QAYDALARDA İSTİFADƏ OLUNAN ƏSAS ANLAYIŞLAR:
QAYDALARDA İSTİFADƏ OLUNAN ƏSAS ANLAYIŞLAR:
Aşağıda göstərilən anlayışlar bu Qaydaların mətnində istifadə olunduğu yerdən asılı olmayaraq eyni məna daşıyırlar:
Sığortaçı – sığorta müqaviləsinin tərəflərindən xxxx xxxx, sığorta xidmətləri göstərən və sığorta hadisəsi baş verən zaman müəyyən məbləği ödəmək öhdəliyi daşıyan sığorta şirkəti.
Sığortalı – sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəflərindən biri.
Sığorta obyekti –üçüncü şəxslərin ölümü, bədən xəsarəti və ya əmlakına dəyən zərərə görə Sığortalının qanunvericiliyə əsasən ödəməli olduğu pul məbləğləri.
Sığorta müddəti – Sığorta risklərinin sığortalanmış hesab olunduğu müddət.
Məsuliyyətin həddi –Sığorta Şəhadətnaməsində göstərilən sığorta məbləği Sığortaçının bir hadisə və sığorta müddəti ərzində baş vermiş bütün hadisələr üzrə məsuliyyətinin maksimal həddidir.
Sığorta haqqı – sığorta müqaviləsinə müvafiq olaraq şərtləşdirilmiş qayda və vaxt ərzində Sığortalı tərəfindən sığorta təminatının verilməsi üçün Sığortaçıya ödənilən məbləğdir;
Azadolma – sığorta müqaviləsində müəyyən edilmiş və Sığortaçı tərəfindən təmin olunmayan dəymiş zərərin bir qismidir;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə Sığorta müqaviləsinə uyğun olaraq Sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası.
Mühüm şərtlər (zəmanətlər) – sığorta müqaviləsinin mühüm şərtləri dedikdə o şərtlər başa düşülür ki, sığortalı tərəfindən onların yerinə yetirilməməsi sığortaçıya sığorta ödənişini verməkdən imtina etmək və ya sığorta müqaviləsini ləğv etmək hüququ verir.
Sığorta ərazisi – sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi (yer).
Hüquqi xərclər –sığorta hadisəsinin nəticəsində Sığortalıya qarşı irəli sürülən iddiaların araşdırılması və müdafiəsi üçün Sığortaçının razılığı ilə Sığortalı tərəfindən çəkilən zəruri xərclər.
Sığortalının fəaliyyət növü – sığortalının elə fəaliyyəti başa düşülür ki, məsuliyyətinin ortaya çıxmasına səbəb xxxx sığorta hadisəsi ilə əlaqədar olsun.
Sığortaçı - Azərbaycan Respublikasında sığorta fəaliyyətinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq almış «AXA MBASK» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətidir.
Sığortalı - Sığortaçı ilə sığorta müqaviləsini bağlamış fəaliyyət qabiliyyətli fiziki və hüquqi şəxs.
Sığorta sinifi- Bu Qaydalarla müəyyən olunan “Ümumi məsuliyyətin sığortası”növü ümumi mülki məsuliyyətin sığortası sinifinə aid edilir.
BÖLMƏ A – ÜÇÜNCÜ ŞƏXSLƏR QARŞISINDA MƏSULİYYƏT
1. Bölmə A – Sığorta hadisələri
1.1. Sığortaçı qəza nəticəsində üçüncü şəxslərə dəyən bədən xəsarəti və ya xəstəlik, yaxud onların əmlakına dəyən zərərin əvəzini ödəməklə bağlı ortaya çıxan hüquqi məsuliyyəti ilə əlaqədar xərclərə görə (iddiaçının xərcləri, rüsumları və məsrəfləri daxil olmaqla) Sığortalıya müqavilədə göstərilən qaydada sığorta ödənişi verməyi öhdəsinə götürür.
2. A Bölməsinə aid xxxx istisnalar
2.1. Bu sığorta təminatı aşağıdakılardan yaranan məsuliyyəti əhatə etmir:
2.1.1. Sığortalı işə götürdüyü hər hansı şəxsin işin gedişində bədən xəsarəti xxxxxx və ya xəstələnməsi və ya Sığortalı ilə müqaviləsini yerinə yetirən hər hansı şəxsə dəyən bədən xəsarəti və ya xəstəlik üçün məsuliyyət;
2.1.2. Aşağıdakılardan başqa, Sığortalının sahibliyində, himayəsində və ya nəzarəti altında xxxx əmlaka dəyən ziyana görə məsuliyyət:
2.1.2.1. Işçilərin əmlakı;
2.1.2.2. Sığortalının sahibliyində olmayan və onun tərəfindən icarəyə götürülməyən, xxxxx xxxx baxmayaraq, Sığortalının işgüzar məqsədlər üçün müvəqqəti istifadəsində xxxx xxxxxx;
2.1.3 Qanunla sığortalanmalı xxxx mühərrikli nəqliyyat vasitələrinə, qoşqulara və ya yarım- qoşqulara Sığortalı tərəfindən və ya onun adından sahiblik və ya onların istismarı nəticəsində ortaya çıxan məsuliyyət;
2.1.4 Sığortalı tərəfindən və ya onun adından, su və hava gəmilərinə və ya dəmiryol nəqliyyatı vasitəsinə sahiblik və ya onların istismarı nəticəsində ortaya çıxan məsuliyyət;
2.1.5 Əvvəlcədən müəyyənləşdirilmiş zərərlərlə, cərimələrlə əlaqədar müddəalardan və ya işin icrası ilə əlaqədar mühüm şərtlərdən yaranan məsuliyyət (əgər məsuliyyətin belə müddəa və şərtlərin olmadığı halda belə ortaya çıxacağı sübut olunmazsa);
2.1.6 Sığortalı tərəfindən istehsal olunmuş, tərtib edilmiş, satılmış, təchiz edilmiş, təmir olunmuş və ya quraşdırılmış əmlaka, strukturlara və ya xxxxxx işlərinə (materiallar daxil olmaqla) dəyən zərərə və ya ziyana görə yaranan məsuliyyət:
2.1.6.1 İşin təsdiq edilməklə tamamlanmasına və ya Sığortalı tərəfindən təhvil verilməsinə qədər;
2.1.6.2 İşin təsdiq edilməklə tamamlanmasından və ya Sığortalı tərəfindən təhvil verilməsindən sonra; (əgər zərər əmlakın, strukturun və ya xxxxxx işlərinin hər hansı hissəsindəki qüsurlardan əmələ gələrsə);
2.1.7 Müqavilə öhdəliklərinin yerinə yetirilməsinin mütləq və qaçılmaz nəticəsi xxxx məsuliyyət;
2.1.8 Yeraltı qurğulara dəyən zərərə görə məsuliyyət (əgər Sığortalı işlər başlanana qədər yeraltı qurğuların yerləşməsi ilə əlaqədar müvafiq orqanlara yazılı surətdə müraciət etməmiş və yazılı cavab almamışdırsa);
2.1.9 Aşağıdakı hallar istisna olmaqla, atmosferin, su hövzəsinin və ya əmlakın çirkləndirilməsi nəticəsində yaranan məsuliyyət:
2.1.9.1. Çirkləndirmənin sığorta müddəti ərzində baş verən qəfil xüsusi və müəyyən edilə bilən hadisə nəticəsində ortaya çıxmasının sübut edilməsi;
2.1.9.2. Çirkləndirmənin Sığortalının zərərin qarşısıını almaq üçün lazımi tədbirləri görə bilməməsinin nəticəsi olmadığının sübut edilməsi.
2.1.10 Şərtlərin B və ya C Bölməsinə daxil xxxx təminatlar (həmin Bölmələrə sığorta müqaviləsi ilə təminat verilib verilməməsindən asılı olmayaraq).
BÖLMƏ B – MƏHSULA GÖRƏ MƏSULİYYƏT
3 Bölmə B – Sığorta hadisələri
3.1. Sığortaçı sığorta müddəti ərzində Məhsuldan və ya onunla əlaqədar əmələ gələn hər hansı bir bədən xəsarəti və ya ziyana görə Sığortalının müqavilədə göstərilən qaydada hüquqi məsuliyyət daşıdığı (müqavilə ilə sığorta təminatına daxil edilib edilməməsindən asılı olmayaraq, A və ya C Bölmələrinə aid xxxx təminatlardan başqa) zərərin əvəzini ödəmək üçün ortaya çıxan məbləğlərə görə (iddiaçının xərcləri, rüsumları və məsrəfləri daxil olmaqla) sığorta ödənişi verməyi öhdəsinə götürür.
4 B bölməsinə aid xxxx istisnalar
4.1. Bu bölməyə aşağıdakı zərərlərə görə məsuliyyət halları daxil deyil:
4.1.1. Məhsula və ya onun hər hansı hissəsinə dəyən ziyan;
4.1.2. Məhsulun və ya onun hər hansı hissəsinin təmiri, bərpası və ya əvəz edilməsi zamanı ortaya çıxan xərclər və/yaxud belə təmir, bərpa və ya əvəz etmə zərurətindən yaranan hər hansı maliyyə xərcləri;
4.1.3. Məhsulun və ya onun hər hansı hissəsinin xxxx qaytarılması ilə əlaqədar xərclər;
4.1.4. Sığortalının texniki və ya inzibati rəhbərliyinin qəsdən, şüurlu surətdə və ya etinasızlığına görə bədən xəsarətinin və ya ziyanın qarşısını almaq üçün bütün məqsədəuyğun tədbirlərin görülməməsi nəticəsində yaranan məsuliyyət;
4.1.5 A, və ya C Bölməsi ilə ödənilən hər hansı zərər (həmin Bölmələrə sığorta müqaviləsi ilə təminat verilib verilməməsindən asılı olmayaraq).
BÖLMƏ C – PEŞƏ MƏSULİYYƏTI
5 Bölmə C – Sığorta hadisələri
5.1. Sığortaçı, yaranan hüquqi məsuliyyət aşağıdakı tələblərə cavab verdikdə, Sığortalıya onun hüquqi məsuliyyət daşıdığı zərərlərin əvəzini ödəmək üçün (iddiaçının xərcləri, rüsumları və məsrəfləri daxil olmaqla) müqavilədə göstərilən qaydada sığorta ödənişi verməyi öhdəsinə götürür:
5.1.1. Onlar təminata daxil edilən zərərlər üçün olmalıdır (iddiaçının xərcləri və Sığortalının qəbul edilmiş müdafiə xərcləri və məsrəfləri də daxil olmaqla);
5.1.2. Onlar müqavilə müddəti ərzində ilkin olaraq, Sığortalıya qarşı qaldırılmalıdır;
5.1.3. Onlar Sığortalının xidmətçiləri və ya işçilərinin səhlənkar əməli, səhvi və ya qüsuru nəticəsində yaranan maliyyə xərcləri üçün ortaya çıxmalıdır;
5.1.4. Onlar müqavilədə göstərilən qaydada Sığortalı tərəfindən xidmətlərin göstərilməsinin gedişində yaranmalıdır.
6. C Bölməsinə aid xxxx xüsusi istisnalar
6.1. Bu bölməyə aşağıdakı iddialara görə məsuliyyət halları daxil edilmir:
6.1.1. Əvvəlcədən müəyyənləşdirilmiş zərərlərlə, cərimələrlə əlaqədar müddəalardan və ya işin icrası ilə əlaqədar mühüm şərtlərdən yaranan məsuliyyət (əgər məsuliyyətin belə müddəa və şərtlərin olmadığı hər bir halda yarandığı sübut olunmazsa);
6.1.2. Üçüncü şəxsin öz hüquqlarından imtina etməsi və ya azad edilməsindən yaranan məsuliyyət (həmin məsuliyyətin hüquqlardan imtina və ya azad edilmə olmaması hallarında da mövcudluğu sübut olunmamışdırsa);
6.1.3. Sığortalının, onun rəhbərinin, işçisinin yaxud Sığortalının sub-podratçısının və ya agentinin qeyri- dürüst, saxtakar hərəkətləri, cinayətkar və ya qərəzli əməlləri və ya səhvləri nəticəsində ortaya çıxan hər hansı hüquqi məsuliyyət;
6.1.4. A, və ya B Bölməsi ilə ödənilən hər hansı zərər (həmin Bölmələrə sığorta müqaviləsi ilə təminat verilib verilməməsindən asılı olmayaraq).
7. A, B, və C Bölmələrinə aid xxxx ümumi istisnalar
7.1. Bu sığorta təminatına aşağıdakılara görə ortaya çıxan məsuliyyət halları daxil edilmir:
7.1.1. Asbest və/yaxud asbesti təşkil edən başqa maddə və ya qarışıqların istifadəsi və ya təmizlənməsi ilə bağlı ortaya çıxan zərərlərə görə məsuliyyət;
7.1.2. Müqavilənin icra edilməsinin mütləq və qaçılmaz nəticəsi xxxx məsuliyyət;
7.1.3. Yeraltı qurğulara dəyən zərərə görə məsuliyyət (əgər Sığortalı işlər başlanana qədər yeraltı qurğuların yerləşməsi ilə əlaqədar müvafiq orqanlara yazılı surətdə müraciət etməmiş və yazılı cavab almamışdırsa);
7.1.4. Müharibə, təcavüz, düşmən ölkələrinin əməlləri, düşmən aktları (müharibənin elan olub olunmamasından asılı olmayaraq), vətəndaş müharibəsi, qiyam, inqilab, üsyan, hərbi və ya qəsbkar hakimiyyətin əməlləri, əmlaka həbs qoyulması və ya müsadirənin bilavasitə və ya dolayı nəticəsində yaranan məsuliyyət;
7.1.5. Aşağıdakılar istisna olmaqla, atmosferin, su hövzəsinin və ya əmlakın çirkləndirilməsinə görə məsuliyyət:
7.1.5.1. Çirkləndirmənin sığorta müddəti ərzində baş verən qəfil, xüsusi və müəyyən edilə bilən hadisə nəticəsində ortaya çıxmasının sübut edilməsi;
7.1.5.2 Çirkləndirmənin Sığortalının zərərin qarşısıını almaq üçün lazımi tədbirləri görə bilməməsinin nəticəsi olmadığının sübut edilməsi.
7.1.6. Aşağıdakıların bilavasitə və ya dolayı nəticəsi xxxx məsuliyyət:
7.1.6.1. İonlaşma, radiasiya və ya hər hansı nüvə yanacağının təsiri ilə yaranan radioaktivlik, nüvə tullantıları yaxud nüvə yanacağının alovlanması nəticəsində ətraf mühitin çirkləndirilməsi;
7.1.6.2. Hər hansı nüvə birləşməsi və ya nüvə tərkibli radioaktiv-zəhərli, partlayıcı və ya başqa təhlükəli mallar;
7.1.7. Sığortalı yaxud Sığortalının idarəetmə və ya nəzarətedici funksiyalarını yerinə yetirən hər hansı işçisinin bilə-bilə və ya qəsdən səbəb olduğu bədən xəsarəti və ya xəstəlik yaxud əmlaka dəyən ziyan nəticəsində yaranan məsuliyyət.
A, B, VƏ C BÖLMƏLƏRİNƏ AİD XXXX ÜMUMİ ŞƏRTLƏR
8. Yurisdiksiya
8.1. Müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, müqavilə üzrə sığorta təminatı başqa yerdə, həmçinin xarici məhkəmələrin qərarlarının tanınması üçün aşağıda adı çəkilən məhkəmələrdə və ya başqa şəkildə çıxarılan məhkəmə qərarlarına deyil, yalnız sığorta olunana qarşı Azərbaycan Respublikasının birinci instansiya məhkəmələrinin çıxardığı qərarlara əsasən verilir.
9. Məhkəmə xərсləri
9.1. Sığortaçı öz yazılı razılığı ilə Sığortalının Azərbayсan Respublikası Məhkəmələrində aşağıdakı hallarla bağlı ortaya çıxan məhkəmə xərсlərini də ödəyəсək:
9.1.1. Məhkəmə istintaqı və ya ölümlə nətiсələnən bədbəxt hadisə üzrə istintaqda təmsil olunma;
9.1.2. Müqavilə ilə təminata daxil edilə bilən hər hansı hərəkət və ya səhvlə əlaqədar işlərin məhkəmələrdə müdafiə olunması.
Sığortaçı hər hansı cərimə və ya sanksiyalara görə məsuliyyət daşımır.
10. Müqavilənin Prinsipalı
10.1. Sığortaçı Sığortalının arzusu ilə sırf onun öz Prinsipalı üçün gördüyü işlərlə əlaqədar ortaya çıxmış zərər həddində daşıdığı məsuliyyətə görə sığorta ödənişi verməyi öhdəsinə götürür. Həmin Xxxxxxxxx bu şərtləri və müddəaları yerinə yetirməli və bu maddə müqavilədə göstərilən məsuliyyət həddini heç bir yolla artırmamalıdır.
11. Azadolma
11.1. Əgər müqavilədə azadolma göstərilmişdirsə, hər hansı və bütün iddiaların və ya bir vahid səbəbdən ortaya çıxan bir sıra iddiaların ilk hissəsini (azadolmanın miqdarını) Sığortalı özü ödəməlidir.
12. Birgə məsuliyyət
12.1. Əgər müqavilədə bir neçə Sığortalı göstərilmişdirsə, sığorta təminatı hər bir tərəf ilə ayrıca fərdi sığorta müqaviləsi bağlanılmış kimi tətbiq edilir və Sığortaçının ümumi məsuliyyəti müqavilədə göstərilən sığorta məbləğindən artıq olmamalıdır.
13. Sığorta ərazisi
13.1. Əgər şəhadətnamədə sığortanın ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə (gəmiçilik rayonunda) baş verən sığorta hadisələri bu sığorta tə’minatına daxil edilir. Müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, sığorta Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
14. Məsuliyyətin həddləri
14.1. Bu müqaviləyə əsasən Sığortaçının hər hansı hadisə və ya bir sığorta hadisəsindən qaynaqlanan bir sıra hadisələr nəticəsində Sığortalıya qarşı qaldırılan bütün iddialara görə məsuliyyəti müqavilədə göstərilən sığorta məbləğindən artıq olmamalıdır. Buna əlavə olaraq Sığortalı tərəfindən şübhəli hesab olunan hər hansı zərərlərlə bağlı bütün xərcləri və məsrəfləri Sığortaçı yazılı razılığı ilə aşağıdakı şərtlərə əsasən ödəyəcək.
Əgər iddianı həll etmək üçün müqavilədə göstərilən məsuliyyət həddindən artıq xxxx sığorta ödənişi vermək zərurəti yaranarsa, bununla əlaqədar bütün xərcləri ödəmək üçün Sığortaçının məsuliyyəti onun məsuliyyət həddinin yuxarıda göstərilən xərclərə nisbəti ilə məhdudlaşmalıdır.
14.2. Sığortaçı məsuliyyətin həddi aid xxxx müqaviləyə əsasən hər hansı iddia və ya bir sıra iddialarla bağlı bu cür məsuliyyətin məbləğini (bütün ödənilən məbləğlər çıxılandan sonra) və yaxud bu iddiaların həll edilə biləcək hər hansı daha az məbləği Sığortalıya ödəyə bilər. Bu ödənişdən sonra Sığortaçı bu cür iddialar üzərində nəzarətdən imtina etməlidir və bu ödənişlərdən əvvəl yaranan məhkəmə xərcləri istisna olmaqla gələcəkdə onlarla bağlı heç bir məsuliyyət daşımayacaqdır (əgər məsuliyyət həddi məhkəmə xərclərini daxil etməzsə). Əgər Sığortaçı yuxarıda göstərilən variantı həyata keçirirsə, və iddianı yaxud bir sıra iddiaları həll etmək üçün zəruri xxxx məbləğ məsuliyyət həddini aşırsa, həmçinin bu məbləğlər arasındakı fərq bütövlükdə və ya qismən sığorta olunmuşdursa (bu müqaviləyə görə məsuliiyət həddinə əlavə olaraq ödənilən məhkəmə xərcləri ilə birləikdə), Sığortaçı onların öz razılığı ilə ortaya çıxmış məhkəmə xərclərinə görə özünə aid xxxx hissəsini ödəyir.
15. Sığorta haqqı
15.1. Sığorta üçün Sığortalı tərəfindən müqavilədə göstərilən qaydada və vaxtda Sığortaçıya ödənilən haqq Sığorta haqqı sayılır.
15.2. Sığorta haqqının məbləği sığorta tarifləri əsasında müəyyən edilir və əgər sığorta haqqı Sığortalının təqdim etdiyi hallara (faktlara) əsasən hesablanırsa, Sığortalı risklə bağlı təqdim etdiyi məlumatların qeydiyyatını aparmalı və Sığortaçıya aparılan bu qeydiyyatı yoxlamaq imkanı verməlidir. Sığortalı hər sığorta müddətinin sonunda üç ay ərzində Sığortaçını bu məlumatlarla təmin etməli və bunun əsasında sığorta haqqı həmin müddət üçün dəqiqləşdirilir və fərq minimal sığorta mükafatı tələbinə uyğun gəlməklə Sığortalı tərəfindən ödənilir və ya ödənişdən çıxılır. Sığortaçı bu müqaviləyə əsasən yenidən nəzərdən keçirilməli xxxx hesablamaları göstərən auditor şəhadətnaməsini Sığortalıdan tələb etmək hüququna malikdir.
16. Sığorta haqqının ödənilməsi
16.1. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, nağdsız haqq-hesab zamanı sığorta haqqı Sığortalı tərəfindən tam məbləğdə, sığorta haqqı hissə-hissə ödənilirsə sığorta haqqının birinci ödənişi Sığortaçının təqdim etdiyi hesabın şərtlərinə müvafiq olaraq Sığortaçının bank hesabına köçürülməsi yoli ilə ödənilir.
16.2. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, nağd haqq-hesab zamanı sığorta haqqı Sığortalı tərəfindən tam məbləğdə, sığorta haqqı hissə-hissə ödənilirsə sığorta haqqının birinci ödənişi Sığortaçının təqdim etdiyi qəbzin şərtlərinə müvafiq olaraq Sığortaçının kassasına və ya nümayəndəsinə verilməsi yoli ilə ödənilir.
16.3. Sığorta haqqının ödənilməsi günü aşağıdakılar hesab olunur:
16.3.1. nağdsız haqq-hesab zamanı – pul vəsaitlərinin Sığortaçının hesabına daxil olması günü;
16.3.2. nağd haqq-hesab zamanı – pul vəsaitlərinin Sığortaçının kassasına və ya nümayəndəsinə verilməsi günü.
16.4. Sığorta haqqı və ya onun birinci hissəsi Sığortaçı tərəfindən təqdim olunmuş hesabda və ya sığorta haqqının məbləği və ödənilmə qaydası barədə məlumatı özündə əks edən digər sənəddə göstərilmiş müddət ərzində ödənilmədikdə, Sığortaçı Sığortalı üçün yazılı sürətdə 15 günlük əlavə ödəmə müddətini təyin etmək bu müddət bitəndən sonra sığorta haqqı ödənilmədikdə sığorta müqaviləsindən imtina etmək hüququna malikdir. Əgər sığorta hadisəsinin baş verməsi günü sığorta haqqı və ya onun birinci hissəsi müqavilənin şərtlərinə uyğun hələ də ödənilməyibsə, Sığortaçı öz öhdəliklərindən azad edilir.
16.5. Hissə-hissə ödənilən sığorta haqqının növbəti ödənişi ödənilmədiyi, vaxtından gec və ya az məbləğdə ödənildyi halda, Sığortaçının sığorta müqaviləsi üzrə öhdəlikləri sığorta haqqının ödənilməli gündən sonrakı növbəti 15 təqvim günü ərzində qüvvədə qalır və sığorta ödənişinin həyata keçirilməsi zamanı sığorta haqqının
gecikdirilmiş (natamam həcmdə ödənilmiş) hissəsi Sığortaçı tərəfindən ödənişdən tutula bilər. Əgər həmin borc müqavilə ilə sığorta haqqının ödənilməsi günü kimi şərtləşdirilmiş gündən sonra 15 təqvim günü ərzində ödənilməyibsə Sığortaçı sığorta müqaviləsində göstərilən sığorta hadisələri üzrə məsuliyyət daşımır.
Sığortaçının məsuliyyəti borcun, yəni gecikdirilmiş (natamam həcmdə ödənilmiş) ödənişin, ödənildiyi gün gündüz saat 12:00-xxx bərpa olunur və Sığortaçının məsuliyyəti bərpa olunduqdan sonra baş vermiş, sığorta müqaviləsində şərtləşdirilmiş sığorta hadisələrini əhatə edir.
16.6. Sığortalı sığorta haqqının ödənilməsini gecikdirirsə, Sığortaçı AR Mülki Məcəlləsinin 23-cü fəslinə əsasən dəymiş zərərin və penyanın ödənilməsini tələb edə bilər.
16.7. Sığortalının sığorta haqqını ödəməməsi səbəbindən Sığortaçı tərəfindən sığorta müqaviləsinin ləğv edilməsi, Sığortalını Sığortaçıya, onun öz öhdəliklərini yerinə yetirdiyi müddət üzrə, sığorta haqqının ödənilməli xxxx hissəsini ödəməsindən azad etmir.
16.8. Müəyyən olunmuş müddətdə növbəti sığorta haqqı ödənilməzsə, ödənilən haqqa mütənasib xxxx müddət keçdikdən sonra sığorta müqaviləsi öz qüvvəsini itirir.
17. Tərəflərin hüquq və vəzifələri
17.1. Sığortalının vəzifələri:
17.1.1. Sığorta riskində baş vermiş bütün əhəmiyyətli dəyişikliklər barədə Sığortaçını məlumatlandırmaq. Sığortaçının xxxxxx sığortaya qəbul olunması və ya sığorta haqqının təyin olunmasına təsir edə bilən bütün hallar əhəmiyyətli hesab olunurlar. Belə hallara Sığortaçının sığorta ərizəsinin standard formasında göstərilən məlumatlar aiddir.
17.1.2. Sığorta haqqını sığorta müqaviləsi ilə müəyyən edilmiş qayda və məbləğdə vaxtında ödəmək.
17.1.3. Sığorta hadisəsinin baş verməsi ilə nəticələnə bilən hadisənin baş verməsi barədə dərhal, xxxxx hər xxxxx 3 gündən gec olmayaraq, Sığortaçıya yazılı şəkildə (elekton, faksimil rabitə vasitəsi ilə və s.) məlumat vermək.
17.1.4. Sığorta hadisəsinin baş verməsi ilə nəticələnə bilən hadisənin səbəbi, gedişatı və nəticələri, dəymiş zərərin xarakteri və həcmi barədə qərar çıxarmağa imkan verən bütün mümkün xxxx məlumatı və sənədləri Sığortaçıya dərhal təqdim etmək, sığorta hadisəsinin hallarının araşdırılması və zərərin azaldılması üçün tədbirlər görmək.
17.1.5. Sığortaçının yazılı razılığı olmadan sığorta müqaviləsindən irəli gələn hüquqlarından imtina etməmək.
17.1.6. Sığortaçının yazılı razılığı olmadan hər hansı şəxslərin iddialarının əsaslı olmasını və onların qarşısında məsuliyyəti bilavasitə və ya dolayı etiraf etməmək.
17.1.7. Sığorta müqaviləsinin şərtlərini, hazırkı Qaydaların, sığorta müqaviləsinə qəbul edilmiş əlavələrin və təlimatların tələblərini, dövlət orqanlarının qərarlarına və hərəkətlərinə qarşı şikayət edilməsi və məhkəmə müdafiyəsi üzrə göstərişlər daxil olmaqla Sığortaçının yazılı göstərişlərini yerinə yetirmək.
17.2. Sığortalının hüquqları:
17.2.1. Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq Sığortaçıdan sığorta müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək.
17.2.2. Sığorta şərtlərinin, sığorta Qaydalarının ayrı-ayrı bəndlərinin, sığorta müqaviləsinə qəbul edilmiş əlavələrin və təlimatların aydınlaşdırılmasını Sığortaçıdan tələb etmək.
17.2.3. Sığorta müqaviləsinin (Sığorta Şəhadətnaməsinin) itirilməsi halında onun dublikatını almaq.
17.2.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada sığorta ödənişinin həyata keçirilməsindən imtina etməsi və ya onun məbləğinin azaldılması barədə Sığortaçının qərarına qarşı etiraz etmək.
17.2.5. Sığorta müqaviləsi və hazırkı Qaydalar ilə nəzərdə tutulan hallarda sığorta ödənişini almaq.
17.3. Sığortaçının vəzifələri:
17.3.1. Sığorta müqaviləsi bağlandıqda hazırkı Qaydaları, sığorta müqaviləsinə qəbul edilmiş əlavələr və təlimatları Sığortalıya təqdim etmək; müəyyən olunmuş vaxt ərzində Sığorta Şəhadətnaməsini hazırkı Qaydalarla birlikdə Sığortalıya vermək.
17.3.2. Sığorta hadisəsi baş verdidə sığorta müqaviləsi ilə müəyyən olunmuş vaxt ərzində sığorta ödənişini həyata keçirmək.
17.3.3. Hazırkı Qaydalara və sığorta müqaviləsinə uyğun olaraq sığorta hadisəsinin baş verməsi nəticəsində dəymiş zərərin azaldılması üçün Sığortalı tərəfindən çəkilmiş xərcləri ödəmək.
17.3.4. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla Sığortalıdan alınan sirli məlumatı yaymamaq.
18. Sığorta müqaviləsi
18.1. Sığorta müqaviləsi Sığortaçı ilə Sığortalı arasında yazılı formada bağlanan, Sığortalının ödədiyi razılaşdırılmış sığorta haqqı müqabilində sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsində göstərilən sığorta məbləğindən xxx olmaması şərti ilə, sığorta ödənişinin Sığortaçı tərəfindən ödənilməsini nəzərdə tutan sazişdir.
18.2. Sığorta müqaviləsinin bağlanması üçün Sığortalı müəyyən olunmuş formada yazılı ərizəni Sığortaçıya təqdim edir.
18.3. Sığorta müqaviləsi yazılı şəkildə tərtib edilir və bir sənədin tərtib olunması və ya Sığortaçı tərəfindən Sığortalıya onun ərizəsi əsasında Sığortaçı tərəfindən imzalanmış Sığorta Şəhadətnaməsinin (hazırkı Qaydalar əlavə olunmaqla) təqdim olunması yolu ilə bağlana bilər.
18.4. Sığorta müqaviləsinin əsli sığorta haqqının tam və ya birinci ödənişinin Sığortaçının hesabına köçürüldüyü gündən 5 iş günü ərzində Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur.
18.5. Sığorta müqaviləsi ilə digəri nəzərdə tutulmayıbsa müqavilə sığorta haqqının və ya onun birinci ödənişinin ödənilməsi anından qüvvəyə minir.
18.5.1. Əgər sığorta müqaviləsi ilə onun qüvvəyə minməsi sığorta haqqının və ya birinci ödənişin ödənilməsi anından fərqli digər andan müəyyən edilibsə sığorta haqqının və ya birinci ödənişinin sığorta müqaviləsində sığorta haqqının və ya birinci ödənişin ödənilməsi günü kimi müəyyən olunmuş tarixdən 10 gün ərzində ödənilmədiyi halda Sığortaçı 15 günlük əlavə ödəmə müddətini təyin etmək bu müddət bitəndən sonra sığorta haqqı ödənilmədikdə sığorta müqaviləsindən imtina etmək hüququna malikdir.
Əgər sığorta müqaviləsi sığortaçının hazırkı bəndin şərtlərinə əsasən müqaviləni ləğv etmək hüququnun yaranması anına qüvvəyə minməyibsə, müqavilə qüvvəyə minməmiş hesab olunur və tərəfləri üçün heç bir hüquqi nəticələr yaratmır.
18.5.2. Sığorta haqqının növbəti ödənişinin sığorta müqaviləsində onun ödənilməsi günü kimi müəyyən olunmuş tarixdən 10 gün ərzində ödənilmədiyi halda Sığortaçı 15 günlük əlavə ödəmə müddətini təyin etmək bu müddət bitəndən sonra sığorta haqqı ödənilmədikdə sığorta müqaviləsindən imtina etmək hüququna malikdir.
19. Sığorta riskinə təsir edən amillər. Sığorta riskinin artmasi haqqinda məlumat vermə vəzifəsi
19.1 Sığorta müqaviləsinin bağlanmasından əvvəl Sığortalı ona məlum xxxx və sığorta hadisəsinin baş vermə ehtimalına təsir göstərə biləcək faktlar və hadisənin baş verməsindən dəyə biləcək zərər haqqında məlumatı Sığortaçıya təqdim etməli və Sığortaçı tərəfindən verilmiş sualları cavablandırmalıdır.
19.2. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, əgər sığorta müqaviləsi Sığortaçının qoyduğu hər hansı sual Sığortalı tərəfindən cavabsız qoyularaq bağlanıbsa, Sığortaçı onun müəyyən faktlardan xəbərsiz olduğuna istinad etməklə sığorta müqaviləsinin ləğv edilməsini və ya onun etibarsız hesab edilməsini tələb edə bilməz.
19.3. Əgər müqavilənin bağlanmasından sonra xxxxxx dərəcəsinə təsir göstərə biləcək hallar barəsində Sığortalı tərəfindən Sığortaçıya yanlış məlumatların qərəzli olaraq bildirilməsi sübut edilərsə, Sığortaçı müqavilənin etibarsız hesab edilməsini tələb edə bilər. Sığortalının gizlətdiyi faktlar aradan qalxdığı (xxx olduğu) halda Sığortaçı müqavilənin etibarsız hesab edilməsini tələb edə bilməz.
19.4. Sığortalı sığorta müqaviləsinin müddəti ərzində sığorta obyektinin özü və onun istismar olunması ilə bağlı baş vermiş əhəmiyyətli və sığorta riskinin artmasına təsir göstərə biləcək dəyişikliklər haqqında Sığortaçıya dərhal, hər halda 3 təqvim günündən gec olmayaraq məlumat verməlidir. Bu müddəa Sığortalı tərəfindən müqavilənin bağlanması zamanı Sığortaçıya bildirdiyi məlumat və faktlarda baş vermiş dəyişikliklərə də aiddir. Bu vəzifənin düzgün yerinə yetirilməsi faktı yazılı sübut ilə təsdiq olunmalıdır.
19.5. Sığorta riskinin artmasına səbəb ola biləcək faktlar haqqında məlumatlandırılmış Sığortaçı sığorta müqaviləsi şərtlərinin dəyişdirilməsini və əlavə sığorta haqqının ödənilməsini tələb edə bilər.
19.6. Sığortalı sığorta riskinin artmasına səbəb ola biləcək faktlar haqqında Sığortaçını məlumatlandırmadığı və ya Sığortalı sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsinə və əlavə sığorta haqqının ödənilməsinə etiraz etdiyi halda, Sığortaçı sığorta müqaviləsinin ləğv edilməsini və Mülki Məcəllənin 424-cü maddəsinə əsasən ləğv edilmənin nəticəsində dəymiş zərərin ödənilməsini tələb edə bilər, sığorta riskinin artmasından sonra baş vermiş hadisə üzrə ödənişin həyata keçirilməsindən imtina edə bilər. Sığorta riskinin artması sığorta hadisəsinin baş verməsinə və Sığortaçının öhdəliyinin yerinə yetirilməsi həcminə təsir göstərmədiyi halda Sığortaçının ödənişin həyata keçirilməsi üzrə öhdəliyi qüvvədə qalır.
19.7. Sığorta riskinin artmasına səbəb ola biləcək faktların aradan qalxmasından (xxx olmasından) sonra Sığortaçı heç bir halda müqavilənin ləğv edilməsini tələb edə bilməz.Bu müddəanın pozulması Sığortaçını yalnız o halda öz öhdəliklərinin yerinə yetirməsindən azad edir ki, sığorta hadisəsi xxxxxx artmasından sonra baş versin.
20. Sığorta müqaviləsinə xitam verilməsi
20.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
20.1.1. Sığorta müqaviləsinin qüvvədə olma müddəti bitdikdə - sığorta müqaviləsində (və ya eyniləşdirmə kartında) göstərilən qüvvədən düşmə tarixində saat 24.00-da;
20.1.2. Sığortaçı sığorta müqaviləsi ilə nəzərdə tutulan öz öhdəliklərini tamamilə yerinə yetirdikdə;
20.1.3. Sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
20.1.4. Sığorta müqaviləsinin və hazırkı Qaydaların müddəa və şərtləri yerinə yetirilmədikdə;
20.1.5. Tərəflərin razılaşmasına əsasən;
20.1.6. Azərbaycan Respublikası qanunvericiliyi və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər hallarda.
21. Sığorta müqaviləsinə xitam verildikdə sığorta haqqinin hesablanmasi
21.1. Sığorta müqaviləsinə həm Sığortaçının, həm də Sığortalının 30 gün əvvəl qarşı tərəfə yazılı şəkildə xəbərdarlıq verməsi yolu ilə vaxtından əvvəl xitam verilə bilər. Yazılı xəbərdarlıq tərəflərin müqavilədə göstərilən ünvanlarına göndərilməlidir.
21.2. Tərəflər müqaviləyə xitam verməkdən əvvəl müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini tam yerinə yetirməlidirlər. Belə halda sığorta haqqının qaytarılması aşağıdakı qaydada həyata keçirilir:
21.2.1 sığorta müqaviləsinə Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, Sığortaçı Sığortalının sığorta haqlarının bütünlüklə qaytarır; əgər bu tələb Sığortalının/Sığorta olunanın sığorta Qaydalarını yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçi çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır;
21.2.2 Sığorta müqaviləsinə Sığortalının tələbi ilə xitam verildikdə, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını ona qaytarır; əgər Sığortalının tələbi Sığortaçının sığorta Qaydalarını pozması ilə bağlıdırsa, Sığortaçı sığorta haqqını Sığortalıya bütünlüklə qaytarır.
21.2.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
21.2.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydalarin 21.2.1-ci və 21.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
21.3 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, bu Qaydaların 21.2.1-ci bəndinin şərtləri nəzərə alınaraq, sığorta haqqı Sığortalı tərəfindən göndərilmiş yazılı bildiriş alındıqdan sonra 10 (on) iş günü ərzində qaytarılır.
22. Sığorta hadisəsi haqqında məlumat verilməsi və zərərlərin tənzimlənməsi qaydası.
22.1. Sığortalı müqavilənin şərtlərinə əsasən hər hansı iddianın yaranmasına səbəb ola biləcək hadisə haqqında mümkün xxxx ən qısa zamanda yazılı şəkildə Sığortaçıya məlumat verməli və Sığortaçının tələb etdiyi bütün digər əlavə məlumatı Sığortaçıya təqdim etməlidir. Hər hansı iddia, məhkəmə çağırışı və ya məhkəmə prosesi və bunlara aid xxxx bütün sənədlər alınan kimi Sığortalı onları Sığortaçıya verməlidir.
22.2. Sığortalı Sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı bir hərəkət etməyə, saziş imzalamağa və ya vəd verməyə haqlı deyildir. Sığortaçı Sığortalının adından hər hansı iddiadan müdafiə olunmağı və iddianı tənzimləmək yaxud Sığortalının adından ziyanı ödənilmək və onun xeyrinə məhkəmədə iddianı qəbul etmək və təmin etmək hüququna malikdir. Sığortalı Sığortaçının ehtiyac duyduğu bütün məlumatları ona təqdim etməlidir.
22.3. Sığortalı baş verən hadisə barəsində səlahiyyətli dövlət orqanlarına məlumat verməyə və qanunvericiliklə ona aid edilmiş bütün öhdəlikləri yerinə yetirməyə borcludur.
23. Zərərin qarşısının alınması və həcminin azaldılması
23.1. Sığorta hadisəsi zamanı Sığortalı mümkün zərərin qarşısını almaq və miqdarının azaltmaq üçün bütün məqsədəuyğun və mümkün tədbirləri görməlidir.
23.2. Belə tədbirlər həyata keçirilərkən Sığortalı Sığortaçıdan aldığı bütün təlimatları yerinə yetirməlidir.
24. Ödənilməmiş sığorta haqqının hesaba alınması
24.1. Əgər sığorta ödənişinin verilməsi anına qədər sığorta mükafatı tam ödənilməmişdirsə, Sığortaçı ödəniş zamanı sığorta haqqlarının qalan hissəsini tutmağa haqlıdır.
25. Sığorta ödənişi
25.1. Sığortaçının Sığortalıya qarşı iddia irəli sürüldüyü halda onun maraqlarının məhkəmədə və ya məhkəmədən kənar müdafiəsi üzrə tədbirlər görməyə hüququ vardır. Sığortalının maraqlarının müdafiəsi üzrə tədbirlərin görülməsi Sığortaçı tərəfindən hadisə üzrə öz məsuliyyətinin tanıması demək deyildir və sığorta ödənişinin həyata keçirilməsi üçün əsas ola bilməz.
25.2. Sığorta ödənişi hadisənin sığorta müqaviləsinə müvafiq olaraq sığorta hadisəsi kimi tanınması və Sığortalının hazırkı müqavilə üzrə vəzifələrinin yerinə yetirməsi şərti ilə həyata keçirilir. Sığorta ödənişi Sığortalı tərəfindən zərərin təmin olunduğunu təsdiq edən sənədlərin təqdim olunmasından sonra Sığortalıya ödənilir, xxxxx Sığortalının ərizəsinə əsasən sığorta ödənişi Sığortaçı tərəfindən birbaşa Xxxxxxxxxx şəxsə ödənilə bilər. Sığorta məbləği xarici valyutada müəyyən edilibsə, sığorta ödənişi Azərbaycan Respublkasının rezidentləri xxxx Sığortalı və ya Faydalanan şəxsə xarici valyutada müəyyən edilmiş zərər məbləğinə milli valyutada ekvivalent xxxx məbləğdə həyata keçirilir. Sığorta müqaviləsi və ya tərəflərin razılığı ilə digəri nəzərdə tutulmayıbsa xarici valyutanın manatla hesablanması Azərbaycan Respublikası Milli Bankının sığorta ödənişinin gününə xxxx rəsmi məzənnəsinə əsasən həyata keçirilir.
25.3. Sığorta ödənişin ödənilməsi üçün Sığortalı Sığortaçıya aşağıda qeyd edilən sənədləri təqdim etməlidir:
- sığorta hadisəsinin baş verməsi haqqında ərizə;
- üçüncü şəxslər tərəfindən Sığortalıya qarşı irəli sürülmüş iddia ərizəsi;
- Sığortaçının sığorta hadisəsinin baş vermə səbəbləri haqqında izahatı;
- baş vermiş hadisə nəticəsində üçüncü şəxslərin həyatına, sağlamlığına və əmlakına ziyanın dəyməsini təsdiq edən müvafiq dövlət orqan tərəfindən verilən sənəd;
- ziyanin məbləğini təsdiq edən müvafiq dövlət orqan tərəfindən verilən sənəd;
- mübahisə məhkəmədən kənar həll edildiyi halda mübahisənin həll edilməsini təsdiq edən sənəd;
- mübahisə məhkəmə tərəfindən həll edildiyi halda məhkəmənin qərarı;
- sığorta hadisəsinə aid xxxx digər sənədlər.
25.4. Sığorta ödənişi Sığortaçı tərəfindən 13 iş günü ərzində həyata keçirilir. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, həmin müddət Sığorta hadisəsi barədə Ərizənin və hazırkı Qaydaların 25.3-cü bəndində göstərilmiş və Sığortaçının tələb etdiyi digər sənədlərin təqdim olunması günündən hesablanır.
26. Sığorta ödənişi verməkdən imtina
26.1. Aşağıdakı hallarda Sığortaçı Sığortalıya sığorta ödənişini verməkdən imtina etməyə haqlıdır:
26.1.1. Sığortalının ona məlum xxxx və xxxxxx dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar barədə məlumat verməməsi və ya qəsdən yanlış məlumat verməsi;
26.1.2. Mühüm şərtlərin yerinə yetirilməməsi ilə sığorta hadisəsi arasında əlaqənin olub-olmamasından asılı olmayaraq Sığortalının sığorta müqaviləsinin Mühüm Şərtlərinə əməl etməməsi;
26.1.3. Sığortaçıya baş vermiş sığorta hadisəsi haqqında məlumat verməmə və ya gec məlumat vermə, o şərtlə ki, Sığortaçıda belə məlumatın olmaması və ya yanlış məlumat olması onun üçün sığorta ödənişini vermək öhdəliyinin yaranmasına təsir etmək imkanına malik olsun;
26.1.4. Yerinə yetirilmədiyi təqdirdə sığorta hadisəsinin baş verməsinə və ya itkilərin həcminin artmasına gətirib çıxarmış və ya kömək etmiş, yaxud da sığorta hadisəsinin şəraitinin düzgün aydınlaşdırılması imkanlarını pozmuşdursa, Sığortalının sığorta müqaviləsinə, bu Qaydalara və ya qanunvericiliyə əsasən ona həvalə edilən öhdəlik və şərtləri yerinə yetirməməsi;
26.1.5. Sığorta müqaviləsinə görə hər hansı iddia aldatmaq və ya dələduzluq məqsədilə irəli sürüldükdə.
27. Tərəflərin məsuliyyəti
27.1 Sığorta müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib edilib və tərəflərlə lazımi qaydada yerinə yetirilməlidir.
27.2 Sığorta müqaviləsi üzrə tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq digər tərəfə vurduğu ziyanın əvəzini ödəməlidir.
27.3 Sığorta müqaviləsinə əsasən tərəflərdən heç biri o biri tərəfin yazılı razılığı olmadığı halda öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil.
28. Sığorta müqaviləsinə qəbul edilmiş əlavələr
28.1. Bu Qaydalar əsasında bağlanılmış sığorta müqaviləsinə Əlavələr tərəflərin razılığı ilə yazılı şəkildə qəbul edilir, müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir və bu Qaydalarda mövcud xxxx şərtləri dəyişdirə və ya müəyyənləşdirilməyən şərtləri qəbul edə bilər.
29. Mübahisələrə baxilma qaydasi
29.1. Sığorta müqaviləsi ilə bağlı bütün məsələlər, o cümlədən tərəflər arasında yaranan fikir ayrılığı və mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu ilə nəticə əldə edilməzsə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll olunmalıdır.