SAZİŞ
Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında
SAZİŞ
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan
Respublikası Hökuməti və San Marino Respublikası Hökuməti;
hər iki Razılığa gələn Tərəfin qarşılıqlı faydası üçün iqtisadi əməkdaşlığın gücləndirilməsi və bir Razılığa gələn Tərəfin sərmayəçilərinin digər Razılığa gələn Tərəfin dövlətinin ərazisindəki sərmayələri üçün ədalətli və bərabər şəraiti qoruyub saxlamaq niyyəti ilə;
bu Saziş əsasında bir Razılığa gələn Tərəfin sərmayələrinin digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində qorunmasının və beynəlxalq sərmayə yatırımlarının təşviqinin işgüzar təşəbbüslərin yaranmasına təkan verəcəyini qəbul edərək;
bu məqsədlərə insanların sağlamlığı, təhlükəsizliyi və ətraf mühitin mühafizəsi, o cümlədən davamlı inkişafın təşviqinə uyğun şəkildə çatmaq niyyətilə;
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Anlayışlar
Bu Sazişin məqsədi üçün:
1. “sərmayə” termini bir Razılığa gələn Tərəfin sərmayəçisi tərəfindən digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə tam və ya xüsusi şəkildə qoyulan sonuncu Razılığa gələn Tərəfin milli qanunvericiliyinə müvafiq olaraq birbaşa təsis və ya əldə etdiyi, xüsusilə aşağıdakılar daxil olmaqla, xxxxx bununla məhdudlaşmayaraq, bütün növ aktivlər deməkdir:
a. daşınar və daşınmaz əmlak və ya ipoteka, girovlar, lizinqlər və bu kimi əmlak hüquqları, uzufrukt və oxşar hüquqlar kimi istənilən mülkiyyət hüquqları;
b. şirkət və ya paylar, səhmlər və ya şirkətdə iştirakın digər forması və borc iltizamları;
x. xxx, pul tələbi və ya maliyyə dəyərinə malik müqavilələr üzrə iddialar;
d. əqli mülkiyyət hüquqları (müəlliflik hüququ, əlaqəli hüquqlar, inteqral sxem topologiyalarına, məlumat topluları və ixtiralara dair hüquqlar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilər, firma adları), texniki proseslər, “nou-hau” (kommersiya sirləri) və seleksiya nailiyyətlərinə (bitki sortları) aid hüquqlar;
e. təbii ehtiyatların kəşfiyyatı, işlənməsi, hasilatı və ya istismarı üzrə konsessiyalar da daxil olmaqla, qanun, inzibati akt və ya müqavilə əsasında səlahiyyətli hakimiyyət orqanı tərəfindən verilən konsessiyalar.
Aktivlərin sərmayə və ya yenidən sərmayə formasında edilən hər hansı bir dəyişiklik onun sərmayə kimi xarakterinə təsir etmir.
2. Gəlirlər” termini sərmayələrdən əldə edilən məbləğlər və xüsusilə, xxxxx bununla məhdudlaşmayaraq, mənfəət, dividendlər; faizlər, royaltilər, kapital artımı və ya sərmayələrə aid istənilən ödəmələr deməkdir.
Gəlirlərə ilkin sərmayələrlə eyni münasibət göstərilir.
3. “Sərmayəçi” termini -
a. Razılığa gələn Tərəfin milli qanunvericiliyinə uyğun olaraq onun vətəndaşı xxxx istənilən fiziki şəxs; və ya
b. Razılığa gələn Tərəfin milli qanunvericiliyinə müvafiq olaraq qeydiyyatdan keçmiş və ya yaradılmış və digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində sərmayə yatıran, Razılığa gələn Tərəfin dövlətinin ərazisində yerləşən və real biznes fəaliyyəti həyata keçirən şirkət və ya digər hüquqi şəxs deməkdir.
4. “Ərazi” termini:
a. San Marino Respublikasına münasibətdə - San Marino Respublikasının ərazisini bildirir;
b. Azərbaycan Respublikasına münasibətdə - Xəzər dənizinin müvafiq sektoru da daxil olmaqla, üzərində Azərbaycan Respublikasının öz milli qanunvericiliyinə və beynəlxalq hüquqa uyğun olaraq suveren hüquqlarını və yurisdiksiyasını həyata keçirdiyi Azərbaycan Respublikasının ərazisini bildirir.
Maddə 2
Sərmayələrin təşviqi və qorunması
1. Hər bir Razılığa gələn Tərəf öz dövlətinin ərazisində digər Razılığa gələn Tərəfin sərmayəçilərinin sərmayələrini təşviq edir və onlar üçün əlverişli şərait yaradır və öz milli qanunvericiliyi ilə verilən hüquqlar əsasında bu cür sərmayələri qəbul edir.
2. Hər bir Razılığa gələn Tərəf hər zaman öz dövlətinin ərazisində digər Razılığa gələn Tərəfin sərmayəçilərinin sərmayələrinə öz milli qanunvericiliyinə uyğun şəkildə ədalətli və qərəzsiz rejim tətbiq edir və onların tam və daimi müdafiəsini və təhlükəsizliyini təmin edir.
3. Hər bir Razılığa gələn Tərəf öz dövlətinin ərazisində digər Razılığa gələn Tərəfin sərmayəçilərinin sərmayələrinin idarə edilməsinə, saxlanmasına, istifadəsinə, onlardan faydalanmasına, satışına səbəbsiz, əsassız və ya ayrı- seçkilik yolu ilə xətər yetirmir.
4. Razılığa gələn Tərəflərdən heç biri digər Razılığa gələn Tərəfin sərmayəçilərinin sərmayələrinə münasibətdə materialların, istehsal vasitələrinin alınması, əməliyyatlar, daşınma, məhsulların marketinqi ilə əlaqədar olaraq məcburi tədbirlər və ya əsassız nəticələrə və ayrı-seçkiliyə gətirən məcburi tədbirlər və ya oxşar sifarişlər tətbiq etmir.
5. Hər bir Razılığa gələn Tərəf öz milli qanunvericiliyi çərçivəsində, sərmayəçinin seçimi ilə rəhbər işçilərin, menecerlərin, mütəxəssislərin və texniki heyətin işə qəbul edilməsi ilə bağlı icazələr daxil olmaqla, onun dövlətinin ərazisində sərmayələrlə əlaqədar zəruri icazələrin alınması üçün ediləcək müraciətlərə vicdanla baxır.
Maddə 3
Xxxxxxxxx haqqında məlumatın əldə edilməsi və şəffaflıq
1. Qəbul edən Razılığa gələn Tərəfin potensial sərmayəçidən və ya onun mənşə ölkəsindən onun korporativ idarəetmə tarixçəsi və öz mənşə ölkəsində də daxil olmaqla, sərmayəçi kimi mövcud təcrübəsi haqqında məlumat əldə etmək hüququ var. Qəbul edən Razılığa gələn Tərəf bu barədə aldığı məxfi biznes məlumatını açıqlamır. Qəbul edən Razılığa gələn Tərəf əldə edilən məlumatı məxfi biznes məlumatının qorunması və qüvvədə xxxx digər daxili qanunvericiliyin tələblərinin gözlənilməsi şərti ilə sərmayənin yatırıla biləcəyi məkanda onu ictimaiyyətə açıqlaya bilər.
2. Hər bir Razılığa gələn Tərəf imkan daxilində, öz dövlətinin ərazisində digər Razılığa gələn Tərəfin sərmayəçilərinin sərmayələrinə təsir edə biləcək qanunların, qərarların, prosedurların, inzibati qaydaların və məhkəmə qərarlarının, habelə qüvvəyə mindikdən sonra beynəlxalq müqavilələrin dərhal nəşr edilməsini və ya digər yolla ictimaiyyətə çatdırılmasını təmin edir.
Maddə 4
Sərmayələrə münasibətdə rejim
1. Bir Razılığa gələn Tərəfin sərmayəçilərinin digər Razılığa gələn Tərəfin dövlətinin ərazisindəki sərmayələrinə və ya onlarla bağlı gəlirlərə münasibətdə, Qəbul edən Razılığa gələn Tərəfin öz sərmayəçilərinin və ya hər hansı üçüncü dövlətin sərmayəçilərinin qoyduğu sərmayələrə və gəlirlərə münasibətdə tətbiq etdiyi rejimdən (sərmayəçi üçün hansı daha əlverişlidirsə) az əlverişli olmayan rejim tətbiq edilir.
2. Bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfin sərmayəçilərinə münasibətdə onların sərmayələrinin idarə edilməsi, saxlanması, istifadə edilməsi, onlardan faydalanması və satılması ilə əlaqədar, həmin Razılığa gələn Tərəfin öz sərmayəçilərinə və ya hər hansı üçüncü dövlətin sərmayəçilərinə münasibətdə tətbiq etdiyi rejimdən (sərmayəçi üçün hansı daha əlverişlidirsə) az əlverişli olmayan rejim tətbiq edir.
3. Şübhə yaranmaması üçün, hazırkı maddə yalnız bu Sazişin 2-8-ci maddələrində göstərilən rejimlə bağlı hallara şamil edilir və sərmayəçinin bu Sazişdən irəli gələ biləcək mübahisələrlə bağlı hər hansı bir mübahisə həlli üzrə prosedurlara müraciət hüququna aid edilmir.
Maddə 5
İstisnalar
1. Bu Sazişin müddəaları bir Razılığa gələn Tərəfin aşağıda qeyd edilənlər əsasında digər Razılığa gələn Tərəfin sərmayəçilərinə hər hansı xxxxx, xxxxxxx və ya güzəştdən faydalanmanı şamil etmək öhdəliyinin olması kimi şərh edilmir:
a. Razılığa gələn Tərəflərdən birinin üzv olduğu və ya üzv ola biləcəyi hər hansı mövcud və ya gələcəkdə yaradılacaq sərbəst ticarət zonası, gömrük ittifaqı, ümumi bazar və ya regional əmək bazarı sazişi;
x. xxx və ya qismən vergitutmaya aid xxxx hər hansı beynəlxalq müqavilə və ya razılaşma; və ya
c. Razılığa gələn Tərəflərdən birinin üzv olduğu və ya üzv ola biləcəyi, sərmayələrə aid hər hansı çoxtərəfli konvensiya və ya müqavilə.
2. 6, 9-16-cı maddələri istisna olmaqla, bu Sazişin müddəaları vergitutma tədbirlərinə şamil olunmur. Bu Sazişin heç bir müddəası hər hansı bir Razılığa gələn Tərəfin ikitərəfli və ya çoxtərəfli vergi müqavilələri üzrə hüquq və öhdəliklərinə təsir göstərmir.
Maddə 6
Ekspropriasiya, təzminat
1. Bir Razılığa gələn Tərəfin sərmayəçilərinin digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində sərmayələri ictimai və dövlət mənafeyinin tələblərinə uyğun olaraq, ayrı-seçkiliyə yol vermədən, milli qanunvericiliyə uyğun olaraq və dərhal, adekvat və effektiv təzminat ödənilməsi halları istisna olmaqla, ekspropriasiyaya, milliləşdirməyə, yaxud birbaşa və ya dolayısı ekspropriasiyaya və ya milliləşdirməyə (bundan sonra “ekspropriasiya” adlanır) bərabər nəticə verən hər hansı digər tədbirlərə məruz qalmır.
2. Bu cür təzminat ekspropriasiyanın həyata keçirildiyi və ya ictimaiyyətə məlum olduğundan, hansı daha tez baş verərsə, bilavasitə əvvəlki vaxtda ekspropriasiya edilmiş sərmayənin ədalətli-bazar dəyərinə bərabərdir.
3. Bu maddənin 2-ci bəndi nəzərə alınmaqla, bu cür ədalətli bazar dəyəri köçürmə günü bu valyutaya tətbiq edilən bazar mübadilə məzənnəsinə əsaslanaraq sərbəst dönərli valyutada ifadə edilir. Təzminata həmçinin ekspropriasiyanın tarixindən real ödəmə tarixinə qədər bu valyuta üçün bazar əsasında müəyyən edilən kommersiya dərəcəsində faiz də daxildir,
4. Sərmayələri ekspropriasiya edilmiş sərmayəçi onun işinin və bu maddədə ifadə olunmuş prinsiplərə müvafiq qaydada onun sərmayələrinin qiymətləndirilməsinin Qəbul edən Razılığa gələn Tərəfin məhkəmə və ya digər səlahiyyətli orqanı tərəfindən təxirə salınmadan nəzərdən keçirilməsi hüququna malikdir.
Maddə 7
Zərərə görə təzminat
1. Bir Razılığa gələn Tərəfin sərmayəçiləri digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində baş verən müharibə və ya digər silahlı münaqişə, fövqəladə vəziyyət, üsyan, qiyam nəticəsində-ziyan çəkirsə, sonuncu Razılığa gələn Tərəf həmin sərmayələrə münasibətdə restitusiya, əvəzin ödənilməsi, təzminat və ya hər hansı başqa ödənişlərlə bağlı öz sərmayəçilərinə və üçüncü dövlətin sərmayəçilərinə münasibətdə tətbiq edilən rejimdən, sərmayəçi üçün hansı daha əlverişlidirsə, az əlverişli olmayan rejim tətbiq edir. Həmin ödəmələr effektiv həyata keçirilə bilən, sərbəst dönərli və dərhal köçürülə bilən olmalıdır.
2. Bu maddənin 1-ci bəndinə xələl gətirmədən, bir Razılığa gələn Tərəfin sərmayəçisi bu bənddə göstərilən hər hansı bir vəziyyətdə digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində:
x. sonuncunun silahlı qüvvələri və ya hakimiyyət orqanları tərəfindən onun sərmayəsinin və ya onun bir hissəsinin müsadirəsi; və ya
b. sonuncunun silahlı qüvvələri və ya hakimiyyət orqanları tərəfindən onun sərmayəsinin və ya onun bir hissəsinin, vəziyyətin zəruriliyi tələb etmədən məhv edilməsi nəticəsində ziyan çəkirsə,
əmlakının məhv edilməsi nəticəsində müsadirə dövründə yetirilən zərərə görə dərhal restitusiya, adekvat və effektiv təzminat həyata keçirilir.
Maddə 8
Sərbəst köçürmə
1. Hər bir Razılığa gələn Tərəf öz milli qanunvericiliyinə uyğun olaraq digər Razılığa gələn Tərəfin sərmayəçiləri üçün sərmayə ilə bağlı ödəmələrin öz dövlətinin ərazisinə və ərazisindən sərbəst köçürülməsini vicdanla təmin edir. Belə ödəmələrə xüsusi halda, xxxxx bununla məhdudlaşmayaraq;
a. sərmayənin saxlanılması, inkişaf etdirilməsi və ya artırılması üçün ilkin kapital və əlavə məbləğlər;
b. gəlirlər;
x. xxxxxxxxxx tam və ya qismən satışından və ya özgəninkiləşdirilməsindən əldə edilən vəsaitlər;
d. royaltilər və lisenziya haqları və ya digər oxşar xərclərin ödənilməsi kimi sərmayə qoyuluşu ilə bağlı fəaliyyətdən yaranan xərclərin ödənilməsi üçün tələb olunan məbləğlər;
e. 6-cı və 7-ci maddələrə uyğun olaraq ödənilməli xxxx kompensasiya;
f. idarəetmə xərcləri ilə əlaqədar ödəmələr;
x. xxxxxxxxxxx tənzimlənməsindən həli gələn ödəmələr;
h. borc sazişləri daxil olmaqla, müqavilələrlə bağlı ödəmələr;
i. sərmayə ilə bağlı işləyən, xxxxxxxx cəlb olunmuş kadrların xalis gəlirləri və digər mükafatlar daxildir.
2. Bu maddənin 1-ci bəndində göstərilən köçürmələr heç bir məhdudiyyət və ya gecikdirmə olmadan sərbəst dönərli valyutada və köçürmə, valyutasının köçürmə günü tətbiq edilən bazar məzənnəsi ilə həyata keçirilir. Əgər bazar məzənnəsi mövcud deyilsə, tətbiq edilən mübadilə məzənnəsi kimi valyutaların “SDR”-ə (“Xüsusi Borcalma Hüquqları”) çevrilməsi üzrə ən son mübadilə məzənnəsi istifadə edilir.
3. Bu maddənin 1-ci və 2-ci bəndlərinə baxmayaraq, Razılığa gələn Tərəf sərmayəçinin Qəbul edən Razılığa gələn Tərəfin:
a. vergi və rüsumların ödənilməsi.
b. müflisləşmə və iflas işi və ya kreditorların hüquqlarının müdafiəsi;
c. cinayət və ya digər hüquq pozuntuları;
d. Qəbul ödən Razılığa gələn Tərəfin məhkəmə və tribunallarının qərar və ya prosedurlarına uyğun olmasını təmin edən milli qanunvericiliyinə müvafiqliyini müəyyən etmək üçün qərəzsiz, ayrı-seçkiliksiz və vicdanlı tədbirlərin həyata keçirilməsi vasitəsilə köçürməni gecikdirə və ya qarşısını ala bilər.
Maddə 9
Subroqasiya
Bir Razılığa gələn Tərəf və ya onun təyin etdiyi agentlik (zamin) digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində sərmayənin qeyri-kommersiya risklərinə görə verilən zəmanət əsasında ödəniş həyata keçilərsə, Qəbul edən Razılığa gələn Tərəf bu sərmayə ilə bağlı bütün hüquqların və tələblərin
zaminə verilməsini və zaminin bu cür hüquqları və tələbləri ilkin sərmayəçi qədər həyata keçirmək hüququna malik olduğunu tanıyır.
Maddə 10
Məsləhətləşmələr
Razılığa gələn Tərəflər, onlardan hər hansı birinin müraciəti əsasında, bu Sazişlə əlaqədar aralarında yaranan hər hansı bir mübahisənin həll edilməsi, yaxud bu Sazişin yerinə yetirilməsi və ya tətbiq edilməsi ilə bağlı hər hansı bir məsələnin nəzərdən keçirilməsi və ya bu Sazişdən irəli gələ biləcək hər hansı digər məsələnin öyrənilməsi üçün təxirəsalınmaz məsləhətləşmələr keçirməyə razılaşırlar. Belə məsləhətləşmələr Razılığa gələn Tərəflər arasında diplomatik kanallar vasitəsilə razılaşdırılmış yerdə və vaxtda Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları arasında həyata keçirilir.
Maddə 11
İmtiyazların verilməsindən imtina
1. Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfin sərmayəçisinə və həmin sərmayəçinin sərmayələrinə münasibətdə, mübahisələrin həlli prosesinin başlanılması və ya davam etdirilməsi hüquqları daxil olmaqla, bu Sazişdən irəli gələn imtiyazların verilməsindən aşağıda göstərilən hallarda imtina edə bilər:
x. xxxxxxxxx Razılığa gələn Tərəf olmayan dövlətin və ya imtiyazların (faydaların) verilməsindən imtina edən Tərəfin dövlətinin vətəndaşlığına xxxxx xxxx şəxsə məxsus olduğu və ya onun tərəfindən nəzarət edildiyi halda;
b. və ya sərmayəçi digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində real biznes fəaliyyəti ilə məşğul olmadığı halda.
2. Anlaşılmazlığın yaranmaması üçün, bir dəfə tətbiq edildikdən sonra, bu cür imtina bütün və ya müəyyən qrup sərmayəçilərə və ya sərmayəçilərin sərmayələrinə, mövcud və ya gələcək sərmayəçi və ya sərmayələrə tətbiq edilə bilər.
Maddə 12
Sərmayəçi və Qəbul edən Razılığa gələn Tərəf arasında mübahisələrin həlli
1. Bir Razılığa gələn Tərəfin sərmayəçisi ilə digər Razılığa gələn Tərəf arasında, sonuncu Razılığa gələn Tərəfin dövlətinin ərazisindəki sərmayəyə münasibətdə bu Sazişin bir və ya daha xxx müddəasının pozulduğunun iddia edildiyi xxxxx xxxxx hər hansı mübahisə imkan daxilində dostcasına həll olunur. Sərmayəçi bu maddəyə uyğun olaraq mübahisə ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl mübahisə edən tərəflər danışıqlar aparırlar. Mübahisə edən tərəflər arasında digər razılaşmanın olmadığı təqdirdə, danışıqların aparılacağı yer mübahisənin iştirakçısı xxxx Razılığa gələn Tərəfin paytaxtı olur. Mübahisənin iştirakçısı xxxx Razılığa gələn Tərəfin danışıqlarda iştirak etməkdən sadəcə imtina etməsi səbəbindən sərmayəçinin bu maddənin 2-ci bəndində göstərilən mübahisə həlli proseduruna müraciət etməsi hüququ məhdudlaşdırıla və ya onun qarşısı alına bilməz.
2. Əgər bu maddənin 1-ci bəndində göstərilən mübahisə müraciət
edildiyi tarixdən altı ay müddətində dostcasına həll edilməzsə, sərmayəçi mübahisəni beynəlxalq arbitraja verə bilər. Tərəflər arasında mübahisənin həlli üçün üstünlük təşkil edəcək başqa bir mexanizm razılaşdırılmadığı təqdirdə, sərmayəçi mübahisəni aşağıdakılardan birinə vermək seçiminə malikdir:
a. Dövlətinin ərazisində sərmayə qoyulmuş Razılığa gələn Tərəfin dövlətinin səlahiyyətli məhkəmələri; və ya
b. 1965-ci il 18 mart tarixində Vaşinqtonda imzalanmaq üçün açıq elan edilmiş Dövlətlər və digər Dövlətlərin vətəndaşları arasında sərmayə mübahisələrinin həlli üzrə Konvensiyaya uyğun olaraq təsis edilmiş Sərmayə Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz (bundan sonra “Mərkəz” adlandırılacaq), hər iki Tərəf həmin Konvensiyaya üzv olduğu təqdirdə; və ya
c. əgər mübahisə tərəfləri arasında digər razılaşma yoxdursa, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının ("UNCITRAL") Arbitraj Qaydalarına müvafiq olaraq təsis ediləcək “ad hoc” arbitraj məhkəməsi.
3. Razılığa gələn Tərəfin davranışının və ya həyata keçirdiyi tədbirlərin mübahisənin yaranmasına səbəb olması halı ilə bağlı iddianı həmin Razılığa gələn Tərəfin dövlətinin səlahiyyətli məhkəmələrinə və ya mübahisənin həlli üçün əvvəlcədən razılaşdırılmış digər mübahisənin həlli proseduruna vermiş
sərmayəçi bu maddənin 2-ci bəndində qeyd edilən beynəlxalq arbitraj məhkəmələrinin heç birinə müraciət edə bilməz.
4. Mübahisə tərəfi xxxx Razılığa gələn Tərəflərdən heç biri arbitraj prosedurunun və ya arbitraj məhkəməsi qərarının yerinə yetirilməsinin hər hansı bir mərhələsində, mübahisədə qarşı tərəf xxxx sərmayəçinin sığorta əsasında onun itkilərini tam və ya qismən ödəyən kompensasiyanı aldığını nəzərə alaraq etirazla çıxış edə bilməz.
5. Mübahisə bu Sazişin şərtlərinin tətbiqini nəzərdə tutan hüquqa, mübahisə tərəfi xxxx Razılığa gələn Tərəfin milli qanunvericiliyinə və beynəlxalq ümumi hüququn prinsiplərinə uyğun olaraq həll olunur.
6. Bu qərar mübahisə tərəfləri üçün son və məcburi olacaq və milli qanunvericiliyə uyğun icra edilir.
Maddə 13
Razılığa gələn Tərəflər arasında mübahisələrin həlli
1. Bu Sazişin təfsiri və tətbiqi ilə bağlı Razılığa gələn Tərəflər arasındakı mübahisələr mümkün qədər danışıqlar yolu ilə həll edilir.
2. Mübahisə hər hansı bir Razılığa gələn Tərəfin belə danışıqların aparılması haqqında müraciətinin alınmasından sonrakı altı ay ərzində bu qaydada həll edilmədiyi təqdirdə, o, hər hansı bir Razılığa gələn Tərəfin müraciəti əsasında bu maddəyə əsasən yaradılacaq Xxxxxxxx Məhkəməsinə verilir.
3. Belə Xxxxxxxx Məhkəməsi hər bir fərdi iş üçün aşağıdakı qaydada təsis olunur. Arbitraj haqqında müraciətin alındığı tarixdən etibarən iki (2) ay ərzində hər bir Razılığa gələn Tərəf Məhkəmənin bir üzvünü təyin edir. Sonra bu iki üzv hər iki Razılığa gələn Tərəfin razılığı əsasında Məhkəmənin Sədri kimi təyin olunacaq üçüncü dövlətin vətəndaşını seçirlər. Sədr digər iki üzvün təyin olunduğu vaxtdan sonra dörd (4) ay ərzində təyin olunur.
4. Əgər bu maddənin 3-cü bəndində göstərilən müddətlər ərzində zəruri təyinatlar həyata keçirilməzsə, digər razılaşmanın olmadığı təqdirdə, Razılığa gələn Tərəflərdən hər xxxxx xxxx Beynəlxalq Məhkəmənin Sədrini hər hansı zəruri təyinatların həyata keçirilməsi üçün dəvət edə bilər. Əgər Sədr Razılığa gələn Tərəflərdən hər hansı birinin dövlətinin vətəndaşıdırsa və ya hər hansı digər səbəbdən göstərilən funksiyanı yerinə yetirə bilmirsə, Razılığa gələn
Tərəflərdən heç birinin dövlətinin vətəndaşı olmayan və bu funksiyanı yerinə yetirə bilən, Beynəlxalq Məhkəmənin rütbəcə sonra gələn üzvü zəruri təyinatların həyata keçirilməsi üçün dəvət edilir.
5. Arbitraj Məhkəməsi öz prosedur qaydalarını müəyyən edir.
Arbitraj Məhkəməsi öz qərarını bu Saziş əsasında və Razılığa gələn Tərəflərin arasında tətbiq edilən beynəlxalq hüquq normalarına uyğun qəbul edir.
Arbitraj Məhkəməsi öz qərarını səs çoxluğu ilə qəbul edir. Məhkəmənin qərarları hər iki Razılığa gələn Tərəf üçün son və məcburi xarakterlidir.
Hər bir Razılığa gələn Tərəf özünün təyin etdiyi üzvün və özünün məhkəmə prosesində təmsil edilməsi xərclərini ödəyir. Sədrin xərcləri və digər ümumi xərclərin ödənilməsi Razılığa gələn Tərəflər arasında bərabər bölünəcəkdir.
Maddə 14
Digər qaydaların tətbiqi
Əgər bu Sazişə əlavə olaraq, hər hansı Razılığa gələn Tərəfin milli qanunvericiliyinin müddəaları və ya Razılığa gələn Tərəflər arasında beynəlxalq hüquq əsasında mövcud xxxx və ya gələcəkdə qəbul ediləcək öhdəliklər digər Razılığa gələn Tərəfin sərmayəçilərinin qoyduğu sərmayələr üçün bu Sazişlə təmin edilən rejimdən daha əlverişli rejimin tətbiqi haqqında ümumi və ya xüsusi qayda müəyyən edərsə, həmin müddəalar, onların sərmayəçi üçün daha əlverişli olduğu dərəcədə, bu Sazişə nisbətən üstünlük təşkil edir.
Maddə 15
Sazişin tətbiqi
Bu Sazişin müddəaları Razılığa gələn Tərəflərdən hər hansı birinin sərmayəçiləri tərəfindən bu Sazişin qüvvəyə minməsi tarixindən əvvəl və ya sonra yatırılmış sərmayələrə tətbiq olunur, xxxxx bu Sazişin qüvvəyə minməsindən əvvəl sərmayələrlə bağlı yaranmış hər hansı mübahisəyə və ya onun qüvvəyə minməsindən əvvəl həll olunmuş hər hansı iddiaya tətbiq olunmur.
Maddə 16
Əlavə və dəyişikliklər
Bu Sazişə hər hansı əlavə və dəyişiklik Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı əsasında edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Sazişin 17-ci maddəsində müəyyən olunan qaydada qüvvəyə minir.
Maddə 17
Qüvvəyəminmə, müddət və ləğvetmə
1. Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Razılığa gələn Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən sonrakı otuzuncu (30-cu) gün qüvvəyə minir.
2. Bu Saziş ilkin olaraq ön (10) il müddətində qüvvədə qalır. Sonradan Razılığa gələn Tərəflərdən biri bu Sazişi ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə digər Razılığa gələn Tərəfə yazılı bildiriş göndərdiyi tarixdən etibarən on iki ay bitənə qədər qüvvədə qalır.
3. Bu Sazişin ləğv edilməsi tarixindən əvvəl qoyulmuş sərmayələrə münasibətdə onun 1-16-cı maddələrinin müddəaları bu Sazişin ləğv edilməsi tarixindən növbəti on (10) il müddətində qüvvədə qalır.
Bunun təsdiqi olaraq, bunun üçün lazımi qaydada səlahiyyətləndirilmiş, aşağıda imza edən nümayəndələr hazırkı Sazişi imzaladılar.
Nyu York şəhərində 25 sentyabr 2015-ci il tarixində, Azərbaycan, italyan və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir və tətbiq zamanı hər hansı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində xxxx mətnə üstünlük veriləcəkdir.
Azərbaycan Respublikasının | San Marino Respublikasının |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |