Contract
I. Azərbaycan Respublikası Təhsil Nazirliyi 2019-2020-ci tədris ilinə dərsliklərin, metodik vəsaitlərin, iş dəftərlərinin, məktəb sənədlərinin və dövlət nümunəli təhsil sənədləri blanklarının çapına dair keçirilən açıq tenderdə iştirak etməyə dəvət edir (ikinci elan).
Tender 8 lot üzrə keçirilir:
LOT 1 - Məktəbəhazırlıq proqramı üzrə 3 adda 167046 nüsxə dərslik və metodik vəsaitlərin çapı
LOT 2 - Ümumi təhsil proqramı (kurikulumu) üzrə 136 adda 2367640 nüsxə dərslik və metodik vəsaitlərin çapı
LOT 3 - Ümumi təhsil proqramı (kurikulumu) üzrə 95 adda 2235633 nüsxə dərslik və metodik vəsaitlərin çapı
LOT 4 - Ümumi təhsil proqramı (kurikulumu) üzrə 71 adda 632954 nüsxə dərslik
və metodik vəsaitlərin çapı
LOT 5 - Ümumi təhsil proqramı (kurikulumu) üzrə 16 adda 424371 nüsxə dərslik və metodik vəsaitlərin çapı
LOT 6 - Ümumi təhsil proqramı (kurikulumu) üzrə 40 adda 400000 nüsxə iş dəftərlərinin çapı
LOT 7 - 17 adda 447200 nüsxə məktəb sənədlərinin çapı
LOT 8 - 21 adda 317050 nüsxə dövlət nümunəli təhsil sənədləri blanklarının çapı
II. Tenderdə Ermənistan Respublikası və BMT-nin Təhlükəsizlik Şurasının embarqo qoyduğu ölkələr istisna olmaqla bütün digər ölkələrdən malgöndərənlər (podratçılar) iştirak edə bilərlər.
III. Tender iştirakçıları yazılı ərizə ilə (lot(lar) göstərilməklə) müraciət etdikdən, seçdiyi hər bir lot üzrə 1000 (min) manat məbləğində (heç bir xxxxx xxxx qaytarılmayan) iştirak haqqını ödədikdən sonra tenderin “Əsas şərtlər toplusu”nu əldə edirlər. İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:
Bakı şəhəri, AZ1008, Xxxxx xxxxxxxxx, 00, Xxxxxxxxxx Respublikası Təhsil Nazirliyi, VÖEN 1500046011, DXA, VÖEN: 1401555071, Коd 210005, Мüxbir hesabı XX00XXXX00000000000000000000, S.W.I.F.T. – CTREAZ22, Hesab
№ XX00XXXX00000000000000000000 Fond 7 Büdcə gəlirlərinin təsnifatı 142340 sair daxil olmalar.
IV. Satınalan təşkilat tender təkliflərinin təqdim edilməsindən əvvəl malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurlarını keçirəcəkdir. İxtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurlarında iştirak etmək istəyən malgöndərənin (podratçının) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun olmalı və tələb olunan sənədlər və məlumatlar 05 aprel 2019-cu il saat 18.00-dək tender komissiyasına təqdim edilməlidir:
1) Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olmasının təsdiqi kimi aşağıdakılar təqdim olunmalıdır:
- malgöndərənin (podratçının) son üç il ərzində dərsliklər, metodik vəsaitlər, iş dəftərləri, məktəb sənədləri və dövlət nümunəli təhsil sənədlərinin çapı sahəsində azı 2 (iki) milyon manat məbləğində icra edilmiş müqavilələrinin əsllərinin surətləri;
- malgöndərənin (podratçının) texniki imkanları (avadanlıqları) haqqında məlumat;
- son bir il ərzində maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış və bank rekvizitləri;
- idarəetmə heyətinin və digər işçilərin ixtisas göstəriciləri və təcrübəsi haqqında məlumat.
2) Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmasının təsdiqi kimi aşağıdakılar təqdim olunmalıdır:
- dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında xxxx ildə təsdiq edilmiş surəti;
- hüquqi şəxsin dövlət reyestrindən çıxarışının notariat qaydasında xxxx ildə təsdiq edilmiş surəti;
- hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında xxxx ildə təsdiq edilmiş surəti.
3) Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, eləcə də Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamasının təsdiqi kimi aşağıdakılar təqdim olunmalıdır:
- vergilərə və digər icbari ödənişlərə o cümlədən, sosial sığorta ödənişlərinə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq səlahiyyətli orqanın arayışı (tender elanının verildiyi tarixə);
- son bir il ərzində maliyyə dövriyyəsini əks etdirən və səlahiyyətli orqanlar tərəfindən təsdiq olunmuş vergi bəyannaməsi.
4) Satınalma prosedurunun başlanmasından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yalnış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamasının təsdiqi kimi məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat təqdim olunmalıdır.
V. Satınalan təşkilat malgöndərənə (podratçıya) ixtisas uyğunluğunun müəyyənləşdirilməsinin nəticələri barədə məlumat verir. İxtisas uyğunluğu tələblərinə cavab verən malgöndərənlər (podratçılar) iddiaçı statusu alır və tenderdə iştirakı davam etdirir, ixtisas uyğunluğu tələblərinə cavab verməyən malgöndərənlər (podratçılar) isə tenderdə iştirakdan kənarlaşdırılır.
VI. Tenderin “Əsas şərtlər toplusu”nun təqdim edilməsindən sonra onun izahı ilə bağlı satınalan təşkilat iştirakçılarla rəsmi görüş keçirə bilər.
VII. Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilir. Xxxxxxxx prosedur qaydaları, təkliflərin təqdim edilməsi və təkliflərin qiymətləndirilməsi və müqayisəsi “Əsas şərtlər toplusu”nda öz əksini
tapır. Tender iştirakçısı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu, “Əsas şərtlər toplusu”nun məzmunu, o cümlədən iştirakçılar üçün təlimatlar, tender sənədlərinin formaları, müqavilə şərtləri, texniki şərtlər və s. ilə xxxxx olmalıdır. İddiaçının bu sənədlər və tender təklifi haqqında tam təsəvvürü, məlumatı olmaması və “Əsas şərtlər toplusu”nun tələblərinə uyğun gəlməyən təklif verməsi onun tender təklifinin kənarlaşdırılması ilə nəticələnə bilər.
VIII. İddiaçılar “Əsas şərtlər toplusu”nda göstərilən bütün lotlar və ya iştirak etmək istədiyi lotlar üzrə yalnız bir tender təklifi verə bilər.
IX. Hər bir lot üzrə azı üç təklif təqdim olunduqda tender proseduru baş tutmuş hesab edilir. Üçdən az təklif daxil xxxx lot üzrə tender proseduru baş tutmamış elan edilir, satınalan təşkilat həmin lot üzrə tenderin davamından imtina edir və təqdim olunan tender təklifləri açılmadan xxxx qaytarılır.
X. Tender təklifi hər bir lot üzrə ayrı-ayrılıqda, eyni vaxtda təqdim olunmalıdır.
- Tender təklifi zərflər açıldığı gündən sonra 90 (doxsan) bank günü qüvvədə qalır. Tender təklifinin təminatı təklifin qüvvədə olma müddətindən 30 (otuz) bank günü xxx olmalıdır (konkret tarixlər göstərilməklə).
- İddiaçı iştirak etdiyi hər bir lot üzrə tender təklifini, təklifin təqdimat vərəqəsini, təklifin dəyərinin 1 (bir) xxxxx həcmində xxxx bank təminatını “Dövlət satınalmaları haqqında” Qanunun və “Əsas şərtlər toplusu”nun tələblərinə uyğun hazırlayaraq bir ədəd “Əsli” və bir ədəd “Surəti” olmaqla, ayrı-ayrı zərflərdə ümumi bir zərfin içində təqdim edir. Hər bir zərf üzərində satınalan təşkilatın və iddiaçının adı, ünvanı, xxxxx nömrəsi qeyd olunmaqla iddiaçı tərəfindən imzalanmalı, möhürlənməlidir. İddiaçılar tender təkliflərinin zərflərini 19 aprel 2019-cu il saat 18.00-dək tender komissiyasına təqdim etməlidirlər. Tender təklifləri xxxx zərflərin açılışı 22 aprel 2019-cu il saat 15.00-da Bakı şəhəri, Xətai prospekti 49-da yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin iclas zalında keçirilir (iddiaçıların nümayəndələri tender iclasında iştirak edə bilərlər).
XI. İxtisas göstəricilərinə dair iddiaçı statusu almış və “Əsas şərtlər toplusu”nun tələblərinə cavab verən, ən sərfəli (aşağı) qiymət təklif etmış iddiaçı(lar) tenderin qalibi olur.
XII. Tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin “Əsas şərtlər toplusu”nda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 xxxxx həcmində güzəştli düzəliş tətbiq edilir.
XIII. Tenderin bütün sənədləri Azərbaycan dilində tərtib olunmalıdır. Qiymət təklifləri Azərbaycan manatı ilə verilməlidir.
XIV. Çap olunmuş məhsullar son təyinat məntəqələrinə aşağıdakı qrafik əsasında təhvil verilməlidir:
Lotlar | Son təyinat məntəqələri | Təhvil verilmə müddəti |
I, II, III, IV, V və VII lotlar üzrə çap məhsulları | Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin Salyan şosesi, 14 ünvanında yerləşən anbarı | 25 avqust 2019- cu il tarixinədək |
VI lot üzrə çap məhsulları | Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin Salyan şosesi, 14 ünvanında yerləşən anbarı | 10 dekabr 2019- cu il tarixinədək |
VIII lot üzrə çap məhsulları | Bakı şəhəri, Xətai prospekti 49-da yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyi | 31 may 2019-cu il tarixinədək |
XV. Əlavə məlumat üçün tender üzrə əlaqələndirici Aynurə Xxxxxx xxxx Xxxxxxxxxx müraciət etmək olar. Əlaqə məlumatları:
Ünvan: Bakı xxxxxx, Xxxxx xxxxxxxxx 00 Telefon: 000-00-00 (əlavə 5219)
000-00-00 (əlavə 5126)
Faks: 000-00-00
e-mail: xxxxxx.xxxxxxxx@xxx.xxx.xx Tender komissiyası