01/23-Ə saylı ÜMUMİ OFERTA
01/23-Ə xxxxx ÜMUMİ OFERTA
(fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə)
Bakı şəhəri 26.04.2023-cü il
Oferent - “Bank” adlandırılacaq, 14 dekabr 2010-cu il tarixli 73 xxxxx lisenziya və Nizamnamə əsasında fəaliyyət göstərən “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408-ci və 409-cu maddələrinə əsasən bank xidmətlərini özündə cəmləşdirən ümumi ofertanı rezident və qeyri-rezident fiziki şəxslərə təqdim edir.
ƏSAS ANLAYIŞLAR:
Aksept - ofertanı tam və qeyd-şərtsiz qəbul etməsi barədə müştərinin ərizəsi;
Bankın rəsmi internet səhifəsi – xxxxxxx.xx (bundan sonra “sayt”);
Bank hesabı – Müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil xxxx pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş hesab;
Bank əmanəti (depozit) – müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan Bankın balansında aparılan xxxx, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir;
Əmanətçi – xxxxxx əmanəti xxxx, habelə qanunvericiliyə və/və ya müqaviləyə əsasən əmanətə sərəncam vermək hüququ xxxx şəxs;
Ödəniş kartı – nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş aləti;
Hesabın kreditləşdirilməsi (overdraft) – Müştərinin bank hesabında xxxx pul vəsaiti əməliyyat(lar)ın aparılmasına kifayət etmədikdə və ya bank hesabında pul vəsaiti olmadıqda həmin əməliyyat(lar)ın icrası üçün tələb olunan pul vəsaitinin (və ya vəsaitin çatışmayan hissəsinin) Bank tərəfindən ödənilməsi; Texniki overdraft – Bankla razılaşdırılmadan kartın balansında xxxx pul vəsaitindən artıq əməliyyat(lar)ın aparılması və ya kart hesabında pul vəsaiti olmadıqda əməliyyat(lar)ın aparılması nəticəsində Müştərinin Bank qarşısında yaranmış borсudur və Müştəri tərəfindən bu müqavilədə müəyyən olunmuş qaydada ödənilməsi təmin edilməlidir;
Bank xidməti – bu oferta ilə təqdim edilən aşağıdakı xidmətlər:
- Bank hesabları üzrə xidmətlər;
- Ödəniş kartları üzrə xidmətlər;
- Bank əmanəti;
- Pul vəsaitlərinin girovu üzrə kredit;
- Elektron xidmətlərin göstərilməsi;
- Ödəniş xidmətləri.
Bu oferta çərçivəsində Müştəriyə aşağıdakı ödəniş xidmətləri göstərilir:
• ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması;
• kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası;
• ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqi;
• pul köçürməsi.
Elektron bankçılıq – məsafədən, internet vasitəsilə bağlantıdan istifadə etməklə mobil cihazlar və ya “sayt” üzərindən, onlayn (7/24 iş rejimi) rejimində bank xidmətlərinin istifadəsi;
Tariflər - ödəniş xidmətlərinin göstərilməsi üçün müəyyən edilmiş haqq. Tariflər “sayt”da, mobil əlavədə yerləşdirilmişdir və bu ofertanın tərkib hissəsi hesab edilir. Bank, “sayt”da məlumat yerləşdirməklə birtərəfli qaydada mövcud tariflərdə dəyişiklik edə bilər. Xidmət haqqı Xxxxxxx tərəfindən birbaşa ödənilə və ya Bank tərəfindən Müştərinin hesabından akseptsiz qaydada tutula bilər. Valyuta mübadiləsi məzənnəsi hər gün dəyişir və xxx.xxxxxxx.xx internet səhifəsində yerləşdirilir. Valyuta mübadiləsi məzənnəsinə dəyişiklik üzrə xəbərdarlıq müddəti tətbiq olunmur.
Əməliyyat günü – Bankın daxili qaydaları ilə müəyyən edilmiş iş günü ərzində müştərilərə xidmət göstərilən müddətdir. Bankın əməliyyat günü dedikdə, qanunvericilikdə müəyyən olunmuş iş günü ərzində saat 09:00- xxx saat 15:00-a qədər xxxx dövr nəzərdə tutulur. Bankın əməliyyat günü tamamlandıqdan sonra icraata qəbul edilmiş xidmətlər növbəti iş günündə qəbul edilmiş hesab olunur və icra edilir;
Mobil əlavə (“Ubank” mobil əlavəsi) – internet bağlantı vasitəsilə istifadə edilə bilən, bank xidmətini özündə birləşdirə bilən, xüsusi proqram təminatında yaradılmış tətbiq.
ÜMUMİ MÜDDƏALAR
Bu oferta (gələcəkdə həm müqavilə, həm də oferta kimi təsvir oluna bilər) 25 (iyirmi beş) il müddətinə bu oferta ilə təklif olunan xidmətlər üzrə Bank və Müştəri arasındakı münasibətləri tənzimləyir. Bu oferta üzrə gələcəkdə Müştərinin Xxxxxx qeydiyyatda xxxx mobil nömrəsinə SMS vasitəsilə və ya Müştərinin Banka bildirdiyi elektron poçt ünvanına, həmçinin mobil bankçılıq vasitəsilə və ya mümkün xxxx digər formada Bank tərəfindən istənilən məzmunda yeniliklər, dəyişikliklər, yeni məhsullar barədə məlumatlar, kredit barədə təkliflər, kredit borcu üzrə məlumat, öhdəliklərin icrası, o cümlədən bank qarşısında icra edilməmiş öhdəlikləri barədə bildiriş, reklam xarakterli məlumatlar göndərilə bilər.
Bank, bu ofertaya və Müştəri ilə ayrıca bağlanan və bu ofertanın şərtləri tətbiq edilən müqavilələrə birtərəfli qaydada dəyişiklik edə bilər və bu ofertanı və həmin müqavilələri Müştəriyə münasibətdə birtərəfli qaydada ləğv edə bilər. Bu ofertada hər hansı dəyişikliklər (valyuta mübadiləsi məzənnəsində edilən dəyişikliklər və Müştəri üçün daha əlverişli şərtlər nəzərdə tutan dəyişikliklər istisna olmaqla) haqqında məlumatı Bank, bu dəyişikliklərin tətbiq ediləcəyi tarixdən 30 (otuz) təqvim günü əvvəl Bankın rəsmi internet səhifəsində yerləşdirməklə Müştəriyə bildirir. Bu müddətdə Müştəri bu dəyişikliklərlə bağlı öz etirazını bildirmədikdə, bu dəyişikliklər Müştəri tərəfindən qəbul olunmuş hesab edilir. Müştəri, həmin müddətdə dəyişikliklərə etirazını bildirdikdə, dəyişikliklərin qüvvəyə mindiyi tarixdən bu Oferta Müştəriyə münasibətdə xitam edilmiş hesab olunur. Valyuta mübadiləsi məzənnəsində edilən dəyişikliklər və Müştəri üçün daha əlverişli şərtlər nəzərdə tutan dəyişikliklər xəbərdarlıq müddəti tətbiq olunmadan qüvvəyə minir. Bank tərəfindən Standart Şərtlərə dəyişikliklər digər kanallar vasitəsilə də (mobil əlavə, elektron poçt, sms və s.) müştəriyə bildirilə bilər. Müştəri qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, birtərəfli qaydada Bankı 30 (otuz) təqvim günü qabaqcadan məlumatlandırmaqla müqavilə xitam verə bilər, bir şərtlə ki, Müştərinin həmin müddət ərzində Bank qarşısında hazırki Standard Şərtlər üzrə təqdim olunan xidmətlər üzrə bütün öhdəlikləri yerinə yetirilsin.
I. BÖLMƏ BANK HESABLARI
1. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
1.1. Bank aşağıdakı vəzifələri daşıyır:
1.1.1. Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktlarına və Bankın qaydalarına uyğun olaraq təqdim edilən sənədlər əsasında müvafiq valyutalarda hesab açmaq;
1.1.2. Müştəriyə hesablaşma-xxxxx xidmətləri göstərmək:
- Müştərinin hesablarına daxil xxxx pul vəsaitini növbəti iş günündən gec olmayaraq (qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə qanunvericiliyə müvafiq olaraq əlavə sənədlərin təqdim olunmasının tələb olunduğu hallar istisna olmaqla) hesablara mədaxil etmək və müştərinin müraciətinə əsasən bu barədə Müştəriyə məlumat vermək;
- Müştərinin təqdim etdiyi ödəniş sənədlərini Banka daxil olduğu günün ertəsi iş günündən gec olmayaraq icra etmək;
- Müştəriyə xxxxx xidmətləri göstərmək (rəqəmsal bankçılıq qaydasında fəaliyyət göstərən Bankın kassa xidmətləri göstərməyən filialları istisna olmaqla);
- Müştərinin hesabından çıxarışları ona təqdim etmək;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq müştərinin hesab üzrə verdiyi digər sərəncamlarını yerinə yetirmək;
1.1.3. Müştərinin hesabı ilə bağlı istənilən sorğu və məktubları qanunvericiliklə müəyyən olunmuş müddət ərzində cavablandırmaq;
1.1.4. Müştərinin hesabına daxil xxxx pul vəsaitlərini zərurət yarandıqda Bankın daxili mübadilə məzənnəsinə uyğun qaydada konvertasiya etmək və bununla bağlı komisyon haqlarını Müştərinin hesablarından akseptsiz qaydada silmək.
1.2. Bankın aşağıdakı hüquqları vardır:
1.2.1. Hesabın açılması üçün zəruri xxxx sənədlərlə yanaşı, qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə qanunvericiliyə zidd olmayan digər sənədlərin də təqdim edilməsini tələb etmək;
1.2.2. Aşağıdakı hallarda (o cümlədən bunlarla məhdudlaşmayaraq) bu Standart Şərtlər və onun çərçivəsində Müştəri ilə bağlanan müqavilələri Müştəriyə münasibətdə birtərəfli qaydada ləğv etmək və Müştəriyə məxsus hesabları bağlamaq:
1.2.2.1. Hesabdan qeyri-leqal məqsədlər üçün istifadə edildikdə;
1.2.2.2. Hesabdan sahibkarlıq fəaliyyəti ilə bağlı istifadə edildikdə;
1.2.2.3. Hesab üzrə 1 (bir) il ərzində əməliyyat aparılmadıqda;
1.2.2.4. Müştərinin hesabında saxlanılan pul vəsaitinin məbləği 6 (altı) ay ərzində 10 manatdan az olduqda, bir şərtlə ki, belə məbləğ Bankın bu barədə xəbərdarlıq etdiyi gündən 1 (bir) ay ərzində bərpa edilməmiş olsun;
1.2.2.5. Müştərinin eyniləşdirilməsi və verifikasiyası ilə bağlı tələblər yerinə yetirilə bilinmədiyi, Müştəri ilə bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığına dair şübhələr olduğu və/və ya Müştərinin hesab üzrə apardığı əməliyyatların mahiyyəti və məqsədi barədə məlumatlar əldə etmək mümkün olmadığı hallarda;
1.2.2.6. Müştərinin banka təqdim etdiyi sənəd və/və ya məlumatlarda qeyri-dürüst, təhrif olunmuş və ya ziddiyyətli məlumatlar aşkarlandıqda;
1.2.2.7. Standart Şərtlərdə və qanunvericilikdə qeyd edilən sənədlər və/və ya məlumatlar Müştəri tərəfindən təqdim edilmədikdə;
1.2.2.8. Müştərini 30 (otuz) təqvim günü əvvəlcədən xəbərdar etməklə;
1.2.2.9. Müştərinin ölümü və məhkəmə qaydasında ölmüş elan edilməsi barədə Banka rəsmi yazılı məlumat təqdim olunduqda;
1.2.2.10.Bu Standart Şərtlər və onun çərçivəsində imzalanan müvafiq müqavilələr üzrə öhdəliklərin icrası Müştəri tərəfindən pozulduqda;
1.2.2.11.Qanunvericilik və müqavilədə nəzərdə tutulmuş digər hallarda.
1.2.3. Müştərinin Bank qarşısında borc və digər öhdəlikləri üzrə məbləğləri, Bank tərəfindən tətbiq olunan dəbbə pulunu, eləcə də, mövcud tariflər əsasında Müştəriyə göstərilmiş hər bir xidmət üzrə müvafiq komisyon haqqını, kredit prosedurlarına görə Bank tərəfindən təsdiq edilmiş komisyon haqlarını Müştərinin istənilən hesabından, o cümlədən digər valyutalardakı hesablarından Xxxxxx xxxx kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqqları tutulmaq şərtilə mübahisəsiz qaydada (Müştərinin sərəncamı olmadan) silmək. Müştəri, Bank və üçüncü şəxslə arasında bağlanan üçtərəfli əqdlərin icrasını təmin etmək məqsədilə Müştərinin hesabından akseptsiz qaydada (Müştərinin sərəncamı olmadan) pul vəsaitlərini silmək və ya digər müvafiq blok besaba köçürərək bloklaşdırmaq;
1.2.4. Birtərəfli qaydada mövcud tariflərdə və əməliyyatların aparılması qaydalarında dəyişiklik etmək və yeni tariflər (komissiyalar) müəyyən etmək hüququna malikdir. Tariflər “sayt”da yerləşdirilir və “Müştəri” bu tariflərlə bağlı dəyişiklikləri qəbul edir;
1.2.5. İnvestisiya xidməti, o cümlədən marja ticarəti xidməti göstərən şirkətlərlə Müştəri arasında bağlanan müqavilələr üzrə (marja ticarəti xidməti göstərən şirkətlərlə müştəri arasında belə müqavilə bağlandığı halda) Müştərinin öhdəliklərinin yerinə yetirilməsi məqsədilə zəruri məbləğdə pul vəsaitlərini hesabdan akseptsiz qaydada silmək və digər hesablara köçürmək;
1.2.6. Aşağıdakı hallardan biri və ya bir neçəsi baş verdikdə (o cümlədən bunlarla məhdudlaşmayaraq) Müştərinin bütün bank hesablarından və/və ya digər bütün əsaslarla ona çatası vəsaitlərdən xxxx kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komission haqları tutulmaq şərtilə müvafiq vəsaiti akseptsiz qaydada silmək:
a) Üçüncü şəxslər və ya Bank tərəfindən yanlışlıqla mədaxil edilmiş pul vəsaitlərini;
b) Kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə müəyyən edilmiş komissiya haqlarının məbləğini;
c) Bankın bankomat, POS-terminal və digər sistemlərində, cihazlarında baş verən texniki nasazlıqlar nəticəsində Müştərinin bank hesabında ona məxsus olmayan pul vəsaitlərinin istifadə imkanı mümkün olduğu təqdirdə. Müəyyən texniki səbəblərə görə hesabda mövcud xxxx pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər.
d) Hesab üzrə overdraft yarandığı hallarda. Kartla əməliyyatların aparılması zamanı Müştərinin kart hesabında kifayət qədər vəsait olmadığı hallarda həmin əməliyyatın baş tutması üçün Bank tərəfindən
Müştəriyə imkan yaradıla bilər və bu hal overdraftı əhatə edir. Bu zaman həmin əməliyyatın aparılması nəticəsində Müştərinin Bank qarşısında yaranmış borcunun bu ofertanın 1.2.7-ci bəndində müəyyən olunmuş qaydada ödənilməsi təmin edilməlidir.
1.2.7. Hesab üzrə texniki overdraft yarandığı halda Müştəri, Bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 (otuz) təqvim günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda Müştəri, Bank qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış texniki overdraft üzrə borc məbləği Bank tərəfindən Müştəriyə məxsus xxxx bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından xxxx kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqqları tutulmaq şərtilə akseptsiz qaydada silinə bilər.
a) Texniki overdraft baş verdiyi hallarda Müştərinin sərəncamı olmadan akseptsiz qaydada silmək üçün onun hesablarında pul olmadıqda və ya kifayət qədər pul olmadıqda yaranmış borc (texniki overdraft) Müştəriyə illik 30% hesablanmaqla 30 (otuz) təqvim günü müddətində Banka qaytarılmalıdır;
b) Yaranmış borc (texniki overdraft) və ona hesablanmış faizlər bu Müqavilənin 1.2.7-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulmuş müddət ərzində ödənilmədikdə ödənilməmiş borc gecikdirilmiş hesab edilir və həmin borca görə bu Müqavilənin 1.2.7-ci bəndinin “a” yarımbəndində göstərilən illik faiz dərəcəsi ikiqat həcmdə hesablanır. Faizlərin hesablanması borc tam ödənilənə qədər davam edir;
c) Borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün Müştəri ödənilməli xxxx məbləğin 0,5 (sıfır xxx xxxx beş) %-i miqdarında Banka dəbbə pulu ödəyir;
ç) Texniki overdraft baş verdiyi hallarda yaranmış borc məbləği (texniki overdraft) və faizlər ödənilənə qədər Bank kartın fəaliyyətini (hesab üzrə əməliyyatları) dayandıra bilər və bununla əlaqədar Bankın çəkdiyi və ya çəkməli olduğu bütün xərclər Müştəri tərəfindən ödənilir.
1.2.8. Müştərinin bank hesabına və ya kart balansına səhvən və ya əsassız olaraq daxil olmuş və ya köçürülmüş və ya sonradan səhvən və ya əsassız olaraq daxil olduğu və ya köçürüldüyü müəyyən edilmiş pul vəsaitləri Müştəri tərəfindən xxxx qaytarılmadıqda və ya bu vəsaitlərin Bank tərəfindən akseptsiz silinməsi üçün onun bank hesablarında kifayət qədər pul vəsaiti olmadıqda, Müştərinin Bank qarşısında kredit öhdəliyi yaranır və kredit xətti açıla bilər (kredit xətti xxxx müştərilərə). Bu halda Müştəri, kreditdən istifadəyə görə Bankın həmin günə xxxx mövcud faiz dərəcələrinə uyğun olaraq illik faiz ödəməlidir. Aktiv kredit xətti olmayan müştərilərin hesablarında bu hal overdraft kimi tanınır.
1.3. Müştəri aşağıdakı vəzifələri daşıyır:
1.3.1. Hesabın açılması üçün zəruri xxxx sənədləri, eləcə də, qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə Bank tərəfindən qanunvericiliyə zidd olmayan digər sənədlər tələb edildikdə onları Banka təqdim etmək;
1.3.2. Hesab(lar)xxx sahibkarlıq fəaliyyəti ilə bağlı istifadə etməmək;
1.3.3. Qanunvericiliyə və Bankın daxili qaydalarına uyğun olaraq hesab üzrə nağd və nağdsız qaydada əməliyyatlar aparmaq;
1.3.4. Ödəniş sənədlərini Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ hüquqi xarakterli aktlarına uyğun tərtib edərək Banka təqdim etmək;
1.3.5. Bank tərəfindən hesaba səhvən köçürülmüş məbləğdən istifadə etməmək və Bankı bu barədə dərhal məlumatlandırmaq, hesaba səhv daxil edilmiş pul vəsaitlərini ən geci növbəti əməliyyat günündən gec olmayaraq xxxx qaytarmaq;
1.3.6. Müştəriyə nəzərdə tutulmuş hallarda fiziki şəxslərin özünüqiymətləndirmə formaları təqdim olunanda onları imzalamaq və lazım olunan sənədləri və/və ya məlumatları təqdim etmək;
1.3.7. Banka düzgün və təhrif olunmamış məlumatlar təqdim etmək. Bu Müqavilə üzrə öhdəliklərinin bu Müqavilə ilə tələb olunan qaydada icrasına təsir edə biləcək bütün şərait və hadisələr barədə, o cümlədən adı, soyadı, atasının adı, qeydiyyat və faktiki ünvanlarında, mobil nömrəsində və əvvəllər Banka təqdim edilmiş istənilən məlumatlarda və/və ya sənədlərdə baş verən dəyişikliklər barədə belə dəyişikliklər baş verdiyi tarixdən 3 (üç) iş günü ərzində Banka yazılı məlumat vermək. Müştəri tərəfindən məlumatların vaxtında verilməməsi nəticəsində yarana biləcək hər hansı mübahisəyə görə Bank məsuliyyət daşımır və Müştərinin ünvanına, mobil telefon nömrəsinə və ofertada razılaşdırılmış digər əlaqə vasitələrinə göndərilmiş məlumatlar bütün hallarda Müştəriyə göndərilmiş və ona rəsmi qaydada çatdırılmış hesab olunur.
1.3.8. Müştəri investisiya xidməti, o cümlədən marja ticarəti xidməti göstərən şirkətlərlə onun arasında bağlanan müqavilələr üzrə (marja ticarəti xidməti göstərən şirkətlərlə müştəri arasında belə müqavilə bağlandığı halda) öhdəliklərinin yerinə yetirilməsi məqsədilə hesaba daxil olacaq zəruri pul vəsaitlərinin “Unicapital İnvestisiya Şirkəti” ASC-nin “Unibank” KB-da ABŞ dollarında xxxx xxxx
hesabına köçürülməsi barədə Banka əvvəlcədən tapşırıq verir. Bank isə hesaba daxil olacaq zəruri pul vəsaitlərini daxil olduğu günün növbəti əməliyyat günündən gec olmayaraq akseptsiz qaydada silərək “Unicapital İnvestisiya Şirkəti” ASC-nin ABŞ dollarında xxxx xxxx hesabına daxil etməyi öz öhdəsinə götürür.
1.3.9. Tariflər “sayt”da yerləşdirilir və “Müştəri” “sayt”a mütəmadi şəkildə daxil olaraq onlarla xxxxx olmağı öhdəsinə götürür.
1.4. Müştərinin aşağıdakı hüquqları vardır:
1.4.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hesabdan istifadə etmək.
1.4.2. Lazımi dövr üçün Bankın Tariflərinə uyğun haqq ödəməklə hesabdan əlavə çıxarış, eləcə də, hesabdan vəsaitin silinməsinin düzgünlüyünü təsdiq edən sənədləri “Bank”xxx təqdim etməyi tələb etmək.
2. HESABIN FƏALİYYƏT REJİMİ
2.1. Müştəri öz hesabının müstəqil sərəncamçısıdır və bu hüququ Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslarla və hallarda məhdudlaşdırıla bilər.
2.2. Müştərinin xarici valyutada xxxx xxxxxx üzrə əməliyyatların aparılması zamanı Azərbaycan Respublikasında mövcud valyuta rejiminə riayət olunmalıdır.
2.3. Müştərinin hesabından silinmələrə əsas, qanunvericilikdə və bu ofertada nəzərdə tutulmuş hallar istisna olmaqla, onun təqdim etdiyi ödəniş sənədləridir.
2.4. Ödəniş sənədləri yazıldığı gündən (yazılma günü nəzərə alınmadan) sonra 3 (üç) iş günü ərzində Banka təqdim edilə bilər. Bu müddət bitdikdən sonra təqdim olunan ödəniş sənədləri icraya qəbul edilmir. Ödəniş sənədi poçt rabitəsi vasitəsi ilə Banka göndərildikdə müddət ödəniş sənədinin xxxxx verilmə tarixini göstərən poçtun ştampına əsasən müəyyən olunur.
2.5. Bankla Müştəri arasında hesabın kreditləşdirilməsi haqqında əlavə razılaşma yoxdursa, Bank Müştərinin hesabı üzrə əməliyyatları, hesabdakı qalıq çərçivəsində müəyyən olunmuş ardıcıllıq qaydasında aparır. Ödəniş sənədinin məbləği Müştərinin hesabındakı vəsait qalığından çoxdursa, Bank həmin ödəniş sənədini qanunvericiliklə müəyyən olunmuş ardıcıllıqla icra edir.
2.6. Müştəri üçün əməliyyat günü Bankın daxili iş rejimi qaydalarına uyğun olaraq müəyyən edilir.
2.7. Bankın daxili iş rejimi qaydalarına uyğun olaraq müəyyən edilmiş vaxtdan sonra daxil olmuş ödəniş sənədləri növbəti iş günündə icra edilir.
2.8. Hesabdan çıxarışlar və digər sənədlər Müştərinin özünə və yalnız müvafiq etibarnamə əsasında onun nümayəndəsinə verilir.
2.9. Qanunvericilik və Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərin pozulması ilə tərtib edilmiş, habelə qüsurlu ödəniş sənədləri qəbul edilmir.
2.10. Ödəniş sənədinin Banka icra üçün təqdim edilmə vaxtı keçdikdə, ödəniş sənədinin rekvizitlərində uyğunsuzluq olduqda, ödənişin təyinatı və əsası göstərilmədikdə, rəqəmlə və yazı ilə göstərilən məbləğlər arasında uyğunsuzluq olduqda, üzərində düzəliş və ya pozulmalar edildikdə, nüsxələr eyni olmadıqda, ödəniş sənədində və imza nümunələri vərəqəsində qeyd olunmuş imzalar arasında uyğunsuzluq olduqda, möhür olmadıqda və ya uyğun gəlmədikdə (imza və möhür nümunələri vərəqəsində nəzərdə tutulduğu halda) ödəniş sənədi qüsurlu sayılır və Bank tərəfindən icra üçün qəbul olunmur.
2.11. Tərəflər arasında əlavə saziş (razılaşma) olmadığı halda, hesabdakı qalıqlara Bank tərəfindən faiz ödənilmir.
2.12. Bu hesabdan Müştərinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar istifadə edilə bilməz. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar Müştərinin xeyrinə Banka pul vəsaiti daxil olduğu halda Müştərinin razılığı alınmadan həmin vəsait göndərən şəxsə ödənişin məbləğindən bank xidmət haqqı və Bankın çəkdiyi digər xərclər çıxılmaqla xxxx qaytarılır və ya “Müştəri”nin Xxxxxx sahibkarlıq fəaliyyəti ilə əlaqədar hesabı olarsa, məbləğ həmin hesaba köçürülür. Bankın, həmçinin bank xidmət haqqlarını və pul vəsaitinin göndərənə xxxx qaytarılması ilə bağlı çəkdiyi digər xərcləri Müştərinin bank hesablarından akseptsiz qaydada silmək hüququ vardır.
2.13. İmza və möhür nümunələri vərəqəsində birinci və (və ya) ikinci imzaya malik iki və ya daha xxx şəxsin imzası qeyd olunduğu hallarda, həmin imzaların istifadəsi qaydası bu oferta və (və ya) müştərinin ərizəsi ilə müəyyən edilir.
2.14. Müqavilə ləğv edilərkən Bank, hesabdakı pul vəsaitinin qalığını Müştəriyə verir və ya Müştərinin göstərişi ilə onun müvafiq yazılı ərizəsinin alındığı gündən ən geci 7 (yeddi) təqvim günü keçənədək başqa hesaba köçürür. Hesabdakı pul vəsaitinin qalığı Müştəri tərəfindən xxxx alınmadıqda və ya vəsaitin köçürülməli olduğu yeni hesab Banka bildirilmədikdə, həmin vəsait müvafiq müştəri kateqoriyasının bağlanmış hesablarının uçotu aparılan hesaba köçürülür.
2.15. Bank tərəfindən qəbul edilərkən Müştərinin ödəniş sənədlərinin/sərəncamının qanunvericilik ilə müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılır. Ödəniş sənədlərinin/sərəncamının məzmunu və forması qanunvericiliklə və xxx xxxxx müəyyənləşdirilmiş bankdaxili qaydalarla nəzərdə tutulmuş tələblərə uyğun gəlməlidir. Bu tələblərin pozulması ilə tərtib edilmiş, habelə qüsurlu ödəniş sənədləri qəbul edilmir.
2.16. Müştəri ödəniş sərəncamı verdikdə, ödəniş əməliyyatı avtorizə edilmiş hesab olunur. Ödəniş sisteminə göndərilən ödəniş sərəncamı ödəniş sisteminə dair qaydalar ilə müəyyən edilən andan gerigötürülməz hesab olunur. Həmin anadək ödəniş sərəncamından istənilən vaxt imtina edilə bilər. Dövri ödəniş əməliyyatlarının icrası üzrə verilmiş sərəncamdan imtina nəticəsində Müştərinin seçimindən asılı olaraq ancaq icra vaxtı çatmış əməliyyat və ya bütün növbəti ödəniş əməliyyatları avtorizə edilməmiş hesab edilir və icra olunmur.
2.17. Müştəri, Bank ilə ödəniş sərəncamının icra olunması üçün müəyyən günü razılaşdırdıqda, Müştəri ödəniş sərəncamını ən geci razılaşdırılmış gündən əvvəlki iş gününün sonunadək xxxx götürə bilər.
2.18. Birbaşa debitləşmə alətindən istifadə edildikdə Müştəri ən geci pul vəsaitinin ödəniş hesabından silinməsi üçün müəyyən etdiyi gündən əvvəlki iş gününün sonunadək ödənişin həyata keçirilməsi üzrə verdiyi sərəncamı xxxx götürə bilər.
2.19. Bu ofertanın 2.16 - 2.18-ci bəndlərində qeyd olunmuş müddətlərdən sonra ödəniş sərəncamı yalnız Bank ilə Müştəri arasında bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda və pul vəsaiti vəsait alanın ödəniş hesabına mədaxil edilmədiyi təqdirdə xxxx götürülə bilər.
2.20. Bank ödəniş sərəncamı qüsurlu olmadıqda, habelə Müştəri ilə bağlanılmış müqavilə ilə müəyyən edilmiş bütün şərtlər yerinə yetirildikdə avtorizə edilmiş ödəniş sərəncamını icraya qəbul edir.
2.21. Avtorizə edilmiş ödəniş sərəncamı əməliyyat günündən sonra təqdim olunduqda ödəniş sərəncamı növbəti əməliyyat günü icraya qəbul edilmiş hesab olunur.
2.22. Bank ödəniş sərəncamını icraya qəbul etdiyi vaxtdan növbəti iş günündən gec olmayaraq icra edir.
2.23. Ödəniş sərəncamında həmin sərəncamın icrası üçün fərqli müddət razılaşdırıla bilər. Razılaşdırılan müddət ödəniş sərəncamının icra müddəti hesab edilir və həmin gün icra edilir. Bu müddət qeyri-iş gününə düşdükdə, ödəniş sərəncamının icra müddəti növbəti iş günü hesab edilir.
2.24. Ödəniş xidmətinin ödəniş terminalları vasitəsilə göstərildiyi hal istisna olmaqla, digər hallarda Müştərinin xeyrinə Banka daxil xxxx pul vəsaiti həmin əməliyyat günü Müştərinin ödəniş hesabına mədaxil edilir və (və ya) pul vəsaitinin istifadəsinə imkan yaradılır. Hesaba mədaxil edilməli xxxx pul vəsaitinin valyutası hesabda xxxx məbləğin valyutasından fərqli olduqda pul vəsaiti 5 iş günündən gec olmayaraq hesaba mədaxil edilir.
2.25. Ödəniş xidmətləri ödəniş terminalları vasitəsilə göstərdikdə ödəyicidən qəbul olunmuş pul vəsaiti 5 (beş) iş günündən gec olmayaraq vəsait alanın ödəniş hesabına köçürülür.
2.26. Bank tərəfindən ödəniş əməliyyatının icra edilməsindən əvvəl ödəniş xidmətləri üzrə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunla tələb olunan məlumatlar xxxxxxx.xx saytında daimi olaraq yerləşdirilmişdir.
2.27. Bank ödəniş sərəncamını icra etdikdən sonra dərhal “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunla tələb olunan məlumatlarla Müştərini mobil əlavə vasitəsilə pulsuz şəkildə məlumatlandırır. Sözügedən məlumatların müştəriyə təqdim edilməsi üçün müştəri mobil cihazına mobil əlavəni yükləməyi öhdəsinə götürür. Müştərinin sözügedən məlumatlar ilə digər əlaqə vasitələri ilə məlumatlandırılması Tariflərə uyğun olaraq həyata keçirilir.
2.28. Müştəri ödəniş əməliyyatının icrasından sonra 6 (altı) ay müddətindən gec olmayaraq hər hansı avtorizə edilməmiş və ya səhv icra olunmuş ödəniş əməliyyatlarını müəyyən etdikdə bu barədə Bankı dərhal məlumatlandırmalıdır. Bank avtorizə edilməmiş ödəniş əməliyyatı haqqında Müştəri bildirişi aldıqdan sonra bu bənddə qeyd olunmuş sübutları 5 (beş) iş günündən gec olmayaraq (ödəniş alətləri ilə ölkə xaricində aparılan əməliyyatlarda isə iştirakçısı olduğu ödəniş sisteminə dair qaydalar ilə müəyyən edilmiş müddətdə) təqdim edə bilmədikdə ödəniş əməliyyatının məbləğini Müştəriyə növbəti iş günündən gec olmayaraq xxxx ödəyir.
2.29. Bank avtorizə edilməmiş ödəniş əməliyyatının məbləğini bu ödəniş əməliyyatının icrası üçün Müştəridən tutulan bütün xidmət haqları ilə birgə Müştəriyə xxxx ödəyir.
2.30. Müştəri ödəniş əməliyyatını avtorizə etdiyini inkar etdikdə və ya ödəniş əməliyyatının səhv icra olunduğunu bildirdikdə, Bank ödəniş əməliyyatının autentifikasiya olunduğunu, düzgün qeydə alındığını, ödəniş əməliyyatı üzrə məbləğin Müştərinin müəyyən etdiyi ödəniş hesabına mədaxil edildiyini və ödəniş əməliyyatının texniki nasazlıq və ya ödəniş xidməti təchizatçısının digər nöqsanı nəticəsində təsirə məruz qalmadığını sübuta yetirməlidir.
2.31. Müştəri icra olunmuş ödəniş əməliyyatını avtorizə etdiyini inkar etdikdə, ödəniş alətinin istifadəsi faktı Müştərinin ödəniş əməliyyatını avtorizə etməsini və ya onun dələduzluq məqsədilə hərəkət etməsinə şübhə
olmasını və ya təhlükəsizliyin qorunmasıyla bağlı vəzifələri qəsdən və ya kobud ehtiyatsızlıqdan yerinə yetirmədiyini sübuta yetirmək üçün kifayət deyildir. Bu halda Bank fırıldaqçılıq əməliyyatının baş verdiyini və Müştəri tərəfindən kobud ehtiyatsızlığın olunduğunu təsdiq edən aidiyyəti sübutları Müştəriyə təqdim etməlidir.
2.32. Ödəniş xidməti təchizatçısı ödəyici tərəfindən verilən ödəniş sərəncamının icra olunmamasına, səhv icra edilməsinə, həmçinin pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə ödəyici qarşısında məsuliyyət daşıyır. Bu halda ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısı səhv icra edilmiş, əsassız olaraq ödəniş hesabından silinmiş ödəniş əməliyyatı üzrə məbləği dərhal ödəyicinin ödəniş hesabına bərpa etməlidir.
2.33. Ödəyiciyə xidmət edən ödəniş xidməti təchizatçısı ödəniş əməliyyatının vaxtında və düzgün icrasını sübut etdikdə, vəsait alana xidmət göstərən ödəniş xidməti təchizatçısı vəsait xxxx qarşısında ödəniş əməliyyatının düzgün icra olunmasına görə məsuliyyət daşıyır. Bu halda vəsait alana xidmət göstərən ödəniş xidməti təchizatçısı dərhal ödəniş əməliyyatı üzrə məbləği vəsait alanın ödəniş hesabına daxil etməli və ya ödəniş hesabı olmadıqda vəsait alanın sərəncamına verməlidir.
2.34. Ödəniş xidməti təchizatçısı icra edilməmiş, səhv icra edilmiş ödəniş əməliyyatlarının icrası üzrə və ya pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə məsuliyyət daşıdığı halda, ödəniş xidməti istifadəçisi tərəfindən ödənilən xidmət haqları və digər xərclərin məbləği də kompensasiya edilməlidir.
2.35. Ödəniş xidməti istifadəçisi icra edilməyən, səhv icra edilən ödəniş əməliyyatlarına və ya pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə ödəniş xidməti təchizatçısından ödəniş əməliyyatı üzrə məbləğ, xidmət haqqı və digər xərclərdən əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə uyğun olaraq faizlərin ödənilməsini tələb edə bilər.
2.36. Ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş sərəncamında səhv göstərilmiş məlumatlara görə ödəniş sərəncamının icra edilməməsi və ya səhv icra olunması üçün məsuliyyət daşımır.
2.37. Ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısı icra edilməmiş, səhv icra edilmiş ödəniş əməliyyatı üzrə və pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsi üzrə ödəyicinin tələbi əsasında xidmət haqqı tələb etmədən ödəniş əməliyyatının icrasını izləməli və bu haqda ödəyicini məlumatlandırmalıdır. Bu halda vəsait alana xidmət göstərən ödəniş xidməti təchizatçısı ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısına qanunla qadağan olunmayan məlumatları təqdim etməlidir.
2.38. Ödəniş sərəncamı vəsait xxxx tərəfindən verildikdə ona xidmət göstərən ödəniş xidməti təchizatçısı ödəniş sərəncamının ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısına vaxtında və düzgün göndərilməsi üzrə vəsait xxxx qarşısında cavabdehdir.
2.39. Ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısı vəsait alana xidmət göstərən ödəniş xidməti təchizatçısı tərəfindən göndərilən ödəniş sərəncamının icra edilməməsinə və ya səhv icra edilməsinə görə məsuliyyət daşıyır. Bu halda, ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısı səhv icra edilmiş ödəniş sərəncamı üzrə vəsaitin dərhal ödəyicinin ödəniş hesabına bərpa edilməsini və ya tələb olunduqda ödəniş sərəncamının düzgün icrasını təmin etməlidir.
2.40. Vəsait xxxx tərəfindən ödəniş sərəncamı ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısına birbaşa təqdim edildikdə ödəniş xidməti təchizatçısı yuxarıda qeyd olunmuş qaydada məsuliyyət daşıyır.
2.41. Ödəniş sərəncamı vəsait xxxx tərəfindən verildikdə, ona xidmət göstərən ödəniş xidməti təchizatçısı icra edilməmiş və ya səhv icra edilmiş ödəniş əməliyyatı üzrə vəsait alanın tələbi əsasında xidmət haqqı tələb etmədən ödəniş əməliyyatının icrasını izləməli və bu haqda vəsait alanı məlumatlandırmalıdır.
2.42. Ödəyici birbaşa debitləşmə üzrə ödəniləcək məbləğ limitini müəyyən etməlidir. Ödəyiciyə xidmət edən ödəniş xidməti təchizatçısı vəsait xxxx tərəfindən verilən ödəniş sərəncamı üzrə ödəyicinin müəyyən etdiyi ödəniş məbləğindən yüksək məbləğdə ödəniş əməliyyatı apardığı təqdirdə artıq ödənilmiş məbləği xxxx ödəməlidir. Ödəyici bu halda vəsaitin onun ödəniş hesabından silindiyi tarixdən 2 (iki) ay müddətində ona xidmət göstərən ödəniş xidməti təchizatçısına müraciət edə bilər.
2.43. Ödəniş xidməti təchizatçısı ödəniş əməliyyatı üzrə məbləğin xxxx ödənilməsi barədə ödəyicinin müraciəti daxil olduqdan sonra 5 (beş) iş günü müddətində yuxarıda qeyd olunmuş xxxx xxxxx olaraq artıq ödənilmiş məbləğin xxxx ödənilməsini təmin etməli və ya imtinanın səbəbləri haqqında əsaslandırılmış məlumatı ödəyiciyə təqdim etməlidir.
II. BÖLMƏ
ÖDƏNİŞ KARTLARI
3. ÜMUMİ MÜDDƏALAR
3.1. Bank “Müştəri”nin ödəniş kartına (bundan sonra “Kart” adlanacaq) xidmət göstərilməsini və karta bağlı xxxx xxxx hesab vasitəsilə hesablaşma-xxxxx əməliyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, Müştəri isə Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür.
3.2. Bu ofertada və Bank tərəfindən bildirilən digər bütün şərtlər “sayt”da əks olunur.
3.3. Müştəriyə təqdim olunan kartın növündən asılı olaraq, xxxxxx xxxx hesabındakı gündəlik qalığına “sayt”da qeyd olunan illik faiz dərəcəsi ilə əlavə ödəniş hesablana bilər. Əlavə ödəniş hesablanarsa, hər təqvim ayının sonuncu iş günü Müştərinin istifadəsindəki xxxxxx xxxx hesabına köçürülür. Müştərinin kartında xxxx şəxsi vəsaitinə hesablanacaq faiz dərəcəsi haqqında məlumat “sayt”da əks olunur.
3.4. Kartdan nağdlaşdırmaya görə komissiya Bankın tariflərinə uyğun olaraq tənzimlənir.
3.5. Kartdan istifadə etməklə hesab üzrə əməliyyatların aparılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktları, həmçinin Bankın daxili qaydaları ilə müəyyən edilir.
3.6. Bank, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktlarına və Bankın daxili qaydalarına uyğun olaraq təqdim edilən sənədlər əsasında hesab açır və həmin hesabdan istifadə etmək üçün “Müştəri”yə kart verir.
3.7. Bankın müəyyən etdiyi bütün tariflər “sayt”da yerləşdirilir və “Müştəri” “sayt”a mütəmadi daxil olaraq onlarla xxxxx olur. “Müştəri” tərəfindən aparılan bütün əməliyyatlara görə komisyon haqqı “Bank” tərəfindən akseptsiz qaydada onun hesabından silinir.
3.8. “Müştəri”yə kart verilərkən müvafiq eyniləşdirmə (sistemdə kartın “Müştəri”yə aid olması) edildikdən sonra kartın ilk PİN-kodu “Bank” tərəfindən “Müştəri”yə SMS vasitəsilə “Müştəri”nin Xxxxxx qeydiyyatda xxxx mobil nömrəsinə göndərilir və ya PİN-kod Müştəri tərəfindən Xxxxxx xxxx POS-terminal, ATM və ya mobil əlavə vasitəsilə şəxsən təyin oluna bilər. PİN-kod “Müştəri”nin imzasının analoqu hesab olunur. “Müştəri” tərəfindən kartın və ya onun PİN-kodunun üçüncü şəxslərə verilməsi qadağandır, kart və PİN- kodla əlaqədar təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır. Kart üzrə aparılmış əməliyyatlar “Müştəri” tərəfindən aparılmış əməliyyatlar kimi qəbul olunur.
3.9. Kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə Müştəri məsuliyyət daşıyır.
3.10. “Bank”, “Müştəri”yə əsas kartla yanaşı, onun yazılı ərizəsi əsasında (ərizənin imzanın digər analoqundan istifadə etməklə təqdim edilməsi daxil olmaqla) Bankın tariflərinə uyğun ödəniş edilməklə əlavə kart verə bilər. Əlavə kartlarla və ya kartlar üzərindəki məlumatları daxil etməklə aparılan bütün əməliyyatlar üzrə tam məsuliyyəti “Müştəri” daşıyır.
3.11. Müəyyən texniki səbəblərə görə hesabda (kartda) mövcud xxxx pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Hesab üzrə texniki overdraft yarandığı halda “Müştəri”, “Bank” qarşısında yaranmış borcunu bu Müqavilənin 1.2.7-ci bəndinə uyğun olaraq ödəməlidir.
3.12. Bank kartın verilməsinə görə uyğun gördüyü hər cür təminatı “Müştəri”dən tələb etmək hüququna malikdir. “Müştəri” Bankın müəyyən etdiyi şərt və formalarda təminat verməyə borcludur. Bank mümkün ola bilən ziyanın qarşısını almaq üçün müəyyən etdiyi miqdarda sığorta depozitinin qoyulmasını tələb edə və sığorta depozitinin miqdarını birtərəfli qaydada dəyişdirə bilər. “Müştəri”nin Banka verdiyi sığorta depoziti kartdan istifadə nəticəsində yarana bilən borcların qaytarılması üçün nəzərdə tutulur.
3.13. Bu hesabdan “Müştəri”nin sahibkarlıq fəaliyyəti ilə əlaqədar istifadə edilə bilməz. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar “Müştəri”nin xeyrinə Banka pul vəsaiti daxil olduğu halda “Müştəri”nin razılığı alınmadan həmin vəsait göndərən şəxsə ödənişin məbləğindən və ya digər bank hesablarından xidmət haqqı və Bankın çəkdiyi digər xərclər çıxılmaqla xxxx qaytarılır və ya “Müştəri”nin Xxxxxx sahibkarlıq fəaliyyəti ilə əlaqədar hesabı olarsa, məbləğ həmin hesaba köçürülür.
3.14. Kartla əməliyyatların aparılması ilə əlaqədar “Müştəri”dən daxil xxxx şikayətlərə baxılarkən Bank əməkdaşları tərəfindən Xxxxxx saxlanılan sənədlərdən sübut kimi istifadə istifadə edilə bilər.
3.15. Kartın itirilməsi, oğurlanması və istifadəçinin iradəsinə zidd olaraq digər vasitələrlə sahibliyindən çıxması, onun sərəncamı olmadan digər vasitələrlə başqa şəxslər tərəfindən istifadə edilməsi hallarında kartın bloklaşdırılması məqsədilə “Müştəri” tərəfindən Bankın Məlumat Mərkəzinə (tel: + 00000 000) müraciət olunmalıdır. Kartın bloklaşdırılmasının digər üsul və vasitələri (SMS-banking, Mobil tətbiq və s.) haqqında müvafiq izahedici məlumatı “sayt”xxx əldə etmək mümkündür. Müştəri tərəfindən məlumatların vaxtında verilməməsinə görə, eləcə də yuxarıda göstərilən hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə Bank məsuliyyət daşımır.
3.16. Kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa, Bank bu problemlərə görə “Müştəri” qarşısında məsuliyyət daşımır. Mübahisə yarandıqda, kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış problemin Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədar olmadığı “Müştəri” tərəfindən sübut edilməyincə, həmin problemə görə Bankın məsuliyyəti istisna olunur.
3.17. Kartdan istifadə etməklə həyata keçirilən əməliyyatlar üzrə hesablaşmalar müvafiq yerli və ya beynəlxalq kart təşkilatlarının qaydalarına və bu ofertaya uyğun şəkildə aparılır.
3.18. “Müştəri”nin kart ilə apardığı nağd və ya nağdsız əməliyyatın valyutası kart hesabının valyutasından fərqləndiyi halda məbləğin konvertasiyası:
- Əməliyyat “Bank”ın xidmət etdiyi qurğularda (bankomat, POS-Terminal, online ticarət) baş tutduğu təqdirdə “Bank”ın tariflərində qeyd edilən məzənnə əsasında,
- Əməliyyat “Bank”ın xidmət etmədiyi qurğularda baş tutduğu təqdirdə isə həm “Bank”ın, həm Ekvayerin (mal, iş, xidmət təklif edən şəxsin müvəkkil bankı), həm də “Bank”la Ekvayer arasında iştirak edən Ödəniş Təşkilatının (maliyyə əməliyyatlarının və hesablaşmaların həyata keçməsini təmin edən sistem) müəyyən etdiyi məzənnə əsasında aparılır.
3.19. Kart vasitəsilə kart hesabının valyutasından fərqli valyutalarda aparılan əməliyyat zamanı məbləğin bloklaşdırıldığı və hesabdan silindiyi (ödəniş tələbinin bank sisteminə daxil olduğu tarix) tarixlərdə valyuta məzənnəsindəki mümkün dəyişikliklər nəticəsində hesabdan faktiki silinən məbləğ bloklaşdırılmış məbləğlə eyni və ya fərqli ola bilər. Valyuta məzənnəsinin dəyişməsi nəticəsində yarana biləcək zərərə görə risk “Müştəri”nin üzərinə düşür.
3.20. Bu oferta Müştərinin ərizəsi əsasında, onun xxxxx Xxxxxx, Bankın filial və şöbələrində gələcəkdə açılacaq hər hansı növ bank hesabı üçün, habelə hər hansı kart təqdim edilməsi və ona xidmət göstərilməsi üçün hüquqi əsas ola bilər, bir şərtlə ki, qanunvericilikdə nəzərdə tutulan məcburi tələblərə əməl olunsun və Bank tərəfindən ayrı qayda müəyyən edilməsin.
3.22. Müştəri öz hesabının müstəqil sərəncamçısıdır.
3.23. Müştərinin xarici valyutada xxxx xxxxxx üzrə əməliyyatların aparılması zamanı Azərbaycan Respublikasında mövcud valyuta rejiminə riayət olunmalıdır.
3.24. Müştərinin hesabından silinmələrə əsas, qanunvericilikdə və bu ofertada nəzərdə tutulmuş hallar istisna olmaqla, onun təqdim etdiyi ödəniş sənədləridir.
3.25. Ödəniş sənədləri yazıldığı gündən (yazılma günü nəzərə alınmadan) sonra 3 (üç) iş günü ərzində Banka təqdim edilə bilər.
3.26. Bankla Müştəri arasında hesabın kreditləşdirilməsi haqqında əlavə razılaşma yoxdursa, Bank Müştərinin hesabı üzrə əməliyyatları, hesabdakı qalıq çərçivəsində müəyyən olunmuş ardıcıllıq qaydasında aparır. Ödəniş sənədinin məbləği Müştərinin hesabındakı vəsait qalığından çoxdursa, Bank həmin ödəniş sənədini qanunvericiliklə müəyyən olunmuş ardıcıllıqla icra edir.
3.27. Müştəri üçün əməliyyat günü bankın daxili iş rejimi qaydalarına uyğun olaraq müəyyən edilir.
3.28. Bankın daxili iş rejimi qaydalarına uyğun olaraq müəyyən edilmiş vaxtdan sonra daxil olmuş ödəniş sənədləri növbəti iş günündə icra edilir.
3.29. Hesabdan çıxarışlar və digər sənədlər Müştərinin özünə və yalnız müvafiq etibarnamə əsasında onun nümayəndəsinə verilir.
3.30. Bank, internet şəbəkəsində Müştərinin kart ilə apardığı əməliyyatlara dair onun kart hesabından silinmələrə, kartdan PİN kodun daxil edilməsi ilə istifadə olunması nəticəsində vəsait silinməsinə, habelə kartla silinmiş vəsaitin ödənilməsinə görə heç bir məsuliyyət daşımır.
3.31. Məsuliyyətin ötürülməsi qaydasının (liability shift rule) tətbiq edilmədiyi ölkələrdə icra olunan əməliyyatlar zamanı yaranan fırıldaqçılıq hallarına görə Bank, kart istifadəçisi qarşısında məsuliyyət daşımır. Bu kateqoriyaya aid ölkələrdə aparılan əməliyyatlar zamanı Bankın rəsmi saytında (xxxxxxx.xx) yerləşdirilmiş təhlükəsizlik qaydalarına riayət edilməlidir.
3.32. Qanunvericilik və Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərin pozulması ilə tərtib edilmiş, habelə qüsurlu ödəniş sənədləri qəbul edilmir.
3.33. Ödəniş sənədinin Banka icra üçün təqdim edilmə vaxtı keçdikdə, ödəniş sənədinin rekvizitlərində uyğunsuzluq olduqda, ödənişin təyinatı və əsası göstərilmədikdə, rəqəmlə və yazı ilə göstərilən məbləğlər arasında uyğunsuzluq olduqda, üzərində düzəliş və ya pozulmalar edildikdə, nüsxələr eyni
olmadıqda, ödəniş sənədində və imza nümunələri vərəqəsində qeyd olunmuş imzalar arasında uyğunsuzluq olduqda, möhür olmadıqda və ya uyğun gəlmədikdə (imza və möhür nümunələri vərəqəsində nəzərdə tutulduğu halda) ödəniş sənədi qüsurlu sayılır və Bank tərəfindən icra üçün qəbul olunmur.
3.34. İmza və möhür nümunələri vərəqəsində birinci və (və ya) ikinci imzaya malik iki və ya daha xxx şəxsin imzası qeyd olunduğu hallarda, həmin imzaların istifadəsi qaydası bu oferta və (və ya) müştərinin ərizəsi ilə müəyyən edilir.
3.35. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Bank tərəfindən hesab üzrə birtərəfli qaydada əməliyyatların icrasının dayandırılması, bank hesablarındakı vəsaitlərin dondurulması, bank hesablarının bağlanması (ləğv edilməsi), kartla əməliyyatların aparılmasının məhdudlaşdırılması həyata keçirə bilər.
4. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
4.1. Bankın hüquqları:
4.1.1. Bank xidmətlərinə görə müəyyən edilmiş tariflərə birtərəfli qaydada dəyişiklik etmək və yeni tariflər (komissiyalar) müəyyən etmək;
4.1.2. Müəyyən edilmiş hallarda və qaydada ona ödənilməli xxxx pul vəsaitlərini (əsas borc, faiz, dəbbə pulu, xidmət haqqı və s.) Müştərinin bütün valyutada xxxx hesablarından və digər əsaslarla ona çatası vəsaitlərdən akseptsiz qaydada silmək;
4.1.3. Kartdan qeyri-qanuni məqsədlərlə istifadə etməsi, limitləri aşması, hesabında borcun yaranması və ya “Müştəri” tərəfindən şərtlərə əməl olunmadığı aşkar olunduğu hallarda kartdan istifadə edilməsini və hesab üzrə əməliyyatları dayandırmaq və kartı “imtinalar siyahısı”na yerləşdirmək, karta xidməti ləğv etmək hüququna malikdir.
4.1.4. Bankın tarifləri ilə müəyyən edilmiş hallarda karta nağdsız mədaxil edilmiş vəsaitlərdən xidmət haqqı tutula bilər.
4.1.5. Kartdan nağdlaşdırma zamanı Bankın tariflərinə uyğun komissiya tutula bilər.
4.1.6. Kart Bankın mülkiyyəti hesab edilir. Bank, kartın (hesabın) təhlükəsizliyi, kartdan cinayət və ya inzibati məsuliyyətə səbəb xxxx məqsədlərlə və ya səlahiyyəti olmayan şəxs tərəfindən istifadə olunmasının qarşısının alınması, Müştərinin kredit xətti ayrılmış kart üzrə öhdəliklərini yerinə yetirə bilməməsi təhlükəsinin qarşısının alınması və digər risklər baxımından birtərəfli qaydada Müştərinin kartını bloklaşdırmaq və ya karta xidmət göstərilməsini dayandırmaq, birdəfəlik, gündəlik, həftəlik və aylıq əməliyyat limitlərini dəyişmək, kartının risk qrupunu dəyişmək və kartın üzərində digər sərəncam vermək hüququna malikdir. Bank, Müştərinin kartını səlahiyyətli dövlət orqan(lar)ının qərarı, fırıldaqçılıq hallarının araşdırılması ilə əlaqədar, hesab üzrə texniki overdraft yarandığı halda, Müştərinin müraciəti əsasında və qanunvericilik və bu ofertada nəzərdə tutulan digər hallarda da bloklaşdıra bilər. Bank tərəfindən hər hansı səbəbdən kartın bloklaşdırılması halında kartdan bütün əməliyyatlar tam məhdudlaşdırılır.
4.1.7. Hesabın açılması üçün, zəruri xxxx sənədlərlə yanaşı, qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə qanunvericiliyə zidd olmayan digər sənədlərin də təqdim edilməsini tələb etmək, hesabdan qeyri-leqal məqsədlər üçün istifadə edilməsi sübut edildikdə hesabı birtərəfli qaydada bağlamaq;
4.1.8. Xxxxxx səhv daxil edilmiş pul vəsaitlərini ən geci növbəti əməliyyat günündən gec olmayaraq xxxx qaytarmaq;
4.1.9. Aşağıdakı hallardan biri və ya bir neçəsi baş verdikdə (o cümlədən bunlarla məhdudlaşmayaraq) Müştərinin bütün bank hesablarından və/və ya digər bütün əsaslarla ona çatası vəsaitlərdən xxxx kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komission haqları tutulmaq şərtilə müvafiq vəsaiti akseptsiz qaydada silmək:
a) Üçüncü şəxslər və ya Bank tərəfindən yanlışlıqla mədaxil edildikdə pul vəsaitlərini;
b) Kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə müəyyən edilmiş komisyon haqların məbləğini;
c) Bankın bankomat, POS-terminal və digər sistemlərində, cihazlarında baş verən texniki nasazlıqlar nəticəsində Müştərinin bank hesabında ona məxsus olmayan pul vəsaitlərinin istifadə imkanı mümkün olduğu təqdirdə. Müəyyən texniki səbəblərə görə hesabda mövcud xxxx pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər.
d) Hesab üzrə overdraft yarandığı hallarda. Kartla əməliyyatların aparılması zamanı Müştərinin kart hesabında kifayət qədər vəsait olmadığı hallarda həmin əməliyyatın baş tutması üçün Bank tərəfindən
Müştəriyə imkan yaradıla bilər və bu hal overdraftı əhatə edir. Bu zaman həmin əməliyyatın aparılması nəticəsində Müştərinin Bank qarşısında yaranmış borcunun bu ofertanın 1.2.7-ci bəndində müəyyən olunmuş qaydada ödənilməsi təmin edilməlidir.
4.1.10. Müştərinin bank hesabına və ya kart balansına səhvən və ya əsassız olaraq daxil olmuş və ya köçürülmüş və ya sonradan səhvən və ya əsassız olaraq daxil olduğu və ya köçürüldüyü müəyyən edilmiş pul vəsaitləri Müştəri tərəfindən xxxx qaytarılmadıqda və ya bu vəsaitlərin Bank tərəfindən akseptsiz silinməsi üçün onun bank hesablarında kifayət qədər pul vəsaiti olmadıqda, Müştərinin Bank qarşısında kredit öhdəliyi yaranır və kredit xətti açıla bilər (kredit xətti xxxx müştərilərə). Bu halda Müştəri, kreditdən istifadəyə görə Bankın həmin günə xxxx mövcud faiz dərəcələrinə uyğun olaraq illik faiz ödəməlidir. Aktiv kredit xətti olmayan müştərilərin hesablarında bu hal overdraft kimi tanınır.
4.2. Bankın vəzifələri:
4.2.1. Müştərinin hesabına daxil xxxx pul vəsaitlərini zərurət yarandıqda Bankın kommersiya məzənnəsinə uyğun qaydada konvertasiya etmək və bununla bağlı komisyon haqqlarını Müştərinin hesablarından akseptsiz qaydada silmək.
4.2.2. Müştəriyə hesablaşma-xxxxx xidmətləri göstərmək:
- Müştərinin hesablarına daxil xxxx pul vəsaitini növbəti iş günündən gec olmayaraq (qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə qanunvericiliyə müvafiq olaraq əlavə sənədlərin təqdim olunmasının tələb olunduğu hallar istisna olmaqla) hesablara mədaxil etmək və müştərinin müraciətinə əsasən bu barədə Müştəriyə məlumat vermək;
- Müştərinin təqdim etdiyi ödəniş sənədlərini Banka daxil olduğu günün ertəsi iş günündən gec olmayaraq icra etmək;
- Müştəriyə xxxxx xidmətləri göstərmək (rəqəmsal bankçılıq qaydasında fəaliyyət göstərən Bankın kassa xidmətləri göstərməyən filialları istisna olmaqla);
- Müştərinin hesabından çıxarışları ona təqdim etmək;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq müştərinin hesab üzrə verdiyi digər sərəncamlarını yerinə yetirmək;
4.2.3. Müştərinin hesabı ilə bağlı istənilən sorğu və məktubları qanunvericiliklə müəyyən olunmuş müddət ərzində cavablandırmaq.
4.3. Müştərinin hüquqları:
4.3.1. Kart vasitəsilə mal, iş, xidmətlərə görə əməliyyatlar aparmaq, o cümlədən bankomat (ATM) və POS- terminaldan nağd vəsait əldə etmək;
4.3.2. Lazımi dövr üçün Bankın tariflərinə uyğun haqq ödəməklə hesabdan əlavə çıxarış, eləcə də, hesabdan vəsaitin silinməsinin düzgünlüyünü təsdiq edən sənədləri “Bank”xxx təqdim etməyi tələb etmək;
4.3.3. Bankın, Əmanətlərin Sığortalanması Fondunun iştirakçısı olması, əmanətlərin sığortalanması şərtləri, kompensasiya ödənilməsi şərtləri və qaydaları barədə yazılı və şifahi sorğu ilə Banka müraciət etmək və ondan yazılı məlumat almaq;
4.3.4. Kartdakı risk qruplarının dəyişdirilməsi üçün “Bank”a müraciət etmək. Bu xxxxx xxxx risk qrupu üzrə daha aşağı təhlükəsizlik tədbirləri nəzərdə tutularsa, onun nəticəsində yarana biləcək istənilən risklərə, o cümlədən maddi və qeyri-maddi risklərə görə Müştəri məsuliyyət daşıyır.
4.3.5. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hesabdan istifadə etməklə bağlı digər hüquqlar;
4.3.6. Müştəri plastik kartın PİN-kodunu mobil əlavə üzərindən, Bank filiallarındakı POS-terminal və “Unibank” KB ASC-yə məxsus xxxx bankomatlar vasitəsi ilə dəyişdirə bilər. PİN-kodunun dəyişdirilməsi müvafiq tariflər əsasında həyata keçirilir.
4.3.7. Kartın risk qrupu və əməliyyatların məhdudiyyətləri barədə “sayt”xxx məlumat əldə etmək.
4.4. Müştərinin vəzifələri:
4.4.1. Kart vasitəsilə bir qayda olaraq hesabda xxxx pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək.
4.4.2. Kartla əməliyyatların aparıla bilməsi üçün kart hesabını lazımi miqdarda pul vəsaiti ilə təmin etmək;
4.4.3. Hesabına daxil xxxx pul vəsaitlərini zərurət yarandıqda Bankın kommersiya məzənnəsinə uyğun qaydada Bank tərəfindən konvertasiya edilməsinə və bununla bağlı komisyon haqqlarının onun hesablarından akseptsiz qaydada silinməsinə əvvəlcədən öz razılığını bildirir.
4.4.4. Kartın itməsi, oğurlanması, üzərində təhriflər edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görməlidir. Hesab üzrə əməliyyatların
təhlükəsizlik tələblərinin pozulması, məlumatların üçüncü şəxslərə açıqlanması hallarında Müştəri məsuliyyət daşıyır.
4.4.5. Yeni kart verildiyi halda, xxxx xxxxxx verilməsi ilə bağlı bütün xərcləri ödəmək;
4.4.6. Hesabda xxxx pul vəsaitindən hər hansı qeyri-qanuni məqsəd, o cümlədən çirkli pulların yuyulması (qeyri-xxxxxx xxxxx əldə edilmiş gəlirlərin leqallaşdırılması) və terrorizmin maliyyələşdirilməsi üçün istifadə etməyəcəyinə təminat vermək və buna görə məsuliyyət daşımaq;
4.4.7. Təqdim edilmiş mobil və digər əlaqə nömrələrinin dəyişildiyi təqdirdə Banka 2 (iki) təqvim günü ərzində məlumat vermək. Məlumat verilmədiyi təqdirdə bütün növ əməliyyatlara (internet üzərindən online, beynəlxalq köçürmələr, POS terminal, ATM və digər) görə məsuliyyət Müştərinin üzərindədir.
4.4.8. Bank tərəfindən istənilən zaman “Müştəri”nin kartını bloklaşdırmaq və ya karta xidmət göstərilməsini dayandırmaq, birdəfəlik, gündəlik, həftəlik və aylıq əməliyyat limitlərini dəyişmək, kartın risk qrupunu dəyişmək və kartın üzərində digər sərəncam vermək, kredit limitində dəyişiklik etmək səlahiyyətlərinə razılığını bildirir.
4.4.9. Kartla bağlı məlumatları əldə etmək üçün “sayt”la mütəmadi olaraq xxxxx olmaq;
4.4.10. Hesabın açılması üçün zəruri xxxx sənədləri, eləcə də, qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə Bank tərəfindən qanunvericiliyə zidd olmayan digər sənədlər tələb edildikdə onları Banka təqdim etmək;
4.4.11. Qanunvericiliyə və Bankın daxili qaydalarına uyğun olaraq hesab üzrə nağd və nağdsız qaydada əməliyyatlar aparmaq;
4.4.12. Ödəniş sənədlərini Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ hüquqi xarakterli aktlarla uyğun tərtib edərək Banka təqdim etmək;
4.4.13. Bank tərəfindən hesaba səhvən köçürülmüş məbləğdən istifadə etməmək və Bankı bu barədə dərhal məlumatlandırmaq, hesaba səhvən daxil edilmiş pul vəsaitlərini ən geci növbəti əməliyyat günündən gec olmayaraq xxxx qaytarmaq;
4.4.14. Bank tərəfindən tələb edildikdə Banka düzgün və təhrif olunmamış məlumatlar təqdim etmək. Müvafiq qaydada icrasına təsir edə biləcək bütün şərait və hadisələr barədə, o cümlədən adı, soyadı, atasının adı, qeydiyyat və faktiki ünvanlarında, mobil nömrəsində və əvvəllər Banka təqdim edilmiş məlumatlarda baş verən dəyişikliklər barədə belə dəyişikliklər baş verdiyi tarixdən 3 (üç) iş günü ərzində Banka yazılı məlumat vermək.
5. MÜBAHİSƏLƏRİN HƏLLİ VƏ PRETENZİYALAR
5.1. Tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.
5.2. Müştəri hesab üzrə çıxarışda göstərilən əməliyyatlara, eləcə də əsassız silinmələrə etiraz etdikdə, etiraz etdiyi əməliyyatın baş verdiyi tarixdən 89 (səksən doqquz) təqvim günü müddətində Banka yazılı qaydada pretenziya təqdim etməli və etirazını əsaslandırdığı halları pretenziyada göstərməlidir. Bu müddət ərzində pretenziya təqdim edilmədikdə və ya hesab üzrə çıxarışda göstərilən əməliyyatlara etirazın əsaslandırıldığı hallar pretenziyada göstərilmədikdə hesab üzrə çıxarışda göstərilən əməliyyatlar təsdiq olunmuş hesab edilir.
5.3. Göndərilmiş və ya təqdim olunmuş pretenziyalara cavab verilməsi müddəti onun alındığı tarixdən 45 (qırx beş) təqvim günü müəyyən edilir.
6. “SMS-BANKİNQ” XİDMƏTİNİN GÖSTƏRİLMƏSİ
6.1. Plastik kart vasitəsilə həyata keçirilən bütün əməliyyatlar və onların nəticəsində yaranan hesab qalığı barədə məlumatların əldə edilməsi üzrə xidmətlər Müştəriyə ödənişli olaraq Kart prosessinq mərkəzi vasitəsilə göstərilir. Bank bu xidmətdən istifadə etməyi Müştəriyə tövsiyyə edir və Müştəri “SMS-Bankinq” xidmətinə Banka müraciət etməklə istənilən vaxt qoşula bilər.
6.2. Bank bəyan edir ki, “SMS-Bankinq” xidmətinə qoşulmaq Müştəriyə onun plastik kartı vasitəsilə aparılan əməliyyatlar barədə məlumat əldə etmək və bununla da aparılmış əməliyyatın Müştərinin iradəsinə uyğun olub-olmadığını vaxtında müəyyənləşdirmək imkanı yaradır. Bank tərəfindən Müştəriyə ona məxsus hesablar üzərindən də bu xidmətdən istifadə hüququ verilə bilər.
III. BÖLMƏ
XXXXXX XXXXXXXXXX
7. MÜQAVİLƏNİN PREDMETİ
7.1. Bank aşağıda göstərilən Əmanət məhsullarını Müştəriyə təklif edir və Xxxxxxx tərəfindən seçilən Əmanət məhsulunun şərtləri tətbiq edilir:
● “Faizləri xxxx xxx dəfə ödənilən müddətli əmanət” Məhsulu
● “Faizləri müddətin sonunda ödənilən müddətli əmanət” Məhsulu
● “Faizləri əvvəlcədən ödənilən müddətli əmanət” Məhsulu
● “Proqressiv əmanət” Məhsulu
● “Yığım əmanət” Məhsulu
7.2. Müştəri, bu ofertanı qəbul etməklə onun tərəfindən seçilən əmanət məhsulunun şərtlərinin tətbiq edilməsinə öz razılığını bildirir. Müştəri tərəfindən seçilən hər bir əmanət məhsulu üzrə əlavə əmanət müqaviləsi (bundan sonra “əmanət müqaviləsi”) bağlanılır və əmanətin müddəti və illik faiz dərəcəsi həmin əmanət müqaviləsi ilə tənzimlənir.
7.3. Əmanət müddəti başa çatdıqdan sonra əmanət və ona hesablanmış ödənilməmiş faizlərin Əmanətçiyə qaytarılması müvafiq əmanət müqaviləsində göstərilən həmin əmanət müqaviləsinin bitmə tarixindən sonrakı iş günü həyata keçirilir.
8. ÜMUMİ MÜDDƏALAR
8.1. Bu oferta və əmanət müqaviləsi üzrə Bank tərəfindən Əmanətçiyə açılan müddətli əmanət hesabına Əmanətçi və ya üçüncü şəxslər tərəfindən əlavə pul məbləğlərinin mədaxil olması yolu ilə əmanətin artımı həyata keçirilmir (“Yığım əmanət” Məhsulu istisna olmaqla).
8.2. Bank tərəfindən birtərəfli qaydada əmanət müqaviləsinin qüvvədə olduğu müddət (sonradan “Əsas müddət”) ərzində bu müqavilənin 11.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla faiz dərəcəsinin azaldılması nəzərdə tutulmur.
8.3. Bank əmanətinin məbləğinə faizlər bu məbləğin Banka daxil olduğu günün ertəsi günündən məbləğin Əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla Əmanətçinin müvafiq əmanət hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu bəndin tələbləri “Faizləri əvvəlcədən ödənilən müddətli əmanət” Məhsuluna şamil edilmir.
8.4. Bank, əmanətin məbləğinə hesablanan faizləri Əmanətçinin xxxx hesabına mədaxil etməklə ödəyir. Müqavilə müddəti bitdikdə və əmanət qaytarıldıqda həmin anadək hesablanmış, xxxxx ödənilməmiş faizlər ödənilir.
8.5. Bu Müqavilənin şərtlərinə əsasən əmanətin məbləğinə hesablanan faizlər aşağıdakı qaydada ödənilir:
8.5.1. “Faizləri xxxx xxx dəfə ödənilən müddətli əmanət” Məhsulu üzrə faizlər hər xxxx xxx dəfə;
8.5.2. “Faizləri müddətin sonunda ödənilən müddətli əmanət” Məhsulu üzrə faizlər əmanət müqaviləsinin müddəti bitdikdə;
8.5.3. “Faizləri əvvəlcədən ödənilən müddətli əmanət” Məhsulu üzrə əmanətin Banka yerləşdirildiyi gün birdəfəlik qaydada əvvəlcədən.
Bu məhsul üzrə əmanətin məbləğinə hesablanan faizlər əmanətin Banka yerləşdirildiyi gün birdəfəlik qaydada əvvəlcədən Əmanətçinin müvafiq hesabına mədaxil edilməklə ödənilir və əmanətin əsas məbləği ödənilmiş həmin məbləğ qədər bloklaşdırılmaqla “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun tələblərinə uyğun olaraq bloklaşdırılmış hissədə Bankın xeyrinə yüklü edilir. Birdəfəlik qaydada ödənilən faizlər əmanətin bütün müddəti üçün hesablanır. Əmanətin vaxtından əvvəl tələb edilməsi hallarında əvvəlcədən ödənilmiş faiz məbləği əmanətin əsas məbləğindən tutulur. Bu halda Bank, əmanəti vaxtından əvvəl Əmanətçiyə qaytarmaq üçün əvvəlcədən ona ödənilmiş faizləri akseptsiz qaydada (Əmanətçinin sərəncamı olmadan) əmanətin əsas məbləğindən tutur və əmanətin yerdə qalan əsas məbləğini Əmanətçiyə ödəyir.
8.5.4. “Proqresiv əmanət” Məhsulu üzrə əmanət müqaviləsinin müddəti bitdikdə;
8.5.5. “Yığım əmanət” Məhsulu üzrə əmanət müqaviləsinin müddəti bitdikdə.
Bu Məhsul üzrə Əmanətçi və ya üçüncü şəxslər tərəfindən əlavə pul məbləğlərinin mədaxil olması yolu ilə əmanətin artımı həyata keçirilə bilər. Bu əmanət məhsulu üzrə əmanət müqaviləsinin qüvvədə olduğu müddət ərzində Əmanətçi, əmanət yerləşdirdikdən sonra əmanət hesabına 10 (on) AZN-dən az olmamaq şərtilə əlavə vəsait daxil edə bilər.
8.6. Əmanətin vaxtından əvvəl tələb edilməsi hallarında, eləcə də bu müqavilənin 11.3-cü bəndinə əsasən müqaviləyə xitam verildiyi təqdirdə əmanətin rəsmiləşdirmə müddətindən asılı olmayaraq faizlər aşağıdakı qaydada ödənilir:
Xxxxxx Xxxxxxx | Xxxxxxxx müddəti 90 günə kimi olduqda | Əmanətin müddəti 91-180 günə kimi olduqda müqavilə üzrə illik faizin aşağıdakı həddində | Əmanətin müddəti 181-360 günə kimi olduqda müqavilə üzrə illik faizin aşağıdakı həddində | Əmanətin müddəti 361 gündən xxx olduqda müqavilə üzrə illik faizin aşağıdakı həddində |
“Faizləri xxxx xxx dəfə ödənilən müddətli əmanət” Məhsulu üzrə | ödənilmir | 20%-ni təşkil edən faiz dərəcəsi ilə | 30%-ni təşkil edən faiz dərəcəsi ilə | 40%-ni təşkil edən faiz dərəcəsi ilə |
“Faizləri müddətin sonunda ödənilən müddətli əmanət” | ödənilmir | 20%-ni təşkil edən faiz | 30%-ni təşkil edən faiz dərəcəsi ilə | 40%-ni təşkil edən faiz dərəcəsi ilə |
Məhsulu üzrə illik | dərəcəsi ilə | |||
“Yığım əmanət” Məhsulu üzrə illik | ödənilmir | 20%-ni təşkil edən faiz dərəcəsi ilə | 30%-ni təşkil edən faiz dərəcəsi ilə | - |
8.7. “Faizləri xxxx xxx dəfə ödənilən müddətli əmanət” və “Faizləri müddətin sonunda ödənilən müddətli əmanət” Məhsulları üzrə müddəti 6 ayadək rəsmiləşdirilmiş və vaxtından əvvəl tələb olunan əmanətlər üzrə və “Faizləri əvvəlcədən ödənilən müddətli əmanət” Məhsulu üzrə vaxtından əvvəl tələb olunan əmanətlər üzrə hesablaşma-xxxxx əməliyyatlarına görə Bank tərəfindən tariflərə uyğun olaraq xidmət haqqı tutula bilər.
8.8. Əmanətçiyə müddətli əmanət hesabı üzrə bu Müqavilənin 8.5.5-ci bəndində nəzərdə tutulmuş qaydada əmanət hesabına mədaxil etmələr və 8.7-ci bənddə göstərilən hallar istisna olmaqla, hesablaşma-xxxxx xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulmur.
8.9. Əmanət müqaviləsi ləğv edilərkən və ya onun müddəti bitdikdə Bank əmanət məbləğini və ona hesablanmış faizləri Əmanətçinin xxxx hesabına mədaxil etməklə ödəyir.
8.10. Əmanət məbləğinin vaxtından əvvəl ödənilməsi aşağıdakı qaydada həyata keçirilir:
Bank Əmanətçinin ilk tələbi ilə əmanət məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci 5 bank günü müddətində ödəyir.
Bu halda Bank, əmanəti vaxtından əvvəl Əmanətçiyə qaytarmaq üçün ona əmanət müqaviləsi üzrə əvvəl ödənilmiş faizləri akseptsiz qaydada (Əmanətçinin sərəncamı olmadan) əmanət məbləğindən silir və bu müqavilənin 8.6-cı bəndində nəzərdə tutulmuş qaydada (“Faizləri əvvəlcədən ödənilən müddətli əmanət” Məhsulu istisna olmaqla) yenidən hesablayaraq Əmanətçiyə ödəyir.
8.11. İmza və möhür nümunələri vərəqəsində birinci və (və ya) ikinci imzaya malik iki və ya daha xxx şəxsin imzası qeyd olunduğu hallarda, həmin imzaların istifadəsi qaydası bu müqavilə və (və ya) müştərinin ərizəsi ilə müəyyən edilir.
8.12. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Bank tərəfindən hesab üzrə birtərəfli qaydada əməliyyatların icrasının dayandırılması, bank hesablarındakı vəsaitlərin dondurulması, bank hesablarının bağlanması (ləğv edilməsi) həyata keçirə bilər.
9. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
9.1. Bank:
- Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq Əmanətçinin adına müddətli əmanət hesabı açmaq və əmanət məbləğini qəbul etməklə saxlamaq;
- Əmanətçiyə müvafiq əmanət müqaviləsində göstərilən dərəcədə faizlər hesablamaq və onun xxxx hesabına köçürmək;
- Əmanət müqaviləsinin müddəti bitdikdə Əmanətçiyə əmanət məbləğini qaytarmaq və hesablanmış faizləri ödəmək;
- Əmanətin qaytarılması və ya onun faizlərinin ödənilməsi şərtləri pozulduqda Əmanətçinin xxxx hesabına hər gecikdirilən gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının bank faizlərinin uçot dərəcəsi ilə nəzərdə tutulan məbləğdə cərimə ödəmək;
- Hesabdan çıxarışlar və digər sənədləri Əmanətçinin özünə və yalnız müvafiq etibarnamə əsasında onun nümayəndələrinə vermək;
- Əmanətçinin hesabı üzrə aparılan əməliyyatlar və məbləğin qalığı barədə məlumatları üçüncü şəxslərə yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda vermək;
- Müddətli əmanət hesabında xxxx pul vəsaitinə Əmanətçinin qanunvericiliyə uyğun olaraq maneəsiz sərəncam vermək hüququna təminat verməklə, bu vəsaitdən istifadə etmək;
- Əmanətçinin Bank qarşısında üzərinə götürdüyü borc öhdəlikləri üzrə gecikdirilmiş məbləğləri və faiz borclarını, cərimələri, həmçinin bu Müqavilə ilə müəyyən edilmiş komisyon haqqlarını akseptsiz qaydada müddətli əmanət hesabından silmək;
- Hazırki Müqavilənin 11.2-ci bəndində göstərilən qaydada Bank əmanət üzrə faiz dərəcəsini dəyişdirmək hüququna malikdir;
- Müvafiq əmanət üzrə illik faiz dərəcəsini qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddindən artıq olmamaq şərtilə birtərəfli qaydada artırmaq hüququna malikdir.
9.2. Əmanətçi:
- Əmanət üzrə hesablanmış faizləri almaq;
- Əmanətin vaxtından əvvəl götürülməsi barədə Banka müraciət etmək;
- Hər hansı bir idarəyə təqdim etmək üçün öz hesabının vəziyyəti barədə Bankdan arayış almaq;
- Əmanət üzrə notarial qaydada təsdiq edilmiş vərəsəlik sərəncamını rəsmiləşdirmək;
- Bankın, Əmanətlərin Sığortalanması Fondunun iştirakçısı olması, əmanətlərin sığortalanması şərtləri, kompensasiya ödənilməsi şərtləri və qaydaları barədə yazılı və şifahi sorğu ilə Banka müraciət etmək və ondan yazılı məlumat almaq;
- İstədiyi vaxt öz əmanət hesabından pul vəsaitini nağd və ya köçürülmə yolu ilə məxaric etmək;
- Əmanətçi Bank tərəfindən tələb edildikdə və hazırki müqavilə imzalanarkən Banka düzgün və təhrif olunmamış məlumatlar təqdim etməlidir. O, bu Müqavilənin müvafiq qaydada icrasına təsir edə biləcək bütün şərait və hadisələr barədə, o cümlədən adı, soyadı, atasının adı, qeydiyyat və faktiki ünvanlarında, mobil nömrəsində və əvvəllər Banka təqdim edilmiş digər məlumatlarda baş verən dəyişikliklər barədə belə dəyişikliklər baş verdiyi tarixdən 3 (üç) iş günü ərzində Banka yazılı məlumat verməlidir. Əmanətçi tərəfindən məlumatların vaxtında verilməməsi nəticəsində yarana biləcək hər hansı mübahisəyə görə Bank məsuliyyət daşımır və Əmanətçinin ünvanına, mobil telefon nömrəsinə və ofertada razılaşdırılmış digər əlaqə vasitələrinə göndərilmiş məlumatlar bütün hallarda Əmanətçiyə göndərilmiş və ona rəsmi qaydada çatdırılmış hesab olunur.
- Hazırki Müqavilənin 11.2-ci bəndində göstərilən hallarda və qaydada Əmanətçi əmanət üzrə faiz dərəcəsinin Bank tərəfindən dəyişdirilməsinə əvvəlcədən öz razılığını verir.
- Əmanətçi, Bank qarşısında üzərinə götürdüyü borc öhdəlikləri üzrə gecikdirilmiş məbləğləri və faiz borclarını, cərimələri, həmçinin bu Müqavilə ilə müəyyən edilmiş komisyon haqqlarını akseptsiz qaydada müddətli əmanət hesabından silmək hüququnu Banka verir.
9.3. Tərəflər bu ofertada və əmanət müqaviləsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi səviyyədə icra edilməməsi üçün Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi ilə məsuliyyət daşıyırlar.
10. ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDU, BANK VƏ ƏMANƏTÇİ
10.1. Bank 30 iyul 2007-ci il tarixindən Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra – “Fond”) iştirakçısı olaraq (21 xxxxx Şəhadətnamə) Xxxxx sığorta haqqı ödəyir (bu haqq Əmanətçidən tutulmur).
10.2. Bank tərəfindən Əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Xxxx tərəfindən sığortalanır.
10.3. Sığorta hadisəsi - Bankın məcburi ləğvi və ya müflis elan olunması, Bankın Əmanətçi qarşısında əmanət üzrə öhdəliklərinin yerinə yetirilməsinə məhkəmə tərəfindən moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və Bankın Əmanətçi qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilməsidir.
10.4. Sığorta hadisəsi baş verdikdə, Fond aşağıdakı kütləvi informasiya vasitəsilərində Əmanətçiyə kompensasiya ödənilməsi yeri və vaxtı haqqında elan verir: a) AzTV; b) İctimai TV; c) Azərbaycan qəzeti;
d) Respublika qəzeti; e) Xalq qəzeti; f) AzərTAc informasiya agentliyi; g) APA informasiya agentliyi.
10.5. Fonddan kompensasiya almaq üçün Əmanətçi kütləvi informasiya vasitələrində göstərilən yerə yazılı ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: a) Şəxsiyyət vəsiqəsi və ya şəxsiyyəti təsdiqləyən digər sənəd;
b) Əmanət kitabçası və ya əmanəti təsdiqləyən digər sənəd;
c) Bank əmanəti müqaviləsi;
d) Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Xxxxx təqdim etməlidir.
Ərizənin verildiyi tarixdən etibarən 90 (doxsan) gün müddətində Xxxx tərəfindən Əmanətçiyə kompensasiya ödənilməlidir. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında elanı ilk dəfə dərc etdiyi gündən 5 (beş) il müddətində saxlanılır.
10.6. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir:
a) Bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;
b) cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər;
c) cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər; d) üzərinə həbs qoyulmuş əmanətlər;
e) cəlb edildiyi günə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20- ci bəndinə uyğun olaraq müəyyən edilən həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər (qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi Mərkəzi Bankla razılaşdırılmaqla Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilir);
f) fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 (iyirmi) min manatdan yuxarı pul vəsaitləri;
g) fiziki şəxslərin bankın vəkalətli idarəetməsində xxxx pul vəsaitləri.
10.7. Fond sığorta hadisəsi baş verdikdə Əmanətçiyə əmanətin məbləğinin qanunvericiliklə nəzərdə tutulmuş həcmində kompensasiya ödəyir.
10.8. Fond kompensasiyanı milli valyutada xxxx əmanət üzrə manatla, ABŞ dollarında xxxx əmanət üzrə ABŞ dollarında, AVRO-da olan əmanət üzrə isə AVRO-da Əmanətçiyə ödəyir. Əmanət ABŞ dolları və ya AVRO-da olmadıqda kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Fond əmanət üzrə faizləri sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə Əmanətçiyə ödəyir.
10.9. Əmanətçinin Xxxxxx bir neçə əmanəti, yaxud həmin əmanətlər müxtəlif valyutalarda olduğu zaman Fond, həmin əmanətləri toplayır və bir əmanət kimi kompensasiya olunur. Əmanətçinin Fondun hər hansı digər iştirakçı bankında xxxx əmanətinə isə ayrıca əmanət kimi baxılır və kompensasiya ödənilir.
10.10. Fond kompensasiyanın ödənilməsi üçün səhv və ya yanlış məlumatlar təqdim etmiş, yaxud qanunsuz olaraq kompensasiya alınması üçün müraciət etmiş şəxslərə kompensasiya ödəməkdən imtina edir və ya ödənilmiş məbləğin xxxx qaytarılmasını tələb edir.
10.11. Bank Əmanətçinin yazılı və ya şifahi sorğularına cavab olaraq, Bankın sığorta sistemində iştirakı, qorunan əmanətlər və kompensasiyalar barədə Əmanətçiyə məlumat verir.
10.12. Əmanətçi aşağıda göstərilən ünvanda və ya əlaqə telefonları və elektron poçt vasitəsilə Fondla əlaqə saxlaya bilər: AZ1014, Bakı şəhəri, Bül-Bül prospekti 40; əlaqə tel: (00000) 000 00 00, 000 00 00,
000 00 00; Faks: (00000) 000 00 00; Qaynar xətt 941, email: xxxx@xxxx.xx, sayt: xxx.xxxx.xx
10.13. Faizləri “Əmanətlərin sığortalanması haqqında” AR Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində xxxx bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq Fondun iştirakçı bankları tərəfindən “Əmanətlərin tam sığortalanması haqqında” AR Qanununa əsasən tam sığortalanır.
11. ƏMANƏT MÜQAVİLƏSİNİN QÜVVƏDƏ OLMA MÜDDƏTİ
11.1. Bu ofertanın şərtləri nəzərə alınmaqla bağlanan əmanət müqavilələri bağlandığı andan qüvvəyə minir və həmin əmanət müqavilələrində qeyd olunan müddət bitənə qədər qüvvədə qalır. Əmanət müqaviləsinin müddəti bitənədək Əmanətçinin hesabındakı pul vəsaiti tam və ya qismən çıxarıldığı halda, həmçinin Bank qarşısında xxxx öhdəliklərlə əlaqədar əmanət məbləğinə tutma yönəldikdikdə, həmin əmanət müqaviləsi ləğv edilmiş hesab edilir.
11.2. Müvafiq əmanət müqaviləsinin qüvvədə olduğu müddətin sonuna ən azı 30 (otuz) təqvim günü qalmış Tərəflərdən biri digər Tərəfə həmin əmanət müqavilənin ləğv edilməsi barədə məlumat vermədikdə müvafiq əmanət müqaviləsinin müddəti “Əsas müddət”ə bərabər müddət qədər (sonradan “Artırılmış müddət”) artırılır. Artırılmış müddət üçün əmanət üzrə həmin xxx Xxxxxx qüvvədə xxxx xxxx dərəcələri (həmçinin, əmanətin vaxtından əvvəl götürülməsi halları üçün müəyyən edilmiş faiz dərəcələri), bonuslar tətbiq edilir.
Əmanət müqaviləsi üzrə əmanət, qorunan əmanətlər üçün müəyyən edilmiş illik maksimal faiz dərəcəsi həddində (həmin faiz dərəcəsindən xxx olmamaqla) yerləşdirildiyi halda artırılmış müddət üçün də qorunan əmanət üzrə maksimal faiz dərəcəsi həddi saxlanılır. Əmanətçi, müvafiq əmanət müqaviləsinə imza etməklə artırılmış müddətdə tətbiq olunacaq faiz dərəcələrinin (həmçinin əmanətin vaxtından əvvəl götürülməsi halları üçün müəyyən edilmiş faiz dərəcələrinin), bonusların Bank tərəfindən birtərəfli qaydada dəyişdirilməsinə əvvəlcədən öz razılığını verir. Bu bənddə qeyd edilən şərtlərlə Əmanətin müddəti dəfələrlə artırıla bilər. Bu bəndin tələbləri “Faizləri əvvəlcədən ödənilən müddətli əmanət” Məhsuluna şamil edilmir.
11.3. Əmanət hesabından pul vəsaitinin nağd və ya köçürülmə yolu ilə tam məxaric olunduğu təqdirdə, həmçinin Əmanətçinin Bank qarşısında üzərinə götürdüyü borc öhdəlikləri üzrə gecikdirilmiş məbləğləri və faiz borclarının, cərimələrin akseptsiz silindiyi hallarda müvafiq əmanət müqaviləsi ləğv olunmuş hesab olunur.
11.4. Müvafiq əmanət müqaviləsinin qüvvədə olduğu müddətdə Tərəflərin qarşılıqlı razılığı ilə həmin müqaviləyə dəyişiklik və ya əlavələr edilə bilər. Bank tərəfindən birtərəfli qaydada edilən dəyişikliklər istisna olmaqla, Müqaviləyə dəyişikliklər və əlavələr yalnız hər iki Tərəfin imzaladığı halda qüvvəyə minir.
12. MÜBAHİSƏLƏRİN HƏLLİ
12.1. Tərəflər bu müqavilədən irəli gələn öhdəliyin icrası ilə əlaqədar onlar arasında yaranmış bütün mübahisələri qarşılıqlı razılaşma yolu ilə həll etməyə səy göstərməlidirlər.
12.2. Tərəflər arasında yaranmış mübahisə qarşılıqlı razılaşma yolu ilə həll edilmədikdə həmin mübahisə tərəflərdən hər hansı birinin müraciəti ilə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məhkəmə qaydasında həll edilir.
IV. BÖLMƏ
PUL VƏSAİTLƏRİNİN GİROVU ÜZRƏ KREDİT
13. KREDİT MƏHSULLARI
13.1. Bank aşağıda göstərilən kredit məhsullarını Xxxxxxxxx təklif edir və Xxxxxxxx tərəfindən seçilən kredit məhsulunun şərtləri tətbiq edilir:
● “Sərbəst qrafikli nağd kredit” Məhsulu
● “Annuitet qrafikli nağd kredit” Məhsulu
● “Ödəniş kartı ilə kredit xətti” Məhsulu
13.2. Xxxxxxxx, bu ofertanı qəbul etməklə onun tərəfindən seçilən kredit məhsulunun şərtlərinin tətbiq edilməsinə öz razılığını bildirir. Xxxxxxxx tərəfindən seçilən hər bir kredit məhsulu üzrə əlavə kredit müqaviləsi (bundan sonra “kredit müqaviləsi”) bağlanılır və kreditin müddəti, məbləği, valyutası və illik faiz dərəcəsi (faktiki illik faiz dərəcəsi) həmin kredit müqaviləsi ilə tənzimlənir.
13.3. Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi (FİFD) minimum 3 (üç) faiz, maksimum 25 (iyirmi beş) faiz təşkil edir.
13.4. Kreditin məqsədli təyinatı: İstehlak.
14. KREDİTİN VƏ FAİZLƏRİN HESABLANMASI VƏ QAYTARILMASI QAYDALARI
14.1. Kreditin və kreditdən istifadəyə görə hesablanmış faizlərin, həmçinin hesablanmış dəbbə pulunun və nağdlaşdırma komissiyasının (olduğu təqdirdə) tam və ya qismən Bankın hesabına köçürüldüyü tarix kredit və kreditdən istifadəyə görə faizlərin, hesablanmış dəbbə pulunun və nağdlaşdırma komissiyasının müvafiq olaraq tam və ya qismən Banka qaytarıldığı tarix hesab olunur. Xxxxxxxx və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə xərclərin, xidmət haqqının, eləcə də nağd pulun çıxarılmasına görə komissiya haqqının, ikinci növbədə ödəniş tarixinə xxxx vəziyyət üzrə dəbbə pulunun, üçüncü növbədə mövcud kredit faizlərinin və dördüncü növbədə kredit məbləğinin ödənilməsinə yönəldilir. Kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılması kreditin verildiyi valyutada həyata keçirilir. Borcalana verilmiş kreditin uçotu Borcalanın kredit hesabı üzrə aparılır. Kreditin istifadəsi xxxx hesab üzrə həyata keçirilir. Kreditin ödənilməsi xxxx hesab vasitəsilə və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə qadağan olunmayan digər üsullarla həyata keçirilə bilər. Xxxxxxxxxx kredit borcu kreditin onun xxxx hesabına köçürüldüyü andan yaranmış hesab olunur və kreditdən istifadəyə görə faizlər həmin andan onun tam qaytarıldığı günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün və ildə 360 gün götürülür.
14.2. Kreditin və kreditdən istifadəyə görə faizlərin Xxxxxxxx tərəfindən Banka qaytarılmasının dövriliyi aşağıdakı kimi müəyyən olunur:
14.2.1. “Sərbəst qrafikli nağd kredit” və “Ödəniş kartı ilə kredit xətti” Məhsulu üzrə bu müqavilə ilə;
14.2.2. “Annuitet qrafikli nağd kredit” Məhsulu üzrə tərəflər arasında yazılı razılaşdırılmış və bu müqavilənin və “kredit müqaviləsi”nin ayrılmaz tərkib hissəsi sayılan ödəniş şərtlərinin əks olunduğu ödəniş cədvəli ilə.
14.3. “Sərbəst qrafikli nağd kredit” və “Ödəniş kartı ilə kredit xətti” Məhsulu üzrə Borcalan tərəfindən istifadə edilmiş kredit üzrə hesablanmış faizlər hər ayın ilk günündən ayın 5-dək ödənilməlidir. Əsas borc müqavilənin bitmə tarixinə qədər ödənilməlidir.
14.4. Bank, Xxxxxxxxxx bu müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda “kredit müqaviləsi”nə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər, istifadə olunmuş kredit məbləğini, ona hesablanmış faizlər və dəbbə pulu ilə birlikdə Borcalana məxsus hesablardan, o cümlədən Borcalanın digər valyutalardakı hesablarından xxxx kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqları tutulmaq şərti ilə akseptsiz qaydada silə bilər, o cümlədən kreditin təminatı kimi çıxış edən girov predmetinə yönəltməklə akseptsiz qaydada silə bilər və ya kreditin qaytarılmasını Borcalandan tələb edə bilər:
14.4.1. Xxxxxxxxxx əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə Banka sonradan məlum olduqda) və ya Borcalanın Banka hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını xxxxx etməyə əsaslar olduqda;
14.4.2. Vaxtı çatmış borcun (faizlər və/və ya haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha xxx müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və/və ya haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla);
14.4.3. Borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, Bankın cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını xxxxx etməyə əsaslar olduqda;
14.4.4. Borcalan, Banka borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda.
14.5. Bu ofertanın 14.4.3-cü bəndi kredit öhdəliyinin icrasının təminatının itirilməsi və yaxud dəyərinin azalması hallarına yalnız bu şərtlə tətbiq edilir ki, Borcalan Borcverən tərəfindən tələb irəli sürüldükdən sonra 1 (bir) gün ərzində təminatı əvəz etməmiş və ya əlavə təminat təqdim etməmiş olsun.
14.6. Bank, bu ofertanın 14.4.1-14.4.4-cü bəndlərində nəzərdə tutulmuş halların baş verməsini və ya mövcudluğunu müəyyən etdikdən sonra Borcalana kreditin və kreditdən istifadəyə görə hesablanmış faizlərin, həmçinin bu Müqavilədə və onun ayrılmaz tərkib hissəsi xxxx xxxxxx müqavilələrində nəzərdə tutulmuş digər ödənişlərin ödənilməsinə dair yazılı bildiriş göndərir və Borcalan bu bildirişi aldığı andan 3 (üç) təqvim günü müddətində tələb olunan məbləği Borcverənə ödəməlidir.
14.7. Bu müqavilənin 14.4-cü bəndinə əsasən girov predmetinə tutma yönəldildikdə girov predmeti əmanət məbləği olarsa, həmin əmanət məbləğinə bu müqavilənin III. Bölməsi və “əmanət müqaviləsi”nə uyğun olaraq əmanətin vaxtından əvvəl tələb edilməsi hallarında nəzərdə tutulmuş illik faiz dərəcələri tətbiq edilir.
14.8. İki və daha xxx kreditin təminatı kimi çıxış edən girov predmeti xxxx əmanət məbləğinə həmin kredit müqavilələrindən hər xxxxx xxxx üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar tutma yönəldildikdə, tutmanın yönəldilməsi nəticəsində bu Müqavilənin 11.3-cü bəndinə əsasən əmanət müqaviləsinə xitam verilməsi səbəbindən digər kredit müqavilələri üzrə də öhdəliyin gecikdirilməməsindən və ya vaxtında icra edilməsindən asılı olmayaraq əmanət məbləğinə tutma yönəldilir və həmin kredit müqavilələri üzrə borc məbləği də əmanət məbləğindən silinir.
15. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
15.1. Bank:
15.1.1. Borcalanın bank hesablarından kredit və ona hesablanmış faiz borcunu, eləcə də ödənilməsi gecikdirilmiş kredit və kreditdən istifadəyə görə faiz borcunu, dəbbə pulunu, həmçinin kreditin verilməsi ilə əlaqədar komisyon haqlarını ona məxsus xxxx bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından xxxx kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqları tutulmaq şərtilə akseptsiz qaydada silə bilər;
15.1.2. Xxxxxxxx, bu Müqavilənin şərtlərini pozduqda, Bank tərəfindən tələb edilən sənədləri təqdim etmədikdə, Xxxxxxxxxx əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə və bunun nəticəsində kreditin
qaytarılması təhlükəsi yarandıqda, bu Müqavilə və “kredit müqaviləsi” ilə nəzərdə tutulan kreditin bütövlüklə və ya qismən Borcalana verilməsindən imtina edə bilər;
15.1.3. “Əmanət müqaviləsi” üzrə girov predmeti xxxx pul vəsaitləri (vəsaitlərin sonrakı artımı da daxil olmaqla) həcmində bank hesabı üzrə əməliyyatların aparılmasına qadağa qoyur;
15.1.4. Bu müqavilə və “kredit müqaviləsi” üzrə kredit öhdəliyi vaxtında və lazımi qaydada icra edilmədikdə girov predmetinə tutma yönəltmək hüququna malikdir;
15.1.5. Bu ofertanın IV. Bölməsi və “kredit müqaviləsi” üzrə kredit öhdəlikləri tam şəkildə icra olunduğu təqdirdə Xxxxxxxxxx yazılı müraciəti əsasında girov münasibətlərinə xitam verilməsi barədə ona yazılı sənəd verir;
15.1.6. Borcalan, kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməzsə, Bank, Xxxxxxxxxx razılığı olmadan bu müqavilə üzrə tələb hüquqlarını istənilən vaxt istənilən üçüncü şəxsə, o cümlədən və bununla məhdudlaşmadan, kollektor agentliklərinə, kollektor şirkətlərinə və bu sahədə ixtisaslaşmış digər hüquqi şəxslərə güzəşt etmək hüququna malikdir. Borcalan, kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməzsə, onun öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi üçün Bank, Borcalanın razılığı olmadan üçüncü şəxslərin, o cümlədən və bununla məhdudlaşmadan, kollektor agentlikləri, kollektor şirkətləri və bu sahədə ixtisaslaşmış digər hüquqi şəxslərin xidmətlərindən istifadə edə bilər;
15.1.7. Bu oferta və “kredit müqaviləsi”ndə kreditdən istifadəyə görə nəzərdə tutulmuş faiz dərəcəsini, habelə öhdəliklərin pozulmasına görə nəzərdə tutulmuş dəbbə pulunu birtərəfli qaydada azaltmaq hüququna malikdir;
15.1.8. Borcalan, Bank və üçüncü şəxslə arasında bağlanan üçtərəfli əqdlərin icrasını təmin etmək məqsədilə Borcalanın hesabından akseptsiz qaydada pul vəsaitlərini silmək və digər müvafiq hesaba köçürərək bloklaşdırmaq hüququna malikdir;
15.1.9. “Ödəniş kartı ilə kredit xətti” Məhsulu üzrə müştəriyə verilmiş kartın istifadə müddəti bitdikdə, habelə Xxxxxxxx tərəfindən qeyri-qanuni məqsədlərlə kartdan istifadə edilməsi, limitlərin aşılması, hesabında borc yaranması və ya bu Müqavilənin digər şərtlərinə əməl olunmadığı aşkar olunduğu halda kartdan istifadə edilməsini və hesab üzrə əməliyyatları dayandırmaq və ödəniş kartını “imtinalar siyahısı”na yerləşdirmək, müqaviləni ləğv etmək hüququna malikdir.
15.1.10. Bu müqavilənin qüvvədə olduğu müddət ərzində AR Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsi və/və ya Əmanətlərin Sığortalanması Fondunun əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi artırıldıqda Borcalana verilən kredit üzrə faiz dərəcəsinin həddi artırıla bilər. Bu zaman, Bank 30 təqvim günü əvvəlcədən Xxxxxxxxxx təqdim etdiyi mobil nömrəyə SMS bildirişi göndərməklə və ya yazılı bildiriş (bundan sonra “bildiriş”) göndərərək məlumatlandırmaqla, kredit üzrə illik faiz dərəcəsini ən xxx artırılan faiz dərəcəsinə uyğun olaraq artırmaq hüququna malikdir. Göndərilən bildirişdə artırılmış faiz dərəcəsi və aylıq ödənişin məbləği əks olunur. Bildiriş göndərildiyi tarixdən 30 təqvim günü ərzində Borcalan müqavilə şərtlərinin dəyişdirilməsinə razı olmazsa, dəyişikliklərdən imtina barədə Banka yazılı müraciət edə bilər. Belə bir müraciət edilmədikdə artırılmış illik faiz dərəcəsi və xxx xxxxx aylıq ödəniş məbləği Xxxxxxxx tərəfindən qəbul edilmiş hesab olunur. Xxxxxxxx, dəyişikliklərdən imtina edərsə, imtina etdiyi tarixdən 2 (iki) təqvim ayı ərzində kredit məbləğini və ona hesablanmış faizləri, dəbbə pulunu tam olaraq Banka qaytarmalıdır. Qaytarmadıqda Bank, kredit məbləğini və ona hesablanmış faizləri, dəbbə pulunu artırılmış faiz dərəcəsi ilə hesablayaraq vaxtından əvvəl tam qaytarılmasını tələb edə bilər.
15.2. Borcalan:
15.2.1. Kreditdən hər hansı qeyri-qanuni məqsəd, o cümlədən çirkli pulların yuyulması (qeyri-xxxxxx xxxxx əldə edilmiş gəlirin leqallaşdırılması) və terrorizmin maliyyələşdirilməsi üçün istifadə etməyəcəyinə təminat verir və buna görə məsuliyyət daşıyır;
15.2.2. Krediti və ondan istifadəyə görə faizləri tərəflər arasında yazılı razılaşdırılmış müəyyən olunmuş müddətlərdə Banka qaytarmalıdır;
15.2.3. Kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına görə 1 (bir) faiz məbləğində, nağd pulun çıxarılmasına görə “Sərbəst qrafikli nağd kredit” və “Annuitet qrafikli nağd kredit” Məhsulu üzrə 0 (sıfır) faiz məbləğində, “Ödəniş kartı ilə kredit xətti” Məhsulu üzrə isə təqdim edilən ödəniş kartının növündən asılı olaraq bankın tariflərinə uyğun komissiyanı Banka ödəyir;
15.2.4. Krediti və ona hesablanmış faiz borcunu, eləcə də, ödənilməsi gecikdirilmiş kredit və kreditdən istifadəyə görə faiz borcunu, dəbbə pulunu, həmçinin kreditin verilməsi ilə əlaqədar komisyon haqlarını ona məxsus bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından xxxx kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komission haqları tutulmaq şərtilə akseptsiz qaydada silinməsinə razılıq verir;
15.2.5. Kreditin alınması üçün Banka təqdim etdiyi sənədlərdə hər hansı bir dəyişiklik baş verdikdə həmin dəyişikliyin baş verməsindən sonrakı 3 (üç) iş günü ərzində bu barədə Bankı yazılı surətdə xəbərdar etməlidir;
15.2.6. Öz kredit borcları haqqında məlumatların alınması və onun haqqında toplanan məlumatlarda qeyri- dəqiqliyin aradan qaldırılması üçün yazılı formada Azərbaycan Kredit Bürosuna müraciət etmək hüququna malikdir;
15.2.7. Bu müqavilənin qüvvədə olduğu müddət ərzində istənilən vaxt Azərbaycan Kredit Bürosundan və Asan-Finans dövlət portalından onun haqqında xxxx bütün məlumatların Bank tərəfindən sorğu edilməsinə və məlumatların ötürülməsinə, həmçinin beynəlxalq kart təşkilatlarının (VISA, Mastercard və s.) təqdim etdiyi xidmətlərə qoşulmaq və həmin xidmətlərdən istifadə etmək məqsədilə ona aid zəruri məlumatların ötürülməsinə əvvəlcədən öz razılığını bildirir və bu razılığını birtərəfli qaydada xxxx götürə bilməz;
15.2.8. Bu müqavilə üzrə öhdəliklərini pozduqda və ya vaxtında icra etmədikdə, Bank, bu öhdəliklərin icrasını təmin etmək üçün üçüncü şəxslərin xidmətlərindən istifadə etdikdə onun haqqında xxxx bütün məlumatların və sənədlərin, o cümlədən məzmunu bank sirrindən ibarət xxxx məlumatların və sənədlərin Bank tərəfindən üçüncü şəxslərə təqdim olunmasına əvvəlcədən razılıq verir və bu razılığını birtərəfli qaydada xxxx götürə bilməz. Bu razılıq Bank tərəfindən tələb hüququ üçüncü şəxslərə güzəşt olunduqda da qüvvədədir;
15.2.9. Xxxxxx səhv daxil edilmiş pul vəsaitlərini növbəti əməliyyat günündən gec olmayaraq xxxx qaytarmalıdır;
15.2.10. Ödəniş sənədlərini Azərbaycan Respublikasının qüvvədə xxxx normativ hüquqi xarakterli aktlarına uyğun olaraq tərtib edərək Banka təqdim etməlidir;
15.2.11. Əlavə haqq ödəməklə aşağıdakı məlumatları “SMS-Bankinq” xidməti üzrə SMS vasitəsilə əldə edə bilər: hesabın qalığı barədə məlumat, hesabda vəsait axını barədə məlumat.
15.2.12. Bankın müəyyən etdiyi tariflərlə “sayt”xx xxxxx olmalıdır;
15.2.13. Bank tərəfindən tələb edildikdə Banka düzgün və təhrif olunmamış məlumatlar təqdim etmək. Müvafiq qaydada icrasına təsir edə biləcək bütün şərait və hadisələr barədə, o cümlədən adı, soyadı, atasının adı, qeydiyyat və faktiki ünvanlarında, mobil nömrəsində və əvvəllər Banka təqdim edilmiş məlumatlarda baş verən dəyişikliklər barədə belə dəyişikliklər baş verdiyi tarixdən 3 (üç) iş günü ərzində Banka yazılı məlumat vermək. Xxxxxxxx tərəfindən məlumatların vaxtında verilməməsi nəticəsində yarana biləcək hər hansı mübahisəyə görə Bank məsuliyyət daşımır və Borcalanın ünvanına, mobil telefon nömrəsinə və ofertada razılaşdırılmış digər əlaqə vasitələrinə göndərilmiş məlumatlar bütün hallarda
Borcalana göndərilmiş və ona rəsmi qaydada çatdırılmış hesab olunur.
15.2.14. İstənilən lazımi dövr üçün Bankın tariflərinə uyğun haqq ödəməklə hesabdan əlavə çıxarış, eləcə də hesabdan vəsaitin silinməsinin düzgünlüyünü təsdiq edən sənədləri təqdim etməyi tələb edə bilər.
16. MÜBAHİSƏLƏRİN HƏLLİ VƏ PRETENZİYALAR
16.1. Tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.
16.2. “Ödəniş kartı ilə kredit xətti” Məhsulu üzrə Borcalan hesab üzrə çıxarışda göstərilən əməliyyatlara etiraz etdikdə, hesab üzrə çıxarışın tarixindən 89 (səksən doqquz) təqvim günü müddətində Banka yazılı qaydada pretenziya təqdim etməli və etirazını əsaslandırdığı halları pretenziyada göstərməlidir. Bu müddət ərzində pretenziya təqdim edilmədikdə və ya hesab üzrə çıxarışda göstərilən əməliyyatlara etirazın əsaslandırıldığı hallar pretenziyada göstərilmədikdə hesab üzrə çıxarışda göstərilən əməliyyatlar təsdiq olunmuş hesab edilir.
16.3. “Ödəniş kartı ilə kredit xətti” Məhsulu üzrə göndərilmiş və ya təqdim olunmuş pretenziyalara cavab verilməsi müddəti onun alındığı tarixdən 45 (qırx beş) təqvim günü müəyyən edilir.
17. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
17.1. Bu müqavilənin şərtlərinin pozulmasında təqsirli xxxx tərəf öz hərəkəti ilə digər tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir.
17.2. Borcalan kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya Xxxxxxxx tərəfindən Bankı aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, o cümlədən Müştəri özünün fəaliyyəti, iqtisadi-maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icrası üçün əhəmiyyətli xxxx digər faktlar (dövlət büdcəsinə, digər hüquqi və fiziki şəxslərə xxxx borclar, kreditorlar qarşısında icra edilməmiş mülki-hüquqi öhdəliklər və s.) haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun
olmadığı aşkar olunduqda Bank kreditin, o cümlədən faizlərin və hesablanmış dəbbə pulunun dərhal qaytarılmasını tələb etməklə yanaşı, Müştəriyə qarşı kreditin ümumi məbləğinin 1 (bir) xxxxx miqdarında dəbbə pulu tətbiq edə bilər.
17.3. Borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini gecikdirdikdə, Bank tərəfindən gecikən əsas borcun illik 15 (on beş) %-i miqdarında dəbbə pulu tətbiq oluna bilər.
17.4. Bank, Xxxxxxxxxx təsdiqi olmadığı hallarda onun hesabından pul vəsaitinin qeyri-qanuni silinməsinə görə, əgər baş verən silinmənin Banka aidiyyəti olduğu sübuta yetirilməzsə, heç bir məsuliyyət daşımır.
17.5. Bu müqavilə üzrə verilmiş kreditin valyutasının mübadilə məzənnəsinin Borcalan üçün əlverişsiz dəyişməsi nəticəsində yarana biləcək maliyyə itkisi riski Borcalanın üzərinə düşür. Bu cür xxxxxx baş verməsi, Xxxxxxxxxx kredit öhdəliyinin icrasından imtina etməsinə və ya bu öhdəliyin icrasını gecikdirməsinə haqq qazandırmır və heç bir halda Borcalanın kredit öhdəliklərinin yenidən hesablanmasına səbəb ola bilməz.
18. YEKUN MÜDDƏALAR
18.1. Bu müqavilə Tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və öhdəlikləri tam icra olunana qədər qüvvədədir.
18.2. Bu müqavilənin müddəaları heç bir halda Bankın Borcalana kredit vermək vədi kimi təfsir oluna bilməz.
18.3. Müqavilə ləğv edilərkən Bank, hesabdakı borc öhdəliyindən artıq ödənilmiş pul vəsaitinin qalığını Borcalana verir və ya Xxxxxxxxxx göstərişi ilə onun müvafiq yazılı ərizəsinin alındığı gündən ən geci 7 (yeddi) təqvim günü keçənədək başqa hesaba köçürür. Hesabın qalığı Xxxxxxxx tərəfindən xxxx alınmadıqda və ya vəsaitin köçürülməli olan yeni hesab Banka bildirilmədikdə, həmin vəsait “Bağlanmış Müştəri
Hesabları” adlı hesaba köçürülür və “Borcalan”a bu barədə yazılı məlumat verilir. Hesabın bağlanması nəticəsində “Bağlanmış Müştəri Hesabları” adlı hesaba köçürülmüş pul vəsaitinin rejimi qanunvericiliklə tənzimlənir. Bu Müqavilənin ləğv edilməsi hesabın bağlanması üçün əsasdır.
V. BÖLMƏ
XARİCİ DÖVLƏTLƏRİN FİZİKİ ŞƏXSLƏRİNİN MALİYYƏ ƏMƏLİYYATLARI BARƏDƏ HESABATLARIN TƏQDİM EDİLMƏSİ
19. ÜMUMİ MÜDDƏALAR
19.1. “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurlarının həyata keçirilməsi Qaydaları”na əsasən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan hesabatlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən təyin olunmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hədlərdə və qaydada birbaşa və ya müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına verilir.
19.2. Xarici dövlətlərin fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurlarının həyata keçirilməsinə əsasən hesabat verən maliyyə institutu fiziki şəxslərin hesabat verilməli hesablarının müəyyənləşdirilməsi məqsədi ilə müştəridən zəruri xxxx özünüqiymətləndirmə sənədi və W-8 BEN (W-8 BEN-E) və W-9 formaları tələb edilir.
19.3. Hesab açmaq üçün müraciət etmiş müştəri tərəfindən formalardan müvafiq olanı təqdim edilmədikdə Bank tərəfindən hesabın açılmasından imtina oluna bilər.
VI. BÖLMƏ
ELEKTRON XİDMƏTLƏR GÖSTƏRİLMƏSİ
20. ANLAYIŞLAR
20.1. Mobil bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Qaydalar - şərtlərlə yanaşı Mobil bankçılıq vasitəsilə xidmət göstərilməsini tənzimləyən Mobil Bankçılıqda yerləşdirilən qaydalar;
20.2. İstifadəçi - Bankın müştərisi xxxx və Mobil Bankçılıqda qeydiyyatdan keçmiş fiziki şəxs;
20.3. Bank – “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar cəmiyyəti;
20.4. Mobil Bankçılıq – Paroldan və bu müqavilə ilə razılaşdırılmış halda imzanın analoqundan istifadə etməklə internet vasitəsilə nəzərdə tutulmuş əməliyyatların aparılmasına və sənədlərin təsdiq edilməsinə imkan yaradan proqramdır. Proqrama çıxış istənilən mobil operatorların abonenti xxxx istifadəçilərə verilir.
20.5. Mobil telefon SİM-kartı – İstifadəçi tərəfindən Banka bildirilmiş Mobil bankçılığa və ya Mobil bankçılığa və Asan imzasına xxxxx xxxx hər hansı mobil operatorun sim kartıdır (nömrəsidir);
20.6. Xxxx Xxxx - Xxxxxxxxxxxxx şəxsi imzasının analoqu xxxx onun mobil telefon SİM-xxxxxxx xxxxx rəqəmsal imzadır. Asan İmza ilə istifadəçinin şəxsiyyəti təsdiq olunur və sənədlərə rəqəmsal imza qoyulur.
20.7. Parol - Mobil Bankçılıqda qeydiyyatdan keçməsi nəticəsində İstifadəçi tərəfindən yaranmış bu proqrama daxil olub, nəzərdə tutulmuş əməliyyatları və sənədləri təsdiq etmək üçün istifadə olunan, İstifadəçinin eyniləşdirilməsini təmin edən rəqəmlərin ardıcıl toplusudur. Əməliyyatların və sənədlərin təsdiq edilməsi zamanı parol İstifadəçinin imzasının analoqu kimi qəbul olunur. Parol ilə təsdiq olunmuş sənədlər kağız daşıyıcıda xxxx İstifadəçinin şəxsi imzası ilə təsdiq olunmuş sənədlərlə eyni hüquqi qüvvəyə malikdir;
20.8. Qeydiyyat yazısı – parolun daxil edilməsi nəticəsində açılan Mobil Bankçılıqda İstifadəçinin şəxsi səhifəsi;
20.9. Mobil cihaz – İstifadəçiyə məxsus Mobil bankçılıq yüklənmiş mobil telefon, smartfon, planşet və sair bu kimi elektron cihazdır.
20.10. Xxxx hesab - istifadəçinin hesabına daxil xxxx pul vəsaitlərinin qəbul edilməsi və hesaba salınması, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair sərəncamların yerinə yetirilməsi üçün açılan bank hesabıdır;
20.11. Əmanət hesabı – bank əmanəti müqaviləsinə əsasən istifadəçinin pul vəsaitlərinin əmanətlərə cəlb edilməsi, əmanətlərin uçotu və müvafiq əməliyyatların aparılması üçün açılan bank hesabıdır;
20.12. Ödəniş kartı - nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin alınması üçün istifadə edilən kartdır;
20.13. Tariflər – istifadəçiyə göstərilmiş xidmətlər müqabilində Bank tərəfindən birtərəfli qaydada müəyyən edilmiş İstifadəçi tərəfindən ödənilməli xxxx haqqdır. Tariflər “sayt”da yerləşdirilir.
20.14. Şəxsiyyəti təsdiq edən sənəd – Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları” ilə müəyyən olunur.
21. ELEKTRON XİDMƏTLƏR
Elektron xidmətlər Mobil Bankçılıq vasitəsilə nəzərdə tutulmuş əməliyyatların aparılması və sənədlərin təsdiqlənməsini əhatə edir.
22. MOBİL BANKÇILIQDAN QEYDİYYATDAN KEÇMƏ QAYDASI
İstifadəçi şəxsiyyətini təsdiq edən sənədi ilə ilk növbədə Bankın hər hansı filialına yaxınlaşmaqla, filialın əməkdaşı tərəfindən təqdim olunmuş sənədləri imzalayır və Bankın sistemində qeydiyyata alınır. Bundan sonra İstifadəçi Mobil Bankçılıqda “Filial vasitəsilə qeydiyyat keçməsini” seçməklə filialda qeydiyyatdan keçdiyi zaman təqdim edilmiş mobil telefon nömrəsini müvafiq xanaya daxil edir. Mobil telefon nömrəsi filialda qeydiyyatdan keçmiş mobil telefon nömrəsi ilə eyni olduqda İstifadəçinin mobil telefon nömrəsinə bir dəfə üçün istifadəsi nəzərdə tutulmuş şifrə göndərilir. Şifrəni Mobil bankçılığın müvafiq xanasına daxil etdikdən sonra İstifadəçi Mobil Bankçılığa daxil olmaq və əməliyyatları aparmaq üçün parolu özü müəyyən edir.
23. MOBİL BANKÇILIQ VASİTƏSİLƏ ƏMƏLİYYATLARIN APARILMASI VƏ SƏNƏDLƏRİN İMZALANMASI
23.1. Bankın texniki imkanları nəzərə alınmaqla mobil bankçılıq vasitəsilə aşağıdakı əməliyyatlar aparıla və sənədlər imzalana bilər:
23.1.1. Xxxx və əmanət hesablarının açılması, buna dair müvafiq sənədlərin, o cümlədən əmanət müqavilələrinin, bank hesabları üzrə xidmət müqavilələrinin imzalanması və yaxud da bu ofertanın qəbul (aksept) edilməsi;
23.1.2. Xxxx bank hesablarının bağlanması;
23.1.3. İstifadəçinin xxxx hesablarından pul vəsaitinin xxxx və əmanət hesablara köçürülməsi (o cümlədən ödəniş kartından bank hesablarına və bank hesablarından ödəniş kartlarına);
23.1.4. Bank qarşısında xxxx xxxxxx borclarının ödənilməsi və kredit limitinin dəyişdirilməsi üçün müraciət edilməsi;
23.1.5. Bank hesablarından çıxarışlar və istifadəçinin rekvizitlərinin Bankın qüvvədə xxxx tariflərinə uyğun istifadəçinin hesablarından akseptsiz komisyon haqqının silinməsi şərtilə, müştərinin qeyd etdiyi elektron poçt ünvanına göndərilməsi;
23.1.6. Kartların sifariş edilməsi. Bu zaman Mobil Bankçılıq vasitəsilə yalnız sifariş verilə bilər. Müvafiq sənədlər Bankın baş ofisində və ya filiallarında imzalanır;
23.1.7. Kartların risk qrupunun dəyişdirilməsi (kreditin alınması, istifadə edilməsi və ödənilməsi üçün verilmiş, o cümlədən istifadəçisi eyniləşdirilməmiş kartlar istisna təşkil edir);
23.1.8. Kartların bloka salınması və blokdan çıxarılması. Bu zaman yalnız Mobil Bankçılıq vasitəsi ilə bloka salınmış kartlar blokdan azad oluna bilər;
23.1.9. Pul vəsaitinin girovu ilə təmin edilmiş kredit müqavilələrinin, pul vəsaitinin girov müqavilələrinin (notarial qaydada təsdiqlənməli müqavilələr istisna olmaqla) və buna dair müvafiq sənədlərin imzalanması;
23.1.10. Təminatsız kreditlərin əldə edilməsi üçün sifariş verilməsi.
23.2. Notarial qaydada təsdiqlənən və/və ya mobil bankçılıq vasitəsilə bağlanması nəzərdə tutulmayan müqavilələr istisna olmaqla digər müqavilələr və həmin müqavilələrə aid digər sənədlər ASAN imza, elektron imza və ya imzanın digər analoqu ilə təsdiqlənir.
24. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
24.1. İstifadəçi öz üzərinə aşağıdakı öhdəlikləri götürür:
24.1.1. Mobil telefon SİM-kartının və mobil cihazının itməsi, oğurlanması və digər vasitələrlə onun sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görmək; 24.1.2. Mobil telefon Sim-kartının və/və ya mobil cihazının itirilməsi, oğurlanması və digər vasitələrlə onun sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi barədə məlumatı dərhal Bankın
117 nömrəsinə zəng edərək məlumat vermək;
24.1.3. Bank tərəfindən tələb edildikdə Banka düzgün və təhrif olunmamış məlumatlar təqdim etmək. Müvafiq qaydada icrasına təsir edə biləcək bütün şərait və hadisələr barədə, o cümlədən adı, soyadı, atasının adı, qeydiyyat və faktiki ünvanlarında, mobil nömrəsində və əvvəllər “Bank”a təqdim edilmiş digər məlumatlarda baş verən dəyişikliklər barədə belə dəyişikliklər baş verdiyi tarixdən 3 (üç) iş günü ərzində “Bank”a yazılı məlumat vermək;
24.1.4. Mobil bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Qaydalarına və Mobil Bankçılığa Bank tərəfindən birtərəfli qaydada dəyişikliklərin edilməsi hüququnu qəbul edir. Qaydalara edilmiş dəyişikliklər Mobil bankçılıqda yerləşdirildiyi gün İstifadəçi tərəfindən onların qəbul edildiyi gün sayılır.
24.2. İstifadəçinin aşağıdakı hüquqları var:
24.2.1. Mobil Bankçılıq vasitəsilə nəzərdə tutulmuş əməliyyatları aparmaq və sənədləri imzalamaq;
24.2.2. Mobil bankçılıq vasitəsilə aparılmış hər hansı əməliyyatla bağlı sorğu və etirazı Bankın 117 nömrəsinə zəng etməklə vermək. Sorğu və etiraz əməliyyatın həyata keçirildiyi gündən yalnız 14 (on dörd) iş günü ərzində verilə bilər. Bu müddət keçdikdən sonra Banka ünvanlanmış sorğular və etirazlara baxılmır və cavablandırılmır.
24.2.3. İstifadəçi Bankın mövcud və gələcəkdə təklif edəcəyi bütün növ elektron xidmətlərdən istifadə hüququnu əldə edir və elektron xidmətlərdən istifadə qaydaları İstifadəçi ilə Bank arasında ayrıca razılaşdırılacaq. Elektron xidmətlər haqqında ətraflı məlumatları “sayt”xxx əldə etmək olar.
24.3. Bank öz üzərinə aşağıdakı öhdəlikləri götürür:
24.3.1. Müştəridən məlumatın daxil olduğu tarixdən etibarən ən geci növbəti iş günü ərzində İstifadəçinin mobil bankçılıqda xxxx qeydiyyat yazısını bloklaşdırmaq; 24.4. Bankın aşağıdakı hüquqları var:
24.4.1. Bankın qüvvədə xxxx tariflərinə uyğun istifadəçinin hesablarından akseptsiz komisyon haqqını silmək;
24.4.2. Mobil Bankçılığa və Mobil bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Qaydalarına birtərəfli qaydada dəyişiklik etmək.
25. SƏNƏDLƏRİN HÜQUQİ QÜVVƏSİ
25.1. Mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması zamanı elektron formada təsdiqlənmiş sənədlər kağız daşıyıcıda xxxx İstifadəçinin şəxsi imzası ilə təsdiqlənmiş müvafiq sənədlərlə eyni hüquqi qüvvəyə malikdir.
25.2. İstifadəçi qəbul edir ki, Bank tərəfindən birtərəfli qaydada dəyişdirilmiş Mobil bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Qaydalar, Mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması zamanı təsdiqlənmiş elektron sənədlər mübahisələrin həlli zamanı sübutdurlar.
26. MƏSULİYYƏT
26.1. İstifadəçi Xxxxx Bankçılıqda qeydiyyat zamanı daxil etdiyi məlumatların tam və düzgün olduğunu, bütün məlumatların onun özünə məxsus olduğunu təsdiq edir. Hər hansı məlumatın səhv daxil edilməsinə və ya ona məxsus olmayan məlumatın daxil edilməsinə və bununla bağlı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür.
26.2. Mobil telefon SİM-kartının və/və ya mobil cihazının itirilməsi, o cümlədən oğurlanması və digər vasitələrlə İstifadəçinin sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi nəticəsində ona dəymiş zərərə görə Bank məsuliyyət daşımır.
26.3. Mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması zamanı Xxxxxxxxxx tərəfindən rekvizitlərin, məbləğlərin və ya digər məlumatın səhv daxil edilməsinə görə və bunun nəticəsində ona dəymiş zərərə görə Bank məsuliyyət daşımır.
26.4. Mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması zamanı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür.
26.5. Müştərinin Elektron Bankçılığa (internet və mobil cihazlar üzərindən bank əməliyyatlarının aparılmasının təmini) qoşulmaq imkanı var. Tərəflər razılığa gəlirlər ki, müştəri Elektron Bankçılığa qoşulmaq və ondan istifadə etmək üçün Asan imza, mobil nömrə və Bankın ödəniş kartı ilə elektron formada qeydiyyatdan keçdiyi halda Bankın mobil tətbiqində yerləşdirilmiş elektron bankçılığa dair qaydalar Müştəri tərəfindən onun qeydiyyat zamanı daxil etdiyi mobil telefon nömrəsinə daxil xxxx identifikasiya kodu vasitəsi ilə təsdiqlənir (qəbul olunur). Bu zaman Müştərinin mobil telefon nömrəsinə daxil xxxx kod ilə təsdiqlənmiş qaydalar Müştərinin şəxsi imzası ilə edilmiş təsdiq ilə eyni hüquqi qüvvəyə malikdir.
VII. BÖLMƏ DİGƏR ŞƏRTLƏR
27. FORS-MAJOR HALLARINDA MÜQAVİLƏNİN XXXXXX
27.1. Müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, Bank Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşımır.
27.2. Qarşısıalınmaz qüvvənin təsirinə Bank tərəfindən nəzarət edilməyən, onun səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr, o cümlədən, müharibə, ictimai iğtişaş, yanğın, zəlzələ, vulkan, daşqın, tufan, epidemiya, pandemiya, epizotiya, karantin, dövlət və hökumət qərarları və bu kimi digər hallar aid edilir. Hər hansı hadisə fors-major kimi, yalnız səlahiyyətli dövlət orqanlarının rəsmi qərarına əsasən tanınır.
27.3. Fors-major halları baş verdiyi gündən etibarən Müqavilə üzrə icra müddətinin axımı dayandırılır və axım bu hallar aradan qalxdıqdan sonra bərpa edilir.
28. MÜBAHİSƏLƏRİN HƏLLİ
28.1. Bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvafiq məhkəmələri vasitəsilə həll ediləcəkdir.
28.2. Bank, Müştəri tərəfindən ödəniş xidməti (“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan xidmət) üzrə şikayətin daxil olduğu tarixdən 7 (yeddi) iş günü müddətində müraciətə baxır və nəticəsi barədə Müştərini məlumatlandırır. Müraciətə baxılması bu müddətdə mümkün olmadığı halda həmin müddətdən gec olmayaraq şikayətə baxılması müddətinin artırılmasının səbəblərini əsaslandırmaqla şikayətə baxılması müddəti barədə Müştəriyə məlumat verir. Banka şikayətin verilməsi Müştərinin məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır.
29. YEKUN MÜDDƏALAR
29.1. Bu ofertanın və onun çərçivəsində bağlanan Müqavilələrin hər hansı müddəasının etibarsızlığı, bu ofertanın və onun çərçivəsində bağlanan Müqavilələrin digər müddəalarının etibarsızlığına səbəb olmur.
29.2. Bu ofertanın və onun çərçivəsində bağlanmış Müqavilələrin qüvvədə olma müddətinin qurtarması Tərəfləri həmin müddət qurtarana qədər yol verilmiş pozuntulara görə məsuliyyətdən azad etmir.
BANKIN REKVİZİTLƏRİ:
“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti
Ünvan: Bakı ş, Nəsimi r-nu, R.Behbudov xxx., məhəllə 384, ev 55;
Azərbaycan Respublikası Mərkəzi Bankı Hesablaşmalar Departamentində XX00XXXX00000000000000000000
xxxxx müxbir hesabı, kod 505754,
SWIFT XXXXXX00 VÖEN 1300017201
Plastik kartlardan istifadə qaydaları:
• Kartı aldıqdan dərhal sonra, onun arxa tərəfində öz imzanızın nümunəsini qoyun.
• Öz PİN-kodunuzu üçüncü şəxslərə bildirməyin.
• Heç vaxt PİN-kodu kartın üzərində yazmayın və PİN-kodu kartla bir yerdə saxlamayın.
• Heç vaxt plastik kartı üçüncü şəxslərə verməyin. Zərurət olduqda, Xxxxx qohumlarınıza və yaxınlarınıza hesabınızda xxxx pul vəsaitindən istifadə etmək imkanı verən, əlavə kart rəsmiləşdirin.
• Kartın itirilməsi, oğurlanması və Müştərinin iradəsinə zidd olaraq digər vasitələrlə onun və ya istifadəçinin sahibliyindən çıxması, onun sərəncamı olmadan digər vasitələrlə başqa şəxslər tərəfindən istifadə edilməsi hallarında ləngimədən onu bloklaşdırmaq lazımdır. Bu məqsədlə Bankın Məlumat Mərkəzinə (tel: x00000 000) müraciət olunmalıdır. Kartın bloklaşdırılmasının digər üsul və vasitələri (SMS-banking, Mobil tətbiq və s.) haqqında müvafiq izahedici məlumatı “sayt”xxx əldə etmək mümkündür.
• Həftədə bir dəfədən az olmayaraq, kart hesabınızdakı pul vəsaitinin hərəkətini yoxlayın. Öz kartınızdan istifadə etdikdən dərhal sonra, hesabınız üzrə yerinə yetirilmiş əməliyyatlara xüsusi diqqət yetirin.
• Hesabınız üzrə hərəkətə daimi nəzarətin həyata keçirilməsi və kart üzrə hərəkətlər barədə on-layn SMS məlumatlandırma və internet-bankinq xidmətindən istifadə etməyi tövsiyə edirik. Əgər Siz xaricdəsinizsə və rouminq xidmətinə qoşulmamışsınızsa, tranzaksiyalara nəzarət olunması üçün Sizin yaxınlarınızın telefon nömrələrini təqdim edin.
Bankomatın yaxınlığında təhlükəsizlik texnikası:
• Kartın bankomata daxil xxxx yerinə diqqət yetirin. Orada heç bir əlavə qurğu və ya alət olmamalıdır.
• Daxil etdiyiniz PİN-kodu üçüncü tərəfin görməsinə yol verməyin.
• Bankomatın yanında heç kimə, hətta bu Bankın təhlükəsizlik xidmətinin əməkdaşı və ya bankomatlara xidmət üzrə əməkdaşı olsa belə, etibar etməyin.
• Tənha və şübhəli yerlərdə xxxxx bankomatlardan istifadə etməyin.
• PİN-kodun nömrəsinin üç dəfə düzgün daxil edilmədiyi təqdirdə, Sizin kartınız bloklaşdırılacaqdır.
• Bankomatla işləyəndə operativ olun, pulları aldıqdan sonra kartı kardriderdə saxlamayın, çünki bu zaman o, təhlükəsizlik məqsədilə, bankomat tərəfindən saxlanılacaqdır.
Kart ilə mağazada, restoranda ödəniş zamanı təhlükəsizlik texnikası:
• Kartla əməliyyatın mütləq Sizin yanınızda yerinə yetirilməsini xxxxx xxxx.
• Xxxxxx xxxxx ödənişinin POS-terminal vasitəsilə yerinə yetirilməsi zamanı, çekin surətini, ən azı məbləğin kart hesabından düzgün silindiyinə əmin olana qədər, özünüzdə saxlayın.
• Kartdan silinmə düzgün yerinə yetirilmədikdə, xxxxxx xxxxx ödənilməsi zamanı, o saat ləğv edilmənin POS- terminalda da yerinə yetirilməsini tələb edin.
• Şübhəli ticarət məntəqələrində xidmətlərin və malların haqqını kart vasitəsilə ödəməyin.
• Kartla əməliyyatın, POS-terminaldan savayı hər hansı əlavə terminalda yerinə yetirilməsinə yol verməyin.
• İmprinterlə (POS-terminalsız) ödəniş zamanı üçdən artıq slipi imzalamayın. Slipdəki imza – göstərilən məbləğin Sizin kart hesabınızdan silinməsinə razılıq deməkdir. Sizin imzaladığınız üç slipdən biri təşkilatda qalır, digəri bu təşkilat tərəfindən Banka göndərilir və üçüncüsü, yerinə yetirilmiş əməliyyatın təsdiqi kimi Sizdə qalır.
İnternet şəbəkəsində kartla ödəniş zamanı təhlükəsizlik texnikası:
• Məlumatınız olmayan saytlarda çalışın ki, özünüz və kartınız haqqında məlumat qoymayasınız.
• Kartla İnternetdə ödəniş zamanı, iri məbləğlər saxladığınız kartlardan istifadə etməyin. Bu məqsədlər üçün Unibank-ın Virtual Card-ı daha yararlıdır: bu karta bağlanmış hesaba, zərurət olduqca, pul qoymaq olar. Əhəmiyyətlidir!
• Beynəlxalq kart təşkilatları tərəfindən qəbul edilmiş “çip kart əməliyyatları üzrə məsuliyyətin ötürülməsi qaydası”nın (Chip Liability Shift) tətbiq olunmadığı ölkələrin siyahısı Bankın rəsmi saytında yerləşdirilmişdir və həmin ölkələrin siyahısı ilə mütəmadi olaraq Müştəriyə xxxxx olmaq tövsiyə olunur.
• Hesabdan pulların avtorizasiya edilmədən çıxarılması haqqında azacıq da olsa şübhə yarandıqda, bizim bankla əlaqə yaradın. Burada müqavilənin müəyyən edilmiş müddəti və şərtlər qüvvədədir. Bank Sizin hesabla bu cür avtorizasiya edilməmiş əməliyyata qarşı iddia qaldırmaq qabiliyyətinə xxxxx xxx bilər. • Bank, müştərinin karta səhlənkar münasibəti, müştəri tərəfindən yuxarıda göstərilən qaydaların pozulması və üçüncü şəxslərin qeyri-qanuni hərəkətlərinin yerinə yetirilməsi nəticəsində meydana çıxan itkilər üçün heç bir məsuliyyət daşımır.
Plastik kartlardan sanksiya verilməmiş silinmələrin (möhtəkirlik əməliyyatlarının) qarşısını almaq üçün Unibank KB tərəfindən gün ərzində aparılan əməliyyatlar üçün limitlərlə xxxxxxx.xx saytında xxxxx xxx bilərsiniz.
Hörmətli müştəri, daha sonra limit qrupunuzu dəyişmək istəsəniz:
a) Şəxsiyyəti təsdiq edən sənəd ilə “Unibank”ın istənilən filialına yaxınlaşıb, müvafiq Ərizə formasını doldurub imzalamalısınız.
b) Kod sözü, doğum tarixini və ya mobil nömrəni Unibankın məlumat mərkəzinə (Tel.: 117 ) zəng edib bildirməlisiniz.
Bu qaydalar 05/22- Ə xxxxx 13.12.2022 tarixli fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi haqqında ofertanın ayrılmaz tərkib hissəsidir.