İNŞAAT SIĞORTASI QAYDALARI ÜMUMİ MÜDDƏALAR
İNŞAAT SIĞORTASI QAYDALARI ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.
1. SIĞORTA PREDMETİ VƏ SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ
1.1. Bu Qaydalar üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmlakdır.
1.2. Bu sığorta qaydaları ilə sığorta müqaviləsinə daxil xxxx əmlaklara, tikinti sahəsində olduqları və tikinti işləri aparıldığı zaman, əvvəlcədən bilinməyən və gözlənilməz səbəblərə görə dəyən ziyan və zərərlərə, sığorta şəhadətnaməsində göstərilən istisnalar nəzərə alınmaqla, təminat verilir.
1.3. Bu Qaydalarla müəyyən olunan sığorta növü sinifinə görə əmlakın yanğın və digər risklərdən sığoprtası və ümumi mülki məsuliyyətin sığortası siniflərinə aid edilir.
2. ƏLAVƏ SIĞORTA HAQQI MÜQABİLİNDƏ SIĞORTA TƏMİNATINA DAXİL EDİLƏN ZƏRƏR
Aşağıdakı hadisələrə görə dəyən zərər əlavə razılaşmaya uyğun olaraq və əlavə sığorta haqqı ödəmək şərti ilə sığorta təminatına daxil edilə bilər:
2.1. Tikintidə istifadə olunan maşın, alət və ləvazimatlar, müvəqqəti tikinti barakları və köməkçi tikililər;
2.2. Üçüncü şəxslərə dəyən zərərlərə görə sığortalıya keçəcək hüquqi məsuliyyətlər;
2.3. Zərər nəticəsində meydana gəlmiş uçuq və dağıntıların bərpa edilməsi üçün çəkilən xərclər;
2.4. Təminatın əhatə dairəsinə daxil xxxx səbəblərlə əlaqədar meydana gələn ziyan və zərərlərin tələb etdiyi, hava nəqliyyat vasitələri istisna olmaqla, digər sürətli nəqliyyat vasitələri ilə həyata keçirilən daşıma xərcləri, normadan artıq işləmənin haqqları;
2.5. Tətil, lokaut, iğtişaş və xalq hərəkatları və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində dəyən zərər və ziyanlar;
2.6. Tikintinin başa çatmasından və müvəqqəti qəbulundan sonra başlayan zəmanət dövrü.
3. SIĞORTA TƏMİNATINA DAXİL OLMAYAN HALLAR
Aşağıdakı hallar sığorta təminatına daxil deyildir:
3.1. Müharibə, hər cür hərbi hərəkətlər, istila, düşmən basqını, vuruşma (müharibə elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, inqilab, üsyan və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində dəyən ziyan və zərərlər;
3.2. Hər hansı nüvə partlayışı, radiasiya və ya radioaktiv çirklənmələr və bunlara qarşı görülən hərbi və inzibati tədbirlər nəticəsində dəyən ziyan və zərərlər;
3.3. Səlahiyyətli orqanların sığortalanmış əmlakdan istifadə etməsi nəticəsində meydana gələn ziyan və zərərlər;
3.4. Layihənin səhv olmasına və ya düzgün tətbiq edilməməsinə görə dəyən ziyan və zərərlər;
3.5. Qüsurlu material, səhv iş (bu istisnalar qüsurlu materiallar və hissələrin təmir və bərpa xərclərinə aiddir və bu səbəblərə görə sığorta etdirilmiş digər əşyalara dəyəcək ziyan və zərərlər təminata daxildir);
3.6. Aşınma, korlanma, çürümə və paslanmalar;
3.7. Tikintidə istifadə olunan maşın və dəzgahların mexaniki və elektrik qəzaları və sınmaları (bu qəza və sınmaların sığorta olunmuş digər əşyalara vuracağı ziyan və zərərlər təminata daxildir);
3.8. İnventar çatışmazlığı;
3.9. Sığortalının və ya onun adından fəaliyyət göstərən cavabdeh şəxsin qəsdən hərəkətləri və ya əlavə razılaşma varsa, kobud səhvi;
3.10. Tikintinin başa çatmış və ya müvəqqəti olaraq qəbul edilmiş, habelə sifarişçiyə təhvil verilmiş və ya sifarişçi tərəfindən istifadə olunan hissələrində birbaşa və ya dolayısı ilə meydana gələn ziyan və zərərlər;
3.11. Ayrıca olaraq sığorta etdirilibsə, zəmanət vaxtı başa çatan hissələrdə birbaşa və ya dolayısı ilə meydana gələn ziyan və zərərlər;
3.12. İnşaatın gecikməsinə, qismən və ya tamamilə dayandırılmasına, öhdəliyin yerinə yetirilməməsinə, müqavilənin ləğv edilməsinə və ya cəza şərtlərinin tətbiq edilməsinə görə dəyən zərərlər də daxil olmaqla gözlənilən gəlirin itirilməsi, estetik qüsurlar kimi bütün nəticə zərərləri;
3.13. İnşaat ilə əlaqədar xxxx bütün hava, quru və su yolları nəqliyyat vasitələri;
3.14. Nağd pul, qiymətli kağızlar (çek, sənəd, səhm, istiqraz və s.) qaimə, sənəd qovluğu, borc iltizamları və hesab işlərilə əlaqədar bütün mühasibat sənədləri, inşaat və qurğulara aid xxxx plan və layihələr.
4. SIĞORTA TƏMİNATININ MÜDDƏTİ
Sığorta təminatının müddəti, sığorta şəhadətnaməsində göstərilən başlanğıc tarixinin əsas olması şərti ilə, əlavə edilmiş siyahıda göstərilən avadanlıq və ləvazimatların tikinti sahəsinə gətirildiyi andan başlayır və sığorta şəhadətnaməsində göstərilən başa çatma tarixində xxxx xxxxx. Xxxxx inşaatın bu tarixdən əvvəl qismən və ya tamamilə başa çatdırılıb sifarişçiyə təhvil verildiyi hallarda, həmin hissələrlə əlaqədar təminatın müddəti başa çatmış olur. Bu sığorta təminatının əhatə dairəsinə daxil xxxx və tikinti sahəsinə gətirilən material və ləvazimatlar üçün nəqliyyat (xxx) sığortası vardırsa, həmin əmlaklarla əlaqədar təminat, nəqliyyat sığortasının müddəti başa çatdıqdan sonra başlanır. Sığorta etdirilmiş inşaat işləri və əgər ayrıca sığorta etdirilibsə, zəmanət müddəti, sığorta şəhadətnaməsində göstərilən tarixdə başa çatmadıqda, təminat müddəti, tərəflərin qarşılıqlı razılığı ilə müəyyən ediləcək şərtlər və əlavə sığorta haqqı alınmaqla uzadılır.
Sığorta etdirilmiş inşaat işləri hansısa bir səbəbə görə, fasiləsiz olaraq bir xxxxx xxx dayandırılarsa, sığortalının yazılı xəbərdarlığına əsasən sığorta təminatı dayandırılır. Əgər sığortalı təminatın, dayanma dövründəki risklərlə əlaqədar davam etməsini istəyirsə, həmin müddətlə əlaqədar şərtlər və sığorta haqqları sığortaçı tərəfindən müəyyən edilir. İnşaat işinin yenidən başlanmasından sonra sığortanın müddəti istifadə olunmayan günlərə uyğun olaraq uzadılır. İnşaat işlərinin fasiləsiz olaraq 6 (altı) xxxxx xxx dayandırılması hallarında uzadılan müddətlə əlaqədar sığorta haqqları və şərtlər yenidən sığortaçı tərəfindən müəyyən edilir.
5. SIĞORTA TƏMİNATININ QÜVVƏYƏ MİNMƏ VƏ QÜVVƏDƏN DÜŞMƏ VAXTLARI
Sığorta təminatı, şəhadətnamədə başlanğıc və sona çatma tarixləri kimi göstərilən günlərdə, tərəflərin başqa cür razılaşmadıqları hallar üçün, Azərbaycan vaxtı ilə saat 24.00-da qüvvəyə minir və vaxtı qurtardığı zaman yenə Azərbaycan vaxtı ilə saat 24.00-da qüvvəsini itirir.
6. SIĞORTA MÜQAVİLƏSİ BAĞLANAN ZAMAN SIĞORTALININ MƏLUMAT VERMƏ VƏZİFƏLƏRİ
6.1. Sığorta müqaviləsi, sığortalının, xxxxxx mahiyyətini tam bildirməsi şərtilə təklifdə, təklif yoxsa, sığorta şəhadətnaməsində və ya onun əlavələrində yazılmış məlumatına əsasən bağlanır.
Sığortalının məlumatının yalan, yaxud yarımçıq olması hallarında sığortaçı sığorta müqaviləsini imzalamaya bilər və ya:
6.1.1. Sığortalı bunu qəsdən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi andan etibarən 1 ay ərzində müqaviləni poza bilər və bu müddət ərzində sığorta hadisəsi baş verərsə, ödəniş verməyə bilər.
6.1.2. Sığortalı bu hərəkəti bilmədən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən bir ay ərzində müqaviləni ləğv edə və ya müqaviləni davam etdirərək həmin vaxt üçün əlavə sığorta haqqı tələb edə bilər.
6.2. Qaydaları pozma, xitam vermə və sığorta haqqı fərqini tələb etmək hüququ vaxtında istifadə olunmazsa, etibarsız sayılır;
6.3. Sığortalının hərəkətində heç bir qəsd müəyyən edilmədiyi hallarda sığorta hadisəsi:
- sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl;
- sığortaçı müqaviləyə xitam verə biləcəyi müddət ərzində;
- və yaxud ləğvetmənin hüquqi qüvvəyə minməsi üçün xxxxx xxxx müddət ərzində baş verərsə;
- sığortaçı sığorta ödənişini, sığortalının məlumatına əsasən hesablanan sığorta haqqı ilə sığortaçı həqiqətdə ödənməli xxxx sığorta haqqı arasındakı nisbətə uyğun olaraq ödəyir.
7. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ
7.1 Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
7.2 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır.
7.3 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam
verilmə anınadək sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır.
7.4 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Maddənin 7.1-ci və 7.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
7.5Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş qaydada xitam verilmiş hesab edildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Maddənin 7.3-cü və 7.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.
7.6 Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması xərcləri dedikdə inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur.
8. SIĞORTA MÜDDƏTİ ƏRZİNDƏ TƏRƏFLƏRİN VƏZİFƏLƏRİ VƏ MƏSULİYYƏTİ.
8.1 Müqavilə imzalandıqdan sonra sığorta olunmuş əmlakın təklifdə, təklif yoxsa, sığorta şəhadətnaməsində və ya onun əlavələrində göstərilən yeri və ya vəziyyəti sığortaçının razılığı olmadan dəyişdirilərsə, sığortalı bu haqda əgər dəyişiklik;
- özü tərəfindən və ya onun razılığı ilə başqa birisi tərəfindən həyata keçirilərsə, dərhal;
- özünün razılığı olmadan başqa şəxs tərəfindən həyata keçirilərsə, vəziyyəti öyrənən kimi, dərhal;
- hər iki halda ən geci 8 gün ərzində sığortaçıya məlumat verməlidir.
8.2 Vəziyyət sığortaçı tərəfindən öyrənildikdən sonra, sığortaçı, bu dəyişiklik müqaviləni pozmasını və ya daha ağır şərtlər irəli sürməsini tələb edərsə, 8 gün ərzində;
- müqaviləni ləğv edə və ya,
- sığorta haqqı fərqini tələb etməklə davam etdirə bilər.
8.3 . Sığortalı, 8 gün ərzində sığorta haqqının fərqi kimi tələb olunan məbləğin miqdarı ilə razılaşmadığını bildirərsə, müqavilə ləğv edilmiş hesab olunur.
8.4. Müqaviləyə xitam verildiyi halda, istifadə olunmayan müddətin sığorta haqqının xxxx ödənib ödənməyəcəyi, əgər ödənəcəksə, məbləği sığortaçı tərəfindən müəyyən olunur.
Bütün hallarda, hadisənin baş vermə ehtimalının artması tarixindən sığorta şəhadətnaməsinin sona çatma tarixinə qədər keçən vaxtın sığorta haqqı fərqi sığortaçıya ödənilməlidir.
8.5. Vaxtında istifadə edilməyən müqaviləyə xitam vermə və ya sığorta haqqı fərqini tələb etmə hüququ, etibarsız sayılır.
8.6. Sığortalanmış əmlakın təklifdə, təklif yoxsa, sığorta şəhadətnaməsində və ya onun əlavələrində göstərilən yerinin və ya vəziyyətinin dəyişməsini öyrənmiş sığortaçı, sığorta haqqını qəbul edərsə və ya sığorta müqaviləsinin heç bir dəyişiklik edilmədən qüvvədə qalmasına razı olduğunu bildirərsə, ləğv etmə və ya sığorta haqqı fərqini tələb etmə hüququnu itirir.
8.7. Sığortalanmış əmlakın yer və ya vəziyyətinin dəyişdirilməsi hadisənin başvermə ehtimalını ağırlaşdırarsa və sığortalı bunu xəbərdarlıq müddəti ərzində qəsdən bildirməzsə, xəbərdarlıq müddəti başa çatdıqdan sonra meydana gələn zərərlər sığortaçı tərəfindən ödənilmir; xəbərdarlıq qaydaları qəsdən pozulmamışdırsa, alınan sığorta haqqı ilə alınmalı xxxx sığorta haqqı arasındakı fərq hadisəyə görə ödənilməsi nəzərdə tutulan sığorta ödənişindən çıxılır.
8.8. Dəyişiklik, hadisənin baş vermə ehtimalını azaldarsa, və daha az sığorta haqqı tələb edərsə, sığortaçı bu dəyişikliyin baş verdiyi tarixdən başlayaraq müqavilənin başa çatmasına qədər xxxx müddətin, sığortaçı tərəfindən müəyyən ediləcək sığorta haqqı fərqini sığortalıya qaytarır.
Bu şərtlər sığortalıya da eyni qaydada tətbiq edilir.
9. MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ
9.1. Sığortalanmış əmlakın mülkiyyət sahibi dəyişdiyi təqdirdə sığorta müqaviləsi öz hüquqi qüvvəsində qalır və sığortalının sığorta şəhadətnaməsi ilə əlaqədar bütün hüquq və vəzifələri yeni mülkiyyət sahibinə keçir. Bu zaman sığortalı və sığortanın mövcudluğunu öyrənən yeni sahibkar mülkiyyət dəyişikliyini 15 gün ərzində sığortaçıya yazılı şəkildə bildirməlidirlər. Bu şərt yerinə yetirilməzsə, sığortaçı sığorta müqaviləsi üzrə vəzifələrinin icrasından azad olur.
9.2. Sığortaçı dəyişikliyi, yeni sahibkar isə sığortanın mövcudluğu öyrəndiyi tarixdən etibarən 8 gün ərzində sığorta müqaviləsini ləğv edə bilərlər.
Vaxtında istifadə edilməyən ləğv etmə hüququ ləğv olunur.
9.3. Sığortaçı tərəfindən həyata keçirilən ləğv etmə, bu haqda sığortalıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi tarixdən 8 iş günü sonra saat 2400-də, yeni mülkiyyət sahibi tərəfindən həyata keçirilən ləğv etmə isə bu haqda sığortaçıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi günün sabahı saat 2400-də hüquqi qüvvə qazanır.
9.4. Ləğv etmənin hüquqi qüvvə qazanacağı vaxta qədər keçən müddətin sığorta haqqı, ləğv etmə sığortaçı tərəfindən həyata keçirildikdə, gün hesabı əsas götürülməklə, ləğv etmə yeni mülkiyyət sahibi tərəfindən həyata keçirilirsə, sığortaçı tərəfindən müəyyən edilən qısa müddətli sığorta kimi hesablanır və artıq qalan məbləğ yeni mülkiyyət sahibinə qaytarılır.
9.5. Sığorta etdirilmiş əmlakın sahibi dəyişdiyi zaman mövcud sığorta haqqı borclarına görə sığortalı və ləğv etmə hüququndan vaxtında istifadə etməyən yeni mülkiyyət sahibi birlikdə cavabdehdirlər.
9.6. Sığortalı vəfat etdikdə, onun sığorta ilə əlaqədar bütün hüquq və vəzifələri heç bir dəyişiklik edilmədən yeni mülkiyyət sahibinə keçir.
10. SIĞORTALININ, SIĞORTA ŞƏHADƏTNAMƏSİ HÜQUQİ QÜVVƏDƏ OLDUĞU MÜDDƏT ƏRZİNDƏKİ VƏZİFƏLƏRİ
Sığortalı, sığortalanmış inşaat işlərinin, material, ləvazimat, qurğu və maşınların təhlükəsizliyi və qorunması üçün lazımi tədbirlər görməlidir.
Sığortaçının, lazım bildiyi vaxtlarda, səlahiyyətli nümayəndəsi vasitəsilə sığorta etdirilmiş bina və qurğulara nəzarət etmək və onları yoxlamaq səlahiyyəti vardır. Sığortalı bu yoxlamalara icazə verməyə və kömək etməyə görə cavabdehdir.
11. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SIĞORTAÇININ SIĞORTA MÜQAVİLƏSİ ÜZRƏ VƏZİFƏLƏRİNİN İCRASININ BAŞLANMASI
bilər.
11.1. Sığorta haqqının bütövlükdə və ya hissə-hissə ödənilməsi razılaşdırıla
Sığorta haqqı (ilkin hissə) ən geci sığorta şəhadətnaməsi təqdim olunan vaxt,
(hissə-hissə ödənilməsi razılaşdırılıbsa, qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən tarixlərdə) ödənməlidir.
11.2. Sığorta haqqı (ilkin hissə) sığorta şəhadətnaməsi təqdim olunan vaxt ödənməsə, sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır və bu şərt sığorta şəhadətnaməsində yazılır.
11.3. Hissə-hissə ödənilən sığorta haqqlarından iki hissənin ardıcıl olaraq ödənmədiyi və ya hadisə baş vermədiyi hallarda, hissələrin hamısı birdəfəyə ödənir və bu şərt sığorta şəhadətnaməsində yazılır.
11.4.. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı hallarda, hissələrdən hər xxxxx xxxx şəhadətnamədə göstərilən vaxta ödənilməzsə, Sığortaçı onun ödənilməsi üçün yazılı surətdə 15(on beş) günədək müddət müəyyən edə bilər. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. Müəyyən olunmuş gün ərzində sığorta haqqı ödənilməzsə sığorta şəhadətnaməsi etibarsız hesab olunacaq. Ləğv etmənin hüquqi qüvvə qazandığı tarixə qədər keçən müddətin sığorta haqqı gün hesabına görə hesablanır və artıq qalan məbləğ sığorta olunana qaytarılır.
12. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQININ MÜƏYYƏN EDİLMƏSİ
12.1. Sığorta şəhadətnaməsində göstərilən sığorta məbləği:
- tikintidə istifadə olunan material və tikinti işlərinin (əgər varsa, gömrük, rüsum və xərclər, nəqliyyat və iş xərcləri də daxil olmaqla) dəyərindən;
- ayrıca müqavilə varsa, tikinti işlərində istifadə olunan maşın, alət və ləvazimatlar, müvəqqəti tikinti barakları və köməkçi tikililərin həmin dövrdəki bazar qiymətindən az ola bilməz.
12.2. Sığorta şəhadətnaməsində göstərilən sığorta məbləğini təşkil edən əmlakların qiymətlərində xxxxx olarsa, sığortalı, bu artımın baş verdiyini maksimum 5 gün ərzində və hansısa bir zərər baş verməmişdən əvvəl yazılı şəkildə sığortaçıya bildirməlidir.
12.3. Sığorta müqaviləsinin qüvvədə olma müddətində sığorta məbləğinin 20%- dən xxx olmayan qiymət artımı sığortalanmış hesab edilir. 20%-dən xxx xxxx qiymət artımının sığortalı hesab edilə bilinməsi üçün sığortaçının yazılı razılığı vacibdir. 20%- dən xxx xxxx qiymət artımı sığortaçı tərəfindən qəbul edilməzsə, bu cür sığortaya ilk təhlükə sığortasının şərtləri tətbiq edilir. Sığorta haqqının məbləği sığorta məbləğindəki xxxxx nisbətinə uyğun olaraq tənzimlənir.
13. SIĞORTA HADİSƏSİ BAŞ VERDİYİ ZAMAN SIĞORTALININ VƏZİFƏLƏRİ
Hadisə baş verdiyi zaman sığortalı:
13.1. Zərərin baş verdiyini öyrəndikdən sonra ən geci 5 gün ərzində sığortaçıya məlumat verməlidir və lazımı mühafizə və xilasetmə tədbirlərini həyata keçirməlidir və bu məqsədlə sığortaçı tərəfindən ona verilmiş təlimatlara, imkan daxilində, maksimum əməl etməlidir;
13.2. Hadisənin səbəbini, hansı şəraitdə və şərtlər daxilində baş verdiyini öyrənmək, zərər və ziyanın məbləğini müəyyən etmək üçün lazım və sığortalı tərəfindən təmin olunması mümkün xxxx məlumat və sənədləri (əsli, özü tərəfindən təsdiq edilmiş surət və ya kserosurəti) sığortaçının tələbinə əsasən dərhal ona verməli və zərərin təqsirkar üçüncü şəxs tərəfindən ödənməsi hüququndan istifadə olunması üçün lazımı məlumat və sənədləri mühafizə etməli və verməlidir.
13.3. Xxxxx və zərərin təxmini məbləğini bildirən məlumatı münasib vaxt ərzində sığortaçıya verməlidir;
13.4. Zərərlə əlaqədar hadisənin baş verdiyi yer və əmlaklarda, zəruri hallar istisna olmaqla heç bir dəyişiklik etməməlidir;
Sığortalı yuxarıdakı şərtlərə uyğun olaraq sığortaçıya məlumat verdikdən sonra tikinti işinin ləngiməməsi məqsədi ilə, (ayrıca təmir etmə haqda xəbərdarlığın verilməsi şərti ilə) sığortaçının nümayəndələrinin gəlməsini gözləmədən kiçik həcmli təmir işləri görə bilər.
Sığortaçı zərərin baş verməsi ilə əlaqədar xəbəri aldıqdan sonra 24 saat ərzində öz ekspertlərini hadisə yerinə göndərməzsə, sığortalı heç bir şərtə əməl etmədən zərərə uğramış hissənin təmirinə başlaya bilər.
13.5. Sığortaçının təyin etdiyi nümayəndələrinin ödəniş cavabdehliyini və məbləğini, zərərin təqsirkar üçüncü şəxs tərəfindən ödənməsi hüququnu müəyyən
etmək üçün sığorta olunmuş yer və əmlaklarda, onlarla əlaqədar sənədlər üzərində aparacaqları yoxlama və tədqiqatlara icazə verməlidir;
13.6. Sığorta olunmuş əmlak, başqa bir sığorta şirkətində də sığorta olunubsa, bunu sığortaçıya bildirməlidir.
14. ÖDƏNİŞ HAQQININ AZALDILMASI VƏ YA HAQQIN ÖDƏNİLMƏSİNDƏN İMTİNA EDİLMƏSİ
14.1. Sığortalı, hadisə baş verdiyi zaman öz vəzifələrini yerinə yetirməzsə və bunun nəticəsində də zərərin məbləği artarsa, həmin xxxxx məbləğ sığortaçının verəcəyi ödəniş məbləğindən çıxılır.
14.2. Sığortalı hadisənin baş verməsinə qəsdən şərait yaradarsa və ya qəsdən zərərin həcmini artıracaq hərəkətlər edərsə, sığorta müqaviləsində göstərilən hüquqlarını itirir.
15. ZƏRƏRİN MÜƏYYƏN EDİLMƏSİ
15.1. Sığorta etdirilmiş əmlaklarda meydana gələn zərər və ziyanın məbləği sığorta şəhadətnaməsinə uyğun olaraq, tərəflərin razılığı ilə müəyyən edilir. Tərəflər razılığa gələ bilmədikləri təqdirdə, zərərin məbləği, qarşılıqlı razılıq əsasında təyin edilmiş müstəqil ekspert tərəfindən müəyyən edilir:
15.2. Tərəflər, eksperti birlikdə seçmək haqqında razılığa gələ bilməzlərsə, onda hər biri ayrılıqda öz ekspertini seçir və bunu digər tərəfə bildirir. Tərəflərin ekspertlər seçildikləri tarixdən etibarən 7 gün ərzində, hadisə ilə əlaqədar tədqiqata başlamazdan əvvəl, üçüncü bitərəf eksperti seçirlər. Bitərəf ekspertin, yalnız tərəflərin ekspertlərinin razılığa gələ bilmədikləri məsələlər haqqında rəy vermək səlahiyyəti vardır. Bitərəf ekspert öz rəyini, ayrıca və ya tərəflərin ekspertlərilə birlikdə ümumi bir rəy şəklində bildirə bilər. Ekspert rəyləri tərəflərə eyni vaxtda təqdim olunur.
15.3. Ekspert rəylərində aşağıdakılar göstərilməlidir:
– həm hər bir hissə üçün müəyyən ediləcək ziyan və zərərin məbləği, həm də ziyan və zərərin bilinən və ya müəyyən edilən səbəbi;
– zərərə uğramış əmlakın, hadisənin baş verdiyi tarixdən 1 gün əvvəlki həqiqi dəyəri və bərpa xərcləri;
– təmir və ya başqa hallar üçün istifadə oluna bilinəcək uçuq və dağıntıların həcmi və dəyəri;
15.4. Tərəflərdən hər xxxxx xxxx, digər tərəfə məlumat verdiyi tarixdən etibarən 15 gün ərzində öz ekspertini təyin etməzsə, yaxud tərəflərin seçdiyi ekspertlər, üçüncü bitərəf ekspertin seçilməsi ilə əlaqədar təyin olunduqları tarixdən etibarən 7 gün ərzində razılığa gələ bilməzlərsə, tərəflərin ekspertləri və ya bitərəf ekspert tərəflərdən birinin təklifi ilə zərərin baş verdiyi ərazidə yerləşən, iqtisad mübahisələrinə baxmağa səlahiyyəti xxxx məhkəmə tərəfindən, mütəxəssis xxxx şəxslər arasından seçilir.
15.5. Tərəflər, bitərəf ekspertin (bu ekspert istər tərəflərin ekspertləri tərəfindən, istərsə də səlahiyyətli məhkəmə tərəfindən seçilmiş olsun) sığortaçının və ya
sığortalının yaşadığı və ya hadisənin baş verdiyi ərazidən kənardan seçilməsini tələb etmək hüququna malikdir və bu tələb təmin edilməlidir;
15.6. Ekspert vəfat edərsə, vəzifəsindən istefa verərsə və ya rədd edilərsə, onun əvəzinə eyni şərtlərlə başqa ekspert seçilir və hadisənin tədqiqi yarımçıq qaldığı yerdən davam etdirilir.
15.7. Xxxxxxxxxxxx vəfat etməsi, təyin edilmiş eksperti vəzifə məsuliyyətindən azad etmir.
Ekspertin iş qabiliyyəti ilə əlaqədar etirazlar, bu şəxslərin təqdim olunduqları tarixdən etibarən 7 gün ərzində bildirilməlidir. Bu vaxt başa çatdıqdan sonra etiraz hüququ qüvvədən düşür;
15.8. Ekspertlər öz tədqiqatlarında tam sərbəstdirlər. Onların hüquqları qanun və qərarlarla da məhdudlaşmır;
15.9. Ziyan və zərərin məbləği müəyyən edildiyi zaman, ekspertlər lazım bildikləri dəlilləri, zərər çəkmiş sığortalanmış əmlakın və onun dəyərinin müəyyən edilməsi üçün xxxxx xxxx qeydləri və sənədləri tələb edə və yerində tədqiqatlar apara bilərlər;
15.10. Ekspert təyin olunduğu hallarda, Sığortalı ekspert rəyi olmadan sığortaçıdan ödəniş tələb edə və ona qarşı iddia qaldıra bilməz. Ekspertin rəyi, real vəziyyətdən açıq-aşkar fərqləndiyi zaman etiraz edilə bilər və bu qərarın ləğv edilməsi, rəyin bildirildiyi tarixdən etibarən bir həftə ərzində hadisənin baş verdiyi ərazidə yerləşən iqtisad mübahisələrini həll etməyə səlahiyyəti xxxx məhkəmələr tərəfindən həyata keçirilir;
15.11. Tərəflər, zərərin məbləği ilə əlaqədar razılığa gələ bilməzlərsə, bu məbləğ yalnız ekspertin rəyi ilə müəyyən edilir və müddət rəyin tərəflərə bildirildiyi tarixdən başlayaraq hesablanır;
15.12. Tərəflərin hər biri öz seçdiyi ekspertin haqqını ödəyir. Üçüncü, bitərəf ekspertin haqqını tərəflər birlikdə ödəyirlər;
15.13. Ziyan və zərər məbləğinin müəyyən edilməsi, təminat verilən risklər, sığorta məbləği, sığorta haqqı, əmlakın dəyərindən artıq və ya əksik xxxx sığorta, sığorta məsuliyyətinin başlaması, hüquqları ləğv edəcək və məhdudlaşdıracaq səbəblərlə əlaqədar sığorta şəhadətnaməsində və qanunvericilikdə göstərilən hökm və qaydalara və onların tətbiq olunmasına təsir etmir.
16. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI
Sığorta ödənişi məbləği, sığorta şəhadətnaməsinə əlavə edilmiş cədvəldə hər bir hal üçün ayrılıqda göstərilən sığorta məbləğindən və bütün hallarda ümumi sığorta məbləğindən xxx olmamaq şərti ilə aşağıdakı şərtlər daxilində müəyyən edilir:
16.1. İnşaat materiallarında və işlərində:
16.1.1. Qismən zərər halında:
Ödəniş məbləği, sığorta olunmuş əmlakın hadisənin baş verdiyi tarixdən bir gün əvvəlki vəziyyətinə gətirilməsi üçün tələb olunan xərclərin miqdarı qədərdir. Bu xərclərə inşaat materiallarının qiyməti, iş və nəqliyyat xərcləri, əgər varsa, gömrük, vergi və rüsum xərcləri də daxildir. Ancaq ödəmələrin ümumi miqdarı sığorta olunmuş əmlakın hadisənin baş verdiyi tarixdən bir gün əvvəlki dəyərindən xxx xxx bilməz.
Ödəniş məbləğindən sovtac və əgər varsa, azadolma nisbəti çıxılır.
16.1.2. Tam zərər halında:
Ödəniş məbləği sığorta olunmuş əmlakın hadisənin baş verdiyi tarixdən bir gün əvvəlki dəyərinə bərabərdir.
Ödəniş məbləğindən sovtac və əgər varsa, azadolma nisbəti çıxılır.
16.2. Əlavə müqavilə ilə təminat verilən hallarda:
16.2.1. Tikinti işlərində istifadə olunan maşın, alət və avadanlıqlarda;
- qismən zərər halında:
Ödəniş məbləği, ehtiyat hissələrinin dəyərinə, nəqliyyat xərcləri, sökülmə və quraşdırılma üçün çəkilən xərclər, əgər varsa, gömrük, vergi və rüsum ödənişləri də əlavə olunmaqla müəyyən edilir. Əgər, yeni ehtiyat hissələri alınarsa, bu zaman köhnə və yeni ehtiyat hissələri arasındakı qiymət fərqi nəzərə alınır. Ödəniş məbləğindən sovtac və əgər varsa, azadolma nisbəti çıxılır.
- tam zərər halında:
Ödəniş məbləği, sığorta olunmuş əmlakın hadisənin baş verdiyi tarixdən bir gün əvvəlki dəyərinə bərabərdir.
Ödəniş məbləğindən sovtac və əgər varsa, azadolma nisbəti çıxılır.
16.3. Uçuq və dağıntıların bərpa xərcləri:
Ödəniş məbləği zərərin baş verdiyi ərazinin təmizlənməsi üçün çəkilən xərclərdən ibarətdir və onun maksimum həddi sığorta şəhadətnaməsində göstərilir.
16.4. Sürətli nəqliyyat vasitələri ilə həyata keçirilən daşıma xərcləri və normadan artıq işləmələrin haqqları:
Ödəniş məbləği bu məqsədlə çəkilən xərclərdən ibarətdir və onun maksimum məbləği sığorta şəhadətnaməsində göstərilir.
16.5. Qismən zərər hallarında həyata keçirilən müvəqqəti təmir xərcləri, sığortaçı tərəfindən, əsaslı təmir xərclərini azaldıqları nisbətdə qəbul edilir.
16.6. Qismi zərər halında bu qaydaların 15.1. yarım bəndində göstərilən şərtlərə uyğun olaraq hesablanan ödəniş məbləği sığorta etdirilmiş əmlakın hadisə baş verdiyi tarixdən bir gün əvvəlki dəyərindən xxx olarsa, ödəniş tam zərərə uğrama ilə əlaqədar
15.2. yarım bəndində göstərilən şərtlərə uyğun olaraq ödənilir.
16.7. Hadisə zamanı sığorta məbləğinin sığorta dəyərindən az olduğu müəyyən edilərsə, ödəniş sığorta məbləği ilə sığorta edilməsi tələb olunan məbləğ arasındakı nisbətə uyğun olaraq ödənilir.
17. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
17.1 Sığortalı tərəfindən aşağıda göstərilən sənədlərin təqdim olunması vaxtından etibarən 15 iş günü ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir:
• Sığorta ödənişinin verilməsi barədə ərizə;
• Sığorta şəhadətnaməsi;
• Baş vermiş hadisə ilə bağlı aidiyyətli orqanların tərtib etdiyi sənədlər (arayış, akt, rəy və ş.);
• Zərər dəymiş sığorta predmetinə mülkiyyət hüququnu təsdiq edən sənəd;
• Zərərlə bağlı müstəqil ekspertlərin tərtib etdikləri rəy və zərər hesabı;
• Sığorta hadisəsinin mahiyətindən asılı olaraq digər sənədlər.
17.2. Sığortaçı, əmlaka dəymiş zərəri təmir etdirə bilər və ya zərərin məbləğini nağd yolla ödəyə bilər.
17.3. Əgər əmlak bir neçə sığortaçıda sığortalanıbsa, ödəniş məbləği bu sığorta müqaviləsinin (şəhadətnaməsinin) şərtlərinə uyğun olaraq müəyyən edildikdən sonra, sığortaçı, özünün ümumi sığorta haqqlarındakı iştirak nisbətinə uyğun olaraq ödəniş verir.
Xxxxx sığorta müqavilələri (şəhadətnamələri) arasında xüsusi mahiyyət və şərtlərə malik olanları vardırsa, sığortaçıların ödəniş payları müəyyən edilərkən bu qaydalar və öhdəliklər nəzərə alınır.
17.4. Sığorta olunmuş əmlakın bir hissəsi qismən zədələnərsə, ödəniş həmin hissəyə aid xxxx sığorta məbləği həcmində ödənir və sığorta müddəti ərzində bu yolla ödəniləcək zərərlərin ümumi məbləği, heç bir vaxt həmin hissəyə aid sığorta məbləğindən xxx xxx bilməz.
18. ZƏRƏR VƏ ÖDƏNİŞİN SONA ÇATMASI
18.1. Sığortaçı sığorta ödənişinin məbləği müqabilində sığortalının təqsirkar üçüncü şəxslərə qarşı iddia qaldırmaq hüququna sahib olur. Sığortaçı hər hansı bir iddia irəli sürərsə, bu məsələni aydınlaşdırmaq üçün lazım və əldə edilməsi mümkün xxxx sənədləri və məlumatları sığortalı ona mütləq təqdim etməlidir.
18.2. Sığorta edilmiş hadisə nəticəsində tam zərər baş verərsə, sığorta təminatı sona çatmış hesab olunur. Qismən zərər halında isə, sığorta məbləği, hadisənin baş verdiyi tarixdən etibarən, verilən ödənişin məbləği qədər azaldılır.
18.3. Sığorta məbləği, sığorta şəhadətnaməsində müxtəlif vahidlər (növ və qrup) halında göstərilmiş olarsa və bu vahidlərdən (növ və ya qruplardan) biri və ya bir neçəsi tamamilə zərərə uğrayarsa, həmin vahidlərə (növ və ya qruplara) aid xxxx sığorta təminatı hadisənin baş verdiyi tarixdə sona çatar. Qismən zərər halında isə hər bir vahid (növ və ya qrup) üçün müəyyən edilmiş sığorta məbləği, zərərin baş verdiyi tarixdən etibarən, ödənmiş sığorta ödənişinin məbləği həcmində azaldılır.
18.4. Sığorta məbləğinin azaldılması hallarında, hadisənin baş verdiyi tarixdən etibarən gün hesabı əsas götürülməklə hesablanmış sığorta haqqı alınmaq şərtilə sığorta məbləği əvvəlki həcminə qədər artırıla bilər.
18.5. Qismən zərər halında, tərəflərin sığorta müqaviləsini ləğv etmək hüququ vardır.
Sığortaçı ləğv etmə hüququndan ödəniş verməmişdən əvvəl istifadə edə bilər.
Sığortaçı tərəfindən həyata keçirilən ləğv etmə, bu haqda sifarişli məktub vasitəsi ilə sığortalıya məlumat göndərildiyi tarixdən hesablanmaqla 15 gün sonra saat 24.00-da hüquqi qüvvə qazanır və ləğv etmənin hüquqi qüvvə qazandığı vaxta qədər keçən müddətin sığorta haqqı üçün aşağıdakı şərtlər tətbiq edilir:
- müqavilə, əsas inşaat müddəti ərzində ləğv edilərsə, istifadə olunmayan müddətin sığorta haqqı gün hesabı əsası ilə hesablanaraq xxxx qaytarılır. Ayrıca zəmanət dövrü təminatı vardırsa, bu müddətin sığorta haqqı tamamilə xxxx qaytarılır.
- müqavilə, zəmanət müddəti ərzində ləğv olunarsa, bu müddətin sığorta haqqından heç bir hissə xxxx qaytarılmır.
18.6. Müqavilə sığortalı tərəfindən ləğv edilərsə, bu haqda Sığortaçıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi günün sabahı saat 24.00-da hüquqi qüvvəyə minir və müqavilənin başa çatması üçün qalan müddətin sığorta xxxxx xxxx qaytarılmır.
19. MÜLKİYYƏTİN VERİLMƏSİ
Əlavə razılaşma yoxdursa, zərər çəkmiş əmlakların mülkiyyət hüququ sığortaçıya verilmir.
MÜXTƏLİF MÜDDƏALAR
20. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
20.1 Sığortalının hüquqları:
20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
20.1.2 Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.
20.2 Sığortalının vəzifələri:
20.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
20.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək;
20.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək;
20.2.4 Sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək.
20.3 Sığortaçının hüquqları:
20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
20.3.2Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək;
20.3.3Sığortalı ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
20.3.4Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək;
20.3.5Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.
20.4 Sığortaçının vəzifələri:
20.4.1Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir;
20.4.2Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək;
20.4.3Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
20.4.4Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.
21. MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR
21.1. Sığortalının məlumat və xəbərdarlıqları, sığortaçıya və ya sığorta müqaviləsinin imzalanması işinə vasitəçilik edən agentliyə sifarişli məktub vasitəsi ilə bildirilir.
21.2. Sığortaçının məlumat və xəbərdarlıqları sığortalının sığorta şəhadətnaməsində göstərilən ünvanına, bu ünvan dəyişmişsə, Sığorta şirkətinə və ya sığorta müqaviləsinin bağlanmasına vasitəçilik edən agentliyə bildirilən son ünvana, eyni formada çatdırılır.
21.3. Tərəflərə, imza müqabilində şəxsən təqdim edilən məktublar və ya teleqramlar vasitəsilə bildirilən məlumat və xəbərdarlıqlar da sifarişli məktub vasitəsilə bildirilən məlumat və xəbərdarlıqlar səviyyəsində hüquqi qüvvəyə malikdir.
21.4. Hadisənin baş verməsi və ya təmir işlərinə başlanması ilə əlaqədar məlumatlar mütləq qabaqcadan teleqramla bildirilməlidir.
22. KOMMERSİYA VƏ İŞ SİRLƏRİNİN QORUNMASI
Sığortaçı, sığortalıya aid öyrənəcəyi bütün kommersiya və iş sirrlərini gizli saxlamaması səbəbindən ona dəyəcək zərərə görə məsuliyyət daşıyır.
23. MƏHKƏMƏ AİDİYYƏTİ
Sığorta şəhadətnaməsi ilə əlaqədar meydana çıxacaq fikir ayrılıqları, sığortaçının əleyhinə xxxx iddialar zamanı onun və ya müqavilənin imzalanmasına vasitəçilik edən agentliyin yerləşdiyi və yaxud hadisənin baş verdiyi ərazidəki, sığortalının əleyhinə xxxx iddialar zamanı isə, sığortalının yaşadığı ərazidə iqtisadi mübahisələri həll etməyə səlahiyyəti xxxx məhkəmə tərəfindən həll olunur.
24. İDDİA MÜDDƏTİ
Sığorta şəhadətnaməsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının Mülki Qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.
25. XÜSUSİ ŞƏRTLƏR
Bu əsas şərtlərlə və əgər varsa əlaqədar izahatlarla (kloz) ziddiyyət təşkil etməməsi şərtilə xüsusi şərtlər qəbul oluna bilər.
İnşaat sığortası üzrə tarif dərəcələrinin əsaslandırılması
Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netto-dərəcələrin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
1) Sığorta hadisəsinin baş verməsi ehtimalı(q) - 0,02;
2) Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği (So) – 170 000 AZN;
3) Bir sığorta hadisəsi üzrə xxxx sığorta ödənişi(Sö) – 26 000 AZN;
4) Bağlanılacaq sığorta müqavilələrinin sayı(n) – 360.
Tn, Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk üstəliyini işarə edək. Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:
Tə = 100qSö/So = 100 * 0,02 * 26 000 / 170 000 = 0,3 AZN
Risq üstəliyini hesablamaq üçün təminat ehtimalını 0,95 götürək. Bu halda həmin ehtimala uyğun əmsal a=1,645 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
½ ½
Tr =1,2Tə.a.((1 - q)/(nq)) = 0,3.1,2.1,645.((1-0,02)/(360.0,02)) = 0,22 AZN. Tn = Tə + Tr = 0,22 + 0,3 = 0,52 AZN
Tarif dərəcəsinin strukturu: netto-dərəcə – 70%, yüklənmə – 30%. O cümlədən işlərin aparılması xərcləri – 28%, qarşısıalınma tədbirləri fonduna ayırma – 1%, tarif mənfəəti – 1%.
Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna əsasən
Tb = Tn / (1-f) = 0,52 / (1-0,3) = 0,74 AZN
İnşaat işlərinin xarakteristikasından, binanın mərtəbələrinin sayından, hər mərtəbənin və ümumi tikintinin hündürlüyündən, inşaat yerinə yaxın binanın olub- olmamasından və s. amillərdən asılı olaraq baza tarif dərəcəsinə azaldıcı və artırıcı əmsallar tətbiq edilir. Ona görə də, yekun tarif dərəcəsi 0,4% – 4%, yalnız zəlzələ hadisəsi ilə əlaqədar tarif dərəcəsi isə 0,2% – 0,245% aralığında dəyişir.