TERMİNLƏR VƏ IZAHLAR
KREDİT MÜQAVİLƏSİ ÜZRƏ BORCALANLARIN İŞ YERLƏRİNİ MƏCBURİİTİRMƏLƏRİNİN SIĞORTALANMASI QAYDALARI
TERMİNLƏR VƏ IZAHLAR
Gözləmə müddəti – Sığorta olunanın daimi (əsas) iş yerindən azad edilməsi (ixtisara salınması) tarixindən başlayan Sığorta müddəti ərzindəki vaxt aralığı. Sığorta Müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, bu müddət 3 (üç) ay müəyyən edilir. Sığorta olunanın gözləmə müddətində məruz qaldığı itkilər Sığortaçı tərəfindən ödənilmir. Gözləmə müddəti başa çatdıqdan sonra, Sığortaolunanın Gözləmə müddətinin başa çatdığı tarixə işsiz qalması (sığorta riski üzrə iş yerinin Məcburi itirilməsi) şərtilə, Sığortaçı Sığorta ödənişini həyata keçirməyə başlayır.
Xxxxxxxxxx şəxs – xeyrinə sığorta Müqaviləsi bağlanmış və Sığorta ödənişi almaq hüququna malik və Sığortaolunanın razılığı ilə təyin edilən şəxs;
Sığorta hadisəsinin başlanma tarixi – Sığorta olunan şəxsin işdən azad edildiyi tarix;
Sığorta müqaviləsinin bağlanma tarixi – Sığorta haqqının (ilk hissəsinin) ödənilməsi
şərtilə, Sığorta müqaviləsinin imzalanma tarixi;
Sığorta Müqaviləsi – Sığorta olunanın iş yerlərini məcburi itirmələrinin sığortalanması şərtlərini müəyyən edən, kredit müqaviləsi üzrə borcalanların iş yerlərini məcburi itirmələrinin Sığortalanması Qaydalarını (bundan sonra – Sığorta Qaydaları) özündə birləşdirən Sığortaçı və Sığortalı arasında bağlanmış iş yerinin məcburi itirilməsinin sığortalanması müqaviləsi(ləri);
Sığorta olunan şəxs – onunla bağlı Sığorta müqaviləsi bağlanmış, Kredit müqaviləsini bağlayan əmək qabiliyyətli fiziki şəxs;
Sığorta tələbi – sığorta hadisəsi baş verdikdə Sığortalının, Sığorta olunanın və ya Xxxxxxxxxx şəxsin Sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;
Kredit müqaviləsi – xxxx qaytarılmaq, müəyyən müddətdə faizləri ödənilmək şərti ilə, təminatlı və ya təminatsız müəyyən məbləğdə əmək qabiliyyətli fiziki şəxsə borc pul vəsaitinin verilməsinə dair yazılı razılaşmadır;
Sığorta təminatından istisna müddəti – Sığorta təminatının başlanması tarixindən sonrakı müddət. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, bu müddət 3 (üç) ay müəyyən edilir. Sığorta təminatından istisna müddəti ərzində baş verən hadisə Sığorta hadisəsi hesab olunmur.
Sığorta təminatının bərpası müddəti – iş yerinin məcburi itirilməsi riski üzrə sığorta ödənişinin həyata keçirilməsindən sonrakı vaxt müddəti, bu müddət ərzində Sığortaçı sözügedən risklər üzrə sığorta halı əlamətlərinə malik hadisələri sığorta hadisəsi hesab etmir. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, bu müddət 6 (altı) ay müəyyən edilir.
Sığorta müddəti – Sığorta Müqaviləsi ilə müəyyən edilən, Sığorta halının Sığorta hadisəsi hesab edilə biləcək vaxt müddəti;
Sığortalı – Sığortaçı ilə Sığorta müqaviləsi bağlayan şəxs;
Sığorta ödənişi – Sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin Sığorta müqaviləsinə uyğun olaraq Sığortaçı tərəfindən Faydalanan şəxsə ödənilən maliyyə kompensasiyasıdır;
Sığorta haqqı – risklərin qəbul edilməsi və bölüşdürülməsi müqabilində Sığortalının Sığorta müqaviləsində müəyyən edilən müddət və qayda çərçivəsində Sığortaçıya ödəməli olduğu ödəniş;
Sığorta məbləği – Sığortalanmış risklər üzrə Sığortaçının öhdəliyinin son həddidir;
Sığorta halı (sığorta riski) – baş verdiyi təqdirdə sığortanın tətbiq edildiyi xxxxx edilən hadisə;
Sığorta şəhadətnaməsi – müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən sığortalıyla sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd;
Sığorta hadisəsi – qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilən hadisə və ya yaranan hal;
Sığorta tarifi – sığorta haqqının hesablanmasında istifadə edilən və sığorta müddəti üçün müəyyən edilən Sığorta müqaviləsinin imzalanma tarixinə sığorta məbləğinin faiz dərəcəsi;
Sığortaçı – “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş, 07 mart 2012-ci il tarixli, 000600 xxxxx lisenziya).
Maddə 1. ÜMUMİ MÜDDƏALAR
1.1. Hazırkı Sığorta Qaydalarına əsasən Sığortaçı Sığortalı ilə Sığorta müqaviləsi bağlanan vaxta, müvafiq kredit təşkilatı ilə kredit müqaviləsi bağlamış əmək qabiliyyətli fiziki şəxslərə münasibətdə sığorta müqaviləsi(ləri) bağlayır.
1.2. Hazırkı Sığorta Qaydalarına uyğun olaraq bağlanmış sığorta Müqaviləsi üzrə Sığortaçı “Sığorta hadisələrinə” dair 2-ci bölmədə qeyd edilən Sığorta hadisəsi baş verən zaman Sığorta müqaviləsi ilə şərtləndirilən Sığorta ödənişini hazırkı sığorta Qaydalarında nəzərdə tutulan qayda və şərtlər üzrə həyata keçirməyi öhdəsinə götürür.
1.3. Sığorta müqaviləsi hazırkı Sığorta Qaydaları əsasında o halda bağlamış hesab edilir ki, sığorta müqaviləsində onun tətbiqinə birbaşa istinad olsun və sığorta müqaviləsinə əlavə edilsin, yaxud sığorta müqaviləsi bağlanan zaman və ya əvvəl Sığortaolunana təqdim edilmiş olsun. Sığorta Qaydaları sığorta Müqaviləsinin ayrılmaz tərkib hissəsidir, Sığortalı və Sığortaçı tərəfindən yerinə yetirilmələri məcburidir.
1.4. Sığorta obyekti Sığorta müqaviləsinin və hazırkı Qaydaların şərtlərinə uyğun olaraq Qaydalarda nəzərdə tutulan hallarda iş yerini itirməsi (əmək müqaviləsinin ləğvi/xitamı) nəticəsində daimi gəlirin əldə edilməməsi (itirilməsi) ilə bağlı Sığorta olunanın Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan əmlak maraqlarıdır.
1.5. Hazırkı sığorta Qaydaları üzrə sığorta Müqaviləsi bağlanan an 18 yaşından aşağı şəxslər, 63 yaşından yuxarı kişilər və Sığorta Müqaviləsi bağlanan tarixə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş pensiya yaşının müvafiq həddindən yuxarı qadınlar, Sığorta müqaviləsi bağlandığı anda işə qəbul olmaq üçün sınaqdan keçən şəxslər, əmək pensiyası xxxx və ya almaq hüququ xxxx, Sığorta Müqaviləsi bağlanan an işləməyən şəxslər, və Sığorta Müqaviləsi bağlanan an səhhəti ilə bağlı işləməyən şəxslər və ya Sığorta Müqaviləsi bağlanan an ödənişsiz məzuniyyətdə xxxx şəxslərlə bağlı risklərə sığorta təminatı verilmir. Bu cür şəxs Sığorta müqaviləsində Sığorta olunan qismində göstərildiyi təqdirdə, Sığortalının sığorta müqaviləsində həmin şəxsi sığorta olunan şəxs kimi göstərməsi səbəblərindən asılı olmayaraq, onunla baş
vermiş hadisələr sığorta hadisəsi hesab edilmir, bununla yanaşı Sığorta müqaviləsi, belə halın Tərəflərin razılığı ilə Sığortaçıya məlum olduğu tarixdən etibarsız hesab edilir və Sığorta müqaviləsi üzrə ödənilmiş sığorta haqqı işlərin aparılması xərcləri çıxılmaqla tam şəkildə xxxx ödənilir.
1.6. Sığorta Müqaviləsi bağlayan zaman Sığortalı Sığorta müqaviləsinin ayrılmaz hissəsi hesab olunan hazırkı Sığorta Qaydalarının bir nüsxəsini alır.
1.7. Sığorta müqaviləsi bağlandıqdan sonra Sığortalı hazırkı Sığorta Qaydalarının ”Sığorta məbləği.Sığorta haqqı” bölməsində nəzərdə tutulan qaydada Sığortaçıya sığorta haqqını ödəyir.
Maddə 2. SIĞORTA SİNİFİ
2.1. Bu Qaydalara əsasən təqdim olunan sığorta məhsulu sığorta obyektinə görə əmlak sığortasına aid xxxx kreditlərin sığorta sinifonə aiddir.
Maddə 3. SIĞORTA RİSKLƏRİ. SIĞORTA HADİSƏLƏRİ
3.1. Sığorta hadisəsi hazırkı Sığorta Qaydalarının 4-cü bölməsində (“İstisnalar”) nəzərdə tutulan hallar istisna olmaqla, Sığorta olunanın sığorta müddəti ərzində aşağıdakı əsaslarla məcburi şəkildə iş yerini itirməsi (bundan sonra – “Sığortalı tərəfindən iş yerinin məcburi itirilməsi”) hesab olunur:
− müəssisənin ləğv edilməsi ilə əlaqədar işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi);
− müəssisənin işçilərinin sayı və ya ştatlarının ixtisar edilməsi ilə əlaqədar işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsi (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi);
− müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63- cü maddəsinin ikinci hissəsində göstərilən işçilər) işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “ç” yarımbəndi);
− qanunvericilikdə daha artıq müddət göstərilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı xxxxx xxx müddətə tam itirilməsi ilə əlaqədar işçinin əmək funksiyasını yerinə yetirə bilməməsi səbəbindən əmək müqaviləsinə xitam verilməsi (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-cibəndinin “c” yarımbəndi).
Maddə 4. SIĞORTA MƏBLƏĞİ. SIĞORTA HAQQI.
4.1. Sığorta məbləği Sığortaçı və Sığortalının razılığı ilə müəyyən edilir və Sığorta müqaviləsində göstərilir.
4.2. Sığorta haqqı bütün sığorta müddəti üçün hesablanır və Sığorta müqaviləsində göstərilməklə, birdəfəlik ödənilir.
4.3. Sığorta haqqının hesablanması zamanı Sığorta xxxxx xxxxx məbləğdə yuvarlaqlaşdırılır.
4.4. Sığorta Müqaviləsi üzrə Sığorta haqqı Sığorta müqaviləsi bağlandığı tarixdən 15 (on beş) gün ərzində Sığortaçıya ödənilir.
4.5. Sığorta Müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, hazırkı Sığorta Qaydalarının və Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq işlərin aparılması xərcləri çıxılmaqla, Sığorta müqaviləsinin qurtarmamış müddəti üçün Sığortalı tərəfindən ödənilmiş sığorta xxxxx xxxx qaytarılır, xxxxx Sığortalı və Sığortaçı bu barədə Sığorta müqaviləsinə əlavə razılaşmada göstərməklə başqa cür razılığa gələ bilərlər.
4.6. Sığorta müqaviləsi üzrə Sığorta məbləği və Sığorta haqqı xarici valyutada (ABŞ dolları, Avro) göstərildiyi təqdirdə, Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, Sığorta haqqı Sığortalı tərəfindən sığorta haqqının ödənildiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi valyuta məzənnəsinə uyğun olaraq azərbaycan manatı ilə həyata keçirilir.
Maddə 5. İSTİSNALAR
5.1. Sığorta Qaydalarının 3.1-ci bəndində göstərilən hadisələr aşağıdakı səbəblər nəticəsində baş verərsə, Sığorta hadisəsi hesab olunmur:
5.1.1. Sığortalının, Sığorta olunanın və ya Xxxxxxxxxx şəxsin qəsdən törətdikləri əməllər;
5.1.2. Müharibə, müdaxilə, xarici ordunun hərbi əməliyyatı, silahlı qarşıdurma, digər analoji və ya bunlara bənzər hadisələr (müharibənin elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, qiyam, üsyan, vətəndaş və ya hərbi qiyama gətirib çıxaran digər vətəndaş iğtişaşları, terrorizm, sabotaj, hakimiyyətin silah və ya digər qeyri- xxxxxx xxxxx ələ keçirilməsi, eləcə də, silahların və hərbi sursatların tətbiqi və / və ya saxlanması ilə bağlı istənilən bu cür analoji hadisələr;
5.1.3. Sığortalının, Sığorta olunanın və ya Xxxxxxxxxx şəxsin Sığorta müqaviləsi üzrə Sığorta hadisəsinin yaranmasına gətirib çıxaran istənilən digər hərəkətləri;
5.1.4. Sığortalının, Sığorta olunanın və ya Xxxxxxxxxx şəxsin, yaxud Sığorta müqaviləsi üzrə Sığorta ödənişi almaqda birbaşa və ya dolayı xxxxxx xxxx digər şəxsin qəsdən cinayət əməli törətməsi və ya buna cəhd etməsi;
5.1.5. Aşağıdakı səbəblərdən əmək müqaviləsinə xitam verilməklə Sığorta olunanın işdən azad edilməsi:
5.1.5.1. Tərəflərin razılığı;
5.1.5.2. Əmək müqaviləsinin müddətinin başa çatması;
5.1.5.3. İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi;
5.1.5.4 İşçinin öz xahişi, yaxud razılığı ilə digər işəgötürənlə əmək müqaviləsi bağlaması,və ya digər işə (vəzifəyə) keçməsi;
5.1.5.5. Müəssisənin mülkiyyətçisinin dəyişməsi, müəssisənin yenidən təşkili və ya tabeliliyində baş verən dəyişikliklər səbəbindən işçinin işi davam etməkdən imtina etməsi;
5.1.5.6. İşçinin tibbi rəy əsasında sağlamlığı ilə bağlı digər işə keçməkdən imtina etməsi;
5.1.5.7. İşçinin attastasiya nəticələri ilə təsdiqlənmiş şəkildə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə tutduğu vəzifəyə və ya yerinə yetirdiyi əmək funksiyalarına uyğun gəlməməsi;
5.1.5.8. Əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda;
5.1.5.9. Əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə;
5.1.5.10. İşçinin üzrlü səbəb olmadan vəzifə öhdəliklərini yerinə yetirməməsi, yaxud işçinin vəzifə öhədliklərini dəfələrlə kobud şəkildə pozması:
- işə gəlməmək və ya işə spirtli içkilərin, narkotik vasitələrin, yaxud digər toksik maddələrin təsiri altında gəlmək;
- vəzifə öhdəliklərini yerinə yetirən vaxt məlum xxxx qanunla qorunan sirlərin (dövlət, kommersiya, xidməti və s.) İşçi tərəfindən açıqlanması;
- məhkəmənin qüvvəyə minmiş hökmü (qərarı) və müvafiq səlahiyyətli inzibati orqanın qərarı ilə təsdiq edilməklə iş yerində özgənin əmlakını oğurlamaq (həmçinin xırda oğurluq), israfçılıqla istifadə etmək, qəsdən məhv etmək və ya zədələmək;
- işçi tərəfindən əməyin mühafizəsi tələblərinin pozulması, əgər bu pozuntu ağır nəticələrə gətirib çıxararsa (istehsalatda bədbəxt hadisə, qəza, fəlakət), yaxud da bu cür halların baş verməsi üçün real təhlükəyə səbəb olarsa.
5.1.5.11. Birbaşa pul və ya mal dəyərlərinə cavabdeh xxxx işçinin təqsirkar əməllərə yol verməsi, əgər bu cür əməllər işəgötürənin xxx xxxx etibarının itirilməsinə əsas verərsə.
5.1.5.12. İşəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan digər hallar:
- tərbiyəçi funksiyası yerinə yetirən işçinin sözügedən işlə bir xxxxx sığmayan əxlaqsız hərəkətə yol verməsi;
- müəssisənin (filial, nümayəndəlik) rəhbərliyi, onun müavini və baş mühasib tərəfindən əsaslandırılmamış qərarın çıxarılması ilə müəssisənin əmlakının toxunulmazlığının pozulması, ondan qeyri-qanuni istifadə edilməsi və ya əmlaka digər ziyanın dəyməsi;
- müəssisə (filial, nümayəndəlik) rəhbərliyi, onun müavini tərəfindən vəzifə öhdəliklərinin dəfələrlə kobud şəkildə pozulması;
- işçinin əmək müqaviləsi bağlanan zaman işəgötürənə saxta sənədləri və yanlış məlumatları verməsi.
5.1.5.13. Əmək Məcəlləsində və ya Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilən əmək müqaviləsinin bağlanması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydaların pozulması nəticəsində əmək müqaviləsinə xitam verilməsi.
5.1.5.14. İşçinin hərbi xidmətə çağırılması və ya alternativ xidmətə göndərilməsi;
5.1.5.15. Məhkəmənin hüquqi qüvvəyə minmiş qərarı ilə işçinin cəzaya məhkumedilməsi;
5.2. Sığorta olunan əmək müqaviləsinə xitam verilən zaman son iş yeri üzrə 12 aydan az müddətdə işləmiş olarsa, həmçinin onun ixtisara düşəcəyi barədə bildiyi və ya bilməli olduğu halda 3.1-ci bənddə göstərilən səbəblərdən əmək müqaviləsinə xitam verilməsi Sığorta hadisəsi hesab edilmir.
5.3. Sığorta müqaviləsinin bağlandığı an işə qəbul zamanı sınaq müddətində xxxx, əmək pensiyası xxxx və ya almaq hüququ xxxx, sığorta müqaviləsi bağlanılan zaman sağlamlığı ilə bağlı heç yerdə işləməyən, sığorta müqaviləsi bağlanılan zaman ödənişsiz məzuniyyətdə xxxx, eləcə də natamam iş günü və ya natamam iş həftəsi bölgüsü ilə işləyən, yaxud eyni zamanda iki işdə işləyən, mülki-hüquqi müqavilə üzrə işi yerinə yetirən, habelə fərdi sahibkarlıqla məşğul xxxx Sığorta olunanlarla bağlı baş verən 3.1-cibənddə göstərilən hallar Sığorta hadisəsi sayılmır.
5.4. Sığorta Müqaviləsi bağlanan zaman yaşı 18-dən aşağı olmuş şəxslər, 63 yaşından yuxarı kişilər və Sığorta Müqaviləsi bağlanan tarixə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş pensiya yaşının müvafiq həddindən yuxarı qadınlar, əmək qabiliyyəti olmayanSığorta olunanla bağlı baş vermiş 3.1-ci bənddə göstərilən hallar sığorta hadisəsi hesab olunmur.
5.5. Sığortalının, Sığorta olunanın və/və ya Xxxxxxxxxx şəxsin Sığortaçıya yanlış məlumatlar verməsi səbəbindən yaranan Sığorta Qaydalarının 3.1-ci bəndində göstərilən hallar sığorta hadisəsi kimi sayılmır.
Maddə 6. FAYDALANAN ŞƏXSLƏR
6.1. Sığortalı Sığorta müqaviləsində bir və ya bir neçə Faydalanan şəxsi göstərə bilər və Sığortaçı Sığorta müqaviləsinin şərtlərinə və hazırkı Sığorta Qaydalarına uyğun olaraq Sığorta hadisəsi baş verdikdə bu şəxslərin xeyrinə Sığorta ödənişini həyata keçirməyə borcludur. Faydalanan şəxslər bir neçə şəxsdən ibarət olduqda, Sığortalı Sığorta olunanın razılığı ilə hər bir Faydalanan şəxsin payına düşən Sığorta ödənişlərinin tam və ya nisbi həcmini və Faydalanan şəxslər arasında Sığorta müqaviləsi üzrə Sığorta ödənişinin bölüşdürülməsi meyarlarını göstərməyə borcludur.
6.2. Xxxxxxxxxx şəxs tərəfindən Sığorta ödənişi ilə bağlı tələb irəli sürüldüyü zaman Sığortaçı Xxxxxxxxxx şəxslərdən Sığortalının üzərinə düşən, xxxxx onun tərəfindən yerinə yetirilməyən öhdəliklər də daxil olmaqla Sığorta müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməyi tələb etmək hüququna malikdir. Əvvəl yerinə yetirilməli xxxx, xxxxx yerinə yetirilməmiş və ya vaxtında yerinə yetirilməmiş öhdəliklərlə bağlı yaranan riskFaydalanan şəxsin üzərinə düşür.
Maddə 7. SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI
7.1. Sığorta hadisəsi baş verən zaman, Sığortalı və/və ya Faydalanan şəxs hazırkı Sığorta Qaydalarının 7.4 və 7.5-ci bəndlərini nəzərə almaqla hazırkı Sığorta Qaydalarının 7.2 və 7.3-cü bəndlərində göstərilən öhdəlikləri yerinə yetirdikləri təqdirdə, Sığortaçı Faydalanan şəxsə hazırkı Sığorta Qaydalarının 3.1-ci bəndində göstərilən sığorta riskləri üzrə müəyyən edilmiş şəkildə və qaydada Sığorta ödənişi həyata keçirir.
7.2. Sığortalı və ya Xxxxxxxxxx şəxs sığorta hadisəsinin baş verməsi barədə məlumatı sığorta halının baş verməsi Sığortalıya və ya Xxxxxxxxxx şəxsə məlum olduğu andan ağlabatan müddətdə, xxxxx 10 (on) iş günündən gec olmayaraq istənilən mümkün üsullarla Sığortaçıya bildirməlidir. Bununla belə:
7.2.1. Yuxarıda göstərilən öhdəliklərin digər bir şəxs tərəfindən icrası halında Sığortalı bu cür öhdəliyi icra etməmək hüququna malikdir (Sığortalının öhdəliyini yerinə yetirilmiş
hesab olunur), bu halda, Sığortaçı məlumat vermək vəzifəsinə dair yuxarıda göstərilən tələblərin pozulması və Sığorta ödənişinin həyata keçirilməsindən imtina edə bilməz.
7.2.2. Sığortalı tərəfindən Sığorta halı haqda Sığortaçıya məlumat vermək müddəti ötürülərsə, onda bu öhdəlik, Sığortaçının Sığorta halı barədə vaxtında xəbərdar olması, yaxud bu məlumatın Sığortaçıda olmaması onun Sığorta ödənişini həyata keçirmək öhdəliyinə təsir etməyəcəyi sübuta yetirildiyi təqdirdə, Sığortaçının Sığorta ödənişindən imtina etməsi üçün əsas ola bilməz.
7.3. Sığorta ödənişinin alınması üçün Sığortalı, Sığorta olunan və ya Faydalanan şəxs Sığortaçıya aşağıdakı sənədləri təqdim etməlidir:
a) Sığorta şəhadətnaməsinin əsli;
b) sığorta hadisəsi faktını təsdiq edən sənədlər (işəgötürənin işçinin azad edilməsi səbəbi göstərilməklə təqdim etdiyi yazılı bildirişi, işdən azadedilmə haqda qeydin göstərildiyi əmək kitabçası və hazırkı Sığorta Qaydaları, həmçinin Tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş digər sənədlər);
c) mübahisə məhkəmə qaydasında həll edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ç) Sığortalının şəxsiyyətini təsdiq edən sənəd;
d) Sığorta olunanın əmək kitabçasının (bütün səhifələr) İşəgötürənin möhürü və ya notarial qaydada təsdiq edilmiş surəti;
e) Kredit müqaviləsinin surəti, aylıq ödənişlərin ödəniş müddəti və məbləği barədə məlumatlar göstərilməklə.
7.3.1. Gözləmə müddəti bitdikdən sonra 5 (beş) təqvim günü ərzində, daha sonra hər ay Sığorta olunan Sığortaçıya sığorta ödənişinin növbəti hissəsini almaq üçün aşağıdakı sənədləri təqdim edir:
a) Sığorta olunan şəxsin sığorta tələbi;
b) Sığorta olunanın işsiz və ya iş axtaran vətəndaş kimi qeydiyyatda olması barədə müvafiq dövlət orqanı tərəfindən verilmiş arayışın əsli;
c) Sığorta olunanın şəxsiyyətini təsdiq edən sənəd.
7.4. Konkret halların mövcudluğu nəzərə alınmaqla tələb edilən sənədlərin olmaması Sığortaçının baş vermiş hadisənin səbəblərini və ya sığorta hadisəsi olması faktının müəyyən edilməsini xeyli çətinləşdirir və ya qeyri-mümkün edərsə, Sığortaçı əlavə olaraq əsaslandırılmış şəkildə Sığortalıdan və/və ya Faydalanan şəxsdən, eləcə də səlahiyyətli orqan və idarələrdən qanunla müəyyən edilmiş qaydada digər zəruri sənədləri tələb etmək hüququna malikdir. Bununla yanaşı:
a) Sığorta olunanın doğum haqqında şəhadətnaməsi – Sığortaçının sorğusu ilə şəxsiyyətin təsdiqinə əlavə ehtiyac olarsa;
b) Sığortaçının baş vermiş hadisənin səbəblərini və ya sığorta hadisəsi olması faktını müəyyən etməsi üçün zəruri xxxx digər sənədlər.
7.5. Sığortaçı yuxarıda göstərilən sənədləri və ya onların bir hissəsini üçüncü şəxslərdən (habelə, dövlət orqanlarına, bələdiyyə orqanlarına, digər üçüncü şəxslərə (hüquqi və fiziki şəxslərə, bütün növ mülkiyyət formalarına aid xxxx müəssisələrə, təşkilatlara) göndərdiyi sorğu üzrə) aldığı təqdirdə, Sığortalı və Xxxxxxxxxx şəxsin bu sənədləri təqdim etmələri ilə bağlı öhdəlikləri yerinə yetirilmiş hesab olunur.
7.6. Sığortaçı hazırkı Sığorta Qaydalarının 7.3 və 7.4-cü bəndlərində göstərilən sənədləri,eləcə də 6.4-cü bənddə göstərilən sənədlərinin verilməsi ilə bağlı səlahiyyətliorqanlardan və təşkilatlardan alınmış sənədləri, yaxud rəsmi imtinaları aldıqdan sonrakı 10 (on) iş günü ərzində Sığorta hadisəsinin qəbul edilib-edilməməsi barədə qərar qəbuletməli və qəbul etdiyi qərar barədə Xxxxxxxxxx şəxsə və Sığortalıya məlumat verməlidir.Sığorta hadisəsinin qəbul edilib-edilməməsi haqqında qərar sığorta aktı ilə rəsmiləşdirilir.Sığortaçı hadisənin Sığorta hadisəsi kimi qəbul edilməsi haqqında qərar qəbul edərsə, onda bu cür qərar məcburi qaydada Sığortaçı tərəfindən yazılı surətdə əsaslandırılmalı və sığorta aktında göstərilməlidir. Sığortalı tərəfindən yuxarıda göstərilən sənədləri aldıqdan sonra Sığortaçının Sığorta hadisəsinin qəbul edilib-edilməməsi barədə qərar qəbul etməsi üçün əlavə sənədlərin təqdim edilməsinə zərurət yaranarsa, Sığortaçı sorğu göndərdiyi dövlət orqanının, bələdiyyə orqanının və ya digər üçüncü şəxsin adını və cavabın təxmini alınma müddətini göstərməklə 10 (on) gün ərzində Xxxxxxxxxx şəxsi xəbərdar etməlidir.
7.7. Sığortaçı heç bir əsas olmadan, Sığorta hadisəsinin qəbul edilib-edilməməsi ilə bağlı qərar çıxarılması üçün zəruri sayılmayan sənədləri tələb etmək hüququna malik deyildir. Sığortaçı Sığorta hadisəsinin qəbul edilib-edilməməsi ilə bağlı qərar qəbul edilməsi gedişatı barədə Sığortalını və Xxxxxxxxxx şəxsi müraciət etdikləri təqdirdə, məlumatlandırmağa, təqdim edilmiş sənədlərə əlavə olaraq sorğulanmış sənədlərin tələb edilməsi ilə xxxxx xxxx verməyə borcludur.
7.8. Sığortaçı hazırkı Sığorta Qaydalarının 3.1-ci bəndində göstərilən risklər üzrə hazırkı sığorta Qaydalarının 7.1-ci bəndində müəyyən edilən şəkildə sığorta hadisəsinin qəbul edilməsi və Sığorta aktının qəbul edilməsi tarixindən 5 (beş) iş günü ərzində sığorta ödənişi həyata keçirməyə borcludur. Hazırkı Sığorta Qaydalarının 3.1-ci bəndində göstərilən risklər üzrə Sığorta müqaviləsində Gözləmə müddəti və Sığorta təminatından istisna müddəti müəyyən edilə bilər. Sığorta ödənişi Xxxxxxxxxx şəxsin ərizəsində göstərdiyi bank hesabına ödənilir. Sığorta müqaviləsi üzrə Sığorta məbləği xarici valyutada (ABŞ dolları, Avro) göstərilərsə, Sığorta ödənişi mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının Sığorta ödənişinin həyata keçirildiyi günə xxxx rəsmi məzənnəsinə uyğun olaraq azərbaycan manatı ilə həyata keçirilir.
7.9. Sığorta ödənişi ilə bağlı Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə müəyyən edilən vergi və/və ya tutmaların ödənişi üzrə öhdəlik Xxxxxxxxxx şəxsin üzərinə düşür.
Maddə 8. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMA QAYDASI. SIĞORTA MÜDDƏTİ. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ
8.1. Sığorta müqaviləsinin qüvvəyə minmə qaydası Sığorta müqaviləsi ilə müəyyən edilir.Sığorta müqaviləsi 2 (iki) nüsxədə, eyniadlı sənədin tərtib edilməsi ilə yazılı şəkildə bağlanılır və Sığortalının şəxsi imzası, Sığortaçının səlahiyyətli şəxsinin imzası ilə təsdiqlənir. Sığorta Müqaviləsi Sığortalının yazılı və ya şifahi müraciəti əsasında Sığortaçının səlahiyyətli
şəxsinin imzası ilə təsdiq edilmiş Sığorta şəhadətnaməsinin təqdim edilməsi ilə bağlanıla bilər.
8.2. Sığorta müddəti Sığorta müqaviləsində göstərilir.
8.3. Sığorta müqaviləsinə sığorta müddətinin başa çatması halında və ya vaxtındanəvvəl aşağıda göstərilən səbəblərdən xitam verilir:
8.3.1. Sığortaçı tərəfindən Sığorta müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tamhəcmdə yerinə yetirilməsi;
8.3.2. Hazırkı Sığorta Qaydalarında və Sığorta müqaviləsində nəzərdə tutulan hallarda Sığortaçının tələbi (təşəbbüsü) ilə, əgər bu cür tələb Sığortalı, Sığorta olunan və/və ya Faydalanan şəxs tərəfindən Sığorta Qaydalarının və ya Sığorta müqaviləsinin müddəalarının pozulması ilə əsaslandırılırsa;
8.3.3. Sığortalının təşəbbüsü ilə:
8.3.4. Sığorta marağının itdiyi və sığorta riskinin mövcudluğunun sığorta hadisəsindən fərqli səbəbdən başa çatması;
8.3.5. Sığorta müqaviləsinin məhkəmə tərəfindən etibarsız sayılması.
8.4. Sığortalının tələbi ilə Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi təqdirdə, Sığortalı və Sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair əlavə razılaşma bağlaya bilərlər.
8.5. Sığorta Müqaviləsinə Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildiyi təqdirdə, Sığortaçı tərəfindən Sığorta müqaviləsi üzrə işlərin aparılması xərcləri çıxılmaqla sığorta müqaviləsinin qurtarmamış müddəti üçün sığorta haqqı Sığortalıya xxxx qaytarılır 1 . Sığorta olunanın hazırkı Sığorta Qaydaları və Sığorta Şəhadətnaməsi ilə nəzərdə tutulan Sığorta müqaviləsinin bağlanmasına dair məhdudiyyətlərə aid edilməsi səbəbindən Sığorta müqaviləsinə Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, Sığortaçı tərəfindən əməliyyat xərcləri çıxılmaqla sığorta xxxxx xxx şəkildə Sığortalıya geriqaytarılır.
Maddə 9. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
1 Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması xərci 35% müəyyən edilir.
9.1. Sığortalının vəzifələri:
9.1.1. Hazırkı sığorta Qaydalarında və Sığorta müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə Sığorta haqqını ödəmək;
9.1.2. Sığorta Müqaviləsini bağlayan zaman, həmçinin sığorta Müqaviləsini bağlamazdan əvvəl mövcud olmuş, Sığorta hadisəsinin baş vermə ehtimalının müəyyən edilməsi üçün ona məlum xxxx bütün əhəmiyyət kəsb edən məlumatları Sığortaçıya bildirmək. Əhəmiyyət kəsb edən hallar dedikdə, sığorta riskini artıra bilən, Sığortaçının mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxaran, Sığorta müqaviləsinin bağlanması zamanı şərtləşdirilmiş və təsdiqlənmiş hallar nəzərdə tutulur.
9.2. Sığortaçının vəzifələri:
9.2.1. Sığortalını hazırkı Sığorta Qaydaları və Sığorta müqaviləsinin şərtləri ilə tanışetmək;
9.2.2. Hazırkı Sığorta Qaydalarının 7-cı bölməsində nəzərdə tutulan müddət və qaydadaSığorta hadisəsinin qəbul edilməsi və ya edilməməsi barədə qərar vermək;
9.2.3. Sığorta ödənişinin həyata keçirilməsi barədə sığorta aktının tərtib edilməsindənsonrakı 5 (beş) iş günü ərzində Sığorta ödənişini həyata keçirmək.
9.3. Sığortalı aşağıdakı hüquqlara malikdir:
9.3.1. Sığortaçıya mütləq şəkildə yazılı bildiriş təqdim etməklə Sığorta Müqaviləsindənimtina etmək (AR MM 920-ci maddə);
9.3.2. Sığortaçıdan maliyyə durumu ilə bağlı və kommersiya sirri olmayan məlumatları almaq.
9.4. Sığortaçı aşağıdakı hüquqlara malikdir:
9.4.1. Azərbaycan Respublikası qanunvericiliyinə zidd olmayan istənilən üsul və vasitələrlə Sığortalının ona verdiyi məlumatların doğruluğunu yoxlamaq, eləcə də müstəqil ekspertiza təyin etmək, müstəqil şəkildə əlavə məlumatlar tələb etmək;
9.4.2. Sığorta hadisəsinin baş verməsinə səbəb xxxx hallarla bağlı Sığortalı, Sığorta olunan və ya Faydalanan şəxs barəsində müvafiq hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açıldığı təqdirdə, Sığorta ödənişini istintaq və/və ya məhkəmə araşdırması başa çatanadək təxirə salmaq;
9.4.3. Sığorta hadisəsi ilə bağlı istənilən işə baxış zamanı üçüncü şəxs qismində məhkəmədə iştirak etmək;
9.4.4. Sığorta Müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə Sığorta olunanlar barəsində şəxsi məlumatlar işləyib-hazırlamaq;
9.4.5. Sığortalı və/və ya Xxxxxxxx şəxs tərəfindən sığorta riski dərəcəsinin müəyyən edilməsinə təsir edən yalnış və düzgün olmayan məlumat verilməsi nəticəsində Siğorta olunanla münasibətdə bağlanmış Sığorta müqaviləsinin etibarsız hesab edilməsini tələb etmək;
9.4.6. Sığortalı və/və ya Faydalanan şəxs hazırkı Sığorta müqaviləsində və Azərbaycan Respublikasının mövcud qanunvericiliyində müəyyən edilən vaxtda və qaydada Sığortaçını Sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmazsa, sığorta ödənişindən imtina etmək.
Maddə 10. SIĞORTA ÖDƏNIŞININ VERILMƏSINDƏN IMTINANIN ƏSASLARI
10.1. Sığorta müqaviləsi qüvvədə olduğu müddətdə aşağıdakılar baş verərsə, Sığortaçı Sığortalıya sığorta ödənişini verməkdən imtina edir:
10.1.1. Sığortalının, Sığorta olunanın və ya zərərçəkmiş üçüncü şəxsin sığorta hadisəsinin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər:
10.1.2 Sığortalının və ya xeyrinə sığorta müqaviləsi bağlanmış şəxsin sığorta hadisəsi ilə birbaşa
əlaqədə xxxx qəsdən cinayətlər törətməsi :
10.1.3 Sığortalının Sığortaçıya sığorta predmeti ,sığorta riskindəki dəyişiklik və zərərin həcmi haqqında bilə-bilə yalan məlumat verməsi;
10.1.4 sığorta hadisəsi barədə Sığortaçıya məlumat vermə müddətləri barədə tələblərin pozulması və ya dəymiş zərər faktını və həcmini təsdiq edən sənədlərin təqdim olunmaması ;
10.1.5. baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
10.1.6. hazırki Sığorta Qaydalarında nəzərdə tutulmuş digər hallarda:
10.2. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, ilkin və ya birdəfəlik sığortahaqqının ödənilməsinədək sığortaçı öz vəzifələrinin icrasından azaddır.
10.3. Sığorta ödənişi verməkdən imtina Sığortalıya imtinanın səbəbləri əsaslandırılmaqlayazılı
formada bildirilir.
Maddə 11. QARŞISININ ALINMASI MÜMKÜN OLMAYAN HALLAR
11.1. Qarşısının alınması mümkün olmayan hallar (fors-major) zamanı Sığortaçı bu cür halların davam etdiyi müddət ərzində Sığorta müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini dayandırmaq hüququna malikdir.
11.2. Tərəflər qarşısının alınması mümkün olmayan hallar dedikdə, bunları başa düşürlər: hərbi əməliyyatlar və onların fəsadları, terror aktları, üsyan, tətil, qiyam, rekvizisiya, mülki və ya hərbi orqanların göstərişi ilə mülkiyyətin məhv edilməsi və ya zədələnməsi, dövlət orqanlarının icrası məcbur xxxx aktları, fövqəladə və ya xüsusi halların tətbiq edilməsi, iğtişaş, kütləvi iğtişaş, dövlət çevrilişi, sabotaj, inqilab, nüvə enerjisinin təsiri.
Maddə 12. YEKUN MÜDDƏALAR
12.1. Sığorta Müqaviləsinin yerinə yetirilməsi və dayandırılması ilə bağlı bütün bildiriş, sorğu və ya xəbərdarlıqlar Sığorta müqaviləsində göstərilən ünvanlara göndərilir. Sığorta müqaviləsi Tərəflərinin ünvanlarının və/və ya rekvizitlərinin dəyişməsi halında Tərəflər bu barədə bir-birilərinə vaxtında məlumat verməyə borcludurlar. Tərəf digər tərəfin ünvan və/və ya rekvizitlərinin dəyişməsi barədə vaxtında məlumatlandırılmazsa, onda əvvəlki ünvana göndərilən bütün bildiriş, sorğu və ya xəbərdarlıqlar onların əvvəlki ünvana çatdırıldıqları tarixdən alınmış hesab olunacaqdır. Sığorta müqaviləsinin bağlanması, icrası və ya icrasının dayandırılması və ya xitamı ilə bağlı istənilən bildiriş, sorğu və ya xəbərdarlıqlar yazılı surətdə tərtib edildikləri və müəyyən olunmuş qaydada, yəni poçt faks və ya qanunla nəzərdə tutulmuş digər vasitələrlə digər tərəfə göndərildiyi təqdirdə, Tərəflərin bir-birinin ünvanlarına göndərilmiş hesab olunacaq.
12.2. Sığorta müqaviləsinə edilən bütün dəyişiklik və əlavələr yazılı surətdə tərtib edilməlidir.
12.3. Hazırkı Sığorta müqaviləsinə dəyişiklik və əlavələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq edilir.
12.4. Sığorta müqaviləsi ilə bağlı mübahisələr Tərəflər arasında danışıqlar yolu ilə həll edilir. Razılıq əldə edilmədiyi təqdirdə, mübahisə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.