MƏXFİLİK SİYASƏTİ
PARTNYOR MƏLUMATLARI ÜZRƏ
MƏXFİLİK SİYASƏTİ
Hazırkı Məxfilik Siyasəti (bundan sonra – “Siyasət”) və “TOKEN AZƏRBAYCAN” MMC (bundan sonra – “Şirkət”) tərəfindən “Odero” platformasının istifadəçiləri sayılan Partnyorlar (bundan sonra – “Partnyor”) haqqında əldə ediləcək və/və ya Partnyorlar tərəfindən birbaşa və ya “Odero” platforması vasitəsilə Şirkətə təqdim ediləcək Partnyorların konfidensial və ya kommersiya sirri hesab oluna biləcək bütün məlumatlarına şamil edilir. Şirkət və Xxxxxxxx bundan sonra ayrı-ayrılıqda “Tərəf”, birgə isə “Tərəflər” adlanacaqlar.
Bu Siyasətin məqsədi qanunvericiliyə uyğun olaraq şəffaflığın təmin edilməsi üzrə öhdəliklərimizi yerinə yetirməkdən, Partnyorları məlumatlarının saxlanacağı müddəti barədə xəbərdar etməkdən və bu məlumatların icazəsiz istifadədən və yayılmadan qorunmasından ibarətdir.
Şirkət tərəfindən Partnyorların və/və ya onların əməkdaşlarının fərdi məlumatlarının toplanması, işlənməsi, mühafizəsi və ötürülməsi ilə bağlı şərtlər bununla bağlı “Odero” platformasında dərc edilmiş “Məlumatlandırma Bildirişində” öz əksini tapmışdır. Fərdi məlumatların məxfiliyinin qorunması ilə bağlı qanunvericilik və Şirkətin “Fərdi Məlumatların Mühafizəsi Siyasəti” tətbiq edilir.
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 987-VIQ nömrəli,
14 iyul 2023-cü il tarixli Qanununun (bundan sonra – “ÖXQ”) 42.1-ci maddəsinə əsasən Partnyorlar və ödəniş əməliyyatları barədə məlumatlar bank sirri hesab olunmalı və onların mühafizəsi ilə bağlı bank sirrinə dair tələblər tətbiq olunmalıdır. Bu səbəbdən, Şirkət bu məlumatlarla bağlı “Banklar haqqında” Azərbaycan Respublikasının 590-IIQ nömrəli, 16 yanvar 2004-cü il tarixli Qanununun (bundan sonra – “BHQ”) 41-ci maddəsində nəzərdə tutulmuş qaydada mühafizəni təmin edir.
Şirkət “Odero” platformasından istifadə edən bütün Partnyorların Məxfi Məlumatlarının mühafizəsinin təmin olunması və onların üçüncü şəxslərə qeyri-qanuni və icazəsiz şəkildə açıqlanmaması öhdəliyini daşıyır.
1. MƏXFİLİK ŞƏRTLƏRİ
1. "Məxfi Məlumat" anlayışı Partnyorlar haqqında aşağıdakı yazılı (elektron, faksimil, çap, əlyazma, Foto, fotokopil) və ya şifahi məlumatları əhatə edir:
1.1 Partnyorların təsisçiləri, onlara məxsus və onlara aidiyyəti xxxx müəssisələr, habelə bu müəssisələrlə xxxxx xxxx digər müəssisələr, onların nizamnamə kapitalındakı iştirak payları və investisiya haqqında məlumatlar;
1.2 Partnyorların rəhbərləri barədə məlumatlar;
1.3 Partnyorların ödəniş əməliyyatları barədə məlumatlar;
1.4 bütün valyutalarda xxxx bank hesabları haqqında məlumatlar, bu bank hesablarının nömrələri, daxil xxxx və çıxan ödənişlər, hesabdan çıxarışlar, mühasibat sənədlərinin məzmunu;
1.5 Partnyorların əməkdaşlarının kadr sənədlərində əks olunan, habelə onların şəxsiyyətini müəyyən edən şəxsi məlumatları;
1.6 Partnyorların “Odero” platformasına və korporativ informasiya sisteminə daxil olmaq üçün istifadə etdikləri identifikatorlar və parollar/loginlər/istifadəçi kodları;
1.7 Partnyorlarla müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
kommersiya sirri və ya bank sirri hesab edilən digər məlumatlar.
2. Partnyorlar və ödəniş əməliyyatları barədə məlumatlar bank sirri ilə qorunan Məxfi Məlumatlar hesab edilir.
3. Müvafiq məlumatın bank sirri ilə qorunan məlumata aid edilməsi halı istisna olmaqla, hər hansı məlumat və ya məsələ aşağıdakı hallarda “Məxfi Məlumatlara” daxil edilmir: (a) hazırkı Siyasətə uyğun olaraq açıqlanmazdan əvvəl, ictimaiyyətə artıq KİV və ya digər ictimai vasitələrlə məlum xxxx və ya Partnyor haqqında yayılan məlumatlar; yaxud (b) Şirkət hazırki Siyasətin müddəalarını pozmadan məlumatların ictimai mülkiyyətin bir hissəsinə çevrildiyi halda.
4. Şirkət Partnyor tərəfindən təqdim edilən Məxfi Məlumatları yalnız qanunvericiliklə müəyyən olunmuş məqsədlər çərçivəsində istifadə edir.
5. Şirkət (i) əldə edilən və açıqlanan Məxfi Məlumatları tam və ciddi şəkildə məxfi saxlamalı,
(ii) bu cür məlumatları qanunvericilik və bu Siyasətdə müəyyən edilmiş hallar xaricində üçüncü şəxslərə açıqlamamalı, (iii) bu məlumatlardan yalnız öz fəaliyyət istiqamətinin qanuni məqsədinə uyğun istifadə etməli və birbaşa və ya dolayısı ilə hər hansı digər məqsədlər üçün istifadə etməməlidir.
6. Bank sirri ilə qorunan Məxfi Məlumatlar BHQ-nin 41.2-ci maddəsində sadalanan hallarda Partnyorun yazılı razılığı olmadan üçüncü şəxslərə verilə bilər. Digər hallarda bu cür Məxfi Məlumatlar yalnız Partnyorun yazılı razılığı ilə açıqlana və ya üçüncü şəxslərlə paylaşıla bilər.
7. Şirkət öhdəliklərini yerinə yetirmək üçün zəruri xxxx Məxfi Məlumatların təqdim edilməsini tələb edə bilər.
8. Bank sirri ilə qorunmayan Məxfi Məlumatlar Şirkət tərəfindən qanunvericiliklə müəyyən edilmiş hallarda səlahiyyətli qurumlar və şəxslərə, habelə Şirkətə hüquq, məhkəmə ekspertizası, vergi, mühasibatlıq, İT, marketinq, menecment, data analizi və digər əlaqəli sahələrdə məsləhət və ekspert xidmətləri göstərən hüquqi və fiziki şəxslərə, Şirkətin kənar auditoruna, ödəniş əməliyyatları zəncirində iştirak edən digər maliyyə institutları və subyektlərə Partnyorun əvvəlcədən yazılı razılığı olmadan açıqlana bilər.
9. Şirkət Məxfi Məlumatın açıqlanmasına və ya onun təqsiri üzündən Məxfi Məlumatların yayılmasına görə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
10. Şirkət qanunvericiliyin tələbləri çərçivəsində bu Siyasətə istənilən zaman hər hansı əlavə və dəyişikliklər etmək hüququna malikdir.
11. Patnyor təqdim etdiyi Məxfi Məlumatların qanuniliyi və etibarlılığına görə məsuliyyət
daşıyır.
12. Xxxxxxxx təqdim etdiyi yanlış məlumatlara görə Şirkətə və üçüncü şəxslərə dəymiş zərərə
görə məsuliyyət daşıyır.
13. Partnyor Şirkət barədə əldə etdiyi kommersiya sirri təşkil edən məlumatların mühafizəsini təmin etmək və onları üçüncü şəxslərə açıqlamamaq öhdəliyi daşıyır.
14. Bu Siyasətin tələbləri Şirkətin cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi çərçivəsində Məxfi Məlumatları üçüncü şəxslərə açıqlamasına şamil edilmir.
2. MƏXFİ MƏLUMATLARIN SAXLANMA MÜDDƏTİ
Şirkət Partnyorların Məxfi Məlumatlarını Tərəflər arasında saytdan və proqram təminatından istifadə ilə əlaqədar imzalanmış müvafiq müqavilə(lər)in qüvvədə olduğu müddətdə və müqaviləyə xitam verilməsindən sonra özünün qanunvericiliklə müəyyən edilmiş öhdəliklərinin icrası və fəaliyyətinin effektivliyinin təmin olunması üçün zəruri sayılan müddətdə saxlayır.
3. BİZİMLƏ ƏLAQƏ
Məxfi Məlumatlarınızın mühafizəsi ilə bağlı hər hansı sualınız yarandığı təqdirdə bizimlə
xxxx@xxxxx.xx elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.