Turizm Xidməti Üzrə Əməkdaşlıq Müqaviləsi № 001 ___.___.2025 « _____» Yanvar 2025 il Bir tərəfdə bundan sonra “Turoperator” adlanacaq, Direktor Fərman Əliyev Süleyman oğlu şəxsində, Nizamnamə əsasında və turoperator fəaliyyəti haqqında 23/02/2017-cı...
Turizm Xidməti Üzrə Əməkdaşlıq Müqaviləsi
№ 001
___.___.2025
« _____» Yanvar 2025 il
Bir tərəfdə bundan sonra “Turoperator” adlanacaq, Direktor
Xxxxxx Xxxxxx Xxxxxxxx xxxx şəxsində, Nizamnamə əsasında və
turoperator fəaliyyəti haqqında 23/02/2017-cı il tarixli,
1605167241
nömrəli VÖEN əsasında fəaliyyət göstərən, “Level Group
SS MMC” Məhdud Məsuliyyətli Cəmiyyəti və digər tərəfdə
bundan sonra “Turagent” adlanacaq, ________ __________Ata
adı_____________-in şəxsində, Aze Turizm əsasında fəaliyyət
göstərən, birlikdə Tərəflər adlandırılmaqla
aşağıdakılara dair bu Müqaviləni bağladılar:
Bu
Müqavilədə istifadə olunan termin və təriflər.
1.1. “Level Group SS MMC” –in “Turoperator” –u – turistik sahibkarlıq işi (turoperator fəaliyyəti) ilə məşğul xxxx, turistik məhsulun yaradılması, onun turizm agentlərinə və turistlərə çatdırılması üzrə, eləcə də Azərbaycan Respublikasının rezidenti olmayan şəxs (bundan sonra “turoperator”) tərəfindən yaradılan turistik məhsulun irəli sürülməsi və reallaşdırılması üzrə bu fəaliyyət növü üçün xxxxx xxxx şəxs;
1.2. “Turagent” - turoperator tərəfindən yaradılan, turizm məhsulunun irəli sürülməsi və reallaşdırılması üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul xxxx.
1.3. “Turistik məhsul” – turistin səyahət müddətində tələbatını ödəmək üçün kifayət edən turistik xidmətlərin məcmusudur. Turistik məhsul və ya onun bir hissəsi bilavasitə ondan istifadənin başlanğıc vaxtı yaradıla bilər və faktiki olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xxxx göndəriş məntəqəsində istifadəyə başlana bilər. Belə halda Müştərilərin bu məntəqəyə çatdırılmasının təşkili Turagentin və ya Müştərinin özünün öhdəliyi hesab olunur.
1.4. “Turizm xidmətləri” – turistin tələbatını ödəmək üçün ona səyahəti müddətində təqdim olunan zəruri xxxx xidmətlər və bu səyahətlə bağlı (yerləşdirmə, daşıma, qidalanma, ekskursiyalar, turizm təlimatçılarının, bələdçi (bələdçi-tərcüməçilərin) xidməti, və eləcə də səfərin məqsədindən asılı olaraq turistik xidmətin göstərilməsinə dair müqavilədə göstərilən digər xidmətlər aiddir.
1.5. “Turistik vauçer” – turun tərkibinə daxil xxxx xidmətlər və onlar üzrə ödənişlərin edilməsi faktına dair turistin hüququnu təsdiq edən sənəddir.
1.6. “Turagentin Müştərisi” və ya “Müştəri” və ya “Turist” - müalicə, tanışlıq, peşəkar-işgüzar, idman, dini və digər məqsədlər üçün müvəqqəti qalma ölkəsinə (yerinə) səfər edən, ödəniş fəaliyyəti ilə məşğul olmadan bu Müqaviləyə görə Turagentin sorğusu üzrə Turoperator tərəfindən yaradılmış turistik məhsulun istifadəçisi xxxx şəxsdir.
1.7. “Sorğu” – Turoperator tərəfindən Turagentə təqdim olunmuş istifadəçi adı və şifrədən istifadə etməklə online bronlama yolu ilə verilən, yaxud Turoperatorun xxxx@xxxxxxxxxx.xx elektron ünvanına göndərilən, Turoperatorun bronetmə sistemindən istifadə etmək imkanı verən, sorğunun verilmə tarixi və vaxtını, eləcə də Müştəri üçün zəruri xxxx turistik xidmətləri əks etdirən qəbzdir. Sorğu Turagentin sifarişini təsdiq edən rəsmi sənəddir.
1.8. “Turoperatorun saytı” – xxx.xxxxxxxxxx.xx
1.9. “Turistik məhsulların
tədarükçüsü” - Turistik məhsula daxil xxxx ayrı-ayrı
xidmətləri göstərən yerli və (və ya) xarici şirkətlər və
(və ya) şəxslər.
2. MÜQAVİLƏNİN PREDMETİ
2.1. Bu Müqaviləyə görə Turoperator yaradılan
Turistik məhsulları həm bütövlükdə, həm də ayrıayrılıqda
reallaşdırır, Turagent isə bu cür turistik məhsulları alır və
Müştərilərin bilavasitə istifadəsi üçün öz adından onların
sonrakı reallaşdırılmasını həyata keçirmək öhdəliyi
daşıyır. Turistik məhsulların yaradılması həm bilavasitə
Xxxxxxxxxxx tərəfindən, həm də onun tərəfindən cəlb olunmuş
(eləcə də Azərbaycan Respublikasının rezidenti olmayan) üçüncü
şəxslərin köməyi ilə həyata keçirilə bilər.
2.2. Xxxxxxxx öz adından hərəkət edir və tam şəxsi cavabdehlik və maliyyə sərbəstliyi şəraitində fəaliyyət göstərir. Xxxxxxxxxx Müştəri ilə apardığı sövdələşmələr görə Xxxxxxxxxx hüquq və öhdəlikləri meydana çıxır. Xxxxxxxxxx cavabdehliyi Turistik məhsulun bron edilməsi haqda Turagentin Turaperatora sorğunun təqdim edilməsi ilə başlayır.
2.3. Tərəflər zəmanət verirlər
ki, bu Müqavilə bağlanan anda və onun qüvvədə olduğu bütün
müddət boyu Azərbaycan Respublikasının Qanunvericiliyinə
müvafiq olaraq bütün zəruri icazə sənədlərinə
malikdirlər.
3. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
3.1. Turoperator borcludur ki:
3.1.1. Turagenti turistik məhsul (səfərin şərtləri, xidmət, yerləşdirmə, xidmətlərin göstərilməsi, qidalanma, müalicə proqramları, asudə vaxt və s., eləcə də bütün əlavə və dəyişikliklər haqqında) və eləcə də eletron-poçt və veb-saytın köməyi ilə onlara dair qiymət təklifləri haqqında məlumatla təmin etsin;
3.2. Turoperatorun hüquqları:
3.2.1. Turagent qarşısında öhdəliklərin yerinə yetirilməsi üçün zəruri xxxx məlumat və/və ya sənədlərin vaxtında təqdim olunmaması və/və ya ödənişin vaxtında və ya tam həyata keçirilməməsi və yaxud qismən həyata keçirilməsi səbəbindən turizm xidmətlərinin bron edilməsinin sıfırlanması.
3.2.2. Turoperator zəruri halda əvvəllər göstərilən oteli həmən və yaxud daha yüksək kateqoriyalı otellə dəyişmək hüququnu qoruyur.
3.2.3. Müstəsna hallarda təklif olunan xidmətlərin keyfiyyətini aşağı salmadan turların proqramında dəyişiklik etmək hüququna malikdir ki, bu zaman o, təxirə salmadan bu barədə Turagenti xəbərdar etməlidir.
3.2.4. Turagentin Azərbaycan
Respublikasının müəyyən olunmuş Qanunvericiliyinin tələblərinə
müvafiq olmaması halında, eləcə də Turagent tərəfindən bu
Müqavilənin şərtləri yerinə yetirilmədiyi, yaxud qismən
yerinə yetirildiyi halda Turoperator birtərəfli qaydada vaxtından
qabaq Müqaviləni ləğv etmək hüququna malikdir.
3.3.
Turagent borcludur ki:
3.3.1. Azərbaycan Respublikasının Qanunvericiliyinə müvafiq olaraq bu fəaliyyəti həyata keçirmək üçün zəruri səlahiyyətləri olduğu halda bu müqavilənin şərtləri əsasında öz fəaliyyətini həyata keçirir.
3.3.2. Turoperatorun turistik məhsulunun irəli sürülməsi və reallaşdırılmasını həyata keçirir.
3.3.3. xxx.xxxxxxxxxx.xx veb-saytı və elektron poçtu vasitəsi ilə Turoperatordan daxil xxxx informasiyanı izləyir sorğular üzrə ortaya çıxa bilən bütün dəyişiklikləri (uçuş/xxxx və s. Vaxtlarında dəytişikliyi) müşahidə edir və Müştəriyə bu dəyişikliklər barədə vaxtında məlumat verir.
3.3.4. Öz əməkdaşları sırasından sorğuların rəsmiləşdirilməsi, turistik məhsulun alınması üçün cavabdehlik daşıyan şəxsi seçir.
3.3.5. Elektron poçt vasitəsilə yaxud da məlumatların Turagentin gizli “loqin” və “şifrə” əsasında daxil ola bildiyi şəxsi elektron kabinetindən Turoperatorun onlayn bronlama sisteminə köçürülməsi yolu ilə elektron formada bronlama haqqında məlumatı vaxtında və tam həcmdə Turoperatora təqdim edir.
3.3.6. Turoperator tərəfindən müəyyən olunmuş hesaba əsasən bu Müqavilədə göstərilən şərtlər çərçivəsində alınmış turistik məhsulun dəyərini tam həcmdə Turagentin turistləri tərəfindən ödəmək.
3.3.7. Sərnişinləri gömrük prosedurlarından keçmək qaydaları ilə xxxxx etmək, Avia-nəqliyyat qaydaları və Turistin təhlükəsizlik şərtlərini əhatə edən və Turist tərəfindən uzaq xaricə səfərin həyata keçirilməsi zamanı digər davranış qaydalarını əks etdirən (tələb olunduğu halda gediş vizasının rəsmiləşdirilməsi; xarici pasport müddəti və eləcə də həddi-buluğa çatmamış uşaqların gedişi ilə bağlı sənədlər) Turist Təlimatının (yaddaş) tələblərinə müvafiq olaraq sərnişinlərə hava nəqliyyatı ilə daşınması qadağan edilən əşyalar və yüklər haqqında xəbərdarlıq etmək.
3.3.8. Turagentin sorğusuna əsasən sərnişinin daşınması və turistik məhsuldan istifadəsinə icazəni müəyyən edən və qüvvədə xxxx qanun və qaydalara riayət etmək (vizalar, pasportun qüvvədə qalma müddəti və bu Müqaviləyə əsasən öhdəliklərin yerinə yetirilməsinə əngəl törədən bütün digər şərtlər).
3.3.09. Turagentlə
Turoperator arasında bu Müqaviləyə əsasən bağlanmış sazişin
şərtlərinin üçüncü şəxslər tərəfindən pozulması
haqqında Turoperatoru xəbərdar etmək.
3.3.12.
Müştərini xəbərdar etmək:
3.3.12.1. Gedilən və qalınacaq ölkənin qanunvericiliyinə Müştəri tərəfindən ciddi riayət olunmasının təmin olunmasının zəruriliyi haqqında;
3.3.12.2. Müvəqqəti qalınacaq ölkəyə (yerə) gediş və orada qalma, eləcə də müvəqqəti qalınacaq ölkədən (yerdən) tranzit keçid ölkələrinə gediş qaydaları ilə (aeroporta vaxtında gəliş, ödənilmiş transferlər üzrə imtina və/və ya gecikmənin nəticələri, qeydiyyata və reysə xxxx üzrə vaxtında gəliş və s.).
3.3.12.3. Bu barədə ki, Müştəri maliyyə də daxil olmaqla qalacağı ölkənin ərazisinə səfərinin gedişində öz hərəkət və qərarları üçün müstəqil məsuliyyət daşıyır. O, həm də gedəcəyi ölkənin qanunvericiliyini pozmaq üzrə məsuliyyət daşıyır.
3.3.12.4. Bu barədə ki, Xxxxxxxx alternativ oteli təqdim etmək yəni bron edilmiş otelin qiyməti ilə eyni xxxx, yaxud da daha yüksək ulduz kateqoriyalı digər otellə dəyişməyi həyata keçirmək hüququnu qoruyur . Belə halda Müştəriyə hər hansı kompensasiyanın ödənilməsi nəzərdə tutulmur;
3.3.12.5. Müştəri tərəfindən əldə olunmuş Turistik məhsul (kompleks xidmətlər) gəliş üzrə otel nömrəsində yerləşməyi və eləcə də oteldən çıxmaqdan öncə bilavasitə nömrədən xaric olmağı nəzərdə tutur. Otel nömrəsinə yerləşmə vaxtı saat 14 : 00 dəq. – 16 :00 dəq. və nömrədən xaric olma vaxtı saat 11 : 00 –xxx – 12:00 –a qədərdir (qəbul edən otelin idarəçiliyindən asılı olaraq).
3.3.12.6. Bu barədə ki, Turistik xidmətlərin kompleksinə qiyməti qalınan gecələrin sayına əsasən hesablanan yerləşdirmə də daxildir. Müştərinin otelə giriş və çıxış günlərindən onun necə istifadə edib etməməsindən asılı olmayaraq Müştəri tərəfindən məhz bu vaxt üçün ödəniş edilir. Müştəri tərəfindən otel nömrəsi hesablanmış saatdan gec boşaldıldığı halda (hesablanmış saatdan tez vaxtda otelə daxil olunduğu kimi) otelin administrasiyası Müştərinin nömrədə hesablanmış vaxtdan tez və ya gec qalmanın faktiki müddətindən asılı olmayaraq Müştəridən xxx vaxt oteldə tam yaşayış sutkasının dəyəri məbləğində əlavə ödəniş tələb etmək hüququna malikdir.
3.3.12.7. Oteldən vasitəsiz yaxınlıqda istənilən vaxt tikinti, mühəndis işləri başlaya bilər, komunikasiya və avadanlıqlar yerləşdirilə və ya yerləşə bilər, mağazalar, restoranlar, diskotekalar, avto-dayanacaqlar, digər təşkilat və ya tədbirlər, işıq dirəkləri yerləşdirilə bilər və ya təşkil oluna bilər, piyada, avtomobil, dəmiryol xəttləri keçə bilər və bunun nəticəsində tez-tez arzuolunmaz səslər, vizual effektlər, qoxular, titrəmələr və s. meydana gələ bilər. Bu zaman qeyd olunan məfhumlar Müqavilə tərəfinin səlahiyyətləri çərçivəsinə daxil olmur və onlar bu hallara görə cavabdehlik daşımırlar;
3.3.12.8. Turoperator elə yerləşim kateqoriyalı yerdən və onların təqdim etdiyi xidmətlərdən istifadə edir ki, (ulduzlar və ya digər xarakteristikalar) onlar lazımi milli sertifikasiya orqanları tərəfindən və (və ya) bu cür xidmətlərin bilavasitə tədarükçüsü tərəfindən lisenziyalanması bəyan olunan yerləşim yeri kimi təsbit olumuşdur.
3.3.12.9. Turoperator Müştərinin pasport, valyuta və ya gömrük nəzarəti qaydalarının və eləcə də digər qaydaların pozulmasına görə onun sərhədçilər və gömrük əməkdaşları tərəfindən marşrutdan çıxarılması üçün heç bir məsuliyyət daşımır.
3.3.12.10. Turoperator Müştəri tərəfindən müstəqil surətdə üçüncü şəxslərdən sifariş edilmiş yaxud qalma ölkəsinin ərazisində göstərilən əlavə xidmətlərin keyfiyyətinə görə cavabdehlik daşımır. Müştərinin təşəbbüsü ilə Turistik məhsula daxil xxxx planlı xidmətlərin tələb olunmaması kompensasiya olunmur. Müştərinin qrupdan xxxx qalması və bununla xxxxx xxxx bütün xərclər onun hesabına aid edilir.
3.3.12.11. Turoperator Müştərilərin
sənədlərinin doğruluğu, həqiqiliyi və qüvvədə qalma müddəti
barədə; əmlakın (qiymətli əşyaların) və Müştərilərin
sənədlərinin qorunması; müvəqqəti qalma ölkəsində
göstərilən xidmətlərin Müştərinin subyektiv düşüncəsinə
müvafiq olmaması üçün heç bir məsuliyyət daşımır.
3.4.
Turagent bu hüquqlara malikdir:
3.4.1. Turistik məhsullar və eləcə də elektron poçt və xxx.xxxxxxxxxx.xx veb-saytının vasitəsi ilə onlar üzrə qiymət təklifləri haqqında məlumat almaq.
3.4.2. Turagentin elektron poçt və ya xxx.xxxxxxxxxx.xx veb-saytının vasitəsi ilə Turoperatora nəqliyyatçının otellərin bron edilməsi və satışı barədə sorğu göndərmək.
3.4.3. Qeyri-rezident Turoperatorların və Nəqliyyatçıların turistik məhsullarına əsasən Turistik məhsula görə elektron poçt və xxx.xxxxxxxxxx.xx veb-saytı vasitəsi ilə sorğu vermək (aviabiletlər, yaşayış, transferlər, qidalanma, turistlərin səyahət sığortalanması və s.).
3.4.4. Turoperatordan şəxsi individual şifrə və istifadəçi adını almaq.
4. SORĞULARIN VERİLMƏSİ
VƏ SORĞULARLA İŞ QAYDASI
4.1. Xxxxxxxx tərəfindən onlayn bronetmə sistemi vasitəsilə Turoperatora verilən məlumatlar Turagentin imza və möhürü ilə yazılı şəkildə göndərilən məlumatları ilə tutuşdurulur .
4.2. Turoperator onlayn bronlama sistemi ilə işləmək üçün bu Müqaviləni imzaladıqdan sonra Turagentə individual istifadəçi adı və şifrə təqdim edir. Turoperator tərəfindən qəbul olunmuş sorğunun izlənməsi onun daxil olduğu vaxtdan təsdiq olunan vaxta qədər.
4.3. Turagent onlayn bronlama sistemi ilə ona təqdim olunan istifadəçi adı və şifrənin məxfiliyinin qorunması üçün tam məsuliyyət daşıyır. Turagentin individual istifadəçi adının və şifrəsinin üçüncü şəxs tərəfindən əldə olunması halında və bu şəxslərin Turagent adından onlayn bronlama sisteminə daxil olması halında Turoperator Turagent və ya üçüncü şəxslər tərəfindən vurulan zərərə görə heç bir məsuliyyət daşımır.
4.4. Turagentin onlayn bronlama sistemində individual istifadəçi adı və şifrəsi dəyişdirildiyi təqdirdə Turagent müvafiq yazılı tələblə Turoperatora müraciət edir. Individual istifadəçi adının və şifrənin dəyişdirilməsi və yaxud blok edilməsi Turoperator tərəfindən müvafiq yazılı tələbin alınması anından etibarən bir iş günü müddətində həyata keçirilir.
4.5. Xxxxxxxx tərəfindən sorğunun tam ödənilməsindən sonra Turoperator Xxxxxxxx üçün aşağıdakı sənəd paketini verməyə borcludur: (otelə yerləşmə, qidalanma və transfer üzrə informasiyanın əks olunduğu) turistik vauçer, aviabilet, turist üçün yaddaş, sığorta polisi.
4.6. Pik tarixlər: 20
dekabrdan 10 yanvara (yeni il və milad), Novruz, dini bayramlar və
sərgilər, eləcə də Turoperator tərəfindən xüsusi ödəniş
məbləği qoyulan istənilən turistik məhsullar hesab olunur.
Ödəniş təsdiq tarixindən etibarən 48 saat müddətində həyata
keçirilir. Tərəflər təsdiq edirlər ki, əgər səfərin tarixi
bayram günlərinə təsadüf edirsə onda sorğu təsdiq olunma
günündən etibarən 15:00-dən gec olmayaraq səfərin tarixindən
asılı olaraq 24 saat müddətində ödənməlidir, əks halda sorğu
sıfırlanmış hesab olunacaq.
5. HESABLAŞMA
ŞƏRTLƏRİ VƏ QAYDALARI
5.1. Turistik məhsulun dəyəri və hesablama valyutası Turoperatorun kommersiya təklifi ilə və Turoperatorun veb-saytında yerləşdirilən informasiya ilə təyin olunur. Hesablaşma Turoperatorun hesabın qoyulması gününə görə onun kommersiya kursu üzrə manat ilə həyata keçirilir. Kurs Turoperator tərəfindən hər gün müəyyən olunur və Turoperatorun saytında yerləşdirilir. Hesabı Xxxxxxxx tərəfindən vaxtından gec ödənilməsi halında və ödəniş tarixində kursun Turoperator tərəfindən xxxxx istiqamətində dəyişməsi halında Turagent yaranan fərqi Turoperatora ödəməyə borcludur.
5.2. Aviabiletlər və /və ya turistik paket üzrə ödəmələr Turoperatorun veb-saytında yerləşdirilən komisiya şərtləri və qaydalarına müvafiq olaraq agent komisiyasını çıxmaqla Turagent tərəfindən həyata keçirilir. (komisiyanın məbləği təsbit edilmir və bron edilmiş tur, sezon və s.-dən asılı olaraq dəyişməklə, nəğd olmayan hesablarla edilir). Nəğd olmayan hesablar zamanı ödəniş pul vəsaitlərinin Turoperatorun bank hesabına daxil olması faktı ilə icra olunmuş hesab olunur.
5.3. Turoperator Xxxxxxxxxx sorğusunun təsdiq olunması günündən etibarən bir iş günü müddətində təsdiq olunmuş turistik məhsulun dəyəri üzrə ödəniş hesabını və onun tərkib hissəsini köçürür. Qoyulan hesab başqa cür razılaşdırılmadığı təqdirdə 1 (bir) iş günü müddətində qüvvədədir. Turoperator tərəfindən xüsusi şərtlər və ya qəti sıfırlanma müddətləri müəyyən olunduğu təqdirdə Turagent 1 (bir) təqvim günündən gec olmayaraq turun tam dəyərini onlar gəlib çatana qədər ödəməlidir. Ödəniş olmadığı təqdirdə Turoperator turun dəyərini böyük tərəfə dəyişə bilər və belə halda ödəniş üçün cavabdehlik bilavasitə Xxxxxxxxxx üzərinə düşür.
5.4. Turoperatorun ilkin təsdiqindən sonra sifariş şərtinin hər dəyişikliyindən sonra Xxxxxxxx təkrar sifarişlə bağlı Turoperator tərəfindən çəkilən bütün xərcləri ona ödəyir;
5.5. Turoperatora sifariş üzrə yazılı Ərizənin elektron şəkildə Turoperatora göndərilməsindən və halhazırki Ərizənin Turoperator tərəfindən alınmasından sonra Turagent (Turagentin Turisti) tərəfindən turizm məhsulundan imtina öhdəliklərin pozulması hesab edilir və Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyində nəzərdə tutulan məsuliyyəti daxil edir. Turagent (Turagentin Turisti) tərəfindən və ya turizm məhsulundan imtina halında Turagent Turoperatora hal-hazırki Müqavilənin 8-ci bölməsində nəzərdə tutulan məbləğdə cərimə ödəyir;
5.6. Turagentin günahı ucbatından hal-hazırki Müqavilənin icrası mümkün olmadığı halda Turoperatorun xidmətləri tam həcmdə Turagentin ödənişinə məruz qalır;
5.7. Xxxxxxxx turun başlanmasından 7 və daha az gündən əvvəl ərizə verdiyi halda ərizə Turoperatora hesabın verilməsi anından sonra 1 (bir) iş günü ərzində ödənilməlidir. Turun başlamasına qədər 1 (bir) gün ərzində və ya uçuş günündə verilən ərizə Turoperatora hesabın verilməsindən sonra dərhal ödənilməlidir. Ödənişin vaxtında həyata keçirilməməsi halında ərizə hal-hazırki Müqaviləyə uyğun olaraq ləğv edilməyə məruz qalır;
5.8. Turistdə giriş vizası,
pasport, azyaşlı uşağın yapışdırılma vərəqi, uşağın
xaricə aparılması üçün həyat yoldaşlarından birininn
notarial şəkildə təsdiq edilmiş razılığı və digər
sərhəd-gömrük qaydalarının olmamasına (fəaliyyətsizliyinə)
görə Turagentin turdan imtinası halında Turagent üçün
hal-hazırki Müqavilənin 8.2-ci bəndində nəzərdə tutulan
nəticələr başlayır. Səfirliyin turist vizası verməkdən
imtinası hal-hazırki Müqavilənin 8.2-ci bəndində göstərilən
cərimə sanksiyalarının ləğv edilməsi üçün əsas hesab
edilmir.
6. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
6.1. Hal-hazırki müqavilə üzrə götürülən öhdəliklərin pozulması və ya lazımı şəkildə icra edilməməsi halında Tərəflər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır;
6.2. Turagent turoperatora təqdim olunan məlumatların düzgünlüyünə məsuliyyət daşıyır. Həqiqətə uyğun gəlməyən məlumatlar, təhrif edilmiş, natamam məlumatların təqdim edilməsi və belə məlumatların vaxtında təqdim edilməməsi halında Turoperator Xxxxxxxxxx belə fəaliyyətindən (fəaliyyətsizliyindən) yaranan mənfi nəticələrə görə məsuliyyət daşımır;
6.3. Hal-hazırki Müqavilə üzrə müəyyən olunan ödəniş qaydası və müddətinin pozulması halında Turagent yubanmanın hər təqvim günü üçün yubanma məbləğinin 0,5% məbləğində Turoperatora cərimə ödəyir. Cərimə sanksiyalarının qoyulması ilə ödənişlər vaxtında ödənilmədiyi halda Turoperator ərizəni ləğv etmək hüququna malikdir.
6.4. Turoperator günahın olması ilə turun tərkibinə daxil xxxx xidmətlərin vaxtında və tam şəkildə göstərilməsinə görə məsuliyyət daşıyır. Turoperatorun Turagentdən asılı olmayan səbəblərə görə halhazırki Müqavilə üzrə əldə edilən vauçerlər üzrə turist xidmətlərinin göstərilməsindən imtina etməsi zamanı Turagent Turoperatordan zərərlərin ödənilməsini tələb etmək hüququna malikdir;
6.5. Turoperator gəldiyi ölkəsinin ərzisində kənar firmadan müstəqil şəkildə Turagent (Turagentin Turisti) tərəfindən sifariş verilən və ödənilən əlavə xidmətlərin (ekskursiyalar, transferlər, yaşayış şərtlərinin dəyişdirilməsi) keyfiyyəti və ödənişinə məsuliyyət daşımır;
6.6. Turoperator qarşısıalınmaz qüvvələrin fəaliyyəti nəticəsində səyahət zamanı və ya ona qədər Turagentin turistlərinə dəyən zərərlərə görə məsuliyyət daşımır. Tərəflərin iradəsi xaricində baş verən turizm xidmətləri üzrə müqavilənin icrası mümkün olmadıqda Tərəflərin müvafiq fəaliyyətlərinin bərpasını (fors-major vəziyyətləri) mümkünsüz edən təbii fəlakət (zəlzələ, daşqın, yanğın, vulkan püskürməsi və s.); nəqliyyatda tətil, istənilən xarakterli hərbi fəaliyyətlər; hal-hazırki Müqavilə üzrə öhdəliklərin icrasına mane xxxx Azərbaycan Respublikası və xarici dövlətlərin səlahiyyətli dövlət orqanlarının qərarı; Azərbaycan Respublikası və müvafiq xarici dövlətlərin miqrasiya siyasəti sahəsində qayda və prinsiplərin dəyişdirilməsi; vergi və digər məcburi ödənişlərin qəfil qalxması və sairə;
6.7. Əgər Turagentin Turisti ilə bağlı gəldiyi ölkənin hakimiyyətinin fəaliyyəti onların hüquqi qaydaları pozmasına və ya alkoqol və ya narkotik sərxoşluq vəziyyətində ətraf mühitin narahatlığına səbəb olarsa və ya digər ictimai asayiş qaydalarına pozarsa, narkotik maddə, silah və sairənin saxlanması, daşınması, yayılmasını törədərsə, belə fəaliyyətlərə məsuliyyət daşımır. Turistin gəldiyi ölkədən deportasiya edilməsi halında onun gəlməsi ilə bağlı bütün xərclər ödənilir və ya Turagent Turistin deportasiya proseduru ilə bağlı bütün xərcləri tam həcmdə Turoperatora ödəyir;
6.8. Turoperator gəldiyi ölkədə dəqiq təyinat yeri də daxil olmaqla Turagentin Turisti tərəfindən təqdim olunan məlumatların saxtalığına məsuliyyət daşımır, əgər Azərbaycan Respublikası və müvafiq xarici dövlətlərin miqrasiya siyasəti sahəsində Turistin ciddi şəkildə göstərilən təyinat yeri və ciddi şəkildə müəyyən olunan vaxtda gəlməsi nəzərdə tutularsa, bu tələbin pozulması məsuliyyəti Turagentin üzərinə düşür;
6.9. Turoperator Turagentin Turistinin əlavə xərc tələb edən xidmət şərtlərin (yaşayış şərtləri, ekskursiya proqramları, transfer və sairənin dəyişikliyi) hər hansı müstəqil dəyişikliyi eləcə də Turagentin Turistlərinin gəldiyi ölkədə müqavilə üzrə razılaşdırılan müştəri xidmətindən yüksək hesabdan ödənişə məsuliyyət daşımır;
6.10. Turoperator Turagentin (Turagentin Turistinin) Azərbaycan Respublikası və gəldiyi ölkənin Qanunvericiliyinə xxxx xxxx hərəkətinə görə məsuliyyət daşımır;
6.11. Aşağıdakılara görə
Tərəflər məsuliyyət daşımır: - bu məsələlərin yerinə
yetirilməsinə görə məsuliyyət daşıyan Turagentlik Turistin
məcburi ilkin təlimatlandırılması şərti ilə turist
səfərlərinin təşkili üçün Turist tərəfindən təqdim olunan
sənədlərin əsli, düzgünlüyü, qüvvədə olma müddətinə
görə, bu vəziyyətlə bağlı mümkün nəticələrə görə; -
baqajın saxlanmasına görə; - Turistin qiymətli əşyaları və
sənədlərinin saxlanmasına görə; - əlavə ödəniş əsasında
Turistə göstərilən xidmətlərin keyfiyyətinə görə; - bu
xidmətlər haqqında Turistin subyektiv təsvirinin xidmətlə uyğun
olmamasına görə.
7. MÜBAHISƏ VƏ
ANLAŞILMAZLIQLARIN HƏLL OLUNMASI
7.1. Bu Müqavilə üzrə Tərəflər arasında anlaşılmazlıqlar yarandıqda, Tərəflər bu məsələləri danışıqlar yolu ilə həll edəcəklər. Bu Müqavilədə mübahisələrin yazılı şikayət ərizəsi və şikayət ərizələrinə xxxx cavabların mübadiləsi yolu ilə həll olunur.
7.2. Xxxxxxxxxxx tərəfindən şikayət ərizəsi təqdim olunduqda, onun Turoperatoru tərəfindən Daşıyıcı və ya Partnyora gələcəkdə təqdim olunması üçün, müddət turun bitməsi anından 7 (yeddi) təqvim günündən artıq olmamalıdır. İddiaya əlavə edilir: Turistlə bağlanılan müqavilənin surəti və səhayət zamanı Xxxxxx tərəfindən çəkilən həqiqi ziyanı təsdiq edən sənədin surəti.
7.3. Anlaşılmazlıqlar danışıqlar
yolu ilə həll olunmadıqda, onlar Azərbaycan Respublikasının
dövlət məhkəmə orqanları tərəfindən həll olunacaq.
8.
CƏRİMƏ SANKSİYALARI
8.1. Turoperator bu Müqavilənin şərtlərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə, Turagent Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş şərtlər və qaydada bu Müqaviləyə vaxtından əvvəl xitam verə bilər.
8.2. Səhayətdən əvvəl Xxxxxxxxxx Turisti turdan, oteldən imtina etdikdə, Turagent Turoperator tərəfindən çəkilən bütün faktiki xərclərin əvəzini xxx xxx həcmdə ödəyir. Turoperator tərəfindən çəkilən faktiki xərclər ona Turoperator qeyri-rezident, Daşıyıcı tərəfindən irəli sürülən cərimələr.
8.3. Turagentin Turistinin günahı ucbatından bu Müqavilənin yerinə yetirilməsi mümkün olmadıqda, Turagent qanunvericilik aktlarında digər şərtlər nəzərdə tutulmadıqda Turoperatora aviabiletin, tam həcmdə turist məhsulun dəyərini ödəyir. Tərəflər təsdiq edir ki, Xxxxxxxxxxx öz vəzifələrini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə, məhkəmənin qərarı ilə və ya digər səlahiyyətli orqan tərəfindən Turoperatordan pul vəsaitlərini götürdüyü halda, Turoperatordan götürülən mənəvi ziyanın kompensasiyasının məbləği, cəza, cərimə (dövlət və Turistin xeyrinə), eyni zamanda könüllü qaydada Turistin tələblərinin ödənilməməsi ilə bağlı cərimələr daxil olmaqla Turagentlik tərəfindən tam həcmdə götürülür.
8.4. Tərəflərdən heç birinin məsuliyyət daşımayan hallara görə bu Müqavilənin yerinə yetirilməsi mümkün olmadıqda, qanunvericilik aktları və ya bu Müqavilə ilə digər şərtlər nəzərdə tutulmayıbsa Turagent Turoperatora faktiki çəkdiyi xərclərin əvəzini ödəyir.
8.5. Bu Müqavilənin şərtlərinə uyğun olaraq Turoperator tərəfindən Turagentin üzərinə qoyulan bütün cərimə, cəza, kompensasiyalar Turagentə Turoperator tərəfindən müvafiq hesabın təqdim edilməsi anından və ya cərimənin əsası və məbləği, cərimə və ya kompensasiyaların göstərilməsi ilə Turagentə Turoperator tərəfindən müvafiq yazılı tələbin təqdim edilməsi anından 3 (üç) iş günü ərzində Turoperatorun hesablaşma hesabına ödənilməlidir.
8.6. Bu müqavilə ilə müəyyən olunmuş bütün ödənişlərin bu Müqavilədə nəzərdə tutulmuş ödəniş müddətlərində gecikmələrə görə Turagent ödənişin gecikdirildiyi hər bir sutkaya görə Turoperatora ümumi borcun 0.5% miqdarında cəriməni ödəməyə borcludur. Ödəmə tarixi Turoperatorun hesablama hesabına ödənilməsi xxxxx xxxx bütün pul vəsaitlərinin köçürülməsi tarixi hesab olunur. Pul vəsaitləri Turoperatorun hesablama hesabına daxil olmalı olduğu sutkalardan sonrakı sutkalar bu Müqaviləyə müvafiq olaraq pul vəsaitlərinin Turoperatorun hesablama hesabına keçməsinə qədər ödənişi gecikən sutkalar hesab olunacaq.
8.7. Turagent bu Müqavilənin pozulması ilə əlaqədar və yaxud hər hansı ehtiyyatsız hərəkət, diqqətsizlik, qərəz və yaxud Xxxxxxxx tərəfindən onun səlahiyyətli şəxslərinin qeyri-düzgün təqdim olunması səbəbindən hər hansı üçüncü şəxsə və ya onun əmlakına dəyən zərər və xərclər nəticəsində Turoperatora dəyən zərərləri tam həcmdə ödəmək öhdəliyi daşıyır.
8.8. Turoperator tərəfindən xidmətlərin göstərilməməsi müvafiq xxxxx ödənişləri bu Müqavilənin 8.2., 8.4, 8.8. bəndləri nəzərə alınmaqla turistik məhsul ləğv olunduğu andan etibarən 30 (otuz) gündən gec olmayaraq Turagentə qaytarılmalıdır.
9. XÜSUSİ ŞƏRTLƏR
9.1. Otellər
turlar və digər turistik məhsullar əldə olunan zaman 100% (yüz
faizlik) ilkin ödəniş tələb olunur.
10. BU
MÜQAVİLƏNİN DƏYİŞDİRİLMƏSİ VƏ LƏĞV EDİLMƏSİ QAYDASI
10.1 Bu Müqavilə hər iki Tərəflə imzalandığı andan qüvvəyə minir və təqvim ili ərzində qüvvədədir. Tərəflərdən biri Müqavilənin qüvvəsinin bitməsinə qədər 30 (otuz) təqvim günü ərzində Müqavilənin ləğv edilməsi haqqında xəbər göndərmədiyi halda, bu Müqavilə hər növbəti il üçün uzadılır. Bu zaman Tərəflər uzadılmaların miqdarının məhdud olmaması barədə razılığa gəldilər.
10.2. Əgər bu Müqavilənin qüvvədə olması müddətinin bitməsinə qədər bu Müqavilə üzrə münasibətlər faktiki olaraq davam edirsə və Tərəflərdən heç biri dayandırılmasını tələb etmirsə, bu Müqavilənin qüvvəsi qeyri-müəyyən müddətə uzadılmış hesab olunur.
10.3. Bu Müqaviləyə daxil edilən dəyişiklik və əlavələr yazılı formada tərtib olunduqda və hər iki Tərəflərlə imzalandıqda həqiqi hesab olunur.
10.4. Turoperator bu Müqavilənin 3.2.5 y.b. qeyd olunan əsaslara görə bu Müqavilənin vaxtından əvvəl ləğv olunması niyyəti haqqında Turagentə vaxtında xəbər verməlidir.
10.5. Bu Müqavilənin 3.2.5 y.b. qeyd olunan əsaslara görə onun vaxtından əvvəl ləğv olunması tarixi Turoperator tərəfindən təyin edilir və Turagentə istənilən əlverişli vasitə ilə xəbər verilməlidir (telefon, elektron).
10.6. Bu Müqavilənin ləğv olunması və ya onun qüvvədə olma müddətinin bitməsi Tərəfləri əvvəl götürdükləri öhdəliklər üzrə tam qarşılıqlı hesablaşmaların aparılmasından azad etmir.
11. HESABDARLIQ
11.1. Yerinə yetirilən işlərin aktı alındıqdan 7 gün sonra xxxx müddətdə imzalanmadığı halda və turagent şikayət irəli sürmədiyi halda, xidmət yerinə yetirilmiş hesab olunur və yerinə yetirilmiş işlərdə şikayət yoxdur. Tərəflər kvartalda bir dəfə qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirir və hesablaşmaların yoxlanılması aktını imzalayırlar.
12. SON MÜDDƏALAR
12.1. Bu Müqavilə onun ayrılmaz hissəsi hesab olunan Əlavələri ilə və hər biri eyni hüquqi qüvvəyə malik olmaqla, Tərəflərdən hər biri üçün biri nəzərdə tutulmaqla Azərbaycan dilində iki nüsxədə tərtib olundu.
12.2. Mövcud Müqavilənin məzmunu ciddi şəkildə gizlidir və üçüncü tərəflərə açıqlanmasına icazə verilmir.
12.3. Tərəflər rekvizitlərinin, ünvanlarının dəyişdirilməsi tarixindən etibarən 5 (beş) təqvim günü ərzində yazılı şəkildə bir-birini xəbərdar etməyə borcludurlar.
12.4. Bu müqavilə ilə tənzimlənməyən bütün hallarda, tərəflər Azərbaycan Respublikasının mövcud Qanunvericiliyini rəhbər tutur.
13. Tərəflərin rekvizitləri
TUROPERATOR
|
Bank |
Bankın adı |
Azər-Türk Bank Müştəri Xidmətləri Mərkəzi |
Ünvan |
Bakı şəhəri, C.Xxxxxxxxxxxxxx xxx. 85; 192/193 |
Müxbir hesabı |
|
Müştəri adı |
9900006111 |
Hesab nömrəsi |
XX00XXXX00000000000000000000 |
SWIFT |
XXXXXX00XXX |
|
Hesab |
Müştəri adı |
LEVEL GROUP SS MMC |
VÖEN |
1605167241 |
Hesab nömrəsi |
XX00XXXX00000000000000000000 |
Hesab valyutası |
AZN |
Direktor: Xxxxxx X.S
İmza:
Möhür:
xxxx@xxxxxxxxxx.xx / x000000000000 / xxx.xxxxxxxxxx.xx
13. Tərəflərin rekvizitləri
TURAGENT
|
Bank |
Bankın adı |
|
Ünvan |
|
Vöen: |
|
Kod: |
|
M/h: |
|
H/h |
|
SWIFT: |
|
Müştəri adı |
|
VÖEN |
|
Hüquqi ünvan |
|
Hesab valyutası |
|
Direktor:
İmza:
Möhür: