Contract
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 420 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR 4 nömrəli əlavə |
Satınalan təşkilatlarla “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılan Müqavilə |
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın (bundan sonra - Qayda) müddəalarına uyğun olaraq, Azərbaycan
Respublikası
(bundan sonra- Sifarişçi)
(satınalan təşkilatın adı, təşkilati-hüquqi forması)
şəxsində bir tərəfdən və
(vəzifəsi, soyadı, adı, atasının adı)
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamı ilə yaradılmış “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra- İcraçı), şəxsində digər
(vəzifəsi, soyadı, adı, atasının adı)
tərəfdən (bundan sonra birlikdə-Tərəflər) aşağıdakılar barədə razılığa gələrək bu Müqaviləni imzalayırlar.
1. Müqavilənin predmeti
1.1. İcraçı bu Müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə Sifarişçinin təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə Sifarişçini təmin etməyi öz öhdəsinə götürür.
1.2. Sifarişçi Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.
1.3. Aşağıdakı sənədlər bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur:
1.3.1. satınalan təşkilatlarla “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış Müqavilə əsasında alınacaq ərzaq məhsullarının miqdarı və qiymət cədvəli (1 nömrəli cədvəl);
1.3.2. bağlanılmış Müqaviləyə əsasən “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən satınalan təşkilatlara ərzaq məhsullarının təqdim edilməsi cədvəli (2 nömrəli cədvəl).
2. Tərəflərin öhdəlikləri
2.1. Sifarişçi:
2.1.1. bu Müqavilənin 2 nömrəli cədvəlinə uyğun olaraq, ərzaq məhsullarını təxirəsalınmadan (ərzaq məhsullarının keyfiyyətinin müayinə edilməsinə tələb olunan müddət nəzərə alınmaqla) qəbul edir. Sifarişçinin nümayəndəsi tərəfindən təhvil-təslim aktı imzalandıqdan sonra məhsullar qəbul edilmiş sayılır;
2.1.2. İcraçıdan qəbul etdiyi ərzaq məhsullarının standartlara uyğun şəraitdə, saxlama qaydalarına riayət edilməklə saxlanılmasını təmin edir;
2.1.3. ay ərzində alınmış ərzaq məhsullarının dəyərinin növbəti ayın 10-dək İcraçıya ödənilməsini təmin edir;
2.1.4. Xxxxxxxxx təqdim etdiyi ərzaq məhsulları Müqavilənin şərtlərinə uyğun gəlmədikdə, Tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə tərtib olunmuş akt əsasında həmin məhsulların qəbulundan imtina edir;
2.1.5. bu Müqavilənin icrası ilə bağlı bütün məlumatların dəqiqliyinə və İcraçıya vaxtında çatdırılmasına təminat verir.
2.2. İcraçı:
2.2.1. İcraçı bu Müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının göndərilməsi üzrə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib, ərzaq məhsullarını bu Müqavilənin 2 nömrəli cədvəlinə uyğun olaraq müvafiq ünvanda (tədarük məntəqəsində) Sifarişçiyə təhvil verir;
2.2.2. Sifarişçiyə təqdim etdiyi ərzaq məhsulları bu Müqavilənin şərtlərinə uyğun olmadıqda, onu tez bir zamanda (2 nömrəli cədvəlin “Qeyd” hissəsində göstərilən müddətdən gec olmayaraq) keyfiyyətli məhsulla əvəz edir;
2.2.3. bu Müqavilənin icrası ilə bağlı müvafiq sertifikatları və digər sənədləri təqdim edir.
3. Ərzaq məhsullarının mənşəyi
3.1. Satın alınan ərzaq məhsullarının mənşəyi (istehsal olunduğu ölkə) Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlər çərçivəsində qəbul olunmuş qərarlara əsasən məhsulların satın alınması qadağan edilmiş ölkələrdən olmamalıdır.
4. Malların göndərilməsi və sənədləşdirilməsi
4.1. İcraçı satın alınan ərzaq məhsullarının bu Müqavilənin 2 nömrəli cədvəlində göstərilən müddətlərdə Xxxxxxxxx tərəfindən müəyyən edilmiş tədarük məntəqəsinə və ya ünvana göndərilməsini təmin edir.
4.2. İdxal edilən ərzaq məhsullarının göndərilməsinə dair tələblər Parisdə Beynəlxalq Ticarət Palatası tərəfindən nəşr edilən və qüvvədə xxxx “Ticarət terminlərinin təfsirinin beynəlxalq Qaydaları “İnkoterms” şərtlərinə uyğun olmalıdır.
4.3. İcraçı aşağıdakı sənədləri Azərbaycan dilində Sifarişçiyə təqdim etməlidir:
4.3.1. qaimə-faktura – 1 nüsxə;
4.3.2. hesab – 1 nüsxə;
4.3.3. vergi hesab fakturası -1 nüsxə;
4.3.4. ərzaq məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən gigiyenik, baytarlıq və ya fitosanitar sertifikatlarının surətləri, idxal edilən ərzaq məhsulları üçün əlavə olaraq mənşə sertifikatının surəti.
5. Malların qablaşdırılması, markalanması və çatdırılması
5.1. Müqavilə üzrə alınacaq ərzaq məhsulları Sifarişçinin tələblərinə uyğun, habelə onların zədələnmədən və xarab olmadan qorunmasını təmin edən qablarda qablaşdırılmalı, markalanmalı və bu Müqavilə ilə müəyyənləşdirilmiş son təyinat məntəqəsinədək çatdırılmalıdır.
5.2. Məhsulun qablaşdırılmasına və markalanmasına xxxx tələblər Sifarişçinin istəyinə uyğun olaraq, həmin məhsula dair standartların tələblərindən aşağı keyfiyyətli olmamaqla dəyişdirilə bilər.
5.3. Markalanma ərzaq məhsullarının baxışı zamanı onların digər mallardan ən qısa müddətdə seçilməsinə imkan yaratmalıdır.
6. Müqavilənin dili
6.1. Müqavilə Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur.
7. Müqavilə üzrə ödəmələr
7.1. Müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği manat təşkil edir. Ərzaq məhsullarının Müqavilə qiymətinə qablaşdırmaya (taraya), markalanmaya, gömrük və digər ödənişlərə aid xxxx xərclər də daxildir.
7.2. Məhsulların qiymətində dəyişiklik olduqda, qiymətlərə yenidən baxılır.
7.3. Sifarişçi növbəti il üçün ərzaq məhsullarının (emal edilmiş ərzaq məhsulları istisna olmaqla) alınmasına görə bu Müqavilənin 7.1-ci bəndində göstərilən məbləğin 25 faizindən az olmamaqla xxxxx ödəyir.
7.4. Sifarişçi emal olunmuş ərzaq məhsullarına görə müəyyən məbləğdə xxxxx ödəyə bilər.
7.5. Bu Müqavilənin şərtlərinə uyğun tərtib olunmuş qrafikə əsasən, ərzaq məhsulları Xxxxxx tərəfindən göndərildikdən və Sifarişçi tərəfindən qəbul edildikdən sonra Xxxxxxxxx təqdim etdiyi sənədlər (qaimələr, hesab-faktura, vergi hesab- fakturası və digər sənədlər) əsasında xxxxx məbləğinin xüsusi çəkisi (proporsional qaydada) nəzərə alınmaqla, faktiki təhvil verilmiş ərzaq məhsullarının dəyəri Sifarişçi tərəfindən növbəti ayın 10-dək ödənilir.
8. Sığorta
8.1. İcraçı Müqavilə üzrə ərzaq məhsullarının sığortalanmasını aparır.
8.2. Sığorta müqaviləsi bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirildiyi müddəti əhatə etməlidir.
9. Cərimələr
9.1. İcraçı bu Müqavilə ilə öz üzərinə götürdüyü öhdəlikləri müəyyən olunmuş qaydada və müddətdə yerinə yetirmədikdə (gecikdirdikdə) və ya tədarük edilmiş ərzaq məhsulu keyfiyyətsiz olduqda, Sifarişçi digər hüquqlara ziyan vurmadan həmin miqdarda məhsulun dəyərinin 0,1 xxxxx məbləğində cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edə bilər.
9.2. Sifarişçi üzrlü səbəb olmadan Müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələri aparmadıqda və ya təqdim olunan ərzaq məhsullarının qəbulunu gecikdirdikdə, İcraçı hər gecikdirilmiş gün üçün Müqavilənin dəyərinin 0,1 xxxxx məbləğində cərimə sanksiyaları tətbiq edə bilər.
9.3. Cərimələrin məbləğinin yuxarı həddi Müqavilənin qiymətinin 10 (on) faizindən xxx olmamalıdır.
10. Fors-major
10.1. Bu Müqavilənin icrasına qarşısıalınmaz qüvvə (fors-major hadisəsi) təsir göstərərsə, Müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməyən Tərəf nəzərdə tutulmuş cərimələrin ödənilməsindən azad edilir və Müqavilənin pozulması üçün məsuliyyət daşımır.
10.2. Bu Müqavilədə “qarşısıalınmaz qüvvə” dedikdə aşağıdakılar nəzərdə tutulur:
10.2.1. hərbi əməliyyatlar, embarqo, qiyam, inqilab, üsyan, iğtişaş, hərbi vəziyyətin elan olunması, vətəndaş itaətsizliyi, terror aktı və ya sabotaj;
10.2.2. hər hansı mənbədən radioaktiv çirklənmə və ya ion şüalanması;
10.2.3. zəlzələ, torpaq sürüşməsi, daşqın, tufan, siklon və digər fövqəladə hadisələr;
10.2.4. yanğın, partlayış və kimyəvi zəhərlənmə və s.
10.3. Aşağıdakı hadisələr birbaşa qarşısıalınmaz qüvvənin (fors-major hadisəsinin) tam və ya qismən nəticəsi deyildirsə, qarşısıalınmaz qüvvə (fors-major hadisəsi) hesab olunmur: 10.3.1. məhsul istehsalı üçün işçi qüvvəsinin və texnikanın çatışmaması; 10.3.2. məhsul istehsalçısı tərəfindən aqrotexniki tədbirlərin vaxtında və ya düzgün aparılmaması, yaxud məhsulun keyfiyyətinin aşağı olması. 11. Digər şərtlər 11.1. Bu Müqavilənin şərtlərini operativ həll etmək üçün dəyişikliklər və digər imzalanmış sənədlərin elektron daşıyıcılar vasitəsilə icra edilməsi barədə Tərəflər qarşılıqlı razılığa gəlirlər. Bu halda, sənədlərin əsli 10 gün müddətində Tərəflərə təqdim edilməlidir. 11.2. Bu Müqavilə 2 əsl nüsxədə tərtib edilmişdir. Hər bir Tərəfə eyni hüquqi qüvvəyə xxxxx xxxx bir nüsxə verilir. 11.3. Müqavilə Sifarişçi və Xxxxxx tərəfindən imzalandığı andan qüvvəyə minir və Müqavilə üzrə öhdəliklər tam yerinə yetirilənədək qüvvədə qalır. 12. Hüquqi ünvanlar və rekvizitlər | |
Sifarişçi M.Y. (imza) “ ” 20 -ci il | İcraçı M.Y. (imza) “ ” 20 -ci il |
1 nömrəli cədvəl
ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı”
(satınalan təşkilat)
Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış Müqavilə əsasında alınacaq ərzaq məhsullarının miqdarı və qiymət cədvəli
Sıra №-si | Ərzaq məhsullarının adı və növü | Ölçü vahid i | Yararlılı q müddəti | Miqdarı | Vahidin qiyməti (manatla ) | Ümumi məbləğ (manatla) |
1. | ||||||
2. |
3. | ||||||
4. | ||||||
Cəmi | ||||||
ƏDV | ||||||
Ümumi məbləğ |
Sifarişçi M.Y. (imza) “ ” 20 -ci il | İcraçı M.Y. (imza) “ ” 20 -ci il |
2 nömrəli cədvəl |
Bağlanılmış tarixli nömrəli Müqaviləyə əsasən “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən satınalan təşkilatlara ərzaq məhsullarının təqdim edilməsicədvəli |
Sır a № -si | Məhsul un adı və növü | Ölçü vahi di | Məhsulu n ümumi miqdarı | O cümlədən, aylar üzrə | Ərzaq məhsulları nın qəbul olunduğu ünvan | |||||
yanv ar | fevr al | noyab r | deka br | |||||||
1. | * | * | * | * | * | * | ||||
2. | *** | *** | ** * | ** * | *** | *** | ||||
3. | *** | *** | ** * | ** * | *** | *** | ||||
4. | ** | ** | ** | ** | ** | ** | ||||
5. | *** | *** | ** * | ** * | *** | *** |
6. | *** | *** | ** * | ** * | *** | *** | ||||
Qeyd. Çatdırılma qrafiki və məhsulun miqdarı Tərəflərin razılığı ilə dəyişdirilə bilər. * gündəlik tədarük olunur ** ayda 2 dəfə, hər ayın 1-i və 15-i tədarük edilir *** hər ayda 1 dəfə tədarük edilir | |
İcraçı | Sifarişçi |
M.Y. (imza) “ ” 20 - ci il | M.Y. (imza) “ ” 20 -ci il |