E L A N
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu | Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi |
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənc alim və mütəxəssislərin “Mənim ilk qrantım” - birgə qrant müsabiqəsinin nəticələri haqqında
E L A N
Bakı şəhəri 16 yanvar 2018-ci il
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (bundan sonra “Elmin İnkişafı Fondu” adlandırılacaqdır) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (bundan sonra “Gənclər və İdman Nazirliyi” adlandırılacaqdır) (bundan sonra hər iki qurum birlikdə “Tərəflər” adlandırılacaqdır):
- Azərbaycan Prezidenti Xxxxx Xxxxxxxx 2011-ci il 6 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planının 6.3.2 bəndinə uyğun olaraq 2011-2015-ci illərdə Elmin İnkişafı Xxxxx tərəfindən keçirilmiş Gənc alim və mütəxəssislərin 1-ci, 2-ci və 3-cü qrant müsabiqələrinin uğurlarını əsas götürərək;
- Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli xxxx-tədqiqat proqram və layihələrini və digər xxxx tədbirləri dəstəkləmək, aktual və müasir xxxx problemlərin həlli ilə məşğul xxxx gənc alimlərin, bir xxxx mövzunun (problemin müəyyən hissəsinin) tədqiqi məqsədi ilə gənc alimlər tərəfindən yaradılmış müvəqqəti yaradıcı kollektivlərin, akademik və təhsil sistemlərində fəaliyyət göstərən, xxxx tədqiqatlarla əlaqəli digər qurumlarda (nazirliklərin nəzdindəki xxxx-tədqiqat institutları, dövlət qurumları, QHT və s.) çalışan gənc alim və mütəxəssislərin xxxx fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədi ilə;
- ölkədə elmin inkişaf prioritetlərinə uyğun olaraq;
- həmçinin Tərəflər arasında formalaşmış əməkdaşlıq əlaqələrini, iki qurum arasında 2017-ci il 22 may tarixində imzalanmış Protokolun müddəalarını nəzərə almaqla
2017-ci ildə elan edilərək keçirilmiş Gənc alim və mütəxəssislərin 4-cü qrant müsabiqəsinin
- “Mənim ilk qrantım” birgə müsabiqəsinin (EİF/GAM-4-BGM-GİN-2017-3(29)) nəticələrini
ELAN EDİR:
1. Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi Gənc alim və mütəxəssislərin “Mənim ilk qrantım” birgə müsabiqəsinin keçirilməsi haqqında qərarını 2017-ci il 25 may tarixində internet səhifəsində və kütləvi informasiya vasitələrində elan etmiş və qrant layihələrinin qəbulu üçün müddət olaraq 2017-ci il 30 may – 30 iyun tarixlərini müəyyənləşdirmişdir.
2. Bu müddət ərzində Elmin İnkişafı Fondunun icraçı direksiyası qrant iddiaçılarına kömək məqsədilə 5 məsləhət seminarı təşkil etmiş, telefon və elektron-poçt vasitəsilə xxxx müraciətlərə cavab vermiş, ortaya çıxan suallara aydınlıq gətirmişdir.
3. İlk dəfə olaraq gənc alim və mütəxəssislər qrant layihələrini “on-line” şəkildə, Fondun innovativ texnologiyası xxxx və ASAN-imzanın inteqrasiya edildiyi “e-Qrant” - “Qrant layihələrinin elektron idarəolunması sistemi” vasitəsilə təqdim etmişlər.
4. Yuxarıda göstərilən müddət ərzində müsabiqəyə bütün elm sahələri və qrant növləri üzrə 34 layihə daxil olmuş, layihələrin texniki və xxxx ekspertizası işi təşkil olunmuşdur. Bütün layihələr texniki ekspertiza mərhələsindən uğurla keçmişdir. Layihələrin xxxx ekspertizası işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və yerli və xarici müstəqil xxxx ekspertlər cəlb olunmuşlar.
5. Elmin İnkişafı Fondunun icraçı direksiyası, daimi və müstəqil xxxx ekspertlər təqdim olunmuş layihələrin xxxx müsabiqənin xxxx prioritetlərinə uyğunluq dərəcəsini müəyyənləşdirmiş, layihələrin xxxx səviyyəsini, onların yerinə yetirilməsi imkanlarını və potensialını, gözlənilən xxxx nəticələrini, mümkün tətbiq ehtimalını ekspertiza qaydalarına uyğun olaraq xüsusi sistem üzrə qiymətləndirmiş, həmçinin maliyyələşdirilmənin məqsədəuyğunluğu və həcmi barədə Elmin İnkişafı Fondunun Himayədarlar Şurası üçün rəylər, arayışlar və tövsiyələr hazırlamışdır.
6. Nəticələr Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyinin Birgə Komissiyasında da müzakirə olunmuşdur.
7. Yekun sənədlər toplusuna Elmin İnkişafı Fondunun Himayədarlar Şurası tərəfindən baxılmış, ekspertiza qaydalarına uyğun olaraq layihələrin maliyyələşdirilmə həcmi barədə tövsiyələr müzakirə olunmuş və yekun qərar qəbul edilmişdir.
8. Gənc alim və mütəxəssislərin 4-cü qrant müsabiqəsi (“Mənim ilk qrantım”) üzrə ümumi maliyyələşdirilmə həcmi 600000 manat olmaqla 19 qalib layihə müəyyənləşdirilmiş (siyahı ayrıca olaraq verilir) və Elmin İnkişafı Fondunun müvafiq Qərarı ilə təsdiq olunmuşdur. Uğur dərəcəsi (daxil xxxx və xxxxx xxxx layihələrin sayı üzrə) kifayət qədər yüksək (56%) olmuşdur.
9. Bu qrantlar yalnız ilk dəfə qrant üçün müraciət edən gənc alim və mütəxəssislərə verilmişdir. Multidissiplinar tədqiqatlar üzrə tәqdim olunmuş, tətbiqi xarakterli, müxtəlif akademik və təhsil qurumlarından, sahə xxxx-tədqiqat institutlarından xxxx xxxx və mütəxəssislər tərəfindən yerinə yetirilməsi planlaşdırılan xxxx-tədqiqat mövzuları üzrə təqdim olunmuş layihələrə xxxx ekspertizanın nəticələri əsasında seçim zamanı üstünlük verilmişdir.
10. Bu elan verildikdən sonra müəyyənləşdirilmiş müddət ərzində Elmin İnkişafı Fondunun icraçı direksiyası ilə hər bir qalib layihənin rəhbəri arasında layihənin yerinə yetirilməsi barədə (lazımi sənədlər toplusu hazırlanmaqla) müvafiq müqavilə bağlanılacaq və qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçiriləcəkdir.
11. Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi Gənc alim və mütəxəssislərin 4-cü qrant müsabiqəsinin qaliblərini təbrik edir, müsabiqə iştirakçılarına və müstəqil xxxx ekspertlərə minnətdarlığını bildirir.
Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi
Əlaqə telefonu: (000) 000-00-00