Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər
“Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin
İdarə Heyətinin 02.02.2021-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər
(fiziki şəxslərə göstərilən bank xidmətlərinin tənzimlənməsi üçün)
MÜNDƏRİCAT
Qısa xülasə 3
§1. Preambula 4
§2. Anlayışlar 5
§3. Bank hesabı 10
§4. Bank əmanəti 12
§5. Əmanətlərin sığortalanması 14
§6. Kredit 16
§7. Ödəniş kartı 19
§8. İnternet Banking və Mobile Banking 27
§9. SMS İnfo və SMS Banking 30
§10. Hüquq və öhdəliklər 30
§11. Digər şərtlər 37
QISA XÜLASƏ
Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər Sizə necə tətbiq olunur?
Siz “Yelo Bank” ASC tərəfindən təklif olunan məhsul və/və ya xidmətlərdən istifadə etmək məqsədilə müraciət etdiyiniz, habelə istifadə etməyə başladığınız və ya mövcud istifadəni davam etdirdiyiniz halda bu Standart Şərtlər Sizinlə Bank arasında yaranan münasibətlərə tətbiq edilir.
VACİB QEYD:
Siz “Yelo Bank” ASC tərəfindən təklif olunan məhsul və/və ya xidmətlərdən istifadə etmək məqsədilə müraciət etdiyiniz, habelə istifadə etməyə başladığınız və ya mövcud istifadəni davam etdirdiyiniz halda bu Standart Şərtlərin tələbləri ilə razılaşdığınızı bəyan etmiş olursunuz. Bu Standart Şərtlərin tamamilə və ya oun bir hissəsinin yenilənməsi (əlavə və dəyişikliklər edilməsi) hüququnu müstəsna olaraq özündə saxlayır. Bu Standart Şərtlər, habelə bütün digər yenilənmələrlə Bankın rəsmi internet ünvanında xxxxx xxx bilərsiniz.
Siz bu Standart Şərtlərdən necə istifadə etməlisiniz?
Siz gələcəkdə istifadə və istinad etmək üçün bu Standart Şərtlərin, habelə bütün digər yenilənmələrin bir nüsxəsini çap edərək özünüz üçün saxlaya bilərsiniz. Bu Standart Şərtlərin hər-hansı bir müddəası Sizin üçün aydın olmadıqda, izaha və ya hər-hansı formada şərhə ehtiyac yarandıqda, Siz təxirəsalınmadan, xxxxx istənilən xxxxx Xxxxxx açılmış hesablardan və ya bank məhsulları və xidmətlərdən istifadə etməzdən öncə, öz mülahizənizə uyğun olaraq, Bankın yerli struktur bölməsinə fiziki olaraq yaxınlaşmaqla və ya müstəqil peşəkar hüquqi yardım almaqla yaranmış ehtiyacı aradan qaldırmalısınız.
Bu Standart Şərtlər necə tətbiq edilir?
Siz Bankın təklif etdiyi məhsul və ya xidmətlərdən istifadə etmək niyyətinizi bildirdikdə, bu Standart Şərtlərin müddəalarını qəbul etdiyinizi Banka bildirmək üçün Sizə təklif edilən Razılaşmanı imzalamaqla Banka təqdim etməlisiniz. Razılaşmanı imzalamaqla, Xxx xxxxx etmiş olursunuz ki, bu Standart Şərtləri oxumusunuz, bütün müddəaları Sizin üçün aydındır və bu faktı təsdiq edirsiniz.
§1. PREAMBULA
1. Bu Standart Şərtlər, şəraitdən irəli gələrək, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 fevral 1994-cü il tarixdə, 203 sayla lisenziyaların mərkəzi reyestrinə daxil edilmiş, Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən “Yelo Bank” ASC (bundan sonra- Bank) tərəfindən fiziki şəxslərin sahibkarlıq fəaliyyətinə aid edilməyən müvafiq bank məhsulları və xidmətlərdən (bank hesabı, əmanət, ödəniş kartları, kredit və digər bank xidmətləri) sonuncuların istifadə etmək niyyətlərini bildirdikləri və ya istifadə etdikləri halda onların Bankla münasibətlərini tənzimləyəcəkdir.
2. Fiziki şəxslər tərəfindən Xxxxxx açılmış hesablardan və ya bank məhsulları və xidmətlərdən istifadə edilməsi onlar tərəfindən bu Standart Şərtlərin tələb və müddəalarının qəbul edilməsi (razılaşması) kimi qəbul ediləcəkdir. Bank bu Standart Şərtləri vaxtaşırı olaraq yeniləmək (əlavə və ya dəyişikliklər etmək) hüququnu özündə saxlayır. Bu Standart Şərtlərin son və tətbiq edilən redaksiyası Bankın Rəsmi internet ünvanında yerləşdirilir. Bank tərəfindən bu Standart Şərtlərə tətbiq edilən bütün yenilənmələr (əlavə və dəyişikliklər) barədə məktub, SMS və ya elektron poçt vasitəsilə son istifadəçilərə məlumat təqdim ediləcəkdir. Qeyd edilən yenilənmələr (əlavə və dəyişikliklər) son istifadəçiyə Bank tərəfindən bu yarımbənddə qeyd edilən formada məlumat təqdim edildiyi tarixdən (aşağıdakılardan hər-hansı birinin daha tez baş verdiyi tarixdən):
a) Xxx xxxxxxxxxx tərəfindən Xxxxxx açılmış hesablardan və ya bank məhsulları və xidmətlərdən istifadə edildiyi; və ya
b) 11-ci (on birinci) təqvim günündən etibarən qüvvəyə minir və tətbiq edilir.
3. Son istifadəçilər bu Standart Şərtləri (əlavə və dəyişiklikləri, habelə bütün əlaqəli sənədləri) öz mülahizəsinə və istifadəsinə uyğun bir şəkildə saxlamalı və daimi olaraq xxxxx olmalıdır. Bu Standart Şərtlərin hər-hansı bir müddəası son istifadəçi üçün aydın olmadıqda, izaha və ya hər-hansı formada şərhə ehtiyac yarandıqda, son istifadəçilər təxirəsalınmadan, xxxxx istənilən xxxxx Xxxxxx açılmış hesablardan və ya bank məhsulları və xidmətlərdən istifadə etməzdən öncə, öz mülahizəsinə uyğun olaraq, Bankın yerli orqanına fiziki olaraq yaxınlaşmaqla və ya müstəqil peşəkar hüquqi yardım almaqla yaranmış ehtiyacın aradan qaldırmalıdır.
4. Bu Standart Şərtlər özü ayrılıqda müqavilə hesab edilmir. Fiziki şəxslər onlara təqdim olunmuş və bank xidmətləri ilə bağlı dispozitiv və mühüm şərtləri əks etdirən razılaşmanı Banka təqdim etməklə, bu Standart Şərtlərin tələb və şərtlərini qəbul etmiş hesab edilir və Bankla yaranan münasibətlərin bu Standart Şərtlər və əlaqəli digər sənədlər əsasında tənzimlənməsinə, həmçinin Bankın təklif etdiyi xidmətlərdən bu Standart Şərtlərdə əks olunan şəkildə istifadə etməyə razılıq verir və qeyd edilən xidmətlərin dəyərini Bankın qüvvədə xxxx tariflərinə (bundan sonra – Tariflər) əsasən ödəməyi öhdəsinə götürür. Bankın tətbiq etdiyi xidmət haqqı üzrə tariflər Bankın Rəsmi internet ünvanında və ya Banka aid xxxx digər elektron informasiya resursunda yerləşdirilir. Son istifadəçilər müvafiq əməliyyatları icra etməklə, həmin tariflərdə qeyd edilən edilən şərtlərlə razı olduğunu və xidmət haqlarının onun Xxxxxx xxxx hesablarından Bank tərəfindən mübahisəsiz (akseptsiz) qaydada tutulması ilə razılaşır.
5. Bank xidmətlərindən istifadə edilməzdən öncə və ya istifadə zamanı Bank fiziki şəxslərdən qanunvericiliklə qadağan olunmayan ərizə, anket və s. əlaqəli sənədlərin təqdim edilməsi ilə bağlı tələb hüquqlarını özündə saxlayır.
6. Bu Standart Şərtlər əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulmuş şərtlərdir. Bu Standart Şərtlərdə digər tənzimlənmə şərtləri nəzərdə tutulan münasibətlər Tərəflər arasında o zaman yaranmış hesab edilir və tənzimlənir ki, müştəri tərəfindən xidmətlərdən istifadəyə dair bu Standart Şərtlərlə müəyyən edilmiş formada (şəxsən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə) müqavilə imzalanmış (bağlanmış) olsun.
7. Bu Standart Şərtlərdə yuxarıda qeyd edilmiş qaydada bağlanılan müqavilələrə istinad eyni zamanda hazırkı Standart Şərtlərə də istinad edilmə hesab olunur.
8. Bu Standart Şərtləri qəbul edən tərəf burada xüsusi olaraq diqqətə çatdırılması üçün mətndə fərqləndirilmiş hissələrlə dəqiq xxxxx olmalıdır. Bu Standart Şərtlərdə nəzərdə tutulmuş qaydada müqavilənin bağlanması qeyd edilən faktların qəbul edilməsi hesab edilir.
§2. ANLAYIŞLAR
1. Əgər istifadə edildiyi mətndə digər mənanı ifadə etmirsə və ya müvafiq mətndə digər mənada istifadə edilmirsə, bu Standart Şərtlərdə (həmçinin Preambulada və orada qeyd edilmiş müqavilələrdə) istifadə edilən aşağıdakı anlayışlar qarşılarında qeyd edilmiş mənaları ifadə edirlər:
“ATM” | Kassirin iştirakı olmadan nağd pul vəsaitinin verilməsi və qəbulu, habelə digər bank xidmətlərindən istifadə edilməsi üçün nəzərdə tutulmuş, xüsusi proqram- texniki kompleksi ilə təchiz edilmiş insansız çalışan elektromexanik vasitə, bankın kassası |
“Annuitet” | Kredit üzrə borcun (kredit üzrə əsas borcun və həmin borca hesablanmış faizlərin) ödənilməsinə yönəldilmiş müntəzəm bərabər aylıq ödənişlər. Ödənişlər aşağıdakı düstur əsasında hesablanır: Pm=D* (r/100/12)/(1-(1+r/100/12)n) burada - Pm - kredit üzrə annuitet ödənişin məbləği, D- kredit üzrə əsas borcun qalığı, r - kredit üzrə faiz dərəcəsi (yalnız rəqəm ifadəsilə), n- kreditin ödənilməsinə qalmış aylar; |
“Bank” | Hüquqi ünvanı Azərbaycan Respublikası, Bakı şəhəri, Xxxxxx xxxxxx 00, XX0000 xxxx, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 fevral 1994- cü il tarixdə 203 sayla lisenziyaların mərkəzi reyestrinə daxil edilmiş, Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən “Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti; |
“Beynəlxalq kart təşkilatları” | “VISA INC.”, “MasterCard Incorporated”, “UnionPay International”, “American Express Company” və s. |
“Birdəfəlik məxfi şifrə” və ya “One Time Password” (OTP) | “Internet Banking” və “Mobile Banking” xidmətinə hər daxil xxxx xxxxxx, habelə Müştəri “Internet Banking” və “Mobile Banking” xidmətindən istifadə zamanı hesab üzərində sərəncam hüquqlarını icra etmək |
məqsədilə Bank tərəfindən avtomatik olaraq müştərinin mobil nömrəsinə SMS vasitəsilə göndərilən birdəfəlik istifadə üçün nəzərdə tutulmuş əlavə identifikasiya şifrəsi; | |
“Əlavə kart” | Müştərinin hesabına xxxxx xxxx və ona və ya onun müəyyən etdiyi şəxslərə hesabda xxxx müəyyən edilmiş pul vəsaiti limiti daxilində mal və xidmətlərin nağdsız ödənişinin həyata keçirilməsini və həmçinin nağd vəsaitin çıxarılmasını təmin etmək məqsədilə, Bank tərəfindən verilən əlavə ödəniş kartı; |
“Əlavə kart istifadəçisi” | Müştərinin kart hesabından onun yazılı formada müraciəti əsasənda Əlavə kart vasitəsilə istifadə hüququ verilən və kartdan istifadəyə görə müştəri ilə birgə məsuliyyət daşıyan üçüncü şəxs; |
“Əmanət” | Müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqlar ödənilməklə və ya ödənilmədən müştərinin tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan Bankın balansında aparılan xxxx, əmanət və ya digər hesaba milli və ya xarici valyutada qoyulmuş və ya köçürülmüş pul vəsaiti; |
“Faktiki İllik Faiz Dərəcəsi” (“FİFD”) | kredit üzrə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən qaydada hesablanan illik faiz dərəcəsi. |
“İnternet Banking xidməti” | Standart Şərtlərdə, müqavilədə və ya qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada müştəri tərəfindən Azərbaycan Respublikasının ərazisində və ya ondan kənarda hər-hansı proqram təminatı quraşdırmadan ayrılmış rabitə kanalı və ya internet şəbəkəsi üzərindən real vaxt rejimində (günün 24 saatı) bank xidmətlərindən istifadəni təmin edən elektron xidmət növü; |
“İstifadəçi adı” | Bank tərəfindən müştəriyə “İnternet Banking” və ya “Mobile Banking” xidmətinə daxil olması üçün verilmiş xüsusi ad; |
“Kart hesabı” | Ödəniş kartı vasitəsilə həyata keçirilən əməliyyatların uçotunun aparılması üçün açılan xxxx bank hesabı; |
“Komisyon haqq” | Bank tərəfindən göstərilən xidmətlərə görə müştəri tərəfindən ödənilməli xxxx, Bankın tarif dərəcələrinə və müştəri ilə bağlanan müqavilələrə əsasən müəyyən edilən muzd; |
“Kredit” | Müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir; |
“Limitlər” | Bank tərəfindən emissiya edilən ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar zamanı baş verə biləcək əməliyyat riskinin azaldılması, kart itirildikdə potensial itkilərin qarşısının alınması məqsədilə İnternet üzərindən aparılan əməliyyatlara, həmçinin yüksək riskli və risk dərəcəsi nisbətən aşağı xxxx ölkələrdə ATM-lərdən nağd vəsaitin çıxarılması və POS-terminal vasitəsilə ödənişlərin aparılmasına dair ödəniş kartları üzrə tətbiq olunan istifadə məbləği; |
“Məxfi söz” | Bank tərəfindən xüsusi kanallar vasitəsilə formalaşdırılan və ya müştəri tərəfindən təyin olunan və “İnternet Banking” və ya “Mobile Banking”, habelə Bank tərəfindən təqdim edilən digər xidmətlərə qoşulma zamanı müştərinin eyniləşdirilməsi üsulu kimi istifadə edilən vasitə; |
“Mobile Banking xidməti” | Standart şərtlərdə, müqavilədə və ya qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada müştəri tərəfindən Azərbaycan Respublikasının ərazisində və ya ondan kənarda müvafiq proqram təminatını quraşdırmaqla mobil qurğular (mobil telefon, planşet kompyuter və s.) vasitəsilə mobil rabitə kanalları (GSM, CDMA, 3G, HSPA+, WiFi, LTE və s.) üzərindən real vaxt rejimində (günün 24 saatı) bank xidmətlərindən istifadəni təmin edən elektron xidmət növü; |
“Müəssisə” | Beynəlxalq kart təşkilatlarına üzv banklarla müqavilə imzalamış, müştərilərə mal və xidmətlərin nağdsız ödənişini həyata keçirən və ya bankın icazəsi daxilində nağd vəsait verə bilən fiziki və ya hüquqi şəxs; |
“Müqavilə” | Bank və müştərinin şəxsən (fiziki imza), elektron, rəqəmsal imzası və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə (Tərəflərdən birinin digər Tərəfə SMS-lə (telefon nömrəsinə göndərilən məktub-mesaj), poçtla, elektron rabitə vasitəsilə, müqavilədə qeyd edilən elektron poçt ünvanı vasitəsilə göndərdiyi şərtlərə digər Tərəfin razılığının müvafiq üsulla bildirməsi vasitəsilə) təsdiqlənən, yəni imzalanan, Bank və müştəri arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən, dəyişdirən və ya xitam edən razılaşma başa düşülür. Müqavilə dedikdə onun ayrılmaz tərkib hissələri xxxx Əlavələr də nəzərdə tutulur, Müqaviləyə istinad eyni zamanda onun ayrılmaz tərkib hissəsi xxxx Əlavələrə də istinaddır. Standart Şərtlər və müştərinin imzaladığı razılaşmalar birlikdə Müqavilə hesab olunur. Müştəri və Bank təsdiq edir ki, SMS-lə (telefon nömrəsinə göndərilən məktub- mesaj), poçtla, elektron rabitə vasitəsilə, müqavilədə |
qeyd edilən elektron poçt ünvanı vasitəsilə göndərilmiş şərtlərə Müştəri tərəfindən müvafiq olaraq SMS-lə (telefon nömrəsinə göndərilən məktub-mesaj), poçtla, elektron rabitə vasitəsilə, müqavilədə qeyd edilən elektron poçt ünvanı vasitəsilə razılığın verilməsi şəxsi imzanın analoqu kimi qiymətləndirilir və şəxsi imza ilə eyni hüquqi qüvvəlidir; | |
“Əlavə” | Müqavilənin digər və ya yeni, dəyişilən şərtlərini müəyyən edən və yaxud Müqaviləyə və ya onun bir hissəsinə xitam verən razılaşmadır. Əlavə Müqavilənin ayrılmaz tərkib hissəsidir. Əlavə Bank və Müştərinin şəxsən (fiziki imza), elektron, rəqəmsal imzası və ya şəxsi imzanın başqa analoqundan (Tərəflərdən birinin digər Tərəfə SMS-lə (telefon nömrəsinə göndərilən məktub-mesaj), poçtla, elektron rabitə vasitəsilə, müqavilədə qeyd edilən elektron poçt ünvanı vasitəsilə göndərdiyi şərtlərə digər Tərəfin razılığının müvafiq üsulla bildirməsi vasitəsilə) istifadə etməklə təsdiqlənir, yəni imzalanır; |
“Razılaşma” | Razılaşma bank xidmətləri ilə bağlı dispozitiv və mühüm şərtləri əks etdirən və müştəriyə təqdim edilən şərtlər toplusudur. Razılaşma Müştərinin təsdiqlədiyi, imzaladığı elə Müqavilədir ki, hazırkı Şərtlər Toplusu də həmin Müqavilənin ayrılmaz tərkib hissəsidir. Hazırkı Standart Şərtlər ilə Razılaşma arasında ziddiyyət olarsa, Razılaşma üstün hüquqi qüvvəyə malik olur. Razılaşma Bank və Müştərinin şəxsən (fiziki imza), elektron, rəqəmsal imzası və ya şəxsi imzanın başqa analoqundan (Tərəflərdən birinin digər Tərəfə SMS-lə (telefon nömrəsinə göndərilən məktub-mesaj), poçtla, elektron rabitə vasitəsilə, müqavilədə qeyd edilən elektron poçt ünvanı vasitəsilə göndərdiyi şərtlərə digər Tərəfin razılığının müvafiq üsulla bildirməsi vasitəsilə) istifadə etməklə təsdiqlənir, yəni imzalanır; |
“Rəsmi internet ünvanı” | |
“Müştəri” | Standart Şərtləri qəbul edən, həmçinin Bankla Müqavilə bağlayan tərəfdir. Standart şərtlərdə və Müqavilələrdə istifadə edilən “siz”, “son istifadəçi”, “fiziki şəxs”, “borcalan”, “istifadəçi” (“kart istifadəçisi”, “kart hesabının sahibi”), “əmanətçi” anlayışları da bu abzasda qeyd edilən Müştəri anlayışı ilə eyni məna daşıyır; |
“Nağdlaşdırma” | ATM, POS-terminal və ya bilavasitə Bankın yerli struktur bölməsində nağd pul vəsaitinin alınması; |
“Nağdsız” | Ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər ödəniş avadanlığı) ilə həyata keçirilən və nağd puldan istifadə edilmədən malların və ya xidmətlərin dəyərinin ödənilməsi; |
“Ödəniş kartı”, “Plastik kart” və ya “Kart” | Müştəri tərəfindən nağdsız ödənişlərin aparılması (malların, iş və xidmətlərin ödənilməsi və s.), habelə nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş aləti (plastik (debet və ya kredit) kart); |
“PİN-kod” | Bank tərəfindən Müştəriyə və ya onun tərəfindən vəkil edilmiş şəxsə ödəniş kartından və ya “İnternet Banking” və ya “Mobile Banking” xidmətindən istifadə üçün məxfi üsulla təqdim olunan və əməliyyatların həyata keçirilməsi zamanı Müştərinin tanınmasında istifadə olunan gizli şifrə; |
“POS-terminal” | Kart vasitəsilə nağdsız ödənişlərin aparılması, habelə nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq; |
“Prosessinq təşkilatı” | Ödəniş kartları vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı və ötürülməsi, həmçinin kart emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi üzrə fəaliyyət göstərən təşkilat; |
“Saxta kart” | Qeyri-xxxxxx xxxxx hazırlanmış kart; |
“Skimming” (“Sürət çıxarma”) | Həqiqi kartın maqnit lentində xxxx məlumatların surətinin çıxarılması ilə maqnit lentinin saxtakarlığı forması; |
“SMS” (Short Message Service) | Qısa mesaj xidməti. Qısa mətnli məlumatların göndərilməsi va qəbul edilməsinə imkanı verən elektron vasitə. SMS Müştəri tərəfindən əvvəlcədən Banka bəyan edilmiş, onun müstəsna istifadəsində xxxx və istifadə edilməsi zamanı yaranan bütün risklərə görə şəxsən və birbaşa məsuliyyət daşıdığı telefon nömrəsinə göndərilən, Müqavilənin dispozitiv və mühüm şərtlərini, habelə Bank tərəfindən digər əlaqəli şərtlərin təqdim edildiyi qısa mətnli məktubdur. |
“Tariflər” | Bankın rəsmi internet ünvanında (xxx.xxxx.xx) yerləşdirilən, Bank tərəfindən Müştəriyə 10 (on) təqvim günü əvvəlcədən xəbərdar edilməklə birtərəfli qaydada dəyişdirilə bilən (qeyd edilən dəyişikliklər Müştərinin vəziyyətini ağırlaşdırmadığı, habelə Müştəri dəyişikliyi yazılı qaydada təsdiq etdiyi halda isə dəyişiklik dərhal qüvvəyə minir) və Müştəri tərəfindən ödənilməli xxxx muzdun həcmini və ölçüsünü müəyyən edən vahidlər; |
“Texniki overdraft” | Akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyat nəticəsində hesabda yaranan mənfi qalıq, borc və öhdəliklər; |
“Virtual kart” | Yalnız İnternet şəbəkəsində istifadəsi nəzərdə tutulan və fiziki olaraq mövcud olmayan kart növü; |
“Yerli struktur bölmə” | Bankın filialları, şöbələri, nümayəndəlikləri və ya agentləri nəzərdə tutulur; |
2. Standart Şərtlərdə istifadə olunan başlıqlar tərəflərin rahatlığı üçündür və hazırkı Standart Şərtlərin və ya onun hər hansı müddəasının təsfirində istifadə olunmurlar.
3. Kontekstdən ayrı qaydanın irəli gəldiyi hal istisna olmaqla, tək halında istifadə olunan sözlərə onların cəm halları da daxildir və cəm halında istifadə olunan sözlərə onların tək halları da daxildir.
4. Bu Standart Şərtlərdə və ya onun əlavələrində yazılı dedikdə, əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması nəzərdə tutulur.
5. Müqavilənin SMS-lə, poçtla, elektron rabitə vasitəsilə, Müqavilədə qeyd edilən elektron poçt ünvanı vasitəsilə rəsmiləşdirilməsi üçün Müştəri Banka SMS-lə, poçtla, elektron rabitə vasitəsilə, Müqavilədə qeyd edilən elektron poçt ünvanı vasitəsilə və ya Bankın Rəsmi İnternet Ünvanı vasitəsilə müraciət etdikdən sonra dispozitiv və mühüm şərtlər Bank tərəfindən Müştərinin əvvəlcədən Banka bəyan edilmiş, onun müstəsna istifadəsində xxxx və istifadə edilməsi zamanı yaranan bütün risklərə görə şəxsən və birbaşa məsuliyyət daşıdığı müvafiq ünvanına SMS-lə, poçtla, elektron rabitə vasitəsilə, Müqavilədə qeyd edilən elektron poçt ünvanı vasitəsilə Müştəriyə göndərilir. Göndərilən şərtlərin qəbul edilməsi ilə bağlı Müştəri tərəfindən Banka razılığını ifadə edən və Bank tərəfindən məqbul hesab edilən ifadə (“OK”, “Razıyam” (“Raziyam”), “Qəbul edirəm” (“Qabul ediram”; “Qebul edirem”; “Təsdiq edirəm”; “Tasdiq ediram”; “Tesdiq edirem”) göndərildikdən sonra Müqavilə rəsmiləşdirilmiş hesab olunur. Bank tərəfindən mobil telefon nömrəsinin, poçt ünvanının, teleqraf nömrəsinin, elektron rabitə vasitəsinin, Müqavilədə qeyd edilən elektron poçt ünvanının Müştəriyə aid olmasının müəyyən edilməsi üçün Müştəri ona məxsus telefon nömrəsini, poçt ünvanını, teleqraf nömrəsini, elektron rabitə vasitəsini, elektron poçt ünvanını Banka yazılı surətdə təqdim etməlidir. Müştəri bəyan edir ki, onun Banka təqdim etdiyi telefon nömrəsi vasitəsilə (SMS-lə), poçtla, elektron rabitə vasitəsilə, Müqavilədə qeyd edilən elektron poçt ünvanı vasitəsilə Müqavilənin rəsmiləşdirilməsinin digər şəxs tərəfindən həyata keçirilməsi xxxxxx, mobil telefon nömrəsinin, poçt ünvanının, teleqraf nömrəsinin, elektron rabitə vasitəsinin, Müqavilədə qeyd edilən elektron poçt ünvanının onun istifadəsində olmaması xxxxxx istinad etməyəcəkdir. Bank tərəfindən hesab ediləcəkdir ki, Müştərinin Banka təqdim etdiyi telefon nömrəsi vasitəsilə (SMS- lə) poçtla, elektron rabitə vasitəsilə, Müqavilədə qeyd edilən elektron poçt ünvanı vasitəsilə Müqavilənin rəsmiləşdirilməsi üçün edilən bütün hərəkətlər Müştərinin özü tərəfindən həyata keçirilmişdir. Müştəridən xxxxx xxxx hər hansı bir səbəbdən SMS-lə, poçtla, elektron rabitə vasitəsilə, Müqavilədə qeyd edilən elektron poçt ünvanı vasitəsilə Müqavilənin rəsmiləşdirilməsinin nəticəsi baş verdikdən sonra (məsələn,
Müştəriyə kredit xəttinin ayrılması və s.) Müştəri müvafiq Müqavilənin rəsmiləşdirilməsindən xəbər tutarsa və etirazı olarsa, Müqavilənin rəsmiləşdirilməsinin nəticələrinin aradan qaldırılması üçün müvafiq işlər görməli, Banka müraciət etməli və kredit verilərsə, onu Banka dərhal qaytarmalıdır.
6. Bu Standart Şərtlərdə qeyd edilən Müqavilələrin bağlandığı xxx Tərəflər arasında əvvəlcədən qəbul edilmiş və qüvvədə xxxx, müvafiq xidmətlərə dair razılaşmaların bütovlükdə və ya hər hansı hissəsi arasında ziddiyyət olduğu təqdirdə, bu Standart Şərtlər üstün tutulur.
§3. BANK HESABI
1. Standart Şərtlərin bu hissəsinə görə Bank Müştəriyə ona təqdim olunmuş Razılaşmada nəzərdə tutulan müvafiq bank hesabını açmağı, Azərbaycan Respublikasının hüquqi aktlarında və Razılaşmada, o cümlədən hazırkı Standart Şərtlərdə nəzərdə tutulanlara və məhdudiyyətlərə riayət etməklə açılmış hesaba daxil xxxx pul vəsaitini qəbul edib mədaxil etməyi, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesaba mədaxil edilmiş pul vəsaitinin üzərinə Tariflərdə müəyyən edilmiş faiz dərəcəsi ilə faizlər hesablamağı (təklif edildikdə), hesab üzrə digər əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirməyi əvəzində isə Müştəri ona göstərilmiş bank xidmətlərinin haqqını Bankın Tariflərinə əsasən ödəməyi öhdəsinə götürür.
2. Bank Müştəri müraciətinə əsasən qanunvericiliklə və bankdaxili qaydalarla müəyyən edilmiş sənədlər təqdim edildikdən sonra ona istənilən xxxxx, xxxxx Razılaşmada nəzərdə tutulan müvafiq bank hesabını aça bilər. Müvafiq sənədlərin Müştəri tərəfindən təqdim edilməməsi hesabın açılmasından imtina üçün əsasdır.
3. Qanunvericilikdə və bu Standart Şərtlərdə nəzərdə tutulan istisnalar nəzərə alınmaqla, Bank Müştərinin hesabında xxxx pul vəsaitinə dair açılmış hesab üzrə Müştəri tərəfindən təqdim edilmiş həmin hesablardan ötrü qanunla, bandaxili qaydalarla və bank təcrübəsində tətbiq olunmuş işgüzar adətlər ilə nəzərdə tutulan əməliyyatı yerinə yetirir, hesabı üzərində Bankın iş günləri ərzində maneəsiz sərəncam vermək hüququnu təmin edir. Bankın iş günləri və iş saatları haqqında məlumat Bankın Rəsmi internet ünvanında qeyd edilir.
4. Müştərinin hesabındakı pul vəsaitinə dair sərəncam vermək hüquqlarının məhdudlaşdırılmasına yalnız qanunvericilikdə və bu Standart Şərtlərdə nəzərdə tutulmuş hallarda yol verilir.
5. Hesab üzrə hesablaşma və ya digər istənilən əməliyyat zamanı Bank tərəfindən hər hansı bir texniki səhv nəticəsində Müştərinin hesabına artıq vəsait köçürüldüyü təqdirdə, Bank bu vəsaiti müştərinin razılığı alınmadan hesabından silir və ya hesaba köçürülmüş artıq vəsaitin dərhal Xxxxx xxxx qaytarılmasını tələb edir.
6. Bank Müştəridən qanunvericiliyin tələblərindən irəli gələn hallarda müştəridən onun pul axını, maliyyə mənbələri, həmçinin imza hüququ xxxx şəxslərin eyniləşdirilməsinə dair məlumatları tələb edə bilər. Müştəri tələb olunan məlumatları Banka təqdim etmədikdə, Bank onunla mövcud xxxx münasibətlərə xitam verə bilər.
7. Müştərinin Bank qarşısında öhdəliyi olduqda və ya hesabına dair müvafiq məhkəmə qərarı mövcud olduqda, habelə qanunvericiliklə müəyyən edilmiş digər hallarda Müştərinin razılığı və sərəncamı olmadan onun hesabındakı pul vəsaiti Bank tərəfindən silinə bilər.
8. Bank aşağıdakı hallarda müvafiq hesabı bağlayıb, həmin hesabla bağlı yaranmış hüquq münasibətlərinə birtərəfli qaydada xtam verə bilər:
8.1. Müştəri tərəfindən 2 (iki) il ərzində bank hesabı üzrə əməliyyatlar aparılmadıqda;
8.2. Müştəri tərəfindən bank hesabından cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdıırlması və terrorçuluğun maliyyələşdirilməsi, çirkli pulların yuyulması bağlı qanunvericiliyin pozulması ilə bağlı şübhə yarandıqda və ya digər qeyri – leqal məqsədlər üçün hesabdan istifadə edildikdə;
8.3. Müştərinin Banka yalnış məlumat verdiyi aşkar edildikdə, özü barəsində saxta, düzgün olmayan sənədlər təqdim etdikdə və ya Bankı digər formada aldatdıqda;
8.4. Azərbaycan Respublikasının hüquqi aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə və sazişlərdən irəli gələn hallarda Müştəri öz pul axını, maliyyə mənbələri, həmçinin imza hüququ xxxx şəxslərin eyniləşdirilməsinə dair məlumatları Banka təqdim etmədikdə;
8.5. Müştəriyə 10 (on) təqvim günü əvvəlcədən məlumat göndərdikdən sonra bank hesabı müqaviləsini birtərəfli qaydada ləğv etməklə;
8.6. Qanunvericilikdən irəli gələn digər hallarda.
9. Müştəri ərizə ilə Banka müraciət edərək bank hesabını bağlaya bilər. Bank hesabı Müştəri tərəfindən ləğv edildiyi halda Müştəri bank hesabından istifadə etdiyi dövrə uyğun olaraq komisyon haqları Bankın Tariflərinə uyğun olaraq ödəməlidir.
10. Müştərinin hesabı Bank tərəfindən bağlanıldıqda hesabdakı pul vəsaitinin qalığı Müştəriyə verilir və ya Müştərinin göstərişi ilə onun müvafiq yazılı ərizəsinin alındığı gündən ən geci 7 (yeddi) təqvim günü keçənədək başqa hesaba köçürülür. Hesabın qalığı Müştəri tərəfindən xxxx alınmadıqda və ya vəsaitin köçürülməli olan yeni hesab Banka bildirilmədikdə, həmin vəsait müvafiq müştəri kateqoriyasının bağlanmış hesablarının uçotu aparılan hesaba köçürülür, Tariflərdə nəzərdə tutulduğu təqdirdə, bağlanmış hesabların əməliyyat sistemində saxlanmasına görə müvafiq komisyon haqq tutulur.
11. Hesab üzrə imza hüququ xxxx şəxslərin gücləndirilmiş elektron imzaları (və ya qanunvericilikdə nəzərdə tutulan digər təsdiq formaları) onların əl imzasına bərabər tutulur və sənədlərdə elektron təsdiqin istifadəsi və yoxlanılması məsələləri Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi ilə tənzimlənir.
12. Müştərinin Xxxxxx xxxx hesablarındakı Azərbaycan manatında və ya digər valyutada xxxx vəsait (vəsaitlər) Müştərinin və ya digər üçüncü şəxsin Bank qarşısında öhdəliklərinin təminatı qismində Bankın xeyrinə yüklü edilə bilər, həmçinin daşınar əmlakın müvafiq reyestrinə daxil edilə bilər. Bu halda yüklü edilən vəsait Bank tərəfindən bloklaşdırıla bilər. Yüklü edilən vəsait üzrə tələbə Müştərinin və ya üçüncü şəxsin Bank qarşısında xxxx əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin ödənilməsi və digər xərclərin ödənilməsi üzrə bütün pul tələblər daxildir. Bank qarşısında xxxx öhdəliklər Müştəri və ya üçüncü şəxs tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, yüklü edilən vəsait akspetsiz qaydada Bank tərəfindən silinir.
13. Standart şərtlərin 3-cü paraqrafının müddəaları Müştərinin Xxxxxx açılan bütün hesablarına şamil edilir.
§4. BANK ƏMANƏTİ
1. Hazırkı hissə Müştəri ilə Bank arasında əmanətin qoyulması, əmanət məbləğinin Müştəriyə qaytarılması, onun üçün faizlərin ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir.
2. Müştəri Razılaşmada nəzərdə tutulmuş məbləğdə pul vəsaitini (əmanəti) depozitə qoyur, Bank isə Müştəridən daxil olmuş və ya onun hesabında xxxx pul məbləğini əmanət qismində qəbul edərək Razılaşmada nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Müştəriyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.
3. Qoyulan əmanətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada sığortalanır (tətbiq olunduqda).
4. Müştəri əmanətin növü, müddəti, illik faiz dərəcəsi, faizlərin ödənilməsi qaydası, əmanətlərin artırılması və azaldılması barədə Bankın rəsmi internet saytında təklif edilən şərtlərlə xxxxx olduqdan sonra qəbul etdiyi və Xxxxxx həmin dövrdə mövcud xxxx şərtlərə uyğun olaraq Razılaşmanı bu Standart Şərtlərdə nəzərdə tutulmuş qaydada Banka təqdim edir və Bank tərəfindən həmin Razılaşma təsdiq edildikdən sonra əmanət qəbul edilmiş hesab edilir. Müştəri əmanətin qoyulmasını təsdiq edən sənədi Bankdan fiziki olaraq almağı öhdəsinə götürür.
5. Kredit, faizlər, xidmət haqları, Banka ödənilməli xxxx ödənişlər, üçüncü şəxslərin xeyrinə Banka verilmiş zaminliklər, girovlar və digər öhdəliklər üzrə yaranmış borcların ödənilməsi zamanı həmin öhdəlik məbləğləri əmanət məbləğinin hesabına ödənilə bilər.
6. Hazırkı Standart Şərtlər və Razılaşma üzrə qəbul edilmiş pul vəsaitləri Müştərinin Xxxxxx xxxx müvafiq bank hesabına köçürülür.
7. Əmanətə dair rəsmiləşdirilmiş Razılşama əmanət məbləğinin Müştərinin depozit (əmanət) hesabına daxil olduğu andan qüvvəyə minir.
8. Razılaşmada başqa hal nəzərdə tutulmadıqda, Müştəri və ya üçüncü şəxslər tərəfindən əmanət məbləğinin artırılmasına icazə verilir. Bu halda, əmanətə əlavələr minimum 50 şərti vahid (misal, əmanətin valyutası USD olduqda, 50 USD) olmalıdır və Müştəri və ya üçüncü şəxslər əmanətin məbləğinə əlavəni əmanətin müddətinin bitməsi tarixinə 3 (üç) təqvim ayı qalanadək edə bilərlər. Qeyd edilən müddətdən sonra əmanətə əlavələr qəbul edilmir. Əmanətə əlavələr edildikdə həmin əlavələrin məbləğinə münasibətdə əlavə edilmiş vəsaitin müvafiq bank hesabında əks olunduğu tarixdə Xxxxxx mövcud xxxx xxxx dərəcəsi tətbiq edilir.
9. Müştəri əmanətin üçüncü şəxslərin tələblərindən azad olmasını, qanunsuz yollarla əldə etmədiyini təsdiqləyir və ehtiyac olduğu təqdirdə müvafiq sənədləri Banka təqdim edir.
10. Əmanət Banka üçüncü şəxsin adına qoyulduğu halda həmin şəxs bu hüquqlara əsaslanan ilk tələbini Banka şəxsən və ya başqa üsulla bildirdiyi andan əmanəti qoymuş şəxs əmanətçi hüquqlarını itirir.
11. Əmanət müqaviləsinə xitam verildiyi təqdirdə, müvafiq əmanət hesabındakı vəsait Müştərinin xxxx hesabına daxil edilir və bununla bağlı münasibətlər hazırkı Standart Şərtlərin xxxx bank hesabına dair müddəaları ilə tənzimlənir.
12. Bank Müştərinin ilk tələbi ilə əmanət məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci 5 (beş) bank günü müddətində verir.
13. Müştəri əmanət məbləğini Razılaşmada qeyd edilən əmanət müddətindən tez əldə edə bilər. Bu halda faizlərin hesablanması və ödənilməsi Razılaşmada qeyd edilən
şərtlərə əsasən həyata keçiriləcəkdir. Razılaşmada qeyd edilən miqdar faizlərin yenidən hesablanması nəticəsində əmanətin qoyulduğu vaxtdan başlayaraq tələb etmə anına qədər hesablanmış və ya ödənilmiş (müvafiq olaraq) fazilərin miqdarını ifadə edir. Əgər əmanət tam və ya qismən vaxtından əvvəl tələb edilən anadək əmanətçiyə faizlər ödənilibsə bu bəndə uyğun olaraq faizlər yenidən hesablanma yolu ilə tənzimlənir və bu zaman Razılaşmada qeyd edilən miqdardan artıq ödənilmiş məbləğlər əmanət məbləğindən akseptsiz qaydada silinir.
14. Əmanət məbləği Müştərinin və ya üçüncü şəxslərin öhdəliklərinin təminatı qismində girov qoyulduğu halda, qeyd edilən öhdəliklərin icra edilməməsi nəticəsində əmanət məbləğinin reallaşdırılması (tutma yönəldilməsi və ya akseptsiz qaydada silinməsi) bu Standart Şərtlərin 4-cü paraqrafının 12-ci bəndinin məqsədləri baxımından əmanət məbləğinin Müştəri tərəfindən Razılaşmada qeyd edilən əmanət müddətindən tez əldə etməsi hesab edilir və qeyd edilən bəndin tələbləri tətbiq edilir.
15. Əmanət və ona hesablanmış faizlər nağd və ya köçürmə yolu ilə Müştəriyə verilir.
16. Əmanətin məbləğinə (o cümlədən onun artırılan hissəsinə) faizlər həmin məbləğin (o cümlədən artırılan hissənin) Banka daxil olduğu günün ertəsi günündən məbləğin Müştəriyə qaytarılmasından və ya başqa əsaslarla Müştərinin hesabından silinməsindən əvvəlki günədək hesablanır (ildə 360 gün, ayda isə 30 gün hesabı ilə).
17. Bank tələbli əmanətlər üçün ödənilən faizlərin miqdarını dəyişmək hüququnu özündə saxlayır. Bank faizlərin miqdarını azaltdıqda faizlərin yeni miqdarı faizlərin azaldılması haqqında əmanətçilərə Bank tərəfindən bu Standart Şərtlərdə nəzərdə tutulmuş qaydada məlumat göndərilənədək qoyulmuş əmanətlərə həmin məlumatın göndərildiyi tarixdən sonra, göndərilən məlumatda başqa müddət nəzərdə tutulmayıbsa, növbəti iş günündən etibarən tətbiq olunur.
18. Əmanət üzrə faizlər Razılaşma ilə müəyyən edilmiş qaydada ödənilir. Əgər əmanətin qaytarılması və ya faizlərin ödənilməsi nəzərdə tutulan gün (bundan sonra - Ödəniş günü) qanunvericiliklə müəyyən edilmiş istirahət və ya bayram gününə təsadüf edərsə faizlər yalnız Ödəniş günündən əvvəlki günə qədər hesablanır, əmanət və faizlər isə Ödəniş günündən sonra gələn növbəti iş günü Müştəriyə ödənilir.
19. Əmanət üzrə fazilərə faiz hesablanmır.
20. Əmanət hansı valyutada qoyulursa, həmin valyutada da hesablanmış faizləri ilə birlikdə Müştəriyə xxxx qaytarılır.
21. Qanunvericiliklə nəzərdə tutulduqda, əmanət üzrə faizlər müəyyən olunan qaydada vergiyə cəlb edilir və vergilər çıxıldıqdan sonar faiz müştəriyə ödənilir.
22. Əmanətin müddəti Razılaşma və ya bank kitabçası ilə müəyyən edilir. Əmanətin müddəti bitdiyi tarixdə Müştəri əmanətin qaytarılmasını tələb etmədikdə, müddətin bitmə tarixinin sonrakı günündən başlayaraq Bankın tam mülahizəsinə xxxxx xxxx müddət şərtlərilə, həmin günə Xxxxxx qüvvədə xxxx xxxx dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Razılaşma ilə müəyyən edilən Əmanət növü üzrə Bankın məhsulu əmanətin müddəti bitdiyi tarixdə mövcud olmadığı halda, Bankın əmanətin müddətini uzatmamaq hüququ vardır. Əgər eyni məhsul əmanətin müddətinin bitdiyi tarixdə artıq Bank tərəfindən təklif edilməzsə, bu zaman əmanət Müştərinin xxxx hesabına köçürülür və həmin hesabdakı vəsaitlə bağlı münasibətlər hazırkı Standart Şərtlərin xxxx bank hesabına dair müddəaları ilə tənzimlənir.
§5. ƏMANƏTLƏRİN SIĞORTALANMASI
1. Bank “30” iyul 2007-ci il tarixindən Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra –Fond) iştirakçısı olaraq (15 xxxxx Şəhadətnamə) Xxxxx sığorta haqqı ödəyir (bu haqq Müştəridən tutulmur). Bank tərəfindən Müştəridən bütün müvafiq valyutalarda hesaba qəbul edilmiş pul vəsaitləri Fond tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığortalanır.
2. Sığorta hadisəsi - Bankın məcburi ləğvi və ya müflis elan olunması, Bankın Müştəri qarşısında öhdəlikdərinin yerinə yetirilməsinə məhkəmə tərəfindən moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və Bankın Müştəri qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi faktının müvafiq nəzarət orqanı tərəfindən təsdiq edilməsidir.
3. Sığorta hadisəsi baş verdikdə, Fond aşağıdakı kütləvi informasiya vasitəsilərində Müştəriyə kompensasiya ödənilməsi yeri və vaxtı haqqında elan verir:
a) AzTV; | d) Respublika qəzeti; | g) APA informasiya agentliyi; |
b) İctimai TV; | e) Xalq qəzeti; | |
c). Azərbaycan qəzeti; | f) AzərTac informasiya agentliyi; |
4. Müştəri Fonddan kompensasiya almaq üçün kütləvi informasiya vasitələrində göstərilən yerə yazılı ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
a) şəxsiyyət vəsiqəsi və ya şəxsiyyəti təsdiqləyən digər sənədi;
b) Əmanət kitabçası və ya əmanəti təsdiqləyən digər;
c) Bank əmanət müqaviləsi.
5. Hesabda xxxx pul vəsaiti üzrə sığorta haqlarının və kompensasiyanın ödənilməsi şərtləri Azərbaycan Respublikasının əmanətlərin sığortalanması ilə bağlı qüvvədə xxxx hüquqi aktlarında nəzərdə tutulanlara əsasən müəyyən edilir
6. Ərizənin verildiyi tarixdən etibarən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində Xxxx tərəfindən Əmanətçiyə kompensasiya ödənilməlidir. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
7. Müştərinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında elanı ilk dəfə dərc etdiyi gündən 5 (beş) il müddətində saxlanılır. Fond sığorta hadisəsi baş verdikdə Müştəriyə vəsaitin məbləğinin Azərbaycan Respublikasının hüquqi aktlarına əsasən ödəyir.
8. Müştərinin Xxxxxx bir neçə bank hesabı, hesablarındakı pul vəsaitləri müxtəlif valyutalarda olduğu zaman, Fond həmin hesablardakı pul vəsaitlərini toplayır və bir əmanət (burada hesabda xxxx pul vəsaiti nəzərdə tutulur) kimi kompensasiya olunur.
9. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir:
a) Bankın Azərbaycan Respublikası ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;
b) qeyri-xxxxxx xxxxx əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və terrorçuluğun
maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər;
c) cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər;
d) üzərinə həbs qoyulmuş əmanətlər;
e) qanunvericiliyə əsasən cəlb edildiyi günə milli və xarici valyuta üzrə qorunan əmanətlərin illik faiz dərəcəsindən yuxarı xxxx əmanətlər;
f) fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri;
g) fiziki şəxslərin bankın vəkalətli idarəetməsində xxxx pul vəsaitləri;
h) qanunvericilikdə nəzərdə tutulmuş digər vəsaitlər.
10. Bankın Müşahidə Şurasının, Audit Komitəsinin, İdarə Heyətinin üzvləri, 10 faiz və daha xxx səs vermə hüququ verən səhmlərinə xxxxx xxxx şəxslər və onların yaxın qohumları, kompensasiyaların ödənilməsi barədə elanın ilk dəfə dərc edildiyi tarixdən əvvəlki təqvim ili ərzində bankın auditini keçirmiş kənar auditorlar qorunan əmanətçi hesab edilmir.
11. “Əmanətlərin tam sığortanlanması haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi tarixdən etibarən faizləri Fondun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində xxxx bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq Fond tərəfindən həmin Qanunun qüvvədə olduğu müddət ərzində tam sığortalanır. Həmin müddət ərzində sığorta hadisə baş verərsə, əmanətin məbləğinin 100 (bir yüz) xxxxx əmanətçiyə Fond tərəfindən kompensasiya olunur. Bu müddət bitdikdən sonra sığorta hadisəsi baş verdikdə əmanətçiyə qanunvericilikdə nəzərdə tutulmuş miqdarda kompensasiya ödənilir.
12. Fond kompensasiyanı milli valyutada xxxx əmanət üzrə manatla, ABŞ dollarında xxxx əmanət üzrə ABŞ dollarında, AVRO-da olan əmanət üzrə isə AVRO-da Əmanətçiyə ödəyir. Əmanət ABŞ dolları və ya AVRO-da olmadıqda kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Fond əmanət üzrə faizləri sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə Əmanətçiyə ödəyir.
13. Əmanətçinin Xxxxxx bir neçə əmanəti yaxud həmin əmanətlər müxtəlif valyutalarda olduğu zaman, Fond həmin əmanətləri toplayır və bir əmanət kimi kompensasiya olunur. Əmanətçinin fondun hər hansı digər iştirakçı bankında xxxx əmanətinə isə ayrıca əmanət kimi baxılır və kompensasiya ödənilir. Bank Əmanətçinin yazılı və ya şifahi sorğularına cavab olaraq, Bankın sığorta sistemində iştirakı, qorunan əmanətlər və kompensasiyalar barədə Əmanətçiyə məlumat verir
14. Müştəri aşağıda göstərilən ünvanda və ya əlaqə telefonları və elektron poçt vasitəsi ilə Fondla əlaqə saxlaya bilər: AZ1014, Bakı şəhəri, Bül-Bül prospekti 40 (faktiki ünvan: AZ1025 Azərbaycan, Bakı şəh. Babək pr. 16) əlaqə tel: (x00000) 000 00 00, 000 00 00, 000 00 00; Faks: (00000) 000 00 00; e-mail: xxxx@xxxx.xx; sayt:xxx.xxxx.xx
§6. KREDİT
1. Kredit limiti:
1. Kredit limiti müqaviləsinə əsasən Bank Müştəriyə Razılaşma və həmin Razılaşmanın ayrılmaz tərkib hissələri hesab edilən digər razılaşmalarda nəzərdə tutulmuş məbləğdə, valyutada, illik faiz dərəcəsi ilə, qaytarılması gecikdirildiyi halda ödəniləcək gündəlik faiz dərəcəsi ilə və müddətdə kredit limitini ayırmağı, Müştəri isə Əlavə və razılaşmalar üzrə Bank tərəfindən verilən kredit məhsulundan istifadə etməyi, habelə Razılaşmada və bu Standart Şərtlərdə nəzərdə tutulmuş şərtlər daxilində pul öhdəliyini icra etməyi öhdəsinə götürür.
2. Razılaşmaya əsasən Müştəriyə Kredit limiti ayrıldıqda, Bank Müştərinin əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyini müəyyən etdikdə və ya Müştəri Bank
və ya digər hər-hansı maliyyə institutu qarşısında borc üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə və bunun nəticəsində borcun qaytarılmasının təhlükəyə məruz qala biləcəyini müəyyən etdikdə, Müştərinin əmlakı üzərinə həbs qoyulduqda, başqa öhdəliklərin götürülməsi nəticəsində borc yükü artdıqda, kredit öhdəliyinin vaxtında icra edilməməsi və öhdəliyin vaxtında icra edilməsinə maneə yaradan hallarda, təminatın bazar qiyməti borcun verilməsi üçün kifayət etmədikdə, həmçinin kreditin verilməsi Bankın maliyyə vəziyyətinə hər-hansı formada mənfi təsir göstərəcəyi halda kredit verməkdən imtina edə bilər.
3. Müqavilədə qeyd edilən kredit limiti Bank tərəfindən bir dəfə üçün ayrılması nəzərdə tutulan kreditin maksimal limitini müəyyən edir. Xxxxx bu xxxxx nəzərə alınır ki, Müştəri qeyd edilən limitdən Razılaşmada və bu Standart Şərtlərdə nəzərdə tutulmuş qaydada dəfələrlə istifadə edə bilər. Kredit üzrə ödənişlərin, faizlərin və digər öhdəliklərin hesablanması üçün əsas hesab edilən kredit məbləği Bank tərəfindən hazırkı Standart Şərtlərə və qanunvericiliyin, digər normativ xarakterli aktların, həmçinin Bank daxili qaydaların tələblərinə uyğun olaraq müəyyən edildikdən sonra Müştərinin Xxxxxx xxxx hesabına köçürülmüş məbləğ hesab ediləcəkdir.
4. Kredit limitinin ayrılması Bankın Müştəriyə kredit vermək vədini ifadə etmir. Kredit limiti çərçivəsində Müştərinin hər bir kredit sifarişinə ayrıca baxılır və qərar verilir. Müsbət qərar olduğu təqdirdə müvafiq Kreditin şərtlərini göstərən Razılaşmaya uyğun kreditin verilməsi həyata keçirilir.
2. ATM (Bankomat) vasitəsilə kredit
1. Müştəri hazırkı Standart Şərtlərə əsasən Bank tərəfindən təklif edildiyi halda, Bankın ATM-i (Bankomatı) vasitəsilə kredit götürə bilər. Kredit götürüldüyü halda, Bank bu kredit üzrə borcların (komisyon haqq, faizlər) qaytarılmasını tələb edir və Bankın həmin borcları Müştərinin Xxxxxx xxxx istənilən hesabından silmək (tutmaq) hüququ vardır.
2. ATM (Bankomat) vasitəsilə kredit üzrə borcların ödənilməsi qaydası, faizlər, komisyon haqq və digər məsələlər hazırkı Standart Şərtlərin 6-cı paraqrafının 2.3-cü yarımbəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilən Razılaşma ilə müəyyən edilir.
3. ATM vasitəsilə kreditin götürülməsi ilə bağlı müvafiq Razılaşma ATM vasitəsilə bağlanılır (rəsmiləşdirilir). Kreditin verilməsi və Razılaşmanın rəsmiləşdirilməsi üçün SMS vasitəsilə Müştəriyə Birdəfəlik məxfi şifrə (OTP) göndərilir. Müştəri və Bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş Birdəfəlik məxfi şifrənin Müştəri tərəfindən ATM vasitəsilə daxil edilməsi şəxsi imzanın analoqu kimi qiymətləndirilir və şəxsi imza ilə eyni hüquqi qüvvəlidir.
4. Krediti həm nağdlaşdırmaq mümkündür, həm də ayrılan məbləğ ilə nağdsız əməliyyatlar aparıla bilər.
5. Bank tərəfindən hesab ediləcəkdir ki, Müştəri tərəfindən daxil edilən telefon nömrəsi Müştəriyə aiddir. Müştəri təsdiq edir ki, nömrənin digər şəxs tərəfindən daxil edilməsinə görə Bank məsuliyyət daşımır və bütün məsuliyyət Müştərinin üzərindədir.
3. Kredit
1. Kredit müqaviləsinə əsasən Bank Müştəriyə məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit verməyi, Müştəri isə həmin Müqavilədə, Razılaşmada və hazırki Standart Şərtlərdə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti, kreditə hesablanmış faizləri, komisyon haqqı və digər ödənişləri Banka ödəməyi öhdəsinə götürür;
2. Bank Müştəriyə Razılaşma ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit verir. Müştəri kredit sifarişi etdikdə təqdim olunan Razılaşma Bankın krediti vermək üçün təklifə dəvətini ifadə edir və Müştəri onu bu Standart Şərtlərdə nəzərdə tutulmuş qaydada imzalamaqla təklif edir, Bank isə kredit vəsaitini müştəriyə bu Standart Şərtlərdə və ya Razılaşmada nəzərdə tutulmuş qaydada həyata keçirməklə əqdi aksept etmiş olur.
4. Kredit xətti
Kredit xətti müqaviləsinə əsasən Bank Müştəriyə məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit xətti açmağı, Müştəri isə həmin Müqavilədə, Razılaşmada və hazırki Standart Şərtlərdə nəzərdə tutulmuş şərtlərlə və qaydada kredit xəttindən istifadə etməyi, habelə kredit xəttinin istifadə edilmiş hissəsini, həmin hissəyə hesablanmış faizləri, komisyon haqqı və digər ödənişləri Banka ödəməyi öhdəsinə götürür.
5. Ümumi Tənzimləmələr
1. Kredit vəsaitinin hərəkəti Bank tərəfindən Müştəri üçün açılan bank hesabı ilə təmin edilir. Kredit vəsaiti Müqavilə imzalandığı gündən gec olmayaraq Bank tərəfindən Müştərinin hesabına köçürülür. Kredit təminatla verildiyi halda, kredit məbləği təminat rəsmiləşdirildikdən sonra Müştəriyə verilir (onun Xxxxxx xxxx müvafiq hesabına köçürülür). Kredit vəsaitindən istifadə müddətinin axımı Müştərinin hesabına pul vəsaitinin köçürüldüyü təqvim tarixindən başlayır. Müqavilədə və ya Razılaşmada bu qaydadan fərqli qayda nəzərdə tutula bilər.
2. Müştəri kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada Banka qaytarmağı öhdəsinə götürür.
3. Kreditin və faizlərin ödənilməsi tarixi qeyri-iş gününə düşdükdə, müvafiq ödəniş növbəti iş günü icra edilir. Kredit xəttinin ödənişi üçün vaxt aralığı müəyyən edildikdə, ödənişin sonuncu günü qeyri-iş gününə düşərsə Müştəri ödənişi qeyd edilən vaxt aralığında sonuncu iş günü icra etməlidir. Ödənişlərin həyata keçirilməsinə görə məsuliyyəti Müştəri daşıyır və Müştəri ödənişlə bağlı sənədləri Müqavilə üzrə öhdəliklərinə xitam verilənədək saxlamalıdır.
4. Müddətin bitməsi dedikdə, müəyyən hərəkətlərin edilməsi üçün müddətin sonuncu günündə Xxxxxx əməliyyat gününün xxxx xxxx düşülür.
5. Kredit üzrə faizlərin hesablanması ildə 360 (üç yüz altmış) təqvim günü, ayda isə 30 (otuz) təqvim günü götürülməklə hesablanır.
6. Kredit üzrə əsas faizlər pul vəsaitinin Müştərinin müvafiq hesabına köçürüldüyü gündən Müqavilə üzrə həmin vəsaitin qalıq məbləğinin Xxxxx xxx ödənildiyi günə qədər hesablanır və tutulur.
7. Kredit xətti üzrə faizlər kredit xəttinin faktiki istifadə edilmiş qalığına hesablanır.
8. Müştəri və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti ilk növbədə Bankın xərclərinin, komisyon haqqın və ona dəyən zərərin, ikinci növbədə ödəniş tarixinə xxxx hesablanmış cərimə (aylar üzrə ardıcıllıqla), gecikdirilmiş faiz (aylar üzrə ardıcıllıqla), gecikdirilmiş əsas borc üzrə hesablanmış faiz (aylar üzrə ardıcıllıqla), gecikdirilmiş əsas borc (aylar üzrə ardıcıllıqla), ödənilmə tarixindən etibarən əsas borca hesablanmış faiz, qalıq əsas borc məbləğinin ödənilməsinə yönəldilir. Bu zaman ödəniş gününə xxxx xxxx
borcdan (xərc, komisyon haqq, zərər, dəbbə pulu (cərimə, penya), hesablanmış faizlər, kredit məbləğinin ödəniş gününə ödənilməli xxxx hissəsi) artıq vəsait müştərinin hesabında qalmaqla, növbəti hissə üzrə bu Standart Şərtlərdə nəzərdə tutulmuş qaydada ödənişlərin icrası üçün saxlanılır. Müştəri artıq vəsaitin digər hüquqi vəziyyətini müəyyən etmək məqsədilə Banka müraciət edə və qanunvericilikdə və bu Standart Şərtlərdə nəzərdə tutulmuş qaydada həmin vəsait üzrə sərəncam hüquqlarını icra edə bilər. Müəyyən edilmiş ardıcıllıq Bank tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər. İpoteka hesabına borcun ödənilməsi ardıcıllığı müvafiq qanunvericiliklə müəyyən edilir. Bu yarımbənddə aylar üzrə ardıcıllıq dedikdə, gecikmə baş verdiyi tarixdən (başlanğıc tarix) ödəniş tarixinə (son tarix) doğru hesablanma nəzərdə tutulur.
9. Müştəri Bankın qabaqcadan yazılı razılığı əsasında ödəniş qrafikində nəzərdə tutulmuş məbləğdən artıq ödəniş həyata keçirə bilər. İstənilən halda faizlərin ödənişi ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərində həyata keçirilməlidir.
10. Müştəri Müqavilə və bu Standart Şərtlərdə nəzrdə tutulmuş öhdəlikləri vaxtında icra etmədikdə, gecikdirilən gündən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə əsas faizlə yanaşı Müqavilədə nəzərdə tutulmuş həcmdə dəbbə pulunu da ödəməlidir. Bank hər zaman dəbbə pulunun Müştəridən tələb etmək hüququnu özündə saxlayır. Bank dəbbə pulunu Müştəridən tələb etmək hüququndan istifadə etmək istədikdə, dəbbə pulunu ödənişlər gecikdirilən gündən gecikdirilən məbləğin Xxxxx xxx ödənildiyi günə qədər hesablayacaqdır.
11. Dəbbə pulunun və ya zərərin əvəzinin ödənilməsi Müştərini Müqavilə və bu Standart Şərtlərdə nəzərdə tutulmuş əsas öhdəliklərin icrasından, həmçinin dəbbə pulunun ödənilməsi Banka dəymiş digər zərərin ödənişindən azad etmir.
12. Xarici valyuta ilə verilmiş kredit manatla və ya manatla verilmiş kredit xarici valyuta ilə ödənilərkən və ya Müştərinin sərəncamı olmadan silinərsə həmin məbləğ kredit ödənilən və ya silinmə aparılan günə Bankın müvafiq olaraq valyutanın nağd və ya nağdsız alqı- satqısı üzrə mövcud xxxx satış kursu ilə konvertasiya edilərək Müştərinin borcunun ödənilməsinə yönəldilir.
13. Borc məbləğinin tam həcmdə qaytarılması tarixi kredit üzrə əsas borcun və hesablanmış faizlərin (o cümlədən, cərimə) Bankın bu məqsədlə açdığı hesaba daxil olduğu tarix hesab olunur. Xxxx Xxxxxxxxxx hesabı üzərinə qoyulmuş həbs və ya icra (ödəniş) sənədi (o cümlədən, vergi sərəncamı) səbəbilə Xxxxxxxx tərəfindən həyata keçirilən ödəniş dövlətin, dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin xeyrinə silinərsə və ya həbs edilərsə (dondurularsa), Kredit üzrə ödənişlər həyata keçirilməmiş sayılır.
14. Kreditin verilməsi ilə əlaqədar komisyon haqlar Bankın Tariflərinə uyğun olaraq tutulur.
15. Kreditin (i) növü, (ii) məbləği, (iii) müddəti, (iv) güzəşt müddəti, (v) təyinatı (məqsədi),
(vi) illik faiz dərəcəsi, (vii) FİFD, (viii) komissyon haqqı, (ix) ayliq odəniş məbləği və (x) aylıq ödəniş tarixi hazırki Standart Şərtlərdə nəzərdə tutulmuş qaydada Müştəri ilə bağlanılacaq Müqavilə ilə müəyyən edilir.
16. Müştəri onun kredit borclarının üçüncü şəxslər tərəfindən ödənilməsinə və bu məqsədlə kreditin ödənişi barəsində məlumatların həmin üçüncü şəxslərə verilməsinə etiraz etmir.
17. Aşağıdakı hallardan hər xxxxx xxxx mövcud olarsa, Bank Müqavilə üzrə Borcalana kredit
verməkdən imtina edə, həmçinin kredit xəttinin istifadə edilməmiş hissəsindən istifadə edilməsini məhdudlaşdıra / ləğv edə bilər, habelə verilmiş krediti vaxtından əvvəl tələb edə bilər:
(i) Müştəri və ya kreditin təminatı ilə bağlı, Müqavilə üzrə kreditin əsas məbləğinin və ya faizlərin Müştəri tərəfindən ödənilməsinə təhlükə yarada bilən hər hansı mülki, inzibati və ya cinayət işi, təqibi, icraatı və ya iddiası və ya qeyd edilənlərlə bağlı müvafiq orqanın qərarı, sərəncamı və ya məhkəmə aktı mövcud olduqda;
(ii) Müştəri tərəfindən kreditlə əlaqədar Bankı aldatmağa yönəlmiş və ya qanunvericiliyə zidd hər hansı bir hərəkətin edilməsi və ya yanlış məlumatın və ya sənədlərin təqdim edilməsi barədə Xxxxxx ciddi şübhələr və ya məlumat olduqda;
(iii) Müqavilə imzalandıqdan sonra Müştərinin öhdəliklərini yerinə yetirməsinə və ya kreditin təminatına mənfi təsir göstərə biləcək hallar barədə Banka məlumat daxil olduqda və ya Xxxxxx ciddi şübhələr yarandıqda;
(iv) Kreditin təminatla verildiyi hallarda əsas və ya əlavə təminatla bağlı sənədlər (o cümlədən, girov, ipoteka, qarantiya və zaminlik müqavilələri, həmçinin Bank tərəfindən tələb edildikdə bu Müqaviləyə uyğun sığorta sənədləri) təqdim edilmədikdə, təqdim edilən sənədlər düzgün tərtib edilmədikdə (xxx tərəfindən tərtib edilməsindən asılı olmayaraq) və ya qanunvericiliyə müvafiq qaydada rəsmiləşdirilmədikdə;
(v) Kreditin təminatla verildiyi hallarda əsas və ya əlavə təminatla bağlı sənədlər (o cümlədən, girov, ipoteka, qarantiya və zaminlik müqavilələri, həmçinin Bank tərəfindən tələb edildikdə sığorta sənədləri) Bankın daxili qaydalarına və ya təsdiq edilmiş müqavilə nümunələrinə yaxud Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə cavab vermədikdə (xxx tərəfindən tərtib edilməsindən və ya notarial təsdiq edilib- edilməməsindən asılı olmayaraq)
(vi) Bu Standart Şərtlərin 6-cı paraqrafının 1.2-ci yarımbəndində nəzərdə tutulmuş hallarda.
§7. ÖDƏNİŞ KARTI
1. Bu hissə Müştərinin xxxxx Xxxxxx açılmış hesaba bağlanılan, Bank tərəfindən emissiya edilən, Azərbaycan Respublikası ərazisində və Azərbaycan Respublikasının hüdudlarından kənarda istifadə edilə bilən ödəniş kartının verilməsini və onun istifadəsi ilə bağlı Müştəri və Bank arasındakı münasibətləri tənzimləyərək tərəflərin hüquq və vəzifələrini müəyyən edir.
2. Kart vasitəsilə Bank tərəfindən tətbiq edilən sistem çərçivəsində bonusların hesablanması, habelə valyuta mübadiləsinin aparılması, nağd pul vəsaitinin əldə edilməsi, nağdsız formada öz hesabından vəsaitin başqa hesaba köçürülməsi, habelə qanunvericiliklə qadağa olunmayan digər əməliyyatların həyata keçirilməsi nəzərdə tutulur.
3. Kartdan istifadə edilməklə əməliyyatların aparılması üçün Tariflər əsasında Müştəridən müvafiq komissiya tutulur.
4. Bank Müştəriyə verdiyi əsas kartla yanaşı, onun yazılı ərizəsi əsasında, ərizədə göstərdiyi üçüncü şəxsə Əlavə kartlar verə bilər. Əlavə kartın sahibi yalnız nağd vəsaitlərin
götürülməsi üzrə əməliyyatlar apara, ticarət müəssisələrinin xidmətindən istifadə edə və hesaba artırmalar edə bilər. Xxxxx, Müştəri hesabın aparılması və Kartdan istifadəsi üçün müstəsna hüquqlarını özündə saxlayır və Əlavə kartla aparılan əməliyyatlar görə məsuliyyət daşıyır.
5. Müştəri Kartı Bankın təqdim etdiyi müvafiq sənədlərə imza etməklə şəxsən və ya notarial qaydada təsdiq edilmiş etibarnamə (həmin etibarnamədə aparılması nəzərdə tutulan əməliyyatların dəqiq təsvir edildiyi təqdirdə) əsasında nümayəndəsi vasitəsi ilə qəbul edə bilər. Kart ilə birlikdə Müştəriyə bağlı zərfdə və ya elektron kanallarla PİN-kod təqdim olunur. PİN-kod Müştərinin imzasının analoqudur və ondan istifadə etməklə Kart üzrə aparılmış əməliyyatlar Müştəri tərəfindən aparılmış əməliyyatlar kimi qəbul olunur. Kartın və ya onun PİN-kodunun üçüncü şəxslərə verilməsi qadağan olunur.
6. Müştəriyə Kart və PİN-kod xxxx qapalı zərf (PİN-kod kağız daşıyıcıda təqdim olunmadığı hallara bu bölmədəki “PİN-kod xxxx zərf” ilə bağlı müddəalar şamil edilmir) kuryer vasitəsi ilə kartı təhvil xxxx şəxsin səlahiyyətini təsdiq edən sənəd və şəxsiyyəti təsdiq edən sənəd əsasında təqdim oluna bilər.
7. Kartdan istifadə ilə bağlı Bank tərəfindən nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə tətbiq etdiyi bonus, cashback sistemi zamanı məhsulun şərtləri, şərtlərdə edilmiş dəyişikliklər və sairə barədə Müştərini Rəsmi internet ünvanında, Mobile Banking və ya İnternet Banking platfomasında etdiyi paylaşımlarla məlumatlandırır.
8. Kart Bankın mülkiyyəti hesab olunur.
9. Bank, hazırkı Standart Şərtlərin və Razılaşmanın müddəaları ilə ziddiyyət təşkil edən halları aşkarlayarsa, Kartı xxxx ala bilər, vaxtı bitmiş Kartları öz qərarına əsasən və səbəblərini açıqlamadan yenisi ilə əvəzləməyə bilər və ya istifadəsini dayandıra bilər. Müştəri, Kartın itirilməsi, oğurlanması və ya üzərində təhriflərin edilməsinə görə məsuliyyət daşıyır. Kart itirildikdə və ya oğurlandıqda, Müştəri tərəfindən Bankın (+99412) 981 telefon nömrəsinə təcili xəbər verilməlidir. Müştəri bu xəbərdən sonra Kartın etibarsız sayılacağını qəbul edir və Bank tərəfindən xxxx Xxxxxx verilməsi ilə əlaqədar bütün xərclərin ödənilməsini öhdəsinə götürür. Əgər Bank tərəfindən Müştəriyə xxxx Xxxxxx verilməsindən imtina edilərsə və ya Müştəri yeni Kart almaqdan imtina edərsə, Müştəri hesabındakı məbləği əldə etmək üçün şəxsiyyətini təsdiq edən sənədlə birgə Kart hesabının açıldığı Yerli struktur bölməyə ərizə ilə müraciət etməlidir. Bundan sonra Müştərinin ərizəsi Bankın işçisi tərəfindən qəbul edilir, Kart sistemdə bağlanılır və kassadan qalıq nağd vəsaitin Müştəriyə verilməsi ilə təmin edilir.
10. Bank Kartlarla aparılmış şübhəli əməliyyatların aşkar edilməsi istiqamətində mütəmadi olaraq monitorinq həyata keçirir. Monitorinq zamanı kartlarla şübhəli əməliyyatların aparıldığı müəyyən edildikdə, Bank həmin Kartlarla aparılan əməliyyatları qismən və ya tam şəkildə məhdudlaşdıra bilər. Bu barədə Müştəriyə dərhal məlumat verilir. Müştəri kartdan istifadə qaydalarına düzgün əməl etməli və kartın təhlükəsizliyini təmin etməlidir. Bankın Rəsmi internet ünvanında və ya İnternet Banking/Mobile Banking platformasında yerləşdirilən “Məsuliyyətin ötürülməsi qaydası” nın tətbiq edilmədiyi ölkələrdə təhlükəsizliyin gözlənilməsi üzrə əsas tələblərə riayət etməli və xarici ölkəyə səyahət etməzdən əvvəl Banka müraciət edib məsləhət almalı, lazım xxxx xxxxx kartla aparılan əməliyyatlar üzrə müəyyən limitlərin qoyulmasını tələb etməlidir.
11. Kartın istifadə müddəti Müştərinin sifariş ərizəsinə əsasən bankdaxili qaydalara riayət etməklə təyin edilir. Kart heç bir şəkildə üzərində qeyd edilən son istifadə tarixindən sonra istifadə edilə bilməz. Üzərində son istifadə günü qeyd edilməyən, yalnız ay və il qeyd
edilən Kartlar həmin ayın son gününə kimi aktivdir. Kart hesabındakı pul vəsaitinin qalığı Müştəri tərəfindən xxxx alınmalıdır və ya vəsaitin köçürülməli olduğu yeni hesab Banka bildirilmədir.
12. Kartın müddətinin başa çatdığı gündən еtibarən 6 (altı) ay ərzində Kart hesabı üzrə heç bir əməliyyat aparılmazsa, həmin hesab bu Standart Şərtlərdə nəzərdə tutulmuş qaydada bağlanılır və hesabdakı pul vəsaitinin qalığı Müştəri tərəfindən xxxx alınmadıqda və ya vəsaitin köçürülməli olduğu yeni hesab Banka bildirilmədikdə, həmin vəsait müvafiq müştəri kateqoriyasının bağlanmış hesabların uçotu aparılan hesaba köçürülür və Bankın tariflərinə əsasən bağlanmış hesabların əməliyyat sistemində saxlanmasına görə müvafiq komisyon haqqı tutulur.
13. Müştəri Kartdan istifadə edilməsi nəticəsində əldə etdiyi çek və qəbzləri saxlamalı və mübahisəli halları nizamlamaq üçün onları Banka təqdim etməlidir. Çek və qəbzlər təqdim edilmədiyi təqdirdə Müştəri Bank tərəfindən təqdim edilən sənədlərin, qeydlərin, qısa mesajların (SMS) və digər məlumatlarının inkar olunmaz sübutlar kimi qəbul etməlidir.
14. Ödəniş kartı ilə aparılan əməliyyatlar üzrə limitlər baş verə biləcək əməliyyat riskinin azaldılması, Kart itirildikdə potensial itkilərin azaldılması məqsədilə Bank tərəfindən müəyyən edilir və Bank hər bir limiti birtərəfli şəkildə dəyişdirmək səlahiyyətinə malikdir. Bununla yanaşı, Müştəri İnternet Banking və ya Mobile Banking xidməti vasitəsilə, xidmət olunduğu Bankın Yerli struktur bölməsinə və ya (+99412) 981; faks: (+99412) 497-33- 79; e_mail: xxxxxx@xxxx.xx; sayt: xxx.xxxx.xx müraciət etməklə, şəxsi tələblərinə uyğun olaraq ATM-lərdən nağd vəsaitin çıxarılması, internet və POS-terminal vasitəsilə ödənişlərin aparılmasına dair limitlərini dəyişdirə bilər. Müştəri Xxxxxx təyin etdiyi limiti qəbul edəcəyini və həmin limitdən məlumatının olmaması bəhanəsi ilə etiraz etməyəcəyini öz öhdəsinə götürür.
15. Müştəri hazırkı Standart Şərtlərə əsasən açılan Kart hesablarına dair sərəncam vermək hüququnun həyata keçirilməsi və digər bank əməliyyatları, o cümlədən kreditin verilməsi, əmanətin yerləşdirilməsi ilə bağlı müqavilələri ATM vasitəsilə razılığını bildirirərək bağlaya bilər (Bank tərəfindən xidmət təklif edildikdə). Bu halda, Kart istifadəçisinin ATM vasitəsilə təklif olunan şərtlərlə razılaşaraq müvafiq kodu daxil etməsi onun şəxsi imzasının başqa analoqu kimi qiymətləndiriləcəkdir.
16. Müştəri PİN-koddan istifadə etməklə Kart vasitəsilə Bankın və Beynəlxalq kart təşkilatlarına üzv xxxx digər müvəkkil bankların ATM-lərindən, Kart hesabındakı qalıq və nağd vəsaitin çıxarılması üzrə limitlər daxilində, nağd vəsait çıxara bilər. Müştəri Kart vasitəsilə POS-terminal quraşdırılan məntəqələrdən nağd pul alarkən onlar tərəfindən tərtib edilən satış sənədini imzalayır və sənəd üzərindəki qeydlərə görə etiraz etməyəcəyini öhdəsinə götürür. Məntəqənin məsul şəxsi tələb edərsə Müştəri şəxsiyyətini təsdiq edən sənəd göstərməlidir. Kart vasitəsilə ATM-lərdən nağd pulun məxarici əməliyyatında, nağd ödəmə sənədi tərtib edilmədiyi üçün, Müştəri Bankın bu əməliyyatlar barədə qeydlərinin dəlil olduğunu qəbul edir.
17. Müştəri müəssisə ilə üz-üzə gəlmədən, telefon, internet və ya faks vasitəsilə aparılan əməliyyatların dəyərinin avtomatik olaraq hesabından silinəcəyini və bu növ əməliyyatlar zamanı heç bir satış qəbzinin tərtib edilməyəcəyini qəbul edir.
18. Kartın ölkə daxilində və ya ölkə hüdudlarından kənarda istifadəsi nəticəsində yaranmış bütün borc və öhdəliklər haqqında qeydlər hesabdan çıxarışda öz əksini tapır. Müştəri Tariflər üzrə hesabdan çıxarışı və ya hesaba dair arayışı almaq üçün Banka müraciət etməlidir. Qeyd edilən sənədlər şəxsən, poçtla, elektron poçtla və ya digər vasitələrlə
təqdim oluna bilər. Hesabdan çıxarış borc və ödəmələri əhatə edən mühüm sənədlərdən biridir.
19. Müştəri hər Kart üçün Bank tərəfindən onun Tariflərə əsasən müəyyən edilmiş miqdarda xidmət haqqını ödəməyi əvvəlcədən qəbul edir. Müştəri Kartı dəyişmək barədə Banka müraciət etdikdə xidmət haqqı nağd şəkildə qəbul edilir və ya Müştərinin hesabından silinir.
20. Müştəri Kartdan və Kart hesabından istifadə ilə bağlı yaranan borcu, həmçinin Kartlar üzrə Tariflərdə göstərilmiş faiz, komisyon haqqı və digər ödəmələri Banka ödəməyi öhdəsinə götürür. Bank xarici valyutanın konvertasiyası üçün əlavə komisyon haqqı almaq hüququna malikdir.
21. Müştəri tərəfindən kart hesabının valyutasından fərqli valyutada aparılmış əməliyyatlar aşağıda qeyd edilmiş məzənnələr üzrə həyata keçirilir:
a) “Azərikard” Prosessinq Mərkəzi (bundan sonra Prossesinq Mərkəzi) daxilində xxxx bankomatlarda və terminallarda aparılan əməliyyat zamanı məbləğin bloklaşdırılması Xxxxxx xxxx günə xxxx nağdsız kommersiya məzənnəsi ilə aparılır. Silinmə günü əməliyyat gününə təsadüf etmədiyi halda, silinmə xxxx günə xxxx Xxxxxx kommersiya məzənnəsi ilə həyata keçirilir;
b) Ölkə daxilində fəaliyyət göstərən digər Prosessinq Mərkəzlərinin bankomat və terminallarında aparılan əməliyyat zamanı məbləğin bloklaşdırılması Xxxxxx xxxx günə xxxx nağdsız kommersiya məzənnəsi ilə aparılır. Silinmə günü əməliyyat gününə təsadüf etmədiyi halda, silinmə xxxx günə xxxx Xxxxxx nağdsız kommersiya məzənnəsi ilə həyata keçirilir;
c) Ölkədən kənarda fəaliyyət göstərən Prosessinq Mərkəzlərinin bankomat və terminallarında ABŞ dolları, Avro və Funt sterlinq valyutalarında aparılan əməliyyat zamanı məbləğin bloklaşdırılması Xxxxxx xxxx günə xxxx nağdsız kommersiya məzənnəsi ilə aparılır. Blokdan çıxma zamanı VISA/MasterCard-ın xxxx günə xxxx məzənnə ilə əməliyyat valyutasında xxxx məbləğin ABŞ dollarına və ya Xxxxxx xxxx nisbəti Banka təqdim edilir. Kart hesabındakı valyuta blokdan çıxmış məbləğin valyutasından fərqlidirsə, o zaman kart hesabından silinmə Xxxxxx xxxx günə xxxx nağdsız kommersiya məzənnəsi ilə həyata keçirilir;
d) Ölkədən kənarda fəaliyyət göstərən Prosesinq Mərkəzlərinin bankomat və terminallarında yuxarıda qeyd edilmiş valyutalardan fərqli valyutalarda aparılan əməliyyat zamanı məbləğin bloklaşdırılması VISA/MasterCard-ın xxxx günə xxxx məzənnəsi ilə aparılır. Blokdan çıxma zamanı VISA/MasterCard-ın xxxx günə xxxx məzənnə ilə əməliyyat valyutasında xxxx məbləğin ABŞ dollarına və ya avroya nisbəti Banka təqdim edilir. Kart hesabındakı valyuta blokdan çıxmış məbləğin valyutasından fərqlidirsə, o zaman kart hesabından silinmə Xxxxxx xxxx günə xxxx nağdsız kommersiya məzənnəsi ilə həyata keçirilir.
e) Onlayn bank və ya bankomatlar üzərindən Ölkə daxilində fəaliyyət göstərən digər Prosessinq Mərkəzlərinə və ya Ölkədən kənarda fəaliyyət göstərən Prosessinq Mərkəzlərinə məxsus ödəniş kartlarından köçürülən vəsaitlər (Card to Card - VISA Direct, MasterCard MoneySend) “Hesab sahibi”-nin kart hesabına 3 (üç) bank günü ərzində mədaxil edilir.
22. Hesab üzrə əməliyyatlar hesabda mövcud xxxx pul vəsaiti həcmində aparılır. Həmin vəsait həcmindən artıq istifadə edildikdə və ya Kart üzrə xidmət haqqı ödənilmədikdə, hesabda artıq istifadə edilmiş və ya ödənilməmiş xidmət haqqı miqdarında texniki
overdraft yaranır. Bu zaman, overdraft məbləğinə illik 19% dərəcəsilə faiz hesablanır və Müştəri tərəfindən overdraft məbləği və ona hesablanmış faizlər 30 (otuz) gün ərzində Banka ödənilməlidir. Qeyd edilən müddət ərzində overdraft məbləği və həmin məbləğə hesablanmış faizlər ödənilmədikdə, 31-ci gündən başlayaraq illik 38 % dərəcəsilə faiz hesablanır və Müştəri tərəfindən Banka ödənilməlidir. Faizlər güzəşt müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Overdraft yaranmış hesaba vəsait mədaxil edildikdə, yaranmış overdraft məbləği Bank tərəfindən Müştərinin hesabından akseptsiz qaydada silinir. Bank, yaranmış overdraft məbləğini Müştərinin Xxxxxx xxxx digər hesablarından da akseptsiz qaydada silə bilər.
23. Overdraft aşağıda qeyd edilmiş səbəblərə görə yarana bilər:
a) Əməliyyat günü ilə silinmə günü arasında xxxx məzənnə fərqinə görə;
b) Oflayn əməliyyatın (əməliyyat zamanı POS-terminal ilə prosessinq mərkəzi arasında rabitə əlaqəsi yaratmadan) aparılmasına görə;
c) Xxxxxx komissiya haqlarının (əməliyyat zamanı komisyon haqlar tutulmur, xxxxx silinmə zamanı tutulur) tutulmasına görə;
d) Texniki xəta nəticəsində hesaba səhvən vəsait daxil olduqda və Müştəri tərəfindən həmin vəsait və ya onun bir hissəsi istifadə edildikdə;
e) Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
24. Müştəri sifariş etdiyi Kartın hazır olması barədə müvafiq bildirişi aldıqdan sonra 120 (bir yüz iyirmi) təqvim günü ərzində kartın götürülməsi üçün Banka müraciət etmədiyi təqdirdə, Bank Müştəriyə heç bir xəbərdarlıq etmədən həmin Kartı məhv edir. Belə xxxx xxxxx, kart hesabı üzrə ödənilən xidmət haqqı Bank tərəfindən Müştəriyə xxxx qaytarılmır.
25. Müştəri yaranmış borcu Banka ödəməlidir. Ödəmələr hesabın valyutasına müvafiq olaraq qəbul edilir. Ödəmələrdə Bank tərəfindən müəyyən edilən valyuta məzənnələri Bank tərəfindən əsas kimi götürülür. Müştəri Kart hesabında texniki overdraftın yaranacağı təqdirdə Kartın istifadəsinin dayandırılacağını, bütün borc və öhdəlikləri təcili yerinə yetirəcəyini və bununla əlaqədar hesablanacaq faizləri ödəməyi öhdəsinə götürür.
26. Aşağıdakı hallarda Bank Kartdan istifadə edilməsini tam məhdudlaşdıra, Kartı bloklaşdıra və Karta xidmət göstərilməsini dayandıra bilər:
(i) Müştərinin müraciətinə əsasən;
(ii) Müştəri Bank qarşısında öhdəliklərini yerinə yetirmədikdə;
(iii) Kartdan istifadə qaydaları pozulduqda;
(iv) Müştəri tərəfindən limitin aşılması halında;
(v) Bankla bağladığı müqavilənin (lərin) müəyyən bir müddəasına əməl edilməməsi səbəbi ilə;
(vi) Kart hesabı üzrə 3 (üç) ay müddətində heç bir əməliyyat aparılmadıqda (hesab üzrə mədaxil və məxaric əməliyyatları);
(vii) heç bir səbəb göstərmədən; və
(viii) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
27. Bundan əlavə, Müştərinin müflisləşməsi və onun başqa şəxsin qəyyumluğuna, himayəçiliyinə, tabeçiliyinə keçməsi ilə əlaqədar olaraq Bank Müqaviləni birtərəfli qaydada ləğv etmək və Müştəridən alacağı məbləği tələb etmək hüququna malikdir. Müştəri vəfat etdikdə, kartın fəaliyyəti dayandırılır və yaranmış borcların təcili ödənilməsi qüvvədə xxxx Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq onun vərəsələrinin üzərinə düşür. Bundan əlavə, Bank heç bir səbəb göstərmədən Müştəridən Xxxxxx xxxx
qaytarılmasını tələb edə bilər və ya istifadə müddəti başa çatmış Kartın dəyişdirilməsindən imtina edə bilər. Bank tərəfindən Kartın fəaliyyətinin dayandırıldığı və Kartın dəyişdirilməsindən imtina edildiyi halda, Müştəri Bank qarşısında xxxx xxxx və öhdəliklərini bütövlüklə yerinə yetirənə qədər, bu şərtlərin müddəalarının qüvvədə olduğunu qəbul edir. Müştəri kartın fəaliyyətini dayandırılmasına baxmayaraq ondan istifadə etdiyi halda yaranacaq borc və cərimələrin ödənilməsini öhdəsinə götürür. Bu hallarda, Müştəri bütün borclarını dərhal ödəyəcəyini qeyd-şərtsiz qəbul edir. Müştəri, əsas Kartın fəaliyətinin dayandırılması halında xxx xxxxx bütün Əlavə kartların da fəaliyyətinin dayandırılacağını qəbul edir. Əgər Kart Əlavə razılaşma imzalandığı tarixdən etibarən 90 təqvim günü ərzində Müştəri tərəfindən alınmazsa, Bank tərəfindən ləğv edilə bilər.
28. Onlayn əməliyyatların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Bankın bütün Kartları sifariş zamanı Müştərinin müraciətinə əsasən 3D Secure xidmətinə qoşulur. 3D Secure xidməti iki növdə istifadə edilə bilər: Dinamik və Statistik. Dinamik 3D-Secure xidməti kart sifarişi zamanı avtomatik aktiv olunur, onlayn əməliyyatlar zamanı müştəriyə sms vasitəsi ilə birdəfəlik OTP göndərilir. Onlayn ödəniş etmək üçün Müştəri xüsusi 3D- Secure şifrəni daxil edərək, əməliyyatları icra edə bilər.
29. Müştəri, Xxxx və PİN-kodu heç kimə verməyəcəyini, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədilə lazımi tədbirləri görəcəyini, hər hansı səbəbə görə Kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyət daşıdığını, bu barədə Banka şikayət və etiraz etməyəcəyini, belə hallarda Bankın çəkəcəyi ziyanı ödəyəcəyini qəbul edir və öhdəsinə götürür. Müştəri Kartın itirilməsindən, oğurlanmasından sonra üçüncü şəxslərin gizli şifrədən və həmçinin skimminq yolu ilə düzəldilən saxta kartlardan istifadə edərək, apardıqları əməliyyatlar üçün Bankın məsuliyyət daşımayacağını və bu səbəbə görə Bank qarşısında heç bir tələb irəli sürməyəcəyini qəbul edir və öhdəsinə götürür. Müştəri Kart vasitəsilə heç bir qanunsuz əməliyyat aparmamağı və eləcə də Beynəlxalq kart təşkilatlarının, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə xxxx xxxx hər hansı bir mal və xidmətin alınmasında istifadə edilməməsini qəbul edir.
30. Müştərinin Kart hesabından çıxarış ilə bildirilən borc və ödənişləri haqqında qeydlərinə dair etiraz etmək hüququ vardır. Müştəri öz etirazlarını hesabından silinmə tarixindən Beynəlxalq kart təşkilatlarının müvafiq sənədlərində və bankdaxili qaydalarda nəzərdə tutulmuş müddət ərzində yazılı şəkildə Banka bildirəcəyini, əks təqdirdə həmin əməliyyatları qəbul edəcəyini öhdəsinə götürür. Bundan əlavə, Müştəri etiraz və Kartla bağlı olaraq meydana çıxacaq bütün anlaşılmazlıqlarda Bankın sənədlərinin və kompüter məlumatlarının qəti dəlil olacağını, onlara etiraz etməyəcəyini qəbul edir və öhdəsinə götürür.
31. Müştəriyə təqdim edilmiş kartlar üzrə aşağıdakı qeyd edilən şərtlərin Müştəri tərəfindən icra edildiyi təqdirdə bu Standart Şərtlərdə təklif edilən müəyyən güzəştlər Bank tərəfindən tətbiq edilə bilər:
31.1. Müştəri ay ərzində kart hesabı üzrə ən azı „Light“ markalı kartlar üzrə 300 AZN,
„Premium“ markalı kartlar üzrə 700 AZN məbləğ həcmində əməliyyatların həyata keçirilməlidir. Bankın seçiminə uyğun olaraq istənilən informasiya kanalı vasitəsi (sms, telefonla əlaqə saxlamaqla, yazılı qaydada və s.) ilə Müştəriyə qabaqcadan bildiriş verilməklə bu yarımbənddə qeyd olunan məbləğ limiti artırıla və ya azaldıla bilər;
31.2. Yuxarıda qeyd edilmiş əməliyyatlar dedikdə, aşağıdakılar istisna olmaqla, nağdsız şəkildə aparılmış əməliyyatlar nəzərə alınır:
(i) Nağdlaşdırma əməliyyatları (ATM-Cash, Pos-Cash kimi əməliyyatlar);
(ii) Bir kart hesabından digər kart hesabına pul köçürmə əməliyyatları (Card-to-Card, Visa Direct, Mastecard Money Send və s.);
(iii) Elektron pul kisələrinin balans artırılımasına dair əməliyyatlar (QIWI, YandexMoney və s.);
(iv) Kredit ödənişləri;
(v) Kommunal ödənişlər, dövlət ödənişlər, cərimələr, vergi və gömrük rüsumların və sair daxil olmaqla Hökumət Ödəniş Portalı vasitəsilə aparılan onlayn ödənişlər;
(vi) Müştəri tərəfindən Bankın Rəsmi internet ünvanında qeyd olunan kod (MMC) vasitəsi ilə ödəniş sistemində qeydiyyatdan keçmiş ticarət müəssəsində əməliyyatın həyata keçirilməsi zamanı Müştəridən tutulmalı vergi məbləği.
31.3. Yuxarıda 31.1-ci yarımbənddə qeyd edilən məbləğin hesablanması məqsədi üçün dövr dedikdə, təqvim ayı nəzərə alınır. Kartın əldə edildiyi təqvim ayına münasibətdə isə dövrün başlanğıcı kartın aktivləşdirildiyi gündən başlanılır;
31.4. Güzəştlər şərtlərin ödənildiyi aydan sonrakı təqvim ayının 6-xxx növbəti təqvim ayının 6-dək tətbiq edilir;
31.5. Müştəriyə kart hesabı təqvim ayının 5-dək açıldıqda həmin ay yuxarıda qeyd edilən şərtlər nəzərə alınmaqla, 31.1-ci yarımbəndin məqsədləri üçün hesablaşma dövrünə daxil edilir;
31.6. 31.1-ci yarımbənddə qeyd edilən məbləğin hesablanması zamanı yalnız 31.3-cü yarımbənddə qeyd edilmiş dövr ərzində Bankın əməliyyat sistemində öz əksini tapmış əməliyyatlar nəzərə alınır;
31.7. Əvvəlki dövr üzrə 31.1-ci yarımbənddə tələb olunan şərtin yerinə yetirilməsi üçün nəzərə alınmış əməliyyat üzrə pul vəsaitləri Müştərinin kart hesabına qismən və ya tam qaytarıldıqda xxxx dövr üzrə 31.1-ci yarımbənddə qeyd olunan şərtin yerinə yetirilməsi üçün tələb olunan məbləğ Müştəriyə qaytarılan pul vəsaiti məbləği həcmində artırılır.
32. Yuxarıda 31-ci yarımbənddə qeyd edilmiş şərtlərin Müştəri tərəfindən icra olunduğu təqdirdə, Bank tərəfindən aşağıdakı güzəştlər təqdim edilə bilər:
32.1. Kartın alınması üçün ödənilən vəsaitin xxxx qaytarılması:
Müştəri tərəfindən 31-ci bənddə qeyd edilən şərtlər ilk 3 ay müddətində icra edildikdə Bank aşağıdakı şərtlər nəzərə alınmaqla, Kartın əldə edilməsi üçün Müştəri tərəfindən ödənilmiş vəsaiti ona xxxx qaytarır:
32.1.1. Müştəri 31-ci bənddə qeyd edilən şərtlərin tələblərini hər ay icra etməlidir;
32.1.2. Müştəriyə kart hesabı ayın 5-dən sonra açıldıqda və Müştəri tərəfindən ilk ay üzrə dövriyyəni tələb olunan həcmə çatdırılmadıqda həmin ay hesablanmada nəzərə alınmır. Xxxxxx xxx dəyərinin qaytarılması üçün 3 ay müddətinin hesablanması növbəti aydan başlayır;
32.2. İstifadə edilmiş vəsaitlərin bir qisminin xxxx qaytarılması – “Cashback”:
32.2.1. Müştəriyə Kartın aktivləşdirildiyi tarixdən başlayaraq, Bankın partnyor şəbəkəsi üzrə əməliyyatlardan həmin partnyorlarla bağlanmış müqavilələrə əsasən, qeyri- partnyor şəbəkəsi üzrə əməliyyatlardan isə Tariflərdə nəzərdə tutulmuş faiz dərəcəsilə vəsait xxxx qaytarılır (Standart Cashback);
32.2.2. Müştəri tərəfindən 31-ci bənddə qeyd edilən şərtlər xxxx təqvim ayı ərzində icra edildikdə Bank aşağıdakı şərtlər nəzərə alınmaqla, Müştəri tərəfindən Kart vasitəsilə istifadə edilmiş vəsaitlərin bir qismini ona xxxx qaytarır (Cashback):
- Bankın partnyor şəbəkələri üzrə həmin partnyorlarla bağlanmış müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə („Light“ markalı kartlar üzrə);
- Bankın partnyor şəbəkələri üzrə həmin partnyorlarla bağlanmış müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsindən 1.2 (bir xxx xxxx iki) dəfə xxx (“Premium” markalı kartlar üzrə);
- Qeyri-partnyor şəbəkəsi üzrə - Tariflərdə nəzərdə tutulmuş qaydada;
32.2.3. Müştəri tərəfindən hər ay üzrə 31-ci bənddə qeyd edilən şərtlər icra edildikdə ona 32.2.2-ci yarımbəndi hər ay üzrə tətbiq edilir;
32.2.4. Müştəri tərəfindən hər-hansı təqvim ayı üzrə 31-ci bənddə qeyd edilən şərtlər icra edilmədiyi təqdirdə, ona yalnız Standart Cashback tətbiq edilir;
32.3. Faizlərin hesablanması:
Müştəriyə Razılaşmada nəzərdə tutulduğu xxxxx Xxxxxx aktivləşdirildiyi tarixdən başlayaraq, Tariflərdə nəzərdə tutulmuş qaydada faiz hesablanır (Standart Faiz);
32.3.1. Müştəri tərəfindən 31-ci bənddə qeyd edilən şərtlər xxxx təqvim ayı ərzində icra edildikdə Bank aşağıdakı şərtlər nəzərə alınmaqla, Müştəriyə Tariflərdə nəzərdə tutulmuş qaydada yüksəldilmiş faiz dərəcəsi tətbiq edir:
(i) Faiz artırılması yalnız AZN valyutası üzrə həyata keçirilir;
(ii) USD valyutası üzrə yalnız Tariflərdə nəzərdə tutulmuş faiz dərəcələri hesablanır, EUR valyutası üzrə ümumiyyətlə faiz hesablanmır;
32.3.2. Müştəri tərəfindən hər ay üzrə 31-ci bənddə qeyd edilən şərtlər icra edildikdə ona 32.3.1-ci yarımbəndi hər ay üzrə tətbiq edilir;
32.3.3. Müştəri tərəfindən hər-hansı təqvim ayı üzrə 31-ci bənddə qeyd edilən şərtlər icra edilmədiyi təqdirdə, ona yalnız Standart Faiz tətbiq edilir.
32.4. Kredit üzrə güzəştlər:
32.4.1. Xxxxxxx tərəfindən (i) 31-ci bənddə qeyd edilən şərtlər xxxx təqvim ayı ərzində icra edildikdə və (ii) son 30 gün ərzində kredit ödənişlərində gecikmə olmadıqda, Müştərinin seçiminə uyğun olaraq onun Bank qarşısında xxxx 1 (bir) kredit öhdəliyinə münasibətdə aşağıdakı hesablanmaya uyğun vəsait xxxx qaytarılır:
- güzəştlərin tətbiq edildiyi təqvim ayının 5-nə kredit üzrə əsas borc qalığı * X%
/ 360 * 30
- „Light“ markalı kartlar üzrə X=1
- „Premium“ markalı kartlar üzrə X=2
32.4.2. Bu 32.4-cü yarımbənd Müştərinin Bank qarşısında xxxx xxxxxx xətti və ya kart vasitəsilə kredit xətti öhdəliklərinə, həmçinin əşya təminatlı (girov, ipoteka) öhdəliklərinə tətbiq edilmir;
32.4.3. Müştəri tərəfindən hər ay üzrə 31-ci yarımbənddə qeyd edilən şərtlər icra edildikdə ona 32.4.1-ci bəndi hər ay üzrə tətbiq edilir;
32.4.4. Müştəri tərəfindən hər-hansı təqvim ayı üzrə 31-ci bənddə qeyd edilən şərtlər icra edilmədiyi təqdirdə, güzəştlər tətbiq edilmir.
33. Müştəri adı, ünvanı, imzası və s. məlumatların dəyişməsi barədə Banka yazılı şəkildə məlumat verməyi öhdəsinə götürür. Müştərinin Banka müraciət etdiyi anda yaşayış yeri kimi göstərdiyi ünvana göndəriləcək məlumatlar ona göndərilmiş kimi sayılacaq. Müştəri ünvan dəyişikliyini Banka bildirmədiyi təqdirdə, əvvəlki yaşayış yerinə göndəriləcək məlumatlara etiraz etməyəcəyini qəbul edir.
34. Müştəri Bank tərəfindən Kart ilə bağlı bütün məsələlərə aid məlumatların Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi ilə nəzərdə tutulduğu halda müvafiq dövlət orqanlarına verilməsini əvvəlcədən qeyd-şərtsiz qəbul edir.
35. Müştəri və ya Kart istifadəçisi PİN-kodu Banka məxsus ATM-lər vasitəsilə dəyişdirə bilər. Müştəri Kartın PIN-kodunu tamamilə unutduğu halda, Müştəri PİN-kodun dəyişdirilməsi barədə Banka ərizə təqdim edir və Tariflər ilə müəyyən olunan xidmət haqqını ödədikdən sonra POS terminal vasitəsilə PIN-kod yenilənir.
§8. İNTERNET BANKİNG və MOBİLE BANKİNG XİDMƏTİ
1. Standart Şərtlərin bu hissəsi Xxxxxx Kart xxxxxx xxxx fiziki şəxslərin Bankın İnternet Banking və/və ya Mobile Banking xidmətinə qoşulması və istifadəsi ilə bağlı Müştəri ilə Bank arasındakı münasibətləri tənzimləyir, tərəflərin hüquq və vəzifələrini müəyyən edir.
2. Bank tərəfindən Müştəriyə Kart hesabı açıldığı təqdirdə, Müştərinin müraciəti əsasında, Xxxxxx Müştərinin “İnternet/Mobile Banking” xidmətinə qoşulması təmin edilə bilər. Bu xidmətə qoşulma Bankın Yerli struktur bölməsinə müraciət etməklə, Bank tərəfindən tələb olunan sənədləri təqdim etməklə və ya Bankın ATM şəbəkəsi vasitəsilə həyata keçirilə bilər. “İnternet/Mobile Banking” xidmətinə qoşulan zaman müvafiq Müştərinin adına açılmış bütün Kartlar avtomatik qaydada xidmətə əlavə olunur.
3. “İnternet/Mobile Banking” xidmətinə daxil olmaq üçün Bank tərəfindən təqdim olunmuş İstifadəçi adı, PİN-kod və eyniləşdirilmə növündən asılı olaraq Məxfi söz və ya SMS vasitəsilə göndərilən Birdəfəlik məxfi şifrədən istifadə edilir.
4. “İnternet Banking” xidmətinə kompüter vasitəsilə daxil olmaq üçün Müştəri Bankın rəsmi İnternet səhifəsində (xxx.xxxx.xx) yerləşən “İnternet Banking” linkinə, yəni internet ünvanına daxil olub İstifadəçi adını, PİN-kodu və eyniləşdirilmə növündən asılı olaraq məxfi sözü və ya SMS vasitəsilə göndərilən Birdəfəlik məxfi şifrəni müvafiq xanalarda qeyd edir.
5. Mobil telefondan “Mobile Banking” xidmətindən istifadə etmək üçün Müştəri mobil telefon vasitəsilə Bankın Rəsmi internet ünvanında yerləşən “Mobile Banking” linkinə daxil olub, mobil telefonunun əməliyyat sisteminə uyğun (iOS / Android OS və ya digər) proqram təminatını yükləməlidir. Eyniləşdirilmə növü kimi mobil nömrə üsulu seçildiyi təqdirdə Müştəri, “Mobile Banking” xidmətinin qoşulduğu mobil telefon nömrəsini dəyişdirdiyi halda həmin gün Banka məlumat verməlidir. Belə məlumatın verilmədiyi halda yarana biləcək risklərə görə Bank məsuliyyət daşımır.
6. Müştərinin ölkə xaricində “İnternet/Mobile Banking” xidmətinə qoşula bilməsi üçün, Birdəfəlik məxfi şifrələrin göndərildiyi mobil nömrənin rouminq xidməti aktiv olmalıdır. Rouminq xidməti zamanı yarana biləcək problemlərə görə Bank məsuliyyət daşımır. Müştəri “İnternet/Mobile Banking” xidmətinə bağlı bütün Kart hesablarına görə eyni dərəcədə məsuliyyət daşıyır.
7. Bankın “İnternet/Mobile Banking” xidməti müddətsiz açılır və “İnternet/Mobile Banking” xidmətinin qoşulmaya dair Razılaşma imzalandığı gündən qüvvəyə minir.
8. Müştəri “İnternet/Mobile Banking” xidməti vasitəsilə Kart hesabları üzrə hesabdan çıxarışların alınması, hesab qalığının öyrənilməsi, kommunal və mobil rabitə üzrə ödənişlərin aparılması, Virtual kartın buraxılması, Kart hesabları arasında və digər bankların ödəniş kartlarına köçürmələrin aparılması (Card-to-Card), ödəniş kartı olmayan şəxslərə vəsaitin göndərilməsi (Cash-by-Code), ödəniş kartının bloklaşdırılması, Ödəniş xxxxxxx xxxx gündəlik limitlərin (İnternet üzərindən aparılan əməliyyatlara, yüksək riskli və
risk dərəcəsi nisbətən aşağı xxxx ölkələrdə ATM-lərdən nağd vəsaitin çıxarılması və POS- terminal vasitəsilə ödənişlərin aparılması üzrə) dəyişdirilməsi, Xxxxxx xxxx kredit borclarının ödənilməsi kimi əməliyyatları apara bilər. Müştəri “İnternet/Mobile Banking” xidməti vasitəsilə aparılan əməliyyatların məbləğinin hesabından silinəcəyini və bu növ əməliyyatlar zamanı heç bir satış qəbzinin tərtib edilməyəcəyini qəbul edir.
9. Müştəri “İnternet/Mobile Banking” xidməti vasitəsilə yaradılan Virtual kartı yalnız internet şəbəkəsində istifadə edə bilər. Virtual kart buraxılarkən fiziki olaraq kart çap edilmir və bu kart müştərinin istəyindən asılı olaraq onun “İnternet/Mobile Banking” xidmətinə xxxxx xxxx istənilən Kart hesabına bağlanıla bilər.
10. Müştəri tərəfindən Virtual kart üçün müvafiq limitlərin təyin edilməsi zəruridir və Müştəri bu limitləri aşmamağı öz öhdəsinə götürür.
11. Müştəri Virtual kart vasitəsilə aparılan əməliyyatların dəyərinin avtomatik olaraq hesabından silinəcəyini və bu növ əməliyyatlar zamanı heç bir satış qəbzinin tərtib edilməyəcəyini qəbul edir.
12. Müştəri “İnternet/Mobile Banking” xidmətinə qoşulmaq üçün Bank tərəfindən müəyyən edilmiş komisyon haqqı tariflərinə, yəni Tariflərə əsasən müvafiq komisyon haqqını ödəməyi qəbul edir.
13. Müştəri “İnternet/Mobile Banking” xidmətindən istifadə ilə bağlı yaranan borcu, həmçinin “İnternet/Mobile Banking” xidməti üzrə Bankın Tarif dərəcələrində göstərilmiş faiz, komisyon haqqı və digər ödəmələri Banka ödəməyi öhdəsinə götürür.
14. Bank xarici valyutanın konvertasiyası üçün əlavə komisyon haqqı almaq hüququna malikdir.
15. Müştəri yaranmış borcu Banka ödəməlidir. Ödəmələr hesabın valyutasına müvafiq olaraq qəbul edilir. Ödəmələrdə Bank tərəfindən müəyyən edilən valyuta məzənnələri Bank tərəfindən əsas kimi götürülür.
16. Müştəri hesabında texniki overdraft-ın (valyuta məzənnəsinin dəyişməsi, təkrar silinmə və s.) yaranacağı təqdirdə, “İnternet/Mobile Banking” xidmətinin istifadəsinin dayandırılacağını, bütün borc və öhdəlikləri təcili yerinə yetirəcəyini və bununla əlaqədar hesablanacaq cərimə haqqını ödəməyi öhdəsinə götürür.
17. Müştərinin hesabdan çıxarış ilə bildirilən borc və ödənişləri haqqında qeydlərinə dair etiraz etmək hüququ vardır. Aparılmış əməliyyatlar üzrə Müştərinin etirazı olduqda Müştəri Bankın yerli struktur bölməsinə müraciət edərək müvafiq ərizə formasını doldurur və ya (+99412) 981 zəng edərək sorğusunu saxlayır. Etirazlar hesabdan silinmə tarixindən
45 (qırx beş) təqvim günü ərzində Banka bildirilməlidir, əks təqdirdə etirazlar qəbul edilmir. Bundan əlavə, Müştəri etiraz və “İnternet/Mobile Banking” xidməti ilə bağlı meydana çıxa biləcək bütün anlaşılmazlıqlarda Bankın sənədlərinin və kompüter məlumatlarının qəti dəlil olacağını, onlara etiraz etməyəcəyini qəbul edir və öhdəsinə götürür.
18. Müştəri Bankın razılığı olmadan, Razılaşma, o cümlədən hazırkı Standart Şərtlər ilə nəzərdə tutulmuş hüquq və öhdəliklərini üçüncü şəxsə verə bilməz;
19. Müştəri istifadəçi adını, PİN-kodu, məxfi sözü, Birdəfəlik məxfi şifrələri və “İnternet Banking” və “Mobile Banking” xidmətləri vasitəsilə yaradılan Virtual kart məlumatlarını heç kimə verməyəcəyini, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədilə lazımi tədbirləri görəcəyini, hər hansı bir səbəbə görə “İnternet/Mobile Banking” xidmətinə üçüncü şəxslərin qoşulmasına və Virtual kart vasitəsilə aparılan bütün əməliyyatlara görə məsuliyyət daşıdığını, bu barədə Banka şikayət və etiraz etməyəcəyini,
belə hallarda Bankın çəkəcəyi ziyanı ödəyəcəyini qəbul edir və öhdəsinə götürür. Müştərinin adı, PİN-kod, məxfi söz, Birdəfəlik məxfi şifrələri və “İnternet/Mobile Banking” xidməti vasitəsilə yaradılan Virtual kart məlumatları itdikdə və ya oğurlandıqda, Müştəri tərəfindən Bankın (+99412) 981 dərhal məlumat verilməlidir. Müştəri bu xəbərdən sonra “İnternet/Mobile Banking” xidmətinin Bank tərəfindən bağlanacağını, Müştəri Adı və PİN- kod tapıldıqda isə ondan istifadə etməyərək, Banka qaytaracağını öhdəsinə götürür. Bank tərəfindən yeni bir “İnternet/Mobile Banking” xidmətinə qoşulma ilə əlaqədar bütün xərclərin ödənilməsini Müştəri öz öhdəsinə götürür. Qeyd olunan məlumatların itirilməsindən və ya oğurlanmasından sonra üçüncü şəxslərin apardıqları əməliyyatlar üçün Bankın məsuliyyət daşımayacağını və bu səbəbə görə Bank qarşısında heç bir tələb irəli sürməyəcəyini qəbul edir və öhdəsinə götürür. Müştəri “İnternet/Mobile Banking” xidməti və bu xidmət vasitəsilə yaradılan Virtual kartla heç bir qanunsuz əməliyyat aparmamağı qəbul edir və öhdəsinə götürür.
20. Müştəri, xidmətə qoşulan Ödəniş kartları üzrə hər hansı limitin dəyişdirilməsi nəticəsində ortaya çıxa biləcək neqativ hallara görə Bankın məsuliyyət daşımayacağını və bu səbəbə görə Bank qarşısında heç bir tələb irəli sürməyəcəyini qəbul edir və öhdəsinə götürür.
21. Bank Müştərinin “İnternet/Mobile Banking” xidmətinə qoşulmasından imtina edə bilər. Müştəri “İnternet/Mobile Banking” xidmətlərindən istifadə müddəti ərzində Azərbaycan Respublikasının qanunlarına, Razılaşmada, o cümlədən hazırkı Standart Şərtlərdə qeyd edilənlərə, Bankın müəyyən etdiyi və gələcəkdə müəyyən edəcəyi qaydalarına əsasən istifadə etməyi öz öhdəsinə götürür. Müştəri “İnternet/Mobile Banking” xidməti ilə bağlı bütün məsələlərə aid məlumatların Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə uyğun olaraq Bank tərəfindən müvafiq dövlət orqanlarına və başqa dairələrə verilməsini əvvəlcədən qeyd-şərtsiz qəbul edir;
22. Müştəri tərəfindən limit aşıldıqda və yaranmış borc müəyyən edilmiş qaydada və müddətə ödənilmədikdə və ya Razılaşmanın, o cümlədən hazırkı Standart Şərtlərin müəyyən bir bəndinə əməl edilməməsi səbəbi ilə və yaxud hər hansı bir səbəb göstərməklə Bank “İnternet/Mobile Banking” xidmətinin istifadəsini dayandıra bilər.
23. Müştəri vəfat etdikdə, “İnternet/Mobile Banking” xidmətinin fəaliyyəti dayandırılır və yaranmış borcların təcili ödənilməsi qüvvədə xxxx Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq onun vərəsələrinin üzərinə düşür.
24. Razılaşmaya xitam verilən zaman Müştəri ona məxsus xxxx bütün kodları məhv etməyi və onları üçüncü şəxslərə verməməyi öhdəsinə götürür. Bütün digər məxfi sənədləri Tərəflər maliyyə sənədlərinin məhv edilməsi qaydasına və müddətlərinə müvafiq olaraq saxlayırlar və məhv edirlər.
25. Bank tərəfindən “İnternet/Mobile Banking” xidmətinin fəaliyyətini dayandırıldığı halda, Müştəri Bank qarşısında xxxx xxxx və öhdəliklərini bütövlüklə yerinə yetirənə qədər, bu Şərtlərin müddəalarının qüvvədə olduğunu qəbul edir.
26. Müştəri “İnternet/Mobile Banking” xidmətini vaxtından əvvəl dayandırmaq istədikdə və ya servis üzrə hər hansı düzəlişi həyata keçirmək istədikdə o, Bankın (+99412) 981 nömrəsinə müraciət etməlidir.
§9. SMS İNFO və SMS BANKİNG
1. Hazırkı Standart Şərtlərin bu hissəsi Xxxxxx Kart xxxxxx xxxx fiziki şəxslərin Bankın “SMS İnfo” və “SMS Banking” xidmətinə qoşulması və istifadəsi ilə bağlı Müştəri ilə Bank arasındakı münasibətləri tənzimləyir, tərəflərin hüquq və vəzifələrini müəyyən edir.
2. “SMS İnfo/SMS Banking” xidməti Bankın Ödəniş kart sahiblərini əhatə edir və Azərbaycan, Rus və İngilis dilində təqdim olunur.
3. “SMS İnfo/SMS Banking” xidmətindən istifadəyə görə Müştəridən Tariflərə uyğun olaraq müvafiq komisyon haqqı tutulur.
4. Bankın “SMS İnfo/SMS Banking” xidmətinə 3 yolla qoşulmaq mümkündür: Bankın Yerli struktur bölməsinə müraciət etməklə, Banka məxsus hər hansı bir ATM vasitəsilə və Bankın (+99412) 981 nömrəsinə zəng etməklə.
§10. HÜQUQ VƏ ÖHDƏLİKLƏR
1.Bankın hüquqları :
1. Aparılmış əməliyyatlara görə Tariflərə əsasən müəyyən edilmiş komisyon haqqını Müştərinin hesabından mübahisəsiz qaydada (müştərinin sərəncamı olmadan) silmək;
2. Müştərinin vətəndaşlığı və/və ya daimi yaşayış xxxx xxxx ölkənin dövlət qurumlarının tələbi əsasında Müştəri, onun hesabları barədə məlumatı Azərbaycan Respublikasının qanunvericiliyinə (o cümlədən bank sirrinə dair normalara), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun şəkildə aidiyyəti qaydada təqdim etmək;
3. Azərbaycan Respublikasının hüquqi aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə və sazişlərdən irəli gələn hallarda müştəridən onun pul axını, maliyyə mənbələri, həmçinin imza hüququ xxxx şəxslərin eyniləşdirilməsinə dair məlumatları tələb etmək;
4. Müvafiq məhsul təklif edildiyi halda, Müştərinin hesabında xxxx pul vəsaitinə faizlər hesablamaq;
5. Razılaşma qüvvədə olduğu müddət ərzində əmanət məbləğinə dair öz mülahizəsinə əsasən sərəncam vermək, o cümlədən həmin məbləğdən istifadə etmək;
6. Hesabdakı vəsaitin qalığı barədə bank arayışı verilməsi üçün Müştəridən Tariflərə əsasən komisyon haqq tələb etmək;
7. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda müştərinin bank hesabı üzrə əməliyyatlara limitlər tətbiq etmək;
8. Müştəri hesabındakı (əmanət hesabı istisna olmaqla) pul vəsaitindən istifadəyə görə faiz ödəməmək;
9. Müştərinin Bank qarşısında öhdəlikləri və ya müvafiq məhkəmə qərarı mövcud olduqda, habelə qanunvericiliklə müəyyən edilmiş digər hallarda Müştərinin razılığı və sərəncamı olmadan onun hesabındakı pul vəsaitini silmək;
10. Müştəri tərəfindən hesabdan istifadə edilmədiyi halda Tariflərə əsasən müəyyən edilmiş komisyon haqqı hesablamaq və Müştərinin hesabındakı pul vəsaitindən akseptsiz qaydada silmək;
11. Müştəridən tələb olunan məlumatlar təqdim edilmədikdə onunla mövcud xxxx münasibətlərə xitam vermək;
12. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda Müştərinin bank hesabı üzrə əməliyyatları dayandırmaq və bank hesabındakı vəsaitləri dondurmaq;
13. Müştərini Rəsmi internet ünvanı vasitəsilə 10 (on) təqvim günü əvvəlcədən məlumatlandıraraq, Bank əməliyyatları üzrə komisyon haqların miqdarını, tarifləri, sığorta depozitinin məbləğini və hesab üzrə limitləri müəyyən etmək və birtərəfli qaydada dəyişmək, habelə Müştəri xidmət tariflərinin və şərtlərin dəyişdirilməsi ilə razı olmadıqda, qeyd olunan xidmətin göstərilməsinə xitam vermək;
14. Hesab üzrə əməliyyatın baş verdiyi tarixdən 30 (otuz) təqvim günü ərzində Banka yazılı qaydada pretenziya təqdim edilməməsi təqdirdə, Müştəri tərəfindən əməliyyatın qəbul olunmuş olduğunu hesab etmək;
15. Müştərinin hesabına mövcud hesab valyutasından fərqli valyutada vəsait daxil olarsa, həmin vəsaiti, vəsaitin Bankın balansında əks edilən günə xxxx xxxx məzənnəsi ilə konvertasiya edərək mövcud hesaba mədaxil etmək;
16. Müqavilənin rəsmiləşdirilməsi üçün tələb olunan sənədləri, o cümlədən Müştərinin adından çıxış edən səlahiyyətli nümayəndədən notariat qaydasında təsdiq olunmuş etibarnaməni Müştəridən tələb etmək, səlahiyyətli nümayəndənin eyniləşdirilməsi və verifikasiyası üçün tədbirlər görmək;
17. Bu Standart Şərtlərdə göstərilən hallarda, kredit verməkdən imtina etmək;
18. Müştəri tərəfindən kreditdən məqsədli təyinatına uyğun istifadə edilməsini tələb etmək, təsdiqedici sənədləri/məlumatları tələb etmək, kreditin istifadə edilməsinə nəzarəti həyata keçirmək və bu məqsədilə nəzarətçilər müəyyənləşdirmək (xxxxx belə nəzarəti həyata keçirmək vəzifəsi və ya öhdəliyi yoxdur);
19. Kredit rəsmiləşdirildikdən 1 (bir) ay sonra istənilən vaxt Müştərinin maliyyə və təsərrüfat vəziyyəti ilə əlaqədar və ya kreditin Müştəri tərəfindən məqsədəuyğun istifadəsini yoxlamaq üçün yoxlamalar keçirmək (xxxxx belə yoxlamaları həyata keçirmək vəzifəsi və ya öhdəliyi yoxdur);
20. Müştərinin razılığı olmadan Müqavilə üzrə hüquqlarını qismən və ya tamamilə üçüncü şəxslərə vermək və bu zaman kommersiya və ya bank sirri təşkil edən məlumatları həmin üçüncü şəxsə açıqlamaq hüququna malik olmaq;
21. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və Müqaviləyə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etmək;
22. Müştəri tərəfindən Banka edilən ödənişlər Müqaviləyə uyğun həyata keçirilmədikdə, kredit üzrə əsas borcu, hesablanmış faizləri, komissiyaları, müvafiq hallarda cərimə və dəymiş zərəri Müştərinin Bankdakı hər hansı hesabındakı (hesabın hazırkı kredit ilə bağlı olub-olmamasından asılı olmayaraq) pul vəsaitini onun razılığı və sərəncamı olmadan akseptsiz və birtərəfli qaydada silmək;
23. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icra edilməməsi ilə əlaqədar kredit məbləği, hesablanmış faizlər, cərimə və Razılaşmaya əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etmək;
24. Sığorta şirkətləri tərəfindən Müştərinin xeyrinə sığorta ödənişləri həyata keçirildikdə, həmin vəsaitləri Bank qarşısında yaranan pul öhdəliklərinin ödənilməsinə yönəltmək;
25. Müqavilə üzrə öhdəliklər və vəzifələr yerinə yetirilmədikdə və ya lazımınca yerinə yetirilmədikdə, girova (ipotekaya) qoyulmuş əmlaka tələb yönəltmək;
26. Kreditin təminatı xxxx əmlakın bazar dəyəri əhəmiyyətli dərəcədə pisləşdikdə və ya digər səbəblər üzündən qiyməti aşağı düşdükdə, həmin əmlakın digər əmlakla əvəz
olunmasını, bərpa edilməsini, artırılmasını və / və ya əlavə əmlakın girova (ipotekaya) qoyulmasını tələb etmək;
27. Yoxlamaların (monitorinqlərin) keçirilməsi üçün Müştəri şərait yaratmadıqda və ya tələb olunan sənədləri təqdim etmədikdə və ya Müqavilə (Əlavə) üzrə Müştəri digər öhdəliklərini pozduqda, cərimələr tətbiq etmək, habelə öhdəliklərin vaxtından əvvəl icra edilməsini Müştəridən tələb etmək;
28. Müştərinin təqdim edildiyi sənədləri (o cümlədən kreditin təminatı barədə sənədlər) qanunvericiliyin və Bankın tələblərinə uyğun olduqda, kredit məbləğini Müqavilə ilə müəyyən edilmiş qaydada Müştərinin hesabına köçürmək;
29. Bu Standart Şərtlərdə və Müqavilədə, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallarda kreditin vaxtından əvvəl ödənilməsini Müştəridən tələb etmək;
30. Əmanətçi və əmanət haqqında məlumatların sirrinə zəmanət verməklə bərabər, bank sirri təşkil edən məlumatları Əmanətçinin özünə və ya nümayəndəsinə, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada dövlət orqanlarına və ya onların səlahiyyətli nümayəndələrinə vermək;
31. Əmanət məbləğinin əldə olunma mənbəyi barədə şübhə yarandıqda, həmin vəsaitin mənbəyini müəyyən etmək üçün əlavə təsdiqləyici sənədlər tələb etmək;
32. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə və ya qanunvericiliklə nəzərdə tutulan digər hallarda üzərinə məhdudiyyət qoyulmuş əmanət hesabı üzrə məxaric əməliyyatlarını dayandırmaq;
33. Əmanətə artırılan məbləğin minimum həddini birtərəfli qaydada dəyişmək;
34. Əmanətçi tərəfindən artırılan məbləğ Tariflər ilə müəyyən etdiyi minimum həddə uyğun olmadıqda, həmin məbləği qəbul etməmək.
35. Müştəri öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə xidmətlərin göstərilməsini birtərəfli qaydada dayandırmaq;
36. Xidmətlərin aparılması üzrə limitlər müəyyən etmək və əməliyyatların risk dərəcəsinin aşağı salınması üzrə digər tədbirlər görmək;
37. Qanunvericiliklə, habelə hazırkı Standart şərtlərin və Əlavə razılaşsımanın digər bəndləri ilə nəzərdə tutulmuş hüquqları həyata keçirmək.
2. Bankın öhdəlikləri:
1. Müştərinin müraciəti əsasında qanunvericiliklə və bankdaxili qaydalarla müəyyən edilmiş sənədlər təqdim edildikdən sonra müvafiq hesablar açmaq;
2. Müştərinin hesabında xxxx pul vəsaitlərini qorumaq;
3. Ödəniş sənədlərini qəbul edib, düzgün tərtib olunmasını yoxlayıb, imza nümunələri ilə üzləşdirdikdən sonra hazırkı Standart şərtlər ilə və Azərbaycan Respublikasının hüquqi aktları ilə müəyyən edilmiş məhdudiyyətləri nəzərə almaqla aidiyyəti üzrə köçürmək;
4. Müştərinin adına daxil xxxx vəsaitləri qanunvericilikdə, Müqavilədə və bu Standart Şərtlərdə nəzərdə tutulmuş qaydada müvafiq hesablara daxil etmək;
5. Əməliyyatların aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Müştərinin tələbi ilə müvafiq xidmət haqqı müqabilində hesablar üzrə çıxarışları ona kağız və ya elektron formada təqdim etmək;
6. Ödənişləri milli və ya sərbəst dönərli valyutalarda hesabların kredit qalığı həcmində aparmaq;
7. Müştəri haqqında məlumatların məxfiliyini Azərbaycan Respublikası qanunvericiliyi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun şəkildə təmin etmək;
8. Hazırkı Standart şərtlər və Razılaşmaya uyğun olaraq əmanətə faizlər hesablamaq və ödəmək;
9. Əmanət Razılaşmada nəzərdə tutulan əmanət müddəti başa çatmazdan əvvəl tələb olunduqda əmanəti artıq ödənilmiş faizlər və tutulmamış komisyon haqq çıxılmaqla Razılaşma və bu Standart Şərtlər ilə müəyyən edilmiş şərtlər və qaydalara uyğun olaraq Müştəriyə xxxx qaytarmaq;
10. Müştərinin müraciəti əsasında ona Kart vermək və Kart hesabı açmaq;
11.Müştərinin müraciəti əsasında ona və onun müəyyən etdiyi şəxslərə Kart hesabına bağlı Əlavə kartlar hazırlamaq və Müştəriyə təqdim etmək;
12. Kartın itirilməsi və ya oğurlanması barədə Müştəri tərəfindən Banka məlumat daxil olduqda, dərhal, xxxxx müvafiq iş günü ərzində Bankla əməkdaşlıq edən Prosessinq Mərkəzinə Kartın bloklaşdırılması haqqında rəsmi bildiriş göndərmək;
13. Müştəri tərəfindən hazırkı Standart Şərtlərin “Sıfır məsuliyyət” proqramına (yalnız VISA kartları üzrə) aid şərtlərə tam əməl edildikdə, Bank fırıldaqçılıq əməliyyatı nəticəsində Müştəriyə dəymiş ziyanı 5 (beş) bank günü ərzində kompensasiya etmək;
Qeyd: “Sıfır məsuliyyət” dedikdə, Beynəlxalq kart təşkilatları (MasterCard, Visa və s.) tərəfindən qəbul edilmiş “məsuliyyətin ötürülməsi qaydası”nın (liability shift rule) tətbiq olunmadığı ölkələrdə əməliyyatların aparılmasına dair şərtlər başa düşülür. Şərtlərə görə Çip kart üzrə öhdəliyinin (məsuliyyətin) ötürülməsi o deməkdir ki, EMV (Europay, MasterCard və Visa) çip kart platformasına keçən ölkədə və\və ya regionda saxta və\və ya fırıldaqçılıq əməliyyatı baş verdiyi halda əməliyyat üzrə öhdəlik (məsuliyyət) qeyri-çip kart istiqamətli tərəfə (şikayətçi tərəfə) ötürüləcəkdir (keçəcəkdir).
Əlavə olaraq, əgər hər hansı bir müştəri PİN-kodu beynəlxalq kart təşilatları tətbiq edilən regionda və ya ölkədə üstünlük verilən və ya tələb edilən CVM-dirsə (card verification method – kartın müştəriyə aid olub-olmamasını yoxlama vasitələri) (müştəri\kart\əlavə kart sahibi) və Çip/ŞEN əməliyyatlarını dəstəkləmək qabiliyyətinə malik deyilsə, bu zaman beynəlxalq kart təşkilatları əməliyyatlarında saxtakarlıqla nəticələnən itirilmiş, oğurlanmış və ya heç vaxt qəbul edilməmiş kartlar üçün həmin müştərinin (müştəri\kart\əlavə kart sahibi) özü məsuliyyət daşıyacaqdır.
14. Müştərini “Sıfır məsuliyyət” proqramı çərçivəsində dəymiş ziyanın kompensasiya xüsusiyyətləri haqqında məlumatlandırmaq;
15. Kart bloklaşdırıldıqda, karta xidmət göstərilməsi dayandırıldıqda və ya kartın istifadə müddəti başa çatdıqda, Müştərinin yazılı tapşırığı ilə onun kart hesabındakı pul vəsaitinin qalığı (kart hesabında aparılmış əməliyyatlar üzrə hesablaşması başa çatdırılmamış (blok olunmuş) vəsaitlər xaric), nağd şəkildə Müştəriyə verilməli və ya Müştərinin digər hesabına köçürülməlidir.
16. Bank Müştərinin müraciəti əsasında dərhal və ya 1 – 10 iş günü müddətində (müraciətin mövzusundan asılı olaraq) kartın istifadəsi və bununla əlaqədar digər müraciətlərə baxaraq Müştərini məlumatlandırır. Əsassız silinmələrlə və səhv ödənişlərlə bağlı Müştəri Banka yazılı ərizə ilə müraciət etməlidir və bu müraciətə 30 və ya 45 gün ərzində baxılır.
17. Müştəri tərəfindən kreditin və kredit üzrə hesablanmış faizlərin ödənilməsinin uçotunu aparmaq;
18. Müştərinin tələbi ilə onun öz üzərinə götürdüyü öhdəliklərin tam və ya qismən yerinə yetirilməsi barədə sənəd təqdim etmək.
19. Bank əmanəti qəbul etdikdən sonra bu əməliyyatın təsdiqi kimi Əmanətçiyə onun istəyi ilə adlı Əmanət kitabçası və ya digər təsdiqləyici sənəd təqdim etmək;
20. Əmanətin verilməsinə, əmanət üzrə faizlərin ödənilməsinə və əmanət hesabından pul
vəsaitinin digər şəxslərə köçürülməsinə dair Əmanətçinin sərəncamlarını etmək və hesab üzrə bütün əməliyyatları Əmanət kitabçası olduğu halda kitabçada qeyd etmək;
21. Əmanət üzrə faizlərin vaxtında və tam şəkildə hesablanıb ödənilməsini təmin etmək;
22. Əmanətçinin ilk tələbi ilə əmanət məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci 5 (beş) bank günü müddətində qaytarmaq;
23. Hazırkı Standart Şərtlərin və Əlavə razılaşmanın digər bəndləri ilə və qanunvericiliklə nəzərdə tutulmuş öhdəliklər.
3. Müştərinin hüquqları:
1. Banka təqdim etdiyi sərəncam əsasında bank hesabına pul vəsaitinin qəbul edilməsini və hesaba mədaxil edilməsini, hesabdan müvafiq məbləğlərin köçürülməsini və verilməsini, hesab üzrə digər əməliyyatların aparılmasını tələb etmək;
2. Hesablar üzrə çıxarışlarda hər hansı bir səhv olduqda 10 (on) iş günü ərzində Banka müraciət etmək;
3. Əməliyyatların aparılmasını Azərbaycan Respublikasının qanunvericiliyi, habelə Bankın daxili qaydaları ilə müəyyən edilmiş qaydada üçüncü şəxslərə həvalə etmək.
4. Bir Kart hesabına bağlı yalnız bir aktiv əsas Kart və istənilən xxxxx Əlavə kartlar sifariş vermək;
5. Bankın Yerli struktur bölməsinə müraciət edərək hesabdan çıxarışlar almaq;
6. Banka ərizə ilə müraciət edərək, istənilən vaxt ona göstərilən xidmətlərdən hər hansı birini dayandırması və/və yaləğv olunmasını tələb etmək;
7. ATM-lər və POS-terminallar vasitəsi ilə Bankın müəyyən etdiyi limitlər çərçivəsində hesabdakı vəsaiti nağdlaşdırmaq;
8. Kart hesabından pul vəsaitinin əsassız silinməsinə dair ödəniş sisteminin qayda və şərtlərinə uyğun olaraq araşdırma aparılmasını və əsassız silinmiş məbləğin xxxx qaytarılmasını (charge-back) yazılı qaydada tələb etmək;
9. Bank tərəfindən tələb edilən müvafiq sənədlər, o cümlədən kreditin təminatı barədə Bankın tələblərinə cavab verən sənədlər təqdim edildikdən sonra, bu Müqavilədə nəzərdə tutulmuş hallar mövcud olmadıqda Müqaviləyə uyğun olaraq kredit məbləğini Müqavilə ilə müəyyən edilmiş qaydada almaq;
10. Bankı 30 (otuz) gün qabaqcadan məlumatlandırmaqla aldığı krediti (bir hissəsini və tam məbləğini) və kredit üzrə həmin dövrədək hesablanmış faizləri və müvafiq komissiyaları ödəmək şərti ilə bu Standart Şərtlərdə, Müqavilədə (Əlavədə) nəzərdə tutulmuş qaydada vaxtından əvvəl qaytarmaq;
11. Müvafiq əmanət müqaviləsinin qüvvədə olduğu müddət ərzində hesablanmış əmanət faizləri barədə məlumat almaq;
12. Əmanət müqaviləsinin müddəti bitdikdən sonra növbəti bank günündən gec olmayaraq, əmanət məbləğini hesablanmış faiz məbləği ilə birlikdə Bankdan götürmək;
13. Banka ən azı 5 (beş) iş günü əvvəlcədən məlumat verməklə, əmanət məbləğini vaxtından əvvəl götürmək;
14. Hazırkı Standart Şərtlər və Razılaşma ilə müəyyən olunmuş və qanunvericilikdə qadağan olunmamış məqsədlərlə kartdan istifadə etmək.
4. Müştərinin vəzifələri :
1. Hesabların açılması üçün Azərbaycan Respublikasının hüquqi aktlarında nəzərdə tutulmuş və Bankın tələb etdiyi müvafiq sənədləri təqdim etmək;
2. Hesabında xxxx pul vəsaitlərindən mövcud qanunvericiliyə uyğun istifadə etmək;
3. Ödəniş tapşırığı sənədi və digər ödəniş sənədlərini düzgün tərtib etmək;
4. Aparılmış əməliyyatlara görə komisyon haqqını vaxtında ödəmək;
5. Hesabında xxxx vəsaitlərdən qeyri-leqal məqsədlər üçün istifadə etməmək;
6. Azərbaycan Respublikasının hüquqi aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə və sazişlərdən irəli gələn hallarda öz pul axını, maliyyə mənbələri, həmçinin imza hüququ xxxx şəxslərin eyniləşdirilməsinə dair məlumatları Banka təqdim etmək;
7. Hesab üzrə icrası nəzərdə tutulan əməliyyatların təyinatı, xxxxx edilən limitləri barədə Banka məlumat vermək;
8. Adı, soyadı, mobil nömrəsi, həmçinin rekvizitlərdəki digər dəyişikliklər haqqında məlumatları 3 (üç) iş günü ərzində Banka təqdim etmək;
9. Hər hansı səbəbdən rezidenti olduğu ölkə dəyişildikdə bu barədə dəyişiklik baş verdiyi tarixdən 1 (bir) ay ərzində Banka məlumat vermək;
10. Müştəri tərəfindən məlumatların təqdim edilməməsi və ya vaxtında təqdim edilməməsi nəticəsində Banka dəyən ziyana görə cavabdeh olmaq;
11. Müqavilənin rəsmiləşdirilməsi üçün Bankın tələb etdiyi sənədləri Bankın müəyyən etdiyi müddət ərzində təqdim etmək, sənədlərdə dəyişikliklər baş verdikdə, o cümlədən şəxsiyyəti təsdiq edən sənədin rekvizitləri, qeydiyyat və poçt ünvanı, mobil nömrəsi və digər məlumatlar dəyişdikdə, bu barədə Bankı dərhal yazılı surətdə məlumatlandırmaq;
12. Müqavilə (Əlavə) bağlandıqdan sonra 10 (on) iş günündən gec olmayaraq tələb olunan müvafiq sığorta müqavilələrini, sığorta müqavilələrinin müddətinin başa çatmasına ən azı 30 (otuz) gün qalmış müqavilələrin müddətinin uzadılmasını və ya yeni müqavilələrin imzalanmasını təsdiq edən sənədləri Banka təqdim etmək;
13. Kredit təminatla verildikdə, kreditin təminatı barədə sənədləri (o cümlədən, girov, ipoteka, qarantiya və zaminlik müqavilələri, həmçinin Bank tərəfindən tələb edildikdə bu Müqaviləyə uyğun sığorta sənədləri) hazırkı Standart Şərtlərə, Müqaviləyə (Əlavəyə), Bankın tələblərinə və qanunvericiliyə müvafiq qaydada rəsmiləşdirmək, girov və ipotekanın sığortalanmasını və müvafiq hallarda dövlət qeydiyyatının aparılmasını təmin etmək və Banka təqdim etmək;
14. Müqavilədə nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə Tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların Müştəriyə verilməsi və ya Müştərinin adından göndərilməsi üzrə xərcləri Banka vaxtında və tam olaraq ödəmək;
15. Bank öhdəliklərin icrasını vaxtından əvvəl tələb etdikdə krediti hesablanmış faizlər, komissiyası, müvafiq halda dəbbə pulu və dəymiş zərər ilə birlikdə qaytarmaq;
16. Kreditin məqsədli təyinatına uyğun istifadə edilməsini təsdiqləyən maliyyə və digər sənədləri Banka təqdim etmək;
17. Kreditin məqsədli təyinatına uyğun istifadə etmək, istifadə edə bilmədikdə isə, bu barədə Bankı dərhal məlumatlandırmaq;
18. Bu Müqavilə üzrə borcun ödənilməsinə və ya təminata mənfi təsir göstərə biləcək hallar barədə Bankı yazılı surətdə dərhal məlumatlandırmaq;
19. Bankın razılığı olmadan bu Standart Şərtlərə, Müqaviləyə (Əlavəyə) əsasən ona məxsus hüquqları və öhdəlikləri üçüncü şəxslərə verməmək;
21. Bank müraciət edərsə, Standart Şərtlər və Müqavilə (Əlavə) üzrə öhdəliklərin icrasına nəzarət etməsi və yerləşdiyi binalarda və ərazilərdə Bankın əməkdaşları tərəfindən yoxlamalar keçirilməsi üçün bütün şəraiti yaratmaq;
22. Bankın tələbinə əsasən kredit təminatını borc tələbinin məbləğindən az olmayan məbləğdə və borc tələbinin müddətindən az olmayan müddətə sığortalanamasını təmin etmək;
23. Əmanət məbləğini müvafiq əmanət müqaviləsi imzalandığı gün əmanət hesabına mədaxil etmək;
24. Əmanət məbləği vaxtından əvvəl tələb olunduqda, ən azı 5 (beş) bank günü əvvəlcədən Banka məlumat vermək;
25. Əmanət kitabçası itirildikdə və ya istifadə üçün yararsız vəziyyətə düşdükdə yeni Əmanət kitabçasının alınması üçün Banka yazılı müraciət etmək;
26. Əmanət üzrə hesaba dair lazımi məlumat göstərilməklə üçüncü şəxslərdən pul vəsaitinin daxil olmasına etiraz etməmək, həmçinin həmin şəxslərdən pul vəsaiti almağa razılığını ifadə edərək, onlara əmanət üzrə hesaba dair lazımi məlumat vermək
27. Kartın alınması və Kart hesabının açılması üçün bank qaydaları ilə nəzərdə tutulmuş sənədləri təqdim etmək;
28. Bankın Yerli struktur bölməsindən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə müvafiq sənədləri imzalayıb sifariş olunmuş Kartı(Əlavə kartı), PİN-kodu və ya İstifadəçi adını təhvil almaq;
29. Kartdan onun istifadə etmə müddəti ərzində Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq kart təşkilatlarının qaydalarına, hazırkı Standart Şərtlərdə və Əlavə razılaşmada nəzərdə tutulanlara, Bankın müəyyən etdiyi və gələcəkdə müəyyən edəcəyi qaydalarına əsasən istifadə etmək;
30. Kartdan və Kart hesabından istifadə üçün nəzərdə tutulmuş xidmət haqqı, komisyon haqq və bank xidmətləri üçün nəzərdə tutulmuş digər haqları ödəmək;
31. Kartın hesabına bağlı əsas və əlavə kartlara görə hazırkı Standart şərtlər çərçivəsində eyni dərəcədə məsuliyyət daşımaq;
32. Texniki overdraft nəticəsində, habelə müxtəlif səbəblərdən Kart hesabına artıq gəlmiş, mədaxil olunmuş məbləğlərdən istifadə etməmək, istifadə etdiyi təqdirdə Bank tərəfindən tələb irəli sürülən kimi, dərhal bu məbləğləri xxxx qaytarmaq və ya hesabdan silinməsinə etiraz etməmək. Həmçinin, səhvən hesaba mədaxil edilmiş məbləğ aşkar etdikdə dərhal Bankı məlumatlandırmaq;
33. Bank tərəfindən ona təqdim olunmuş kodların məxfiliyini təmin etmək və onları üçüncü şəxslər üçün əlçatmaz formada saxlamaq;
34. Əməliyyatların aparılması üçün birdən artıq şəxsin təsdiqi tələb edildiyi halda bütün şəxslərin təsdiqinin mövcudluğunu təmin etmək
35.Ona məxsus mobil cihazın və ya hesabına xxxxx xxxx SIM-kartın itirilməsi, oğurlanması və ya bloklaşdırılması hallarında, eləcə də bank hesabında xxxx vəsaitdən səlahiyyətsiz
istifadə edildikdə, bank hesabı üzrə əməliyyatlarda hər hansı səhv və ya uyğunsuzluq aşkar etdikdə, eyniləşdirmə məlumatlarına səlahiyyətsiz giriş üzrə şübhə doğuran halları müəyyən etdikdə, habelə İnternet Banking xidməti üzrə texniki nasazlığın mövcudluğu və ya eyniləşdirmə üsullarında səhv baş verdikdə Banka məlumat vermək;
36. İnternet Banking platformasında qeydiyyat zamanı daxil etdiyi məlumatların tam və düzgün olduğunu təsdiq etmək və Pin, Login və digər yayılmaması tələb olunan məlumatları məxfi saxlamaq;
37. Hazırkı Standart şərtlərin və Əlavə razılaşmanın digər bəndləri və qanunvericiliklə nəzərdə tutulmuş öhdəliklər.
§11. DİGƏR ŞƏRTLƏR
1. Tərəflər arasında Razılaşmanın, o cümlədən hazırkı Standart Şərtlərin icrası ilə əlaqədar yaranan mübahisələr AzərbaycanRespublikasının qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll olunur. Tərəflər arasında Razılaşma, o cümlədən hazırkı Standart Şərtlər ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
2. Razılaşmanın, o cümlədən hazırkı Standart Şərtlərin hər hansı bəndinin qismən və ya bütünlüklə etibarsız, yaxud AzərbaycanRespublikasının qanunvericiliyinə zidd olması müəyyən edildikdə, sözügedən etibarsız bənd və ya onun etibarsız hissəsi Müqavilədən çıxarılmış hesab ediləcək və Müqavilənin digər bəndlərinin etibarsızlığına səbəb olmayacaqdır.
3. Razılaşmanı imzalamaqla Müştəri öz kredit borcları haqqında məlumatların alınması və onun haqqında toplanan məlumatlarda qeyri-dəqiqliyin aradan qaldırılması üçün Banka Azərbaycan Respublikası Mərkəzi Bakının Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) və kredit bürolarına müraciət etmək hüququnu verir.
4. Fors-major hallarında (daşqın, uçqun, sel, zəlzələ, yer sürüşməsi, yanğın, müharibə, silahlı iğtişaşlar və s.) Razılaşmanın, ocümlədən hazırkı Standart şərtlərin icrası mümkün olmadıqda onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. Fors- major xxxxxx istinad edən tərəf bu halın baş verməsi haqqında digər tərəfə dərhal yazılı məlumat verməlidir.
5. Razılaşmada, o cümlədən hazırkı Standart Şərtlərdə qeyd edilənlərin pozulmasında təqsirli xxxx tərəf öz hərəkəti ilə digər tərəfə vurduğu zərəri ödəməlidir. Bank, 3-cü şəxslər tərəfindən Müştərinin kartından istifadə olunması nəticəsində yaranmış borca görə heç bir öhdəlik və məsuliyyət daşımır. Bank, Müştərinin Kartının oğurlanması və ya itirilməsi nəticəsində əmələ gəlmiş itkilərə görə heç bir məsuliyyət daşımır. Kartın oğurlanması və ya itirilməsi haqqında məlumatın Müştəri tərəfindən Banka vaxtında çatdırılmamasına görə Müştəri məsuliyyət daşıyır.
6. Müştərinin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bank sirri təşkil edən məlumatları Bank tərəfindən qorunur və həmin məlumatlar Azərbaycan Respublikasının hüquqi aktlarında nəzərdə tutulan qaydada üçüncü şəxslərə verilə bilər. Bundan əlavə, Müştəri Əlavə razılaşmanı imzalamaqla təsdiq etmiş olur ki, onun Xxxxxx xxxx müvafiq hesabları üzrə aparılan əməliyyatlarla bağlı Bank tərəfindən ATM və digər qurğular vasitəsilə əldə edilə bilən fotoşəkil, videomateriallar və həmin hesaba dair digər məlumatlar Bank tərəfindən Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına verilə bilər.
7. Müştərinin Banka məlum xxxx əlaqə vasitələri üzrə məktub, elektron poçt (e-mail), faks, SMS və İnternet Banking/Mobile Banking tətbiqi ilə göndərilən məlumat, edilən müraciət,
habelə elektron sənəd mübadiləsi mahiyyətindən asılı olaraq Tərəflər arasında yazılı məlumat və/və ya Müştərinin təsdiqi hesab olunur. Müştərinin Banka təqdim etdiyi əlaqə vasitəsi ilə Banka ünvanlanan müraciətlər birbaşa Müştəri tərəfindən edilmiş hesab edilir. Bu səbəbdən həmin əlaqə vasitələrindən gələn müraciətləri qəbul etməmək barədə Müştəri Banka məlumat verənədək müraciətlərin qəbulu ilə bağlı Bank heç bir məsuliyyət daşımır.
8. Müştəri bank xidmətlərindən istifadə zamanı qarşılaşdığı çətinliklər və suallarla əlaqədar müraciətlərini Azərbaycan Respublikasının Mərkəzi Bankına x000000000000 telefon nömrəsi və ya +99412966 qaynar xəttindən istifadə etməklə ünvanlaya bilər.