Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 avqust tarixli 156 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
“Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 140 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş xxxxxx A. XXXXXXXX
Bakı şəhəri, 19 avqust 2005-ci il
№ 156
Layihə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 avqust tarixli 156 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin
qeydiyyatdan keçirilməsi1 Q A Y D A L A R I
Bu Qaydalar “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 140 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanmışdır və məlumat toplularının rəsmi qeydiyyatdan keçirilməsi, qeydiyyat haqqında şəhadətnamənin verilməsi, rəsmi reyestrin aparılması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi ilə bağlı qaydaları müəyyən edir.
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Müəlliflik hüququ ilə qorunan məlumat toplularına müstəsna müəlliflik hüququnun sahibi (sahibləri) hüquqların qüvvədə olduğu müddətdə onu “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xüsusi qorunma hüququ ilə qorunan məlumat toplularının (bundan sonra - məlumat toplusu) istehsalçısı (istehsalçıları) isə (tərkibində dövlət sirrinə aid informasiyalar xxxx məlumat toplusu istisna olmaqla) hüquqların qüvvədə olduğu müddətdə bu cür məlumat toplusunu “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində (bundan sonra - Agentlik) qeydiyyatdan keçirə bilər(lər).2
1.2. Müəlliflik hüququ ilə qorunan məlumat toplusunun qeydiyyatı “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” və “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Müəlliflik hüququ obyektlərinin qeydiyyatı Qaydaları”na və bu Qaydalara, xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusu isə “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qaydalara uyğun olaraq tənzimlənir.
1.3. Məlumatların seçilməsinə və düzümünə görə yaradıcılıq fəaliyyətinin nəticəsi xxxx məlumat topluları müəlliflik hüququ ilə, maliyyə vəsaitləri, yaxud vaxt və enerji (resurs)
məsrəfləri şəklində əhəmiyyətli sərmayə qoyuluşu hesabına yaradılmış məlumat topluları isə xüsusi qorunma hüququ ilə qorunur.
1.4. Rəsmi qeydiyyat üçün təqdim edilmiş məlumat toplusunun xüsusi qorunma hüququ ilə qorunma meyarı kimi əsas götürülən maliyyə vəsaitlərini, vaxt və enerji (resurs) məsrəfləri şəklində əhəmiyyətli sərmayə qoyuluşunu təsdiq edən sənədlər iddiaçının özü tərəfindən təqdim olunmalıdır.
1.5. Tərkibində dövlət sirrinə aid informasiyalar xxxx məlumat toplusu Agentlikdə qeydiyyatdan keçirilmir.
1.6. Müəlliflik hüququ ilə qorunan məlumat toplusuna müstəsna hüquq sahibləri və ya (və) xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusunun istehsalçıları qismində aşağıdakı şəxslər məlumat toplusunu rəsmi qeydiyyatdan keçirə bilərlər:
Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
Azərbaycan Respublikasının hüquqi şəxsləri;
Azərbaycan Respublikasının müəlliflik hüququ və əqli mülkiyyətlə bağlı xüsusi qorunma hüququ sahəsində qoşulduğu beynəlxalq müqavilələrə əsasən xarici fiziki və hüquqi şəxslər; bu bənddə göstərilən şəxslərin varisləri, həmçinin qeydiyyatdan keçirilmiş məlumat toplusuna müqavilə əsasında hüquqların tam verildiyi şəxslər və ya onların varisləri.
2. MƏLUMAT TOPLULARININ QEYDİYYATA ALINMASI VƏ ŞƏHADƏTNAMƏNİN VERİLMƏSİ
2.1. Qeydiyyat üçün təqdim edilən məlumat toplusu obyektiv formada (maddi daşıyıcıda) olmalıdır.
2.2. Müəlliflik hüququ və ya xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusunun rəsmi qeydiyyatına görə qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilir.3
2.3. Agentlikdə rəsmi qeydiyyatdan keçirilən xüsusi qorunma hüququ ilə qorunan açıqlanmamış məlumat toplusu qorunduğu müddətdə açıqlandıqda (qeyri-müəyyən şəxslər dairəsinə təqdim edildikdə), onun istehsalçısı Agentliyə rəsmi qaydada müraciət etməli və açıqlanmanı təsdiq edən sənəd təqdim etməlidir. Tələb olunan zəruri sənədlər təqdim edildikdən sonra Agentlik tərəfindən istehsalçıya nümunəsi bu Qaydalara əlavə edilmiş xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusunun rəsmi qeydiyyatı haqqında şəhadətnaməyə əlavə (məlumat toplusunun açıqlanmasına dair) verilir (3 nömrəli əlavə) və dəyişikliklər barədə məlumat müvafiq reyestrə daxil edilir.
2.4. Agentlikdə qeydiyyatdan keçirilmiş xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusuna sonradan əhəmiyyətli dəyişikliklər və əlavələr edilərsə, onun istehsalçısı Agentliyə rəsmi qaydada müraciət etməli və əlavələri və dəyişiklikləri təsdiq edən sənədləri təqdim etməlidir. Tələb olunan zəruri sənədlər təqdim edildikdən sonra Agentlik tərəfindən istehsalçıya bu Qaydalara 4 nömrəli əlavədə göstərilən xüsusi qorunma hüququ
ilə qorunan məlumat toplusunun qeydiyyatı haqqında şəhadətnaməyə əlavə (yeni əhəmiyyətli dəyişikliklər barədə) verilir və əlavə və dəyişikliklər barədə məlumat müvafiq reyestrə daxil edilir.
2.5. Dövlət sifarişi və vəsaiti əsasında dövlət ehtiyacları üçün yaradılmış məlumat toplusuna əmlak hüquqları dövlətə məxsusdur və belə məlumat toplusu dövlət sifarişçilərinin səlahiyyətli təmsilçisi tərəfindən rəsmi qeydiyyat üçün təqdim edilə bilər. Dövlət sifarişi və vəsaiti əsasında dövlət ehtiyacları üçün yaradılmış məlumat toplusuna əmlak hüquqlarının sahibi göstərilmədiyi halda məlumat toplusunun qeydiyyatı yalnız onun hüquq sahibi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyənləşdirildikdən sonra aparılmalıdır.
2.6. Məlumat toplusunun qeydiyyatı üçün ərizəyə aşağıdakı sənəd və materiallar əlavə olunmalıdır:
məlumat toplusuna hüquqları təsdiqləyən sənəd; məlumat toplusunu əks etdirən materialın nüsxəsi;
müəlliflik hüququ ilə qorunan məlumat toplusunun dövlət qeydiyyatı aparıldığı halda dövlət rüsumunun ödənilməsi barədə sənəd;4
məlumat toplusunun xüsusi qorunma hüququ ilə qorunma meyarı kimi əsas götürülən maliyyə vəsaitlərini, vaxt və enerji məsrəfləri şəklində əhəmiyyətli sərmayə qoyuluşunu təsdiqləyən sənəd;
xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusunun rəsmi qeydiyyatının aparıldığı halda dövlət rüsumunun ödənilməsi barədə sənəd;
sənədlər təmsilçi vasitəsilə təqdim edildikdə, təmsilçiliyi təsdiq edən sənəd.
Məlumat toplusunun qeydiyyatı üçün təqdim edilən sənədlər yalnız bir məlumat toplusuna aid olmalıdır. Məlumat toplusu həm müəlliflik hüququ, həm də xüsusi qorunma hüququ ilə qorunduğu halda müvafiq sənədlər iki nüsxədə təqdim edilməlidir. Sənədlərin və onlarda əks olunan məlumatların doğruluğuna iddiaçı cavabdehdir.
Qeydiyyat üçün sənədlər bilavasitə Agentliyə təqdim oluna və ya poçtla göndərilə bilər.
Məlumat toplusunun qeydiyyatı üçün sənədlər Agentliyə Azərbaycan dilində təqdim olunmalıdır. Əgər qeydiyyatla bağlı sənədlər xarici dildədirsə, həmin sənədlər Azərbaycan dilinə tərcümə edildikdən və müvafiq qaydada təsdiqləndikdən sonra Agentliyə təqdim olunmalıdır.
2.7. Müəlliflik hüququ və xüsusi qorunma hüququ ilə qorunan, rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusunun qeydiyyatı haqqında müvafiq şəhadətnamə verilir.
2.8. Müəlliflik hüququnun obyekti xxxx məlumat toplusu Agentlikdə rəsmi qeydiyyatdan keçirildikdə, bu Qaydalara 1 nömrəli əlavədə göstərilən şəhadətnamə verilir.
2.9. Xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusu Agentlikdə rəsmi qeydiyyatdan keçirildikdə, bu Qaydalara 2 nömrəli əlavədə göstərilən şəhadətnamə verilir.
2.10. Müstəsna hüquq sahibləri xxxx şərik müəlliflər və ya şərik istehsalçılar tərəfindən yaradılmış məlumat toplusunun qeydiyyata alınması üçün şərik müəlliflərdən və ya istehsalçılardan hər biri, aralarındakı müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa,
müstəqil qaydada qeydiyyat üçün müraciət edərək, qeydiyyat haqqında şəhadətnamə ala bilərlər.
3. MƏLUMAT TOPLUSUNUN REYESTRİNİN APARILMASI
3.1. Rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusu müvafiq reyestrə daxil edilir.
3.2. Məlumat toplusunun reyestri (bundan sonra - reyestr) məlumat toplusunun rəsmi qeydiyyata alınması, qeydiyyat haqqında şəhadətnamənin verilməsi və qeydiyyatla bağlı müvafiq dəyişikliklərin edilməsi üçün rəsmi sənəddir.
3.3. Xxxxxxx Agentlikdə saxlanılan nömrələnmiş, qaytanlanmış və möhürlə təsdiqlənmiş kitabdır. 5
3.4. Reyestrin aparılması ilə bağlı beynəlxalq qaydalara və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının müvafiq standartlarına uyğun olaraq qeydiyyat zamanı reyestrə aşağıdakı göstəricilər daxil edilir:
məlumat toplusunun qeydiyyat tarixi və qeydiyyat nömrəsi; rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusunun adı;
rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna verilən şəhadətnamənin nömrəsi; məlumat toplusunun qeydiyyatdan keçirilməsi üçün sifariş sənədinin tarixi və nömrəsi; məlumat toplusu dövlət ehtiyacları üçün yaradıldığı halda dövlət sifarişçisi barədə
məlumat;
müəllifin (müəlliflərin) və ya müəlliflik hüququnun digər sahibinin (sahiblərinin), yaxud istehsalçının soyadı, adı, atasının adı, ünvanı, ölkənin kodu (hüquqi şəxs olduğu halda adı, ünvanı, ölkənin kodu).
3.5. Reyestrə aşağıdakı məlumatlar əlavə edilə bilər:
məlumat toplusuna hüquqların digər fiziki, yaxud hüquqi şəxsə tam və ya qismən verilməsi barədə məlumat;
rəsmi qeydiyyatdan keçirilmiş xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusunun açıqlanması (qeyri-müəyyən şəxslər dairəsinə təqdim edilməsi) barədə məlumat;
rəsmi qeydiyyatdan keçirilmiş xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusuna əhəmiyyətli əlavə və ya dəyişikliklərin edilməsi barədə məlumat;
hüquqların verilməsi barədə müqavilənin imzalandığı tarix, yer və tərəflər barədə məlumat;
müəllifin və ya istehsalçının adlarının dəyişdirilməsi haqqında məlumat.
3.6. Müəlliflik hüququ ilə qorunan məlumat toplusunun və xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusunun reyestri ayrı-ayrılıqda aparılır,
ikili qorunma ilə qorunan məlumat toplusu ayrı-ayrı reyestrlərə daxil edilməklə “*” işarəsi ilə göstərilir və bu reyestrdə onların müvafiq qeydiyyat nömrəsinə istinad edilir.
4. RƏSMİ QEYDİYYATDAN KEÇİRİLMİŞ MƏLUMAT TOPLUSUNA
HÜQUQLARIN TAM VƏ YA QİSMƏN VERİLMƏSİ HAQQINDA MÜQAVİLƏNİN QEYDİYYATDAN KEÇİRİLMƏSİ
4.1. Rəsmi qeydiyyatdan keçirilmiş müəlliflik hüququ və ya xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusuna hüquqlar digər fiziki və ya hüquqi şəxslərə yazılı müqavilə əsasında tam və ya qismən verilə bilər.
4.2. Rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların digər fiziki və ya hüquqi şəxslərə tam və ya qismən verilməsi barədə müqavilə Agentlikdə qeydiyyatdan keçirilməlidir. Bu müqavilə qeydiyyata alındığı andan qüvvəyə minir.
4.3. Müəlliflik hüququ və ya xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusuna hüquqların digər fiziki və hüquqi şəxslərə tam və ya qismən verilməsi haqqında müqavilənin rəsmi qeydiyyatına görə qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilir.6
4.4. Məlumat toplusuna hüquqların verilməsi barədə qeydiyyatdan keçirilmiş müqavilə, həmçinin müəllifin və ya istehsalçının adlarının dəyişdirilməsi barədə məlumatlar müvafiq reyestrə daxil edilir.
4.5. Məlumat toplusuna hüquqların digər fiziki və ya hüquqi şəxslərə tam və ya qismən verilməsi barədə müqavilədə əmlak hüquqlarının həcmi, məlumat toplusundan istifadə üsulları, hüquqların verildiyi müddət, ərazi və tərəflər razı olduğu halda maliyyə şərtləri göstərilməlidir.
4.6. Rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatının aparılması üçün sifarişçi və məlumat toplusuna əvvəlki hüquq sahibi Agentlik tərəfindən müəyyən edilmiş formaya uyğun ərizəni doldurmalıdırlar.7
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
məlumat toplusuna hüquqların verilməsi barədə müqavilənin qanunvericilikdə nəzərdə tutulan qaydada təsdiqlənmiş surəti;
məlumat toplusunun rəsmi qeydiyyatı haqqında şəhadətnamənin əsli;
Müəlliflik hüququ və ya xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi barədə müqavilənin qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi haqqında sənəd.8
Qeydlər:
Xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusuna hüquqların digər fiziki və hüquqi şəxslərə tam verildiyi halda məlumat toplusunun rəsmi qeydiyyatı haqqında əvvəl verilmiş şəhadətnamə qüvvədən düşür.
Dövlət ehtiyacları üçün dövlət vəsaiti hesabına yaradılan məlumat toplusundan istifadə hüququnun əvəzsiz verilməsi haqqında müqavilə bu Qaydaların tələblərinə uyğun olaraq qeydiyyatdan keçirilə bilər.
5. RƏSMİ QEYDİYYAT ÜÇÜN SƏNƏDLƏRƏ BAXILMASI
5.1. Məlumat toplusunun rəsmi qeydiyyatı və ya rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi barədə müqavilənin qeydiyyatı üçün Agentliyə daxil xxxx ərizə müvafiq qaydada qeydə alınır. Rəsmi qeydiyyat üçün tələb olunan sənədlərdə çatışmazlıqlar aşkar edildiyi halda, bu barədə ərizəçiyə məlumat verilir. Sənədlərdəki çatışmazlıqlar ərizəçi tərəfindən aradan qaldırıldıqdan sonra məlumat toplusunun rəsmi qeydiyyatı ilə əlaqədar təqdim edilmiş sənədlər müvafiq qaydada baxılmaq üçün qəbul edilir və sifarişçinin tələbi ilə bu barədə ona müvafiq arayış verilir.
5.2. Qeydiyyat üçün tələb olunan sənədlər tam təqdim edildikdən sonra həmin sənədlərə Agentlikdə bir ay müddətində baxılır. Sənədlər “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” və “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası qanunlarının, “Müəlliflik hüququ obyektlərinin qeydiyyatı Qaydaları”nın və bu Qaydaların tələblərinə uyğundursa, məlumat toplusu və ya rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi barədə müqavilə Agentlikdə qeydiyyata alınır.
Qeydlər:
Qeydiyyat üçün sifariş sənədinə daxil xxxx material və sənədlərin forma və məzmununa dair Təlimat Agentlik tərəfindən müvafiq qaydada təsdiq edilir. 9
Rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların digər fiziki və hüquqi şəxslərə tam verilməsi barədə müqavilə Agentlikdə qeydiyyatdan keçirildikdən sonra müqavilə əsasında məlumat toplusuna müstəsna hüquqları əldə etmiş şəxsin yeni şəhadətnamə almaq hüququ vardır, hüquqlar qismən verildiyi halda isə Agentlik tərəfindən müvafiq arayış verilir.
6. MƏLUMAT TOPLUSUNUN VƏ MÜQAVİLƏNİN QEYDİYYATINDAN İMTİNA
Məlumat toplusunun qeydiyyatı üçün sənədlər “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” və “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası qanunlarının, “Müəlliflik hüququ obyektlərinin qeydiyyatı Qaydaları”nın və bu Qaydaların tələblərinə uyğun olmadıqda, məlumat toplusunun, həmçinin rəsmi qeydiyyatdan keçirilməmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi barədə müqavilənin qeydiyyatından imtina edilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 16 fevral 2009-cu il tarixli 28 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 151)
2. 8 fevral 2010-cu il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №02, maddə 151)
3. 29 may 2013-cü il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 09 iyun 2013-cü il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 582)
4. 15 dekabr 2017-ci il tarixli 557 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 dekabr 2017-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2505)
5. 19 sentyabr 2018-ci il tarixli 405 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(“Xalq” qəzeti 21 sentyabr 2018-ci il, № 211)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1 19 sentyabr 2018-ci il tarixli 405 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 21 sentyabr 2018-ci il, № 211) ilə “Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları”na 1 və 2 nömrəli əlavələrində “MÜƏLLİF HÜQUQLARI” sözləri “ƏQLİ MÜLKİYYƏT” sözləri ilə, “COPYRIGHT” sözü “INTELLECTUAL PROPERTY” sözləri ilə və “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilmişdir.
19 sentyabr 2018-ci il tarixli 405 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 21 sentyabr 2018-ci il, № 211) ilə “Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları”na 3 və 4 nömrəli əlavələrində “MÜƏLLİF HÜQUQLARI” sözləri “ƏQLİ MÜLKİYYƏT” sözləri ilə və “COPYRIGHT” sözü “INTELLECTUAL PROPERTY” sözləri ilə əvəz edilmişdir.
2 19 sentyabr 2018-ci il tarixli 405 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 21 sentyabr 2018-ci il, № 211) ilə “Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları”nın 1.1-ci bəndində “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilmişdir.
3 8 fevral 2010-cu il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №02, maddə 151) ilə “Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları”nın 2.2-ci bəndində “Xüsusi” sözü “Müəlliflik hüququ və ya xüsusi” sözləri ilə əvəz edilmişdir.
4 16 fevral 2009-cu il tarixli 28 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 151) ilə ”Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam
və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları”nın ilə 2.6-cı bəndin dördüncü abzasında “ödəniş” sözü “dövlət rüsumunun ödənilməsi» sözləri ilə əvəz edilmişdir.
29 may 2013-cü il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 09 iyun 2013-cü il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 582) ilə “Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları”nın 2.6-cı bəndinin dördüncü və altıncı abzaslarında və 4.6-cı bəndinin beşinci abzasında “qəbz” sözü “sənəd” sözü ilə əvəz edilmişdir.
5 19 sentyabr 2018-ci il tarixli 405 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 21 sentyabr 2018-ci il, № 211) ilə “Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları”nın 3.3-cü bəndində “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində” sözləri “Agentlikdə” sözü ilə əvəz edilmişdir.
6 16 fevral 2009-cu il tarixli 28 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 151) ilə “Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları”nın 4.3-cü bənddə “xüsusi” sözü “Müəlliflik hüququ və ya xüsusi” sözləri ilə əvəz edilmişdir.
7 15 dekabr 2017-ci il tarixli 557 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 dekabr 2017-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2505) ilə Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları”nın 4.6-cı bəndinin birinci abzasında “nümunəsi Agentlik tərəfindən təsdiqlənmiş ərizə formasını” sözləri “Agentlik tərəfindən müəyyən edilmiş formaya uyğun ərizəni” sözləri ilə əvəz edilmişdir.
8 16 fevral 2009-cu il tarixli 28 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 151) ilə “Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları”nın və 4.6-cı bəndin beşinci abzasında “xüsusi” sözü “Müəlliflik hüququ və ya xüsusi” sözləri ilə əvəz edilmişdir.
9 15 dekabr 2017-ci il tarixli 557 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 dekabr 2017-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2505) ilə Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları”nda 5-ci hissənin “Qeydlər”inin ikinci abzası ləğv edilmişdir.