslərdən, onun yurisdiksiyasında xxxx dəniz qurğuları üçün məsuliyyət daşıyan şəxslərdən tələb edir ki, gəmi və ya neft axınına səbəb olmuş, ya da səbəb ola biləcək hər hansı bir hadisə haqqında təxirə salmadan məlumat versin:
(i) gəmi olduqda - yaxın sahilyanı dövlətə;
(ii) dəniz qurğusu olduqda - qurğunun, yurisdiksiyası altında olduğu sahilyanı dövlətə;
(b) öz bayrağı altında üzən gəmi üçün cavabdeh xxxx xxxxxxx, ya da başqa şəxslərdən, yurisdiksiyası altında xxxx dəniz qurğuları üçün cavabdeh xxxx şəxslərdən tələb edir ki, əgər gördükləri hər hansı bir hadisə neft axınına səbəb olmuşsa və ya dənizdə neft olduğu halda təxirə salmadan məlumat versinlər:
(1) gəmi olduqda - yaxın sahilyanı dövlətə;
(ii) dəniz qurğusu olduqda - qurğunun, yurisdiksiyası altında olduğu sahilyanı dövlətə;
(c) öz yurisdiksiyası altında xxxx neftayırma ilə bağlı dəniz limanı və obyektlərinə cavabdeh şəxslərdən neft axınına səbəb olmuş, ya da ola biləcək hadisə, dənizdə neft aşkar olunması barədə təxirə salmadan əlaqədar milli orqana xəbər verməyi tələb edir;
(d)öz dəniz inspeksiya və hava gəmilərinə, habelə digər əlaqədar xidmətlərə, vəzifəli şəxslərə göstəriş verir ki, dənizdə, neftayırma ilə məşğul obyektdə, limanda aşkar etdikləri neft axınına səbəb xxxx hadisə barədə təxirə salmadan əlaqədar milli orqana, yaxud sahilyanı dövlətə xəbər versin;
(e) mülki hava gəmilərinin pilotlarından xahiş edir ki, dənizdə neft axını və ya neft olduğu
* “... Təşkilat tərəfindən qəbul edilmiş müddəalar...” 1978-ci il tarixli Protokolla dəyişdirilmiş Gəmilərdən
çirkləndirmənin qarşısının alınmasına dair Beynəlxalq Konvensiyaya 1-ci Əlavənin 26-cı qaydasına aiddir (MARPOL 73/78).
** “... mövcud beynəlxalq sazişlər” sözləri MARPOL 73/78 Konvensiyasının 5 və 7-ci maddələrinə aiddir.
barədə dərhal sahilyanı dövlətə xəbər versin;
(2)1-ci bəndin (a) (i) yarımbəndinə uyğun xəbərlər Təşkilatın* hazırladığı və qəbul etdiyi ümumi prinsiplərə əsaslanan tələblərinə müvafiq olaraq göndərilir. 1-ci bəndin (a) (ii), (b), (c) və
(d) yarımbəndlərində nəzərdə tutulan xəbərlər Təşkilatın hazırladığı göstəriş və ümumi prinsiplərə müvafiq, xxxxx istifadəsi mümkün dərəcədə** göndərilir.
M a d d ə 5
Neftlə çirklənmə xəbərindən sonrakı işlər
(1) Maddə 4-də göstərilənlər barədə və ya başqa mənbələrdən xəbər aldıqda: Tərəf həmişə:
(a) hadisəyə qiymət verir, onun neftlə çirklənməyə səbəb olub-olmayacağını müəyyənləşdirir;
(b)neftlə çirklənmə törədən hadisənin xarakterini, miqyasmı və mümkün nəticələri qiymətləndirir; və
sonra dərhal hadisənin təsir edəcəyi və ya edə biləcəyi ölkələrə məlumat verir, həmçinin:
(1) hadisənin qarşısını almaq üçün etdiyi və ya etmək niyyətində olduğu işlər barəsində hərtərəfli məlumat, və
(ii) hadisə ilə mübarizədə işin sonuna qədərki hərəkətlər barədə məlumat, xəbərdar olunan ölkələrlə birgə əməkdaşlıq qərarı qəbul ediləcək görülən işlər barədə ardıcıl məlumat bildirir.
(2) Əgər hadisənin ciddi xarakter daşıdığı artıq müəyyənləşdirilibsə, Tərəf, bilavasitə müvafiq regional təşkilata və ya razılaşma yolu ilə Təşkilata birinci bəndin (b) və (c) yarımbəndlərində göstərilən informasiyanı təqdim etməlidir.
(3) Əgər hadisə ciddi neftlə çirklənmə kimi xarakterizə olunursa, aidiyyəti xxxx dövlətlər onları gözləyən təhlükə və buna qarşı gördükləri tədbir barədə Təşkilata müvafiq regional orqanlar tərəfindən xəbər verilməsini xxxxx etməlidir.
(4) Tərəflər təşkilat və digər dövlətlərlə məlumat mübadiləsi apararkən, mümkün dərəcədə Təşkilatın hazırladığı*** neftlə çirklənmə barədə xəbərdarlıq sistemindən istifadə etməlidirlər.
M a d d ə 6
Hazırlığın təmin olunması və cavab tədbirlərinin milli və regional sistemləri
(1) Hər bir Tərəf neftlə çirklənmə hadisələri ilə təcili və effektiv mübarizənin milli sistemini təsis edir. Bu sistemə minimum olaraq daxildir:
(a) (i) neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, cavab tədbirləri üçün məsul xxxx səlahiyyətli milli orqan və ya orqanların;
(ii) maddə 4-də göstərilən neftlə çirklənmə məlumatlarına cavabdeh olan milli operativ məntəqə və ya rabitə məntəqələrinin; və
(iii) dövlət adından yardım istəyə bilən və ya kömək barədə qərar qəbul edə bilən orqanın təyin edilməsi;
* "... Təşkilatın hazırladığı tələblərə... MARPOL 73/78 Konvensiyasının 8-ci maddəsinə və 1-ci protokoluna aiddir.
** "... Təşkilatın qəbul etdiyi göstəriş və ümumi prinsiplər..." sözləri "Gəmi xəbərdarlığının ümumi prinsiplər sisteminə gəmi xəbərdarlığının ümumi tələblərinə, dənizə təhlükəli yüklərin, zərərli maddələrin və ya çirkləndiricilərin atılması barədə hadisələrə dair xəbərdarlıq barədə göstərişlərə" aiddir. Təşkilat A. 648 (İB) qətnaməsi ilə qəbul etmişdir. (Katibliyin deyil. Məlumat üçün İMO-nun nəşrinə bax: "MARPOL 73/78 Konvensiyasının şamil edildiyi zərərli maddələrin axıdılması ilə bağlı hadisələr haqda məlumatlara aid müddəalar").
*** "... Təşkilatın hazırladığı, neftlə çirklənmə xəbəri sistemi" neftlə çirklənmə ilə mübarizə haqqında göstərişlərin II bölməsində vardır. Fövqəladə tədbirlər planının tətbiqi, dənizin Müdafiə Komitəsinin hazırladığı əlavə 2.
(b) Təşkilatın* hazırladığı göstərişləri əsas tutaraq, əlaqədar dövlətlər və ya xüsusi orqanlar arasındakı təşkilati işlərin qarşılıqlı münasibətini əks etdirən, cavabdehlik və hazırlığı təmin etmək üçün fövqəladə tədbirlər milli planı.
(2) Əlavə olaraq, hər bir Tərəf, öz imkanı daxilində, fərdi və ikitərəfli və ya çoxtərəfli əməkdaşlıq vasitəsilə, müvafiq neft sənayesi, gəmiçilik, liman rəhbərliyi və başqa əlaqədar təşkilatlarla əməkdaşlıq şərtilə təsis edir:
(a) müəyyən olunmuş yerlərdə neft axını ilə mübarizə üçün, yaranmış təhlükəyə və istifadə proqramına uyğun minimal miqdarda təchizatın yerləşdirilməsini;
(b) neftlə çirklənməyə cavabdeh təşkilatlar üçün təhlil proqramı və lazımi fərdi hazırlığı;
(c) neftlə çirklənməyə səbəb xxxx hadisəyə qarşı mübarizə aparmaq üçün hərtərəfli plan və rabitə vasitələrini. Belə vasitələrin daim olması məcburidir; və
(d) neftlə çirklənməyə səbəb olmuş insidentlə lazımi mənbələrin müvafiq mobilizasiya vasitələri ilə müntəzəm mübarizə mexanizmi və ya razılaşmanı.
(3) Hər bir Tərəf Təşkilata ya bilavasitə regional, ya da subregional orqan tərəfindən aşağıda qeyd olunanlar haqda xxxx məlumatın təqdimatını təmin edir:
(a) yerləşdirilmə, uzaq rabitə ilə alınmış xəbərlər, əgər tətbiqi mümkünsə, 1-ci bəndin (a) yarımbəndində göstərilən təşkilat və orqanların məsul olduğu rayonlar;
(b) çirklənməklə mübarizə təchizatına dair məlumatlar, başqa dövlətlər sifariş edərsə, onlar göstərmək üçün neftlə çirklənməklə mübarizə və dənizdə xilasetmə işləri haqqında xüsusi biliklər; və
(c) öz fövqəladə tədbirlər milli planı haqqında məlumat.
M a d d ə 7
Çirklənmə ilə mübarizədə beynəlxalq əməkdaşlıq
(1) Tərəflər öz imkanları və əldə xxxx müvafiq mənbələrdən asılı olaraq əməkdaşlıq etmək, bir-birinə konsultativ xidmət göstərmək, bir-birini texnika cəhətdən təmin etmək, əgər baş vermiş hadisə ciddi xarakter daşıyırsa, neftlə çirklənməyə gətirib çıxarırsa, bununla mübarizəni zərər çəkmiş tərəfin xahişi ilə birgə aparmaq barədə razılaşırlar.
(2) Yardım istəyən Tərəf, Təşkilata maddə (l)-də göstərilən məsrəfləri müvəqqəti ödəyə biləcək mənbə tapmaqda kömək barədə müraciət edə bilər.
(3) Tətbiq edilən müvafiq beynəlxalq razılaşmalara əsasən, hər bir Tərəf, aşağıdakı işlərə yardım edən, lazımi hüquqi və icra tədbirləri görür:
(a) neftlə çirklənmə hadisəsi ilə mübarizədə iştirak edən gəmilərin, hava gəmilərinin və başqa nəqliyyat növlərinin, yaxud bu cür hadisə ilə mübarizə üçün tələb olunan heyətin, yüklərin, materialların, avadanlığın öz ərazisinə gətirilməsini, ondan istifadəni və ərazini tərk etməsini; və
(b) (a) yarımbəndində göstərilən yüklərin, materialların və avadanlığın öz ərazisində və ərazisindən tez daşınması.
M a d d ə 8
Tədqiqatlar və işlər
(1) Tərəflər bilavasitə və ya müvafiq olaraq Təşkilat, əlaqədar regional təşkilatlar və ya razılaşmalar vasitəsilə, neftlə çirklənmə halları müşahidə olunduqda ona hazırlıq və münasibət,
* "... Təşkilatın hazırladığı göstərişlər" "Neftlə çirkləndirmə ilə mübarizə haqqında göstərişlər"də ehtiva olunmuşdur; Təşkilatda Dəniz Mühitini Müdafiə Komitəsinin hazırladığı "Fövqəladə tədbirlər planının tərtibi"nin II bölməsi.
bu zəmində aparılmış tədqiqat və işlərin nəticələri barədə mübadilə etmək, texnologiya və müşahidə vasitələri haqda, çirklənmənin təmizlənməsi, yığılması, minimuma endirilməsi və ya azalması, bərpa işlərində əməkdaşlıq etməyə razılaşırlar.
(2) Bu məqsədlə Tərəflər bilavasitə və müvafiq olaraq Təşkilat, ya da əlaqədar regional təşkilatlar vasitəsilə Tərəflərin xxxx tədqiqat institutları arasında əlaqə yaratmağı öhdələrinə götürürlər.
(3) Tərəflər bilavasitə Təşkilat və ya digər əlaqədar regional təşkilatlar vasitəsilə, razılaşmaqla müntəzəm olaraq müvafiq mövzular üzrə beynəlxalq simpoziumlar, o cümlədən neftlə çirklənməyə qarşı mübarizə barədə əməkdaşlıqla razılaşırlar.
(4) Tərəflər Təşkilat və ya digər əlaqədar beynəlxalq təşkilatlar vasitəsilə neftlə çirklənmə ilə mübarizə üçün standart vasitə və təchizatların hazırlanmasını genişləndirmək barədə razılaşırlar.
M a d d ə 9
Texniki əməkdaşlıq
(1) Tərəflər bilavasitə Təşkilat və digər beynəlxalq orqanlar vasitəsilə neftlə çirklənməyə qarşı mübarizəyə hazırlıq üçün texniki yardım istəyən tərəflərə aşağıdakı köməyi göstərməyi öhdələrinə götürürlər:
a) personalın hazırlanması;
b) lazımi texnologiya, təchizat və texniki vasitələrin təminatı;
c) neftlə çirklənməyə səbəb olmuş hadisələrə hazırlığı təmin etmək üçün görülən tədbirlərin həyata keçirilməsinin asanlaşdırılması;
d) birgə iş və tədqiqat proqramlarının tərkibi.
M a d d ə 1 0
Hazırlığın təmin edilməsi və cavab tədbirlərində ikitərəfli və çoxtərəfli əməkdaşlığa
yardım
Tərəflər neftlə çirklənmə hallarına münasibət və hazırlığı təmin etmək üçün ikitərəfli və çoxtərəfli müqavilələr bağlamağa səy edirlər. Bu müqavilələrin surəti Təşkilata göndərilir, Tərəflər sifariş etdikdə isə onlara təqdim olunur.
M a d d ə 1 1
Digər Konvensiya və beynəlxalq sazişlərə münasibət
Bu Konvensiyada heç nə Tərəflərin digər konvensiya və beynəlxalq sazişlərdə nəzərdə tutulmuş hüquq və vəzifələrini dəyişdirmək xxxx xxxx olunmamalıdır.
M a d d ə 1 2
Müəyyən edilmiş razılaşmalar
(1) Tərəflər Təşkilata onun razılığı və fəaliyyəti üçün lazımi mənbələr olması şərtilə aşağıdakı vəzifə və işləri yerinə yetirməyi tapşırırlar:
(a) məlumat xidmətləri:
(i) Tərəflərin təqdim etdiyi və ya başqa mənbələrdən əldə etdiyi məlumatların alınması, tutuşdurulması və yayılması (bax: məs., maddə 5, bənd (2) və (3), maddə 6, bənd (3) və maddə 10);
(ii) məsrəfləri ödəmək üçün müvəqqəti maliyyə mənbəyi müəyyənləşdirməkdə yardım
etmək; (bax: məs., maddə 7, bənd (2);
(b) təhlil və hazırlıq:
(i) neftlə çirklənməyə münasibət və hazırlıq işlərinin təminatına yardım (bax: məs., maddə
9);
(ii) beynəlxalq simpoziumların keçirilməsinə yardım (bax: məs., maddə 8, bənd (3);
(c) texniki xidmətlər;
(i) xxxx tədqiqat işlərinin aparılması sahəsində yardım (bax: məs., maddə 8, bəndlər (1), (2)
və (4), maddə 9, bənd (d);
(ii) öz münasibətlərini göstərmək üçün milli və ya regional vasitələr yaradan dövlətlərə məsləhətlər təqdim etmək;
(iii) Tərəflərin təqdim etdiyi informasiyanın (bax, məs., maddə 5, bəndlər (2) və (3), maddə 6, bənd (3), maddə 8, bənd (1) və digər mənbələrdən alınan məlumatların təhlili, həmçinin dövlətlərə məsləhət və informasiyanın təqdim olunması;
(d) texniki yardım;
(i) öz münasibətini bildirmək üçün milli və ya regional vasitələr yaradan dövlətlərə texniki yardım;
(ii) neftlə çirkləndirməyə səbəb xxxx irimiqyaslı hadisələrin təhlükəsi qarşısında xxxx dövlətlərin xahişi ilə onlara texniki yardım göstərmək və məsləhət vermək.
(2) Bu maddədə nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün Təşkilat, dövlətlərin təcrübəsindən, regional müqavilə və sənaye təşkilatlarından istifadə edərək, neftlə çirklənməyə hazırlıq işlərini və bununla mübarizəni təmin etmək üçün fərdi və ya regional müqavilələr vasitəsilə dövlətlərin imkanlarını genişləndirməyə səy göstərir, xüsusilə mütərəqqi ölkələrin tələbatlarına diqqət yetirir.
(3) Bu maddənin müddəaları Təşkilatın hazırladığı və nəzarət etdiyi proqrama müvafiq olaraq tətbiq edilir.
M a d d ə 1 3
Konvensiyanın qiymətləndirilməsi
Tərəflər Təşkilat çərçivəsində, Konvensiyanın məsələlər baxımından, xüsusilə əməkdaşlıq və yardım işlərinin əsasında xxxxx prinsiplərə münasibətdə effektivliyini qiymətləndirirlər.
M a d d ə 1 4
Düzəlişlər
(1) Bu Konvensiyaya düzəlişləri göstərilmiş maddələrdəki əməliyyatların biri vasitəsilə daxil etmək olar.
(2) Təşkilat tərəfindən sonrakı düzəlişlər:
(a) Konvensiyanın Tərəfinin təklif etdiyi düzəliş Təşkilata təqdim olunur və o, müzakirə olunmağa 6 saatdan az vaxt qalmadan, Baş katib tərəfindən Təşkilatın bütün üzvlərinə və bütün Tərəflərə göndərilir;
(b)yuxarıda göstərildiyi kimi təklif olunmuş və yayılmış hər hansı bir düzəliş baxılmaq üçün Təşkilatın Dəniz Mühitini Müdafiə Komitəsinə təqdim olunur;
(c) Konvensiyanın tərəfləri Təşkilatın üzvü olub-olmadığından asılı olmayaraq, Dəniz Mühitini Müdafiə Komitəsinin işində iştirak edə bilər;
(d) düzəlişlər iştirakçıların və səs verən Konvensiya tərəflərinin üçdə ikisi nisbətində qəbul edilir;
(e) (d) yarımbəndinə müvafiq olaraq qəbul edilmiş düzəlişlər Baş katib tərəfindən Konvensiyanın Tərəflərinə qəbul edilmək üçün göndərilir;
(f) (i) Konvensiyanın maddəsinə və ya Əlavəsinə edilən düzəliş Tərəflərin üçdə ikisinin qəbul etdiyi tarixdə qəbul edilmiş sayılır;
(ii) Əlavəyə düzəliş Dəniz Mühitini Müdafiə Komitəsinin bəyəndiyi vaxt müəyyənləşdirdiyi dövr bitənədək qəbul edilmiş sayılır, bu dövr on aydan az olmamalıdır, bir şərtlə ki, bu müddət ərzində Baş katibə Tərəflərin üçdə birindən etiraz bildirilməsin;
(g) (i) Konvensiyanın maddəsinə və onun əlavəsinə (f) (i) yarımbəndinə müvafiq olaraq edilən düzəliş, Tərəflərin onu qəbul etdikləri barədə Baş katibə xəbər verdikləri tarixdən altı ay keçdikdən sonra qüvvəyə minir;
(ii) Əlavəyə (f) (ii) yarımbəndinə uyğun olaraq edilmiş düzəliş, bütün tərəflərin qəbul etdiyi tarixdən altı ay keçdikdən sonra qüvvəyə minir, etirazını bu tarixə qədər bildirən Tərəflər üçün bu, istisna təşkil edir. Belə Tərəflər əvvəlcədən edilmiş etirazlarım, Baş katibə bu haqda bildiriş göndərildikdən sonra xxxx götürə bilərlər.
(3) Konfrans çağırmaq yolu ilə edilən düzəlişlər:
(a) Tərəflərin üçdə birindən az olmayan hissəsi tərəfindən dəstəklənməyən Tərəfin xahişi ilə Baş katib düzəlişlərə baxılmaq üçün konfrans çağırır;
(b)konfrans iştirakçılarının və səs verən Tərəflərin üçdə iki hissəsinin səs çoxluğu ilə bəyənilmiş düzəliş Baş katib vasitəsilə Tərəflərə qəbul edilmək üçün göndərilir;
(c) əgər konfrans başqa qərar qəbul etməzsə, düzəliş 2-ci bəndin (1) və (g) yarımbəndlərində göstərilən əməliyyatlara uyğun olaraq bəyənilmiş hesab edilir.
(4) Əlavəyə edilmiş düzəliş və ya tamamlanmanın qəbulu və qüvvəyə minməsi Əlavəyə aid düzəlişlərdə tətbiq olunan əməliyyatdan keçirilir.
(5) Maddə və ya Əlavəyə 2-ci bəndin (f) (i) yarımbəndinə müvafiq olaraq Əlavənin tamamlanmasını qəbul etməyən və etirazını bildirən hər hansı Tərəf bu düzəlişin tətbiqində tərəf sayılmır. Bu rejim 2-ci bəndin (f) (i) yarımbəndinə uyğun olaraq qəbul haqda bildiriş təqdim olunana və yaxud 2-ci bəndin (g) (ii) yarımbəndinə uyğun olaraq etiraz xxxx götürülənədək davam edir.
(6) Baş katib bütün Tərəflərə bu maddə əsasında qüvvəyə minən hər hansı düzəliş və onun tarixi barədə məlumat verir.
(7) Bu maddə altında baxılmış hər bir qəbul, etiraz və ya onun xxxx götürülməsi barədə bildiriş yazılı surətdə Baş katibə göndərilir, o isə öz növbəsində Konvensiyanın bütün tərəflərinə belə bildiriş və onun alındığı tarixi çatdırır.
(8) Konvensiyaya əlavə yalnız texniki xarakter daşıyan müddəalardan ibarətdir.
M a d d ə 1 5
İmzalama, ratifikasiya, qəbul etmə, təsdiq etmə və qoşulma
(1) Bu Konvensiya Təşkilatın qərargahında 1990-cı il noyabrın 30-xxx 1991-ci il noyabrın 29- dək imzalanmaq üçün açıqdır və ona qoşulmaq üçün bundan sonra da açıq qalacaqdır. Hər bir dövlət aşağıdakı yolla Konvensiyanın Tərəfi ola bilər:
(a) ratifikasiya, qəbul etmə və ya təsdiq etmə barədə qeyd-şərtsiz imzalama;
(b)ratifikasiya, qəbul etmə və ya təsdiq etmə barədə qeyd-şərtlə imzalama; sonradan ratifikasiya, qəbul və ya təsdiq edilməklə, və ya
(c) qoşulma;
(2) ratifikasiya, qəbul, təsdiq və ya qoşulma müvafiq sənədi saxlanmaq üçün Baş katibə təhvil vermək yolu ilə həyata keçirilir.
M a d d ə 1 6
Qüvvəyə minmə
(1) Bu Konvensiyanın 15-ci maddəsinə əsasən, on beşdən az olmayaraq dövlət ratifikasiya, qəbul və ya təsdiq barədə qeyd-şərt olmadan imzaladıqdan və ratifikasiya, qəbul, təsdiq və yaxud qoşulma haqqında zəruri sənədləri saxlanılmağa göndərdikləri gündən on iki ay keçdikdən sonra Konvensiya qüvvəyə minir.
(2) Bu Konvensiyanın ratifikasiyası, qəbulu, təsdiq edilməsi və ya Konvensiyaya qoşulma üçün sənədləri, Konvensiyanın qüvvəyə minməsi üçün zəruri xxxx şərtlərin yerinə yetirilməsi tarixi ilə bu cür qüvvəyə minmə tarixi arasındakı dövrlərdə saxlanmağa təqdim etmiş dövlətlər üçün, ratifikasiya, qəbul, təsdiq etmə və ya qoşulma, hansı tarixin daha sonra gəlməsindən asılı olaraq, ya bu Konvensiya qüvvəyə mindiyi tarixdən, ya da müvafiq sənədlərin saxlanma üçün təhvil verildiyi gündən üç ay keçdikdən sonra qüvvəyə minir.
(3) Konvensiya qüvvəyə mindiyi tarixdən sonra ratifikasiya, qəbul, təsdiq və ya qoşulma üçün sənədləri təhvil vermiş dövlətlər üçün bu Konvensiya, müvafiq sənədi təhvil verdiyi gündən üç ay sonra qüvvəyə minir.
(4) Konvensiyaya əlavələr edildiyi tarixdən sonra ratifikasiya, qəbul, təsdiq və qoşulma barədə saxlanmaq üçün verilən hər bir sənəd 14-cü maddəyə uyğun olaraq, Konvensiyaya düzəlişlərlə tətbiq olunur.
M a d d ə 1 7
Denonsasiya
(1) Bu Konvensiya hər hansı bir Tərəf vasitəsilə hər bir vaxt, həmin Tərəf ona qoşulduqdan 5 il keçdikdən sonra ləğv edilə bilər.
(2) Denonsasiya Baş katib bu haqda bildiriş aldığı gündən on iki ay keçdikdən sonra və ya bu bildirişdə göstərilmiş ən gec müddət keçdikdə qüvvəyə minir.
M a d d ə 1 8
Depozitari
(1) Bu Konvensiya saxlanmaq üçün Baş katibə təhvil verilir.
(2) Baş katib:
(a) bu Konvensiyanı imzalamış və ya ona qoşulmuş bütün dövlətlərə aşağıdakılar barədə məlumat verir:
(i) tarix göstərilməklə hər bir yeni imzalama və ya ratifikasiya, qəbul, təsdiq və ya qoşulma barədə saxlanılmağa verilən sənəd barədə;
(ii) bu Konvensiyanın qüvvəyə mindiyi tarix və
(iii) bu Konvensiyanın denonsasiyasına dair hər hansı sənədin saxlanmaq üçün təhvil verilməsi və denonsasiyanın qüvvəyə minmə tarixi barədə;
(b) bu Konvensiyanın əsl mətninin təsdiq edilmiş surətlərinin bu Konvensiyanı imzalamış və ya ona qoşulmuş bütün dövlətlərin hökumətlərinə göndərir.
(3) bu Konvensiya qüvvəyə minən kimi onun əsl mətninin təsdiq edilmiş surəti depozitari tərəfindən Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq qeydiyyatdan keçirilmək və dərc olunmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərilir.
M a d d ə 1 9
Dillər
Bu Konvensiya yalnız ingilis, ərəb, ispan, Çin, rus və fransız dillərində bir əsl nüsxədə tərtib edilmişdir, bütün mətnlər eynidir.
Bunun təsdiqi olaraq öz dövlətləri tərəfindən səlahiyyət verilmiş aşağıda imza edənlər bu
Konvensiyanı imzalamışlar.
Min doqquz yüz doxsanıncı il noyabr ayının otuzunda Londonda imzalanmışdır.