ŞƏRTLƏR VƏ QAYDALAR
ŞƏRTLƏR VƏ QAYDALAR
1. Ümumi müddəalar
Bu ŞƏRTLƏR VƏ QAYDALAR (bundan sonra “Müqavilə” adlanacaq) bir tərəfdən “PAŞA Bank” ASC (bundan sonra “Şirkət”, “biz”, “bizi” və “bizim” kimi istinad ediləcəkdir) və digər tərəfdən İstifadəçi (bundan sonra “İstifadəçi”, “siz”, “sizi” və “sizin” kimi istinad ediləcəkdir) arasında bağlanılır və Şirkət tərəfindən hazırlanmış proqram təminatından (bundan sonra “Platforma” adlanacaq) istifadə qaydalarını müəyyən edir.
“RAZIYAM (AGREE)” DÜYMƏSİNƏ BASMAZDAN VƏ PLATFORMANI İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL, HAZIRKI MÜQAVİLƏNİ DİQQƏTLƏ OXUMAĞINIZ XAHİŞ OLUNUR.
“Razıyam” düyməsinə basmaqla, istifadəçi hesabına daxil olmaqla və/və ya istifadə etməklə, siz hazırkı Müqaviləni diqqətlə oxuduğunuzu və anladığınızı bildirir və buna dair üzərinizə öhdəliklər götürməniz barədə razılıq verirsiniz. HAZIRKI MÜQAVİLƏDƏ ƏKS OLUNAN ÖHDƏLİKLƏRİ ÜZƏRİNİZƏ GÖTÜRMƏK İSTƏMƏYƏDİYİNİZ TƏQDİRDƏ, XXXX SƏHİFƏNİ TƏRK ETMƏNİZ VƏ PLATFORMANIN İSTİFADƏSİNDƏN ÇƏKİNMƏNİZ
XAHİŞ OLUNUR. Platformadan istifadə etməklə və ya Platformaya daxil olmaqla, siz hazırkı Müqaviləyə istinad etməklə daxil edilmiş və Platformanın istifadəsi ilə bağlı tətbiq edilən Müqavilə şərtlərinə və istənilən digər əlavə qayda, təlimat və şərtlərə riayət edəcəyinizə dair razılıq verirsiniz. Hazırkı Müqavilə heç bir üçüncü şəxsin iştirakı olmadan sizinlə Şirkət arasında bağlanılır.
2. Platformanın təyinatı
Bu Platforma onun iştirakçıları arasında ticarət əlaqələrinin yaradılması və inkişaf etdirilməsi, həmçinin bank xidmətlərindən istifadənin stimullaşdırılması məqsədini daşıyır.
3. Platformanın modifikasiyası
Şirkət sizə bu cür dəyişiklik haqqında məlumat verməklə, hazırkı Müqavilə şərtlərinə vaxtaşırı dəyişiklik edə bilər. Hazırkı Müqaviləyə edilmiş dəyişikliklərdən sonra sizin Platformaya daxil olmağınız və ya ondan istifadə etməyiniz sözügedən dəyişikliklə razı olduğunuzu və buna dair öz üzərinizə öhdəlik götürdüyünüzü ifadə edir.
Platforma yeni funksiyalara və xidmətlərə dəstəyin əlavə edilməsi məqsədilə vaxtaşırı yenilənə bilər. Platformanın yeniliklərini qəbul etmədiyiniz təqdirdə, müvafiq təlimatlara riayət etməklə, Platformanın istifadəsinə xitam verməniz xahiş olunur. Platformaya dəyişiklik edildikdən sonra ondan istifadə etdiyiniz təqdirdə, siz Platformanın yeniliklərini istifadə etməyə və bu cür dəyişikliklərlə bağlı öz üzərinizə öhdəlik götürmək üçün razılıq vermiş hesab edilirsiniz.
Biz istənilən vaxt və vaxtaşırı, müvəqqəti və ya daimi olaraq tam və ya qismən Platformanın və ya onun tərkib hissəsi xxxx digər istənilən məlumatın, xidmətin, məzmununun, məhsulun və ya funksiyanın; Platformadan istifadə haqqının (ödənişin) modifikasiyası, dayandırılması və ləğv edilməsi; Platforma ilə bağlı istənilən haqq və ödənişləri dəyişmək və/və ya ləğv etmək; və/və ya Platforma istifadəçilərinin bir qisminə və ya hamısına əlavə imkanlar təklif etmək hüququnu özümüzdə saxlayırıq. Siz bununla razılaşırsınız ki, nə biz, nə də bizim hər hansı bizə aidiyyəti xxxx şəxslərimiz, törəmə müəssisəmiz, vəzifəli şəxsimiz, direktorumuz, səhmdarımız, işçimiz, agentimiz, lisenziya verən şəxsimiz və ya nümayəndəmiz Platformanın və ya Platforma vasitəsilə təklif olunan istənilən xidmətin, tərkib hissənin, məhsulun və ya funksiyanın qismən və ya bütövlükdə modifikasiyasına, dayandırılmasına və ləğv edilməsinə görə sizin və ya istənilən üçüncü şəxsin qarşısında məsuliyyət daşımırıq.
4. İstifadəçi hesabı
İstifadəçinin rəqəmsal üsullar ilə göndərdiyi sorğusu əsasında Platformadan istifadə məqsədi ilə Şirkət tərəfindən İstifadəçi üçün istifadəçi hesabı yaradılır. İstifadəçi həsabına giriş İstifadəçi tərəfindən təyin edilən şifrə (istifadəçi şifrəsi) ilə mühafizə olunur. İstifadəçi istifadəçi şifrəsini üçüncü şəxslərə məlum edilməsindən çəkinməli və bunun üçün zəruri tədbirlər görməlidir. İstifadəçi hesabı vəsitəsilə Platformada aparılan əməliyyatlar və verilən təsdiqlər bir başa olaraq sizin tərəfdən yerinə yetirilmiş kimi qəbul ediləcək.
İstifadəçi hesabına giriş istifadəçiyə məxsus elektron imza vasitəsilə mümkün olduqda hesaba giriş elektron imzanın eyniləşdirmə məlumatları əsasında baş verir və bu zaman istifadəçi şifrəsi təyin edilmir.
Şirkət hazırkı Müqavilənin şərtlərinə riayət edilməsi şərtilə Platformadan istifadə etmək üçün sizə qeyri-eksklüziv, fərdi və ötürülməyən istifadə hüququ verir.
Siz Platformadan yalnız hazırkı Müqaviləyə müvafiq qaydada və Platformada qeyd olunan təlimatları yerinə yetirməklə istifadə edə bilərsiniz.
İstifadə hüququnuz hazırkı Müqavilədə göstərildiyi etibarlılıq müddəti Müqavilənin şərtlərinə dair razılıq bildirdiyiniz tarixdən etibarən başlayır və aşağıdakılardan hər hansı birinin ilk baş verdiyi tarixdə başa çatır:
▪ Şirkət tərəfindən Müqavilənin ləğv edilməsi(bu hal səbəbi sizə açıqlanmadan baş verə bilər);
▪ Müqavilənin sizin tərəfinizdən ləğv edilməsi; yaxud
▪ Müqavilə şərtlərinin sizin tərəfinizdən yerinə yetirilməməsi.
5. Məhdudiyyətlər
Şirkətin razılığı ilə və/və ya qüvvədə xxxx qanunvericiliklə aydın şəkildə yol verilən hallar istisna olmaqla, siz: (1) Platformanı, o cümlədən istifadəçi hesabınızı modifikasiya etməyəcəyinizə, uyğunlaşdırmayacağınıza, təkmilləşdirməyəcəyinizə, dəyişdirməyəcəyinizə və ya onun əsasında törəmə məhsul yaratmayacağınıza (özü və təqdim etdiyi xidmətlər barədə məlumatların əlavə edilməsi istisna); (2) Platformanı və ya onun istənilən tərkib hissəsinivə ya elementini Platforma ilə nəzərdə tutulmayan digər proqram təminatı, məlumat bazası və ya xidmətlərlə birgə istifadə etməyəcəyinizə və ya birləşdirməyəcəyinizə; (3) İstifadəçi hesabınızı istənilən üçüncü tərəfə hər xxxx xxx əsasla təqdim etməyəcəyinizə, paylamayacağınıza, satmayacağınıza və ya digər şəkildə ötürməyəcəyinizə; (4) Platformadan xidmət bürosu kimi istifadə etməyəcəyinizə; (5) Platformanın texnologiyasını açmayacağınıza, mənbə kodunu araşdırmağa çalışmayacağınıza, təhlil etməyəcəyinizə və ya digər şəkildə Platformanın mənbə kodunun və ya strukturunun əldə olunmasına, yaxud Platformanın şifrəsinin açılmasına cəhd göstərməyəcəyinizə; (6) Platformanın işinə istənilən şəkildə müdaxilə etməyəcəyinizə; (7) Platformaya girişi tənzimləyən və ya nəzarət edən hissədə istənilən elektron müdafiə tədbirlərindən boyun qaçırmayacağınıza və ya boyun qaçırmağa cəhd etməyəcəyinizə; (8) Platformadakı məlumatların sistematik olaraq yüklənilməsi və saxlanılması yolu ilə məlumat bazası yaratmayacağınıza; (9) bilavasitə bizim tərəfimizdən öncədən verilmiş yazılı razılıq olmadan Platformanın aşkar edilməsi, indeksləşdirilməsi, axtarılması və məlumat toplanılması, yaxud istənilən şəkildə araşdırılması üçün və yaxud Platformanın naviqasiya strukturunun və ya təqdimatının təkrar yaradılması və ya bunlardan yan keçilməsi üçün hər hansı bir robotdan, spayderdən, sayt axtarış/aşkarlama proqramlarından, yaxud digər mexaniki və ya avtomatik qurğulardan istifadə etməyəcəyinizə; (10) Platformaya çıxışla və ya onun istifadəsilə bağlı bütün tətbiq olunan qanunvericiliyin, qayda və təlimatların müddəalarını pozmayacağınıza və üçüncü tərəflərin də sadalan bəndləri pozmasına yol verməyəcəyinizə dair razılıq bildirirsiniz.
Sizin Platforma ilə bağlı və ya Platformada qarşınıza çıxan müəllif hüquqlarına və ya digər əqli mülkiyyət hüquqlarına dair istənilən bildirişi silməyə, dəyişməyə və ya gizlətməyə hüququnuz yoxdur.
6. Məxfilik
Bu Müqavilənin icrası zamanı və ya onun nəticəsi olaraq açıqlanan və ya aşkar və ya əldə edilən hər hansı məlumatlar məxfi məlumat hesab edilir (bundan sonra “Məxfi Məlumat” adlanacaq). Şirkət və İstifadəçi qanunvericilik və bu Müqavilə ilə nəzərdə tutulmuş hallardan başqa Məxfi Məlumatı üçüncü tərəflərə açıqlamamalı, ötürməməli və ya hər hansı digər vasitə ilə verməməli, onun qorunması üçün zəruri tədbirləri görməlidir.
Bu Platformada bizim məlumatın qorunması və məxfilik təcrübəmizdən fərqli qaydaları özündə əks edən digər internet saytlara keçid linkləri ola bilər. Şirkət sözügedən bu cür internet saytlarının məzmununa və məxfilik siyasətinə görə məsuliyyət daşımır.
7. Mülkiyyət hüququ
Şirkət qeydiyyatdan keçib-keçməməsindən asılı olmayaraq, Platformaya dair qanunvericiliklə qorunan və bizə məxsus xxxx və ya bizim tərəfimizdən lisenziyalaşdırılan bütün maraqları, əqli mülkiyyət, sahiblik hüquqlarını və adları, həmçinin Platformaya xxxxx xxxx, xxxxx bunlarla məhdudlaşmayan, kompüter kodu, sənəd və sənədləşmə, müəllif hüquqları, patentlər, ticarət nişanları, kommersiya sirri, ticarət adları, digər adlar, simvollar, işarələr, ifadələr, konsepsiyalar, ixtiranın xarakteri, obrazın xarakteri, dialoq, ayarlar, süjet xətti, mövzular, animasiya, audiovizual effektlər, səs effektləri, musiqi işləri və iş metodları və sair kimi əqli mülkiyyət ("Nişanlar") üzərində sahiblik hüququnu özündə saxlayır. Platforma Azərbaycan Respublikasının müəllif hüquqlarına dair qanunvericiliklə, beynəlxalq müqavilələr, konvensiyalar və bütün dünyada tətbiq edilən digər qanunlar ilə qorunur.
Bilavasitə bizim tərəfimizdən verilmiş yazılı razılıq olmadan (istənilən səbəbdən bu cür razılığın verilməsindən imtina etmək hüququmuz vardır), istənilən Nişanı reklamda və ya kommersiya xarakterli istənilən yayımda istifadə etmənizə yol verilmir.
8. Müqavilənin ləğvi
Şirkət öz mülahizəsinə uyğun olaraq, istənilən vaxt istənilən səbəbdən və ya səbəbsiz olaraq, əvvəlcədən bildiriş göndərməklə və ya göndərmədən hazırkı Müqaviləni dayandıra və ya ləğv edə bilər.
Sizin razılığınız və təsdiqinizlə Müqavilənin əhəmiyyətli dərəcədə pozulması hesab olunan hazırkı Müqavilənin hər hansı bir müddəasına riayət etmədiyiniz təqdirdə, Şirkət tərəfindən əvvəlcədən xəbərdarlıq edilmədən, Müqavilə dərhal ləğv ediləcəkdir. Siz həmçinin, özünüz Platformadan istifadəni dayandırmaqla və istifadəçi hesabınızı ləğv etməklə, hazırkı Müqaviləni ləğv edə bilərsiniz.
9. Üçüncü tərəf (kənar) proqram təminatı
Hazırkı Platforma üçüncü tərəfin təmin etdiyi proqram təminatını (“Üçüncü tərəf proqram təminatı”) daxil etdiyi təqdirdə, Müqavilə ilə sizə hər hansı bir lisenziya, hüquq, mülkiyyət hüququ və ya digər maraqlar verilmir. Proqram təminatından istifadə etməniz üçün sizdən sizinlə üçüncü tərəf arasında müqavilə bağlanmaqla Üçüncü tərəf proqram təminatından yararlanmağı tələb edə bilər. Üçüncü tərəf proqram təminatına dair razılaşmanın şərtlərinə razı olub- olmamaq sizin ixtiyarınıza buraxılır. ŞİRKƏT ÜÇÜNCÜ TƏRƏF PROQRAM TƏMİNATINA DAİR HEÇ BİR BƏYANAT VƏ YA ZƏMANƏT VERMİR. SİZ BUNUNLA RAZILAŞIRSINIZ Kİ, ŞİRKƏT ÜÇÜNCÜ TƏRƏF PROQRAM TƏMİNATI İLƏ BAĞLI HEÇ BİR ŞİKAYƏT, İTKİ VƏ ZİYANA GÖRƏ MƏSULİYYƏT DAŞIMIR.
10. İstifadəçi təsdiqi
Siz qəbul edir və təsdiq edirsiniz ki, Platforma əsasında sifariş edəcəyiniz xidmətlər, Platforma vasitəsilə apardığınız
əməliyyatlar yalnız sizin tərəfinizdən icra olunmuş hesab ediləcək.
Siz qəbul edir və təsdiq edirsiz ki, heç bir halda Platformadakı istifadəçi hesabınıza daxil olmaq üçün istifadəçi şifrənizi digər şəxslərə verməyəcəksiz, digər üsulla üçüncü şəxslərin istifadəçi hesabınıza çıxışına şərait yaratmayacaqsız.
Siz qəbul edir və təsdiq edirsiniz ki, Platformadan istifadə etməyə başlayarkən göstərilən xidmətlərin keyfiyyətinin artırılması, biznes profilinizin tamamlanması məqsədi ilə Sizə aid məlumatların müxtəlif məlumat bazalarından toplanılmasına, işlənilməsinə, transsərhəd ötürülməsinə və Platformanın fəaliyyətini və texniki xidmətini təmin edən tərəfə verilməsinə razılıq verirsiz.
Siz qəbul edir və təsdiq edirsiniz ki, müqavilələrin, ərizələrin, kartların, digər sərt məlumat daşıyıcıların və ya alətlərin poçt və/və ya kuryer vasitəsilə sizə çatıdırlmasına razılıq verirsiz.
Siz qəbul edir və təsdiq edirsiz ki, Xxxxxx tərəfindən hər hansı məhdudiyyətlər tətbiq edilmədiyi halda siz hazırkı Platformanın funksionalından və imkanlarından tam şəkildə istifadə edə bilərsiz.
Siz qəbul edir və təsdiq edirsiz ki, tanıtım və təşviq məqsədləri üçün Şirkət tərəfindən Sizə aid məlumatların, o cümlədən adınızın, loqotipinizin, sahibkarlıq fəaliyyətiniz barədə məlumatlarınızın (qeydiyyat tarixi, fəaliyyət növü və s.), Platformadakı fəaliyyətiniz barədə məlumatlarınızın (Platformada qeydiyyat tarixi, son sifariş və sorğular barədə məlumatlar və s.) istifadəsinə razılıq verirsiz.
Platformaya çıxışı seçdikdə, xxx bunu öz təşəbbüsünüz və öz riskiniz əsasında edirsiniz və siz bu zaman bütün qüvvədə xxxx qanunlara, qayda və təlimatlara riayət etməlisiniz.
11. İmtina
HAZIRKI PLATFORMA SİZƏ “OLDUĞU KİMİ” TƏQDİM EDİLİR VƏ ŞİRKƏT QANUNVERİCİLİYİN YOL VERDİYİ HƏCMDƏ VƏ ÇƏRÇİVƏDƏ İFADƏ EDİLMİŞ VƏ YA NƏZƏRDƏ TUTULAN BÜTÜN ZƏMANƏTLƏRDƏN, O CÜMLƏDƏN, MƏHDUDİYYƏT QOYULMADAN, BÜTÜN İFADƏ EDİLMİŞ ZƏMANƏTLƏRDƏN, NƏZƏRDƏ TUTULAN ZƏMANƏTLƏRDƏN, HƏMÇİNİN NƏZƏRDƏ TUTULAN DƏQİQLİK, YARARLILIQ, MÜVAFİQ MƏQSƏDƏ UYĞUNLUQ ZƏMANƏTİNDƏN, ƏQLİ MÜLKİYYƏT HÜQUQLULARININ POZULMAYACAĞINA DAİR ZƏMANƏTDƏN İMTİNA EDİR.
12. Müqaviləyə dəyişikliklərin edilməsi
Şirkət öz mülahizəsinə uyğun olaraq, istənilən vaxt hazırkı Müqaviləyə dəyişikliklər edə və ya onu dəyişə bilər.
13. Müqavilə müddəalarının müstəqilliyi
Hazırkı Müqavilənin istənilən müddəası qanuni qüvvədən düşmüş və ya etibarsız sayılarsa, sözügedən müddəa qüvvədə xxxx qanunvericiliyə uyğun olaraq dəyişdirilən müddəanın məqsədlərinə maksimal dərəcədə xxxxx xxxx müddəa ilə əvəz və şərh ediləcəkdir, Müqavilənin digər müddəaları isə tam hüquqi qüvvəsində qalmaqda davam edəcəkdir.
14. Hüquqlardan imtina edilməməsi
Şirkət tərəfindən Müqavilədə əks olunan istənilən hüququn həyata keçirilməməsi və ya müdafiə edilməməsi Şirkətin həmin hüquqdan imtina etməsi anlamına gəlmir.
15. Müqavilənin bütövlüyü
Müqavilə siz və Şirkət arasında Müqavilənin predmetinə dair bağlanmış bütöv razılaşmanı ifadə edir və bundan əvvəl istər yazılı, istərsə də şifahi formada ifadə edilmiş istənilən və bütün razılaşmaları, bildirişləri, bəyanatları və öhdəlikləri əvəz edir.
16. Hüquqların ötürülməsi
Şirkət hüquqlarını istənilən vaxt istənilən üçüncü tərəfə sizə öncədən bildiriş göndərmədən ötürə bilər. Xxxxx sizin hazırkı Müqaviləni yaxud bu Müqavilə ilə bağlı hər hansı bir hüquq və öhdəliklərinizi bizim öncədən verilmiş yazılı razılığımız olmadan ötürməyə hüququnuz yoxdur və hazırkı müddəanın şərtlərini pozaraq istənilən bu cür ötürmə cəhdi etibarsız və hüquqi qüvvəsi olmayan hesab edilir.
17. Tənzimləyən qanunvericilik və yurisdiksiya
Hazırkı Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Müqavilədən irəli gələn mübahisələr ilk olaraq danışıqlar yolu ilə, bu mümkün olmadıqda isə Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir.
18. Əlaqə məlumatları
Platforma və ya hazırkı Müqaviləyə dair hər hansı bir sualınızın yaranacağı, şərhə ehtiyacınız olacağı, yaxud şikayətiniz olacağı təqdirdə, bizimlə xxxxxxxx.xxxx@xxxxxxxxx.xx e-mail ünvanı və/və ya *9123 / (x00 000) 000 00 00 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.