AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” 2011-ci il sentyabrın 20-də Nyu-York şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 dekabr 2011-ci il
№ 264-IVQ
Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti
arasında diplomatik, rəsmi və xidməti pasportlara malik Şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında saziş
Bundan sonra "Razılığa gələn Tərəflər" adlandırılan Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti,
iki ölkə arasında dostluq münasibətlərini təşviq etmək və öz etibarlı diplomatik, rəsmi və xidməti pasportlara xxxxx xxxx vətəndaşlarının səfərlərini və müvafiq vəzifələrinin icrasını asanlaşdırmaq məqsədi ilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
1. Etibarlı diplomatik və ya xidməti pasportlara xxxxx xxxx Azərbaycan Respublikasının vətəndaşlarından Kolumbiya Respublikasının ərazisinə daxil olmaq, oranı tərk etmək, tranzit keçmək və ya orada altı (6) ay müddəti ərzində doxsan (90) gündən artıq olmayaraq qalmaq üçün viza almaq tələb olunmayacaqdır.
2. Etibarlı diplomatik və ya rəsmi pasportlara xxxxx xxxx Kolumbiya Respublikasının vətəndaşlarından Azərbaycan Respublikasının ərazisinə daxil olmaq, oranı tərk etmək, tranzit keçmək və ya orada altı (6) ay müddəti ərzində doxsan (90) gündən artıq olmayaraq qalmaq üçün viza almaq tələb olunmayacaqdır.
Maddə 2
Bu Sazişin 1-ci maddəsində göstərilən şəxslərin qalma müddəti qəbul edən dövlətin səlahiyyətli orqanları tərəfindən digər Razılığa gələn Tərəfin dövlətində akkreditasiya olunmuş diplomatik nümayəndəliyin və ya konsulluğun yazılı sorğusu əsasında uzadılır.
Maddə 3
Digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində yerləşən diplomatik nümayəndəliyin, konsulluğun və ya beynəlxalq təşkilatların yanında akkreditasiya olunmuş daimi nümayəndəliyin üzvü xxxx xxx Razılığa gələn Tərəfin etibarlı diplomatik, rəsmi və ya xidməti pasportlara malik vətəndaşları, həmçinin onların etibarlı diplomatik, rəsmi və ya xidməti pasportlara malik ailə üzvləri onların rəsmi təyinatları müddəti ərzində digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə daxil ola, oranı tərk edə, tranzit keçə və ya orada vizasız qala bilərlər.
Maddə 4
Etibarlı diplomatik, rəsmi və ya xidməti pasportlara malik hər bir Razılığa gələn Tərəfin dövlətinin vətəndaşları digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə beynəlxalq gediş-gəliş üçün açıq xxxx istənilən dövlət sərhədindən buraxılış məntəqəsindən daxil olacaq və həmin ərazini tərk edəcəklər.
Maddə 5
Razılığa gələn Tərəflər bu Sazişin qüvvəyə minməsindən ən azı otuz (30) gün əvvəl hazırda istifadədə xxxx diplomatik, rəsmi və xidməti pasportların nümunələrini bu sənədlərin müfəssəl təsviri daxil olmaqla diplomatik kanallar vasitəsilə bir-birlərinə təqdim edəcəklər. Razılığa gələn Tərəflərdən biri yuxarıda qeyd olunan pasportların görünüşündə edilmiş dəyişikliklər barədə onların dövriyyəyə buraxılmasından sonrakı otuz (30) günlük müddət ərzində digər Razılığa gələn Tərəfə diplomatik kanallar vasitəsilə məlumat verməli və yeni pasportların nümunəsini təqdim etməlidir.
Maddə 6
Bu Saziş bir Razılığa gələn Tərəfin etibarlı diplomatik, rəsmi və xidməti pasportlara xxxxx xxxx vətəndaşlarının digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində qüvvədə xxxx qanun və qaydalara əməl etmək öhdəliyinə təsir etmir.
Maddə 7
Bu Saziş Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarının digər Razılığa gələn Tərəfin "persona non grata" hesab edilən hər hansı vətəndaşına öz dövlətinin ərazisinə giriş icazəsini verməkdən imtina etmək və ya həmin şəxslərin orada qalmasını dayandırmaq hüququna təsir etmir.
Maddə 8
Tərəflərdən hər xxxxx xxxx milli təhlükəsizlik, ictimai asayiş və ya əhalinin sağlamlığı səbəblərindən bu Sazişin müvəqqəti olaraq qismən və ya tam olaraq dayandırılması üçün digər Razılığa gələn Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə sorğu edə bilər, bu, dayandırma belə bildirişin sonuncu tərəfindən alındıqdan bir (1) həftə sonra qüvvəyə minəcəkdir.
Bu dayandırma aradan qaldırıldıqda hər bir Razılığa gələn Tərəf eyni qaydada hərəkət edəcəkdir.
Maddə 9
Bu Sazişin təfsiri və ya tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı Razılığa gələn Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.
Maddə 10
Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdiriləcək və bu Sazişin 11-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minəcəkdir.
Maddə 11
1. Bu Saziş beş (5) il müddətinə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Razılığa gələn Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən otuz (30) gün sonra qüvvəyə minəcəkdir.
2. Razılığa gələn Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə ən azı altı (6) ay qalmış onu ləğv etmək niyyəti barədə digər Razılığa gələn Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə, bu Sazişin qüvvəsi avtomatik olaraq növbəti beş (5) illik müddətlərə uzadılacaqdır.
Bu Saziş Nyu-York şəhərində, 20 sentyabr 2011-ci il tarixdə Azərbaycan, ispan və ingilis dillərində iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsiri zamanı hər hansı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
AZƏRBAYCAN RESPUBLİKASI |
KOLUMBİYA RESPUBLİKASI |
HÖKUMƏTİ ADINDAN |
HÖKUMƏTİ ADINDAN |