Azərbaycan Texniki Universiteti ilə DÖVLƏT SİFARİŞİ əsasında magistratura səviyyəsində təhsil alacaq təhsilalan arasında
Azərbaycan Texniki Universiteti ilə DÖVLƏT SİFARİŞİ əsasında magistratura səviyyəsində
təhsil alacaq təhsilalan arasında
Fərdi müqavilə № _______
Bakı şəhəri “___” _________ 20____ -cü il
Bir tərəfdən, Azərbaycan Texniki Universiteti (bundan sonra Universitet adlandıralacaq), prorektor Xxxxxxxxxx Xxxxxx Xxxx xxxx şəxsində, digər tərəfdən, dövlət sifarişi ilə magistratura səviyyəsində təhsilalan (bundan sonra Təhsilalan adlandırılacaq)
__________________________ _______________________________
(soyadı, adı, atasının adı)
bu Müqaviləni aşağıdakı şərtlərlə imzaladılar:
Bundan sonra Universitet və təhsilalan birgə “tərəflər”, ayrı-ayrılıqda isə “tərəf” adlandırılacaq.
1. Müqavilənin predmeti
1.1. Bu Müqavilənin predmeti, ''Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli, 220 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində kadr hazırlığının adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə həyata keçirilməsi zamanı tərəflər arasında yaranan münasibətlərdir.
1.2. 2010/2011-ci tədris ilindən başlayaraq, hər il dövlət büdcəsindən ayrılan vəsaitlərin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı əsasında müəyyən olunur.
2. Tərəflərin hüquq və öhdəlikləri
2.1. Universitetin təhsilalandan təhsil müddətində bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini, habelə ali təhsil müəssisəsinin qayda və tələblərinə riayət edilməsini tələb etmək hüququ vardır.
2.2. Xüsusi hallarda (pandemiya, müharibə, fövqəladə vəziyyət, karantin rejimi və digər hallar) Universitet tərəfindən təhsil xidmətləri distant və ya hibrid formada (əyani/distant) təqdim oluna bilər.
2.4. Universitetdaxili qaydaları və bu müqavilə üzrə öhdəlikləri pozmuş, habelə növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamayan təhsilanları qanunvericiliyə uyğun olaraq Universitetdən xaric etmək hüququ vardır.
2.4. Təhsilalan aşağıdakı öhdəlikləri öz üzərinə götürür:
2.4.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı daxilində təhsilini müvəffəqiyyətlə başa çatdırmaq;
2.4.2. Universitetin daxili intizam və davranış qaydalarına riayət etmək;
2.4.3. Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyini, həmçinin ümumi əxlaq və etik davranış qaydalarını pozmamaq; Universitetdaxili intizam qaydalarına riayət etmədikdə Universitetdən xaric oluna bilər.
2.4.4. Universitetdə təhsil aldığı müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarını yerinə yetirmək. Nazirlər Kabinetinin 348 xxxxx 24 dekabr 2013-cu il qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tələblərinə riayət etmək;
2.4.5. Öz hərəkətləri ilə Universitetə maddi zərər vurduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, dəymiş maddi zərəri ödəmək;
2.4.6. Universitet tərəfindən tələb olunan sənədləri şifahi və ya yazılı sorğu alındığı andan 10 (on) iş günü müddətində təqdim etmək;
2.4.7. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar haqqında Universitetə 5 (beş) təqvim günü müddətində məlumat vermək.
2.5. Təhsilalanın Universitetin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququ vardır.
2.5. Təhsilalan Universitetdən xaric edildikdə qanunvericiliyə uyğun olaraq onun bərpa olunmaq hüququ saxlanılır. Bərpa olunan tələbələr ödənişli əsaslarla təhsil alacağı ixtisas üzrə müəyyən edilmiş təhsil haqqını ödəyirlər.
2.6. Təhsilalan Universitetdən xaric edildikdə Universitet tərəfindən xaric edilməsi barədə məlumatlandırılır. Təhsilalanın təqdim etdiyi əlaqə vasitələri ilə təhsilalanla əlaqə yaratmaq mümkün olmadığı halda Universitet heç bir məsuliyyət daşımır.
3. Xərclərin məbləği və ödəniş qaydası
3.1. Hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Müəyyən edilmiş müddətdə təhsilini başa çatdırmayan növbəti ilə keçirilmiş təhsilalan ödənişli əsaslarla təhsilini davam etdirə bilər.
3.2. Ali təhsil müəssisəsi tərəfindən təhsilalana ödənilməli xxxx bütün pul vəsaitləri onun şəxsi kart-hesabına köçürmə yolu ilə həyata keçirilir.
3.3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, təhsilalan təhsil müəssisəsini dəyişdirdikdə, müvafiq müqaviləyə xitam verilir və təhsilalanın təhsil xərclərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə xxxx xxx təhsil müəssisəsi arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir.
4. Fors-major
4.1. Qarşısıalınmaz qüvvənin təsirinə tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları və digər hallar aiddir.
4.2. Qarşısıalınmaz hallara istinad edən tərəf:
4.2.1. qeyd olunan halların yarandığı vaxtdan 10 təqvim günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən hadisəni təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir;
4.2.2. həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər tərəfi yazılı surətdə məlumatlandırmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Məlumatın göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən tərəf müvafiq xərcləri ödəməlidir.
4.3. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddəti qarşısıalınmaz halların mövcud olduğu müddətə uzadılır. Qarşısıalınmaz hallar 2 (iki) xxxxx xxx davam edərsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəfi bu Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq poza bilər.
5. Müqavilənin ləğv edilməsi qaydası
5.1. Tərəflərdən biri üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, digər tərəf müqaviləni birtərəfli qaydada ləğv edilə, təhsilalan isə rektorun əmri ilə Universitetdən xaric oluna bilər.
5.2. Tərəflərdən biri bu müqaviləni davam etdirməkdən könüllü olaraq imtina etdiyi halda, Müqavilə hər iki tərəfin razılığı ilə ləğv edilir, təhsilalan bərpa hüququ saxlanılmaqla Universitetdən xaric olunur.
5.3 Müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərəf digər tərəfə ləğvetməyə səbəb olmuş halları əsaslandırmaqla, yazılı bildiriş göndərir. Müqavilənin ləğv edilməsi haqqında bildirişi xxxx tərəf həmin bildirişi aldıqdan sonra 15 (on beş) təqvim günü müddətində digər tərəfə cavab ünvanlamalıdır.
5.4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, təhsilalan ali təhsil müəssisəsini dəyişdikdə, müvafiq müqaviləyə xitam verilir və təhsilalanın təhsil xərclərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə xxxx xxx təhsil müəssisəsi arasında bağlanmış Müqaviləyə əsasən həyata keçirilir.
5.5. Belə hallarda Müqavilənin ləğv edilməsinə səbəb olmuş hallar göstərilməklə, ali təhsil müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məlumat təqdim olunur.
6. Mübahisəli məsələlərin həlli
6.1. Tərəflər Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.
6.2. Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.
6.3. Mübahisənin həlli üçün tərəflər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə də müraciət edə bilər.
7. Tərəflərin məsuliyyəti
7.1. Tərəflər bu Müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
8. Müqaviləyə əlavə və dəyişikliklər edilməsi
8.1. Tərəflər qarşılıqlı razılıq əsasında bu Müqaviləyə protokollarla rəsmiləşdirilən müvafiq əlavələr və dəyişikliklər edə bilərlər. Həmin əlavə və dəyişikliklər bu Müqavilənin ayrılmaz hissəsi hesab olunur.
9. Digər şərtlər
9.1. Bu Müqavilə tərəflərin onu imzaladıqları andan qüvvəyə minir. Müqavilənin qüvvədə olma müddəti 1 (bir) ildir.
9.2. Bu Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri Müqaviləyə xitam verilməsini tələb etmirsə və əgər ali təhsil müəssisəsində dövlət sifarişi əsasında təhsilalan olarsa, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə növbəti tədris ilinin sonunadək uzadılır.
9.3. Bu Müqavilə azərbaycan dilində eyni hüquqi qüvvəyə xxxxx xxxx iki nüsxədə tərtib olunmuşdur və bir nüsxəsi təhsilalana verilir, digər nüsxəsi isə ali təhsil müəssisəsində saxlanılır.
10. Tərəflərin rekvizitləri və imzaları
Təhsil müəssisəsi AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ
Prorektor: Xxxxxxxxxx Xxxxxx Xxxx xxxx _______________________________________ (səlahiyyətli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı)
İmza :__________________________ M.Y
|
Təhsilalan ______________________________________ (soyadı, adı, atasının adı) Yaşadığı yer: Azərbaycan Respublikası ______________________________________ Ünvan: ______________ küçəsi, ev № _____ mənzil № __________, tel: _______________ Şəx.vəs. seriya AZE ____________________
İmza _________________________________ (soyadı, adı)
|