YÜKLƏRİN SIĞОRTАSI QАYDАLАRI MÜNDƏRİCAT
YÜKLƏRİN SIĞОRTАSI QАYDАLАRI
2018
MÜNDƏRİCAT
12. XXXXXX DƏRƏCƏSİNİN DƏYİŞMƏSİ 7
13. SIĞORTA MÜQAVİLƏSİNƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ 7
14. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ 7
15. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ 7
16. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ 8
17. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ 9
18. ÖDƏNİLƏN ZƏRƏRLƏR. 10
19. SIĞORTA ÖDƏNİŞİNDƏN SIĞORTA HAQQININ TUTULMASI 10
20. SIĞORTA HADİSƏSİNİN SÜBUT EDİLMƏSİ 10
21. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ 10
22. ÖDƏNİŞDƏN İMTİNАNIN ƏSASLARI 11
24. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI 11
25. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI 11
“Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinin yüklərin sığortalanması üzrə tarif dərəcələrinin əsaslandırılması 12
ÜMUMİ ANLAYIŞLAR
Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığortalı -sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;
Sığortaçı -sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
Sığorta olunan – Sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;
Faydalanan şəxs(lər) -sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli xxxx şəxs;
Aktuari- qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;
Sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən gözlənilməz hadisə və ya yaranan hal;
Sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
Sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;
Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
Sığorta predmeti - sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmlak;
Sığorta marağı - Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir.
Sığorta haqqı - risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği; Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;
Sığorta tarifi - sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
Sığortanın müddəti - sığorta risklərinin təminatda hesab olunduğu müddət;
Azadolma məbləği - Azadolma məbləği, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.
Gözləmə müddəti - gözləmə müddəti, sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.
Əhəmiyyətli hallar - Sığortaçının müqavilədən imtina etmək vəya onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən hallar əhəmiyyətli sayılır;
Sığortanın ərazisi - sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları.
Mühüm şərtlər - sığortaçıya sığorta ödənişini verməkdən imtina etmək və ya sığorta müqaviləsini ləğv etmək hüququ verən sığorta müqaviləsinin şərtləri.
Tam məhv olma - əmlakın bərpa oluna bilməyəcək şəkildə faktiki məhv olması.
Tam konstruktiv məhv olma - əmlakın elə bir vəziyyətə düşməsidir ki, onun xilas edilməsi və ya bərpası iqtisadi cəhətdən səmərəli deyil, belə ki, bu əməliyyatların aparılmasından sonra onun xilas edilməsi və ya bərpasına çəkilən xərclər əmlakın öz dəyərini aşır.
Ümumi qəza - bütün dəniz əməliyyatında iştirak edən əmlakın, məsələn gəminin, fraxtın və gəmi ilə daşınan yükün - təhlükədən qorunması üçün, ümumi təhlükəsizlik məqsədilə bilərəkdən və ağlabatan şəkildə çəkilən xərclər (məsələn gəmini batmaq təhlükəsindən qurtarmaq üçün yükün müəyyən hissəsinin gəmidən atılması) ilə bağlı zərər.
Dispaşa - ümumi qəzanın mövcudluğunu və onun bölüşdürülməsi üzrə dəniz hüququ sahəsində xxxxx və təcrübəyə malik şəxslər tərəfindən müəyyən edilən hesablaşmalar.
Qəza komissarı - zərərin səbəbləri, şərtləri və ölçüsünün müəyyən olunması ilə məşğul xxxx, sığortaçının səlahiyyətli nümayəndəsi.
1. SIĞORTA SİNFİ
1.1. Bu Qaydalara əsasən təqdim olunan sığorta məhsulu yüklərin (nəqliyyat) sığortası sinfinə daxildir.
2. SIĞORTA PREDMETİ
2.1. Bu Qaydalara əsasən sığortanın predmeti dedikdə nəqliyyatın hər hansı növü ilə daşınan, Sığorta müqaviləsində, yaxud Sığorta şəhadətnaməsində göstərilmiş sığortalanmış xxx xxxx düşülür.
3. SIĞORTA MƏBLƏĞİ
3.1. Sığorta məbləği Sığorta müqaviləsi üzrə Sığortaçının Sığortalıya verməyi öhdəsinə götürdüyü ödənişin hədlərini müəyyən edir. Sığorta məbləği Sığortaçı tərəfindən Sığortalı ilə razılaşma əsasında müəyyən edilir və Sığorta müqaviləsində göstərilir.
3.2. Müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir (qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks olunduğu halda).
3.3. Sığorta müqaviləsində göstərilmiş sığorta məbləği sığorta dəyərindən artıq olduqda, sığorta məbləğinin sığorta dəyərindən artıq olduğu hissə üçün müqavilə etibarsızdır.
4. SIĞORTA OBYEKTİ
4.1. Daşınma və yaxud saxlanılma (eləcə də (ictimai tədbirlərdə və yaxud müxtəlif növ sərgilərdə) göstər(il)mə və yaxud istifadə) zamanı sığortalının mülkiyyətində, istifadəsində və ya sərəncamında xxxx yüklər ilə bağlı Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə zidd olmayan əmlak mənafeləri bu Qaydalar daxilində sığortanın obyekti hesab olunur.
5. SIĞORTA TƏMİNATI
5.1. Sığorta müqaviləsi aşağıda göstərilən risklərdən hər hansı birinə qarşı bağlana bilər:
5.1.1. «Bütün risklərə görə məsuliyyət» - bu Qaydaların 6-cı maddəsində qeyd edilmiş və sığorta müqaviləsində xüsusi olaraq göstərilmiş hadisələr istisna olmaqla, hər hansı hadisələrin nəticəsində sığortalanmış yükə dəyən itki və zərərlər (məhv olma, xxx xxxx, itirilmə).
5.1.2. «London sığortaçılar institutunun (B) şərtinə görə məsuliyyət» - aşağıda qeyd edilmiş və sığorta müqaviləsində xüsusi olaraq göstərilmiş hadisələrin nəticəsində sığortalanmış yükə dəyən itki və zərərlər (məhv olma, xxx xxxx, itirilmə):
5.1.2.1. yanğın və ya partlayış;
5.1.2.2. xxxxxxx, bərənin və ya qayığın saya oturması, sahilə çıxması, batması və ya çevrilməsi;
5.1.2.3. yerüstü nəqliyyat vasitəsinin aşması və yaxud relsdən çıxması;
5.1.2.4. gəminin, bərənin, qayığın və yaxud daşıma vasitəsinin sudan başqa hər hansı digər xarici obyektlə toqquşması və ya təması;
5.1.2.5. fəlakət limanında yükün boşaldılması;
5.1.2.6. zəlzələ, vulkan püskürməsi, ildırım vurması;
5.1.2.7. ümumi qəza zamanı ianələrlə bağlı xərclər;
5.1.2.8. sığortalanmış yükün gəmidən suya atılması və yaxud dalğa ilə yuyulması;
5.1.2.9. dəniz, göl və ya çay suyunun gəminin, bərənin, qayığın anbarına, daşıma vasitəsinə, konteynerə və ya yükün saxlanıldığı yerə daxil olması;
5.1.2.10.gəmidə və yaxud digər nəqliyyat vasitəsində aparılan yükləmə və ya boşaltma işləri zamanı düşmüş (salınmış) yükün tamamilə məhv olması.
5.1.3. «London sığortaçılar institutunun (C) şərtinə görə məsuliyyət» - aşağıda qeyd edilmiş və sığorta müqaviləsində xüsusi olaraq göstərilmiş hadisələrin nəticəsində sığortalanmış yükə dəyən itki və zərərlər (məhv olma, xxx xxxx, itirilmə):
- yanğın və ya partlayış;
- gəminin, bərənin və ya qayığın saya oturması, sahilə çıxması, batması və ya çevrilməsi;
- yerüstü nəqliyyat vasitəsinin aşması və yaxud relsdən çıxması;
- gəminin, bərənin, qayığın və yaxud daşıma vasitəsinin sudan başqa hər hansı digər xarici obyektlə toqquşması və ya təması;
- fəlakət limanında yükün boşaldılması;
- ümumi qəza zamanı ianələrlə bağlı xərclər;
- qəza xxxxxx xxxxx gəmidən suya atılması.
5.2. Bu Qaydaların 5.1 bəndində sadalanmış risklərə əlavə olaraq sığortaçı ilə sığortalının razılaşmasına əsasən digər beynəlxalq qeyd-şərtlərlə əhatə oluna bilən risklər də sığorta müqaviləsinə əlavə edilə bilər.
6. ÜMUMİ İSTİSNALAR
6.1. Sığorta təminatı hətta sığorta riskinin bilavasitə nəticəsi kimi ortaya çıxsa belə, sığorta aşağıdakılar nəticəsində sığorta obyektinin məhv olmasına, korlanmasına və ya xərclərə təminat vermir:
6.1.1. Sığortalının, xxx göndərənin, xxx alanın və ya onların nümayəndələrinin qəsdi;
6.1.2. Nüvə partlayışının təsiri, radiasiya və ya radioktiv şüalanma;
6.1.3. Müharibə, təcavüz, hərbi əməliyyatlar, xarici dövlətlərin düşmənçilik hərəkətləri, elan edilib edilməməsindən asılı olmayaraq təcavüzkar hərbi əməliyyatlar, vətəndaş müharibəsi, hər cür xalq iğtişaşları, tətillər, qiyam, tədricən xalq üsyanlarına və ya hərbi qiyamlara çevrilən xalq iğtişaşları, hərbi qiyam, inqilab, hərbi və qəsbkar hərəkətlər;
6.1.4. Dövlət orqanlarının tapşırığı ilə əmlakın həbs olunması, müsadirə olunması, milliləşdirilməsi, rekvizisiyası, məhv edilməsi və ya korlanması;
6.1.5. Sığortalının cinayət törətməsi;
6.1.6.Yükün təbii xüsusiyyətləri (xarab olma, azalma, pas, kiflənmə, əksilmə, sınma, öz-özünə alışma və s.); 6.1.7.Qablaşdırmanın lazımi səviyyədə edilməməsi;
6.1.8.Qablaşdırmanın zahiri bütövlüyünə baxmayaraq yükün əksik gəlməsi; 6.1.9.Yükün qurdlar, gəmiricilər və ya həşəratlar tərəfindən korlanması;
6.1.10. Sığorta hadisəsi nəticəsində ortaya çıxmasından asılı olmayaraq, yükün çatdırılmasının gecikdirilməsi;
6.1.11. Sirli yoxolma.
7. SIĞORTA MÜQAVİLƏSİ
7.1. Sığorta müqaviləsinin bağlanması.
7.1.1. Sığorta müqaviləsi Sığortalının yazılı ərizəsi əsasında bağlanır. Ərizə sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi və əsasını təşkil edir.
7.1.2. Sığorta müqaviləsi bağlanarkən Sığortalı xxxxxx dərəcəsinin müəyyən edilməsi üçün əhəmiyyətli və ona məlum xxxx bütün hallar haqqında Sığortaçıya məlumat verməlidir. Sığortalının ərizə formasında qeyd etdiyi hallar həmçinin əhəmiyyətli hallar hesab edilir.
Sığorta müqaviləsi bağlandıqdan sonra Sığortalının Sığortaçıya bilərəkdən yalan məlumatlar verməsi müəyyən edilərsə, Sığortaçı müqavilənin etibarsız hesab edilməsini tələb edə bilər.
7.1.3. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, Sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir.
7.2. Sığоrtа müqаviləsinin tərəfləri:
7.2.1. Sığortaçı
7.2.1.1. Bu Qaydalara əsasən Sığortaçı “Naxçıvansığorta” ASC-dir.
7.2.2. Sığortalı
7.2.2.1. Bu Qaydalara əsasən Sığortalı sığorta obyektinə münasibətdə əmlak maraqları xxxx hər hansı bir şəxs hesab olunur.
7.2.2.2. Bu Qaydalar daxilində Sığortalının hərəkətlərinə onun işçilərinin, rəsmi şəxslərinin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, sığorta müqaviləsinə, vəkalətnaməyə (etibarnaməyə) və ya vəzifə öhdəliklərinə əsasən Sığortalı adından çıxış etmək səlahiyyəti xxxx digər nümayəndələrinin hərəkətləri də aid edilir.
7.2.3. Sığоrtа оlunаn
7.2.3.1. sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan fiziki şəxs (fəaliyyət qabiliyyəti məhdud xxxx və ya fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılan, eləcə də fəaliyyət qabiliyyəti olmayan şəxslərdən başqa);
7.2.4. Faydalanan şəxs
7.2.4.1. Sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malikdir.
7.2.4.2. Sığorta müqaviləsinin Xxxxxxxxxx şəxsin xeyrinə bağlanması Sığortalını müqaviləyə əsasən vəzifə və öhdəliklərindən azad etmir.
8. SIĞORTA HAQQI
8.1. Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır.
8.2. Sığorta haqqı bir dəfəyə ödənilir və ya tərəflərin razılğına əsasən hissə-hissə ödənilə bilər.
8.3. Sığorta haqqının ödənildiyi gün, pul vəsaitinin Sığortaçının bank hesabına daxil olduğu gün hesab olunur.
8.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün saat 24:00-da, xxxxx şəhadətnamədə göstərilmiş sığorta müddətinin başlanma tarixindən tez olamayaraq qüvvəyə minir.
8.5. Sığorta haqqı və ya onun növbəti hissəsi sığorta müqaviləsində nəzərdə tutulmuş müddətədək ödənilmədikdə və ya sığorta müqaviləsində nəzərdə tutulduğundan daha az məbləğdə ödənildikdə:
8.5.1. Bu halda sığortaçı onun ödənilməsi üçün bu qaydaların 8.5.2.-cı maddəsinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 günədək əlavə müddət müəyyən edə bilər.
8.5.2. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
9. SIĞORTA ƏRAZİSİ
9.1. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa Azərbaycan Respublikasının ərаzi hüdudlаrındа baş verən sığоrta hadisələri təminatda hеsаb оlunur.
10. GÖZLƏMƏ MÜDDƏTİ
10.1. Sığorta müqaviləsi ilə gözləmə müddəti müəyyən oluna bilər.
10.1.1. Sığorta müqaviləsində gözləmə müddəti nəzərdə tutulduqda, sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərin əvəzinin ödənilməsi sığortalının üzərində qalır.
10.1.2. Şərtli gözləmə müddəti müəyyən edildikdə sığorta hadisəsinin nəticələrinin həmin müddətə bərabər və ya ondan artıq müddətdə davam etməsi şərti ilə sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə də şamil edilir.
10.1.3. Sığorta müqaviləsində şərtsiz gözləmə müddəti müəyyən edildikdə, sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə şamil edilmir.
11. SIĞORTA MÜDDƏTİ
11.1. Sığorta müddəti, sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta müqaviləsinin bağlandığı gün saat 24:00-da başlanır və sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat 24:00-da başa çatır.
12. XXXXXX DƏRƏCƏSİNİN DƏYİŞMƏSİ
12.1. Sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, Sığortalı, sığorta müqaviləsi bağlanan zaman Sığortaçıya bildirdiyi əhəmiyyətli halların dəyişilməsi, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən və ona məlum xxxx bütün digər hallar barədə Sığortaçıya dərhal məlumat verməlidir.
12.2. Sığortaçı sığorta riskinin artmasına təsir edən hallar barədə məlumatı əldə etdikdən sonra aşağıda göstərilən hərəkətləri etmək hüququna malikdir:
12.2.1. sığorta müqaviləsinin şərtlərini və müddəalarını dəyişmək;
12.2.2. əlavə sığorta haqqının ödənilməsini tələb etmək və ya;
12.2.3. belə dəyişikliklərin baş verdiyi tarixdən sığorta müqaviləsinə xitam vermək.
13. SIĞORTA MÜQAVİLƏSİNƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ
13.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığоrtаlı və sığоrtаçı, faydalanan şəxsin (əgər varsa) yazılı razılığı ilə müqavilənin müəyyən şərtlərinin dəyişdirilməsi, həmçinin оnа müəyyən əlаvələr еdilməsi bаrədə rаzılığа gələ bilərlər.
13.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə xxxxx olmaq hüququna malikdir.
13.3. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum xxxx, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.
13.4. Eyni sığorta marağı ilə bağlı bir neçə sığortaçı ilə sığorta müqaviləsi bağlayan sığortalı bu barədə sığortaçılardan hər birinə məlumat verməlidir. Həmin məlumatda digər sığortaçının adı və müvafiq sığorta məbləği göstərilməlidir. Tələb edildikdə, bu məlumatları təsdiq edən müvafiq sənədlər təqdim olunmalıdır.
14. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ
14.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
14.1.1. Müqavilənin müddəti bitdikdə;
14.1.2. Sığortaçı müqavilə üzrə Sığortalı qarşısında öhdəliklərini tam həcmdə icra etdikdə;
14.1.3. Sığortalı sığorta haqlarını müqavilə ilə müəyyən olunmuş müddətdə ödəmədikdə;
14.1.4. Sığortaçı, Azərbaycan Respublikasının qanunvericilik aktları əsasında ləğv edildikdə;
14.1.5. Sığorta müqaviləsinin etibarsız hesab olunması haqqında məhkəmə tərəfindən qərar qəbul edildikdə;
14.1.6. Sığorta marağı artıq mövcud olmadıqda;
14.1.7. Sığorta predmeti artıq mövcud olmadıqda;
14.1.8. Azərbaycan Respublikasınin qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
14.2. Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilə bilər. Bu barədə tərəflər bir-birini, qanunla müəyyən edilən hallar istisna olmaqla,ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
15. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ
15.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
15.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə
yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
15.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
15.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu qaydaların 15.1.-ci və 15.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
15.5. Sığorta müqaviləsi məhkəmə qərarı əsasında (sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa) xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu qaydaların 15.3-cü və 15.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
16. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ
16.1. Sığortalının aşağıdakı hüquqları var:
16.1.1. sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq;
16.1.2. sığorta müqaviləsini hər hansı başqa şəxsin faydalanan şəxsin xeyrinə bağlamaq;
16.1.3. sığorta müqaviləsinə əlavə və dəyişiklik etmək;
16.1.4. sığorta müqaviləsinə xitam vermək;
16.1.5. itirilmiş şəhadətnamənin yerinə dublikatını almaq;
16.1.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar;
16.2. Sığortalının aşağıdakı vəzifələri var:
16.2.1. sığorta hadisəsi baş verdikdə, bu barədə Qaydaların 17.1-ci maddəsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etməli;
16.2.2. ziyanın qarşısının alınması və azaldılması üçün bütün zəruri tədbirlər görməli, sığorta haqqını vaxtında ödəməli;
16.2.3. sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığortalı öz növbəsində sorğu formasındakı sualları dürüst və düzgün şəkildə cavablandırmalı və sığorta müqaviləsi qüvvədə xxxx müddətdə xxxxxx dərəcəsi dəyişilərsə bu barədə sığortaçıya məlumat verməli;
16.2.4. sığortalanmış obyektə dair qüvvədə xxxx digər sığorta müqavilələri barədə sığortaçıya məlumat verməli;
16.2.5. sığоrta hadisəsi faktının mövcudluğunu sübut etmək vəzifəsi Sığortalının üzərinə düşür və Sığortalı qanunvericilik və formalaşmış təcrübə ilə tələb olunan sənədlər də daxil olmaqla Sığortaçını bütün zəruri sənədlərlə təmin etməlidir;
16.2.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr;
16.3. Sığortaçının aşağıdakı hüquqları var:
16.3.1. sığortalının bildirdiyi məlumatların düzgünlüyünü yoxlamaq;
16.3.2. sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığortalanmış xxxxxx dərəcəsi artdıqda, Sığortalıya sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini, o cümlədən, sığorta riskinin artması nisbətində əlavə sığorta haqqının ödənilməsini təklif etmək və ya Sığortalını xəbərdar etdikdən sonra sığorta müqaviləsinə xitam vermək;
16.3.3. sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədləri və məlumatları sığortalıdan tələb etmək;
16.3.4. sığortalı sığorta müqaviləsi üzrə öz öhdəliklərini icra etmədikdə, saxta sənədlər təqdim etdikdə və ya zərərin artırılması və ya sığorta ödənişinin əsassız şəkildə artırılması məqsədilə qəsdən hərəkətlər etdikdə, sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina etmək;
16.3.5. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar.
16.4. Sığortaçının aşağıdakı vəzifələri var:
16.4.1. sığortalını sığorta qaydaları ilə xxxxx etməli;
16.4.2. sığorta hadisəsi baş verdikdə bütün zəruri sənədləri aldıqdan sonra sığorta ödənişini bu Qaydaların 21.1-ci maddəsində müəyyən edilmiş müddətdə verməli;
16.4.3. qanunvericliklə nəzərdə tutulmuş hallardan başqa, Sığortalı şəxsin əmlak vəziyyəti, o cümlədən kommersiya xxxxx xxxx məlumatları yaymamaq;
16.4.4. sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək.
16.4.5. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr.
17. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
17.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı, sığorta olunan və yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
17.1.1. Bu qaydaların 17.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.
17.1.2. Zərərin qarşısının alınması və ya təsirinin azaldılması üçün bütün mümkün tədbirləri görməli və belə tədbirlərin görülməsi zamanı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir;
17.2. Zərərin qarşısının alınması və ya təsirinin azaldılması və zərər vurulmuş əmlakın xilas edilməsi üçün bütün mümkün tədbirləri görməli və belə tədbirlərin görülməsi zamanı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir;
17.3. Sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığortalı öz növbəsində sorğu formasındakı sualları dürüst və düzgün şəkildə cavablandırmalı və sığorta müqaviləsi qüvvədə xxxx müddətdə xxxxxx dərəcəsi dəyişilərsə bu barədə sığortaçıya məlumat verməlidir;
17.4. Sığortalı, sığorta olunan və yaxud faydalanan şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir:
17.4.1. Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;
17.4.2. sığortaçı sığorta hadisəsi barədə bu qaydalarda nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;
17.4.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda;
17.4.4. Sığortaçının və ya onun səlahiyyətli nümayəndələrinin zərər dəymiş əmlaka baxışın keçirilməsində, zərər çəkmiş xxxxxx və yerlərə daxil olmasına və ya tədqiq edilməsində, vurulmuş zərərin səbəb və həcminin müəyyən edilməsində, zərərin təsirinin azaldılması və zərər vurulmuş əmlakın xilas edilməsi tədbirlərində iştirakını təmin etməli;
17.5. Məcburi hallar istisna olmaqla, zərər çəkmiş yer və ya əşyalarda heç bir dəyişiklik etməməlidir;
17.6. Sığortaçının tələbi ilə hadisənin baş vermə səbəblərini, zərərin miqdarını və səbəbini müəyyənləşdirməyə, zərərin ödənməsi hüququndan istifadə olunması üçün yararlı və sığortalı tərəfindən təmin edilməsi mümkün xxxx xxxxxx məlumat və aşağıdakı sənədləri sığortaçıya verməlidir;
17.6.1. Zərərin təxmini məbləğini bildirən yazılı məlumatı;
17.6.2. Zərər dəymiş əmlakın sahibliyini təsdiqləyən sənədi.
18. ÖDƏNİLƏN ZƏRƏRLƏR
18.1. Sığortaçı sığorta hadisəsi nəticəsində ortaya çıxan aşağıdakı zərərləri ödəyir:
18.1.1. Yükə dəyən real zərəri;
18.1.2. Sığortaçı tərəfindən ödəniləcək zərərlərin həcminin azaldılması və ya qarşısının alınması məqsədilə çəkilən zəruri və məqsədyönlü xərcləri;
18.1.3. Sığorta hadisəsinin səbəbini və şəraitini araşdırmaq, həmçinin sığortaçı tərəfindən ödənilməli xxxx zərərin miqdarını müəyyən etmək məqsədilə çəkilən zəruri xərcləri.
18.2. Yükə dəyən zərər aşağıdakı kimi müəyyən edilir :
18.2.1. Məhv olduqda (tam və ya konstruktiv) – sığorta hadisəsi baş verən andakı bazar qiyməti həcmində;
18.2.2. Ayrı-ayrı hissələrin dəyişdirilməsi zərurəti yarandıqda – vəziyyətlərindən asılı olaraq, köhnəlmə dəyəri hissəsi çıxılmaqla, dəyişdirilən eyni hissələrin bazar dəyəri həcmində;
18.2.3. Təmir mümkün xxxx hallarda – görülən işlərin və zəruri materialların (xammalın) dəyəri həcmində.
18.3. Sığortaçının seçiminə əmlakın təmir xərcləri ya peşəkar ekspert təşkilatı tərəfindən hazırlanmış, tələb olunan təmirin (bərpanın) qiymətinin ilkin smetası (hesablanması, qiymətləndirilməsi) əsasında, ya da real təmir faktına əsasən müəyyən olunur.
18.4. Sığortaçı sığortalanmış əmlaka dəyən zərərin əvəzini yuxarıda göstərilən qaydada, hər bir sığorta hadisəsi üçün sığorta məbləği həddində ödəyir.
18.5. Sığortaçı tərəfindən əvəzi ödənilməli xxxx zərərləri azaltmaq məqsədilə sığortalının çəkdiyi xərclər, həmin xərclərin digər zərərlərlə birlikdə sığorta məbləğini aşa bilməsindən asılı olmayaraq, sığortaçı tərəfindən ödənilir, bu şərtlə ki, belə xərclər zərurət və ya sığortaçının göstərişlərini yerinə yetirmək məqsədilə ortaya çıxmış olsun.
18.6. Sığortaçı zərərlərin qarşısını almaq və ya azaltmaq məqsədilə sığortalının bilərəkdən ağlabatan və mümkün (səmərəli) tədbirləri görməməsi nəticəsində ortaya çıxan zərərləri ödəmək öhdəliyindən azad edilir.
18.7. Sığorta hadisəsinin səbəblərinin və şəraitinin aydınlaşdırılması, zərərlərin həcminin müəyyən edilməsi üçün çəkilən zəruri xərclər, bu xərclərin digər xərclərlə birlikdə sığorta məbləğini aşa bilməsindən asılı olmayaraq sığortaçı tərəfindən ödənilir.
18.8. Əgər yükün sığorta məbləği onun sığorta dəyərindən (sığorta müqaviləsi bağlandığı gün onun yerləşdiyi yerdəki bazar dəyəri) az müəyyən olunmuşdursa, sığortaçı dəymiş zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətinə mütənasib qaydada ödəyir.
19. SIĞORTA ÖDƏNİŞİNDƏN SIĞORTA HAQQININ TUTULMASI
19.1. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
20. SIĞORTA HADİSƏSİNİN SÜBUT EDİLMƏSİ
20.1. Sığоrta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin məbləğini sübut etmək vəzifəsi Sığortalının üzərinə düşür.
20.2. Sığorta ödənişinin verilməsi üçün sığortaçı tərəfindən tələb olunan sənədlər aşağıdakılardır:
20.2.1. Sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi (ərizə, müraciət);
20.2.2. Zərər məbləğini təsdiqləyən sənəd;
20.2.3. Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
21. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
21.1. Bu qaydaların 20.2-ci bəndində nəzərdə tutulan sənədlərdən sonuncusunun sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
21.2. Sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 xxxxx həcmində dəbbə pulu ödəyir.
22. ÖDƏNİŞDƏN İMTİNАNIN ƏSASLARI
22.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
22.1.1. qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
22.1.2. müqavilə ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmayıbsa, hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
22.1.3. sığortalı, zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
22.1.4. sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi;
22.1.5. sığorta predmeti, sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
22.1.6. baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
22.1.7. sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu qaydaların 8.5.1-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
22.1.8. sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda.
22.2. Bu qaydaların 16.2.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz;
22.3. Bu qaydaların 17.4-cü maddəsində müəyyən edilmiş hallarda sığortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut olunan həcmdə sığorta ödənişindən imtina edə bilməz;
22.4. Bu qaydalarda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığorta hadisəsi onun baş verməsinə yönələn, sığorta müqaviləsi üzrə sığortalı və (və ya) sığorta olunan hesab edilməyən faydalanan şəxsin qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdikdə, həmin faydalanan şəxs sığorta ödənişini almaq hüququndan məhrum olur.
23. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
23.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
24. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI
24.1. Sığortaçı, Sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı halda Sığoratalıya dəyən maddi və ya mənəvi zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
25. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
25.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.
“Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinin yüklərin sığortalanması üzrə tarif dərəcələrinin əsaslandırılması
Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netto-dərəcələrin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
1. Sığorta hadisəsinin baş verməsi ehtimalı (q) - 0,01;
2. Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği (So) – 160000 manat;
3. Bir sığorta hadisəsi üzrə xxxx sığorta ödənişi (Sö) - 24000 manat;
4. Bağlanılacaq sığorta müqavilələrinin sayı (n) - 450.
Tn, Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk üstəliyini işarə edək. Netto- dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:
Tə=100qSö/So = 100*0,01*24000/160000 = 0,15 manat
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalını 0,98 götürək. Bu halda həmin ehtimala uyğun əmsal a=2 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
Tr-1,2*Tə*a* ((l-q)/(n*q))½ = 0,15*l,2*2*((l-0,01)/(450*0,01))½ = 0,17 manat Tn - Tə + Tr = 0,15 + 0,17 = 0,32 manat
Tarif dərəcəsinin strukturu: netto-dərəcə - 70%, yüklənmə - 30%. O cümlədən, işlərin aparılması xərcləri - 28%, tariff mənfəəti - 2%.
Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna əsasən
Tb = Tn /(1-0 = 0,32/(1-0,3) = 0,46 manat.
Yükün növündən, qablaşdırılmasından, hansı nəqliyyat vasitəsi ilə daşınmasından və s. amillərdən asılı olaraq baza tarif dərəcəsinə azaldıcı və artırıcı əmsallar tətbiq edilir. Ona görə də, yekun tarif dərəcəsi 0,1% - 7.0% aralığında dəyişir.