QAYDALAR
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.03.2016-cı il tarixli 143 nömrəli əmri ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil xxxx ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə
QAYDALAR
1. Ümumi müddəalar
1.1. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil xxxx ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul Qaydaları” “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 19.01.2015-ci il tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Fəaliyyət Planına, “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”yə və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar Təhsil Nazirliyi (bundan sonra Nazirlik) sisteminə daxil xxxx ümumi təhsil müəssisələrində (ümumi və xxx xxxx məktəblərdə, ümumtəhsil internat məktəblərində və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylərdə) (bundan sonra - müəssisə) direktorların işə qəbulunu və yerdəyişməsini tənzimləyir, bu sahədə tabelik üzrə təhsili idarəetmə orqanlarının səlahiyyət və vəzifələrini müəyyən edir.
1.3. Müəssisələrdə direktor vəzifəsinə işə qəbul Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı Xxxxxxxx tərəfindən müəyyənləşdirilərək elan edilir. Mərkəzləşdirilmiş müsabiqədən uğurla keçən namizəd bir il müddətinə direktor vəzifəsinə təyin edilir. Həmin müddət başa çatdıqdan sonra bir illik fəaliyyət barədə hesabat Nazirliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxsin daimi əsaslarla işə təyin olunması barədə qərar verilir.
1.4. Müəssisələrdə müddətsiz müqavilə ilə işləyən direktorların bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi, həmçinin iş yerinin eyni rayon (şəhər) daxilində dəyişdirilməsi tabelik üzrə təhsili idarəetmə orqanlarının təqdimatı əsasında Nazirlik tərəfindən müsahibə yolu ilə həyata keçirilir.
1.5. “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçası”na uyğun olaraq direktor vəzifəsinə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili və azı 5 il pedaqoji stajı (təhsilin təşkili və idarə olunması ixtisası üzrə xxxx dərəcəsi və xxxx xxx olduqda 3 il) xxxx şəxslər namizədliklərini verə bilərlər.
1.6. Çalışmanın yaş həddinə çatmış direktorlarla əmək müqaviləsinin müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsi və Nazirliyin 15.07.2011- ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar (son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi. xxxx dərəcə və ya xxxx adının olması, dövlət təltifi ilə təltif edilməsi, attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olması, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması) gözlənilməklə Nazirlik tərəfindən tabelik üzrə təhsili idarəetmə orqanının təqdim etdiyi əsaslandırılmış rəy əsasında hər dəfə xxxx tədris ilinin sonuna kimi uzadıla bilər. Qeyd edilən meyarlar çərçivəsində çalışma müddətinin 5 ildən xxx uzadılmasına yol verilmir.
1.7. Çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin 5 ildən artıq müddətə uzadılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2011-ci il tarixli 180 nömrəli Qərarı ilə müəyyənləşdirilmiş meyarlar (Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilməsi, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməsi, işlədiyi sahə üzrə
xxxx dərəcəsinin və ya xxxx adının olması, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması, Dövlət mükafatı laureatı olması, 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilməsi) gözlənilməklə Nazirlik tərəfindən tabelik üzrə təhsili idarəetmə orqanının təqdim etdiyi əsaslandırılmış rəy əsasında hər dəfə xxxx tədris ilinin sonuna kimi uzadıla bilər.
1.8. Direktor vəzifəsinin müvəqqəti icrası yeni rəhbər təyin edilənədək tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən həmin müəssisənin direktor müavinlərinə, müəssisədə fəaliyyət göstərən nüfuzlu və səriştəli pedaqoji işçilərə, bunlar mümkün olmadıqda yerli təhsili idarəetmə orqanının əməkdaşlarına həvalə edilə bilər.
1.9. Məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslərin pedaqoji işdə çalışmasına və direktorların işə qəbulu üzrə müsabiqədə iştirakına icazə verilmir.
1.10. İnzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən kənarlaşdırılmış şəxslərin pedaqoji işə qaytarılması məsələsinə mövcud qanunvericilik və bu Qaydalar əsasında baxılır.
2. Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması
2.1. Təhsil Nazirliyi sisteminə daxil xxxx ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu şəffaflıq və obyektivlik təmin edilməklə mərkəzləşdirilmiş qaydada dörd mərhələdən (elektron ərizələrin qəbulu, göstəricilərin qiymətləndirilməsi, imtahan və müsahibə) ibarət olmaqla müsabiqə yolu ilə həyata keçirilir.
2.2. Müəssisələrdə mövcud xxxx vakansiyalar tabelik üzrə təhsili idarəetmə orqanları tərəfindən mütəmadi olaraq elektron sistemə yerləşdirilir. Vakansiya sistemə daxil edilən zaman müəssisənin ünvanı, müəllim sayı, sinif komplektlərinin sayı, müəssisənin rayon mərkəzindən xxxx məsafəsi və digər məlumatlar qeyd edilir. Toplanan vakansiyalar təhlil edilərək Nazirliyin saytında müsabiqə başlamazdan əvvəl elan edilir.
2.3. Qaydaların 1.4-cü bəndindəki tələblər gözlənilməklə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə könüllü əsaslarla 26 - 60 yaşlı şəxslər iştirak edə bilərlər.
2.4. “Ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları”nın əhatə etdiyi rayon və şəhərlərdə direktorların işə qəbulu üzrə müsabiqəyə yalnız bu kursları bitirərək “Uğur sertifikatı” əldə etmiş şəxslər müraciət edə bilərlər. “Uğur sertifikatı” xxxx şəxslər direktorların işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsindən (imtahan) azad edilərək, birbaşa dördüncü mərhələyə keçirlər.
2.5. Müsabiqənin birinci mərhələsində namizədlər daimi məskunlaşdıqları rayon (şəhər) üzrə elan olunan vakant direktor vəzifələrindən ən çoxu beş vakansiya seçə bilərlər. İştirakçının daimi məskunlaşdığı ünvan şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat ünvanından fərqli olduğu halda, namizəd tərəfindən yaşayış yeri üzrə arayışın təqdim edilməsi tələb edilir.
2.6. Müsabiqənin ikinci mərhələsində elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi vaxtı namizədin ərizədə qeyd etdiyi şəxsi məlumatlar, təhsil, iş təcrübəsi haqqında məlumatlar yoxlanılır və göstəricilərin qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılaraq, onun növbəti mərhələyə keçməsi barədə qərar qəbul edilir. Elektron ərizədə qeyd edilən məlumatların düzgünlüyünə görə müsabiqə iştirakçısı birbaşa məsuliyyət daşıyır.
2.7. Müsabiqənin üçüncü mərhələsində imtahanda namizədlərin əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi, maliyyə və statistika sahəsində xxxxx və bacarıqları test sualları vasitəsi ilə qiymətləndirilir. Nəticə imtahanın sonunda namizədə bildirilir.
2.8. Müsabiqənin üçüncü mərhələsi çərçivəsində iştirakçılardan konkret bir mövzu üzrə esse yazmaq tələb olunur. Esse verilən mövzuya uyğunluğu, Azərbaycan ədəbi dilinin orfoqrafik qaydalarına riayət edilməsi, yazının strukturu, əsas ideya və onun dəstəklənməsi, rəsmi yazı üslubundan düzgün istifadə, lüğət tərkibi, cümlələr arasında məntiqi əlaqə meyarları əsasında ekspertlər tərəfindən qiymətləndirilir.
2.9. Test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə yerləşdirilməsi sistem tərəfindən avtomatik rejimdə seçim ardıcıllığı gözlənilməklə aparılır.
Bir vakant yerə iki və daha artıq xxxxx eyni bal toplamış namizəd olduqda, onların elektron ərizəsindəki göstəriciləri araşdırılmaqla müvafiq qərar qəbul edir.
2.10. Müsabiqənin dördüncü mərhələsi - müsahibə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq qiymətləndirilir, həmçinin onların yazdığı esseyə verilən rəy nəzərə alınaraq iştirakçı barədə yekun qərar qəbul qəbul edilir.
2.11. Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işini - elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surətini müsabiqə komissiyasına təqdim edirlər.
2.12. Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki məlumatları düzgün doldurmadığı və ya müsahibə proqramının meyarlarına uyğun olmadığı müəyyən edilərsə, onun nəticələri ləğv edilir.
2.13. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir.
2.14. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.
3. Qaydaların pozulmasına görə məsuliyyət
3.1. Direktorların işə qəbulu üzrə müsabiqə ilə əlaqədar bu Qaydalara riayət edilməsi və kadrlarla iş sahəsində yol verilən nöqsanlara görə iştirakçılar, tabelik üzrə təhsili idarəetmə orqanları və müsabiqə komissiyalarının üzvləri qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.