Seleksiya nailiyyətindən istifadə edən hüquqi və fiziki şəxslərlə Patent sahibi arasında
Seleksiya nailiyyətindən istifadə edən hüquqi və fiziki şəxslərlə Patent sahibi arasında
X X X X X X İ Y A M Ü Q A V İ L Ə S İ №
Lisenziyanın növü
(açıq – fiziki şəxslər üçün və ya məcburi - hüquqi şəxslər üçün)
Bir tərəfdən satıcı qismində çıxış edən Patent sahibi Əkinçilik ET İnstitutu, Az1098 Bakı şəhəri, 2 xxxxx sovxoz ünvanında yerləşən və «İstifadəçi» adlanacaq hüquqi və ya fiziki şəxs
(hüquqi şəxslər üçün – hüquqi şəxsin adı, təşkilatın
hüquqi forması, ünvanı,; fiziki şəxslər üçün – adı, soyadı, atasının adı, şəxsiyyətini təsdiq edən vəsiqə haqqında məlumatlar
sortların adı və toxumun reproduksiyası barədə məlumatlar
arasında əldə olunan qarşılıqlı razılaşma əsasında müqavilə bağlanılır.
1. Müqavilənin məzmunu
1.1. Bu müqavilə «Toxumçuluq haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 320 nömrəli Fərmanının 1.3-cü bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş «Sort müəlliflərinə və patent sahibinə toxumdan istifadəyə görə mükafatın və haqqın ödənilməsi» Qaydasına uyğun olaraq tərtib edilmişdir.
1.2. Müqavilə qüvvədə olduğu müddətdə patent sahibi patentlə mühafizə olunan seleksiya nailiyyətindən istifadə edərək haqqı mükafat şəklində ödənilməklə
«istifadəçi»yə məhsul və toxum istehsal etmək, satmaq, emala təqdim etmək, istehsal olunmuş məhsulu təsərrüfat dövriyyəsinə daxil etmək hüququ verən lisenziya verir.
2. Tərəflərin hüquq və vəzifələri:
2.1 Patent sahibi (Əkinçilik ET İnstitutu)
- Rayonlaşmış sortların toxumlarının artırılması, satışı və sort mühafizəsinə əsaslanaraq istehsalçının ümumi hüquqlarını təmin edir.
- Patent sahibi və sort müəllifləri toxumluq əkinlərin sortluq keyfiyyətinə vaxtaşırı nəzarət edir.
- İstehsal olunmuş toxumların satışından əldə olunmuş gəlirdən qanunvericiliyə uyğun haqq tələb edir.
2.2 İstifadəçi (toxum istehsal edən fiziki və hüquqi şəxslər)
- Patent sahibinin bütün hüquqlarını qoruyur
- Sort ölkədə qeydiyyatdan keçdiyi halda patent sahibinin və seleksiyaçının hüquqlarının mövcud qanunvericiliyə uyğun olaraq təmin edilməsi üçün vacib tədbirləri həyata keçirir.
- Toxumluq əkinlərə tövsiyə olunan aqrotexniki qulluq işlərinə tam əməl edir.
- Toxum materialını təyinatı üzrə istifadə etmədikdə və ya etinasızlıqdan məhsulu batırdıqda ayrılmış toxumun dəyərinin 3 mislində patent sahibinə cərimə ödəyir.
- Patent sahibini vaxtaşırı olaraq toxumluq əkinlərin nəticələri ilə məlumatlandırır, patent sahibi və sort müəllifləri tərəfindən sortluq əkinlərə nəzarətini təmin edir.
- İstehsal və satış üzrə aşağıdakı məlumatları verir:
a) noyabrın 31-dək toxumluq əkinlər barədə məlumat
b) 30 oktyabradək yığımdan sonra sertifikat verilən və satılan toxumların ümumi miqdarı haqda məlumat.
3. Lisenziya ödəmələri
- Əkinçilik ET İnstitutunun ölkədə toxum kimi satılmış və sertifikat verilmiş sortlarının bütün toxumları lisenziya haqqının ödənilməsi üçün qanuni əsasdır.
- İstifadəçi (toxum istehsalçısı)sortdan istifadəyə görə aldığı hər 1 kq elit reproduksiyalı toxum üçün patent sahibinə patent haqqı olaraq 6 (altı) qəpik miqdarında vəsait ödəyir.
- Toxum xxxx fiziki və ya hüquqi şəxs aldığı toxuma görə vəsaiti ödədikdən sonra ödəniş qəbzinin və lisenziya müqaviləsinin surətini Respublika Toxum Müfəttişliyinə və toxum götürəcəyi müəssisəyə təqdim edir.
4. Ümumi müddəalar:
- Mübahisəli məsələlər tərəflərin qarşılıqlı razılaşması əsasında həyata keçirilir. Xxxxx mübahisəli məsələlər qarşılıqlı razılaşması əsasında həll edilmədikdə tərəflər mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququna malikdirlər.
5. Müqavilənin qüvvədə olması
Müqavilə tərəflərin qarşılıqlı razılığı ilə imzalanır və onların təsdiq etdiyi gündən qüvvəyə minir və il tarixədək qüvvədədir.
Lisenziya müqaviləsi ünvanda
nüsxədən ibarət tərtib olunub « » 20 tarixdə bağlanmışdır.
Tərəflərin hüquqi ünvanları:
1. 2 xxxxx Sovxoz, Bakı şəhəri, Az1098, Əkinçilik ET İnstitutu
2.
Patent sahibi: İstifadəçi:
Əkinçilik ET İnstitutunun Toxum istehsalçısı direktoru
imza imza
M.Y. M.Y.