AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Şəhər su təchizatı və kanalizasiya layihəsi üzrə Asiya İnkişaf Bankı və "Azərsu" Səhmdar Cəmiyyəti arasında Layihə haqqında Sazişin
təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Şəhər su təchizatı və kanalizasiya layihəsi üzrə Asiya İnkişaf Bankı və "Azərsu" Səhmdar Cəmiyyəti arasında Layihə haqqında Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 mart 2006-cı il
№ 70-IIIQ
Kredit nömrə 2119 AZE (SF)
Asiya İnkişaf Bankı və "Azərsu" Səhmdar Cəmiyyəti arasında LAYİHƏ
HAQQINDA SAZİŞ
(Şəhər su təchizatı və kanalizasiya layihəsi)
Asiya İnkişaf Bankı (bundan sonra "AİB" adlandırılacaq) və "Azərsu" Səhmdar Cəmiyyəti (bundan sonra "Azərsu" adlandırılacaq) arasında 29 noyabr 2005-ci il tarixli Layihə haqqında Saziş
Nəzərə alaraq ki,
(A) Azərbaycan Respublikası (Borcalan) və AİB arasında eyni tarixdə imzalanmış sazişlə (Kredit haqqında Saziş) AİB Kredit haqqında Sazişdə əks olunan şərtlər əsasında, xxxxx yalnız Xxxxxx haqqında Sazişin 1 xxxxx Əlavəsində təsvir olunmuş Layihənin A (i)(c) Bölməsi istisna olmaqla A Bölməsinin və B (i)(c) Bölməsi istisna olmaqla B Bölməsinin məqsədləri üçün Kredit vəsaitlərinin bir hissəsinin "Azərsu"ya təqdim edilməsi və "Azərsu"nun bu Layihə haqqında Sazişdə qeyd olunmuş öhdəlikləri üzərinə götürməyə razılaşması şərtilə Borcalana on üç milyon beş yüz səksən min Xüsusi Borcalana Hüquqlarına (13,580,000 XBH) ekvivalent məbləğdə kredit verməyə razılaşmışdır;
(B) AİB və Xxxxxxxx arasında bağlanmış Xxxxxx haqqında Sazişi nəzərə alaraq "Azərsu" aşağıda qeyd olunan öhdəlikləri üzərinə götürməyə razılaşmışdır;
Buna görə də tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər.
Maddə I
Anlayışlar
Bölmə 1.01. (a) Məzmun başqa cür tələb etmirsə, bu Layihə haqqında Sazişdə istifadə olunduğu hər yerdə Kredit haqqında Sazişdə və Kredit vermə Qaydalarında müəyyən olunmuş bir sıra terminlərin göstərildiyi mənalan vardır, xxxxx bu Layihə haqqında Sazişin məqsədləri üçün "Layihə" termini Kredit haqqında Sazişin 1 xxxxx Əlavəsində qeyd olunduğu kimi Layihənin A və B bölmələri xxxx xxxx düşülür.
(b) Bu Bölmənin (a) bəndində istinad olunmuş terminlərə əlavə olaraq, aşağıdakı termin bu Layihə haqqında Sazişin hər yerində, əgər məzmun baş-qa cür tələb etmirsə, aşağıdakı mənanı verir: "SC" dedikdə "Ağdaş" SC və "Göyçay" SC-nin hər xxxx xxxx düşülür.
Maddə II
Xüsusi öhdəliklər
Bölmə 2.01. (a) "Azərsu" Layihəni möhkəm inzibati, maliyyə, sosial, mühəndislik, ekoloji və kommunal xidmətlər üzrə təcrübələrə uyğun şəkildə lazımi səy və məhsuldarlıqla həyata keçirməlidir.
(b) Layihənin həyata keçirilməsi və Layihə qurğularının istifadə olunması zamanı "Azərsu" bu Layihə haqqında Sazişdə göstərilmiş "Azərsu"ya aid bütün öhdəlikləri və Layihə haqqında Sazişin Əlavəsində göstərilmiş bütün öhdəlikləri həyata keçirəcək.
Bölmə 2.02. "Azərsu" Layihənin həyata keçirilməsi üçün lazımi qədər çevik şəkildə Kredit vəsaitlərinə əlavə olaraq, tələb olunan vəsaitləri, qurğuları, xidmətləri və digər resursları təqdim etməlidir.
Bölmə 2.03. (a) Layihənin həyata keçirilməsi zamanı "Azərsu" AİB üçün qənaətbəxş şərtlər daxilində, AİB-ə məqbul xxxx səriştəli və ixtisaslı məsləhətçiləri və podratçıları işə cəlb etməlidir.
(b) AİB-in başqa cür razılaşacağı hal istisna olmaqla, Kredit vəsaitlərindən maliyyələşdiriləcək bütün mallar və xidmətlər Kredit haqqında Sazişin 4 və 5 xxxxx Əlavələrinin müddəalarına müvafiq surətdə satın alınmalıdır. AİB əsas etibarılə Borcalan və AİB arasında razılaşdırılmış prosedurlara uyğun satın alınmayan və yaxud müqavilə şərtləri AİB üçün qənaətbəxş olmayan mallar və xidmətlər üçün müqavilələrin maliyyələşdirilməsindən imtina edə bilər.
Bölmə 2.04. "Azərsu" Layihəni AİB-ə məqbul xxxx planlar, layihə standartları, spesifikasiyalar, iş cədvəlləri və tikinti metodları əsasında həyata keçirməlidir. "Azərsu" belə planları, layihə standartlarını, spesifikasiyaları, iş cədvəllərini və istənilən digər əsaslı dəyişiklikləri onların hazırlanmasından dərhal sonra AİB-in tələb etdiyi müfəssəlliklə AİB-ə çatdırmalı və ya çatdırılmasının təmin etməlidir.
Bölmə 2.05. (a) "Azərsu" sağlam təcrübəyə uyğun olaraq Layihə qurğularının müəyyən risklərə qarşı və lazımi məbləğlərdə sığorta olunması üçün cavabdeh sığortaçıları cəlb etməli və dəstəkləməli, yaxud da AİB-ə məqbul xxxx digər tədbirlər görməlidir.
(b) Yuxarıda qeyd olunanları məhdudlaşdırmadan, "Azərsu" Layihə vəsaitlərindən maliyyələşdiriləcək və Layihə üçün idxal olunacaq xxxxxxx onların alınması, daşınması, istifadə olunacağı və ya quraşdırılacağı yerə çatdırılmasında mümkün risklərə qarşı sığortalamalı və ya sığortalanmasını təmin etməlidir və belə sığorta üçün hər hansı
kompensasiya həmin malların təmiri və ya dəyişdirilməsi üçün rahat xxxx valyutada ödənilməlidir.
Bölmə 2.06. "Azərsu" Kredit vəsaitlərindən maliyyələşdirilmiş malların, xidmətlərin və digər xərc maddələrinin müəyyənləşdirilməsi, onların Layihədə istifadəsinin aydınlaşdırılması, Layihənin gedişatının qeyd olunması (xərclər daxil olmaqla) və onun əməliyyatlarının və maliyyə vəziyyətinin təsdiq olunmuş etibarlı mühasibat prinsiplərinə uyğun olaraq əks olunması üçün lazımi şəkildə qeydləri və hesabları saxlamalı və ya saxlanılmasını təmin etməlidir.
Bölmə 2.07. (a) Kreditin məqsədlərinin yerinə yetirilməsi üçün AİB və "Azərsu" tam şəkildə əməkdaşlıq etməlidirlər.
(b) "Azərsu" Layihənin gedişatına, özünün bu Layihə haqqında Xxxxx, Təkrar Xxxx Xxxxxx və ya Subkredit haqqında Saziş çərçivəsində öhdəliklərinə və yaxud Kreditin məqsədlərinin yerinə yetirilməsinə əngəl törədən və ya əngəl törətmək təhlükəsi yaradan istənilən vəziyyət haqqında tez bir zamanda AİB-ə məlumat verməlidir.
(c) AİB və "Azərsu" istənilən tərəfin müraciətinə əsasən Xxxxxx, "Azərsu" və Kreditlə əlaqədar hər hansı məsələlərlə bağlı öz nümayəndələri vasitəsilə vaxtaşırı fikir mübadiləsi aparmalıdırlar.
Bölmə 2.08. (a) "Azərsu" (i) Kredit və onun vəsaitlərinin xərclənməsi; (ii) belə vəsaitlərdən maliyyələşən mallar, xidmətlər və digər xərc maddələri; (iii) Layihə; (iv) "Azərsu"nun inzibati, istismar və maliyyə vəziyyəti; və (v) Kreditin məqsədləri ilə əlaqədar digər məsələlərlə bağlı AİB tərəfindən məntiqli olaraq tələb olunan bütün belə məlumatları və hesabatları AİB-ə təqdim etməlidir.
(b) Yuxarıda qeyd olunanların ümumiliyini məhdudlaşdırmadan "Azərsu" Layihənin icrası üzrə və Layihə qurğularının istismarı və idarə edilməsi üzrə rüblük hesabatları AİB-ə təqdim etməlidir. Belə hesabatlar AİB tərəfindən məntiqli olaraq tələb ediləcək zaman çərçivəsində, formada və təfsilatda təqdim olunmalı və digər məsələlərlə yanaşı, baxılan rüb ərzində işlərin gedişatını və rast gəlinən problemləri, bu problemlərin həlli istiqamətində atılmış və ya təklif olunan addımlan, növbəti rüb ərzində təklif olunan tədbirlər proqramını və gözlənilən tərəqqini göstərməlidir.
(c) Xxxxxxxxx fiziki cəhətdən başa çatdırılmasından dərhal sonra, xxxxx istənilən halda bundan üç (3) aydan və ya AİB-in bu məqsədlə razılaşdığı daha sonrakı tarixdən gec olmayaraq, "Azərsu" Kreditin məqsədlərinin yerinə yetirilməsi və bu Layihə haqqında Saziş çərçivəsində "Azərsu" tərəfindən onun öhdəliklərinin yerinə yetirilməsi və xərclər daxil olmaqla Layihənin icrası və ilkin istismarı ilə bağlı hesabatı AİB tərəfindən məntiqli olaraq tələb ediləcək formada və təfsilatda hazır-lamalı və AİB-ə təqdim etməlidir.
Bölmə 2.09. (a) "Azərsu" (i) Layihə üçün ayrıca hesablar saxlamalı; (ii) həmin hesabların və əlaqədar maliyyə hesabatlarının (balans cədvəli, gəlirlər və xərclər haqqında hesabat, mənbələr haqqında hesabat və vəsaitlərin istifadəsi və əlaqədar hesabatlar) hər il ixtisası, təcrübəsi və texniki tapşırıqları AİB-ə münasib xxxx müstəqil auditorlar tərəfindən daima tətbiq olunan müvafiq audit standartlarına uyğun auditinin aparılmasını təmin etməlidir; (iii) xxxxxx xxxxxxx dilində olmaqla mümkün olan kimi, xxxxx hər bir halda hər maliyyə ilinin sonundan altı (6) aydan gec
olmamaq şərtilə, auditi aparılmış hesabların və maliyyə hesabatlarının və onunla əlaqədar auditorların hesabatlarının təsdiq olunmuş surətlərini AİB-ə təqdim etməlidir (o cümlədən auditor-xxxxx Xxxxxx vəsaitinin istifadə olunması və Kredit haqqında Sazişin öhdəliklərin yerinə yetirilməsi, həmçinin xərclərin xxxx xxxxxx/hesabatı üzrə qaydalarla əlaqədar rəyi). "Azərsu" AİB-in vaxtaşırı xahiş edəcəyi təqdirdə belə hesablar və maliyyə hesabatlan və auditin özü ilə əlaqədar digər məlumatı AİB-ə təqdim etməlidir.
(b) Xxxxxxxx AİB-in xahişinə əsasən, Borcalanın Layihə üzrə maliyyə hesabatlarını və onun Layihə ilə əlaqədar maliyyə işlərini Borcalanın auditorları ilə AİB-in vaxtaşırı müzakirə etməsinə şərait yaradacaq və həmin auditorların hər hansı bir nümayəndəsinə səlahiyyət verəcək və ondan AİB tərəfindən xahiş olunan müzakirədə iştirak etməsini tələb edəcəkdir və Xxxxxxxxxx başqa cür razılaşmadığı təqdirdə belə müzakirə yalnız Xxxxxxxxxx səlahiyyətli heyət üzvünün iştirakı ilə aparılacaqdır.
Bölmə 2.10. "Azərsu" AİB-in nümayəndəsinə Layihəni, Kredit vəsaitlərindən maliyyələşdirilmiş xxxxxxx və hər hansı əlaqədar qeydləri və sənədləri yoxlaması üçün şərait yaradacaqdır.
Bölmə 2.11. (a) "Azərsu" Layihənin həyata keçirilməsində və ya öz işlərinin aparılmasında zəruri xxxx səs hüququnun, imtiyazların, səlahiyyətlərin, əmlakın və bütün hüquqların əldə olunması, saxlanılması və yenilənməsi və istismarının davam etdirilməsi, öz korporativ mövcudluğunu qorumaq üçün lazımi qədər çevik şəkildə öz hüquqları çərçivəsində bütün tədbirləri həyata keçirməlidir.
(b) "Azərsu" öz işini hər zaman möhkəm inzibati, maliyyə, sosial, mühəndislik, ekoloji və kommunal xidmətlər üzrə təcrübələrə uyğun şəkildə və səriştəli və təcrübəli rəhbərlik və işçi heyətinin nəzarəti altında aparmalıdır.
(c) "Azərsu" hər zaman öz qurğularının, avadanlıqlarının və digər əmlakının istismarını və texniki xidmətini aparmalı və vaxtaşırı olaraq lazımi qədər çevik şəkildə möhkəm inzibati, maliyyə, sosial, mühəndislik, ekoloji və kommunal xidmətlər üzrə təcrübələrə uyğun surətdə onların zəruri təmir və yenilənmə işlərini həyata keçirməlidir.
Bölmə 2.12. AİB-in başqa cür razılaşmayacağı təqdirdə "Azərsu" onun səmərəli istismarı üçün tələb olunan və yaxud da satışı bu Layihə haqqında Saziş çərçivəsində hər hansı öhdəliyini qənaətbəxş səviyyədə yerinə yetirmək qabiliyyətinə zərər vura biləcək hər hansı əmlakını satmamalı, icarəyə verməməli və yaxud başqa cür istifadə etməməlidir.
Bölmə 2.13. AİB-in başqa cür razılaşacağı hal istisna olmaqla, "Azərsu" Kredit vəsaitlərini bu Layihə haqqında Saziş və Kredit haqqında Sazişin şərtlərinə uyğun olaraq istifadə etməli və belə vəsaitlərdən maliyyələşmiş bütün mallar və xidmətlərin məxsusi olaraq Layihənin həyata keçirilməsində istifadə olunmasını təmin etməlidir.
Bölmə 2.14. AİB-in başqa cür razılaşacağı hal istisna olmaqla, "Azərsu" Təkrar Borc Sazişi və Subkredit haqqında Sazişlər çərçivəsində bütün öhdəliklərini lazımi qaydada yerinə yetirməli və Təkrar Borc Sazişi və Subkredit haqqında Sazişlər çərçivəsində tərəflərin hüquqlarının və ya öhdəliklərinin bölüşdürülməsi, dəyişdirilməsi, ləğv olunması, yaxud da onlardan imtina olunması təsirinə malik olacaq heç bir tədbiri həyata keçirməməlidir.
Bölmə 2.15. "Azərsu" öz Nizamnaməsinin və yaxud SC-nin Nizamnaməsinin müddəalarının dəyişdirilməsi, qüvvədən salınması və ya onlardan imtina olunması ilə bağlı hər bir təklif haqqında AİB-i tez bir zamanda məlumatlandırmalı və onunla bağlı hər hansı tədbir görülməzdən qabaq belə təklif üzrə rəy verməsi üçün AİB-ə adekvat imkan verməlidir.
Maddə I I I
Qüvvəyə minmə tarixi; Ləğv edilmə
Bölmə 3.01. Bu Layihə haqqında Xxxxx Xxxxxx haqqında Sazişin qüvvəyə minmə tarixində qüvvəyə minməlidir. AİB dərhal belə tarix haqqında "Azərsu"ya məlumat verməlidir.
Bölmə 3.02. (a) Bu Layihə haqqında Saziş və tərəflərin bu Saziş üzrə bütün öhdəlikləri aşağıdakı iki tarixdə başa çatmalıdır:
(i) şərtlərinə uyğun olaraq Kredit haqqında Sazişin başa çatmalı olduğu tarix; və
ya
(ii) Bu Layihə haqqında Sazişin tarixindən iyirmi beş (25) il sonrakı tarix.
(b) Xxxx Xxxxxx haqqında Xxxxx öz şərtlərinə uyğun şəkildə bu Bölmənin (a) (ii)
bəndində göstərilən tarixdən öncə başa çatarsa, AİB bu barədə dərhal "Azərsu”ya məlumat verməlidir.
Bölmə 3.03. Kredit haqqında Saziş çərçivəsində hər hansı ləğv edilmə və ya dayandırma hallarına baxmayaraq bu Layihə haqqında Sazişin bütün müddəaları qüvvədə olmaqda davam etməlidir.
Maddə IV
Digər müddəalar
Bölmə 4.01. Bu Layihə haqqında Xxxxx və ya tərəflər arasında bu Layihə haqqında Xxxxx ilə nəzərdə tutulan istənilən razılaşma çərçivəsində tələb olunan hər hansı bildiriş və ya müraciət yazılı olmalıdır. Belə bildiriş və ya müraciət şəxsən və yaxud poçt, teleqram, teleks, faks və ya radioqram vasitəsilə aşağıda göstərilən ünvana və ya belə müraciətin edilməsi və ya belə bildirişin verilməsi ilə tərəfə bildiriş vasitəsi ilə təyin olunan digər belə ünvana edilməsi, yaxud verilməsini tələb edən və ya bunlara icazəsi xxxx tərəfə çatdırıldığı halda belə bildiriş və ya müraciət düzgün şəkildə verilmiş və ya edilmiş hesab olunmalıdır. Bu cür təyin olunmuş ünvanlar aşağıdakılardır:
AİB üçün
Asiya İnkişaf Bankı X.X.Xxx 789
0980 Manila, Filippin Kabel ünvanı: Asianbank
Manila
Teleks nömrələri:
29066 THE BANK PH (RCA)
42205 THE BANK PH (İTT)
63587 THE BANK PH (ETPİ)
Faks nömrələri:
(000) 000-0000
(000) 000-0000
"Azərsu" üçün "Azərsu" SC
Xxxxxx xxxxxxxxx 00, XX 0000 Bakı, Azərbaycan Respublikası Faks nömrəsi:
(000-00) 000 00 00
Bölmə 4.02. (a) Bu Layihə haqqında Saziş və yaxud Xxxxxx haqqında Sazişin 8.01- ci Bölməsi çərçivəsində "Azərsu" tərəfindən və ya onun adından tələb olunan və ya həyata keçirilməsinə icazə verilən istənilən tədbir və tələb olunan və ya tərtib olunmasına icazə verilən istənilən sənəd "Azərsu"nun prezidenti və ya haqqında AİB-ə yazılı bildiriş təqdim olunan digər şəxs tərəfindən həyata keçirilə və ya tərtib oluna bilər.
(b) "Azərsu" bu Bölmənin (a) yarımbəndi çərçivəsində fəaliyyət göstərəcək hər bir şəxsin səlahiyyətini təsdiq edən lazımi sənədləri hər bir belə şəxsin imza nümunəsi ilə birgə AİB-ə təqdim etməlidir.
Bölmə 4.03. İstənilən defolt zamanı bu Layihə haqqında Saziş çərçivə -sində istənilən tərəfə aid xxxx hər hansı hüququn, səlahiyyətin və ya təshih tədbirinin yerinə yetirilməsində heç bir gecikmə və ya çatışmazlıq belə hüquqa, səlahiyyətə və təshih tədbirinin tətbiqinə mənfi təsir etməyəcək və bunlardan yayınma və ya belə yayınmanın qəbul olunması xxxx xxxx olunmayacaqdır, o cümlədən istənilən yayınma və ya yayınmanın qəbul olunması istənilən digər və ya sonrakı yayınma ilə bağlı belə tərəfin hər hansı hüququn, səlahiyyətin və ya təshih tədbirinin yerinə yetirilməsinə mənfi təsir göstərməyəcəkdir.
Bununla da lazımi qaydada səlahiyyətləndirilmiş nümayəndələrinin xxxx-xxx çıxış etməklə, tərəflər yuxarıda göstərilmiş tarixdə öz adlarından bu Layihə haqqında Sazişi imzalayıb AİB-in baş ofisinə çatdırılmasını təmin etmişlər.
Asiya İnkişaf Bankı “Azərsu" Səhmdar Cəmiyyəti Metyu VESTFOL, Oqtay ƏSƏDOV,
Ölkə üzrə Direktor, "Azərsu" Səhmdar Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi prezidenti
ƏLAVƏ
I. LAYİHƏNİN HƏYATA KEÇİRİLMƏSİ MƏSƏLƏLƏRİ
1.(a) "Azərsu" Layihənin həyata keçirilməsi üçün ümumi məsuliyyət daşımaqla Layihənin İcraedici Agentliyi olmalıdır. "Azərsu" xüsusilə, (i) Layihə İdarəetmə Qrupunun yaradılması və fəaliyyəti, (ii) SC-lərin təsis olunması və nəzarəti və yeni STK sistemləri işlək vəziyyətə gətirildikdə mövcud Sukanal müəssisələrinin ləğvi və (iii)
SC-lər, LİQ və digər əlaqədar nazirliklər və agentliklər arasında koordinasiya üzrə məsuliyyət daşıyacaq.
(b) Ağdaşda yaradılacaq SC ("Ağdaş" SC) Layihənin A Bölməsinin yerinə yetirilməsi üçün məsul olmalıdır; Göyçayda yaradılacaq SC ("Göy-çay" SC) Layihənin B Bölməsinin yerinə yetirilməsi üçün məsul ol-malıdır.
Layihənin Direktoru
2."Azərsu" yüksək səviyyəli rəsmisini Layihənin həyata keçirilməsi üçün ümumi məsuliyyət daşıyacaq Xxxxxxxxx Direktoru vəzifəsinə təyin etməlidir.
LİQ
3.(a) LİQ aşağıdakı funksiya və vəzifələrə malik olmalıdır: (i) Layihə üzrə ümumi idarəetmə işlərinin həyata keçirilməsi, müfəssəl mühəndis dizaynına nəzarət, satınalma və tikintiyə nəzarət; (ii) idarəetmə üzrə podratçıların seçilməsi və təyin edilməsi ilə əlaqədar SC-yə yardım göstərilməsi; (iii) üzərində işlər başa çatmış STK qurğularının işə salınması və onların SC-yə təhvil verilməsi; və (iv) Layihə mühasibatlığının və hesablarının aparılması və rüblük hesabatların və Layihənin başa çatması üzrə hesabatın hazırlanması.
(b) LİQ-ə AİB üçün məqbul xxxx ixtisaslı təcrübəli Layihə üzrə menecer başçılıq etməli və xxxxxx xxxxx peşəkar və yardımçı işçi heyəti tərə-findən dəstəklənməlidir. "Azərsu" Layihənin həyata keçirdiyi bütün zaman ərzində Layihəni həyata keçirən qrupun (LHKQ) səriştəli peşə-kar və yardımçı işçi heyətinə malik olmasını təmin etməlidir.
LHKQ-lər
4.(a) SC LHKQ və istismar qrupundan ibarət olmalıdır. LHKQ LİQ tərə findən idarə olunan dizayn və nəzarət kontraktı çərçivəsində təyin olunmuş tikintiyə nəzarət üçün işçi heyəti ilə təmin edilməlidir.
(b) LHKQ tikinti mərhələsində müvafiq Sukanal müə ssisələrinin AİB üçün məqbul xxxx qaydada istismarı üçün cavabdeh olmalıdır. Bu məqsədlə SC Sukanalın istismar üzrə seçilmiş işçi heyətini saxlaya caqdır. Yeni STK sistemlərinin tikintisi başa çatdıqda, STK sistemləri LİQ-dən SC-nin istismar qrupuna veriləcək və LHKQ ləğv ediləcəkdir.
(c) "Azərsu" Layihənin həyata keçirdiyi bütün zaman ərzində LHKQ -nin səriştəli peşəkar və yardımçı işçi heyətinə malik olmasını təmin etmə lidir.
II. MALİYYƏ MƏSƏLƏLƏRİ VƏ TARİFLƏR
Pay iştirakı
5."Azərsu" Layihənin həyata keçirilməsi zamanı hər ilin 30 noyabr tari xinədək LİQ tərəfindən pay iştirakı üzrə tələbatı göstərməklə növbəti il üçün operativ plan hazırlanmasını və MN-ə təqdim olunmasını təmin etməlidir ki, Xxxxxxxx vaxtaşırı olaraq Layihə üçün tələb olunan pay iştirakının kifayət qədər büdcə ayırmalarını təqdim edə
bilsin.
Tarif səviyyələri və maliyyə məqsədləri
6.(a) M övcud qanun və qaydalara müvafiq olmaqla, Kredit haqqında Sazişin 6 xxxxx Əlavəsinin 7 (c) bəndində göstərildiyi kimi borcun ödənil məsi əmsalının SC üçün 2008-ci ildən 1.0 və 2012-ci ildən 1.2 olması üçün su və kanalizasiya tariflərinin Layihənin maliyyə ehtiyaclarına uyğun şə kildə təyin edilməsi üçün Borcalan tərəfindən su və kanalizasiya tarifləri nin hər il nəzərdən keçirilməsi üçün "Azərsu" lazımi tədbirləri həyata ke çirməlidir.
(b) "Azərsu" tərəfindən aşağıdakılar təmin edilməlidir: (i) mülkiyyətindən asılı olmayaraq heç bir təşkilat, dövlət agentliyi və ya mü əssisə yuxarıda qeyd olunanlara uyğun olaraq təyin olunmuş su və kanalizasiya ta-riflərindən azad edilməyəcək və yaxud onlara təsdiq olunmuş tarif strukturundan kənar güzəştli xxxxx tətbiq olunmayacaq, yaxud da cəriməsiz olaraq ödənişin gecikdirilməsinə icazə verilməyəcəkdir; (ii) artırılmış STK tariflərinin yoxsullara təsiri araşdırılmalı və şəhərdə ya xxxxx yoxsulların başlıca yaşayış səviyyəsinin qorunması üçün müvafiq tədbirlər görüləcəkdir; və (iii) qeyd olunan araşdırmaların nəticəsi ilə bağlı ümumi məlumatlar, araşdırmalar başa çatandan sonra, üç ay ərzində AİB-ə çatdırılmalıdır.
III. İDARƏETMƏ VƏ KORPORATİVLƏŞMƏ
Səhmdar Cəmiyyətlər
7. "Azərsu" aşağıdakıları təmin etməlidir:
(a) Qüvvəyə minmə tarixindən başlayaraq üç ay ərzində SC yaradılmalı və orda səmərəli korporativ idarəetmə tədbirləri həyata keçirilməlidir və SC (i) Layihə çərçivəsində tikilmiş və bərpa olunmuş öz əmlakına malik olmalı; (ii) müvafiq STK sistemlərinin istismarı, idarə edilməsi və texniki xidməti üçün məsuliyyət daşımalı; (iii) maliyyə, idarəetmə, istismar və kadr məsələləri üzrə müvafiq muxtariyyətə; malik olmalı; və (iv) öz fəaliyyəti üçün hesabat verməlidir.
(b) SC-nin Direktorlar Şurası özlərinin Nizamnamələrinin müddəalarına uyğun özünün nəzarət və idarəetmə öhdəliklərini tam olaraq yerinə yetirəcək və səmərəli şəkildə fəaliyyət göstərəcəkdir. Xüsusilə, Direktorlar Şurası su təchizatı və kanalizasiya xidmətləri, işçi heyəti, kapital qoyuluşları, istismar və texniki xidmət, büdcə, müştəri əlaqələri və istehlakçı tarifləri və haqları ilə əlaqədar siyasəti müəyyənləşdirəcək. AİB-in başqa cür razılaşmayacağı təqdirdə Direktorlar Şurasının veto hüququnun mühüm hissəsi su təchizatı və kanalizasiya xidmətlərində yerli iştirak etməni təmin etmək üçün Bələdiyyələrə (Ağdaş və Göyçayda seçilmiş yerli idarəetmə orqanları) veriləcək.
(c) SC-nin bütövlüyünü və maliyyə davamlılığını qorumaq üçün Sukanala məxsus heç bir köhnə fiziki fondlar və yaxud qalıq borclar və öhdəliklər SC-yə verilməyəcəkdir.
(d) göstərilən xidmətlər üçün ödəmələr istisna olmaqla, SC tərəfindən "Azərsu"ya heç bir ödənişə (dividendlər daxil olmaqla) icazə verilməyəcəkdir.
(e) "Azərsu" və ya SC-nin və Layihə vəsaitlərinin mülkiyyət hüququnda dəyişikliklər daxil olmaqla nə "Azərsu"ya və ya SC-yə və ya onlardan əsas vəsaitlərin köçürülməsində, nə də "Azərsu"da və SC-də hər hansı bir ciddi təşkilati dəyişiklik (maliyyə, istismar və ya struktur üzrə), əgər belə dəyişiklik "Azərsu" və ya SC-nin Layihə haqqında Saziş, Təkrar Xxxx Xxxxxx və ya Subkredit haqqında Saziş çərçivəsində öz öhdəliklərini yerinə yetirmək qabiliyyətinə təsir edərsə, AİB-in ilkin razılığı olmadan həyata keçirilə bilməz və yaxud rəsmi təsdiq oluna bilməz.
8. SC-nin təsis olunması zamanı SC üçün institusional və hüquqi məsələlərin təfsilatları, eləcə də onun Direktorlar Şurasının tərkibi ilə xxxxx XX üzrə tövsiyələr "Azərsu" tərəfindən nəzərə alınacaqdır.
Korporativ İnkişaf Planları
9. "Azərsu" Layihənin həyata keçirilməsinin ikinci ilindən başlayaraq hər ilin 1 fevral tarixindən gec olmayaraq "Azərsu" və SC tərəfindən gəlir və xərc büdcəsi, tariflərin baxılması, sazişlərə uyğunluq və müfəssəl istismar və texniki xidmət planından ibarət xxxx illik korporativ inkişaf planlarının hazırlanmasını və AİB-ə təqdim olunmasını təmin etməli və ya təmin edilməsinə səbəb olmalıdır.
İdarəetmə Podratçısı
10. İP xidmətlərin görülməsi üçün tam məsuliyyəti üzərinə götürərək təlim keçmək və yeni STK qurğularının istismarı, texniki xidməti və idarə edilməsi məqsədilə beynəlxalq mütəxəssis təcrübəsinin gətirilməsi üçün cəlb olunacaqdır. "Azərsu" aşağıdakıları təmin etməlidir:
(a) Beynəlxalq İdarəetmə Podratçısı (İP) SC tərəfindən vaxtında cəlb ediləcək və su və kanalizasiya sistemləri, onların tikintisi ilə xxxxx olmaq üçün, işçi heyətini müəyyənləşdirmək və seçmək üçün və SC-lər üçün istismar, inzibati və maliyyə idarəetməsi sistemlərini qurmaq üçün İP müqaviləsi tikinti işlərinin başa çatmasından ən azı bir il əvvəl qüvvəyə minməlidir.
(b) İP Baş Mühəndis/İstismar üzrə Menecer və Maliyyə Meneceri daxil olmaqla ən azı iki əsas işçi təqdim etməlidir. İP Layihə çərçivəsində tikilmiş və yenidən qurulmuş STK qurğularının istismarı və idarə olunması üçün münasib yerli işçi heyətini cəlb etmək imkanına malik olacaqdır və onun səmərəli fəaliyyəti üçün kontraktın etibarlılıq müddəti boyunca razılaşdırılmış İP kontraktına uyğun olaraq, lazımi şərait yaradılmalı və qorunmalıdır.
(c) İP kontraktının müddətinin başa çatması və ya ləğv edilməsindən öncə Xxxxxxxx, SC və AİB gələcək tənzimləmə məsələləri ilə bağlı baxış keçirəcək və razılıq əldə edəcəklər.
Subkredit haqqında Sazişlər
11. (a) "Azərsu" Kredit vəsaitlərinin iki milyon beş yüz əlli üç min (2,553,000) SDR ekvivalentində hissəsinin Layihənin A (i)(c) Bölməsi istisna olmaqla A Bölməsini yerinə yetirməsi üçün "Ağdaş" SC-yə və iki milyon səkkiz yüz yetmiş beş min (2,875,000) SDR ekvivalentində hissəsinin Layihənin B (i)(c) Bölməsi istisna olmaqla B Bölməsini yerinə yetirməsi üçün "Göyçay" SC-yə sonradan kredit verilməsini təmin etməlidir. Bu məqsədlə "Azərsu" AİB üçün məqbul xxxx şərtlər əsasında müvafiq Subkredit haqqında Saziş bağlamalıdır. AİB və Xxxxxxxx başqa cür razılaşmadığı təqdirdə, bu Kredit vəsaitlərinin təkrar borc verilmə şərtləri Kredit vəsaitlərinin yenidən kredit verilməsi (təkrar borc şəklində) şərtləri ilə eyni olmalıdır. Kredit vəsaitlərinin sonradan borc verilmiş vəsaitləri manatla göstərilməlidir.
(b) "Azərsu" 4,414,000 SDR və 1,901,000 SDR-ə ekvivalent məbləğdə vəsaiti müvafiq
olaraq "Ağdaş" SC və "Göyçay" SC-yə qrant kimi təqdim etməlidir.
IV. DİGƏR MƏSƏLƏLƏR
Ekoloji məsələlər
12. "Azərsu" aşağıdakıları təmin etməlidir: (a) Layihə həyata keçiriləcək və bütün Layihə qurğuları Borcalanın ekologiya ilə bağlı mövcud qanunları, qaydaları və standartları, AİB-in ekologiya ilə bağlı siyasəti və təlimatları, xüsusən də AİB-in Ekologiya Siyasətinə (2002-ci ildə) uyğun olaraq layihələndiriləcək, tikiləcək, istismar olunacaq və nəzarət ediləcəkdir; (b) Layihə üçün tərtib edilmiş SİEE-də qeyd olunmuş bütün nəzarət və zərərin aradan qaldırılması üzrə tədbirlər lazımi şəkildə həyata keçiriləcəkdir; (c) Layihə yerli icmalarla ekologiya məsələləri üzrə məsləhətləşmə əsasında həyata keçiriləcəkdir; və (d) Layihə ilə əlaqədar ekoloji məlumatlar tam şəkildə əhaliyə çatdırılacaqdır.
Su mənbələrinin idarə olunması
13. "Azərsu" şəhər su təchizatının təmin olunduğu su qatının yenidən kifayət qədər dolmasını qoruyub saxlamaq üçün Layihə zonası yaxınlığındakı su mənbələrinin düzgün idarə olunmasını və su mənbələrinin, çay axınının və drenaj sistemlərinin qorunması ilə bağlı qanunvericiliyin səmərəli şəkildə icrasını təmin etməlidir.
Torpağın ayrılması və köçürülmə məsələləri
14. "Azərsu" (a) Layihə üzrə bütün tikinti işlərinin mövcud ayrılmış sahə və dövlət torpaqları çərçivəsində aparılmasını; (b) heç bir şəxsə AİB-in Qeyri-iradi Köçürülmə Siyasəti (1995) üzrə mənfi təsirin göstərilməməsini təmin etməlidir. Hər hansı gözlənilməz torpaq ayrılması halında, o cümlədən özəl mülkiyyətdən və/və ya köçürülmə ilə bağlı, Borcalan tikinti işləri üzrə müqavilələrin verilməsindən öncə hazırlanmış və AİB tərəfindən təsdiq olunmuş bütün zəruri planlama sənədlərinə malik olmalı və istənilən belə köçürməni AİB-in Qeyri-iradi Köçürülmə Siyasətinə
(1995) uyğun olaraq həyata keçirməlidir.
Layihənin İcrasının İdarəedilməsi Sistemi
15. Qüvvəyə minmə tarixindən altı ay müddətində LİQ LHKQ ilə birgə əsas məlumatlar daxil olmaqla LİİS göstəricilərini hazırlamalıdır.
Hesabların Auditi
16. (a) Layihə hesablarının və "Azərsu" və SC-nin maliyyə hesabatlarının auditi AİB üçün məqbul sayılan möhkəm audit standartlarına uyğun olaraq müstəqil auditorlar tərəfindən aparılmalıdır.
(b) Bu Layihə haqqında Sazişin auditi aparılmış maliyyə hesabatlarının illik olaraq təqdim olunması ilə bağlı tələblərinin məqsədləri üçün Kredit vəsaitləri müstəqil auditorların maliyyələşdirilməsi və auditor hesabatlarının tərcüməsi xərcləri üçün istifadə oluna bilər, o şərtlə ki, (i) belə auditorlar AİB üçün məqbul xxxx peşəkarlığa, təcrübəyə və texniki tapşırığa malik olmalı; (ii) auditorlar AİB üçün məqbul xxxx müsabiqə əsaslı seçim prosedurlarına uyğun olaraq seçilməli və cəlb olun-malıdırlar.
Mühasibat üzrə standartlar
17. "Azərsu" və SC tərəfindən Borcalanın mühasibat standartlarına uyğun olaraq mühasibat hesabları aparılmalı və beynəlxalq audit standartlarına uyğun olaraq illik Layihə hesabları və əlaqədar maliyyə hesabatları təqdim edilməlidir.
Şəhər su istifadəçiləri assosiasiyaları
18. İstehlakçıların maraqlarmı təmsil edən təbliğat qrupları xxxx Xxxxx və Göyçayda şəhər su istifadəçiləri assosiasiyaları yaradılmalıdır və bu assosiasiyalar istehlakçının STK xidmətlərindən məmnun qalmasının təmin olunmasında vacib partnyor kimi SC tərəfindən tanınmalıdır