Alqı-satqı müqaviləsi və qüsur.
Xxxxxx Xxxxxxxxxxx✵
Alqı-satqı müqaviləsi və qüsur.
Qüsura qarşı təminat borcu
Annotasiya
Məqalədə mülki hüququn ən mühüm müqavilələrindən xxxx xxxx-satqı müqaviləsində qüsurlu mal vermə, qüsura qarşı təminat borclarının anlayışı verilmişdir. Alqı-satqı müqaviləsində qüsurlu mal vermə halları məişətdə tez-xxx xxxx gəlinir və istər alıcı, istərsə də satıcı üçün müəyyən problemlər yaradır. Məqalənin giriş hissəsi alqı-satqı müqaviləsinin hüquqi təbiətindən bəhs edir, daha sonra beynalxalq və milli qanunvericilikdə qüsurun nə olduğu və hansı hallarda qüsurlu malvermə adlandırıldığı məqalənin məlumatlandırıcı hissəsin təşkil edir. Məqalədə göstərilən qüsura qarşı təminat borcları verilən əşyanın müqaviləyə uyğun gəlmədiyi hallarda satıcının məsuliyyətin müəyyən edir və alıcının mənafeyi baxımından əhəmiyyət daşıyır. Qüsurlu mal vermənin qarşısının alınması və yaranacaq problemlərin həllində məqalədə göstərilən alıcının vəzifələri, satıcının borcları zəruri əhəmiyyət daşıyır. Eyni zamanda məqalədə milli qanunvericilik üçün xxxx xxxx “aliud” anlayışından bəhs olunub.
Summary
The article is about defective merchandise, concept of guarantee debt against defect in the sales contract, which is one of the most important contracts of civil law. The cases of defective merchandise in the sales contract are often encountered in daily life and create some problems for both the buyer and the seller. The introductory part of the article is about the legal nature of a contract of sale, then the meaning of defect in international and national legislation, and in which cases it's called defective merchandise, are forming the informative part of the article. As shown in the article, an object, which is guaranteed with debt against a defect in cases when it breaches a contract, defines the responsibility of a seller and is important in a buyer's term of interest. In the prevention of a defective merchandise and the solution of arising problems, the obligations of a buyer and a seller's debts, which are mentioned in the article, are crucial. At the same time, the concept of “aliud”, which is new for the national legislation, is mentioned in the article.
D
Giriş
övlətlərarası ticarətdə ortaya çıxan uyğunsuzluqların ən önəmli məsələlərindən biri də malların müqaviləyə uyğun olmaması problemidir. Bununla bağlı "Əmtəələrin beynəlxalq alqı-satqısı
müqavilələri" haqqında BMT Konvensiyasında (Vyana Konvensiyası) qüsurlu icra, “malların müqaviləyə uyğunsuzluğu” məsələləri dəqiqliklə tərtib olunmuşdur. Burada qüsurlu mal vermə və icranın qüsurlu olması ilə yanaşı, satıcının məsuliyyəti məsələsi də xüsusi incələnir. Qeyd etmək lazımdır ki, qüsurlu mal vermə və satıcının məsuliyyəti və təminatı məsələsi sadəcə beynəlxalq ticarətdə deyil, həmçinin gündəlik həyatda xx xxxxx əhəmiyyət kəsb edən məsələdir. Qüsur və qüsura qarşı təminat borcu öz təməlini Roma hüququndan götürmüşdür. Bu günə qədər öz aktuallığını qorumuş və hələ də
✵Bakı Dövlət Universiteti Hüquq fakültəsi, II kurs, SABAH qrupu tələbəsi
mülki hüququn əsas tədqiqat obyektlərindən biridir.
I. Alqı-satqı müqaviləsinin hüquqi təbiəti
Mülki hüquq bir sıra müqavilələrlə zəngindir. Hər bir müqavilə digərlərindən öz hüquqi təbiətinə görə fərqlənir. Alqı-satqı müqaviləsi demək olar ki, bu müqavilələr içərisində öz istifadəsi baxımından ən önəmli yer tutan müqavilədir desək, heç də yanılmarıq. Alqı-satqı müqaviləsi mülki hüquqda əşyanın mülkiyyətə verilməsi ilə əlaqədar müqavilələr qrupuna aid edilir. Hər iki tərəfə borc yükləyən bir müqavilədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsində alqı-satqı müqaviləsinə belə bir anlayış verilir: Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Roma hüququnda da alqı-satqı müqavilələrindən geniş danışılır və burada konsensual müqavilə kimi qeyd edilirdi. Roma hüququna görə satıcının əsas vəzifəsi müəyyən əşyanı (merx) alıcının sahibliyinə (vacua possessio) vermək, alıcının əsas vəzifəsi müəyyən məbləğdə pul vəsaitləri üzərində mülkiyyət hüququnu-haqqı ödəməyi (pretium) alıcıya vermək idi. Xxxxxx da görünür ki, satış razılıq tələb edən bir aktdır. Tərəflərin qarşılıqlı razılığı bir əşya, bir qiymət və bunların qarşılıqlı olaraq dəyişdirilməsi öhdəliyindən ibarətdir.1 Həmçinin də satış bir əşyanın yalnız pul qarşılığında dəyişdirilməsini nəzərdə tutan aktdır. Həmçinin alqı-satqı müqaviləsi pul ilə əşyanın bir-biri ilə dəyişdirilməsi nöqtəsində tərəflərin qarşılıqlı olaraq xxxx xxxxxx girməsinə şərait yaradır, tam iki tərəfə borc yükləyən, yəni qarşılıqlı öhdəlikləri öz üzərində cəmləyən bir müqavilədir. Roma hüququnda bu, contract synallagmatique adlanır.
Alqı-satqı müqaviləsinin predmetini təşkil edən əşya hər şeydən əvvəl daşınar və daşınmaz olmaqla 2 yerə bölünür. Amma bu demək deyil ki, alqı- satqının predmetini yalnız maddi, cismani varlığı xxxx əşyalar təşkil edir.2 Alqı- satqı müqaviləsinin predmeti alacaq haqları, əmlak haqlarına girən digər haqlar, vərəsəlik payı və bu kimi şeylər ola bilər. Qısaca demək olar ki, pul ilə dəyişdirilməsi mümkün və iqtisadi dəyəri xxxx bütün maddi və qeyri-maddi varlıqlar alqı-satqının predmeti ola bilər.3
II. Qüsur nədir?
Alqı-satqı müqaviləsinin hüquqi təbiətindən də danışarkən də məlum oldu ki, bu müqavilədən söhbət gedə bilməsi üçün bir predmet olmalıdır. Hansı ki, bunlar müəyyən əşyalar və ya haqlar ola bilər. Amma demək olmaz ki, bütün əşyalar alqı-satqı müqaviləsində qeyd olunan xüsusiyyətləri daşıyır. O zaman artıq qüsurdan söhbət gedir. Qüsur və qüsurlu mal vermə nədir? Sadə bir şəkildə deyə bilərik ki, qüsurlu mal vermə alqı-satqı müqaviləsinin predmetinin müqaviləyə uyğun gəlməməsidir. Vyana Konvensiyasında qüsura fərqli bir anlayış verilərək, qüsur termini əvəzinə “müqaviləyə uyğunluq" terminindən istifadə edilir.4
1 Xxxxx Xxxxxxxx. Borçlar Hukuku özel borç ilişkileri cilt 1, s. 78
2 Yargıtay. TD.25.1.1955 E.5998/K.578 Xxxxx, no. 9
3 Xxxxxxxx, x. 79
4 Xxxxx X. Xxxxxx. Uluslararası Satım Sözleşmelerine İlişkin Birleşmiş Milletler Antlaşması
(CISG) Uyarınca Satıcının Yükümlülükleri ve Sözleşmeye Aykırılığın Sonuçları, s. 181 (İstanbul, 2005)
Qüsur deyərkən söhbət sadəcə maddi qüsurlardan getmir. İlk öncə qüsurlar özlüyündə 2 cür olur: maddi və hüquqi qüsurlar. Hansı ki, artıq adlarından da məlum olduğu xxxx xxxxx qüsurlar əşyanın özündə xxxx, gözlə görülə biləcək və hiss ediləcək qüsurlardır. Hüquqi qüsurlar isə əşyanın hamısının və ya bir hissəsinin alıcı tərəfindən istifadəsinin hüquqi cəhətdən məhdudlaşdırılmasıdır.
Qüsurların təsnifatı bununla da bitmir. Qüsurlar açıq və qapalı olur. Açıq qüsurlar alıcı tərəfindən görülən və ya görülməli xxxx qüsurlardır. Qapalı qüsurlar isə alıcının görə bilməsinin mümkün olmadığı qüsurlardır. Məsələn, telefonun ekranında xxxx hər hansı bir zədə alıcı tərəfindən görülə biləcək açıq bir qüsurdur, xxxxx telefonun mikrosxemindəki qüsur alıcının görə bilməyəcəyi qapalı bir qüsurdur.
Xxxx xxxxx diqqət ediləcək bir məqam var ki, qüsur nə zaman yaranır? Dolayı yolla buna belə bir izah gətirmək olar ki, alıcı malı alır və hər şeyin müqaviləyə uyğun olduğun zənn edir, xxxxx o an və ya bir müddət sonra müəyyən hüquqi və ya maddi qüsurların fərqinə xxxxx. Bu xxxxx biz qüsurlu mal vermədən danışırıq. Qeyd etmək lazımdır ki, qüsuru bildirmə satıcının alıcı qarşısındakı bir mükəlləfiyyətidir. Bu bir borc deyildir. Buna diqqət etmək lazımdır, çünki satıcı bu mükəlləfiyyətini yerinə yetirməsə, bunun nəticələrinə də göz yummağa məcbur olacaq.
Hansı ki bəhs etdiyimiz bu mükəlləfiyyət qanunvericilikdə də öz əksini tapır. Mülki Məcəlləsinin 581-ci maddəsində əşyaların keyfiyyəti haqqında məlumat verilir. Burda göstərilir ki, satıcı alıcıya müqaviləyə uyğun keyfiyyətdə əşya verməyə borcludur. Burada əşyanın keyfiyyəti dedikdə, onun yararlılıq, dəyərlilik dərəcələrini, qüsursuzluğunu və digər zəruri xassələrini özündə ehtiva edən və onu başqa əşyalardan müsbət mənada fərqləndirən əlamətləri anlaşılır. Həmçinin kriteriyalardan biri əşyanın miqdarıdır. Vyana konvensiyasına edilən düzəliş qüsurlu icra və “müqaviləyə uyğunluq” başlığı altında az və artıq icra ifadələrində əhatə edilmişdir. Beləliklə, qüsurlu icra və əskik icra arasındakı sərhədin müəyyən edilməsi praktik bir əhəmiyyət kəsb etməyəcək. 5
Qüsuru yaradan səbəblərin birincisi müqavilənin predmetinin alıcının əşya haqqındakı subyektiv təsəvvürünə uyğun gəlməməsidir. Digər dördü isə əşyanın obyektiv olaraq qəbul edilmiş ümumi təsəvvürlərə uyğun gəlməməsidir.6
III. Qüsura qarşı təminat borcu
Həmin bu qüsurlara görə müəyyən təminat borcu var. Burdakı təminat nədir? Satılan əşyanın xxxxx xxxx dəyərlərə cavab verməməsi və müqaviləyə uyğun gəlməməsinə görə satıcının məsuliyyətini müəyyən edən borcdur.7
Ticarət satışlarında, ümumiyyətlə, digər tərəfə nəzərən xüsusi qorumaya möhtac bir tərəf olmadığına görə Vyana konvensiyasında hər iki tərəfin
5 Xxxxxxxx X. XXXXXXXXX. Fundamental Breach Considering Non-Conformity of the Goods, s. 127-128 (2007)
6 Xxxxx XXXXXXXXXXXX, Xxxxx XXXXXX, UN Law on International Sales: The UN Convention on the International Sale of Goods, s. 113 (Berlin, Heidelberg 2009)
7 Kenan Tunçomağ. Türk Borçlar Hukuku, II cilt, s. 73 “satıcının satılandakı qüsurları müəyyən etmə borcu” ifadəsini işlədir.
mənfəətlərini tarazlaşdıraraq qüsura qarşı təminat borcundan bəhs edilir.8 Həmçinin qüsura qarşı təminat borcu da mülkiyyəti nəql borcunun
tamamlayıcısıdır. Hansı ki burda alıcının tək məqsədi faydalı bir şeyin mülkiyyətinə sahib olmaqdır.9
Amma vacib olmayan qüsurlara görə satıcı məsul tutulmur. Qarşısı alına bilinməyən kiçik keyfiyyət əskiklikləri yaxud da buna bənzər, xxxxx bərpası mümkün xxxx qüsurlara görə də satıcının məsuliyyəti olmur.
Qüsura görə təminat borcu qanuni bir borcdur. Çünki satıcı heç əşyanın qüsursuz olduğunu dilə gətirməsə belə yenə də bu borcu qanunən mövcud olur. Satıcının əşyanın qüsursuzluğuna təminat verib-verməməsi prinsipial bir fərq daşımır və hər bir halda satıcının məsuliyyəti meydana gəlir.
Ümumiyyətlə, qüsura qarşı təminat borcunun növləri və maddi şərtləri vardır. Burda xüsusən 2 halı ayırd etmək lazımdır:
1. Deyilən və vəd olunan xüsusiyyətlərə (əşyanın) görə təminat borcu10
Xüsusiyyət deyərkən yalnız bu əşyanı digərlərindən fərqləndirən cəhətləri deyil, işlərdə yayğın fikirlərə görə o əşya ilə əlaqəli xxxx və onun dəyərinə təsiri olduğu qəbul edilən hər cür iqtisadi və hüquqi münasibətləri də anlamaq lazımdır.11
Satıcı bu xüsusiyyətləri qeyd etmiş və onları vəd etmiş olmalıdır. 12 Məsələn, ən sadə şəkildə nümunə olaraq demək olar ki, mebel satışı ilə məşğul xxxx şəxs bunu satarkən alıcıya xüsusən bu mebellərin şabalıd ağacından olduğunu vurğulayır və bu xxxx xxxxx. Əgər bu mebellər həqiqətən şabalıd ağacından olmazsa, artıq yuxarıda qeyd etdiyimiz deyilən və vəd olunan xüsusiyyətlərə görə təminat borcu yaranmış olur.
Xxxxx və İsveçrə hüququnda bununla bağlı qəbul edilən fikirlərdən biri ondan ibarətdir ki, satıcı əgər hansısa bir xüsusiyyəti dilə gətirirsə, buna görə onun təminat borcunun yaranması üçün alıcı bunu qəbul etməlidir.13
Amma eyni şəkildə digər bir qrup xxxxx və İsveçrə hüquqşünasları digər qrup alimlərlə razılaşmayaraq bildirirlər ki, burda satıcının borc yaradan tək tərəfli bir hüquqi öhdəliyi var. Alıcının bunu qəbul edib-etməməsi böyük bir fərq yaratmır. Və satıcının təminat borcunun yaranmasına görə alıcının xüsusi bir razılığına ehtiyac yoxdur.14
Xüsusiyyətlər söylənilərkən, vəd edilərkən bunlar ciddi, yəni əqdin yaranmasına təsir edəcək dərəcədə olmalıdır. Məsələn satıcının malını daha xoş göstərmək üçün etdiyi cəhdlər təminat borcunu yaratmır. Və hətta qeyd etmək
8 Xxxxx Xxxxxxxxx. Non-Conformity in the 1980 UN Convention on Contracts for the International Sale of Goods: A Uniform Concept, s. 60-61. (New York, 2004)
9 Xxxxxxxx, x. 163
10 Xxxxxxxx, x. 164
11 Xxxx Xxxxxxxx : Die Zusicherung von Eigenschaften beim Kauf, Diss, Bern. 1949, s. 13. Edis, s.
8. Federal Məhkəməyə görə (BGE 96 II 181) içindəkinin nə olduğunu bəlli etməyəcək neytral bir qablaşdırma düzəltdirmək öhdəliyin əməl etməmə, vəd olunan xüsusiyyətə görə təminat münasibətləri ilə xxxxx xxxxx və hökmlərə tabe tutulmamalıdır.
12 Xxxxxxxx, x. 165
13 Xxxx Xxxx: Sachgewahrleistung und Irrtumsanfechtung, Festschrift Xxxx Xxxx (Property Guarantee and challenge errors), s. 96 (Zurich, 1950)
14 Xxxx-Xxxxxxxxxxxxx. Schweizerisches Obligationenrecht, s. 61 (tərcümə: Xxxxx Xxxxx)
lazımdır ki, sırf reklam mahiyyətində xxxx bəyanlar da təminat borcunu yaratmır.15
2. Vacib xüsusiyyətlərə görə təminat borcu16
Vacib xüsusiyyətlər deyərkən, bilavasitə onun istifadəsi ilə bağlı xüsusiyyətlər başa düşülür. Hansı ki, bunlar elə xüsusiyyətlərdir ki, satıcı burda hətta onların qüsurlu olduğunu bilməsə belə, yenə də məsuliyyət daşıyır. Burda satıcının bu xüsusiyyətləri xüsusi olaraq nəql etməsinə ehtiyac olmur. Çünki sözün əsl mənasında qanuni bir təminat borcundan söhbət gedir.
Vacib xüsusiyyətlərə görə təminat borcunun yaranması üçün müəyyən şərtlər olmalıdır. 17 Nəzərdə tutulan xüsusiyyət əşyanın dəyərini və ya əlve- rişliliyini artıran, ya da azaldan bir mahiyyətdə olmalıdır.
Amma qeyd etmək lazımdır ki, alqı-satqının predmeti xxxx əşyanın nə məqsədlə istifadə ediləcəyi hər iki tərəf baxımından bilinməlidir. 18 Nümunə üçün demək olar ki, məsələn, yalnız yaz aylarında əkilmək üçün bir toxum satılıbsa, bu xüsusiyyət haqqında satıcının alıcıya məlumat verdiyini ehtimal etmək olar. Çünki nəticə olaraq, əgər bu toxumları alıcı yay ayında istifadə etsə, heç bir bəhər əldə edə bilməyəcək. Buna görə də bunlar haqqında alıcı qabaqcadan satıcı tərəfindən məlumatlandırılmalıdır.
Ola bilər ki, müqavilənin predmetini birdən xxx əşya və ya birdən xxx hissəsi xxxx əşya təşkil edir. Əgər bunlardan hər xxxxx xxxx qüsurlu olarsa, bu zaman əşyanı xxxx qaytarmaq hüququ yalnız həmin qüsurlu əşyaya və ya hissəyə aid edilir. Əgər hissənin əşyadan ayrılması mümkün deyilsə, bu zaman qaytarmaq hüququ bütün əşyanı əhatə edəcək.
Amma alıcı qüsurları həmişə irəli sürə bilməz. Demək olar ki, əksər ölkələrdə müqavilədə ayrı bir şərt nəzərdə tutulmayıbsa, əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində iddia verilməlidir.19
IV. Hüquqi qüsurlar
Hüquqi qüsurlar deyəndə əsasən, satılan əşyanın dəyərinə və ondan əldə olunacaq faydalara təsir edən, hüququn qoyduğu bəzi məhdudiyyətlərdən və qadağalardan yaranan qüsurlardır. Və həmçinin hüquqi qüsurların olması həmişə alıcının əlindən əşyanın alınması nəticəsini yaratmır. Hüquqi qüsurlara bir xxx nümunə göstərmək olar. Məsələn, ev və ya bina tikmək üçün satılan torpaq sahəsinin üzərində hər hansı hissəsinin istifadəsini məhdudlaşdıran bir icbari qərarın olması və ya satılan sahədə yerləşən hər hansı bir tikilinin uçurul- ması ilə bağlı inzibati qərarın olması, satılan əşyanın rəsmi qurumlar tərəfindən təhlükəsizlik qaydalarına uyğun olmaması və s nümunələr ola bilər. Bu qüsurlar əgər alqı-satqı zamanı mövcud olmuşsa və bunu satıcı bilirmişsə, o zaman artıq onun məsuliyyəti yaranır və alıcı ona dəymiş zərərin ödənilməsini də tələb edə bilər.20 Xxxx xxxxx müəyyən bir sübut etmək vəzifəsi də yaranır. Ümumiyyətlə, sadəcə hüquqi qüsurlarda deyil, həmçinin maddi qüsurlarda da tərəflər üzərinə müəyyən bir sübutetmə yükü düşür. Sübutetmə yükü alıcının üzərinə, əsasən,
15 Xxxxxxxx, x. 166
16 Xxxxxxxx, x. 167
17 Yenə orada
18 Xxxx-Xxxxxxxxxxxxx, s. 66
19 AR Mülki Məcəlləsi, maddə 589.2
20 Xxxxx Xxxxxxx. AR Mülki Məcəlləsinin komentariyası, III cild, s. 40
mövcud xxxx qüsurların alqı-satqı müqaviləsindən əvvəl və ya onunla eyni anda olduğunu və bunu satıcının bildiyini sübut etməkdən ibarətdir.21
Məişətdə xxx xxxx gəlinən hüquqi qüsurlardan biri də əşyaya üçüncü şəxslərin hüquqlarının olmasıdır. Bununla bağlı olaraq qanunverici satıcı üzərinə üçüncü şəxslərin hüququndan azad əşya vermək vəzifəsi qoyur. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü xxxx əşyanı qəbul etməyə razılıq verdiyi hallar istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəsini icra etməməsi alıcıya əşyanı qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir. Bu şərtlə ki, alıcının həmin əşyaya hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.22
V. Aliud
İlk öncə aydınlıq gətirmək lazımdır ki, aliud nədir? Aliud, alqı-satqı müqaviləsində tərəflər arasında razılaşdırılmış əşyadan fərqli bir əşyanın verilməsidir. Məsələn, xxxx-fantastik bir roman əvəzinə detektiv romanının verilməsi, orijinal bir rəsm əsəri yerinə saxtasının verilməsi və s. Amma hüquq ədəbiyyatlarında aliud qüsurlu mal vermə kimi qiymətləndirilmir. Məsələn, satıcı alıcıya 1896-cı ildə hazırlanmış bir şərab verməyi öhdəsinə götürmüş, xxxxx məhz o ilə aid şərab verməmiş yaxud da o, ümumiyyətlə, şərab verməmiş, o ilə aid hər hansı başqa bir içki vermişsə, bu qüsurlu əşya vermək sayılmamalıdır. İsveçrə Federal məhkəməsinin aliud ilə bağlı qərarında deyilir ki, öhdəliklərin bu cür icrası qüsurlu əşya vermək deyil, başqa növdən xxxx əşyanın təslimi səbəbiylə heç icra edilməmiş kimi qiymətləndirilməlidir. 23 Amma bu qərarla xxxxx xxxx tənqidlərə görə, növ borclarında da aliud ifadəsindən istifadə olunmalı və reallıqda istənilən əşyanın təslimi və ya icra etməmə səbəbiylə təzminata dair iddia qaldırıla bilməlidir.24
Bu haqda Federal Məhkəmənin ən maraqlı qərarlarından biri Xxx Xxxx ilə bağlı işdə çıxarılmış qərar olub. İşin əsas məzmunu ondan ibarət idi ki, alıcının Xxx Xxxxx özünün çəkdiyi portret deyə aldığı əsərin əslində başqa bir rəssam tərəfindən çəkilmiş olduğu ekspertlər tərəfindən edilən araşdırmada məlum olmuşdur. Bununla bağlı isə məhkəmə çıxardığı qərarında göstərmişdir ki, fərdən müəyyən edilən əşyanın satışında təslim edilən əşya alqı-satqı müqavilə- sində tərəflərin razılaşdıqları əşyanın özüdürsə, bu əşyanın dəyərini və faydasını azaldan pozuntular ona başqa bir növdən bir şey və ya ona təxmin edilən başqa bir şey imiş kimi göstərəcək dərəcədə olsa belə, satılandan başqa bir şeyin təslimi deyil, xxxxx sadəcə qüsurlu təslim yaxud icradan söhbət xxxxxxxxxx.00
Gecikmiş icra da qayda olaraq, qüsurlu icra kimi qiymətləndirilmir. Amma bu qaydada belə bir istisna özünü göstərir ki, dəniz ilə əlaqədar ticarətdə mal qərarlaşdırılmış gəmi ilə deyil, gecikmə nəticəsində ondan sonra gələcək gəmi ilə göndərilərsə, bu qüsurlu icra sayılır.26
21 Xxxxx Xxxxx. Ayıplı İfa, s. 39 (Ankara, 2010)
22 AR Mülki Məcəlləsi, maddə.572
23 İsveçrə Federal Məhkəməsi, BGE 94 II 26, 1969 s. 325
24 Xxxxxx Xxxxxxxx. “Aliud” ve Federal Mahkemenin “aliud” tutumu üzerine, M.H.A.D 6, s. 18 (1972)
25 İsveçrə Federal Məhkəməsi: BGE 82 II 411, (1957)
26 Xxxxxxxx, x. 173
VI. Satıcının qüsura görə məsuliyyət daşımasının şərtləri, alıcının vəzifələri
Satıcının qüsurdan dolayı məsuliyyət daşıya bilməsi üçün qanunvericilikdə alıcıya da müəyyən vəzifələr yüklənmişdir. Bunlar əsasən, satılan əsyanın zamanında yoxlanılması və varlığı iddia olunan qüsurları satıcıya demək vəzifəsidir. Ən azından açıq qüsurlar xxxxxx xxxxx görməli olduğu və ya görə biləcəyi qüsurlar barədə məlumat verməlidir. Alıcı alqı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, xxxx və ya qab haqqında şərtlərin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir.27 Bildiriş satıcıya vaxtında verilmiş olsa, artıq satıcı bu qüsurları aradan qaldırmağa borcludur və belə xxxx xxxxx da alıcının məsuliyyəti tamamən xxx olmuş olur. Xxxxx bildirişin vaxtında verilməməsi alıcı üçün ciddi hüquqi nəticələr doğura bilər.28
Başqa prizmadan baxsaq, alıcı üzərinə qoyulan belə vəzifələrin başqa səbəbləri də vardır. Alıcı üzərinə qoyulan belə vəzifələr alıcının alqı-satqının predmeti xxxx əşyanın qiymətinin düşüb-qalxmasına görə qüsurları dilə gətirməsi və satıcı əleyhinə bundan istifadə etməsinin qarşısını almaq məqsədi də daşıyır.29Çünki alqı-satqıdan sonra həqiqətən qiymət düşdüyü zaman alıcının qüsur axtarmaq istəyi daha xx xxx olur.
Alıcı əşyanı yoxlayarkən bunun üçün kömək də ala bilər. Amma alıcı yaxud da alıcını təmsil edən şəxs əşya haqqında kifayət qədər məlumatı varsa, yoxlamanı özü də edə bilər. Bəzi qüsurlarda isə alıcının əşya haqqında xüsusi bir məlumatının olmasına yaxud da ekspertə ehtiyac duyulmur. Demək olar ki, məişətdə edilən alqı-satqı müqavilələrinin predmeti bu tipdə əşyalar olur.
Amma əşya yoxlanışa ehtiyac duyulan bir əşyadırsa və bunun yoxlanışını xxxxx xxx tək xxxxxx keçirmək iqtidarında deyilsə, o zaman tək tərəfli şəkildə hər hansısa bir ekspertə müraciət edə bilər. Xxxxx bu xxxxx xxxxx üzərinə düşən əsas vəzifə isə yoxlanışın sürətlə aparılmasını təmin etməkdir. 30 Amma əşyaları həmişə alqı-satqı müqaviləsi bağlandığı anda yoxlamaq mümkün olmur. Məsələn, qar təmizləmə maşını alınırsa, bu yalnız qışda qar yağdığı zaman yoxlanıla bilər. Ümumiyyətlə, satılan əşyanın yoxlanılması həm alıcı, həm də satıcı baxımından gələcəkdə yaranacaq hüquqi problemlərin qarşısını xxxx xxx üsuldur.
Nəticə
İstər beynəlxalq, istərsə də milli hüquq sistemində qüsur və qüsura qarşı təminat borcları yetərincə incəliklə tədqiq olunub. Əgər beynəlxalq və milli hüquq sistemlərindəki qüsur və qüsura qarşı təminat borcları arasında müqayisə aparsaq, istisnasız görəcəyimiz ən böyük fərq beynəlxalq hüquqda tərəflərin tamamilə bərabərləşdirilməsi və onların təminat borclarının eyni olmasıdır. Milli hüququn sistemləri isə məsələyə haqlı olaraq, bu cür yanaşmamış və alıcını daha zəif tərəf kimi nəzərə almışdır. İstər təminat, istər
27 AR Mülki Məcəlləsi, maddə 595
28 Xxxxxxx, s. 49
29 Xxxxxxxx, x. 177
30 Xxxx-Xxxxxxxxxxxxx, s. 92
vəzifə baxımından satıcının öhdəlikləri daha böyükdür. Strukturun bu cür qurulması düşünürəm ki, yalnız müsbət nəticələr doğura bilər. Mülki dövriyyə həyatımızın mühüm komponentidir, bunu isə canlı tutan alıcılıq qabiliyyətidir. Mülki qanunvericilikdə isə alıcının qüsur və qüsura qarşı təminat məsələlərində qorunması ədalətlilik prinsipi əsasında bilmədən aldığı qüsurlu əmlakdan sonradan qorunma hüququnu təmin edir. Amma demək olmaz ki, sadəcə alıcı düşünülmüş, satıcı kənarda qalmışdır. Alıcı üzərinə yüklənən vəzifələr satıcını müəyyən vəzifələrdən azad edir. Bununla da qanunvericilik hər iki tərəfin müdafiə hüquqlarını təmin etməklə, qüsurun aşkar edilməsini obyektiv səbəblərdən tərəflərin üzərinə qoyur.