Tender elanı
Tender elanı
Azərbaycan Respublikası Təhsil Nazirliyi potensial malgöndərənləri (podratçıları) 2021- 2022-ci tədris ilinə ümumi xxxx təhsil səviyyəsi (5-9-cu siniflər) üçün kiçik ölçülü kağız dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair keçirilən tenderdə iştirak etməyə dəvət edir.
Dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilər. Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı xxxx iddiaçıların həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.
Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərən (podratçı) 20 may 2021-ci il saat 17.00-dək Bakı şəhəri, Xətai xxxxxxxxx, 00 ünvanına aşağıdakı sənədləri təqdim etməlidir:
1. Tenderdə iştirak etmək üçün ərizə (tenderin adı göstərilməklə) və tender üzrə 500 manat məbləğində heç bir xxxxx xxxx qaytarılmayan iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
2. Malgöndərənin (podratçının) tam adı və rekvizitləri, qeydiyyatdan keçdiyi ölkə və hüquqi statusunu təsdiqedən sənədlər;
3. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
4. Malgöndərənin (podratçının) ixtisas uyğunluğu göstəriciləri ilə bağlı satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olmasını təsdiq edən sənəd kimi son 3 təqvim ilinin hər hansı birində azı 2900000 (iki milyon doqquz yüz min) kitab nüsxəsinin, o cümlədən Azərbaycan Respublikasında azı 290000 (iki yüz doxsan min) kitab nüsxəsinin sifariş əsasında istehsalı üzrə bağlanmış müqavilələrinin və həmin müqavilələr üzrə istehsal edilmiş kitab nüsxələrinin eyni təqvim ilində təhvilinə dair təsdiqedici sənədlərin (təhvil-təslim aktları, qaimələr) əsllərinin surətləri;
5. Tender iştirakçısının satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmasının təsdiqi kimi rəhbər şəxs və ya şəxslərin təyin olunması haqqında əmr və ya digər sənəd;
6. Tender iştirakçısının Azərbaycanda vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış;
7. Tender iştirakçısının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə məlumat;
8. Tender iştirakçısının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;
9. Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat.
İddiaçı tender təklifini və təklifin dəyərinin 1 xxxxx həcmində xxxx bank təminatını “Dövlət satınalmaları haqqında” Qanunun və Əsas şərtlər toplusunun tələblərinə uyğun hazırlayaraq 01 iyun 2021-ci il saat 17.00-dək tender komissiyasına təqdim təqdim etməlidir. Tender təklifi açıldığı gündən sonra 60 bank günü qüvvədə qalmalıdır. Tender təklifinin təminatı təklifin qüvvədə olma müddətindən 30 bank günü xxx olmalıdır. İddiaçılar tender üzrə yalnız bir
təklif verə bilər. İddiaçıların tender təklifi, həmçinin tenderlə əlaqədar bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib edilməlidir.
Tender təklifləri 2 iyun 2021-ci il tarixdə, saat 17.00-da Bakı şəhəri, Xətai prospekti, 49, Təhsil Nazirliyinin iclas zalında açılacaq (İddiaçıların nümayəndələri tender iclasında iştirak edə bilərlər). Tender üzrə azı üç təklif təqdim olunduqda tender baş tutmuş hesab edilir. Üçdən az təklif daxil xxxx tender baş tutmamış elan edilir, həmin tenderin davamından imtina edilir.
Xxxxxxxx prosedur qaydaları, təkliflərin təqdim edilməsi və təkliflərin qiymətləndirilməsi və müqayisəsi Əsas şərtlər toplusunda öz əksini tapır. İddiaçı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu, Əsas şərtlər toplusunun məzmunu, o cümlədən iştirakçılar üçün təlimatlar, tender sənədlərinin formaları, müqavilə şərtləri, texniki şərtlər və s. ilə xxxxx olmalıdır. İddiaçının bu sənədlər və tender təklifi haqqında tam təsəvvürü, məlumatı olmaması və Əsas şərtlər toplusunun tələblərinə uyğun gəlməyən təklif verməsi onun tender təklifinin kənarlaşdırılması ilə nəticələnə bilər. Tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin Əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların (işlər və xidmətlərin) təklif edilən qiymətinin 20 xxxxx həcmində güzəştli düzəliş tətbiq edilir.
Tenderdə iştirak etmək istəyənlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə (VÖEN 1500046011, DXA, VÖEN: 1401555071, Коd 210005, Мüxbir hesabı XX00XXXX00000000000000000000, S.W.I.F.T. – CTREAZ22, Hesab №
XX00XXXX00000000000000000000 Fond 7 Büdcə gəlirlərinin təsnifatı 142330 sair daxil olmalar) 500 (beş yüz) manat məbləğdə iştirak haqqını ödədikdən sonra tenderin Əsas şərtlər toplusunu əldə edirlər.
Tenderlər üzrə istehsal edilmiş poliqrafik məhsulların Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin Salyan şosesi, 14 ünvanında yerləşən anbarına son təhvil verilmə tarixləri aşağıdakı kimidir:
• 5, 7, 8 və 9-cu sinfin dərslikləri – 15 iyun 2021-ci il tarixinədək;
• 6-cı sinfin dərslikləri – 1 avqust 2021-ci il tarixinədək.
Əlavə məlumat üçün tender üzrə əlaqələndirici Aynurə Xxxxxx xxxx Xxxxxxxxxx müraciət etmək olar. Əlaqə məlumatları:
Ünvan: Bakı xxxxxx, Xxxxx xxxxxxxxx 00 Telefon: 000-00-00 (daxili 5126)
e-mail: xxxxxx.xxxxxxxx@xxx.xxx.xx