Contract
§1.
Əmək müqaviləsini (kontraktı)
bağlayan tərəflər haqqında məlumatlar
1.1. Bu Əmək müqaviləsi (kontraktı), (bundan sonra ismin müvafiq halında «Əmək müqaviləsi») işəgötürənin səlahiyyətlərini həyata keçirən
_______________________________________________________________________________
(idarənin, müəssisənin, təşkilatın adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN))
İşəgötürəni ____________________________________________________________________
(vəzifəsinin adı , adı, atasının adı və soyadı)
______________________________________________________________________________ilə
(işəgötürən fiziki şəxs olduqda onun adı, atasının adı, soyadı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyət vəsiqəsini verən orqanın adı)
İşçi _________________________________________________________________________
(adı, atasının adı və soyadı)
_______________________________________________________________________________
(vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix və onu verən orqanın adı)
_____________________________________________________________________________
(təhsili, ixtisası, sənəti, peşəsi, bitirdiyi təhsil müəssisəsinin adı, ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN))
arasında «____»«_________________» __________ il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra "Əmək Məcəlləsi") müvafiq olaraq bağlanmışdır.
1.2. İşçi ___________________________________________________________________
(iş yerinin adı, onun əsas iş yeri və ya əlavə iş yeri olması barədə qeyd, vəzifənin, xxxxxxx adı)
vəzifəsinə (peşəsinə), işə qəbul (təyin) edilir.
1.3. Bu Əmək müqaviləsi hüquqi qüvvəyə minən gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir.
§2. Əmək müqaviləsinin müddəti
2.1. Bu Əmək müqaviləsi müddətsiz bağlanmışdır. ____________________________
(hə, xxx)
2.2. İşin birinci __________ həftəsi (ayı) sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini __________ gün əvvəl xəbərdarlıq etməklə Əmək müqaviləsini birtərəfli qaydada poza bilər.
2.3. Bu Əmək müqaviləsi ________________________________səbəbə görə «____»_____________ il tarixindən «____»______________il tarixinədək «____» «__________________»______________il (ay) müddətinə bağlanmışdır.
2.4. İşçi «__»«_______________»________________il tarixindən işə başlayır.
§3. İşçinin əmək funksiyası
3.1. İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür:
a) _____________________________________________________________________;
b) _____________________________________________________________________;
c) …____________________________________________________________________;
(əmək funksiyası tam təfsilatı ilə sadalanmalıdır)
3.2. Bu əmək funksiyasından hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə onlara əlavə funksiyanın daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir.
3.3. İşçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir.
3.4. İşçi əmək funksiyasının icrası zamanı işəgötürənin istehsal fəaliyyəti ilə bağlı özünün ixtiraları, səmərələşdirici təklifləri barədə dərhal ona məlumat verməlidir. İşəgötürən öz növbəsində həmin ixtiraların, işçinin müəlliflik hüququnun və mülkiyyətçinin mənafeyinin qorunması üçün konkret tədbirlər görməlidir.
§4. Əmək şəraitinin şərtləri
İşəgötürən aşağıdakı əmək şəraiti yaradılmasını və onun şərtlərinin təmin olunmasını öhdəsinə götürür:
Əmək haqqı üzrə
4.1. İşçiyə hər ay ____________ məbləğdə əmək haqqı ödənilir;
4.2. Əmək haqqı:
- _____________ manat məbləğində tarif haqqından (vəzifə maaşından);
- tarif haqqına (vəzifə maaşına) ____________________ xxxxx miqdarda əlavədən ibarətdir;
4.3. İşçiyə ______________ məbləğdə __________________________ mükafat verilir;
(aylıq, rüblük, illik)
4.4. İşçi əmək funksiyasını əmək _______________________________
(zərərli, ağır, yeraltı və s.)
xxxxxxxx iş yerində icra etdiyi üçün onun əmək haqqına ______________ məbləğdə əlavə müəyyən edilir;
4.5. İşçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə _____________ məbləğdə və ya _____________ qayda ilə hesablanmış Əmək Məcəlləsində nəzərdə tutulandan artıq əlavə əmək haqqı verilir;
4.6. Əmək haqqı:
- həftədə bir dəfə ____________________________________
(həftənin günü)
- ayda iki dəfə ____________________________________________
(ayın xxxx verilən günləri)
- xxxx xxx dəfə ______________________________________ ödənilir;
(ayın günü)
- əmək haqqı və digər ödənclər işçinin __________________________________________
(bankın adı)
bankdakı hesabına köçürülür;
4.7. Tərəflərin əmək haqqının ödənilməsi barədə razılığa gəldikləri digər şərtlər:
______________________________________________________________________________
4.8. Əmək haqqından yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tutulmalara yol verilir. Həmin tutulmalar haqqında işçi qabaqcadan məlumatlandırılır.
Əməyin mühafizəsi üzrə
4.9. İşçinin sağlamlığının, əməyinin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına cavab verən iş yeri və iş şəraiti yaradılır;
4.10. İşçi _______________ xüsusi mühafizə vasitələri ilə təmin edilir;
4.11. İşçi zərərli amillərindən sağlamlığının mühafizəsi üçün xüsusi _______________ qida məhsulları ilə təmin edilir;
4.12. İşçi əməyin mühafizəsi normaları ilə _______________ bir dəfədən az olmayaraq təlimatlandırılır;
4.13. İşçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur;
4.14. İşəgötürən işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamalıdır.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin həyatına və sağlamlığına dəyən zərərlə bağlı onun peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə sığorta ödənişi verilir;
4.15. İşəgötürənin təqsiri üzündən əməyin mühafizəsi normaları və qaydaları pozulduğuna görə işçi həlak olarsa, onun himayəsində xxxx şəxslər qarşısında işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada maddi məsuliyyət daşıyır;
İş və istirahət vaxtı üzrə
4.16. İşçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan xxx olmayaraq işləyir;
4.17. İş saat _____________ başlanır, saat _____________ qurtarır;
4.18. Xxxxx vaxtı saat _____________ - xxx saat _____________ - dəkdir;
4.19. İşçi hər gün _____________ saat natamam iş günü işləyir;
4.20. İşçi həftədə __________ gün natamam iş həftəsi ilə işləyir;
4.21. İş __________ növbəlidir:
- Birinci növbə saat __________ başlanır və saat __________ qurtarır;
- İkinci növbə saat __________ başlanır və saat __________ qurtarır;
- Üçüncü növbə saat __________ başlanır və saat __________ qurtarır;
4.22. İşə gəlib getməsi üçün nəqliyyatla təmin edilir ________________ ;
(hə, xxx)
4.23. İstirahət günləri hər həftənin __________ günləridir;
4.24. İşçiyə iş vaxtından artıq işlərin yerinə yetirilməsinə görə qanunvericilikdə nəzərdə tutulan məbləğdən __________ artıq məbləğdə haqq ödənilir;
4.25. İşçi iş vaxtından kənar vaxtda və ya işəgötürənin razılığı ilə iş vaxtı ərzində işəgötürənlə rəqabətdə olmayan müəssisədə əlavə iş yerində əvəzçilik üzrə işləyə bilər.
Məzuniyyət üzrə
4.26. İşçinin iş ilini _______________________________________________________
(birinci iş ili başlanan və bitən gün, ay və il)
aylardan ibarət dövr əhatə edir və ona hər növbəti iş ili üçün müddəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək məzuniyyəti verilir.
4.27. Əsas məzuniyyətinin müddəti __________ təqvim günüdür;
4.28. Əlavə məzuniyyət müddəti:
- əmək stajına görə __________ təqvim günü;
- əmək şəraitinin xarakterinə görə __________ təqvim günü;
- 14 yaşadək ikidən xxx uşağı xxxx qadına __________ təqvim günü;
- kollektiv müqavilə (saziş) üzrə __________ təqvim günü;
4.29. Əmək məzuniyyətinin ümumi müddəti __________ təqvim günü;
4.30. Əmək məzuniyyətinə çıxarkən:
- __________ məbləğdə sosial-məişət müavinəti verilir;
- bundan savayı sanatoriya-kurort müalicəsi, turizm səfərlərinə getməsi, məzuniyyətin daha mənalı keçirilməsi üçün ________________________ tədbirlər görülür.
(konkret tədbir və ya pul ödənci)
4.31. Təhsil almaqla əlaqədar ödənişli məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan müddətdə verilir və işəgötürən bununla yanaşı işçinin təhsilini artırmaq üçün zəruri tədbirləri görməyi öhdəsinə götürür.
4.32. Ödənişsiz məzuniyyətdən Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda, habelə işəgötürənlə razılıq əsasında istifadə edilir.
Bədən tərbiyəsi və idman üzrə
4.33. İşçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şərait yaradılır.
4.34. İşçinin bədən tərbiyəsi və idman şəraiti məsələləri üzrə şərtlər: ______________________________________________________________________________
Tərəflərin müəyyən etdiyi, habelə kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulan digər əlavə şərtlər
4.35. ____________________________________________________________________ ;
4.36. ____________________________________________________________________ ;
4.37. ____________________________________________________________________;
(bütün əlavə şərtlər təfsilatı ilə sadalanmalıdır).
§5. Birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti
5.1. Bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.
5.2. Tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir.
5.3. Tərəflər məhkəməyə müraciət etmədən ziyan vurmadan əmələ gələn öhdəliklərinin özləri tərəfindən həllinə üstünlük verirlər.
§6. Sosial müdafiə məsələləri
6.1. İşçinin məcburi dövlət sosial sığortası üçün qanunvericiliklə müəyyən olunmuş qaydada hər ay __________ məbləğdə sığorta haqqı ödənilir və işəgötürən tərəfindən o, __________ məbləğdə əlavə sığorta edilir;
6.2. İşçinin sosial müdafiə olunması, güzəşt və imtiyazları, sosial sığorta hüququ təmin edilir;
6.3. İşçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə müavinət verilir.
§7. Mülkiyyət münasibətlərinin tənzimlənməsi
7.1. İşçi iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsal vasitələrinin — maşın, mexanizm, avadanlıq, cihaz və alətlərin, qurğu, habelə işəgötürənin mülkiyyətində xxxx digər əmlakın qorunmasına cavabdehdir;
7.2. İşçinin müəssisənin mülkiyyətində __________ qədər payı var və işəgötürənlə mülkiyyət münasibətləri həmin paya mütənasib olaraq qanunvericiliklə müəyyən edilən qaydada tənzimlənir;
7.3. İşçi müəssisənin mülkiyyətindəki payına görə nizamnamə ilə müəyyən edilən __________ məbləğdə dividend almaq hüququna malikdir;
7.4. İşçi əmək funksiyasının icrası zamanı özünün aşağıdakı şəxsi əmlakından istifadə edir:
a) ______________________________________________________________________;
b)… ____________________________________________________________________ ;
7.5. İşəgötürən işçinin əmlakının mühafizəsinə və aşınmasına görə əvəzinin ödənilməsinə cavabdehdir;
7.6. İşçi işəgötürənin kommersiya və istehsal sirrinin qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericilikdə və bu Əmək müqaviləsində nəzərdə tutulan məsuliyyət daşıyır.
§8. Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlar
8.1. Bu Əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur.
8.2. Bu Əmək müqaviləsinə aşağıdakı dəyişikliklər, əlavələr edilmişdir:
a) ;
b) ;
c) …(bütün dəyişikliklər və əlavələr təfsilatı ilə sadalanmalıdır)
8.3. Tərəfimizdən razılaşdırılmış dəyişikliklər və əlavələr dərhal (……… gündən gec olmayaraq) qüvvəyə minir və bu Əmək müqaviləsinin tərkib hissəsini təşkil edir.
İmzalar:
________________________________ İşəgötürən
________________________________ İşçi
§9. Əmək müqaviləsinə xitam verilməsi
9.1. Bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər;
9.2. İşəgötürən tərəfindən bu Əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir;
9.3. İşçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən azı bir təqvim ayı qabaqcadan xəbərdar edilməlidir;
9.4. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə bu Əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmir;
9.5. Əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar:
________________________________________________________________________
________________________________________________________________________
§10. Yekun qaydalar
10.1. Bu Əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan əmək mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. Tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə, mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər.
10.2. Bu Əmək müqaviləsi iki nüsxədə tərtib edilib, onlardan biri işçidə, digəri isə işəgötürəndə saxlanılır.
10.3. Tərəflər bu Əmək müqaviləsi üzrə öhdəliklərinin icrasını üçüncü şəxslərə həvalə edə bilməzlər.
10.4. Tərəflər bu Əmək müqaviləsi ilə nəzərdə tutulmamış, habelə bilavasitə Əmək Məcəlləsi ilə müəyyən edilən hallar istisna olunmaqla üçüncü şəxslər qarşısında biri digərinin öhdəliklərinə görə cavabdehlik daşımırlar.
10.5. Tərəflər bu Əmək müqaviləsinin şərtlərini, Əmək Məcəlləsi ilə müəyyən edilən vəzifələrini, habelə biri digərinin qanuni mənafelərini və hüquqlarını pozarsa, təqsirkar tərəfin məsuliyyətə cəlb edilməsini müvafiq dövlət orqanlarından, mülkiyyətçidən tələb etmək hüququna malikdirlər.
10.6. Bu Əmək müqaviləsinin şərtlərini, bu şərtlərdən irəli gələn öhdəliklərimizi vicdanla yerinə yetirəcək, şəxsi, maddi, maliyyə, istehsal maraqlarımıza, habelə ictimai, birliklərdə və siyasi partiyalarda müstəqil iştirakımıza qarşılıqlı hörmət göstərəcəyik.
§11. Tərəflərin imzaları və ünvanları:
11.1. İşəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, habelə müştərisi olduğu bankın adı, hesablaşma hesablarının nömrələri, kodu, sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa hüquq verən xüsusi razılığın məlumatları göstərilməklə hüquqi ünvanı:
Möhürü İmzası:
11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:
İmzası: Tarix: