MÜQAVİLƏ ÖHDƏLİKLƏRINİN YERİNƏ YETİRİLMƏMƏSİNƏ GÖRƏ MÜLKI MƏSULİYYƏTİN SIĞORTASI QAYDALARI
«Razılaşdırılmışdır»
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi
N. Xəlilov
«03» mart_ 2016-cı il
«Təsdiq edirəm»
«Atəşgah» Sığorta Şirkəti ASC-nin
İdarə heyətinin sədri
T.A. Xxxxxxx
«_01» mart 2016-cı il
MÜQAVİLƏ ÖHDƏLİKLƏRINİN YERİNƏ YETİRİLMƏMƏSİNƏ GÖRƏ MÜLKI MƏSULİYYƏTİN SIĞORTASI QAYDALARI
Bakı 2016
Ümumi anlayışlar
Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdirsə, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığortalı – sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sıöorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;
Sığortaçı – sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
Faydalanan şəxs(lər) – sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;
Aktuari – qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;
Sığorta hadisəsi – qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
Sığorta tələbi – sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;
Tələb sahibi – məhkəmədə sığortalıya qarşı iddia qaldıran və müqavilə öhdəliklərinin pozulması ilə bağlı zərərin ödənilməsini tələb edən şəxs;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Sığorta obyekti – üçüncü şəxslərin qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
Sığorta predmeti – üçüncü şəxslərin ölümü, bədən xəsarəti və ya əmlakına dəyən zərərə, həmçinin öz işçilərinin yalnız ölümünə və bədən xəsarətinə görə Sığortalının qanunvericiliyə əsasən ödəməli olduğu pul məbləğləri;
Sığorta marağı – Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir.
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pulməbləği;
Sığorta riski və ya risk – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;
Sığorta tarifi – sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;
Sığorta müqaviləsi – sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığortaobyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit etdiyi razılaşma;
Sığorta şəhadətnaməsi – sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (vəya) olunana verilən sənəd;
Sığortanın müddəti – sığorta risklərinin təminatda hesab olunduğu müddət;
Azadolma məbləği - Azadolma məbləği, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.
Gözləmə müddəti – gözləmə müddəti, sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalnın üzərində qalan hissəsidir.
Əhəmiyyətli hallar - sığortaçının müqavilədən imtina etmək və ya onun şərtlərinin müəyyənləşidirilməsi qərarına təsir göstərə bilən hallar əhəmiyyətli hallar sayılır;
Sığortanın ərazisi – sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları
1. Sığortanın sinfi
1.1. Qeyri-həyat sığorta sahəsində əmlak sığortasinə aid xxxx aşağıdakı sinif:
1.1.1. Sığortalı müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətini sığorta etdirdiyi hallarda müvafiq sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığorta ödənişinin həyata keçirilməsini nəzərdə xxxxx xxxxx- hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası.
2. Sığorta predmeti
2.1. Sığortalının müqavilə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar tələb sahiblərinə zərər və cərimələrin ödənilməsi halı sığortanın predmeti hesab olunur.
3. Sığorta obyekti
3.1. Sığortalının müqavilə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar tələb sahiblərinə zərər və cərimələrin
əvəzinin ödənilməsi ilə bağlı əmlak mənafeləridir.
4. Sığorta məbləği
4.1. Sığorta müqaviləsi üzrə sığorta məbləği tərəflər arasında razılşama əsasında müəyyən edilir.
4.2. Sığortaçı bağlanmış sığorta müqaviləsi üzrə, bu müqavilə ilə müəyyən edilmiş sığorta məbləği həddində məsuliyyət daşıyır. Bir neçə sığorta hadisəsi üzrə ödənilən sığorta ödənişlərinin ümumi məbləği, sığorta müqaviləsi ilə müəyyən olunmuş sığorta məbləğindən artıq ola blməz.
4.3. Sığortaçı sığorta müqaviləsi ilə müəyyən olunmuş sığorta məbləği həddində Sığorta olunana həmçinin aşağıdakı hallarda sığorta ödənişi verməsinə təminat verir:
− vurulmuş zərərlə bağlı iştar üzrə məhkəmə xərcləri (sığorta müqaviləsində nəzərdə tutulduqda);
− sığorta hadisəsi üzrə zərərlərin azaldılması üçün bütün əsaslı xərclər (sığorta müqaviləsində nəzərdə tutulduqda).
5. Sığorta təminatı
5.1. Bu Qaydalara əsasən Sığortaçı, aşağıda göstərilən sığorta hadisələri nəticəsində sığorta ödənişi verməyə təminat verir:
5.1.1. Sığortalının tələb sahibinə vurduğu zərərin Xxxxxxxxx tərəfindən ödənilməsini məcbur edən məhkəmə qərarının qərarının qanuni qüvvəyə minməsi.
6. Xüsusi istisnalar
6.1. Əgər sığorta müqaviləsi ilə başqa hal nəzərdə tutulmamısdırsa, Sığortaçı sığorta hadisəsinin aşağıdakı amillərin təsiri nəticəsində baş verməsi hallarında sığorta ödənişi vermək öhdəliyindən azad olunur:
− Nüvə partlayışı, radiasiya və ya radioaktiv zəhərlənmənin təsiri;
− Hərbi əməliyyatlar, eləcə də hərbi manevr və digər hərbi tədbirlər;
− Vətəndaş müharibəsi, istənilən növ xalq iğtişaşları və ya tətillər;
− Tətil, sabotaj;
− terrorizm
6.2. Sığorta müqaviləsi ilə Sığortaçını sığorta ödənişi vermək öhdəliyindən azad edən digər hallar da nəzərdə tutula bilər və ya bu bənddə yuxarıda göstərilən hallar sığorta təminatına daxil edilə bilər.
7. Sığorta müqaviləsinin tərəfləri
7.1. Sığortaçı
7.1.1. Bu Qaydalara əsasən Sığortaçı "Atəşgah” Sığorta Şirkətidir.
7.2. Sığortalı
7.2.1. Bu Qaydalara əsasən Sığortalı sığorta predmetinə münasibətdə sığorta xxxxxx xxxx vəsığorta haqqı ödəyən hər hansı bir fiziki və ya hüquqi şəxs hesab olunur.
7.2.2. Bu Qaydalar daxilində Sığortalının hərəkətlərinə onun işçilərinin, rəsmi şəxslərinin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, sığorta müqaviləsinə, vəkalətnaməyə (etibarnaməyə) və ya vəzifə öhdəliklərinə əsasən Sığortalı adından çıxış etmək səlahiyyəti xxxx digər nümayəndələrinin hərəkətləri da aid edilir.
8. Sığorta haqqı
8.1. Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır.
8.2. Sığorta haqqı bir dəfəyə ödənilir və ya tərəflərin razılığına əsasən hissə-hissə ödənilə bilər.
8.3. Sığorta haqqının ödənildiyi gün, pul vəsaitinin Sığortaçının bank hesabına ya ya kassasına daxil olduğu gün hesab olunur.
8.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün saat 24:00-da, xxxxx şəhadətnamədə göstərilmiş sığorta müddətinin başlanma tarixindən tez olmayaraq qüvvəyə minir.
8.5. Sığorta haqqı və ya onun növbəti hissəsi sığorta müqaviləsində nəzərdə tutulmuş müddətədək ödənilmədikdə və ya sığorta müqaviləsində nəzərdə tutulduğundan daha az məbləğdə ödənildikdə, sığorta müqaviləsində sığorta haqqının və ya onun növbəti hissəsinin ödəniş günü kimi nəzərdə tutulmuş tarixdən sonrakı gün saat 24:00-xxx Sığortaçı sığorta ödənişi vermək öhdəliyından azad edilir.
8.5.1. Bu halda sığortaçı onun ödənilməsi üçün bu qaydaların 8.5.2.-ci maddəsinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 günədək əlavə müddət müəyyən edə bilər.
8.5.2. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
8.6. Sığortalı sığorta haqqını və ya onun növbəti hissəsini sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə ödəmədikdə, Sığortaçı sığorta müqaviləsinə xitam verə bilər və ya birtərəfli qaydada müqavilənin icrasından imtina edə bilər.
9. Sığortanın ərazisi
9.1. Bu sığorta, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdirsə, Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
9.2. Əgər sığorta müqaviləsində sığortanın ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə baş verənsığorta hadisələrinə sığorta təminatı verilir.
9.3. Sığortanın ərazisi, Sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi və onun yazılı surətdərazılığının alınması şərti ilə genişləndirilə bilər.
10. Sığorta müddəti
10.1. Sığorta müddəti, sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta müqaviləsinin bağlandığı gün saat 24:00-da başlanır və sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat 24:00-da başa çatır.
11. Azadolma məbləği və/və ya gözləmə müddəti
11.1. Sığorta müqaviləsində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti Sığortalı ilə Sığortaçı arasındakı razılığa əsasən müəyyən oluna bilər.
11.2. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyənzərərin həcmi həmin məbləğdən xxx olduqda, zərər məbləğindən azadolma məbləği çıxılmır.
11.3. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
11.4. Sərtli gözləmə müddəti müəyyən edildikdə, sığorta hadisəsinin nəticələrinin həmin müddətə bərabər və ya ondan artıq müddətdə davam etməsi şərti ilə sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə də şamil edilir.
11.5. Sığorta müqaviləsində şərtsiz gözləmə müddəti müəyyən edildikdə, sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə şamil edilmir.
11.6. Sığorta müqaviləsi qüvvədə olduğu müddət ərzində bir neçə sığorta hadisəsi baş verdikdə azadolma məbləği və/və ya gözləmə müddəti hər bir hadisə üzrə tətbiq olunur.
12. Xxxxxx dərəcəsinin dəyişməsi
12.1. Sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, Sığortalı, sığorta müqaviləsi bağlanan zaman Sığortaçıya bildirdiyi əhəmiyyətli halların dəyişilməsi, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən və ona məlum xxxx bütün digər hallar barədə Sığortaçıya darhal məlumat verməlidir.
12.2. Sığortaçı sığorta riskinin artmasına təsir edən hallar barədə məlumatı əldə etdikdən sonra aşağıda göstərilən hərəkətləri etmək hüququna malikdir:
12.2.1. Sığorta müqaviləsinin şərtlərini və müddəalarını dəyişmək,
12.2.2. əlavə sığorta haqqının ödənilməsini tələb etmək və ya
12.2.3. belə dəyişikliklərin baş verdiyi tarixdən sığorta müqaviləsinə xitam vermək.
13. Sığorta müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi
13.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığortalı və Sığortaçı, Xxxxxxxxxx şəxsin (əgər varsa) yazılı razılığı ilə müqavilənin müəyyən şərtlərinin dəyişdirilməsi, həmçinin ona müəyyən əlavalar edilməsi barədə razılığa gələ bilərlər.
14. Sığorta müqaviləsinə xitam verilməsi
14.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
14.1.1. Müqavilənin müddəti bitdikdə;
14.1.2. Sığortaçı müqavilə üzrə Sığortalı qarşısıncla öhdəliklərini tam həcmdə icra etdikdə;
14.1.3. Sığortalı sığorta haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətdə ödəmədikdə;
14.1.4. Sığortaçı, Azerbaycan Respublikasının qanunvericiliyə əsasən ləğv edildikdə;
14.1.5. Sığorta müqaviləsinin etibarsız hesab olunması haqqında məhkəmə tərəfindən qararqəbul edildikdə;
14.1.6. Sığorta marağı artıq mövcud olmadıqda;
14.1.7. Sığorta predmeti artıq mövcud olmadıqda.
14.1.8. Azərbaycan Respublikasınin qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
14.2. Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam veriləbilər.
14.3. Bu barədə tərəflər bir-birini, qanunla müəyyən edilən hallar istisna olmaqla, azı 30 (otuz) günəvvəl yazılı surətdə xəbərdar etməlidirlər.
14.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
14.4.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta quınınvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır;
əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
14.4.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini xxxxxx yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
14.4.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
14.4.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafıq olaraq bu maddənin 14.4.1-ci və 14.4.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
14.4.5. Sığorta müqaviləsi məhkəmə qərarı əsasında (sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa) xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını, bu maddənin 14.4.3.-cü və 14.4.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
15. Tərəflərin hüquq və vəzifələri
15.1. Sığortalının aşağıdakı hüquqları var:
15.1.1. Sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq;
15.1.2. Sığortaçıdan sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək;
15.1.3. Sığortaçıdan kommersiya sirri olmayan, onun maliyyə sabitliyi ilə bağlı məlumatı istəmək;
15.1.4. Sığorta müqaviləsinə əlavə və dəyişiklik etmək;
15.1.5. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermək;
15.1.6. İtirilmiş şəhadətnamənin yerinə dublikatını almaq;
15.1.7. Mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar.
15.2. Sığortalının aşağıdakı vəzifələri var:
15.2.1. sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi baglandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığortalı öz növbəsində sorğu formasındakı sualları dürüst və düzgün şəkildə cavablandırmalı və sığorta müqaviləsi qüvvədə olun müddəti xxxxxx dərəcəsi dəyişilərsə bu barədə sığortaçıya məlumat verməli;
15.2.2. Ziyanın qarşısının alınması və azaldılması üçün bütün zəruri tədbirlər görməli, sığorta haqqını vaxtında ödəməli;
15.2.3. Sığorta hadisəsi faktının mövcudluğunu sübut etmək vəzifəsi Sığortalının üzərinə düşür və Sığortalı qanunvericilik və formalaşmış təcrübə ilə tələb olunan sənədlər da daxil olmaqla Sığortaçını bütün zəruri sənədlərlə təmin etməlidir;
15.2.4. Bu qaydaların və sığorta müqaviləsinin müddəalarına riayət etmək;
15.2.5. Sığorta hadisəsi baş verdikdə:
- sığorta hadisəsinin səbəblərinin, gedişatını və nəticələrinin araşdırılması üçün zəruri bütün tədbirləri görmək;
- dərhal, xxxxx hər bir halda 3 gündən gec olmayaraq (istirahət və bayram günlərindən başqa) məlumat faktını təsbit etməyə imkan verən mümkün xxxx üsülla bu haqda Sığortaçıya və səlahiyyətli orqanlara məlumat vermək;
- sığorta hadisəsi ilə xxxxx xxx qarşı irəli sürülən tələblər haqqında Sığortaçıya dərhal məlumat vermək;
- zərərin qarşısının alınması və ya təsirinin azaldılması və zərər vurulmuş şəxslərin həyatlarının xilas edilməsi üçün bütün mümkün və məqsədəuyğun tədbirləri görmək;
- imkanı daxilində Sığortaçının zərər dəymiş əmlaka (o cümlədən, torpaq sahələri və su mühiti) baxışın keçirilməsində və vurulmuş zərərin həcminin müəyyən edilməsində iştirakını təmin etmək;
- sığorta hadisələri üzrə zərərin ödənilməsinə dair tələblər irəli sürüldükdə, Sığortaçıya məhkəmə və məhkəmədən kənar müdafıədə bütün mümkün dəstəyi göstərmək;
- sığorta hadisəsinin səbəblərinin, gedişinin və nəticələri, vurulmuş zərərin xarakteri və həcmi haqqında mülahizə yeritmayə imkan verən bütün mümkün məlumat və sənədləri Sığortaçıya təqdim etmək;
- sığortaçı sığorta hadisəsi ilə bağlı həm onun, həm də Sığortalının maraqlarının müdafıəsi üçün öz vəkilini və ya digər səlahiyyətli şəxsin təyin olunmasını zəruri hesab etdikdə - bu cür maraqların müdafiəsi üçün Sığortaçının göstərdiyi şəxslərə etibarnamə və ya digər zəruri sənədləri vermək. Sığorta hadisəsi ilə bağlı məhkəmədə Sığortalının maraqlarını təmsil etmək və ya digər şəkildə Sığortalının hüquqi müdafıəsini həyata keçirmək Sığortaçının öhdəliyi deyil, hüququdur. Sığortaçı məhkəmədə Sığortalının maraqlarını təmsil etməkdən imtina etdikdə, o, bu cür proseslərdə Sığortalının maraqlarını müdafıə edən vəkillərin xidmətlərinin ödənilməsi üzrə faktiki xərcləri Sığortalıya ödəməlidir. Bu cür xərclər sığorta müqaviləsinin müəyyən etdiyi sığortaməbləği həddində ödənilir;
- sığortaçının razılığı olmadan, ödəniş verməmək, sığorta hadisəsi ilə xxxxx xxx qarşı irəli sürülən tələbləri qismən və ya tam qəbul etməmək, həmçinin bu cür tələblərin tənzimlənməsi üzrə hər hansı və ya dolayı öhdəliklər qəbul etməmək;
- sığortalının mütəmadi ödənişlərin (renta) dayandırılmasını və ya azaldılmasını tələb etmək imkanı ortaya çıxdıqda
- Sığortaçıya bu haqda məlumat vermək və bu cür ödənişlərin dayandırılması və ya azaldılması üçün bütün mümkün tədbirləri görmək.
15.2.6. Mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr.
15.3. Sığortaçının aşağıdakı hüquqları var:
15.3.1. Sığortalının bildirdiyi məlumatların düzgünlüyünü yoxlamaq;
15.3.2. Sığorta hadisələrinin qarşısının alınması üzrə Sığortalıya tövsiyyələr vermək;
15.3.3. Sığorta hadisəsinin səbəb və hallarını müstəqil şəkildə araşdırmaq, zəruri hallarda sığorta hadisəsi faktı üzrə səlahiyyətli orqanlara sorğu göndərmək
15.3.4. Sığortalı sığorta müqaviləsinin şərtlərini və bu Şərtləri yerin yetirmədikdə, sığorta müqaviləsinin icrasından birtərəfli qaydada imtina etmək və ya sığorta müqaviləsinə xitam verilməsini tələb etmək;
15.3.5. Sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi zaman Sığortalıya təqdim etməli. Xxxxxx dərəcəsi dəyişdikdə, sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini tələb etmək. Əhəmiyyatli hal haqqında ərizə formasında yanlış məlumatlar olduğu sonradan aşkarlanarsa, Sığortaçı müqavilədən imtina edə bilər
15.3.6. sığorta hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsinə dair Sığortalı ilə danışıqlar aparmaq və razılığa gəlmək;
15.3.7. Sığortalının maraqlarını məhkəmədə təmsil etmək və ya digər şəkildə sığorta hadisəsi ilə bağlı Sığortalının hüquqi müdafiəsini həyata keçirmək. Sığortaçının bu hüququ onun öhdəliyi deyil.
15.3.8. Mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar.
Sığortaçının öz peşəkar fəaliyyəti nəticəsində Sığortalı (məsuliyyət riski sığortalanan şəxs), zərər çəkmiş üçüncü şəxs və onların əmlak vəziyyəti haqqında əldə etdiyi məlumatı açıqlamaq hüququ yoxdur. Sığorta sirrinin pozulmasına görə Sığortaçı pozulmuş hüquqların növündən və xarakterindən asılı olaraq mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
15.4. Sığortaçının aşağıdakı vəzifələri var:
15.4.1. Sığortalını sığorta qaydaları ilə xxxxx etməli;
15.4.2. Bu qaydaların və sığorta müqaviləsinin müddəalarına riayət etmək;
15.4.3. Qanunvericliklə nəzərdə tutulmuş hallardan başqa, Sığortalı şəxsin əmlak vəziyyəti, ocümlədən kommersiya xxxxx xxxx məlumatları yaymamaq;
15.4.4. Sığorta hadisəsinin baş verməsi haqqında məlumat aldıqdan sonra zərərin tənzimlənməsi ilə bağlı məsələlərin baxılmasına başlamaq, sığorta hadisəsinin hallarını aydınlaşdırmaq, sığorta aktını tərtib) etmək;
15.4.5. Sığorta hadisəsi üzrə bütün zəruri sənədləri aldıqdan sonra 15 iş günü ərzində sığorta ödənişini vermək (va ya əsas olduqda ödənişdan imtina etmək).
15.4.6. Mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr
16. Zərərin müəyyən edilməsi və sığorta ödənişinin verilməsi.
16.1. Sığorta hadisəsi nəticəsində baş vermiş zərərin məbləği aidiyyatı üzrə məhkəmədə həll edilir. Bu zaman bütün sığorta ödənişləri sığorta müqaviləsi ilə müəyyən olunmuş məbləğ həddində verilir. Sığorta ödənişi zamanı azadolma haqqında şərtlər nəzərə alınır.
16.2. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
16.2.1. sığortalının sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı tələbi (ərizə, müraciət);
16.2.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafıq sənəd;
16.2.3. Sığortalının zərər üzrə öhdəliyini sübut edən məhkəmənin qətnaməsi;
16.3. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu minimal zəruri xxxx sənədlərin toplusudur. Sığortaçı zərurət yarandıqda sığortalıdan sığorta hadisəsinin baş verməsi səbəblərini və faktını, həmçinin dəyən zərərin həcminin müəyyən edilməsi üçün zəruri xxxx digər sənədlərin təqdim edilməsini tələb etməyə haqlıdır.
16.4. Sığorta müqaviləsində nəzərdə tutulduğu halda ödənilən zərər məbləğinə həmçinin sığorta hadisəsi zamanı zərərin azaldılması və ya qarşısının alınması üçün görülən məqsədyönlü tədbirlərə çəkilən xərclər da daxil ediləcəkdir, xxxxx ödəniş məbləği sığorta müqaviləsi ilə müəyyən olunmuş sığorta məbləğindən artıq ola bilməz.
16.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş tələb etmə müddətlərində Sığortaçının sığorta ödənişi verməsindən imtina etməsinə əsas verən hallar müəyyən edilərsə, Sığortalı almış olduğu sığorta ödənişi məbləğini Sığortaçıya xxxx qaytarmalıdır.
16.6. Sığorta olunan, mülki məsuliyyətini başqa sığortaçılarda da eyni risklərə qarşı və eyni müddətə sığorta etdirmişdirsə, sığorta hadisəsi baş verdikdə, Sığortaçılar zərəri proporsional qaydada ödəyirlər.
17. Subroqasiya
17.1. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə
qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
17.2. Sığortalı sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
17.3. Sığortalı zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
17.4. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafıq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı qarşısında maddi məsuliyyət daşıya bilən digər qarşı istifadə edə bilər.
18. Ödənişdən imtinanın əsasları
18.1. Sığortaçının sığorta ödənişi verməkdən imtina etməsi əsasları aşağıdakılardır:
18.1.1. Sığortalının sığorta hadisəsinin baş verməsinə yönələn qərəzli hərəkətləri;
18.1.2. Sığortalının sığorta hadisəsi ilə bilavasitə səbəb əlaqəsində xxxx qəsdən törədilmiş cinayət əməlləri;
18.1.3. Sığorta olunanın sığorta obyekti və ya sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yalan məlumatlar verməsi;
18.1.4. Sığortalının sığorta müqaviləsi üzrə sığorta riskinin səviyyəsinin artması haqqında məlumat verməməsi;
18.1.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallar.
18.2. Sığorta müqaviləsində sığorta ödənişi verməkdan imtina etməya əlavə əsaslar nəzərdə tutulabilər.
18.3. Sığorta ödənişi verməkdən imtina edilməsi haqqında qərar Sığortaçı tərəfindən qəbul edilir və Sığorta olunana, imtinanın əsaslandırılmış səbəbləri göstərilməklə müqavilə ilə müəyyən olunmuşmüddətlərdə yazılı surətdə bildirilir.
19. Tərəflərin məsuliyyəti
19.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə ya ya lazımı qaydada yerinə yetirilməməsinəgörə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
20. İş sirlərinin gizli saxlanılması
20.1. Sığortaçı, Sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı halda Sığortalıya dəyən maddi və ya mənəvi zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
21. Mübahisələrin həlli qaydası
21.1. Bu Qaydalara əsasən bağlamış sığorta müqaviləsındən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Aızərbaycan Respublikasının qanunvericiliyinə müvafıq olaraq məhkəmələr vasitəsilə həll edilir.
"Atəşgah Sığorta" ASC
Öhdəliklərin yerinə yetirilməməsinə görə mülki məsuliyyətin sığortası üzrə tarif dərəcələrinin əsaslandırılması
1. Bu sığorta növü üzrə bu əlavənin 2-ci bəndində göstərilən hallar nəzərə alınmaqla Sığortaçı tərəfindən 0,3- 9% arasında sığorta tarifi tətbiq edilə bilər. Hər bir xxxxx xxxxxx fərdi xarakteristikası nəzərə alınaraq, bu tariflər Sığortaçı tərəfindən artırıla və ya azaldıla bilər.
2. Sığorta riskinin səviyyəsi Sığortaçı tərəfindən, müqavilə iştirakçılarının balansının likvidliliyi və ödənilməsindən; müqavilənin səmərəliliyindən; müqavilə iştirakçılarının ödəniş qabiliyyyətliliyi və maliyyə sabitliyindən; müqavilənin qüvvədə olma müddətindən; müqavilədə iştirakçı tərəflərdən; razılaşma və ya müqavilənin növündən, öhdəliklərin icrası qaydasından, müqavilənin icrasına dair əlavə təminatların olub-olmamasından, inflyasiyanın sığortalanan səviyyəsindən, sığorta müqaviləsinin müddətindən, sığortalanan risklərin növü və sayından asılı olaraq müəyyən edilir.
3. Müqavilələr 1 ildən az müddətdə bağlandıqda sığorta mükafatı 1 xxxxx cədvəl əsasında ümumi illik sığorta mükafatının əmsala hasili kimi faizlə müəyyən edilir.
1 xxxxx cədvəl
Müqavilənin aylarla qüvvədə olma müddəti | ||||||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
Ümumi illik mükafatın xxxxx | ||||||||||
20 | 30 | 40 | 50 | 60 | 70 | 75 | 80 | 85 | 90 | 95 |
4. Əgər sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə tərəflərin razılığı əsasında Sığortaçının məsuliyyət limiti artırsa, bu halda əlavə sığorta haqqı aşağıdakı düstur əsasında hesablanır:
SHəlav = (SM2 – SM1) T/12
Burada:
SM 1, SM2 - il ərzində məsuliyyətin ilkin və son limiti üzrə sığorta mükafatı;T - müqavilənin sonuna qədər tam ayların sayı.
5. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə sığorta haqqının qaytarılmalı hissəsi aşağıdakı düstur əsasında müəyyən edilir:
SHq = SM1 (1-Ə)
Burada:
SM1 - illik sığorta mükafatı;
Ə – sığorta mükafatının istifadə əmsalı (2 xxxxx cədvəl üzrə müəyyən edilir)
2 xxxxx cədvəl
Müqavilənin aylarla qüvvədə olma müddəti | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
Əmsal (ə) | 0,2 | 0,35 | 0,5 | 0,6 | 0,65 | 0,7 | 0,75 | 0,8 | 0,85 | 0,9 | 0,95 | 1 |
Sığortanın xarakteristikasından, sığorta riskinin dərəcəsinə təsir edən faktorlardan, azadolma məbləğindən və
s. səbəblərdən asılı olaraq yuxarıda xxxxxx xxxxx tarif dərəcəsinə azaldıcı (0,1 - 1) və artırıcı (1 - 9) əmsallar tətbiq edilə bilər.
6. Tarif dərəcəsinin strukturu: netto-dərəcə-50%,yüklənmə -50%. O cümlədən işlərin aparılmasıxərcləri - 44%,qarşısıalınmaz tədbirlər fonduna ayırma - 0,3%, tarif mənfəəti - 5,7%.