MÜNDƏRİCAT
Maşın və avadanlıqların sınması sığorta qaydaları
MÜNDƏRİCAT
Anlayışlar
Ümumi müddəalar
MADDƏ 1 - Sığorta obyekti və sığorta predmeti MADDƏ 2 - Sığorta təminati və sığorta riskləri MADDƏ 3 - Sığorta məbləği və azadolma məbləği. MADDƏ 4 - Sığorta haqqı
MADDƏ 5 - Sığorta təminatına daxil edilməyən hallar MADDƏ 6 - Sığorta müqaviləsinin qüvvəyə minməsi MADDƏ 7 - Sığorta müqaviləsinin bağlanması
MADDƏ 8 - Sığorta müqaviləsi bağlanan zaman sığortalı Sığortalının məlumat vermə vəzifələri
MADDƏ 9 - Sığorta haqqının ödənilməsi
MADDƏ 10 - Tərəflərin hüquq və vəzifələri
MADDƏ 11 - Sığorta müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası MADDƏ 12 - Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilmə ilə bağlı xəbərdar etmə MADDƏ 13 - Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermənin nəticələri
MADDƏ 14 - Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifələri
MADDƏ 15 - Sığorta ödənişi
MADDƏ 16 - Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər MADDƏ 17 - Sığorta ödənişinin verilməsindən imtinanın əsasları MADDƏ 18 - Zərər və ziyanın müəyyənləşdirilməsi
MADDƏ 19 - Sığorta ödənişinin hesablanması qaydası
MADDƏ 20 - Sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri və sığorta ödənişinin verilməsinin nəticələri MADDƏ 21 - Sığortalının zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı iddia (tələb) hüququndan imtina etməsi MADDƏ 22 - Sığorta müqaviləsinin üstünlüyü
MADDƏ 23 - Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti
MADDƏ 24 - Mübahisələrin həlli qaydası
ANLAYIŞLAR
Əgər kontekstdə başqa hal nəzərdə tutulmamışdırsa, qaydalarda istifadə olunan termin və anlayışlar aşağıdakı mənaları daşıyır:
Sığortaçı – sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx sığorta şirkəti.
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx, Sığorta müqaviləsinin tərəfi;
Sığorta olunan - Sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;
Xxxxxxxxxx şəxs - Sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs; Sığorta müqaviləsində Faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, Sığortalı və (və ya) Sığorta olunan Faydalanan şəxs sayılır.
Sığorta hadisəsi - qanunvericiliyə və ya Sığorta müqaviləsinə görə sığorta ödənişinin Sığortalıya, Sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Sığortanın müddəti -sığorta risklərinin sığortalandığı müddət;
Sığorta tarifi - sığorta haqqının sığorta məbləğindən faizlə dərəcəsi;
Sığorta haqqı - sığortaya görə sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği.
Azadolma məbləği - zərərin Sığortalı (və ya Sığorta olunan) tərəfindən ödənilən və Sığortaçının sığorta ödənişindən çıxdığı ilk hissəsi
Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə Sığorta müqaviləsinə uyğun olaraq Sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Xüsusi şərtlər (zəmanətlər) - sığorta müqaviləsinin Xüsusi şərtləri dedikdə o şərtlər başa düşülür ki, sığorta müqaviləsində və qanunvericilikdə sığorta ödənişinin verilməsindən imtina üçün şərtlərin olub olmamasından asılı olmayaraq həmin Xüsusi şərtlərin (zəmanətlərin) sığortalı tərəfindən yerinə yetirilməməsi sığortaçıya sığorta ödənişini verməkdən imtina etmək və ya sığorta müqaviləsini ləğv etmək hüququ verir.
Sığortanın ərazisi - sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi (yer);
Sığorta müqaviləsində digər anlayışlar nəzərdə tutula bilər.
ÜMUMİ MÜDDƏALAR
Bu qaydalarla müəyyən olunan sığorta növü sinfinə görə əmlak sığortası sinfinə aid edilir.
MADDƏ 1 – Sığorta obyekti və sığorta predmeti
1.1. Sığorta obyekti Sığortalıya məxsus xxxx və ya onun istifadəsində xxxx əmlakın istismarı ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan əmlak mənafeyidir.
1.2. Əgər sığorta müqaviləsində digər nəzərdə tutulmamışdırsa, hər xxxxx xxxxx, aparat, müxtəlif dəzgah, avadanlıq və qurğular Sığorta predmeti hesab edilir.
1.3. Sığorta predmetləri aşağıdakı şərtlərlə sığortaya qəbul edilirlər:
- Müəyyən olunmuş qaydada sınaqdan, nəzarət testindən çıxmışdır.
- Tələb olunan texniki vəziyyətdədirlər;
- Istismar edilmişi üçün hazırdır;
Əgər sığorta müqaviləsində digəri nəzərdə tutulmamışdırsa, konkret sığorta predmetləri (sayı, dəyərləri, istehsal tarixi, təyinatı, gücü və digər texniki göstəriciləri) göstərilməklə sığorta müqaviləsinin tərkib hissəsi sayılan "Sığortala predmetlərinin” siyahısında göstərilməlidir.
MADDƏ 2. Sığorta təminatı və Sığorta riskləri
2.1. Bu sığorta qaydaları sığorta olunan sığorta predmetlərinə sınaq müddətindən sonra normal işlədikləri zaman və ya durduğu halda, iş yerində təmizləndiyi, yoxlanıldığı, təmir edildiyi və ya bunların həyata keçirilməsi üçün demontaj edildiyi, sığorta ərazisində yeri dəyişdirildiyi və ya təkrar montaj edildiyi halda aşağıdakı qəflətən baş vermiş və gözlənilməz səbəblər nəticəsində, onların təmiri və (və ya) əvəz edilməsini tələb edən maddi ziyan və zərərlərə, təminat verilir:
2.1.1. tökmənin və ya istifadə olunan materialın qüsurlu olması;
2.1.2. layihə nöqsanları;
2.1.3. istehsal və ya montaj zamanı yol verilmiş nöqsanlar;
2.1.4. icra səhvləri, təcrübənin kifayət qədər olmaması, diqqətsizlik,
2.1.5. Buxar qazanlarında və buxar çənlərində su çatışmamazlığı;
2.1.6. fiziki partlayış;
2.1.7. mərkəzdənqaçma qüvvəsinin təsiri nəticəsində xxxx parçalanmalar;
2.1.8. elektrik enerjisinin birbaşa təsiri nəticəsində meydana gələn qısaqapanma, cərəyan yükünün artması, izolyasiyanın pozulması;
2.1.9. sığorta qaydaları və (və ya) sığorta müqaviləsi ilə istisna edilməyən digər hallarda.
MADDƏ 3. Sığorta məbləği və azadolma məbləği.
3.1. Əgər sığorta müqaviləsində digər şərtlər nəzərdə tutulmayıbsa, sığorta olunan maşın, aparat, dəzgah və avadanlıqların sığorta məbləği, sığorta olunma tarixinə onların eyni növ və gücdə olan yenisi ilə əvəz edilmə xərclərinə (məsələn, nəqliyyat, montaj, gömrük, rüsum, əgər varsa, və montaj xərcləri də daxil olmaqla) bərabərdir. Hadisə baş verdiyi zaman hər hansı sığorta predmeti üzrə sığorta məbləği bu maddədə qeyd edilən prinsiplə hesablanacaq məbləğdən az olarsa, Sığortaçı zərəri sığorta məbləğinin qeyd edilən prinsiplə hesablanacaq məbləğə xxxx nisbətinə müvafiq olaraq ödəyir.
3.2. Sığorta müqaviləsində zərərin Sığortaçı tərəfindən ödənilməyən hissəsi - azadolma məbləği nəzərdə tutula bilər. Azadolma nəzərdə tutularsa, onun növü, məbləği və tətbiq edilmə qaydaları sığorta müqaviləsində müəyyən edilir.
MADDƏ 4. Sığorta haqqı
4 1. Əgər sığorta müqaviləsində digəri nəzərdə tutulmamışdırsa, sığorta haqqı illik sığorta tariflərinə əsasən hesablanır.
4.2. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası sığorta müqaviləsində müəyyən edilir.
MADDƏ 5. Sığorta təminatına daxil edilməyən hallar
Əgər sığorta müqaviləsində digəri nəzərdə tutulmamışdırsa, aşağıdakı hallar sığorta təminatına daxil deyildir:
5.1. Dəyişilə bilən alətlərin, məsələn, matrisa və qəliblərin, dərin möhür silindrlərin; istismarı və (və ya) xüsusiyyətlərinə görə aşınma/yeyilmə və ya amortizasiya yüksək dərəcədə məruz qalan hissələr, odadavamlı örtüklər, parçalayan çəkiclər, şüşə hissələr, kəmərlər, kanatlar, məftillər, xxxxx şinlərin; aralıqda işlənən materiallar, məsələn sürtgü yağları, yanacaqlar, katalizatorların itkisi və ya zədələnməsi.
5.2. Müharibə, hər cür hərbi hərəkətlər, istila, düşmən basqını, döyüş (müharibə elan edilib edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, inqilab, üsyan və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində dəyən ziyan və zərərlər;
5.3. qiyam, üsyan, tətil, lokaut, vətəndaş iğtişaşları, hakimiyyətin hərbçilər tərəfindən və ya qanunsuz ələ keçirilməsi, hər hansı siyasi təşkilat adından (onun əmri ilə) və ya onunla əlaqədar xxxx şəxslərin və ya pis niyyətli şəxslər qrupunun hərəkətləri, terrorizm.
5.4. Qəsd;
5.5. əmlakın müsadirə, zorla özgəninkiləşdirilməsi, rekvizisiya nəticəsində zədələnməsi və ya məhv edilməsi və ya istənilən de jure və ya de-fakto dövlət və hökumət orqanının əmri ilə əmlakın zədələnməsi və ya məhv edilməsi;
5.6. Hər hansı nüvə partlayışı, nüvə reaksiya, nüvə radiasiya və ya radioaktiv çirklənmənin hər hansı nəticəsi, və bunlara qarşı görülən hərbi və inzibati tədbirlər nəticəsində dəyən bütün ziyan və zərərlər;
5.7. Səlahiyyətli orqanların sığortalanmış əmlaklardan istifadə etməsi nəticəsində meydana gələn hər cür ziyan və zərərlər;
5.8. Yanğın, ildırımın birbaşa vurması, kimyavi partlayış (tüstü qazlarının qazanlarda partlayışından başqa); yanğın baş verməsi ilə əlaqədar həyata keçirilən söndürmə, yıxma və xilasetmə əməliyyatlarının səbəb olduğu ziyan və zərərlər; təyyarə və ya digər uçuş aparatlarının, yaxud onlardan düşən əşyaların təsiri nəticəsində səbəb olduğu ziyan və zərərlər;
5.9. Müəmmalı yoxolma, Oğurluq, sındırma yolu ilə oğurluq və ya bunlara edilən cəhd nəticəsində meydana gələn ziyan və zərərlər;
5.10. binaların uçması;
5.11. sel və su basqını, zəlzələ, torpaq çökməsi və yer sürüşməsi, qar uçqunu, fırtına, siklon, qasırğa, vulkan püskürməsi və ya bu kimi təbii fəlakətlərin səbəb olduğu ziyan və zərərlər;
5.12. təchizatçı, podratçı və ya təmiri aparan şəxslərin qanuna və ya müqaviləyə əsasən məsuliyyət daşıdığı zərər və ya itkilər;
5.13. Sığortalıya və ya onun nümayəndələrinə hazırkı sığorta təminatının başlanğıc tarixinə məlum xxxx və zərərlərə və ya məhv olmaya səbəb xxxx istənilən çatışmazlıqlar və ya qüsurlar, bu çatışmazlıqların və ya qüsurların Sığortaçıya məlum olun-olmamasından asılı olmayaraq;
5.14. Sığortalının və ya onun adından fəaliyyət göstərən şəxsin qəsdən hərəkətləri və ya kobud ehtiyatsızlığı nəticəsində dəyən ziyan və zərərlər.
5.15. Sığorta predmetərinin normal işləməsi və istismarının birbaşa nəticəsi kimi baş verən aşınma və ərpləmələr və ya çürümələrlə, paslanma və oksidləşmə ilə, buxar qazanlarında ərp bağlama və daşlaşma ilə işləmənin göstərdiyi təsirlərin və digər bu kimi faktorların səbəb olduğu tədrici köhnəlmələrlə əlaqədar xxxx xxxxx və zərərlər;
5.16. Səbəbindən asılı olmayaraq bütün növ gəlir itkisi və mülki məsuliyyətlər, hazırkı müqavilə ilə fiziki ziyan üzrə təminat verilmiş kompensasiya məbləğini aşan ödənişlər.
Sığorta müqaviləsində xüsusi qeyd edildiyi halda sığorta təminatına maşın və avadanlığın sınması nəticəsində sığortalının kommersiya fəaliyyətində baş verən fasilə ilə əlaqədar onun əmlak mənafelərinə əldən çıxan fayda və əlavə xərclərlə bağlı dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün işin dayanması ilə bağlı risklərdən sığorta təminatı verilə bilər.
5.17. sığorta müqaviləsində sığorta predmetlərinin mahiyyətindən və digər faktorlarından asılı olaraq ümumi sığorta praktikasında tətbiq edilən və qanunvericiliyə zidd olmayan əlavə istisnalar və məhdudiyyətlər tətbiq edilə bilər.
MADDƏ 6. Sığorta müqaviləsinin qüvvəyə minməsi
Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, Sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
MADDƏ 7. Sığorta müqaviləsinin bağlanması
7.1. Sığortaçı Sığorta müqaviləsini Sığortalı ilə bağlayır.
7.2. Sığorta müqaviləsini bağlamaqdan ötrü Sığortalı, Sığortaçının tələbi olduqda, Sığortalıya məlum xxxx, Sığortaçının sığorta riskinin dərəcəsini müəyyənləşdirilməsinə təsir edə biləcək halları özündə əks etdirən, müəyyən olunmuş formada yazılı ərizəni dolduraraq Sığortaçıya təqdim etməlidir. Bu ərizə Sığorta müqaviləsinin tərkib hissəsi hesab edilir.
7.3. Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının sığorta müqaviləsindən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat verməlidir.
7.4. Eyni sığorta marağı ilə bağlı bir neçə sığortaçı ilə sığorta müqaviləsi bağlayan Sığortalı bu barədə Sığortaçılardan hər birinə məlumat verməlidir. Həmin məlumatda digər sığortaçının adı və müvafıq sığorta məbləği göstərilməlidir. Tələb edildikdə bu məlumatları təsdiq edən müvafıq sənədlər təqdim olunmalıdır.
7.5. Sığorta obyekti bir neçə sığortaçıda sığortalandığı halda, sığortaçılardan hər biri Sığortalı qarşısında sığorta
məbləğinə mütənasib şəkildə məsuliyyət daşıyırlar.
7.6. Sığorta müqaviləsi bağlanmazdan əvvəl və ya sonra Sığortaçının sığorta müqaviləsi üzrə öz mülahizəsinə əsasən istənilən vaxt əmlaka baxış keçirə, habelə əmlaka baxış keçirmənin nəticələrinə əsasən Sığortalı tərəfındən qeyd-şərtsiz icra edilməli xxxx yazılı göstərişlər verə bilər.
MADDƏ 8. Sığorta müqaviləsi bağlanan zaman sığortalı Sığortalının məlumat vermə vəzifələri
8.1. Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və sığortaçının müqaviləsindən imtina etmək, yaxud məzmununu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar (məsələn, xxxxxx qiymətləndirilməsi, onun baş vermə ehtimalının müəyyən edilməsi, sığorta hadisəsinin baş vermə ehtimalına təsir göstərə biləcək faktlar və mümkün itkilərin həcminin hesablanması üçün əhəmiyyət daşıyan bütün faktlar və hallar) barədə sığortaçıya məlumat verməlidir.
Sığortalının məlumatının yalan, yanlış və yaxud yarımçıq olması hallarında sığortaçı sığorta müqaviləsini imzalamaya bilər və ya bunu öyrəndikdə və ya bu haqda Sığortalı tərəfindən ona məlumat verildikdə:
8.1.1. Sığortalı bunu qəsdən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi andan etibarən 1 (bir) ay ərzində müqaviləni ləğv edə bilər və ya müqaviləni davam etdirərək həmin vaxt üçün sığorta haqqı fərqini tələb edə bilər. Sığortalının öz öhdəliyini bu bənddə göstərilən qaydada pozması ilə bu cür xxxx xxxx Tərəflər arasında razılıq əldə edilənədək keçən müddət ərzində baş vermiş sığorta hadisəsi arasında hər hansı əlaqə olarsa, sığorta ödənişi verməkdən imtina edə bilər;
8.1.2. Sığortalı bu hərəkəti bilmədən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 1 ay ərzində
müqaviləni ləğv edə bilər və ya həmin vaxt üçün sığorta haqqı fərqini almaqla müqaviləni davam etdirə bilər.
8.1.3. Sığortalı tələb edilən sığorta haqqı fərqini 5 (beş) gün ərzində Sığortaçıya ödəməzsə və ya ödəməyi yazılı şəkildə öhdəsinə götürməzsə, sığorta müqaviləsi ləğv edilmiş hesab olunur.
8.1.4.Sığortaçı tərəfindən tətbiq olunan ləğv etmə, bu haqda sığortalıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi tarixdən 5 iş günü sonra, sığortalı tərəfindən tətbiq edilən ləğv etmə bu haqda sığortaçıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi tarixdən sonrakı gün saat 00.01 -də hüquqi qüvvəyə minir,
8.1.5. Ləğv etmənin hüquqi qüvvəyə mindiyi tarixə qədər keçən müddətin sığorta haqqı, müqavilə sığortaçı tərəfindən ləğv edildikdə gün hesabı, sığortalı tərəfindən ləğv edildikdə isə qısa müddətli sığorta kimi hesablanır və artıq qalan məbləğ xxxx qaytarılır;
8.2. Sığortalının hərəkətində heç bir qəsd müəyyən edilmədiyi hallarda sığorta hadisəsi:
- sığortaçı vəziyyəti öyrənməmişdan əvvəl;
- sığortaçı müqaviləni ləğv etməyi tələb edə biləcəyi müddət ərzində;
- və yaxud bu təklifin hüquqi qüvvə qazanması üçün xxxxx xxxx müddət ərzində;
baş verərsə onda sığortaçı, sığorta ödənişini sığortalının məlumatına əsasən hesablanan sığorta haqqı ilə həqiqətdə ödənilməli xxxx sığorta haqqı arasındakı nisbətə uyğun olaraq ödəyir.
MADDƏ 9. Sığorta haqqının ödənilməsi
9.1. Sığorta haqqının ödənilməsi qaydası və forması Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq həyata keçirilir.
9.2. Sığorta haqqı onun Sığortaçının bank hesabına daxil olduğu və ya Sığortaçı tərəfindən nağd ödəniş formasında alındığı gün ödənilmiş hesab olunur.
9.3. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
Sığorta haqqı hissə-hissə ödənildiyi halda növbəti ödənişin ödənilmədiyi, vaxtından gec və ya az məbləğdə ödənildiyi halda, Sığortaçının sığorta müqaviləsi üzrə öhdəlikləri sığorta haqqının ödənilməli gündən sonrakı növbəti 15 təqvim günü ərzində qüvvədə qalır və sığorta ödənişinin həyata keçirilməsi zamanı sığorta haqqının gecikdirilmiş (natamam həcmdə ödənilmiş) hissəsi Sığortaçı tərəfindən ödənişdən tutula bilər. Əgər həmin borc müqavilə ilə sığorta haqqının ödənilməsi günü kimi şərtləşdirilmiş gündən sonra 15 təqvim günü ərzində ödənilməyibsə, Sığortaçı sığorta müqaviləsində göstərilən sığorta hadisələri üzrə məsuliyyət daşımır.
MADDƏ 10. Tərəflərin hüquq və vəzifələri
10.1. Sığortalı sığorta predmetləri xxxx xxxxx, aparat, dəzgah və avadanlıqların təhlükəsizliyi və qorunması üçün öz hesabına lazımi tədbirləri görməlidir,
10.2. Sığortalı öz hesabına bütün ehtiyat tədbirlərini və zərərin baş vermişinin qarşısının alınması üçün Sığortaçının bütün ağlabatan təlimat və tövsiyələrinə riayət etməlidir, həmçinin müvafiq qanuni tələb və qaydalara və sığorta predmetlərinin istehsalçının tövsiyələrə riayət etməlidir.
10.3. Sığortaçının, istədiyi vaxt səlahiyyətli nümayəndəsi vasitəsilə sığorta predmetlərinə nəzarət etmək və onları yoxlamaq səlahiyyəti vardır. Sığortalı bu yoxlamalara icazə verməyə və kömək etməyə və sığortaçının məsləhət biləcəyi tədbirləri həyata keçirməyə görə məsuliyyət daşıyır.
10.4. Sığortalı (və ya Sığorta Olunan) Sığortaçının razılığı olmadan xxxxxx artmasına səbəb ola biləcək hər hansı tədbirin görülməsinə və ya onların həyata keçirilməsinə razılıq verə bilməz. Bu müddəanın pozulması Sığortaçını yalnız o halda öz öhdəliklərinin yerinə yetirməsindən azad edir ki, sığorta hadisəsi xxxxxx artmasından sonra baş versin.
10.5. Sığortalı aşağıdakı hallar barədə xəbər tutduqdan dərhal sonra, xxxxx istənilən halda 7 təqvim günündən gec olmayaraq Sığortaçıya məlumat verməlidir:
10.5.1. sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar;
10.5.2. - həmçinin sığorta predmetləri, onların üzərində mülkiyyət, sahiblik, icarə hüquqlarının dəyişməsi, və Sığortaçıya bildirdiyi hər hansı digər məlumatın dəyişməsi haqqında
10.5.3. bu maddədə göstərilın hallarda Sığortalı sığorta predmetlərinin təhlükəsiz istismarı üçün bütün zəruri tədbirləri öz hesabına görməlidir.
10.6. Sığorta riskinin artmasına təsir göstərə bilən hallar haqqında məlumatı aldıqdan sonra Xxxxxxxxx:
10.6.1. Sığorta müqaviləsinə müvafiq dəyişikliklər edə bilər;
10.6.2. əlavə sığorta haqqının ödənilməsini tələb edə bilər;
10.6.3. Sığorta müqaviləsinə xitam verə bilər.
10.7. Sığortalı (və ya Sığorta olunan) sığorta riskinin artmasına səbəb ola biləcək faktlar haqqında Sığortaçını məlumatlandırmadığı və ya sığorta müqaviləsinin şərtlərinin dəyişdirılməsinə və əlavə sığorta haqqının ödənilməsinə etiraz etdiyi halda, Sığortaçı qanunvericiliyə müvafiq sığorta müqaviləsinin ləğv edilməsini tələb edə bilər.
10.8. Sığorta müqaviləsinin qüvvədə olma müddəti ərzində Sığortaçı Sığortalı (və ya Sığorta olunan) tərəfindən təqdim olunan fakt və məlumatların doğruluğunu, xxxxxx artıb-artmamağından asılı olmayaraq sığorta predmetlərinin vəziyyətini, saxlanma qaydasını və dəyərini istənilən vaxt yoxlaya bilər.
10.9. Sığortaçı Sığortalıya (və ya Sığorta olunana) sığorta riskinin azalmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi üzrə məcburi göstərişlər verə bilər.
MADDƏ 11. Sığorta müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası
11.1. Sığorta müqaviləsinə edilən əlavələr və dəyişikliklər yazılı formada tərtib olunmalı və hər iki tərəfdən imzalanmalıdır.
11.2. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
11.2.1. Sığorta predmeti artıq mövcud olmadıqda;
11.2.2. Qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla, Sığortalı fiziki şəxs öldükdə və ya Sığortalı hüquqi şəxs ləğv olunduqda;
11.2.3. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
11.2.4. Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
11.2.5. Sığorta marağı artıq mövcud olmadıqda;
11.2.6. Sığortalı sığorta haqqını qanunvericilikdə və Sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
11.2.7. Qanunvericilikdə müəyyən edilmiş digər hallarda.
MADDƏ 12. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermə ilə bağlı xəbərdar etmə
12.1. Bu Qaydaların 11.2-ci maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda müqaviləyə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
12.2. sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
MADDƏ 13. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
13.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
13.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
13.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
13.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu qaydaların 13.1 və 13.2 bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
13.5. Sığorta müqaviləsinə məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqaviləsi üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqqlarını bu qaydaların
13.3 və 13.4. bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
13.6. İşlərin aparılması xərcləri sığorta haqqının 25%-ni təşkil edir.
MADDƏ 14. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifələri
Zərər baş verdiyi zaman Sığortalı:
14.1. Zərərin baş verdiyini öyrəndikdən sonra Sığortalı dərhal, xxxxx istənilən halda 5 gündən gec olmayaraq Sığortaçıya mümkün xxxx istənilən vasitələrlə məlumat verməli, zərərin azalması üçün bütün mümkün və ağlabatan mühafizə və xilasetmə tədbirlərini həyata keçirməli və bu məqsədlə sığortaçı tərəfindən ona verilmiş təlimata, imkan daxilində, maksimum əməl etməlidir;
14.2. Sığortaçı tərəfindən baxış keçirilməsi üçün zərərin baş verdiyi yer və ya əmlaklara, qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla, heç bir dəyişiklik etməməlidir;
14.3. Hadisənin səbəbini, hansı şəraitdə və şərtlər daxilində baş verdiyini öyrənmək, zərər və ziyanın məbləğini müəyyən etmək üçün xxxxx xxxx və sığortalı tərəfindən təmin olunması mümkün xxxx məlumat və sənədləri
sığortaçının tələbinə əsasən mümkün xxxx ən qısa müddətdə ona verməli və zərərin təqsirkar üçüncü şəxs tərəfindən ödənilməsi hüququndan istifadə olunması üçün xxxxx xxxx müvafiq məlumat və sənədləri sığortaçıya verməlidir
14.4. Ziyan və zərərin təxmini məbləğini bildirən məlumatı mümkün xxxx ən qısa müddətə sığortaçıya verməlidir;
14.5. Baş vermiş hadisə barədə Sığortaçını hazırkı maddəyə müvafiq olaraq xəbərdar etməklə, müəssisənin fəaliyyətinin davam etdirilməsi üçün Sığortalı xırda təmirlər və zədələnmış xırda detalların dəyişməsini, bu haqda Sığortalının xüsusi razılığının olması şərti ilə aparıla bilər. İstənilən digər hallarda Sığortaçının nümayəndələrinin sığorta hadisəsi yerinə və sığorta predmetlərinə baxış keçirilməsindən əvvəl və sığortaçının yazılı razılığı olmadan Sığorta predmetinin yerinin dəyişmək və təmir işlərini aparılmasına yol verilmir. Əks halda Sığortaçı sığorta ödənişi verilməsindən imtina edə bilər.
14.6. hər hansı sığorta predmeti hadisədən sonra Sığortaçını qane edən tərzdə təmir olunmadan istismar edilərsə və ya onun üzərində Sığortaçının razılığı olmadan müvəqqəti təmir həyata keçirilərsə, belə sığorta predmetləri üzrə Sığortaçı sığorta ödənişini vermək məsuliyyətindən azad edilir.
14.7. Sığortaçının səlahiyyətli nümayəndələrinin zərər məbləğini, zərərin təqsirkar üçüncü şəxslər tərəfindən ödənilməsi hüququnu müəyyən etmək üçün sığorta olunmuş yer və ya əmlaklara, bunlarla əlaqədar sənədlər üzərində həyata keçirəcəkləri yoxlama və tədqiqatlara icazə verməlidir;
MADDƏ 15. Sığorta ödənişi
15.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
15.2. Sığorta müqaviləsi üzrə sığorta ödənişlərinin ümumi məbləği sığorta müqaviləsində göstərilən sığorta məbləğini aşa bilməz.
MADDƏ 16. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər
16.1. sığorta hadisəsi haqqında yazılı ərizə;
16.2. Sığorta müqaviləsinin (sığorta şəhadətnaməsinin) əsli;
16.3 Sığorta predmetlərinin texniki pasportunun surəti;
16.4. Cinayət işinin başlanması barədə arayış, qərar;
16.5. Sığorta hadisəsinin baş verməsini faktını və səbəblərini təsdiq edən sənədlər, o cümlədən müvafiq səlahiyyətli dövlət orqanlarından verilmiş sənədlər;
16.6. Sığortaçının mülahizəsinə əsasən, sığorta ödənişinin verilməsi haqqında qərar qəbul etmək üçün xxxxx xxxx digər sənədlər.
MADDƏ 17. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
17.1. Sığortalının sığorta hadisəsinin baş verməsi haqqında göstərilmiş müddət ərzində Sığortaçıya məlumat verməməsi, Sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun (Sığortaçının) mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda;
17.2. Qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
17.3. Sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazimi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi: bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
17.4. Sığorta haqqının və ya onun hər hansı bir hissəsinin müəyyən olunmuş müddətdə ödənilmədikdə;
17.5. Baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi.
17.6. Müvafiq səlahiyyətli orqanlar sığorta hadisəsi faktının baş verməsini təsdiq etmədikdə və ya onların qəbul etdiyi qərarlardan sığorta hadisəsinin baş vermədiyi aydın görünsün;
17.7. Bu qaydalar və sığorta müqaviləsi ilə istisna edilən digər hallarda.
MADDƏ 18. Zərər və ziyanın müəyyənləşdirilməsi
Dəymiş zərərin miqdarı Sığortalı tərəfindən təqdim edilmiş və Sığortaçının özünün əldə etdiyi məlumatlar əsasında Sığortaçı tərəfindən müəyyən edilir. Tərəflər zərərin məbləği ilə əlaqədar razılığa gələ bilməzlərsə, yaranan fikir ayrılığı danışıqlar yolu ilə həll edilir. Belə danışıqlar nəticə vermədiyi halda mübahisə məhkəmə qaydasına həll olunur.
MADDƏ 19. Sığorta ödənişinin hesablanması qaydası
19.1. Ödənişinin məbləği aşağıdakı şərtlər daxilində müəyyən edilir:
19.1.1. Qismi zərər halında:
Sığortaçı sığorta olunan predmetlərin hadisədən əvvəlki işlək vəziyyətinə gətirilməsi üçün xxxxx xxxx xərcləri və təmir işlərinin aparılması üçün demontaj və təkrar-montaj xərcləri, təmir emalatxanasına aparıb-gətirmə normal nəqliyyat xərcləri, əgər varsa, gömrük, vergi və rüsum ödəmələri ödəyir, bu şərtlərə ki, bütün belə xərclər sığorta məbləğinə daxil edilmişdir.
Təmir işi ilə əlaqədar zədələnmiş hissənin yerinə yeni hissə qoyulması ilə əlaqədar amortizasiya çıxılmır və buna görə də ödənişin məbləği azaldılmır, xxxxx qalıqların dəyəri ödəniş məbləğindən çıxılır.
Yuxanda göstərilən təmir xərclərin cəmi məbləği həmin sığorta predmetinin hadisə baş verdiyi tarixdəki xxxx qiymətinə bərabər və ya ondan artıq olarsa, sığorta predmeti tam zərərə uğramış hesab edilir və ödəniş hazırkı qaydalarının 20.1.2. bəndində nəzərdə tutulan qaydada hesablanır.
19.1. 2. Sığorta predmetləri tam zərərə uğradıqları zaman:
Sığortaçı, sığorta predmetlərinin hadisə baş verdiyi tarixə xxxx qiyməti, ö cümlədən, normal nəqliyyat xərcləri, montaj xərcləri, əgər varsa, gömrük vergisi və rüsumları, belə xərclər sığorta məbləğə daxil edildikdə. Belə xxxx qiymət, sığorta predmetlərinin hadisə baş tarixinə yenisi ilə əvəz edilmə qiymətindən müvafiq köhnəlmə və aşınma nisbətləri çıxılmaqla müəyyən edilir.
Sığortaçı həmçinin məhv olunmuş sığorta predmetinin demontaj xərclərini də ödəyir, xxxxx qalıqların dəyəri sığorta ödəniş məbləğindən çıxılır.
19.2. Təcili nəqliyyat xərcləri (məsələn, xüsusi poçt, təyyarə və s vasitəsi ilə), normal iş saatlardan kənar saatlarda, gecə və ya iş günü hesab edilməyən günlərdə iş ilə əlaqədar əlavə iş saatlarında çalışma ilə əlaqədar xərclər sığorta müqaviləsində xüsusilə razılaşdırıldığı halda təminata daxil edilə bilər.
19.3. sığortalanmış əmlakın vəziyyətinin dəyişdirilməsi, yaxşılaşması və ya təkmilləşdirilməsi, xxxx təmir və xidmət ilə irəli gələn xərclər sığorta təminatına daxil edilmir.
19.4. Müvəqqəti təmir xərcləri son təmirin hissəsini təşkil etdiyi və bununla əlaqədar ümumi təmir xərclərini artırmadığı halda, Sığortaçı tərəfindən ödənilir.
19.5. Sığorta hadisəsi baş verdikdə Zərər məbləğinin azaldılması və xilas etmə tədbirlərinə çəkilmiş xərclər yalnız o halda kompensasiya edilir ki, (a) bu xərclər sığortaçının razılığı ilə çəkilmiş olsun və/ və ya (b) yaranmış şərait bu tədbirlərin dərhal və təxirəsalmadan görülməsini tələb edirsə, belə tədbirlərin görülməsi ağlabatan, adekvat olsun və nə tədbirin özü, nə istifadə olunan vasitələr, nə də məbləği Sığortaçıda şübhə doğurmasın.
19.6. Bütün hallarda sığortaçının məsuliyyəti sığorta şəhadətnaməsində göstərilən sığorta məbləğlə məhdudlaşir.
MADDƏ 20. Sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri və sığorta ödənişinin verilməsinin nəticələri
20.1. Hadisə ilə əlaqədar Sığortaçı tərəfindən tələb olunan bütün sənədlər təqdim edildikdən sonra Sığortaçı 30 iş günü ərzində sığorta ödənişinin verilməsi və ya ödənişinin verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.
20.2. Sığorta ödənişi Sığortaçı tərəfındən tələb olunan zərərin məbləği və zərərlə əlaqədar bütün digər sənədlər ona verildikdən sonra hazırkı qaydaların 21.1 bəndi nəzərə alınmaqla 30 iş günü ərzində lazımi tədqiqatları sona çatdırıb zərər və ödənişin miqdarını müəyyənləşdirdikdən sonra 14 iş günü ərzində sığorta aktını tərtib edir və razılaşdırılması üçün bu sənədi Sığortalıya təqdim edir.
20.3. Sığorta odənişinin verilməsi sığorta Aktının həm Sığortaçı, həm də Sığortalı tərəfındən imzalandıqdan sonra həyata keçirilir.
20.4. Təminat verilən hadisə nəticəsində tam zərər meydana gələrsə, sığorta təminatı sona çatmış hesab olunur. Qismi zərərlər halında isə, sığorta məbləği sığorta ödənişinin verildiyi tarixdən verilən ödəniş məbləğində azalır.
Sığorta şəhadətnaməsində sığorta predmetləri müxtəlif vahidlər (növ və ya qrup) halında göstərilib-göstırilməməsindən asılı olmayaraq, bu vahidlərdən (növ və ya qruplardan) birinin və ya bir neçəsinin tamamilə zərərə uğradığı halda, həmin vahidlərə (növ və ya qruplara) aid xxxx sığorta təminatı hadisənin baş verdiyi tarixdən sona çatmış hesab edilir və sığorta məbləği, həmin vahidlərin (növ və ya qrupların) dəyəri qədər azaldılır.
Qismi zərər halında isə hər bir vahid (növ və ya qrup) üçün müəyyən edilmiş sığorta məbləği, sığorta ödənişinin
verildiyi tarixdən verilmiş sığorta ödənişinin məbləği qədər azaldılır.
20.5. Sığorta məbləğinin azalması hallarında, sığortalı gün əsası ilə əlavə sığorta haqqı ödəmək şərtilə sığorta
məbləğini bərpa edə bilər.
20.6. Sığortalıya ödənilmiş sığorta ödənişi məbləği həcmində sığortalının təqsirkar üçüncü şəxsə qarşı tələb
hüququ sığortaçıya keçir.
20.7. Sığortalı sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı bir hərəkət etməyə, saziş imzalamağa və ya vəd verməyə, və ya buna əsas verə biləcək digər hər hansı hərəkəti (hərəkətsizliyi) etməyə haqlı deyildir.
MADDƏ 21. Sığortalının zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı iddia (tələb) hüququndan imtina etməsi
Əgər Sığortalı Sığortaçı tərəfindən əvəzi ödənilmiş zərərə görə məsuliyyət daşıyan şəxsdən tələb hüququndan imtina edərsə və ya Sığortalının təqsiri ucbatından bu hüququn həyata keçirilməsi mümkün olmazsa, Sığortaçı bütünlükdə və ya müvafiq hissədə sığorta ödənişini verməkdən azad olunur və verilmiş sığorta ödənişinin qaytarılmasını tələb etməyə haqlıdır.
MADDƏ 22. Sığorta müqaviləsinin üstünlüyü
Sığorta müqaviləsinin tərəfləri müqavilədə bu Qaydaların müəyyən müddəalarının istisna edilməsini, həmçinin həmin müddəalardan fərqli müddəalar daxil edilməsini və digər əlavə şərtlər nəzərdə tuta bilərlər. Bu halda konkret müqavilələrdə müəyyən edilmiş müddəalar tətbiq edilir.
MADDƏ 23. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti
Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər edilmiş qaydada məsuliyyət daşıyırlar.
MADDƏ 24. Mübahisələrin həlli qaydası
Bu Qaydalar əsasında bağlanmış sığorta müqaviləsindən irəli gələn mübahisələr Sığortaçı ilə Sığortalı arasında danışıqlar yolu ilə, tərəflər razılığa gələ bilmədikdə isə qanunvericiliklə müəyyən edilmiş qaydada həll edilir.