Maddə 1. ÜMUMİ MÜDDƏALAR
Maddə 1. ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq işlənib hazırlanmışdır.
Maddə 2. ANLAYIŞLAR
Bu Qaydalarda və bu Qaydalar əsasında bağlanmış Sığorta müqavilələrində aşağıdakı əsas anlayışlardan istifadə olunur:
Borcalan - Sığortalıdan xxxxxx xxxx fiziki və ya hüquqi şəxslər.
Kredit/Borc - Qaytarılmaq şərti ilə Sığortalıdan götürülən məbləğ və ya əvəzi qaytarılmaq şərti ilə göstərilmiş xidmət, iş,verilmiş mal; Sığortalı - sığorta haqqı ödəyən, verdiyi kreditlərin, kreditə satdığı malların,göstərdəyi xidmətlərin sığortalanmasında sığorta xxxxxx xxxx və Sığortaçı ilə kreditlərin və ya kreditə satılan malların sığortalanması haqqında müqavilə bağlamış bank, bank olmayan kredit təşkilatı, möhlətlə mal, iş və ya xidmət satan hüquqi və ya fiziki şəxslər;
Sığortaçı - sığorta qanunvericiliyi əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx,Sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan Sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs.
Xxxxx - Xxxxxxxxxx kredit müqaviləsi üzrə aldığı kreditin və ya alıcının alqı-satqı müqaviləsinə əsasən kreditə aldığı malın,işin və ya xidmətin vaxtında ödəniləcəyinə zəmanət verən şəxs.
Xxxxxxxxxx şəxs - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxsdir.
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
Sığorta predmeti - Sığortalı tərəfindən hüquqi və fiziki şəxslərə verilən kreditlər.
Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir.
Sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. Sığorta haqqı - risklərin qəbul edilməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
Sığortanın müddəti - sığorta risklərinin sığortalandığı müddət;. Sığorta müqaviləsində başqa cür hal nəzərdə tutulmamışdırsa sığorta təminatı sığorta müqaviləsində qeyd olunmuş müddəti əhatə edir.
Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta muqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.
Gözləmə müddəti - gözləmə müddəti, sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.
Sığorta hadisəsi - qanunvericiliyə və ya Sığorta müqaviləsinə görə sığorta ödənişinin Sığortalıya, Sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzindəbaş verən hadisə və ya yaranan hal.
Maddə 3. SIĞORTA SİNFİ
Bu Qaydalar əsasında həyata keçirilən sığorta, sığorta obyektinə görə əmlak sığortasına aid olub və müflis olması və ya ölməsi, həmçinin öz öhdəliklərini digər səbəblərdən yerinə yetirə bilməməsi ilə əlaqədar kredit verilmiş şəxsin krediti qaytarmaması nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan kreditlərin sığortası sinifinə daxildir.
Maddə 4. SIĞORTANIN OBYEKTİ VƏ PREDMETİ
4.1. Sığortalının borcalanla bağladığı kredit müqaviləsi ilə bağlı Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə zidd olmayan əmlak mənafeləri bu Qaydalar daxilində sığorta obyekti hesab olunur.
4.2. Sığortalının hər bir borcalanla bağladığı və sığortaladığı kredit müqaviləsi bu sığortanın predmetini təşkil edir.
Maddə 5. SIĞORTA RİSKLƏRİ
5.1. Bu Qaydalara əsasən, sığorta təminatı aşağıdakılara münasibətdə verilir:
5.1.1. Sığorta təminatının qüvvədə olduğu müddət ərzində borcalanın baş vermiş bədbəxt hadisə nəticəsində ölümü səbəbindən kreditin qaytarılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
5.1.2. Sığorta təminatının qüvvədə olduğu müddət ərzində borcalanın baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin daimi qismən və ya xxxxx xxx itirməsi səbəbindən kreditin qaytarılması üzrə öhdəlikləri yerinə yetirməməsi;
5.1.3. Sığorta təminatının qüvvədə olduğu müddət ərzində borcalanın baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin müvəqqəti tam itirilməsi(borcalanın gündəlik həyatda fəaliyyətinin məhdudlaşması) səbəbindən kreditin qaytarılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
5.1.4. Sığorta təminatının qüvvədə olduğu müddət ərzində borcalanın baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin müvəqqəti qismən itirilməsi(borcalanın gündəlik peşəkar əmək qabiliyyətinin əhəmiyyətli dərəcədə məhdudlaşması) səbəbindən kreditin qaytarılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
5.2. ƏLAVƏ SIĞORTA HAQQI MÜQABİLİNDƏ SIĞORTA TƏMİNATINA DAXİL EDİLƏN ZƏRƏRLƏR
5.2.1 Sığorta təminatının qüvvədə olduğu müddət ərzində borcalanın baş vermiş xəstəlik nəticəsində borcalanın ölümü səbəbindən kreditin qaytarılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
5.2.2 Sığorta təminatının qüvvədə olduğu müddət ərzində borcalanın baş vermiş xəstəlik nəticəsində borcalanın əmək qabiliyyətinin daimi qismən və ya xxxxx xxx itirməsi səbəbindən kreditin qaytarılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
5.2.3 Sığorta təminatının qüvvədə olduğu müddət ərzində borcalanın baş vermiş xəstəlik nəticəsində borcalanın əmək qabiliyyətinin müvəqqəti tam itirilməsi(borcalanın gündəlik həyatda fəaliyyətinin məhdudlaşması) səbəbindən kreditin qaytarılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
Maddə 6. SIĞORTA RİSKLƏRINDƏN İSTİSNALAR VƏ (VƏ YA) SIĞORTA TƏMİNATINA MƏHDUDIYYƏTLƏR
6.1Bu Qaydalara əsasən, sığorta təminatı aşağıdakılara münasibətdə verilmir:
6.1.1. Əmək müqaviləsinə aşağıdakilar nəticəsində xitam verilməsi sığorta təminatı ilə əhatə olunmur.
6.1.2. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;
6.1.3. Alkoqollu içkilər, narkotik, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması
6.1.4. Təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;
6.1.5. Təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;
6.1.6. Qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
6.1.7. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;
6.1.8. Əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;
6.1.9. İş vaxtı ərzində bilavasitə iş yerində inzibati hüquq pozmalarına və ya cinayət tərkibi xxxx ictimai-təhlükəli əməllərə yol verməsi.
6.1.10. Attestasiya nəticələrinə əsasən tutduğu vəzifəyə uyğun olmaması.
6.1.11. Saxta sənədlərin əsasında əmək müqaviləsi bağlanması.
6.1.12. Müddətli əmək müqaviləsinin müddətinin bitməsi.
6.1.13. Mövsümi işlərin görülüb başa çatması.
6.1.14. Sınaq müddətin nəticələrinə əsasən tutduğu vəzifəyə uyğun olmaması.
6.1.15. Pensiyaya çıxmaqla əlaqədər.
6.1.16. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən fəaliyyətlə məşğul olma və müəyyən vəzifə tutmanın qadağan edilməsi.
6.1.17. Xxxxxxxxxx intiharı və ya intihara cəhdi.
6.1.18. Zöhrəvi xəstəliklər, onkoloji, qazanılmış immun çatışmamazlığı sindromu (QİÇS) və immun çatışmamazlığı virusu (IÇV) ilə əlaqədar meydana gələn bütün xəstəliklər.
6.1.19. Sığortalı və Xxxxxxxxxx bilərəkdən birgə vurduğu zərərlər aşkar olunduqda və ya Sığortalı Borcalan barəsində Sığortaçıya düzgün məlumat vermədikdə;
6.1.20. Sığortalı Sığortaçının razılığı olmadan Borcalanın borcu ilə bağlı hər hansı bir sövdələşməyə girdikdə.
6.1.21. İonlaşdırıcı radiasiya şüaları, radioaktiv elementlər, qeyri-radiasiya tərkibli nüvə yanacağı, yanmış nüvə yanacağı, partlayıcı nüvə tərkibli element və ya onun komponentlərindən ibarət təhlükəli radioaktiv, zəhərli, partlayıcı və digər təhlükəli maddələrin bilavasitə və ya dolayı təsiri;
6.1.22. Borcalanın xidməti vəzifələrinin icrası ilə bağlı olub-olmamağından asılı olmayaraq müharibə, hərbi münaqişələr, düşmən ölkələrinin əməlləri, düşmən aktları, hərbi və ya hərbə bənzər əməliyyatlar (müharibənin elan olub-olunmamağından asılı olmayaraq), işğal, terrorçuluq əməlləri, çevriliş vətəndaş müharibəsi, milli çaxnaşma, qiyamlar, tətillər, ictimai qaydanın pozulmasına səbəb xxxx hərəkətləri, kütləvi iğtişaşlar, üsyanlar, inqilablar, silahlı yolla hakimiyyətin qəsb edilməsi və bu kimi digər hallar və onların bilavasitə və ya dolayı nəticələri, həmçinin borcalanın hərbi xidmət keçməsi, hərbi toplantılarda və təlimlərdə iştirak etməsi;
6.1.23. Borcalanın cinayət və ya inzibati xəta törətməsi ilə əlaqədar azadlıqdan məhrum edilməsi.
6.1.24. Xxxxxxxxxx xəbərsiz xxxxx düşməsi məhkəmə tərəfindən tanınarsa.
6.2 Bu Qaydaların 6.1-ci maddəsində nəzərdə tutulmuş istisna və məhdudiyyətlər qanunvericiliyə zidd olmadığı halda tərəflərin razılığı əsasında və əlavə sığorta haqqı ödənilməsi şərti ilə sığorta təminatına daxil edilə bilər.
Maddə 7. SIĞORTA MƏBLƏĞİ VƏ ONUN MÜƏYYƏN EDİLMƏ QAYDASI
7.1 Sığorta məbləği sığortaçı ilə sığortalı arasında razılaşdırılaraq müəyyənləşdirilir və sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
7.2 Sığorta məbləği borcalanın Sığortalıdan götürdüyü kredit məbləği həddində müəyyən edilir
7.3 Sığortaçının razılığı ilə sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta məbləği verilən kreditə (borca) hesablanan faiz həcmində artırıla bilər.
7.4 Gecikdirilmiş kreditə görə hesablanan faiz, dəbbə pulu və həmçinin sanksiya,qeyri sanksiya xarakterli əsas borca hesablanmış bütün digər məbləğlər həcmində borclar sığorta məbləğinə aid edilmir.
7.5 Sığorta məbləği borcalan tərəfındən qaytarılmış məbləğlər həcmində azalır və sığorta hadisəsi anına borcalanın qalıq kredit borcunun 100% hissəsi həddində müəyyən olunur.
Maddə 8. SIĞORTA HAQQI VƏ SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ QAYDASI
8.1 Sığorta müqaviləsi üzrə sığorta haqqı Sığortaçı tərəfindən tarif dərəcələrinə əsasən hesablanır.
8.2 Sığorta haqqının miqdarı sığorta məbləği, sığorta təminatı verilən risklər, sığorta müddəti və sığorta tariflərindən asılı olaraq hesablanır. Tarif dərəcəsinin ölçüsü borcalanın cinsiyyəti, yaşı, sağlamlıq vəziyyəti, onun fəaliyyət növündən və əmək şəraitindən asılı olaraq risk qrupu nəzərə alınaraq müəyyən edilir.
8.3 Sığorta haqqı sığortalı tərəfindən sığortaçının nümayəndəsinə (sığorta agentinə) və ya xəzinəsinə nağd pulla, yaxud nağdsız hesablaşma yolu ilə ödənilə bilər. Sığorta haqqının ödənilməsi tarixi nağd pulla ödənildikdə - sığortaçının xəzinəsinə daxil olduğu, nağdsız hesablaşma yolu ilə ödənildikdə isə - sığortaçının bank hesabına daxil olduğu tarix sayılır.
8.4 Sığorta haqqının ödənilməsi qaydası sığorta müqaviləsi ilə müəyyən edilir.
8.5 Əgər sığorta haqqı müəyyən olunmuş müddətdə sığortaçıya ödənilməzsə, sığorta şəhadətnaməsi öz qüvvəsini itirir ve sığortaçı həmin müqavilə üzrə heç bir məsuliyyət daşımır.
Maddə 9. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMASI, ONA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ VƏ XİTAM VERİLMƏSİ QAYDASI
9.1 Sığorta müqaviləsi yazılı formada bağlanılır və tərəflərin imzası ilə təsdiqlənir.
9.2 Sığortaçinın tələb etdiyi halda sığorta müqaviləsinin bağlanması üçün Sığortalı müvafiq ərizə formasını doldurur.
9.3 Sığorta müqaviləsinin qüvvəyə minmə və sona çatma anı sığorta şəhadətnaməsi(müqaviləsi)ilə müəyyən edilir.
9.4 Sığortaçı sığortalıdan sığorta hadisəsinin baş verməsi ehtimalının müəyyən edilməsi məqsədilə əlavə sənədlərin təqdim olunmasını tələb etmək hüququna malikdir.
9.5 Sığorta müqaviləsi yazılı formada aşağıdakı üsullarla bağlanılır:
9.6 Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi 1(bir) illik bağlanılır.
9.7 Sığorta müqaviləsi imzalanarkən sığortalının fəaliyyətinin xüsusiyyətləri nəzərə alınaraq, sığortalı və sığortaçı bu müqavilənin müəyyən müddəalarının dəyişdirilməsi və ya istisna edilməsi, həmçinin ona müəyyən əlavələr edilməsi barədə razılığa gələ bilərlər.
9.8 Sığorta müqaviləsinə edilən bütün dəyişiklik və əlavələr mütləq yazılı şəkildə edilir və tərəflərin imzası ilə təsdiqlənir.
Sığorta müqaviləsinə xitam verilməsi qaydası və onun nəticələri:
9.9 Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
9.9.1. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
9.9.2. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini sığorta məbləği həddində tam yerinə yetirdikdə;
9.9.3. Sığortaçi və sığortalı hüquqi şəxs ləğv edildikdə.
9.9.4. Sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
9.9.5. Sığorta marağı artıq mövcud olmadıqda(kredit borcu borcalan tərəfindən tam ödənildikdə).
9.10 Bu Qaydaların 9.9-cu maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda müqaviləyə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
9.11 Sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə təşəbbüskar tərəf digər tərəfə və faydalanan şəxsə ən azı 30(otuz) gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60(altmış) gün, 3(üç) aydan az müddətə bağlanmış olduqda isə 5(beş) iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
9.12 Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
9.13 Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər.
9.14 Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
9.15 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Məcəllənin 9.12.-ci və 9.13-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Maddə 10.TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
10.1 Sığortalı aşağıdakı hüquqlara malikdir:
10.1.1.Sığorta müqaviləsi bağlanarkən sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə xxxxx olmaq;
10.1.2.Sığorta müqaviləsi bağlanarkən bu Qaydalarla xxxxx olmaq; 10.1.3.Sığorta müqaviləsi üzrə istənilən açıqlamanı sığortaçıdan sorğu etmək;
10.1.4.Sığortaçının razılığı ilə sığorta məbləğinin və ayrı-ayrı sığorta riskləri üzrə sığorta məbləğlərinin ölçüsünə, sığorta müddətinə, sığorta haqlarının ölçüsünə dair sığorta müqaviləsinin şərtlərini dəyişdirmək. Belə dəyişikliklər sığorta müqaviləsinə əlavə sazişlə rəsmiləşdirilməlidir;
10.1.5.Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermək;
10.1.6.Bu Qaydalarda, sığorta müqaviləsində, və qanunvericilikdə nəzərdə tutulan digər hüquqlardan istifadə etmək.
10.2 Sığortalının vəzifələri aşağıdakılardır:
10.2.1. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum xxxx və / və ya sığortaçının birbaşa sorğu etdiyi,sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən hallar barədə məlumatları sığortaçıya vermək;
10.2.2.Sığorta müqaviləsində müəyyən edilmiş məbləğdə və müddətlərdə sığorta haqqını ödəmək;
10.2.3.Sığortalı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar barədə sığortaçıya ən geci 7 (yeddi) iş günü ərzində məlumat vermək;
10.2.4.Sığorta hadisəsinin baş vermə ehtimalının və sığorta hadisəsi hesab edilə bilən hadisələrin səbəb olduğu zərərin həcminin azaldılması məqsədi ilə özündən xxxxx xxxx bütün ağlabatan və zəruri tədbirləri görmək.
10.2.5.Sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən, zərərin qiymətləndirilməsi və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədləri və məlumatları sığortaçıya (və ya təyin edilmiş müstəqil ekspert,yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxsə) vermək;
10.2.6.Sığortaçıya (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxsə) sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına və/və ya zərərin qiymətləndirilməsinə imkanı yaratmaq və maneçilik törətməmək;
10.2.7.Sığortaçının ona rəsmi bildirilmiş bütün göstərişlərinə əməl etmək;
10.2.8.Bu Qaydalarda, sığorta müqaviləsində, və qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək;
10.3 Sığortaçı aşağıdakı hüquqlara malikdir:
10.3.1.Sığorta müqaviləsi bağlanarkən sığortalının özünə məlum xxxx və / və ya etdiyi, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortalıya sorğu vermək;
10.3.2.Sığorta müqaviləsi bağlanarkən xxxxxxxx şəxsin səhhətinin mövcud vəziyyətini qiymətləndirmək məqsədilə onun sığorta müqaviləsinin şərtlərindən asılı olaraq sığortalının hesabına müayinə olunmasını tələb etmək;
10.3.3. Sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırması, və /və ya zərərin qiymətləndirilməsi üçün müstəqil eksperti, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxsi təyin etmək. Sığorta hadisəsinin araşdırılması və /zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər;
10.3.4. Sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədləri və məlumatları sığortalıdan, borcalandan tələb etmək.
10.3.5.Sığorta ödənişinin ödənilməsi zamanı sığorta ödənişi məbləğindən sığortalının sığortaçıya ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq;
10.3.6.Xxxxxxxx tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin icra edilməməsi və ya lazımı qaydada icra edilməməsinə səbəb xxxx hadisə ilə bağlı bütün zəruri sənədləri sığortalıdan tələb etmək. Həmçinin kredit müqaviləsi və digər təqdim olunmuş sənədlərin yoxlanılmasını həyata keçirmək.
10.3.7. Sığortalı sığorta hadisəsi barədə məlumatı xxxx hüquq mühafizə orqanlarından, banklardan, diğər müəssisə və təşkilatlardan zəruri məlumatların verilməsini sorğu etmək, həmçinin sığorta hadisəsinin baş vermə səbəblərinin müstəqil sürətdə aydınlaşdırmaq.
10.3.8. Sığortalı tərəfindən bağlanan müqavilə şərtlərinə əməl edilməsini yoxlamaq.
10.3.9. Sığorta riski həddində xxxxx baş verdikdə ona mütənasib sürətdə sığorta haqqının artırılmasını və müqavilə şərtlərinin dəyişdirilməsini Azərbaycan Respublikasının qanuvericiliyinə müvafiq qaydada tələb etmək.
10.3.10. Bu Qaydalarda, sığorta müqaviləsində, və qanunvericilikdə nəzərdə tutulan digər hüquqlardan istifadə etmək.
10.4 Sığortaçının vəzifələri aşağıdakılardır:
10.4.1.Sığortalını sığorta müqaviləsinin əsaslandığı bu Qaydalarla xxxxx etmək;
10.4.2.Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və / və ya səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək;
10.4.3.Sığorta hadisəsi baş verdikdə Qaydaların 11.2-cı maddəsində nəzərdə tutulan bütün sənədlərin əldə olunmasından sonra 7(yeddi) iş günündən gec olmayan müddət ərzində sığorta ödənişini ödəmək;
10.4.4.Sığorta müqaviləsi ilə əlaqədar xxxx məlumatları sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta sirri kimi saxlamaq; 10.4.5.Bu Qaydalarda, sığorta müqaviləsində, və qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.
Maddə 11. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
11.1 Sığorta hadisəsi əlamətlərinə malik hadisələrin baş verməsi barədə sığortalı hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində Sığortaçıya və ya onun nümayəndəsinə yazılı sığorta tələbini göndərməklə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə dərhal xəbər verməlidir.
11.2 Sığorta hadisəsindən asılı olaraq ödənişi aşağıda sadalanan sənədlər tələb oluna bilər:
11.2.1 Sığorta hadisəsi şəraitinin ətraflı təsviri və sığorta ödənişinin alınması üsulu (sığortaçının kassasından nağd ödəmə və ya bank rekvizitləri tam göstərilməklə köçürmə vasitəsilə) göstərilməklə sığorta tələbi;
11.2.2 Borcalanın əmək kitabçasının notarial təsdiqlənmiş surəti.
11.2.3 Borcalanın şəxsiyyət vəsiqəsinin surəti.
11.2.4 Borcalanın kredit ödənişlərinin cədvəli və aparılmış ödənişlər üzrə bank sistemindən çıxarış.
11.2.5 Borcalanın xəstənin stasionar və ya ambulator kartasından çıxarışın əsli;
11.2.6 Borcalanın işlədiyi yerin kadrlar şöbəsi tərəfindən təsdiq edilmiş əmək qabiliyyətinin olmaması barədə vərəqələrinin surəti;
11.2.7 Əlillik qrupunun müəyyən edilməsi barədə Tibbi-Sosial Ekspert Komissiyasının arayışının əsli və əlillik vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
11.2.8 Ölümün səbəbi barədə tibbi şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti (ölüm halında);
11.2. 9 Xxxxxxxxxx ölümü haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (ölüm halında);
11.2.10 Sığorta ödənişini xxxx fiziki şəxs olduqda, onun şəxsiyyətini təsdiq edən sənəd və müvafiq qaydada rəsmiləşdirimiş etibarnamə, hüquqi şəxs olduqda isə, onun dövlət qeydiyyatı haqqında şəhadətnamənin və müvafiq vergi orqanında uçota alınmasını təsdiq edən sənədin notarial
qaydada təsdiq edilmiş surəti.
11.3. Zəruri hallarda sığortaçı sığorta ödənişini xxxx şəxsdən başqa sənədləri də tələb edə bilər.
Maddə 12. SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI
12.1 Sığortaçı sığorta müqaviləsi ilə təminat verilmiş hadisələr baş verdikdə, sığorta ödənişini bu Qaydaların 11-ci maddəsinə əsasən sığortaçının tələb etdiyi sənədlərə və sığortaçının və ya onun nümayəndəsinin tərtib etdiyi sığorta aktına əsasən ödəyir.
12.2 Sağlamlığa dəyən zərər üzrə:
12.2.1 Zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya xxxxxx nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi — 100 faiz;
12.2.2 Zərərçəkənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsi — 100 faiz;
12.2.3 Zərərçəkənin bədən xəsarəti xxxxxx, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ona əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması:
12.2.4 I qrup əlilliyə və ya 18 yaş xxxxx xxxxx qədər sağlamlıq imkanlarının məhdudluğuna görə – 80 faiz;
12.2.5 II qrup əlilliyə və ya beş il müddətinə sağlamlıq imkanlarının məhdudluğuna görə – 60 faiz;
12.2.6 III qrup əlilliyə, iki il müddətinə və ya altı aydan iki ilə qədər müddətə sağlamlıq imkanlarının məhdudluğuna görə – 40 faiz;
12.2.7 Əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan ağır xəsarət xxxxxx – 30 faiz;
12.2.8 Yüngül xəsarət xxxxxx – 15 faiz.
12.3 Bu Qanunun və ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunların məqsədləri üçün xəsarət növlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sığortaçı sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı bu Qaydalarında nəzərdə tutulmuş bütün sənədlərin təqdim olunduqdan sonra 7(yeddi) iş günündən gec olmayan müddət ərzində sığorta ödənişini ödəyir və ya sığorta ödənişindən imtina edilməsi barədə məktubu sığortalıya və faydalanan şəxsə göndərir. Sığortaçının sığorta ödənişini həyata keçirilməsi tarixi onun müvafiq ödəniş tapşırığındakı bank qeydinin tarixi (nağdsız ödəniş halında) və ya xəzinə məxaric orderinin tarixi sayılır. Sığortaçının sığorta ödənişini verməkdən imtina edilməsi tarixi poçt xidmətinin imtina məktubunun qəbul etdiyi tarix sayılır. İmtina məktubu sığortalının və faydalanan şəxsin sığorta müqaviləsində göstərilmiş ünvanlarına göndərilir.
12.4 Xxxxxxxxxx şəxsin arzusu ilə sığorta ödənişi nağdsız qaydada bank vasitəsi ilə köçürüldüyü halda, belə köçürülmə ilə əlaqədar xxxx bank xərclərini faydalanan şəxs çəkir.
12.5 Sığorta ödənişi faydalanan şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnamə əsasında faydalanan şəxsin nümayəndəsinə nağd verilə bilər.
12.6 Borcalanın ölümü məhkəmə tərəfindən elan edilərkən, sığorta ödənişi, əgər məhkəmənin qərarında borcalanın ölüm təhlükəsi xxxx şəraitdə və ya onun müəyyən fərdi qəzadan vəfatı xxxxx edilən xxxxx düşməsi qeyd olunmuşdursa və onun xxxxx düşdüyü gün və ya xxxxx edilən vəfatı sığorta müqaviləsinin fəaliyyət dövrünə düşürsə, ödənilməlidir. Xxxxxxxxxx xəbərsiz xxxxx düşməsi məhkəmə tərəfindən tanınarsa, sığorta ödənişi verilməyəcəkdir.
12.7 Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur.
12.8 Sığorta şəhadətnaməsində (müqaviləsində) şərtli və ya şərtsiz gözləmə müddəti müəyyən edilə bilər.
Maddə 13. SIĞORTA ÖDƏNİŞINİN VERİLMƏSİNDƏN İMTİNA ƏSASLARI
13.1 Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
13.2 Bu Qaydaların tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və /və ya dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda;
13.3 Qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının (borcalanın) sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
13.4 Sığorta müqaviləsi ilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
13.5 Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı (borcalan) tərəfindən maneçilik törədilməsi;
13.6 Məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən və ya ona hər-hansı dəyişiklik və ya əlavə edilərkən sığortaçıya məlum olduğu və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadığı halları istisna olmaqla, borcalan şəxs və / və ya sığorta hadisəsi barəsində sığortalmm sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və / və ya dəyən zərərin həcmini müeyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
13.7 Baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
13.8 Sığorta hadisəsinin sığorta haqqının sığorta müqaviləsində nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan sonra baş verməsi halında sığorta haqqı ödənilməmiş olduqda.
13.9 Baş vermiş sığorta hadisəsi bu Qaydaların 6.1 maddəsində qeyd olunan istisna və məhdudiyyət siyahısına düşdükdə.
13.10 Sığorta qanunvericilikdə və ya bu qaydalarda nəzərdə tutulmuş digər hallarda.
Maddə 14. VALYUTA BARƏSİNDƏ QEYD-ŞƏRT
14.1 Sığorta məbləği, azadolma məbləği, sığorta haqqı və sığorta ödənişləri xarici valyuta ilə göstərildiyi halda da ödənişlər milli valyuta - Azərbaycan manatı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə xxxx rəsmi məzənnəsi ilə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər hansı xarici valyuta ilə həyata keçrilməlidir.
14.2 Sığorta ödənişinin hesablanması üçün əsas xxxx sənədlərdəki göstəricilər sığorta müqaviləsinin valyutasından fərqli olaraq Azərbaycan manatı və ya digər valyuta ilə ifadə olunduğu halda, müqavilənin valyutasına çevirmə, Azərbaycan
Respublikası Mərkəzi Bankının müvafiq sənədin tərtib olunduğu günə müəyyən etdiyi rəsmi məzənnə əsasında aparılır.
Maddə 15. SIĞORTANIN ƏRAZİSİ
15.1 Bu sığorta, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
15.2 Əgər sığorta müqaviləsində sığortanın ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə baş verən sığorta hadisələrinə sığorta təminatı verilir.
15.3 Sığortanın ərazisi, Sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi, yazılı surətdə razılığının alınması və əlavə sığorta haqqının ödənilməsi şərti ilə genişləndirilə bilər.
Maddə 16. AZADOLMA MƏBLƏĞİ VƏ GÖZLƏMƏ MÜDDƏTİ
16.1 Sığorta müqaviləsi ilə şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər.
16.2 Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur
16.3 Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.
16.4 Şərtli azadolma məbləğınin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda, zərər məbləğindən azadolma məbləği çıxılmır.
16.5 Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
16.6 Sığorta müqaviləsində gözləmə müddəti nəzərdə tutulduqda, sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərin əvəzinin ödənilməsi sığortalının üzərində qalır.
16.7 Şərtli gözləmə müddəti müəyyən edildikdə, sığorta hadisəsinin nəticələrinin həmin müddətə bərabər və ya ondan artıq müddətdə davam etməsi şərti ilə sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə də şamil edilir.
Maddə 17. XÜSUSI ŞƏRTLƏR
Qanunvericiliyə və bu Qaydalara zidd olmamaq şərti ilə sığorta müqaviləsində və sığorta şəhadətnaməsində digər şərtlər də nəzərdə tutula bilər.
Maddə 18. SIĞORTA MÜQAVİLƏSİNİN ŞƏRTLƏRİNİN YERİNƏ YETİRİLMƏMƏSİNƏ VƏ YA LAZIMİ QAYDADA YERİNƏ YETİRİLMƏMƏSINƏ GÖRƏ TƏRƏFLƏRIN MƏSULİYYƏTİ
Bı sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər bir-birləri qarşısında Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.
Madde 19 MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
Sığorta müqaviləsi ilə bağlı bütün məsələlər, o cümlədən tərəflər arasında yaranan fikir ayrılığı və mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu ilə nəticə əldə edilməzsə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən ediilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll olunmalıdır.
KREDİT RİSKLƏRİNİN SIĞORTASI ÜZRƏ TARİF DƏRƏCƏLƏRİNİN HESABLANMASI
Tarif dərəcələrinin əsaslandırılması "Qeyri-həyat sığortası sahəsi üzrə sığorta tariflərinin hesablanması haqqında" Metodikadan istifadə edilməklə aparılır. Tarif dərəcəsini hesablayarkən əvvəlcə netto-dərəcəni hesablayırlar. Netto-dərəcənin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
Sığorta hadisəsinin baş verməsi ehtimalı (q) - 0.048;
1. Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği (So) - 35 000 manat;
2. Bir sığorta hadisəsi üzrə xxxx sığorta ödənişi (Sö) - 15 000 manat;
3. Bağlanılanacaq sığorta müqavilələrinin sayı (n) - 200 .
Tn, Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk üstəliyini işarə edək. Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta mobləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:
Tə = lOOqSö/So = 100*0.048* 15 000 / 35 000 = 2.06 manat
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalını y=0.98 götürək. Bu halda həmin ehtimala uyğun əmsal d(y)=2 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
Tr=1.2Təd(y)((l-q)/(nq))1/2 = 2.06*1.2*2*((l-0.048)/( 100*0.048)) m = 1.56manat Tn = Tə + Tr = 2.06 + 1.56 = 3.62 manat.
Tarif dərəcələrinin strukturu: netto-dərəcə - 40% , yüklənmə - 60% . O cümlədən işlərin aparılması xərcləri - 58% , tarif mənfəti
- 2%.
Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna əsasən Tb = Tn /(1-f) = 3.62 / (1- 0.60) = 9.05 manat.
Sığortanın şərtlərindən və xxxxxx xüsusiyyətlərindən asılı olaraq baza tarif dərəcəsinə azaldıcı və ya artırıcı əmsallar tətbiq edilir. Nəticədə yekun tarif dərəcələri 0.02% - 10% aralığında dəyişir.