HAVA NƏQLİYYATI VASİTƏLƏRİNİN SIĞORTASI QAYDALARI
HAVA NƏQLİYYATI VASİTƏLƏRİNİN SIĞORTASI QAYDALARI
BAKI – 2012
1. ƏSAS MÜDDƏALAR
1.1. Hazırki qaydalarla hava nəqliyyatı vasitələri kimi sərnişin və nəqliyyat təyyarələri və vertolyotları, xüsusi təyinatlı uçan aparatla və həmçinin, planerlər, deltaplanlar, dirijabllar və sairləri başa düşülür. Qaydaların mətnində hava nəqliyyat vasitələrinin bütün tipləri
«hava gəmiləri» adlandırılırlar.
1.2. «Meqa Sığorta» Açıq Səhmdar Cəmiyyəti (daha sonra Sığortaçı adlandırılacaq) hazırki Qaydaların şərtləri əsasında Azərbaycan hava gəmilərinin mülkiyyətçiləri və/və ya istismarçıları xxxx yerli və xarici hüquqi və fiziki şəxslərlə (daha sonra Sığortalı adlandırılacaq) müəyyən təsadüfi hadisələr – sığorta hadisələri baş verərkən onların əmlak mənafelərinin müdafiə edilməsi barədə sığorta müqavilələri bağlayır.
1.3. Sığorta obyekti Sığortalının hava gəmisinin xüsusi mülkiyyətdə saxlanılması, istifadəsi, onun barəsində sərəncam verilməsi ilə əlaqədər xxxx, Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan maraqlardır.
1.4. Sığortaçının hər hansı ödəniş edilməsi üzrə öhdəliklərinin yaranmasının əsas şərtləri uçuş – texniki və xidmət heyəti tərəfindən hava gəmisinin aeronaviqasiyası, texniki istismarı və ona xidmət göstərilməsinə xxxx tələblərin gözlənilməsi, və həmçinin, səlahiyyətli təşkilatların istənilən vəzifəli şəxslərinin hava gəmisinin təhlükəsiz istismarı və havada hərəkətin icra edilməsinə aid xxxx göstərişlərinin yerinə yetirilməsidir.
Sığortalı hər bir uçuşa istismar üçün yararlı xxxx xxx hava gəmisinin buraxılmasını təmin etməli, və həmçinin, sistematik olaraq hava gəmisinə aid xxxx və qüvvədə xxxx qaydalara görə tələb edilən bütün zəruri sənədləri hazırlamalı və Sığortaçının tələbi ilə bu sənədləri Sığortaçıya (Sığortaçının nümayəndəsinə) təqdim etməlidir.
1.5 Sığorta sinifi - Hava nəqliyyatı vasitələrinin sığortası.
2. ĠZAHLAR
«Hava gəmisinin qəza təmiri» - istismarın normal şərtləri üçün normativ – texniki sənədlərdə nəzərdə tutulmamış xarici təsirlərin (qəfil hadisənin) nəticəsində zədələndikdən sonra hava
gəmisinin aqreqat və ya tərkib hissələrinin sazlığının bərpa edilməsi üçün yerinə yetirilən plandan kənar təmir.
«Aqreqat» - hava gəmisinin tərkib hissəsidir, bilavasitə bu hissə üçün müəyyən edilmiş təmirlərarası resursa malikdir və bu hissə üçün ayrıca pasport və ya formulyar tərtib edilmişdir. Hava gəmisinin mühərriki bir aqreqat sayılır.
«Uçuş müddəti» - icra startı zamanı mühərrikin gücünün artırılmasının başlanmasından enmə zamanı qaçışın dayanmasına qədər xxxx vaxt müddətidir.
«İnkar» - obyektin işlək vəziyyətinin pozulmasından ibarət xxxx hissədir.
«Qəfil hadisə» - hava gəmisinin istismarı zamanı baş verən hadisə və ya elə şərtlərin təkrar yaranmasıdır ki, bunlar ziyanın vurulmasına (hava gəmisinə, xxxxxx, hüquqi şəxsə) gətirib çıxarır və ya hava gəmisinin normal idarə edilməsini qeyri – mümkün edir.
«Yerdə sürmə» - hava gəmisinin uçuş sahəsi üzrə öz mühərrikinin dartı qüvvəsi hesabına dayanacaqdan icra startına və ya qaçış başa çatdıqdan sonra dayanacağa daxil olmaq üçün hərəkətdir.
«Sığorta riski» - nəzərdə tutulan elə hadisədir ki, bu hadisə baş verdiyi hal üçün hava gəmisi sığorta edilir.
3. SIĞORTA RİSKLƏRİ VƏ SIĞORTA TƏMİNATI NÖVLƏRİ
3.1. Sığortaçı, nəticəsi hava gəmisinin məhv olması, xəbərsiz itməsi, hava gəmisinin itməsi və ya zədələnməsi xxxx gözlənilməz (təsadüfi) hadisənin Sığortalıya ziyan vurması riskini sığortalanma üçün qəbul edir.
Risklərin sığortalanması. İstismarın xxxxxx xxxxxxxx dövrləri üçün – uçuşda (A), yerdə sükanla idarə edərkən (V), və ya dayanacaqda olduqda, suda üzərkən (S), və həmçinin, bunların hər hansı kombinasiyası üçün icra edilir.
3.2. Sığortaçı, hazırkı Qaydalarda və qüvvədə xxxx qanunvericilikdə nəzərdə tutulmuş hadisələr istisna edilməklə, sığorta müqaviləsinin qüvvədə olma müddətində baş verən bütun sığorta halları üçün məsuliyyət daşıyır. Sığorta müqaviləsi iki və daha xxx xxxx gəmisinin sığortalanmasını nəzərdə tuta bilər, bu halda hazırkı Qaydaların müddəaları hər bir hava gəmisinə ayrı – ayrılıqda tətbiq edilir.
3.3. Standart sığorta əhatəsi ilə aşağıdakı 2.4 və 2.5 bəndlərində göstərilən uçuşlar istisna edilməklə, hava gəmisinin təyinatına müvafiq olaraq sərnişinlərin, yükün, baqajın və
poçtun daşınması üçün icazə verilmiş marşrutlarla hava gəmisinin uçuşu ilə əlaqədar xxxx hadisələr üzrə Sığortaçının məsuliyyəti müəyyən edilir. Bu sığorta əhatəsi, həmçinin, Sığortalı tərəfindən uçuş istismarı üzrə Rəhbərlik vəsaitinin (UİR) tələblərinin gözlənilməsi və Sığortaçının razılığının alınması şərti daxilində, hava gəmisinin zədələnməsindən sonra təmir müəssisəsinə aparılması və ya yerləşdiyi aerodroma sürülməsi hallarına da aid edilir.
3.4. Əlavə sığorta əhatəsi, hava gəmisinin xüsusi proqramlar üzrə, xüsusən: sınaq uçuşları, rekord əldə etmək üçün icra edilən uçuşlar, aviasiya texnikasının nümayişi, uçuş heyətinin öyrədilməsi, patrul vəzifələrinin yerinə yetirilməsi, yanğınlarla mübarizə, hava gəmisindən nəyinsə səpilməsi və digər yüksək riskə xxxxx xxxx proqramların yerinə yetirilməsi ilə əlaqədar xxxx hadisələr üzrə Sığortaçının məsuliyyətini müəyyən edir.
Əlavə sığorta əhatəsi əlavə sığorta haqqı hesabına təmin edilir və Şəhadətnaməyə buna müvafiq yazı əlavə edilir.
3.5. Sığortalamanın xüsusi şərtləri (əsas şərtlərə əlavə olaraq) müharibə, qaçırma və digər aviasiya təhlükələri (əsasnamə – AVN 48 B) risklərini və radiasiya və radioaktiv çirklənmənin təsiri risklərinin (əsasnamə AVN – 38A) sığorta əhatəsini nəzərdə tuturlar ki, bunlar hazırki Qaydalara əsasən və əlavə şərtlər üzrə sığortalama zamanı sığorta əhatəsinə aid edilən risklərin siyahısından xaric edilmişdir.
Hava gəmisinin sığortalanmasının xüsusi şərtləri Sığorta Müqaviləsinin xüsusi şərtlərinə daxil edilir və Sığortaçının informasiya təminatının xüsusi rejimi üzrə qüvvədə olur.
3.6. Konstruktiv və istehsal defektləri, heyətin səhvləri və digər səbəblər üzündən baş vermiş aviasiya mühərriklərinin və vertolyotlarının baş reduktorlarının, hava gəmilərinin digər aqreqatlarının daxili zədələnməsi halı üçün ziyanın sığortalanması sığortanın ayrı – ayrı şərtləri üzrə yerinə yetrilir və müstəqil müqavilə ilə rəsmiləşdirilir.
4. SIĞORTA ŞƏRTLƏRİ
4.1. Sığorta məbləğinin ölçüsü Xxxxxxxxx tərəfindən hava gəmisinin sığorta dəyəri – müqavilə bağlanan zaman onun həqiqi qiyməti əsasında muəyyən edilir. Nəzərdə tutulmuş resursun bir hissəsini işləmiş hava gəmisinin sığorta dəyəri yeni hava gəmisinin qiymətinin resursun işlənməmiş hissəsinə mütənasib xxxx hissəsi kimi hesablana bilər.
4.2. Sığorta müqaviləsində göstərilən sığorta məbləği sığorta müqaviləsinin qüvvədə olma müddəti ərzində baş vermiş bütün sığorta hadisələri üzrə əvəz kimi ödənilən məbləğin son həddini göstərir.
4.3. Hava gəmisinin məhvi, xəbərsiz xxxxx düşməsi, itməsi aşağıdakı vəziyyətlərdə sığorta halı kimi qəbul edilir:
a) baş vermiş hadisə nəticəsində hava gəmisi fiziki olaraq dağılmış və uçuş istismarı üçün tamamilə yararsız olmşdur (tam məhv olma) və ya bu gəminin qəza təmiri texniki cəhətdən məqsədəuyğun deyildir (konstruktiv məhv olma);
b) hava gəmisi plana uyğun olaraq sığorta müqaviləsinin qüvvədə olma müddətində havaya qalxdıqdan sonra təyinat məntəqəsinə gəlməmişdir və 60 gün ərzində onun axtarılması üzrə görülən tədbirlər nəticə verməmişdir və ya axtarışlar rəsmi olaraq bu müddətdən əvvəl kəsilmişdir;
c) hava gəmisinin itirilməsi bu gəminin çətin əldə edilə bilən və onun boşaldılması üçün yararsız xxxx yerə məcburi olaraq enməsi nəticisində baş vermişdir.
Qeyd: hava gəmisinin xəbərsiz xxxxx düşməsi zamanı və onun itrilməsi zamanı dəyən ziyan hava gəmisinin məhv olmasından dəyən ziyana bərabər tutulur.
4.4. Hava gəmisinin zədələnməsi – konstruksiyanın tamlığının pozulması və ya hava gəmisinin elementlərinin deformasiyası sığorta halı xxxx x xxxxx qəbul edilir ki, zədələnmə nəyinsə birdəfəlik təsiri nəticəsində baş versin və zədələnmə nəticəsində hava gəmisinin iş qabiliyyəti (uçuş yararlılığı) itirilmiş olsun.
İstisna: hazırkı qaydalar ilə aşağadakılar sığorta hadisəsinə aid edilmir və bu halda sığorta ödənişi verilmir:
a) işçi proseslər və müşaiyətedici faktorlarla (vibrasiya, küy, elektromaqnit maneələrlə və s.) əlaqədar xxxx möhkəmliyin azalması səbəbindən hava gəmisinin ayrı - ayrı aqreqatlarının sıradan çıxması, əgər bu cür zədələnmələrin və sıradan çıxmaların səbəbləri aqreqatların daxilində lokallaşdırılmışdırsa;
b) normal istismar şərtlərinin və toplanan və ya inkişaf edən xarakterli yüklərin (korroziya, yorulma çatları və layların yaranması) təsiri ilə əlaqədar olaraq hava gəmisinin konstruksiyası elementlərinin zədələnməsi;
c) mühərrikin kompressorunun pərlərinin, xarici örtük elementlərinin və hava gəmisinin digər aqreqatlarının yerli zədələnmələri (əzilmələr və deşilmələr), bir şərtlə ki, bunlar
hava gəmisi ilə baş verən qeydə alınmış konkret hadisə ilə əlaqədar deyildirlər və uçuşdan sonrakı baxış zamanı və ya hava gəmisində reqlament işlərinin aparılması xxxxxx xxxxx edilmişdir.
Baxılan maddəyə qeyd:
a) mühərrikin qaz – hava traktına kənar cisimlərin düşməsi nəticəsində kompressorun pərlərinin zədələnməsi, bu cür zədələnmə mühərrikin xxxx xxxxxx qeydə alınmış dayanmasının səbəbi olmuşdursa, sığorta halı kimi nəzərdən keçirilir;
b) əgər yuxarıda göstərilən (1), (2) və (3) maddələrində göstərilən səbəblər nəticəsində hava gəmisi məhv olarsa, və ya bu səbəblər ekstremal vəziyyət doğurarsa və nəticədə hava gəmisinin hər hansı zədələnməsi baş verərsə bu cür hadisə sığorta halı kimi nəzərdən keçrilir.
4.5. Sığorta hadisəsi baş verdikdə, Sığortaçı öz seçimi əsasında Sığortalıya dəyən ziyanın konpensasiya edilməsi üsulunu müəyyən edir, yəni:
a) sığorta əvəzini pul formasında ödəyir;
b) Sığortalıya əvəzləmə üçün zədələnmiş hava gəmisinə və ya aqreqata analoji olan hava gəmisi və ya aqreqat verir;
c) hava gəmisinin qəza təmirinin xərclərini ödəyir.
4.6. Hava gəmisinin zədələnməsi və məcburən enməsi halında avadanlığın demontajı, nəql etmə və təmir üzrə heç bir iş Sığortaçının icazəsi olmadan başlanmamalıdır, burada heyətin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi, hava gəmisinin daha da zədələnməsinin qarşısının alınması üçün zəruri xxxx xxxxxx, və ya müvafiq idarə orqanlarının qanuni əmr və göstərişlərinin yerinə yetrilməsi ilə əlaqədar xxxx xxxxxx istisna təşkil edir.
4.7. Hava gəmisinin uçuşda zədələnməsi ilə əlaqədar olaraq məcburən yerə enməsi halında Sığortaçı, Sığortalının xilasetmə işlərinə, bu gəminin təhlükəsizliyinin və saxlanılmasının təmin eilməsinə, hər hansı nəqliyyat vasitəsilə ən yaxın aerodroma köçürülməsinə zəruri olaraq çəkdiyi xəcləri sığorta məbləğinin 10% - nə qədər xxxx həcmdə ödəyir.
4.8. Sığortaçı, hava gəmisinin sığorta hadisəsindən əvvəlki texniki vəziyyətinə və dəstləşdirmə səviyyəsinə qədər bərpa edilməsi üçün zəruri xxxx həcmdə, Sığortalının hava gəmisinin təmirinə çəkdiyi xərcləri ödəyəcəkdir.
Əgər sığorta hadisəsi üzrə qəza təmiri hər hansı planlı tədbirlə (əsaslı təmir və ya texniki xidmət) üst – üstə düşürsə və ya birləşdirilirsə, xərclərin bu təmirin aparılan plan tədbirləri çərçivəsindən xaricə çıxan hissəsi üçün əvəz ödənilir.
4.9. Sığortaçı Sığortalının faktiki xərclərini ödəyir və ya hava gəmisinin qəza təmiri üzrə müqaviləyə uyğun olaraq xəclərin bir hissəsinin ödənilməsi üzrə təmir müəssisəsinə təminat verir, bu zaman Sığortaçı ilə digər şərt razılaşdırılmışdırsa:
a) hava gəmisinin qəza təmirinə çəkilən xərclər, onun təmirlərarası resursunun bərpa edilməsi ilə əlaqədar olmayan hissədə, tam həcmdə əvəz kimi ödənilir;
b) texniki sənədlərə görə müəyyən təmirlərarası resursa xxxxx xxxx aqreqatların əvəz edilməsi və ya təmirini çəkilən xərclər, bu aqreqatların təmirlərarası resurs həddi daxilində zədələnməsinə qədər işlənməmiş vaxta müvafiq olaraq əvəz kimi ödənilir;
c) nəqliyyat xərcləri – işçilərin, materialların və aqreqatların qəzaya uğramış hava gəmisinin yerləşdiyi yerə çatdırılmasının, hava gəmisinin hadisə yerindən baza aerodromuna uçmasının xərcləri o zaman ödənilir ki, onlar məqsədəuyğun olsunlar və ən qənaətcil yolla yerinə yetirilsinlər, və həmçinin 3.7 bəndində göstərilən xərc maddələri ilə birlikdə sığorta məbləğinin 10% hüdüdlarından kənara çıxmasınlar.
4.10. Sığorta ödənişinin ölçüsü. Əgər hava gəmisinin sığorta məbləği onun sığorta dəyərinə uyğundursa, resursun işlənməsi nəzərə alınmaqla, faktiki xərclər üzrə ödənilir.
4.11. Əgər sığorta məbləği hava gəmisinin sığorta dəyərindən azdırsa, Sığortalıya dəyən faktiki ziyan sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətə mütənasib xxxx hissəsi kimi müəyyən edilir. Bu zaman sığorta ödənişi «Hava gəmisinin dəyərində aqreqatların dəyərinin xüsusi çəkilərinin cədvəlində» müəyyən edilmiş ölçüdən artıq ola bilməz (cədvəl əlavə edilir).
4.12. Azadolmanın (şərtsiz) ölçüsü hər bir hava gəmisi üçün sığorta müqaviləsi ilə təyin edilir və bu zaman:
a) azadolmanın ölçüsündən artıq olmayan ziyan üçün əvəz ödənilməməlidir;
b) əgər Sığortaçı bir neçə sığorta hadisəsi üzrə ödəniş edirsə, azadolma hər bir hal üzrə ziyanın məbləğindən çıxılır;
c) hava gəmisi məhv olduqda, xəbərsiz xxxxx düşdükdə, itdikdə azadolma çıxılmır.
4.13. Hava gəmisi məhv olduqda və xəbərsiz xxxxx düşdükdə, Sığortaçı sığorta məbləği ölçüsündə sığorta ödənişi ödəyir və ya Sığortalıya əvəz etmək üçün digər hava gəmisi verir. Bu halda:
a) Sığortaçı kompensasiya kimi hesabdan silinmiş hava gəmisinin və onun istənilən aqreqatlarının, bütün qeydiyyat sənədləri və mülkiyyət hüququ sənədləri ilə birlikdə mülkiyyətçisi olmaq hüququnu əldə edir;
b) Sığortaçı tərəfindən əvəz etmək üçün təqdim edilən hava gəmisi eyni tipdən (modeldən) və eyni istehsaldan olmalıdır, əvəz edilən hava gəmisinin vəziyyətinə (planer və mühərriklərin resursu, digər istismar – texniki xarakteristikaları) xxxxx xxxx vəziyyətdə olmalıdır.
c) Əgər Sığortaçı siyahıdan silinmiş hava gəmisinin və ya onun aqreqatlarının mülkiyyətçısi olmaq barədə qərar qəbul etmirsə, Sığortalı birtərəfli qaydada, Sığortaçının xeyrinə, qəzaya uğramış hava gəmisindən imtina etmək hüququna malik deyildirsə, bu xxxxx xxxx gəmisi Sığortalının mülkiyyətində qalır.
5. ÜMUMİ İSTİSNALAR
5.1. Hava gəmisinin aşağıda göstərilən hallarda olduğu dövrdə hadisə baş verdikdə sığorta müqaviləsi öz qüvvəsini itirir və sığorta ödənişi icra edilmir:
a) qanunvericiliklə qadağan edilmiş məqsədlər üçün və ya müqavilədə göstərilmiş məqsədlərdən fərqli xxxx məqsədlər üçün istifadə edilir;
b) müqavilədə göstərilən coğrafi hüdudlar xaricində yerləşir və bu cür kənarlaşma hava gəmisinin qəzası və fors - major hadisələri ilə əlaqədar deyildir;
c) səlahiyyəti olmayan və/və ya buna hüququ olmayan şəxslər tərəfindən uçuşda idarə edilir və ya yerdə idarə olunur;
d) istənilən növ nəqliyyatla daşınır, burada sığorta hadisəsi nəticəsində zədələnmədən sonra daşınma istisna edilir;
e) həmin tipdən olan hava gəmisinin tələblərinə uyğun gəlməyən aerodroma (meydançaya) enir və ya oradan səmaya qalxır, bir şərtlə ki, bu zava gəmisinin qəzası və ya fors – major hadisəsi ilə əlaqədar deyildir;
f) həddən artıq yüklənmişdir – sərnişinlərin ümumi sayı baxılan gəmi üçün nəzərdə tutulmuş sərnişinlərin maksimal sayından çoxdur və/və ya yüklənmənin hədd normaları pozulmuşdur və ya hava gəmisinin mərkəzləşdirilməsi qaydası pozulmuşdur;
j) bilərəkdən nasaz halda səmaya qalxır, burada Uçuş istismarı üzrə Rəhbərliyin buna icazə verdiyi və Sığortaçı ilə razılaşdırılmış hal istisna edilir.
5.2. Standart və əlavə sığorta əhatələri aşağadakılar əsasında istisna edilən risklərin sığorta əhatəsini nəzərdə tutmur:
a) radiasiyanın və radioaktiv çirklənmənin təsirindən yaranan risklərin xaric edilməsi haqqında Əsasnamə – AVN. 38A (Əsasnamə əlavə edilir);
b) müharibə, qaçırma və digər aviasiya təhlükələri halında risklərin xaric edilməsi haqqında Əsasnamə – AVN. 48B (Əsasnamə əlavə edilir);
Qeyd: 5.2. bəndində göstərilən risklər əlavə mükafat hesabına xüsusi şərtlərlə sığorta edilə bilərlər.
6. SIĞORTA HAQQI VƏ ONUN VERİLMƏSİ QAYDASI
6.1. Sığorta haqları Sığortalı tərfindən Sığortaçıya sığorta müqaviləsi üzrə sonuncunun qəbul etdiyi öhdəliklər üçün ödədiyi pul məbləği deməkdir.
6.2. Sığorta haqqının ölçüsü Sığortalı tərəfindən qüvvədə xxxx tarif dərəcələri, müqavilənin qüvvədə olma müddəti və digər faktorlarla müvafiq olaraq seçdiyi sığorta şərtləri əsasında müəyyən edilir. Sığortaçı sığorta haqqının ölçüsünü müəyyən edir və Sığortalıya müvafiq məbləğdə hesab təqdim edir və ödəniş müddətini göstərir.
6.3. Sığorta haqqı Sığortalı tərəfindən sığorta müqaviləsinin qüvvədə olma müddətinin başlanmasına qədər tam və ya qismən ödənilməlidir, bu zaman ikinci və sonrakı sığorta ödənişləri müqavilədə göstərilmiş qrafik üzrə həyata keçirilməlidir.
Sığortalı tərəfindən birinci haqqın ödənilməsi faktı eyni zamanda sığorta müqaviləsinin bütün şərtləri ilə razılaşmaq deməkdir.
6.4. Sığortalı öz tərəfindən sığorta haqlarının ödənildiyini sübut edən sənədləri saxlamalı və onları Sığortaçının tələbi ilə təqdim etməlidir.
Əgər sığorta haqlarını Sığortalının tapşırıgı ilə başqa bir şəxs ödəyirsə, həmin şəxs bununla əlaqədar olaraq Sığorta müqaviləsi üzrə heç bir hüquq əldə etmir.
6.5. Müqavilənin Sığortaçının tələbi ilə xitam olunması halında, Sığortaçı Sığortalının sığorta haqlarını bütünlükdə qaytarır; əgər bu tələb Sığortalının sığorta qaydalarını yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını qaytarır.
Müqavilənin Sığortalının tələbi ilə xitam olunması halında, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta qaydalarını pozması ilə bağlıdırsa o, sığorta haqlarını Sığortalıya bütünlüklə qaytarır.
6.6. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 6.5-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
6.7. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, bu Qaydaların 6.5-ci bəndinin şərtləri nəzərə alınaraq, sığorta haqqı Sığortalı tərəfindən göndərilmiş yazılı bildiriş alındıqdan sonra 10 (on) iş günü ərzində qaytarılır.
7. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMASI QAYDASI, QÜVVƏDƏOLMA MÜDDƏTİ VƏ ONA XİTAM VERİLMƏSİ
7.1. Sığorta müqaviləsi Sığortalı və Sığortaçı arasındakı razılaşmadır və bu müqaviləyə görə Sığortaçı öhdəlik götürür ki, sığorta hadisəsi baş verdikdə sığorta ödənişi etsin, Sığortalı isə öhdəlik götürür ki, müəyyən edilmiş müddətlərdə sığorta haqlarını (mükafatı) ödəsin.
7.2. Müqavilə Sığortalının yazılı ərizəsi əsasında bağlanır. Bu ərizə Sığortaçının müəyyən etdiyi formada tərtib edilir və burada əsas məlumat kimi aşağıdakılar göstərilməlidir:
- Sığortalının adı və hüquqi unvanı;
- Sığorta edilən hava gəmisinin siyahısı, onların bort (qeydiyyat və zavod) nömrələri, buraxılış ili, və təyin edilmiş resursların işlənməsi;
- muhərrikin nömrələri və onlardan hər birinin işlənməmiş resursu;
- sığorta şərtləri (risklər, hər bir hava gəmisi üzrə sığorta məbləği və sığorta müddəti);
- uçuşların xarakteri və hava gəmisinin istismarının coğrafi rayonları;
- xxxxxx dərəcəsini müəyyən etmək üçün vacib əhəmiyyət kəsb edən digər məlumatlar.
Sığorta üçün ərizə hava gəmisinin mülkiyyətçisi xxxx müəssisənin rəhbərləri və ya onun müvafiq səlahiyyətlərə xxxxx xxxx nümayəndəsi tərəfindən imzalanmalıdır.
7.3. Sığorta müqaviləsi tərəflər arasında razılaşdırılmış istənilən müddətə bağlanır və sığorta Şəhadətnaməsinin verilməsi ilə təsdiq edilir. Bu Şəhadətnamə Sığortaçı
tərəfindən imzalanır, möhürlənir və Sığortalıya göndərilir. Sığorta üçün ərizə və sığorta haqqının (mükafatın) ödənilməsi üçün ödəniş tapşırığı, sığorta Şəhadətnaməsi və Sığortaçının hesabı hazırki qaydalarla birlikdə Sığorta Müqaviləsi sənədlərinin komplektini təşkil edir.
7.4. Müqavilə göstərilən tarixdən – Sığortalının yerli vaxtı ilə sıfır saatdan qüvvəyə minir, xxxxx qüvvəyə minmə vaxtı Sığortalı tərəfindən sığorta mükafatının birinci haqqının ödənildiyi tarixdən əvvəl ola bilməz və ödəniş tarixi kimi ödənişin Sığortaçının hesablaşma hesabına daxil olduğu gün qəbul edilir. Sığortaçının məsuliyyəti sığorta müqaviləsində göstərilən tarixə müvafiq olaraq Sığortalının yerli vaxtı ilə saat 24:00 – da başa çatır.
7.5. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə və sığorta hadisəsi baş verənə qədər Sığortalının hüququ vardır ki, öz qənaətinə görə Xxxxxxxxxx şəxsi təyin etsin, Xxxxxxxxxx şəxsi əvəz etsin və ya Xxxxxxxxxx şəxs haqqında şərti ləğv etsin.
Əgər hava gəmisi bir neçə şəxsin ümumi mülkiyyətinin predmetidirsə, bu halda bu cür şəxslər Faydalanan şəxs təyin edilə bilərlər, bu zaman Faydalanan şəxslər hava gəmisinə xxxx mülkiyyət hüququndakı öz paylarına müvafiq olaraq sığorta ödənişinin bir hissəsini (payı) əldə edirlər.
7.6. Müqaviləyə dəyişiklər və əlavələr onun qüvvədə olma müddəti ərzində yalnız tərəflərin razılığı ilə daxil edilə bilər və bunlar ikitərəfli sənədlərlə rəsmiləşdirilirlər.
Vəziyyətdə və ya risklərin təbiətində əhəmiyyətli dəyişiklik baş verdikdə, ödənişin möhlət müddəti uzadıldıqda, Sığortalı bu barədə Sığortaçıya dərhal məlumat verməlidir, və bu zaman Sığortaçı, birtərəfli qaydada, sığorta haqqının miqdarını artırmaq hüququna malikdir.
7.7. Sığorta haqqı möhlətlə ödənildikdə, Sığorta müqaviləsində göstərilmiş tarixə növbəti sığorta haqqının ödənişi Sığortaçının hesabına daxil olmasa, bu Müqavilənin təsiri həmin tarixdən başlayaraq növbəti ödənişin daxil olmasına qədər dayandırılır. Sığorta haqqı müəyyən edilmiş tarixdən 30 gün ərzində daxil olmadıqda, Sığortaçı sığorta müqaviləsini birtərəfli qaydada kəsə bilər.
7.8. Sığorta müqaviləsinin təsiri hava gəmisinin zədələnməsi halı üçün sığorta əvəzi ödənildikdən sonra həmin hava gəmisinin uçuşa yararlı olmasının müəyyən edildiyi tarixdən başlayaraq davam edir, xxxxx bu hava gəmisinə münasibətdə sığorta məbləği ödənişlərin məbləği qədər azalır.
7.9. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
a) müqavilənin qüvvədə olma müddətinin başa çatması və ya Sığortaçı tərəfindən müqavilə üzrə Sığortalı qarşısında xxxx bütün öhdəliklərin tam həcmdə yerinə yetirilməsi;
b) Sığortalı tərəfindən sığorta haqlarının müqavilədə müəyyən edilmiş müddətdə ödənilməməsi;
c) hüquqi şəxs xxxx Sığortalının ləğv edilməsi,və ya fiziki şəxs xxxx Sığortalının ölümü, sığorta haqqında Qanunda və hazırki qaydalarda nəzərdə tutulmuş hallar istisna edilməklə;
d) Sığortaçının, Azərbaycan Respublikasının qanunvericilik aktlarında müəyyən edilmiş qaydada ləğv edildiyi halda, əgər sığorta portfeli onun tərəfindən başqa bir Sığortaçıya verilməmişdirsə;
e) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda, məhkəmə sığorta müqaviləsinin qeyri – həqiqi olması barədə qərar çıxardıqda;
f) tərəflərdən birinin yazılı ərizə ilə təsdiq edilmiş tələbi ilə; bu zaman ərizə nəzərdə tutulmuş ləğv edilmə tarixindən 30 gündən az olmayan müddətdən əvvəl digər tərəfə göndərilməlidir.
j) qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.
8. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
8.1. Sığorta müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələri Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi ilə, hazırkı qaydalar və sığorta müqaviləsinin şərtləri ilə tənzim edilir.
8.2. Sığorta müqaviləsi üzrə hüquq və vəzifələr Sığortalı tərfindən tam və ya qismən üçüncü tərəfə verilə bilməz, burada Sığortalının yazılı formada təsdiq edilmiş razılığı olduğu hal istisna təşkil edir.
8.3. Sığortaçı, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortalı haqqında və onun əmlak vəziyyəti haqqında məlumatı yaymamağa borcludur.
8.4. Sığortalı aşağıdakıları etməyə borcludur:
a) Sığorta müqaviləsinin bütün şərtlərinin gözlənilməsi;
b) Sığorta müqaviləsi bağlanarkən, sığorta riskini qiymətləndirmək üçün əhəmiyyət kəsb edən və ona məlum xxxx təfərrüat barədə, və həmçinin, hər bir hava gəmisinə
münasibətdə bağlanmış və ya bağlanan bütün sığorta müqavilələri barədə Sığortaçıya məlumat vermək;
c) müqavilənin quvvədə olduğu müddətdə sığortalanmış əmlaka dəyən ziyanın qarşısını almaq və ya azaltmaq üçün bütun tədbirləri görmək;
d) sığorta haqqını vaxtında ödəmək.
8.5. Müqavilənin qüvvədə olduğu müddətdə Sığortaçı aşağıdakı hüquqlara malikdir:
a) Sığortalının verdiyi informasiyanın, və həmçinin, Sığortalı tərəfindən sığorta müqaviləsinin tələblərinin yerinə yetirilməsinin yoxlanması, səlahiyyətli orqanlara sorğu göndərilməsi;
b) Sığorta müqaviləsi qüvvəyə mindikdən sonra sığorta edilmiş hava gəmiləri ilə baş verən aviasiya hadisələri və qəfil halların tədqiqatında iştirak etmək, Sığortalı tərəfindən onların istismarı üzrə normativ – texniki sənədlərin tələblərinin gözlənilməsini yoxlamaq.
Sığorta hadisəsi baş verdikdə Tərəflərin qarşılıqlı fəaliyyəti
8.6. Hava gəmisi ilə sığorta hadisəsi kimi qiymətləndirilə bilən hər hansı hadisə baş verdikdə, Sığortalı aşağıdakıları etməyə borcludur:
a) baş verən hadisə haqqında Sığortaçıya dərhal məlumat vermək və növbəti üç gün müddətində yazılı məlumat göndərmək və burada hadisənin bütün məlum tərəflərini əks etdirmək;
b) zədələnmiş hava gəmisinə əlavə ziyan dəyməsinin qarşısını almaq, onun və uçuş informasiyasını qeydə xxxx cihazların qorunub saxlanması üçün tədbirlər görmək;
c) Sığortaçının, qanunvericiliyə müvafiq olaraq, ziyan üçün məsuliyyət daşıyan şəxslərə reqres tələb hüquqlarının təmin edilməsi üçün tədbirlər görmək;
d) xilasetmə işlərinin təşkili üzrə və bu bəndin (b) və (v) paraqraflarında göstərilmiş tədbirlərin təmin edilməsi məqsədilə hərəkətlər istisna edilməklə, Sığortaçının yazılı razılığı olmadan, baxılan sığorta hadisəsinə aid xxxx heç bir öhdəlik qəbul etməmək, öz məsuliyyətini boynuna almamaq, heç bir təklifi qəbul etməmək, heç bir ödəniş icra etməmək və ödənişə aid vədlər verməmək.
e) Sığortaçının nümayəndələrinin hadisənin təfərrüatının tədqiq edilməsində iştirakını təmin etmək və Sığortaçıya sığorta hadisəsinə aid xxxx bütün informasiyanı təqdim etmək.
8.7. Sığortalı istənilən halda, sığorta ödənişi üzrə qərardan asılı olmayaraq, Sığortaçını sistematik olaraq sığorta edilmiş hava gəmisi ilə əlaqədar xxxx istənilən aviasiya hadisəsinin və ya ciddi qəfil hadisənin tədqiqatının gedişi barədə məlumatlandırmalı və tədqiqat başa çatdıqdan sonra, təsdiq edilmiş rəyin (aktın) surətini Sığortaçıya təqdim etməlidir.
9. SIĞORTA ÖDƏNİŞİ VERİLMƏSİNİN QAYDA VƏ ŞƏRTLƏRİ
9.1. Sığortaçı sığorta müqaviləsi üzrə bu qaydaların Sığortalı tərəfindən yerinə yetirildiyi halda məsuliyyət daşıyır, xxxxx Sığortalı tərəfindən ayrı – ayrı maddələrin qeyri – iradi pozulmaları və bunların aşkar edildikdən sonra dərhal onun tərəfindən aradan qaldırılması Sığortaçını sığorta əvəzinin ödənilməsi üzrə öhdəliklərdən azad etmir.
9.2. Sığorta ödənişi Sığortaçı tərəfindən, Sığortalının sığorta ödənişinin verilməsi barədə ərizəsi və Sığortaçının tərtib etdiyi sığorta aktı (rəyi) əsasında icra edilir.
9.3. Sığortalı sığorta ödənişinin verilməsi üçün ərizə ilə birlikdə Sığortaçıya aşağıdakı sənədləri (əslini və ya təsdiq edilmiş surətlərini) təqdim etməlidir:
a) sığorta halının təfərruatına, onun səbəblərinə, ziyanın ölçülərinə aid xxxx sənədlər (bu cür sənədlərə texniki baxış aktı, komissiyanın rəyi və s. aid edilə bilər);
b) Sığortalının (Xxxxxxxxxx şəxsin) sığorta marağının olmasını təsdiq edən sənədlər – məhz, onun hava gəmisinə xxxx mülkiyyət hüququnu təsdiq edən və ya bu gəminin məhv olması və ya zədələnməsi xxxxxxx xxxx mülkiyyətçi qarşısında məsuliyyətin ölçüsünü müəyyən edən sənədlər;
c) hava gəmisinin zədələnməsi halında – təmir planı və qəza təmiri üçün xərclər smetası;
d) hava gəmisinin bazar dəyəri üzrə rəy və Sığortaçının sorğusu ilə digər sənədlər.
9.4. Sığorta aktı sığorta ödənişinin miqdarını əsaslandırmaq və hesablamaq üçün zəruri xxxx xxx sənədlər toplusu Sığortaçıya verildikdən sonra bir ay müddətində tərtib edilir və təsdiq edilir. Əgər Sığortaçı Sığortalının verdiyi məlumatın məxsusi tədqiqatını aparırsa, bu halda sığorta aktı bu tədqiqat başa çatdıqdan sonra, xxxxx sığorta halı üzrə sənədlər dəsti Sığortalıdan alındıqdan sonra 3 aydan gec olmayaraq təsdiq edilir.
9.5. Sığortaçı, əgər ödəniş hava gəmisinin məhvi üzrə icra edilirsə, sığorta aktı təsdiq edildikdən sonra 30 gün müddətində sığorta ödənişini həyata keçirir;
Ödəniş hava gəmisinin zədələnməsi üzrə icra edildikdə isə, tərəflər arasında başqa bir razılıq əldə edilməmişdirsə, 15 təqvim günü ərzində həyata keçirilir.
9.6. Əgər Sığortalı bir neçə Sığortaçı ilə hava gəmisinin sığortası üzrə müqavilələr bağlamışdırsa (ikiqat sığorta), bu halda Sığortaçı sığorta ödənişini elə bir ölçüdə verəcəkdir ki, bu məbləğ ödənilməli xxxx ziyanın bu Sığortalı tərəfindən göstərilən hava gəmisinin sığortası üzrə bağlanmış bütün müqavilələrin ümumi məbləğində onunla bağlanmış müqavilənin sığorta məbləğinin təşkil etdiyi paya müvafiq xxxx hissəsini aşmayacaqdır.
10. SIĞORTA ÖDƏNİŞİ VERMƏKDƏN İMTİNA HALLARI VƏ YA ONUN AZALDILMASI
10.1. Sığortaçının hüququ vardır ki, hazırkı Qaydaların «İstisnalar» bölməsində göstərilmiş hallarda və həmçinin, aşağıdakı hallarda sığorta ödənişindən imtina etsin:
a) Sığortalının (Xxxxxxxxxx şəxsin) sığorta hadisəsinin yaranmasına yönəldilmiş niyyətli hərəkətləri;
b) Sığortalı (Faydalanan şəxs) tərəfindən sığorta hadisəsi ilə birbaşa səbəbiyyət əlaqəsində xxxx cinayətin törədilməsi;
c) uçuş və ya texniki heyət tərfindən Uçuş istismarı üzrə Rəhbərliyin və ya digər rəhbər sənədlərinin tələblərinin pozulması, əgər bu pozulma sığorta hadisəsinin səbəbi olmuşsa;
d) Sığortalı tərəfindən Sığortaçıya sığorta obyekti və ziyanın ölçüləri barədə bilərəkdən yalan məlumatların verilməsi.
e) Qanunvericiliklə nəzərdə tutulmuş digər hallar.
10.2. Əgər Sığortalı, Sığortaçı tərəfindən əvəzi ödənilən ziyan üçün qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyan şəxslərə qarşı Sığortaçının tələblərinə aid xxxx subroqasiya tələb hüquqlarının təmin edilməsi üçün tədbirlər görmürsə, Sığortalı bu cür tələb hüququnun ölçüsünə bərabər xxxx hissə üzrə sığorta ödənişin alınması hüququnu itirir.
10.3. Əgər Sığortalı zədələnmiş hava gəmisinin (onun zədələnməmiş aqreqatlarının) saxlanmasını təmin etmək üçün tədbirlər görmürsə, və bu ziyanın artmasına gətirib çıxarmışdırsa, bu halda Sığortaçının hüququ vardır ki, sığorta ödənişinin məbləğini bu əlavə ziyanın məbləği qədər azaltsın.
10.4. Əgər qanuna görə və ya hazırki Qaydalara görə Sığortalını sığorta ödənişi almaq hüququndan məhrum edən təfərruat aşkar edilərsə, Sığortalı aldığı sığorta ödənişi məbləğini Sığortaçıya qaytarmalıdır.
10.5. Sığorta müqaviləsindən irəli gələn mübahisələrə, tərəflər arasında razılaşmanın əldə edilmədiyi halda, mövcud qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında baxılır.
11. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
11.1. Sığorta müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib edilib və tərəflərlə lazımi qaydada yerinə yetirilməlidir.
11.2. Sığorta müqaviləsi üzrə tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq digər tərəfə vurduğu ziyanın əvəzini ödəməlidir.
11.3. Sığorta müqaviləsinə əsasən tərəflərdən heç biri o biri tərəfin yazılı razılığı olmadığı halda öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil.
12. ƏRİZƏ FORMASI
12.1. Sığorta müqaviləsi Sığortalı (Sığorta olunan) tərəfindən doldurulmuş Ərizə Forması əsasında bağlanılır və sığorta müqaviləsinin ayrılmaz hissəsi sayılır.
12.2. Sığorta müqaviləsinin bağlanmasından sonra Sığortalı (Sığorta olunan) tərəfindən sığorta hadisəsinin baş verməsi ehtimalının qiymətləndirilməsi üzrə vacib məlumatı Sığortaçıya yanlış və ya təhrif olunmuş şəkildə təqdim olunması aşkarlanarsa, və sığorta müddəti ərzində barəsində yanlış və ya təhrif olunmuş məlumatlar verilən hallar ilə əlaqədar xxxx
sığorta hadisəsi baş verərsə, belə faktlar sığorta ödənişinin verilməsindən imtina edilməsinə və müqavilənin etibarsız hesab edilməsinə gətirə bilər.
13. MƏLUMAT VƏ XƏBƏRDARLIQLARIN ÇATDIRILMASI
Müqavilə tərəfləri bir birinə yolladığı bildiriş və xəbərdarlıqlara dair aşağıdakı tələblərə riayət etməlidir:
a) müqaviləyə müvafiq olaraq göndərilən hər hansı məlumat, bildiriş, xəbərdarlıq və ya razılıq yazılı şəkildə tərtib olunmalı və şəxsən, qabaqcadan ödənilmiş poçt və ya kuryer
(çatdırma barədə bildiriş ilə), xxxx və ya teleks vasitəsi ilə müqavilədə göstərilmiş ünvanlara göndərilməlidir.
b) Tərəflərin ünvanları və/və ya rekvizitləri dəyişdiyi halda onlar bir birinə bu barədə əvvəlcədən məlumat göndərməlidirlər. Əgər sığorta müqaviləsi üzrə tərəf digər tərəfin ünvan və ya rekvizitlərinin dəyişməsi barədə məlumatlandırılmayıbsa, keçmiş ünvana göndərilən bütün bildiriş və xəbərdarlıqlar keçmiş ünvana çatdırıldığı andan qəbul olunmuş hesab olunurlar.
14. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ
Sığorta müqaviləsi ilə bağlı bütün məsələlər, o cümlədən tərəflər arasında yaranan fikir ayrılığı və mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu ilə nəticə əldə edilməzsə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll olunmalıdır.
ƏLAVƏLƏR
Əlavə 1. Xxxxx, çirklənmənin və digər təhlükələrin təsirinin xaric edilməsi barədə Əsasnamə (AVN.46B).
Əlavə 2. Radiyasiya və radioaktiv çirılənmənin təsirindən yaranan risklərin xaric edilməsi barədə Əsasnamə (AVN 38A).
Əlavə 3. Müharibə, qaçırma və digər aviasiya təhlükələri risklərinin xaric edilməsi barədə Əsasnamə (AVN 48B).
ƏLAVƏ 1.
Xxxxx, çirklənmənin və digər təhlükələrin təsirinin xaric edilməsi barədə Əsasnamə (AVN 46B).
Aşağıdaki təsirlər nəticəsində birbaşa və ya dolayı yolla törənmiş və ya yaranmış ziyanlar üzrə sığorta ödənişləri icra edilmirlər:
a) küyün (insan qulağının eşitdiyi və ya eşitmədiyi), vibrasiyanın, akustik uğultunun və/və ya buna bənzər digər təzahürlərin təsiri;
b) istənilən çirklənmələrin və zəhərlənmələrin;
v) elektrik və ya elektromaqnit maneələrin təsiri;
q) mülkiyyətə dəyən ziyan (təyyarənin idarəsindəki nasazlıqlardan yaranmış xxxx partlayış, toqquşma və ya uçuşda qəza vəziyyəti nəticəsində yaranmış xxxx və ya baş vermiş ziyan istisna edilməklə).
Sığortaçı tərəfindən aşağıdakilar üzrə tədqiqat aparılmasına və onlardan müdafiə olunmağa ehtiyac yoxdur:
a) 1-ci bənd üzrə itkilərlə əlaqədar xxxx iddialar, və ya
b) 1-ci bənd üzrə itkilər üzrə iddialarla birlikdə cəm halda baxılan iddia və ya iddialar (bax aşağıda
«Qarışıq risklər»).
Sığortaçı Qarışıq risklərə münasibətdə (sübut edilmiş itki və məsuliyyət limitinə müvafiq olaraq) qismən aşağıdakı bəndlər üzrə Sığortalıya ödənişlər edir;
a) Sığortalıya əvəz ödəmək üçün müəyyən edilmiş ziyanlar;
b) Sığortalıya çatmalı xxxx qonorarlar və müdafiə üzrə xərclər.
Burada göstərilən heç bir şey «Radiasiya və radioktiv çirklənnmənin təsirinin xaric edilməsi haqqında əsasnaməyə» və qaydalara xxxx digər əlavələrə aid edilmir.
ƏLAVƏ 2.
Radiasiya və radioaktiv çirklənmənin təsirindən yaranan risklərin xaric edilməsi barədə Əsasnamə ( AVN 38A).
Aşağıdakı hallar sığorta hadisələrinə aid edilmir və onlar üzrə sığorta ödənişi verilmir:
a) ionlaşdırıcı radiasiyanın və ya radioaktiv çirlənmənin birbaşa və ya dolayı yolla təsiri nəticəsində sağlamlığa (bədən xəsarəti, ölümcül və ya digər yaralanma) və ya əmlaka dəyən hər hansı ziyan;
b) əgər hər hansı məsuliyyət birbaşa və ya dolayı yolla ionlaşdırıcı radiasiyanının və radioaktiv çirklənmənin təsirindən yaranmışdırsa.
Yalnız aşağıdakı şərtlər daxilində hər hansı radioaktiv materialın İATA qaydalarına muvafiq olaraq daşınması zamanı ionlaşdırıcı radiasiya və ya radioaktiv çirklənmə nəticəsində birbaşa və ya dolayı yolla yaranan və ya bunun nəticəsi xxxx xxxxx, dağılma, xərclər və ya hüquqi məsuliyyət üçün sığorta ödənişi verilir (bu əsasnamənin 1-ci bəndinin təsir dairəsi məhdudlaşdırılır):
a) Sığortaçının məsuliyyətinin qabaqcadan müəyyən edilmiş şərti vardır, və hər hansı radioaktiv materialın daşınması İATA-nın onların hava yolu ilə daşınmasına aid xxxx mövcud qaydalarına tam müvafiq olacaqdır;
b) Sığortalıya hər hansı iddia (ziyan üzrə) təqdim edilmişdir və bu iddia müqavilənin qüvvədə olduğu müddətdə baş verən hər hansı qəza və ya bədbəxt hadisənin nəticəsidir və Sığortalının hər hansı bu cür iddiası, Sığortaçıya qarşı və ya Sığortalıya qarşı iddia irəli sürən şəxsə qarşı, iddiaya səbəb xxxx qəfil hadisədən sonrakı üç il ərzində qaldırılmışdır;
v) radioaktiv çirklənmənin hava ilə təhlükəli yüklərin təhlükəsiz daşınması üzrə İKAO-nun texniki təlimatlarında müəyyən edilmiş maksimal buraxıla bilən səviyyədən çoxdur;
q) bu bənd üzrə sığorta müdafiəsi 7 gün əvvəl bildiriş vermiş xxxx Xxxxxxxxx tərəfindən istənilən zaman kəsilə bilər.
ƏLAVƏ 3.
Müharibə, qaçırma və digər aviasiya təhlükələri risklərinin xaric edilməsi barədə Əsasnamə (AVN. 48B).
Aşağıdakı səbəblərdən yaranmış itkilər üzrə sığorta ödənişi verilmir:
a) müharibə, müdaxilə, xarici düşmənlərin hərəkətləri, döyüş əməliyyatları (müharibənin elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibələri, qiyamlar, inqilablar, üsyanlar, hərbi vəziyyət və ya qanunsuz yolla ələ keçirmək cəhdləri;
b) atom və ya nüvə və/və ya termonüvə və ya digər bənzər reaksiyalar və ya radioaktiv qüvvələr və ya materiallar istifadə edilməklə istənilən döyüş silahının istənilən partlayışı;
v) tətillər, hərc-mərclik, vətəndaş itaətsizliyi və ya istehsal qayda – qanunlarının pozulması;
q) bir və ya bir neçə nəfərin hər hansı hərəkətləri (onların öz adlarından çıxış etməsi və ya hər hansı dövləti təmsil etməsindən, siyasi və ya terrorçu motivlərlə törədilən hadisə olmasından, bu əməllərdən törənən itki və ziyanların təsadüfi və ya qərəzli olmasından asılı olmayaraq);
d) istənilən hədə-qorxu, sabotaj və ya diversiya aktları;
e) konfiskasiya, milliləşdirmə, həbs qoyulması, azadlıqdan məhrum etmə, mənimsəmə, mülkiyyət hüququ ilə və ya istifadə üçün və ya hər hansı mülki, hərbi və ya faktiki idarə edən hökümətin, və ya ictimai və ya yerli hakimiyyətin sərəncamı üzrə rekvizisiya;
j) gəminin bortunda, Xxxxxxxxx tərəfindən dəstəklənməyən bir şəxsin və ya bir qrup şəxsin törətdiyi qaçırma və ya hər hansı qeyri – qanuni ələ keçirmə və ya xxxx xxxxxx hava gəmisi və ya
ekipaj üzərində zorakı nəzarət (o cümlədən, bu cür ələ keçirmə və ya nəzarətin istənilən cəhdi).
Bundan əlavə, yuxarıda göstərilən təhlükələrdən birinin nəticəsində hava gəmisi Sığortalının nəzarətindən xaricdə yerləşdiyi zaman yaranan ziyanlar üçün ödəniş verilmir. Hava gəmisi Sığortalının sığorta müqaviləsinin coğrafi hüdudlarının xaricində olmayan aerodromuna müvəffəqiyyətlə və uçuşlar üçün tam yararlı qayıtdıqda hava gəmisi Sığortalının nəzarəti altına qayıtmış hesab ediləcəkdir (müvəffəqiyyətli qayıdış kimi helə bir xxx xxxx düşülür ki, hava gəmisi söndürülmüş mühərriklərlə dayanacaqda dayanmışdır və üçüncü şəxslər tərəfindən bunu etmək üçün heç bir zorakı məcbur etmə hərəkəti edilmir).
“Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti
Hava nəqliyyatı vasitələrinin sığortası üzrə tarif dərəcələrinin hesablanması və iqtisadi əsaslandırılması
Bu sığorta növü üzrə tarif dərəcələri Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Şöbəsinin hazırladığı «Həyat və qeyri həyat sığortası sahələri üzrə sığorta tariflərinin hesablanması haqqında metodikalar» əsasında hesablanmışdır. Bu sığorta növü üzrə tarif dərəcələri yuxandakı hər bir təminat üzrə ayrıca hesablanmışdır.
Hava nəqliyyatı vasitəsinin sığortası üzrə tarif dərəcələrinin hesablanması
Bu komponent üzrə hesabat üçün məlum düsturlara daxil xxxx kəmiyyətlərin aşağıdakı qiymətləri götürülmüşdür:
gözlənilən müqavilələrin sayı n = 10;
- bir müqavilə üzrə xxxx sığorta məbləği S = 80000 manat;
- xxxx sığorta ödənişi Sö = 20000 manat;
sığorta hadisəsinin baş vermə ehtimalı q = 0,040; -Y = 0,9 və a(Y) = 1.3
Bu komponent üzrə netto dərəcənin əsas hissəsi Tl, əs = 100 x 20000 x 0,04 / 80000 = 1,00 manat. Risk üstəliyi isə
Tl, r= 1,2 x 1,00 x 1,3 x kök 1 - 0,04 /10 x 0,04 = 2,42 manat olar.
Bu komponent üzrə ümumi netto dərəcə
Tl, n= Tl, əs + Tl, r = 1,00 + 2,42 = 3,42 manat təşkil edər.
Tərif dərəcəsinin strukturu: 80% netto dərəcə, 15% işlərin aparılması xərci, 2% qarşısıalınma tədbirləri üçün, 3% mənfəət.
Bu komponent üzrə brutto dərəcə üçün məlum Tl, b= Tl, n/( 1-f) düsturundan (f- yüklənmə, və burada f = 20%) istifadə etməklə Tl, b = 5,28 manat alırıq.
Bu, hər yüz manat sığorta məbləği üçün brutto sığorta haqqım təşkil edir. istifadə etməklə Tl, b = 5,28 manat alırıq.
Bu, hər yüz manat sığorta məbləği üçün brutto sığorta haqqı təşkil edir.