HAVA NƏQLİYYAT VASİTƏLƏRİNİN TAM SIĞORTASININ QAYDALARI
HAVA NƏQLİYYAT VASİTƏLƏRİNİN TAM SIĞORTASININ QAYDALARI
Anlayışlar:
Əgər mətndə başqa cür nəzərdə tutulmursa, istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
Ümumi
Sığortaçı – sığorta müqaviləsinin tərəflərindən xxxx xxxx, sığorta xidmətləri göstərən və sığorta hadisəsi baş verən zaman müəyyən məbləği ödəmək öhdəliyi daşıyan sığorta şirkəti.
Sığortalı – sığortaya görə haqq ödəyən və faydalanan şəxsin olmaması halında sığortaçıdan sığorta ödənişini almaq hüququna xxxxx xxxx sığorta müqaviləsinin tərəflərindən biri.
Sığorta olunan – maraqları sığorta obyekti xxxx şəxs.
Xxxxxxxxxx şəxs – sığorta ödənişini xxxx şəxs.
Sığorta hadisəsi – baş verməsi ilə sığortaçı üçün sığorta ödənişini vermək öhdəliyi yaradan hadisə.
Sığorta müddəti – sığorta risklərinin sığortalandığı müddət.
Sığorta məbləği – sığorta şəhadətnaməsinə və ya qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin son həddi xxxx pul məbləği.
Sığorta tarifi – sığortalının sığortaya görə ödəməli olduğu məbləğin sığorta məbləğindən faizlə dərəcəsi.
Sığorta haqqı – sığortaya görə sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği.
Azadolma – sığortaçının sığorta ödənişini ödəməkdən müəyyən ölçüdə azad edilməsi, yəni ödənilməli xxxx sığorta məbləğinin sığortalı tərəfindən ödənilən hissəsi.
Sığorta ödənişi – sığorta hadisəsi nəticəsində sığorta predmetinə dəyən zərərin yerini doldurmaq üçün sığortaçı tərəfindən ödənilən ödənişi.
Mühüm şərtlər – yerinə yetirilməməsi, sığortaçıya sığorta ödənişini verməkdən imtina etmək və ya sığorta müqaviləsini ləğv etmək hüququ verən şərtlər.
Sığortanın ərazisi – sığorta predmetinin sığortalanmış hesab olunğu müəyyən ərazi (yer).
Xüsusi
Tam məhv olma – əmlakın, bərpa olunması mümkün olmamaqla nəticələnən, faktiki məhv olması.
Tam konstruktiv məhv olma – əmlakın elə bir vəziyyətə düşməsidir ki, onun xilas edilməsi və ya bərpası iqtisadi cəhətdən səmərəli deyil, belə ki, bu əməliyyatların aparılmasından onun xilas edilməsi və ya bərpasına çəkilən xərclər əmlakın öz dəyərini aşır.
Fəsil 1. Ümumi müddəalar
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.
Maddə 1. Sığortaçı
Bu şərtlərə əsasən Sığortaçı dedikdə, «Xalq Sığorta» ASC başa düşülür.
Maddə 2. Sığortalı
2.1 Hər hansı hüquqi şəxs və fəaliyyət qabiliyyətli fiziki şəxs sığortalının qismində çıxış edə bilər.
2.2 Sığortalının fəaliyyətinə onun işçilərinin, vəzifəli şəxslərinin digər nümayəndələrinin, qanuna, müqaviləyə, vəzifə təlimatlarına, etibarnaməyə və ya mövcud adətlərə müvafiq olaraq sığortalı adından çıxış etmək üçün səlahiyyətləndirilmiş şəxslərin hərəkətləri aid edilir.
Maddə 3. Faydalanan şəxs
3.1 Sığorta müqaviləsi sığorta predmetinin qorunmasında maraqlı xxxx digər şəxsin (faydalanan şəxs) xeyrinə də bağlana bilər.
3.2 Sığorta müqaviləsinin başqa şəxsin xeyrinə bağlanması sığorta müqavilə (şəhadətnamə) üzrə öhdəliklərindən azad etmir.
3.3 Bu şərtlərlə və sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalıya aid xxxx bütün müddəalar sığorta təminatından istifadə etmək niyyətində xxxx faydalanan şəxs də eyni ölçüdə aid edilir.
Maddə 4. Sığorta predmeti
Bu Qaydalar üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu hava gəmisidir.
Maddə 5. Hava gəmisi
Hava gəmisi dedikdə onun korpusu, mühərrik sistemi, mexanizmləri, təchizatları, və, əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, hava gəmisi xüsusi məqsədlər üçün istifadə olunduğu halda, bu məqsədlər üçün xxxxx xxxx adi cihazlar başa düşülür.
Fəsil 2. Sığorta təminatı
Maddə 6. Sığorta hadisəsi
6.1 Sığorta hadisələri sığorta müqaviləsi ilə müəyyən edilir.
6.2 Sığorta aşağıdakılar nəticəsində sığorta predmetinin məhv olmasına və ya zədələnməsinə təminat verir:
6.2.1.1 hava gəmisinin qəzaya uğraması;
6.2.1.2 yanğın, partlayış, ildırım;
6.2.1.3 fırtına, qasırğa və ya digər təbii fəlakətlər;
6.2.1.4 hava gəmisinin mühərrikinin və ya təchizatlarının qəzası;
6.2.1.5 hava gəmisinin xxxxx düşməsi;
6.2.1.6 üçüncü şəxslərin qeyri-qanuni qərəzli hərəkətləri.
Maddə 7. İstisnalar
Aşağıdakılar nəticəsində sığorta predmetinin məhv olması və ya zədələnməsi sığorta təminatına daxil edilmir:
7.1. Sığortalının, həmçinin onun nümayəndəsinin qəsdi və ya kobud ehtiyatsızlığı;
7.2. nüvə partlayışının təsiri, radiasiya və ya radioaktiv şüalanma;
7.3. Müharibə, təcavüz, hərbi əməliyyatlar, xarici dövlətlərin düşmənçilik hərəkətləri, elan edilib-edilməməsindən asılı olmayaraq təcavüzkar hərbi əməliyyatlar, vətəndaş müharibəsi, hər cür xalq iğtişaşları, tətillər, qiyam, tədricən xalq üsyanları və ya hərbi qiyamlara çevrilən xalq iğtişaşları, hərbi qiyam, inqilab, hərbi hərəkətlər;
7.4. Dövlət orqanlarının sərəncamı ilə hava gəmisinin ləğvi, müsadirə edilməsi, üzərinə həbs qoyulması;
7.5. Hava gəmisinin zəbt edilməsi və ya qaçırılması;
7.6. Hava gəmisinin uçuşa buraxılmasına qədər onun uçuşa yararsızlığı haqqında sığortalının və ya onun nümayəndəsinin xəbərdar olması;
7.7. Zərbə dalğasının bilavasitə və ya vasitəli təsiri;
7.8. Hava gəmisinin sığorta müqaviləsində nəzərdə tutulmayan məqsədlər üçün istifadəsi;
7.9. Hava gəmisinin pilot sertifikatı (vəsiqəsi), həmçinin müəyyən tipli hava gəmisinin müstəqil idarə etmək üçün lazımi hazırlığı və ya təcrübəsi olmayan şəxslər tərəfindən idarə edilməsi;
7.10. Tam olmayan ekipaj heyəti ilə həyata keçirilən mülki hava gəmisinin uçuşu;
7.11. Əgər qarşısıalınmaz qüvvənin təsiri üzündən edilmirsə, sığorta olunmuş hava gəmisinin enişi üçün təyin olunmamış düşmə meydanından istifadə edilməsi;
7.12. Hava gəmisinin və ya onun hissələrinin köhnəlməsi, aşınması;
7.13. Hava gəmisinin onun uçuş-texniki xüsusiyyətlərində nəzərdə tutulmayan şərtlərlə istismarı;
7.14. Onun digər hissələrinin zədələnməsinə səbəb olmayıbsa, hava gəmisinin hissələrinin sınması;
7.15. Mühərrik istisna olmaqla, eyni zamanda onun digər hissələrinin zədələnməsinə səbəb olmayıbsa, yer səthində hərəkət zamanı və ya dayanarkən hava gəmisinin işləyən mühərrikinə yad əşyaların düşməsi.
Maddə 8.Sığortanın ərazisi
Əgər müqavilədə (şəhadətnamədə) sığortanın ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə (istismar rayonunda) baş verən sığorta hadisələri bu sığorta təminatına daxil edilir.
Fəsil 3. Sığorta məbləği və sığorta haqqı
Maddə 9. Sığorta məbləği
9.1. Sığorta məbləği sığorta müqaviləsi (şəhadətnaməsi) üzrə sığortaçının sığortalıya verməyi öhdəsinə götürdüyü ödənişin hədlərini müəyyən edir.
9.2. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta məbləği hər bir və bütün sığorta hadisələri üçün bütün sığorta müddəti ərzində verilən sığorta təminatı ödənişinin maksimum miqdarını müəyyən edir.
Maddə 10.Sığorta haqqı
Sığorta haqqı sığorta şəhadətnaməsində göstərilən müddətdə və qaydada sığortalı tərəfindən sığorta üçün ödənilən haqdır. Onun miqdarı sığorta tariflərinə əsasən hesablanır.
Maddə 11.Sığorta haqqının ödənilməsi
11.1 Sığorta haqqının ödənildiyi gün onun sığortaçının bank hesabına və ya nağd ödəmə zamanı kassasına daxil olduğu gün hesab olunur.
11.2 Sığorta haqqının ödənilməsi qaydası sığorta müqaviləsi ilə müəyyən olunur. Sığorta xxxxx xxx və ya onun birinci hissəsi müqavilə ilə müəyyən olunmuş müddətdə ödənilmədikdə, sığorta müqaviləsi etibarsız sayılır.
Maddə 12.Sığorta haqqının gecikdirilməsi
12.1 Sığorta müqaviləsinə Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır, əgər bu tələb Sığortaçının sığorta qaydalarını pozması ilə bağlıdırsa, o, sığorta haqlarını sığortalıya bütünlüklə qaytarır.
12.2 Sığorta müqaviləsinə Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, Sığortalının sığorta haqlarını bütünlüklə qaytarır; əgər bu tələb Sığortalının sığorta qaydalarını yerinə yetirilməməsi ilə bağlıdırsa, Sığortaçı çəkilmiş xərcləri çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
Fəsil 4. Sığorta müqaviləsi Maddə 13.Sığorta müqaviləsinin bağlanması
13.1 Sığortalı və Sığortaçı sığorta müqaviləsinin bağlanmasına dəlalət edən sığorta şəhadətnaməsini (polisini) imzalayır.
13.2 Əgər şəhadətnamədə başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi tam sığorta haqqı və ya onun ilk hissəsi ödənilən andan qüvvəyə minir.
13.3 Sığorta haqqını və ya onun ilk hissəsini aldıqdan sonra sığortaçı 3 gün ərzində, sığorta müqaviləsinin qüvvəyə minməsini, sığortanın müddətini və digər şərtləri əks etdirən sığorta şəhadətnaməsini (polisini) sığortalıya təqdim edir.
Maddə 14.Sığorta müqaviləsi bağlanan zaman sığortalı tərəfindən bildirilməli xxxx faktlar
14.1 Sığorta müqaviləsi bağlanan zaman sığortalı xxxxxx baş vermə ehtimalının müəyyən edilməsi və sığorta hadisəsi zamanı mümkün itkilərin həcminin hesablanması üçün mühüm əhəmiyyət daşıyan və xəbərdar olduğu bütün halları sığortaçıya bildirməyə borcludur.
14.2 Hər bir xxxxx xxxxx xxxxxx dedikdə, sığortaçı ilə standart təklifnamədə razılaşdırılan minimum fakt və şərtlər (xxxxx bunlarla məhdudlaşmadan) başa düşülür.
Maddə 15. Sığorta şəhadətnaməsinin şərtlər üzərində üstünlüyü
Sığorta müqaviləsi (şəhadətnaməsi) imzalanarkən Sığortalı və Sığortaçı bu şərtlərin müəyyən müddəalarının dəyişdirilməsi və ya istisna edilməsi, həmçinin ona müəyyən əlavələr edilməsi barədə razılığa gələ bilər.
Maddə 16.Mühüm şərtlər
16.1 Sığorta şəhadətnaməsində mühüm şərtlər müəyyən oluna bilər.
16.2 Sığortalı tərəfindən bu mühüm şərtlərin yerinə yetirilməməsi sığortaçının ödəniş verməkdən imtina etməsi və ya sığorta müqaviləsini (şəhadətnaməsini) ləğv etməsi üçün əsasdır.
Maddə 17.Sığorta müqaviləsinin (şəhadətnaməsinin) müddəti
17.1 Sığorta müqaviləsi müəyyən müddət üçün bağlanılır.
17.2 Sığorta yalnız müqavilənin (şəhadətnamənin) qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrinə təminat verir.
Maddə 18. Sığorta riskinin artması
18.1 Sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində sığortalı sığorta müqaviləsi bağlanan zaman sığortaçıya bildirdiyi hallarda baş verən, həmçinin sığorta riskinə
əhəmiyyətli dərəcədə təsir edə biləcək və ona məlum xxxx digər bütün dəyişikliklər haqqında sığortaçıya təxirə salınmadan məlumat verməlidir.
18.2 Xxxxxx artmasına təsir edən hallar barəsində məlumatı aldıqdan sonra sığortaçı sığorta şəhadətnaməsinin şərtlərinin dəyişdirilməsini və ya xxxxx riskə mütənasib olaraq əlavə sığorta haqqının ödənilməsini tələb etmək hüququna malikdir.
Əgər sığortalı sığorta şəhadətnaməsinə edilən dəyişikliklərlə razılaşmazsa, və yaxud əlavə sığorta haqqı ödəməkdən imtina edərsə, sığorta şəhadətnaməsi riskdəki bu dəyişikliyin baş verdiyi andan etibarsız sayılır.
Maddə 19. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi
19.1 Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
19.2 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır.
19.3 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
19.4 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır.
19.5 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Maddənin 19.1-ci və 19.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
19.6 Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş qaydada xitam verilmiş hesab edildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Maddənin 19.3- cü və 19.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.
19.7 Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması xərcləri dedikdə inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur.
Fəsil 5. Sığorta hadisəsi zamanı ediləcək hərəkətlər Maddə 20. Sığorta hadisəsi haqqında məlumat vermək
20.1 Sığorta hadisəsi hesab edilən hal barəsində xəbərdar olduqdan dərhal sonra, sığortalı bu haqda sığortaçıya və ya onun nümayəndəsinə məlumat verməyə borcludur. Sığorta şəhadətnaməsində məlumat verməyin müddəti və yaxud üsulu göstərilmişdirsə, o müəyyən olunmuş müddətdə və həmin üsulla həyata keçirilməlidir.
20.2 Sığortalı baş verən hadisə barəsində səlahiyyətli dövlət orqanlarına məlumat verməyə və qanunvericiliklə ona aid edilmiş bütün öhdəlikləri yerinə yetirməyə borcludur.
Maddə 21. Zərərin qarşısının alınması və həmçinin azaldılması
21.1 Sığorta hadisəsi zamanı sığortalı mümkün zərərin qarşısını almaq və miqdarını azaltmaq üçün bütün ağlabatan və mümkün tədbirləri görməlidir.
21.2 Belə tədbirlər həyata keçirilərkən sığortalı sığortaçıdan aldığı təlimatları yerinə yetirməlidir.
Maddə 22. Sığortaçı tərəfindən nəzarət
22.1 Sığortaçı sığorta hadisəsi və onun nəticələri ilə əlaqədar sığortalının bütün hərəkətləri üzərində nəzarət etmək və sığorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün məsələlər haqqında qərar qəbul etmək imkanına malik olmalıdır.
22.2 Sığortalı sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta predmetini sığortaçı baxış keçirənə qədər sığorta hadisəsindən sonra düşdüyü vəziyyətdə saxlamağa borcludur.
22.3 Təmirin yeri təmir başlanana qədər sığortaçı ilə razılaşdırılmalıdır.
22.4 Sığortalı sığorta hadisəsinə aid bütün sənədləri və məlumatı sığortaçıya təqdim etmək, həmçinin hadisənin digər iştirakçılarının və sığorta hadisəsi ilə bağlı məsələlərə baxan səlahiyyətli dövlət orqanlarının bütün hərəkətləri barədə təxirə salınmadan məlumat vermək öhdəliyi daşıyır.
22.5 Sığortalı sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı bir hərəkət etməyə, saziş imzalamağa və ya vəd verməyə haqlı deyildir.
22.6 Sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi təhqiqatlarda sığortaçı öz hesabına sığortalı maraqlarını təmsil və müdafiə etməyə haqlıdır.
Maddə 23. Sığorta hadisəsinin sübut olunması
23.1 Sığorta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin ölçüsünü sübut etmək sığortalının vəzifəsidir.
23.2 Sığorta hadisəsi faktının və şəraitinin, eyni zamanda zərərin miqdarının sübut edilməsi üçün sığortalı malik olduğu və həmçinin qanunvericiliyə və adi təcrübəyə müvafiq olaraq əldə etməli bütün sənədləri sığortaçıya təqdim etməyə borcludur.
Fəsil 6. Ödənilən zərər
Maddə 24. Əvəzi ödəniləcək zərər
Sığortaçı sığorta hadisələri nəticəsində ortaya çıxan aşağıdakı zərəri ödəyir:
24.1 Sığorta predmetinə dəyən birbaşa zərər:
24.1.1 gəmiyə dəyən real zərər;
24.1.2 səbəb olduğu ziyanın əvəzinin ödənilməsi üçün sığortalının üzərinə qoyulan məbləği;
24.2 Sığortaçı tərəfindən ödəniləcək zərərin azaldılması və ya qarşısının alınması məqsədilə çəkilən zəruri və məqsədyönlü xərcləri;
24.3 Sığorta hadisəsinin səbəbini və şəraitini araşdırmaq, həmçinin sığortaçı tərəfindən ödənilməli xxxx zərərin miqdarını müəyyən etmək məqsədilə çəkilən xərcləri.
Maddə 25. Gəmiyə dəyən zərər
25.1 Gəmiyə dəyən zərər aşağıdakı kimi müəyyən edilir:
25.1.1 məhv olduqda (tam və ya konstruktiv) – sığorta hadisəsi baş verən andakı bazar qiyməti həcmində;
25.1.2 təmir olunduqda -
25.1.2.1 əgər gəmi tam təmir edilərsə – təmir xərcləri həcmində;
25.1.2.2 əgər gəmi qismən təmir edilərsə – təmir xərcləri həmçinin gəminin tam təmir xərclərindən artıq olmamaqla, onun təmir olunmayan zədələrinin səbəb olduğu bazar qiymətindəki ucuzlaşma həcmində.
25.1.2.3. əgər sığorta müddəti ərzində gəmi təmir edilməz və xarab vəziyyətdə satılmazsa
– gəminin tam təmiri xərclərindən artıq olmamaqla, onun təmir olunmayan zədələrinin səbəb olduğu bazar qiymətindəki ucuzlaşma həcmində.
25.2 Sığorta müddəti ərzində gəminin hər hansı təmir olunmamış zədədən irəli gələn tam məhv olması (sığorta hadisəsi və ya digər səbəb nəticəsində) halında həmin zədəyə görə sığorta ödənişi verilmir.
25.3 Ayrı-ayrı hissələrin dəyişdirilməsi zərurəti yarandıqda, zərər köhnəlmə dəyəri çıxılmaqla, dəyişdirilən eyni hissələrin bazar dəyəri həcmində müəyyən edilir.
25.4 Sığortaçının seçiminə görə əmlakın təmir xərcləri və ixtisaslaşmış ekspert təşkilatı tərəfindən hazırlanmış, tələb olunan təmirin (bərpanın) qiymətinin ilkin smetası (hesablanması, qiymətləndirilməsi) əsasında, ya da real təmir faktına əsasən müəyyən olunur.
25.5 Əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, aşağıdakı zərərin əvəzi ödənilmir:
güc qurğularına, sistemlərinə və avadanlıqlarına dəymiş zərərin 10 %;
gəminin gövdəsinə, qanadlarına, quyruq hissəsinə və şassisinə dəymiş zərərin 25%.
25.6 Sığortaçı sığorta olunmuş əmlaka dəymiş zərərin əvəzini yuxarıda göstərildiyi kimi müəyyən edilmiş qaydada hər bir sığorta hadisəsi üzrə sığorta məbləği həddində ödəyir.
Maddə 26. Üçüncü şəxslər qarşısında məsuliyyət
26.1 Vurduğu zərərə görə Sığortalının üzərinə qoyulmuş məbləği sığortaçı ödəyir.
26.2 Sığortaçı üçüncü şəxsə vurulmuş zərərə görə məsuliyyətlə bağlı sığortalının üzərinə qoyulmuş aşağıdakı məbləği ödəmir:
26.2.1 əldən çıxmış fayda və ya digər dolayı zərər;
26.2.2 mənəvi zərər.
Maddə 27. Zərərin azaldılması məqsədilə çəkilən xərclər
27.1 Sığortaçı tərəfindən əvəzi ödənilməli xxxx zərəri azaltmaq məqsədilə sığortalının çəkdiyi xərclər, həmin xərclərin digər zərərlə birlikdə sığorta məbləğini aşa bilməsindən asılı olmayaraq, sığortaçı tərəfindən ödənilir, bu şərtlə ki, belə xərclər zərurət və ya sığortaçının göstərişlərini yerinə yetirmək məqsədilə ortaya çıxmış olsun.
27.2 Sığortaçı zərərin qarşısını almaq və ya azaltmaq məqsədilə sığortalının bilərəkdən ağlabatan və mümkün (səmərəli) tədbirləri görməməsi nəticəsində ortaya çıxan zərəri ödəmək öhdəliyindən azad edilir.
Maddə 28. Sığorta hadisəsinin araşdırılması məqsədilə çəkilən xərclər
28.1 Sığorta hadisəsinin səbəblərinin və şəraitinin aydınlaşdırılması, zərərin həcminin müəyyən edilməsi üçün çəkilən zəruri xərclər, bu xərclərin digər xərclərlə birlikdə sığorta məbləğini aşa bilməsindən asılı olmayaraq sığortaçı tərəfindən ödənilir.
Maddə 29. Qismən sığorta
29.1 Əgər gəminin sığorta məbləği onun sığorta dəyərindən (sığorta müqaviləsi bağlandığı gün onun yerləşdiyi yerdəki bazar dəyəri) az müəyyən olunmuşdursa, sığortaçı vurulmuş zərərin, sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətinə mütənasib hissəsini ödəyir.
Fəsil 7. Sığorta ödənişi
Maddə 30. Ödənişin verilməsi
Sığortalı tərəfindən aşağıda göstərilən sənədlərin təqdim olunması vaxtından etibarən 15 iş günü ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir:
• Sığorta ödənişinin verilməsi barədə ərizə;
• Sığorta şəhadətnaməsi;
• Baş vermiş hadisə ilə bağlı aidiyyətli orqanların tərtib etdiyi sənədlər (arayış, akt, rəy və ş.);
• Zərər dəymiş sığorta predmetinə mülkiyyət hüququnu təsdiq edən sənəd;
• Zərərlə bağlı müstəqil ekspertlərin tərtib etdikləri rəy və zərər hesabı;
• Sığorta hadisəsinin mahiyətindən asılı olaraq digər sənədlər. Maddə 31. Sığorta ödənişinin hesablanması qaydası
Sığortalanmış maraqlara vurulan zərərin həcmi müəyyən olunduqdan sonra, sığorta ödənişinin
hesablanması aşağıdakı qaydada həyata keçirilir:
31.1 Qismən sığorta zamanı – zərərin sığorta məbləğini sığorta dəyərinə xxxx nisbətinə mütənasib hissəsi müəyyən edilir.
31.2 Sığorta şəhadətnaməsində azadolma nəzərdə tutulduqda – zərərin həcmi azadolmanın miqdarı çıxılmaqla müəyyən edilir.
31.3 Sığorta müqaviləsində (şəhadətnamədə) məsuliyyətin hədləri nəzərdə tutulmuşdursa, hər bir sığorta hadisəsinə görə sığorta ödənişinin maksimum miqdarı göstərilmiş həddi aşa bilməz.
31.4 Hər bir sığorta hadisəsinə görə sığorta ödənişinin ümumi miqdarı sığorta məbləğini aşa bilməz.
Maddə 32. Ödənilməmiş sığorta mükafatının nəzərə alınması
Əgər sığorta ödənişinin verilməsi anına qədər sığorta mükafatı ödənilməmişdirsə, sığortaçı ödəniş zamanı sığorta haqlarının qalan hissəsini tutmağa haqlıdır.
Maddə 33. Qalıqlara xxxx hüququn keçməsi
33.1 Sığortaçı sığortalanmış əmlakın məhv olmasının əvəzini ödədikdə və ya onun ayrı-ayrı hissələrini başqası ilə əvəz etdikdə sığortalının həmin əmlaka və dəyişilmiş hissələri xxxx hüquqları sığortaçıya keçir. Bütün qalıqlar sığortaçıya verilməlidir.
Sığortalı həmin hüquqların sığortaçıya keçməsi üçün bütün zəruri tədbirləri görməyə borcludur.
33.2 İtmiş əmlakın sonradan tapılması halında sığortaçı öz rəyinə əsasən əmlakı özündə saxlamaq və yaxud sığortalıya qaytarmaq hüququna malikdir. İkinci halda əmlaka görə alınmış sığorta ödənişi sığortaçıya xxxx qaytarılmalıdır. Əgər əmlak korlanmış vəziyyətdə əldə olunarsa, sığortaçı sığortalıya həmin zərərin əvəzini ödəyir.
Maddə 34. Sığorta ödənişi verməkdən imtina
Aşağıdakı hallarda sığortaçı sığortalıya sığorta ödənişi verməkdən imtina etməyə haqlıdır:
34.1 Sığortalının ona məlum xxxx məlumatı verməməsi və ya xxxxxx dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar barədə qəsdən yanlış məlumat verməsi.
34.2 Mühüm şərtlərin yerinə yetirilməməsi ilə sığorta hadisəsi arasında əlaqənin olub- olmamasından asılı olmayaraq sığortalının sığorta müqaviləsinin mühüm şərtlərinə əməl etməməsi.
34.3 Sığortaçıya baş vermiş sığorta hadisəsi haqqında məlumat verməmə və ya gec məlumat vermə, o şərtlə ki, sığortaçıda belə məlumatın olmaması və ya yanlış məlumat olması
onun üçün sığorta ödənişini vermək öhdəliyinin yaranmasına təsir etmək imkanına malik olsun.
34.4 Yerinə yetirilmədiyi təqdirdə sığorta hadisəsinin baş verməsinə və ya itkilərin həcminin artmasına gətirib çıxarmış və ya kömək etmiş, yaxud da sığorta hadisəsinin şəraitinin düzgün aydınlaşdırılması imkanlarını pozmuşdursa, Sığortalının sığorta müqaviləsinə, bu şərtlərə və ya qanunvericiliyə əsasən ona həvalə edilən öhdəlik və şərtləri yerinə yetirilməməsi.
Fəsil 8. Subroqasiya Maddə 35. Xxxxxxxx şəxsə qarşı tələb hüququnun keçməsi
35.1 Sığorta hadisəsi nəticəsində əvəzi ödənilmiş zərərə görə cavabdeh xxxx şəxsdən Sığortalının
tələb etmək hüququ ödənilmiş məbləğ hüdudunda, subroqasiya qaydasında sığorta ödənişini verən sığortaçıya keçir.
35.2 Sığortalı Sığortaçıya keçən tələb hüququnun həyata keçirilməsi üçün zəruri xxxx bütün sənədləri və sübutları ona təqdim etməli və bütün məlumatlar barədə onu xəbərdar etməlidir.
Maddə 36. Xxxxxxxxxxxx cavabdeh şəxsə qarşı tələb hüququndan imtina etməsi
36.1 Əgər Sığortalı Sığortaçı tərəfindən əvəzi ödənilmiş zərərə görə cavabdeh xxxx şəxsdən özünün tələb hüququndan imtina edərsə, və ya onun təqsiri ucbatından bu hüququn həyata keçirilməsi mümkün olmazsa, sığortaçı bütünlükdə və ya müvafiq qisimdə sığorta ödənişi verməkdən azad olunur və lazımsız yerə verilmiş sığorta ödənişinin qaytarılmasını tələb etməyə haqlıdır.
Maddə 37. Üçüncü şəxslər tərəfindən zərərin ödənilməsi
37.1 Əgər Sığortalı vurulmuş zərərlərə görə üçüncü şəxsdən zərərin əvəzini almışdırsa, Sığortaçı yalnız verilməli xxxx sığorta ödənişi məbləği ilə sığortalının üçüncü şəxsdən aldığı məbləğ arasındakı fərqi ödəyir.
Fəsil 9. Digər müddəalar Maddə 38. Tərəflərin hüquq və vəzifələri
38.1 Sığortalının hüquqları:
38.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
38.1.2 Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.
38.2 Sığortalının vəzifələri:
38.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
38.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək;
38.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək;
38.2.4 Sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək.
38.3 Sığortaçının hüquqları:
38.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
38.3.2 Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək;
38.3.3 Sığortalı ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
38.3.4 Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək;
38.3.5 Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.
38.4 Sığortaçının vəzifələri:
38.4.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir;
38.4.2 Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək;
38.4.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
38.4.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti
Hava nəqliyyatı vasitələrinin tam sığortası üzrə tarif dərəcələrinin hesablanması və iqtisadi əsaslandırılması (hava nəqliyyatı, daşıyanın məsuliyyətinin, yüklərin, sərnişin və heyətin bədbəxt hadisələrdən sığortası)
Bu sığorta növü üzrə tarif dərəcələri Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Şöbəsinin hazırladığı «Həyat və qeyri həyat sığortası sahələri üzrə sığorta tariflərinin hesablanması haqqında metodikalar» əsasında hesablanmışdır. Bu sığorta növü üzrə tarif dərəcələri yuxandakı hər bir təminat üzrə ayrıca hesablanmışdır.
Hava nəqliyyatı vasitəsinin sığortası üzrə tarif dərəcələrinin hesablanması
Bu komponent üzrə hesabat üçün məlum düsturlara daxil xxxx kəmiyyətlərin aşağıdakı qiymətləri götürülmüşdür:
gözlənilən müqavilələrin sayı n = 10;
- bir müqavilə üzrə xxxx sığorta məbləği S = 80000 manat;
- xxxx sığorta ödənişi Sö = 20000 manat; sığorta hadisəsinin baş vermə ehtimalı q = 0,040; -Y = 0,9 və a(Y) = 1.3
Bu komponent üzrə netto dərəcənin əsas hissəsi Tl, əs = 100 x 20000 x 0,04 / 80000 = 1,00 manat.
Risk üstəliyi isə
Tl, r= 1,2 x 1,00 x 1,3 x kök 1 - 0,04 /10 x 0,04 = 2,42 manat olar. Bu komponent üzrə ümumi netto dərəcə
Tl, n= Tl, əs + Tl, r = 1,00 + 2,42 = 3,42 manat təşkil edər.
Tərif dərəcəsinin strukturu: 80% netto dərəcə, 15% işlərin aparılması xərci, 2% qarşısıalınma tədbirləri üçün, 3% mənfəət.
Bu komponent üzrə brutto dərəcə üçün məlum Tl, b= Tl, n/( 1-f) düsturundan (f- yüklənmə, və burada f = 20%) istifadə etməklə Tl, b = 5,28 manat alırıq.
Bu, lıər yüz manat sığorta məbləği üçün brutto sığorta haqqım təşkil edir. istifadə etməklə Tl, b = 5,28 manat alırıq.
Bu, hər yüz manat sığorta məbləği üçün brutto sığorta haqqım təşkil edir.
1
Sərnişin və heyətin bədbəxt hadisələrdən sığortası üzrə tarif dərəcələrinin hesablanması
Bu halda biz asılı hadisələr üçün ehtimal anlayışından istifadə edəcəyik. A - hava nəqliyyatı vasitəsinin qəzaya uğraması, B isə bu qəza nəticəsində sərnişinlər və heyətə xətər toxunması hadisəsi olsun. Ehtimal nəzəriyyəsindən məlumdur ki asılı hadisələrin hasilinin ehtimalı, birinci hadisənin ehtimalı ilə birinci hadisənin baş verməsi şərti ilə ikinci hadisənin baş verməsinin şərti ehtimalının hasilinə bərabərdir: P(A x B) = P(A) x P(B/A),
Praktiki olaraq P(B/A) = 0,92 götürülür.
Onda qəza nəticəsində sərnişinlər və heyətə xətər toxunması hadisəsinin ehtimalı q = P(A x B)
= 0,04 x 0,92 = 0,037
Bu komponent üzrə bir nəfər üçün sığorta məbləği 2 000 manat və ya hava nəqliyyatı vasitəsində 40 yer olduğunu qəbul etsək, hava gəmisi üçün sığorta məbləğinin 80 000 manat olduğunu taparıq. Sığorta hadisəsi baş verdikdə xxxx sığorta ödənişi 20 000 manatdır.
Yenə də n=10, Y=0,90 və ya A(Y)=1,3 götürülmüşdür. Bu komponent üzrə netto-dərəcənin əsas hissəsi
T2, əs=100 * 20 000 *0,037/80 000=0,93 manat:
Risk üstəliyi isə
T2, r=l,2 * 0,93 * 1,3 * kök 1 - 0,037/10 - 0,037 = 2,34 manat olar. Bu komponent üzrə ümumi netto-dərəcə
T2, n=T2, əs+T2, r=0,93+2,34=3,27 manat təşkil edər.
Tarif dərəcəsinin strukturu: 80%>-netto-dərəcə, 15%-işlərin aparılması xərci, 2%-qarşısıalmma tədbirləri üçün, 3%-mənfəət.
Bu komponent üzrə ümumi brutto-dərəcə üçün məlum T2, b=T2, n/(l-f) düsturundan (f- yüklənmə və burada f=20%) istifadə etməklə T2, b=4.09 manat alırıq.
Yüklərin sığortası üzrə tarif dərəcələrinin hesablanması
Bu halda da biz asılı hadisələr üçün ehtimal anlaşından istifadə edəcəyik. A- hava nəqliyyatı vasitəsinin qəzaya uğraması, B- isə bu qəza nəticəsində daşınan yüklərə xətər toxunması hadisəsi olsun. Yenə də yaza bilərik:
P(A*B) = P(A)*P(B/A)
Praktiki olaraq P(B/A)=0.83 götürülür.
Onda qəza nəticəsində yüklərə xətər toxunması hadisəsinin ehtimalı q=P(A*B)=0.04 * 0.83= 0.033 olur.
Bu komponent üzrə xxxx sığorta məbləği 20 000 manat və sığorta hadisəsi baş verdikdə
xxxx sığorta ödənişi 3 000 manatdır.
Yenə də n=10, Y=0.90 və A(Y)= 1.3 götürülmüşdür. Bu komponent üzrə netto-dərəcənin əsas hissəsi
T3, əs=100 * 3 000 * 0.033/20 000 = 0.5 manat;
risk üstəliyi isə
T3, r= 1.2 * 0.5 * 1.3 * Kök 1-0.033/10* 0.033=1.34 manat olar.
Bu komponent üzrə ümumi netto- dərəcə T3, n=T3, əs+T3, r=0.5+1.34=1.84 manat təşkil edər.
Tarif dərəcəsinin strukturu: 80%- netto-dərəcə, 15%-işlərin apanlması xərci,2%- qarşısıalınma tədbirləri üçün, 3%- mənfəət.
Bu komponent üzrə brutto-dərəcə üçün məlum T3,b=T3, n/(l-f) düsturundan (f- yükləmə və burada f=20%) istifadə etməklə T3, b=2.3 manat alırıq.
Daşıyanın məsuliyyətinin sığortası üzrə tarif dərəcələrinin hesablanması
Bu komponent üzrə hesabat üçün məlum düsturla daxil xxxx kəmiyyətlərin aşağıdakı qiymətləri götürmüşdür:
gözlənilən müqavilələrin sayı n=10;
bir müqavilə üzrə xxxx sığorta məbləği S= 20 000 manat; xxxx sığorta ödənişi Sö= 3 000 manat; sığorta hadisəsinin başvermə ehtimalı=0.023; - Y=0.90 və A(Y)=1.3
Bu komponent üzrə netto-dərəcənin əsas hissəsi T4, əs=100 * 3 000 * 0.023/20 000= 0.35;
Risk üstəliyi isə
T4,r=1.2 * 0.35 * 1.3 * Kök 1-0.023/10 * 0.023=1.11 manat olar. Bu komponent üzrə ümumi netto-dərəcə
T4, n=T4, əs+T4, r= 0.35+1.11=1.46 manat təşkil edər.
Tarif dərəcəsinin strukturu: 80%-netto-dərəcə, 15%-işlərin aparılması xərci, 2%- qarşısıalmma tədbirləri üçün, 3%- mənfəət.
Bu komponent üzrə brutto-dərəcə üçün məlum: T4, b=T4, n/(l-f) düsturundan (f- yüklənmə və burada f=20%) istifadə etməklə T4,b=1.82 manat alınq.
Sığortaçımn bu tariflərə, sığorta riskinin dərəcəsini müəyyən etməyə əhəmiyyətli təsiri xxxx şəraitlə bağlı müəyyən düzəlişlər etmək hüququ vardır.