publik hüquqi şəxsi və __________(uyğunluğu qiymətləndirən qurumun adı)________ arasında Ölçmə vasitələrinin kalibrlənməsi işlərini aparmaq, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanı vurmaq hüququnun verilməsi barədə MÜQAVİLƏ...
“Azərbaycan Akkreditasiya Mərkəzi”
publik hüquqi şəxsi
və
__________(uyğunluğu qiymətləndirən qurumun adı)________
arasında
Ölçmə vasitələrinin kalibrlənməsi işlərini aparmaq, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanı vurmaq hüququnun verilməsi barədə
MÜQAVİLƏ
№ _________
Bakı şəhəri ____ _________ 202__-cü il
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanına əsasən yaradılmış və Nizamnaməsinə əsasən fəaliyyət göstərən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin (bundan sonra -İcraçı) direktoru Xxxx Xxxxxxxx xxxx Xxxxxxxxxx şəxsində bir tərəfdən və Nizamnamə əsasında fəaliyyət göstərən (uyğunluğu qiymətləndirən qurum) (“Sifarişçi” adlandırılacaq) rəhbəri (A.S.A) şəxsində digər tərəfdən, (bundan sonra - “Sifarişçi” və “İcraçı” ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırıla bilərlər), “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 17.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş 11 nömrəli Əlavəyə (“Ölçmə vasitələrinin kalibrlənməsi işlərini yerinə yetirmək, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanını vurmaq hüququnun verilməsi Qaydası və kalibrlənmə işlərinin yerinə yetirilməsinə dair Tələblər”) uyğun olaraq aşağıdakı şərtlərlə bu Müqaviləni (bundan sonra “Müqavilə”) bağladılar.
Müqavilənin predmeti
Bu Müqavilə Xxxxxxxxx tərəfindən təqdim edilmiş sənədlər və məlumatlar əsasında, eləcə də Sifarişçinin _____________________ laboratoriyasının (bundan sonra - Laboratoriya) AZS İSO/İEC 17025-2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” standartının tələblərinə cavab verdiyi halda, İcraçının Sifarişçiyə “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ölçmə vasitələrinin kalibrlənməsi işlərini yerinə yetirmək, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanını vurmaq hüququnun verilməsi Qaydası və kalibrlənmə işlərinin yerinə yetirilməsinə dair Tələblər”inə əsasən ölçmə vasitələrinin kalibrlənməsi işlərini yerinə yetirmək, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanını vurmaq hüququnun əvəzsiz (müqabilində ödəniş olunmadan) verilməsi ilə bağlı “Tərəflər” arasında münasibətləri tənzimləyir .
Müqavilə ilə Sifarişçinin Laboratoriyası ölçmə vasitələrinin kalibrlənməsi işlərini aparmaq, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanı vurmaq hüququ, habelə Müqaviləyə əlavədə təsdiq edilmiş fəaliyyət sahəsinə uyğun olaraq kalibrləmə fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti əldə edir.
Bu Müqavilədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. ölçmə vasitələrinin kalibrlənməsi – ölçmə vasitələrinin metroloji xarakteristikalarının həqiqi qiymətlərinin təyin edilməsi məqsədilə yerinə yetirilən əməliyyatların məcmusu;
1.3.2. ölçmə vasitələrinin tipi – eyni kəmiyyətləri ölçmək üçün nəzərdə tutulmuş, eyni kəmiyyət xxxxxx ilə ifadə olunmuş, eyni iş prinsipinə əsaslanan, eyni konstruksiyaya xxxxx xxxx və eyni texniki sənədlər üzrə hazırlanmış ölçmə vasitələrinin məcmusu;
1.3.3. metroloji izlənmə - tutuşdurulma, yoxlanılma, kalibrlənmə vasitəsi ilə kəmiyyət xxxxxx etalonlarının və ölçmə vasitələrinin dövlət ilkin kəmiyyət xxxxxx etalonu ilə sənədlə təsdiq edilmiş əlaqəsini müəyyənləşdirən xassə;
1.3.4. kalibrlənmə nişanı - Sifarişçinin Laboratoriyasının ölçmə vasitələrinin kalibrlənməsinin nəticələrinin təsdiq edilməsi məqsədilə onların üzərinə vurduğu, ölçmə vasitələrinin kalibrləndiyini göstərən nişan;
1.3.5. kalibrlənmə sertifikatı – forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş 11 nömrəli Əlavə - “Ölçmə vasitələrinin kalibrlənməsi işlərini yerinə yetirmək, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanını vurmaq hüququnun verilməsi Qaydası və kalibrlənmə işlərinin yerinə yetirilməsinə dair Tələblər”ə 2 nömrəli Əlavə ilə təsdiq edilmiş Sifarişçinin Laboratoriyasının ölçmə vasitələrinin kalibrlənməsinin nəticələrinin rəsmiləşdirdiyi sənəd;
1.3.6. keyfiyyət üzrə rəhbərlik sənədi - keyfiyyət sahəsində siyasət, fəaliyyət sahəsi, kalibrləmə vasitələri, kalibrləmə vasitələrinin vəziyyətinə cavabdeh şəxs, kalibrlənən ölçmə vasitələri və kalibrləmə vasitələri, ölçmə vasitələrinin kalibrlənməsinə dair normativ sənədlər, kalibrlənməni həyata keçirən kadr heyəti, binaların vəziyyəti, kalibrlənmə üçün təqdim olunan ölçmə vasitələrinin qəbulu, qeydiyyatı və kalibrləmənin nəticələrinin rəsmiləşdirilməsi haqqında məlumatları əks olunan sənəd.
Tərəflərin hüquq və vəzifələri
Sifarişçinin hüquqları:
Müqavilənin Əlavəsində qeyd edilmiş sahələr üzrə kalibrləmə fəaliyyətini həyata keçirmək;
kalibrlənmə nişanından istifadə etmək;
kalibrləmə fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti təsdiq edilmiş sahəyə standartlaşdırma üzrə normativ sənədlərin əlavə edilməsi ilə bağlı İcraçıya müraciət etmək;
mübahisə yaranarsa, məhkəməyə müraciət etmək.
Sifarişçinin vəzifələri:
kalibrləmə fəaliyyətini keyfiyyət üzrə rəhbərlik sənədi əsasında həyata keçirmək;
kalibrlənmə sertifikatını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş 11 nömrəli Əlavə - “Ölçmə vasitələrinin kalibrlənməsi işlərini yerinə yetirmək, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanını vurmaq hüququnun verilməsi Qaydası və kalibrlənmə işlərinin yerinə yetirilməsinə dair Tələblər”ə 2 nömrəli Əlavədə göstərilmiş formaya və AZS İSO/İEC 17025-2020 standartının 7.8.4.-cü yarımbəndinə uyğun olaraq tərtib etmək;
kalibrləmə fəaliyyətini AZS İSO/İEC 17025-2020 standartının tələblərinə uyğun şəkildə təşkil etmək;
metroloji izlənmə sahəsində fəaliyyətini “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə və AzAK-ın “Metroloji izlənmə siyasəti”nə uyğun olaraq təşkil etmək;
“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmiş ölçmə vasitələrinin tipinin təsdiq edilməsi ilə bağlı tələblərə riayət etmək;
kalibrləmə fəaliyyətinə başlamazdan əvvəl, özünəməxsus nümunəvi ölçmə vasitələrinin tipinin təsdiq edilməsi, habelə onların dövlət reyestrinə daxil olunmasını müəyyən etmək, əgər uyğundursa kalibrləməni həyata keçirmək;
ölçmə vasitələrinin kalibrlənməsini dövlət ilkin kəmiyyət vahidləri etalonları ilə izlənilən etalonlardan istifadə edilməklə, onlar olmadıqda isə xarici dövlətlərin kəmiyyət xxxxxx etalonları ilə izlənilən kəmiyyət xxxxxx etalonlarından istifadə edilməklə aparmaq;
hər bir ölçmə vasitəsini özünə aid kalibrlənmə metodu(lar)na uyğun olaraq kalibrləmək;
İcraçı tərəfindən tələb edilən kalibrləmə fəaliyyətinə aid bütün sənəd və məlumatları, o cümlədən Xxxxxxxxxxxx təqdim etdiyi sənədlərdə və sertifikatlarda xxxx məlumatların təsdiqlənməsi, dəqiqləşdirilməsi və ya aydınlaşdırılması üçün zəruri xxxx əlavə məlumatları təqdim etmək;
təqdim edilən sənədlərdə aşkar olunmuş uyğunsuzluqların aradan qaldırılması barədə İcraçının bildirişini aldıqdan sonra müəyyən edilmiş müddət ərzində uyğunsuzluqları aradan qaldırmaq və bu barədə İcraçını yazılı şəkildə məlumatlandırmaq;
kalibrləmə fəaliyyətini həyata keçirərkən təsdiq edilmiş sahədən kənarlaşmaya yol verməmək və yalnız həmin sahə çərçivəsində fəaliyyət göstərmək;
Müqavilə qüvvədə olduğu dövrdə baş vermiş əhəmiyyətli dəyişikliklər (hüquqi, kommersiya, mülkiyyət və ya təşkilati statusu, yerləşmə yeri, ünvanı, rəhbərliyi, əsas heyəti, resursları, fəaliyyət sahəsi və qurumun İcraçının tələblərini yerinə yetirmək qabiliyyətinə təsir göstərə biləcək digər məsələlər) barədə İcraçını dərhal məlumatlandırmaq;
Laboratoriyaya münasibətdə kalibrləmə ilə bağlı istənilən şikayətin araşdırılmasında və həllində İcraçıya köməklik göstərmək;
İcraçı tərəfindən müraciət olarsa verilmiş, qüvvəsi dayandırılmış və ya ləğv edilmiş hər bir kalibrlənmə sertifikatı barədə məlumatı, həmçinin sertifikatın verilməsinə əsas olmuş bütün sənəd və məlumatları təqdim etmək;
Müqavilə ləğv edildiyi gündən etibarən müvafiq olaraq kalibrlənmə nişanına istinadı, sertifikat verməyi və bütövlükdə kalibrləmə fəaliyyətini dayandırmaq.
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlara malikdir və digər vəzifələr daşıyır.
İcraçının hüquqları:
Sifarişçi tərəfindən “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun, və digər aidiyyəti normativ hüquqi aktların, kalibrlənmə fəaliyyəti üzrə AZS İSO/İEC 17025-2020 standartının, İcraçı tərəfindən müəyyən olunmuş qayda və tələblərin müddəaları, habelə bu Müqavilənin şərtləri tam və ya qismən pozulduqda (icra olunmadıqda) bu Müqaviləyə birtərəfli şəkildə xitam vermək;
kalibrlənmə fəaliyyətinə aid bütün sənəd və məlumatları, o cümlədən Xxxxxxxxxxxx təqdim etdiyi sənədlərdə və sertifikatlarda xxxx məlumatların təsdiqlənməsi, dəqiqləşdirilməsi və ya aydınlaşdırılması məqsədilə kalibrlənmə sertifikatının verilməsinə əsas olmuş bütün sənəd və məlumatları Sifarişçidən tələb etmək;
Sifarişçinin metroloji izlənilmə sahəsində fəaliyyətinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə və bununla bağlı tərtib edilən AzAK-ın “Metroloji izlənmə siyasəti”nə uyğun olaraq təşkil edilməsinə nəzarət etmək;
Sifarişçidən “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmiş ölçmə vasitələrinin tipinin təsdiq edilməsi ilə bağlı tələblərə riayət edilməsini tələb etmək;
Sifarişçi tərəfindən təqdim edilən sənədlərdə uyğunsuzluqlar aşkar edildikdə aradan qaldırılması üçün müddət müəyyən etməklə Sifarişçiyə yazılı bildiriş göndərmək.
İcraçının vəzifələri:
kalibrləmə fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti təsdiq edilmiş sahəyə standartlaşdırma üzrə normativ sənədlərin əlavə edilməsinə dair Sifarişçinin müraciətinə baxır və uyğundursa sahəyə əlavə edilməsi ilə bağlı müvafiq qərar qəbul etmək;
Sifarişçi tərəfindən təqdim edilmiş sənədlər və məlumatlar əsasında, eləcə də Sifarişçinin laboratoriyasının AZS İSO/İEC 17025-2020 standartının tələblərinə cavab verdiyi xxxxx xxx ölçmə vasitələrinin kalibrlənməsi işlərini yerinə yetirmək, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanını vurmaq hüququnu vermək.
İcraçı Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlara malikdir və digər vəzifələr daşıyır.
Tərəflər qarşılıqlı razılıq olmadan bu Müqavilədə nəzərdə tutulmuş hüquq və vəzifələrini üçüncü şəxsə ötürmək hüququna malik deyildir.
İcraçının personalı tərəfindən Sifarişçinin sahəsində (ərazisində) obyektdaxili-rejim qaydalarına və həmçinin SƏTƏM xxxxx və qaydalarına riayət edilməlidir.
Kalibrləmənin nəticələrinin rəsmiləşdirilməsi və kalibrlənmə nişanından istifadə qaydaları
Ölçmə vasitələrinin kalibrlənməsinin nəticələri ölçmə vasitələrinin xüsusiyyətləri nəzərə alınmaqla ölçmə vasitələrinin üzərinə vurulan kalibrlənmə nişanı və kalibrlənmə sertifikatları ilə, eləcə də istismar sənədlərində qeydiyyatlarla rəsmiləşdirilir.
Kalibrlənmə nişanından Sifarişçinin kalibrləmə fəaliyyətinin nəticələrinə əsasən verdiyi sertifikatlarda və digər sənədlərdə yalnız təsdiq edilmiş fəaliyyət sahəsi çərçivəsində və müqavilənin qüvvədə olduğu müddət ərzində istifadə oluna bilər.
Müqaviləyə xitam verildiyi hallarda kalibrlənmə nişanından istifadəyə yol verilmir.
Sifarişçi tərəfindən istifadə olunan kalibrlənmə nişanı bu nişanın texniki xarakteristikalarına uyğun olmalıdır. Nişanın təhrif edilməsi və ona hər hansı dəyişikliklər edilməsi yolverilməzdir.
Fors-major halları
Əgər fövqəladə vəziyyət (daşqın, zəlzələ, dövlət orqanları tərəfindən işlərin yerinə yetirilməsinə mane xxxx və ya qadağan edən aktın qəbulu) Tərəflərin bu Müqavilə üzrə vəzifələrinin tam və ya bir hissəsinin yerinə yetirilməsini mümkünsüz edərsə, onlar məsuliyyətdən azad olunurlar.
Bu Müqavilə üzrə vəzifələrin icra müddəti fövqəladə vəziyyətin və onun nəticələrinin davam etdiyi müddətə müvafiq olaraq təxirə salınır.
Fövqəladə vəziyyət yaranarsa, fövqəladə vəziyyətin yarandığı gündən 5 (beş) təqvim günü ərzində Tərəflərdən biri digərini yazılı şəkildə məlumatlandırmalıdır. Azərbaycan Respublikasında fövqəladə vəziyyətin baş verdiyini elan edən təşkilat və ya səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş müvafiq sənədlər (arayışlar, aktlar və s.) fövqəladə vəziyyətin baş verdiyini təsdiq edən sənədlərdir.
Fövqəladə vəziyyət barədə xəbərdarlıq etməmək və ya xəbərdarlığı vaxtında etməmək Tərəfləri bu Müqavilə üzrə vəzifələrin yerinə yetirilməməsinə görə nəzərdə tutulmuş məsuliyyətdən azad olunma səbəbi kimi fövqəladə vəziyyətlərə istinad etmək hüququndan məhrum edir.
Kommersiya sirri rejiminin müəyyən edilməsi
Müqavilənin şərtləri və icrası, Müqavilənin icrası üçün Tərəflər arasında aparılan yazışmalar və danışıqlar (o cümlədən, Müqavilənin bağlanması, dəyişikliklərin edilməsi və yaranmış mübahisələrin həlli məqsədilə aparılan danışıqlar), xidmət haqqı, Müqavilənin icrası məqsədi ilə hər hansı bir Tərəfin üçüncü şəxslərlə bağladığı müqavilələrin mətnləri, həmçinin Müqaviləyə əsasən göstəriləcək xidmətlərin və tərtib ediləcək sənədlərin məzmunu və mahiyyəti, habelə Sifarişçi barədə İcraçıya, İcraçı barədə Sifarişçiyə məlum xxxx digər hər hansı məlumat Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə uyğun olaraq kommersiya sirri hesab edilir və gizli saxlanılır. Kommersiya sirri təşkil edən məlumatlara, həmçinin kommersiya sirri hesab olunan sənədlər əsasında əldə edilmiş digər məlumatlar da aiddir.
Tərəflər 3 (üç) il müddətində kommersiya sirri təşkil edən məlumatların tam məxfiliyinin qorunması üzrə Azərbaycan Respublikasının qanunvericiliyinə və Müqaviləyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Kommersiya sirri təşkil edən məlumatların hər hansı üçüncü tərəfə açıqlanmasına yalnız Tərəflərin yazılı razılığı və ya Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi ilə dairəsi müəyyən edilən səlahiyyətli şəxslərin rəsmi sorğusu əsasında yol verilir. Məlumatı açıqlamalı xxxx Tərəf bu barədə digər Tərəfi 1 (bir) iş günü ərzində yazılı qaydada məlumatlandırmalıdır.
Tərəflər hazırkı Müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsində onların, işçilərinin və nümayəndələrinin Azərbaycan Respublikasının korrupsiyaya qarşı qanunvericiliyini, eləcə də korrupsiyaya qarşı və cinayətkarlıq yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) tətbiq edilən digər qanunların tələblərini pozan hər hansı hərəkətə və ya hərəkətsizliyə yol verməməsini təmin etməyi öhdəsinə götürür.
Bu öhdəlik hər hansı şəxslərə və təşkilatlara və ya hər hansı şəxslərdən və ya təşkilatlardan, o cümlədən hakimiyyət orqanları, rəsmi şəxslər, siyasi xadimlər, özəl təşkilatlar, onların nümayəndələrindən və s. istənilən formada, o cümlədən pul vəsaitləri, digər qiymətlilər, əmlak hüquqları, xidmətlər (işlər) və ya digər maddi və ya qeyri-maddi fayda formasında:
Birbaşa və ya dolayısı ilə, şəxsən və ya üçüncü tərəfin vasitəsi ilə rüşvətin təklif olunması, vəd edilməsi, verilməsi, verilməsinə vadar edilməsi, alınmasına razılıq verilməsi və ya alınması, eləcə də təklif olunmasında və ya alınmasında vasitəçi olmasına;
İnzibati, bürokratiya və digər rəsmiləşdirilmələrin həyata keçirilməsi üçün mövcud prosedurların sadələşdirilməsi ödənişlərinin aparılmasına, hökumət orqanları, hökumət rəsmiləri, siyasətçilər, özəl təşkilatlar, onların nümayəndələri də daxil olmaqla istənilən şəxs və ya təşkilat tərəfindən istənilən formada alınan və ya onlara verilən pul, qiymətli əşyalar, aktivlər, əmlak hüquqları, xidmətlər (işlər) və digər maddi və ya qeyri-maddi mənfəətlərinə şamil olunur.
Müqavilənin ləğv olunması
Bu Müqavilə aşağıdakı hallarda İcraçı tərəfindən birtərəfli qaydada ləğv olunur:
təqdim edilən və araşdırılan kalibrlənmə sertifikatlarında fəaliyyət sahəsindən kənar sertifikatların verilməsi aşkar edildikdə və həmin uyğunsuzluqların müəyyən olunmuş müddət ərzində Sifarişçi tərəfindən aradan qaldırılmadıqda;
Sifarişçi təşkilat ləğv olunduqda;
bu Müqavilənin şərtləri Sifarişçi və/və ya Xxxxxx tərəfindən tam və ya qismən pozulduqda (icra olunmadıqda);
“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun, bu sahəni tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının, kalibrləmə sahəsinə aid AZS İSO/İEC 17025-2020 standartın, İcraçı tərəfindən müəyyən olunmuş qayda və tələblərin müddəaları Sifarişçi və/və ya Xxxxxx tərəfindən pozulduqda.
Müqavilə Tərəflərin qarşılıqlı razılığı ilə ləğv edilə bilər.
Müqavilə ləğv edildikdə Sifarişçinin Laboratoriyası ölçmə vasitələrinin kalibrlənməsi işlərini aparmaq, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanı vurmaq hüququnu, habelə Müqaviləyə əlavədə təsdiq edilmiş fəaliyyət sahəsinə uyğun olaraq kalibrləmə fəaliyyəti ilə məşğul olmaq səlahiyyətini itirmiş hesab olunur.
Digər şərtlər
Müqavilə Tərəflər arasında imzalandığı gün qüvvəyə minir və akkreditasiya attestatının qüvvədə olma müddətində etibarlıdır və hüquqi qüvvəyə malikdir.
Müqavilə Azərbaycan dilində Tərəflərin hər biri üçün bir nüsxə olmaqla iki nüsxədə tərtib olunur və təsdiq olunmuş nüsxələrdən birinin İcraçıda, digərinin isə Sifarişçidə olması vacibdir.
Tərəflər bəyan edirlər ki, bu Müqavilə üzrə üzərilərinə götürdükləri öhdəliklərin icrası onların iradə ifadələrini əks etdirir və qanunvericiliklə müəyyən edilmiş qaydalarla ziddiyyət təşkil etmir.
Tərəflər bu Müqavilə üzrə yaranan mübahisə və fikir ayrılıqlarını danışıqlar yolu ilə aradan qaldıracaqlar, bu mümkün olmadıqda aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərlər.
Müqaviləyə dair sənədləri elektron poçt və ya faksla göndərmiş Tərəf, sonrakı 10 (on) təqvim günü ərzində müvafiq sənədin əslini digər Tərəfə göndərməlidir.
Müqaviləyə edilmiş bütün əlavə və dəyişikliklər yazılı şəkildə tərtib edilib hər iki Tərəfdən imzalandıqdan sonra hüquqi qüvvəyə minir.
Müqavilədə nəzərdə tutulmayan digər hallarda Tərəflər Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyini əsas götürürlər.
Tərəflərin məsuliyyəti
9.1. “Tərəf” öz təqsirli pozuntusu (təqsirli hərəkət/hərəkətsizlik) nəticəsində digər “Tərəfə” və/və ya üçüncü şəxslərə dəyən zərərə/ziyana görə özü məsuliyyət daşıyır və digər “Tərəfi” bununla bağlı məsuliyyətdən və iddialardan azad edir.
Tərəflərin rekvizitləri və imzaları
İcraçı: |
|
Sifarişçi: |
“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs
VÖEN: 1403750371 Xxxxx: Xxxx xxxxxx, Xxxxxxxxx xxxxxx Xxxxx Xxxxxxxx xxxxxx 0-ci köndələn Bank: “Beynəlxalq Bank” Abşeron filialı VÖEN: 9900001881 Kod: 805539 M/h: XX00XXXX00000000000000000000 H/h: XX00XXXX00000000000000000000 |
|
Uyğunluğu qiymətləndirən qurum
VÖEN: Ünvan: VÖEN KOD : M/h: H/h:
|
M.Y. __________________E.Xxxxxxxx |
|
M.Y.___(rəhbər şəxsin imzası)___A.S.A
|
|
|
|