«Atəşgah» Sığorta Şirkəti ASC
«Atəşgah» Sığorta Şirkəti ASC
NEFT VƏ QAZ YATAQLARINDA KƏŞFIYYAT VƏ HASILAT IŞLƏRININ APARILMASI SIĞORTASI
QAYDALARI
NEFT VƏ QAZ YATAQLARıNDA KƏŞFİYYAT VƏ HASİLAT İŞLƏRİNİN APARıLMASıNıN SıĞORTASI
1 SIĞORTALI:
Sayından asılı olmayaraq, Sığortalıya edilmiş bütün bildirişlər, yuxarıda adı çəkilən Sığortalının ünvanına göndərildiyi andan etibarən qüvvəyə minir.
2 SIĞORTA RİSKİ VƏ SIĞORTA TƏMİNATI:
Sığorta təminatı hər zaman bu sığorta növünün Ümumi Qaydalarına müvafiq olaraq verilir və aşağıdakı bölmə(lər) üzrə seçilir:
a. Quyu üzərində nəzarətin bərpa edilməsi sığortası (A bölməsinə müvafiq olaraq)
b. Təkrar qazıma işlərinin (Əlavə xərclərin) sığortası (B bölməsinə müvafiq olaraq)
3 SIĞORTA MƏBLƏĞİNİN MÜƏYYƏN EDİLMƏSİ QAYDASI:
Burada qeyd olunan Ümumi Qaydalarda, eləcə də A və/və ya B bölmələrində yer ala biləcək bütün sığorta təminatları üzrə, 100% risk üçün, baş vermiş hər bir sığorta hadisəsinə görə Ümumi Vahid Məsuliyyət Limiti.
Bu Qaydalara əsasən Sığortalıya yuxarıda göstərilmiş Ümumi Vahid Məsuliyyət Limitini keçməmək şərti ilə sığorta təminatı verilir. Bu sığorta təminatına məhkəmə xərcləri də daxildir ki, bu da Sığortaçının Sığortalı qarşısında, baş verən hər bir sığorta hadisəsinə görə və A və B bölmələrinə uyğun olaraq bütün sığorta təminatları üzrə ümumi vahid məsuliyyətinin limitidir.
4 AZADOLMA MƏBLƏĞİ:
Ümumi Vahid Məsuliyyət Limiti, Ümumi Qaydalarda və Müqavilədə, eləcə də A və (və ya) B bölmələrində yer ala biləcək bütün sığorta təminatları üzrə, 100% risk üçün və baş vermiş hər bir sığorta hadisəsinə görə müvafiq azadolma məbləğləri çıxmaq şərti ilə nəzərə alınmalıdır.
BÜTÜN BÖLMƏLƏRƏ AİD XXXX ÜMUMİ QAYDALAR
5 SIĞORTA PREDMETİ:
Sığorta predmeti dedikdə Sığorta müqaviləsində nəzərdə tutulmuş neft və qaz quyusu başa düşülür.
6 BİRGƏ İŞTİRAKÇILAR:
Dərk edilmiş və razılaşdırılmışdır ki, sığorta təminatı, fərdi və ya kollektiv şəkildə operator olmayan (bundan sonra «Birgə iştirakçılar» adlandırılacaqdır) digər iştirakçılara (bu sığorta ilə təmin edilmiş qazıma quyularında maliyyə və sığorta maraqları xxxx şəriklər, partnyorlar və (və ya) digər tərəflər) aid edilmək yolu ilə, və belə Birgə İştirakçıların müqaviləyə daxil edilməsinin müqavilə tərəfləri arasında, bu sığorta təminatı altında zərərin ödənilməsi üçün iddianın yaranmasına yol açan hər hansı bir sığorta hadisəsi baş verənədək, yazılı olaraq razılaşdırılması şərti ilə genişləndirilə bilər.
Birgə iştirakçılara təqdim olunan hər hansı bir sığorta təminatı, Birgə iştirakçının yuxarıda adı çəkilən
Sığortalı ilə birlikdə ümumi marağa malik olduğu əməliyyatlarla məhdudlaşmamalı və bu sığortanın qayda və şərtlərinə, tarif dərəcələrinə, eləcə də Ümumi Vahid Məsuliyyət Limitinə müvafiq olmalıdır.
7 SıĞORTA TARİFİNİN MÜƏYYƏN EDİLMƏSİ QAYDALARı:
a. Sığorta tarifləri;
(1) Qazıma işləri tarifləri, (a) hər hansı bir quyunun qazıma və (və ya) dərinləşdirmə və(və ya) tamamlama prosesi müddətinə və (b) mövcud müqavilənin geriyə qalmış müddətinə (əgər varsa) tətbiq edilir. Bu müddət (b) ərzində (i) belə bir quyu istismar və(və ya) bağlanmış və(və ya) müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş vəziyyətdə olmalı və (ii) Sığortalı sığorta təminatını, öz səlahiyyətindəki istismarda xxxx və (və ya) bağlanmış və (və ya) müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş quyuları sığortaya daxil etmək yolu ilə genişləndirməlidir;
(2) Təmir işləri tarifləri hər hansı bir quyunun baxılması və (və ya) təmiri və (və ya) bərpa edilməsi müddətində tətbiq edilir; və
(3) İstismarda xxxx və(və ya) bağlanmış və(və ya) müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş quyular üçün tariflər illik əsasda verilir və müqaviləyə uyqun olaraq qazıma işləri tarifləri ilə sığorta mükafatı ödənilmiş istismarda xxxx və (və ya) bağlanmış və (və ya) müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş quyulara aid edilmir.
b. Dərk edilmiş və razılaşdırılmışdır ki, bir fut dərinlik üçün nəzərdə tutulmuş tarif dərəcəsi, quyunun yer səthindən dibinə qədər və ya dəniz dibindən quyunun dibinə qədər dərinliyi əsas tutularaq qazılmış ümumi dərinliyinə tətbiq olunur.
c. Quyuların dərinləşdirilməsi və xxx təbəqəli tamamlanması üçün nəzərdə tutulan sığorta haqqı, bir fut dərinlik üçün tətbiq olunan qazıma işləri tarifinin 100%-ni təşkil edir və bu tarif quyunun, yer səthindən dibinə qədər və ya dəniz dibindən quyunun dibinə qədər, son dərinliyinə aid edilir.
8 SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR VƏ SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNANıN ƏSASLARI:
Müqaviləyə əsasən aşağıda sadalananlara təminat verilmir və məsuliyyət ortaya çıxmır:
a. Hər hansı dövlətin və ya başqa bir hökumət qurumunun və yaxud hər hansı bir hökumət orqanının və ya onun strukturunun qanunlarına əsasən tətbiq edilən hər hansı cərimə və sanksiyalar;
b. Kompensasiya xarakterli zərərlərin artması nəticəsində əmələ gələn zərərlər də daxil olmaqla hər hansı cəzalandırıcı və ya cərimə tətbiqedici zərərlər;
c. Bu Ümumi Qaydaların hər hansı mühüm şərtlərinin və ya qaydalarının tamamilə və yaxud qismən pozulması nəticəsində ortaya çıxan hər hansı bir hadisənin birbaşa və ya dolayı nəticəsi kimi ortaya çıxan bütün vəsatətlər;
ç. Aşağıdakılar nəticəsində əmələ gələn itki, zərər və ya xərclər:
(1) (a) hər hansı bir hökumət və ya suveren hakimiyyət (de-yure və ya de-fakto) və yaxud hərbi qüvvələrə, həmçinin dəniz və ya hava hərbi qüvvələrinə xxxxx xxxx və ya
onlardan istifadə edən digər hakimiyyət orqanları, yaxud (b) hərbi, dəniz və ya hava qüvvələri yaxud (c) hər hansı belə hökumət, hakimiyyət və ya qüvvələrin təmsilçisi tərəfindən real, görünən yaxud yaxınlaşan hücuma qarşı müdafiə və ya döyüş tədbirləri də daxil olmaqla, sülh və ya müharibə dövründə hər hansı müharibə, düşmən əməliyyatları və ya hərbi əməliyyatlar;
(2) sülh və ya müharibə dövründə, nüvə parçalanması və ya radioaktiv qüvvəyə əsaslanan hər hansı bir hərbi silah(lar);
(3) üsyan, qiyam, inqilab, vətəndaş müharibəsi, hakimiyyətin qəsb edilməsi və ya hökumətin yuxanda sadalanmış xalq hərəkatlarının qarşısının alınması və ya onlardan müdafiə olunması istiqamətində apardığı işlər, karantin və ya gömrük təlimatlarına müvafiq olaraq müsadirə və ya məhv edilmə, hökumətin və ya yerli hakimiyyət orqanlarının göstərişi ilə müsadirə edilmə və yaxud qaçaqmalçılıq və ya qanunsuz daşıma və ticarət.
d. Sığortalının və ya onun adından çıxış edən hər hansı bir şəxsin və ya təşkilatın qeyri-nəcibliyi (sədaqətsizliyi) nəticəsində meydana çıxan itki, zərər və ya xərclər;
e. Sığortaçı ilə xüsusi olaraq, başqa cür razılaşdırılmayıbsa, bu sığorta müqaviləsi qüvvəyə minən zaman qazıma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və(və ya) bərpa edilmə prosesində xxxx hər hansı bir quyu ilə əlaqədar, belə qazıma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və (və ya) bərpa edilmə işləri tamamilə başa çatanadək meydana çıxan itki, zərər və ya xərclər.
9 ZƏRURİ DİQQƏT HAQQINDA QEYD-ŞƏRT:
Bu sığortanın şərti budur ki, Sığortalı, bu sığorta təminatına daxil xxxx bütün əməliyyatları apararkən zəruri qayğı və diqqəti göstərməlidir. Bu zaman Sığortalı, texniki təhlükəsizlik qaydalarına əməl etməli və bu məqsədlə istifadə edilə biləcək lazımi avadanlığa malik olmalıdır və sığorta olunmuş quyuda təhlükəli vəziyyət yaranarsa öz xərcləri hesabına, hal-hazırkı sığorta ilə təmin olunmuş risklərin qarşısını almaq üçün bütün mümkün xxxx tədbirləri görməlidir.
10 SUBROQASİYA:
a. İtkinin əvəzini, dəymiş zərəri və ya xərcləri ödədikdən sonra, Sığortalının ödənilmiş belə itki, zərər və ya xərclər üçün hüquqi məsuliyyət daşıyan hər hansı bir
üçüncü şəxsdən, şirkətdən və ya korporasiyadan zərərin əvəzini tələb etmək hüquqları Sığortaçıya keçməlidir.
b. Razılaşdırılmışdır ki, Sığortaçılar hal-hazırkı sığorta ilə təmin olunmuş itki, zərər və ya xərclərin əmələ gəlməsinə görə cavabdeh hesab edilən hər hansı bir üçüncü tərəfə qarşı Sığortalının adından iddia qaldıra və işi məhkəməyə verə bilər. Belə iddianın qaldırılması və ya hüquqi proseslərin gedişi zamanı Sığortalı Sığortaçıya hərtərəfli kömək etməlidir.
c. Sığortalıya müqavilə əsasında və ya başqa bir yolla Sığortalı üçün müəyyən
bir iş görən, və yaxud Sığortalının müəyyən xidmətlər göstərdiyi hər hansı bir şəxs, şirkət və ya korporasiyaya qarşı subroqasiya hüquqlarının Sığortaçıya verilməsindən imtina etməyə haqlıdır. Bu şərtlə ki, bu imtina yazılı şəkildə və sığorta təminatına daxil xxxx hər hansı bir sığorta hadisəsi baş verənə qədər Sığortaçıya təqdim olunsun.
ç. Müqavilədə nəzərdə tutulan və ya yol verilən hallar istisna olmaqla, Sığortaçı tərəfindən ödənilən hər hansı bir iddiaya münasibətdə subroqasiya və ya əldə etmə haqqının Sığortaçıya verilməsinə Sığortalı imtina etməməli, məhdudlaşdırmamalı və Sığortaçı bu subroqasiya və ya əldə etmə hüquqlarından məhrum edilməməlidir. Sığortalı tərəfindən belə
imtina, məhdudiyyət və ya Sığortaçını adı çəkilmiş hüquqlardan məhrum etmə ilə əlaqədar yaranmış tələblər Sığortaçı tərəfindən ödənilməyəcəkdir.
11 SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ:
Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmayıbsa Sığortalı, sığorta hadisəsi, onun baş vermə vaxtı, yeri, səbəbi və şəraiti haqqında dərhal Sığortaçıya məlumat verməlidir. Həmçinin Sığortalı mümkün qədər qısa müddət ərzində sığorta hadisəsini təsdiq edən ətraflı bildiriş və ödəniş orderi ilə Sığortaçıya müraciət etməlidir. Eləcə də Sığortalı Sığortaçının tələbi ilə, iddianın müəyyənləşdirilməsi və əsaslandırılması üçün xxxxx xxxx bütün qeydləri, sazişləri, müqavilələri və digər sənədləri ona və ya onun nümayəndəsinə təqdim etməlidir.
12 QALIQ DƏYƏRİ:
Sığorta hadisəsi baş verdikdə, Sığortalı tərəfindən sığorta hadisəsi ilə əlaqədar istifadə edilmiş və ya əldə edilmiş hər hansı avadanlıq və (və ya) materialın qalıq dəyəri, iddianın tənzimlənməsi zamanı Sığortaçının ixtiyarına keçəcəkdir.
13 SƏNƏDLƏRİN ARAŞDIRILMASI:
Dərk edilmiş və razılaşdırılmışdır ki;
x. xxx-hazırkı sığorta müddətində və ya
b. Sığortaçıya qarşı iddia qaldırıldığı müddət ərzində və ya
c. Sığortaçıya qarşı məhkəmə təhqiqatları başlayan zamandan etibarən, bütün şikayətlər (əgər varsa) daxil edilmək şərti ilə, son məhkəmə qərarı verilənə qədər.
Sığortaçı hal-hazırkı sığorta təminatına daxil xxxx quyuya aid bütün xərc və məsrəflərlə əlaqədar istənilən sənədləri tədqiq etmək hüququna malik olacaqdır. Həmçinin Sığortaçının nümayəndələri də bu sənədlərlə istənilən əlverişli bir zamanda xxxxx olmaq imkanına malik olmalıdırlar.
14 SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ QAYDASI:
Sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 30 gün ərzində sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi və yaxud hər hansı bir əlavə sığorta haqqı və ya onun hər hansı hissəsi ödənilməzsə Sığortaçı, Sığortalının ünvanına yazılı və ya elektron poçt ilə, yaxud teleqraf vasitəsilə xəbərdarlıq etdikdən 10 (on) gün sonra Sığorta müqaviləsini ləğv etmək hüququna malikdir.
Yuxarıda qeyd edilənlərə baxmayaraq, tətil edənlərin, lokaut etmiş işçilərin, əmək münaqişələri, qiyam və ya və mülki çaxnaşmaların iştirakçıları ilə bağlı risklər mövcud olduqda, sığorta müqaviləsi Sığortaçı tərəfindən Sığortalının müqavilədə göstərilmiş hüquqi ünvanına göndərilən yazılı və ya elektron poçt ilə, yaxud teleqraf vasitəsilə xəbərdarlıqdan 7 (yeddi) gün keçdikdən sonra sığorta haqqı qaytarılmadan ləğv edilə bilər.
15 ANLAYIŞLAR:
a. «Sığorta olunmuş quyu(lar)» dedikdə aşağıdakı mərhələlərdən birində xxxx xxxx və (və ya) qaz
və (və ya) istilik enerjisi quyuları başa düşülür:
(1) qazılma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və (və ya) bərpa edilmə müddətində iş qurtarana və ya ləğv edilənə qədər;
(1) istismar dövründə;
(2) bağlı olduğu müddətdə;
(3) müvəqqəti olaraq dayandırıldığı və ləğv edildiyi müddətdə;
b. «Hadisə» dedikdə ayrıca bir itki, fəlakət və ya qəza və yaxud bir hadisənin təzahürü kimi ortaya çıxan itkilər, fəlakətlər və ya qəzalar başa düşülür.
(1) Sığorta müddətində, 72 (yetmiş iki) ardıcıl saat ərzində eyni atmosfer dalğalanmasından yaranan fırtınalı külək, tornadolar, siklonlar, qasırğalar, oxşar fırtına və ya güclü və dağıdıcı təsirə malik küləklər bir hadisə kimi qiymətləndirilir. (3) Hər bir zəlzələ təkanı və ya vulkan püskürməsi ayrıca bir hadisə kimi qiymətləndirilir. Xxxxx, əgər sığorta müddətində 72 (yetmiş iki) ardıcıl saat ərzində bir sıra zəlzələ təkanları və ya vulkan püskürmələri baş verərsə, o zaman belə yeraltı təkanlar və ya vulkan püskürmələri, hal-hazırkı sığortaya müvafiq olaraq bir hadisə kimi qiymətləndiriləcəkdir.
c. «Müdafiə xərcləri» termini təhqiqat, tənzimlənmə və məhkəmə xərcləri, üçüncü tərəflərə ödəmələr, apellyasiya şikayəti ilə bağlı xərclər, eləcə də məhkəmə qərarı verilənə qədər və verildikdən sonra hesablanmış faizlər kimi müəyyən edilə bilər. Müdafiə xərclərinə işçilərin əmək haqqı ilə bağlı xərclər, adətən Sığortalının tərəfindən əvvəlcədən ödənilən vəkil qanorarı və Sığortalının ofis xərcləri daxil edilmir.
16 MÜHÜM ŞƏRTLƏR:
a. Hal-hazırkı sığortanın Qaydalarına müvafiq olaraq zəmanət verilir ki, əgər Sığortalı, qazıma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və(və ya) bərpa edilmə prosesi içində xxxx hər hansı bir sığorta olunmuş quyu üzrə əməliyyatçı və ya birgə əməliyyatçıdırsa, o zaman bütün tələblərə, təlimatlara, qətnamələrə, eləcə də müvafiq sənaye sahəsində qəbul edilmiş adi və hamı tərəfindən bilinən qaydalara uyğun olaraq, quyunun yer səthindəki borusuna və ya quyu ağzındakı qoruyucu borulara fontandan qoruyucu (blouaut preventor) quraşdırılmalıdır. Belə qoruyucular ümumi qəbul edilmiş təcrübəyə müvafiq olaraq quraşdırılmalı və sınaqdan keçirilməlidir.
Əgər Sığortalı hər hansı bir sığorta olunmuş quyu üzrə əməliyyatçı və ya birgə əməliyyatçı deyildirsə, o zaman o, əməliyyatçı tərəfindən bu paraqrafda qeyd olunmuş zəmanətlərin yerinə yetirilməsinə nəzarət etməlidir.
b. Həmçinin zəmanət verilir ki, Sığortalı və (və ya) onun podratçıları, zərərin və ya ətraf mühitin çirklənməsinin azaldılması məqsədi ilə nəzərdə tutulmuş ştuser və digər avadanlığın quraşdırılması zamanı bütün qayda və təlimatlara əməl edəcəklər. Həmçinin belə avadanlıq (qazıma və (və ya) təmir qurğuları da daxil olmaq şərti ilə)
müvafiq orqanlar tərəfindən sertifikatlandırılmış (tələb olunduğu zaman) heyətlə təchiz olunacaqdır.
c. Həmçinin zəmanət verilir ki, Sığortalı quyunun nəzarətdən çıxması və ya qazıma məhlulunun, neftin, qazın və ya suyun daşması və ya sızması halında, quyu üzərində nəzarəti bərpa etmək və daşma və ya sızmanın qarşısını almaq üçün bütün mümkün tədbirləri görəcəkdir.
ç. Dərk edilmiş və razılaşdırılmışdır ki, Sığortalının əməliyyatçısı olduğu və yaxud
əməliyyatçı olmadan maraqlı olduğu, xxxxx öz hissəsinin sığortası üçün məsuliyyət daşıdığı quyular Sığortalının öz hissəsindən az olmamaq şərti ilə, proporsional olaraq təmin edilir.
17 TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ:
17.1. Sığortalının hüquq və vəzifələri aşağıdakılardır:
17.1.1. Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
17.1.2. sığorta haqqını vaxtında ödəmək;
17.1.3. Sığorta predmetinə dair qüvvədə xxxx sığorta müqavilələri barədə Sığortaçıya məlumat vermək;
17.1.4. sığorta hadisəsi baş verdikdə , bu barədə sığorta müqaviləsində müəyyən edilmiş müddətdə Sığortaçını xəbərdar etmək;
17.1.5. ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək;
17.1.6. Sığorta müqaviləsi bağlanarkən xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyəti xxxx xxxxxx və xxxxxx sonradan dəyişilməsi barədə Sığortaçıya məlumat vermək.
17.2. Sığortaçının hüquq və vəzifələri aşağıdakılardır:
17.2.1. Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı tərəfindən Sığorta müqaviləsinin qaydalarına riayət edilməsini yoxlamaq;
17.2.2. Sığortalını Sığorta qaydaları ilə xxxxx etmək;
17.2.3. Sığortalı və onun əmlak vəziyyəti barədə məlumatı, o cümlədən kommersiya xxxxx xxxx məlumatı yaymamaq.
17.3. Sığorta müqaviləsində və qanunvericilikdə Sığortalının və Sığortaçının başqa hüquq və vəzifələri də nəzərdə tutula bilər.
18 SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMASI VƏ QÜVVƏDƏN DÜŞMƏSİ QAYDASI:
a. Sığorta müqaviləsinin bağlanması:
(1) Bu sığorta təminatına daxil edilmiş hər hansı quyunun (quyuların) sığortası, əgər aşağıdakı (2), (3) və ya (4)-cü maddələrin qüvvəyə minməsindən sonra başlamırsa, Sığortaçının bu quyu(lar)da marağının yarandığı andan etibarən qüvvəyə minir;
(2) Əgər bu sığorta təminatına daxil edilmiş hər hansı quyunun (quyuların) qazılmasına müqavilənin qüvvədə olduğu müddət ərzində başlanarsa, o zaman sığorta ilk qazıma tarixindən etibarən qüvvəyə minməlidir;
(3) Sığorta müqaviləsinin bağlanması zamanı qazıma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və (və ya) bərpa edilmə prosesində xxxx hər hansı
sığortalanmış quyuya(lara) münasibətdə sığorta belə qazıma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və (və ya) bərpa edilmə işləri tamamilə başa çatdıqdan sonra qüvvəyə minəcəkdir. Belə quyu(lar) bu Ümumi Qaydaların İstisnalar maddəsinin 8e bəndinin olmaması halında müqavilə qüvvəyə mindiyi tarixdən etibarən sığorta təminatına daxil edilə bilərdi.
(4) Bu sığorta təminatına daxil xxxx hər hansı digər quyunun (quyuların) sığortası isə müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən başlayacaqdır.
b. Sığorta müqaviləsinin qüvvədən düşməsi:
(1) Bu sığorta təminatına daxil xxxx hər hansı quyunun (quyulann) sığortası, əgər aşağıdakı (2), (3) və ya (4)-cü maddələrinə əsasən qüvvədən düşmürsə, Sığortaçının bu quyu(lar)dakı marağını itirməsi anından etibarən qüvvədən düşür;
(2) Əgər bu sığorta təminatına daxil xxxx hər hansı quyunun (quyuların) sığortası sadəcə olaraq qazıma prosesi müddətini əhatə edirsə, yəni Sığortalı
istismarda xxxx və (və ya) bağlanmış və (və ya) müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilımiş quyuları sığortaya daxil etməmək qərarına gəlibsə, o zaman sığorta belə quyuların tamamilə ləğv edilməsi və ya tamamlanmasından sonra və yaxud müqavilə üzrə Sığortalının məsuliyyətinin sona çatması hallarında, ikisindən hansının daha tez meydana çıxmasından asılı olaraq, qüvvədən düşəcəkdir. Bu ləğv edilmə və ya tamamlanma əməliyyatlarına fontan armaturasının, nasos və quyuağzı avadanlığının quraşdırılması və yaxud qazıma yerindən qazıma avadanlığının sökülməsi və ya çıxarılması halları da daxil edilir. Əgər qazıma avadanlığının qazıma yerindən çıxarılmasına daha əvvəl zərurət yaranarsa, tamamlama əməliyyatlarının da həmçinin sığorta təminatı altına alınması üçün, belə avadanlığın tamamilə çıxarılması ilə tamamlama əməliyyatlarının başlanması arasındakı müddət 30 (otuz) günü keçməməlidir;
(3) Sığorta müqaviləsinin qüvvədən düşməsi və ya ləğv edilməsi zamanı qazıma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və (və ya) bərpa edilmə prosesində xxxx hər hansı sığortalanmış quyuya(lara) münasibətində sığorta təminatı belə qazıma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və (və ya) bərpa edilmə işləri tamamilə başa çatdıqdan sonra (müqavilənin qüvvədən düşməsi və ya ləğv edilməsi tarixindən gec olsa da) başa çatacaqdır.
(4) Bu sığorta ilə təmin edilmiş hər hansı digər quyunun (quyuların) sığortası, müqavilənin qüvvədən düşdüyü və ya ləğv edildiyi tarixdən etibarən və yaxud (əgər müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş quyular bu sığorta
təminatına daxil edilməyibsə) belə quyunun (quyuların) son və (və ya) tamamilə ləğvindən sonra, bu iki variantdan hansının daha tez meydana çıxmasından asılı olaraq, qüvvədən düşəcəkdir.
19 SİYAHI:
Müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən, Sığorta təminatına daxil xxxx istismarda xxxx və (və ya) bağlanmış və (və ya) müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş quyuların siyahısı müqaviləyə əlavə olunur.
20 ZƏRƏRİN ƏVƏZİNİN ALINMASI VƏ QALIQLAR:
Çəkilmiş xərclər çıxıldıqdan sonra, subroqasiya yolu ilə əldə edilən məbləğlər də daxil olmaqla, hər hansı qalıq və ya üçüncü şəxslərdən alınan ödənişlər, verilmiş sığorta ödənişinin məbləği tamamilə bərpa edilənədək Sığortaçıya aid olacaqdır.
21 MÜQAVİLƏ MÜDDƏTİNİN UZADILMASI:
Əgər Sığorta müqaviləsinin başa çatması və ya ləğv edilməsi xxxxxx zərərə səbəb ola biləcək hadisə hələ davam edirsə, bu sığortanın digər bütün qayda və şərtlərinə və Ümumi Vahid Məsuliyyət Limitinə müvafiq olaraq, əgər zərər bütünlükdə müqavilənin başa çatması və ya ləğv edilməsinə qədər meydana çıxıbsa müqaviləyə əsasən sığorta təminatına daxil edilir.
22 MÜDAFİƏ:
Sığortaçı Sığortalıya qarşı qaldırılmış hər hansı bir iddianı müdafiə etməyə və ya hər hansı iddianı təmin etməyə borclu deyildir. Xxxxx Sığortaçı Sığortalı ilə birlikdə, müqaviləyə əsasən qismən və ya tamamilə ödənilməli xxxx iddianın müdafiə olunmasında və ona nəzarət
edilməsi prosesində iştirak etmək hüququna malikdir. Sığortaçı hər hansı bir iddianın müdafiəsi üçün, iddia tamamilə həll edilməyənədək heç bir xərcləri ödəmək öhdəliyi daşımır.
Müdafiə xərcləri meydana çıxmadan əvvəl Sığortaçının belə xərclərin çəkilməsinə razılığı olmazsa, o zaman Sığortaçı xərclərin əvəzini ödəməyə görə məsuliyyət daşımır.
23 SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI VƏ ŞƏRTLƏRİ, SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏRİN SİYAHISI:
23.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə Sığorta müqaviləsinə uyğun olaraq Sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
23.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.
23.3. Sığorta ödənişinin verilməsi haqqında qərar qəbul etmək üçün aşağıdakı sənədlər Sığortaçıya təqdim edilməlidir:
23.3.1. Müstəqil ekspertin tərtib etdiyi hesabat;
23.3.2. Hadisə haqqında Sığortalının raportu;
23.3.3. Sığortaçının mülahizəsinə əsasən, sığorta ödənişinin verilməsi haqqında qərar qəbul etmək üçün xxxxx xxxx digər sənədlər.
24 SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ, YAXUD SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNA OLUNMASI HAQQINDA QƏRARIN QƏBUL EDİLMƏSİ MÜDDƏTİ:
Sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişinin verilməsindən imtina olunması haqqında qərarı bu Qaydaların 23.3-cü maddəsində göstərilən bütün sənədlərin təqdim edildiyi andan 90 (doxsan) gün ərzində qəbul edir.
25 SIĞORTA SİNFİ:
Bu Qaydalara əsasən təqdim olunan sığorta məhsulu əmlakın sığortası üzrə digər sinfə (neft və qaz yataqlarında kəşfiyyat və hasilat işlərinin aparılmasının sığortası sinfinə) aiddir.
26 SIĞORTA MÜQAVİLƏSİNİN ŞƏRTLƏRİNİN YERİNƏ YETİRİLMƏMƏSİ VƏ YA LAZIMİ QAYDADA YERİNƏ YETİRİLMƏMƏSİNƏ GÖRƏ TƏRƏFLƏRİN MƏSULİYYƏTİ:
Tərəflər Sığorta müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər.
27 MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI:
Bu Qaydalar əsasında bağlanmış Sığorta müqaviləsindən irəli gələn mübahisələr Sığortaçı ilə Sığortalı
arasında danışıqlar yolu ilə, tərəflər razılığa gələ bilmədikdə isə qanunvericiliklə müəyyən edilmiş qaydada həll edilir. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
NEFT VƏ QAZ YATAQLARıNDA KƏŞFİYYAT VƏ HASİLAT İŞLƏRİNİN APARıLMASıNıN SıĞORTASI
BÖLMƏ A
QUYU ÜZƏRİNDƏ NƏZARƏTİN BƏRPASINıN SIĞORTASI
1 SIĞORTA RİSKİ VƏ SIĞORTA TƏMİNATI:
Ümumi Vahid Məsuliyyət Limiti çərçivəsində və bu müqavilənin şərtləri və qaydalarına müvafiq olaraq, Sığortalı tərəfindən çəkilmiş aşağıdakı faktiki məsrəflər və (və ya) xərclər Sığortaçı tərəfindən Sığortalıya ödənilir: (a) sığorta olunmuş quyunun nəzarətdən çıxması nəticəsində üzərində nəzarət itirilmiş hər hansı başqa quyular da daxil edilmək şərti ilə, nəzarətdən çıxmış hər hansı bir və ya bütün sığorta olunmuş quyular üzərində nəzarətin bərpa edilməsi üçün və ya bərpa edilməsinə cəhd edilərkən çəkilən xərclər. Xxxxx, bu bölmənin 2b maddəsində qeyd olunduğu kimi, yalnız quyu üzərində nəzarət bərpa edilən xxx qədərki müddət ərzində çəkilmiş məsrəf və (və ya) xərclər ödəniləcəkdir; və (b) i) sığorta olunmuş quyudan yer səthində və ya suyun dibində çıxan alovun və yaxud bilavasitə sığortalanmış quyu üzərində nəzarətin itirilməsi nəticəsində alovlanan hər hansı digər quyunun və ya quyuların, yaxud (ii) sığorta olunmuş quyu və ya quyular üçün təhlükə yaradan yer səthində və ya suyun dibində çıxmış alovun söndürülməsi üçün və ya söndürülməsinə cəhd edərkən çəkilən xərclər.
Maili quyular, Sığortaçıya dərhal xəbərdarlıq edilməsi və Sığortaçı tərəfindən təyin edilmiş tariflər əsasında hesablanmış əlavə sığorta mükafatının ödənilməsi şərti ilə, avtomatik olaraq bu bölmə üzrə sığorta təminatına daxil edilir.
2 ANLAYIŞLAR:
a. Nəzarətdən çıxmış quyu:
Bu sığortanın məqsədləri üçün nəzarətdən çıxmış quyu dedikdə, quyudan yalnız yer səthinə və ya yer altında və yaxud dənizin dibində qazıma məhlulunun, neft, qaz və ya suyun qeyri-iradi axını başa düşülür, o halda ki:
(1) belə axın qısa müddətdə:
a. Zəmanətlər və Zəruri diqqət haqqında qeyd-şərtlərdə tələb edildiyi kimi
sahədə xxxx avadanlıq və (və ya) fontana qarşı preventor, ştuser və ya digər avadanlıq vasitəsilə dayandırıla bilməsin və ya:
b. qazıma məhlulunun həcminin çəkisini artırmaq və ya başqa analoji materiallarla quyuya müdaxilə etmək yolu ilə dayandırıla bilməsin və ya:
c. Təhlükəsiz qaydada hasilata yönəldilə bilməsin; və yaxud:
(2) müvafiq tənzimedici orqanlar tərəfindən axın nəzarətdən çıxmış hesab edilmiş olsun.
Bununla belə bu sığortanın məqsədləri çərçivəsində, quyunun lüləsində məhz neft, qaz və ya su axınının olması, əgər bu neft, qaz və ya su yer səthindən müvafiq zaman kəsiyi ərzində dövr etdirilə və ya kənarlaşdırıla bilərsə, belə quyu(lar) nəzarətdən çıxmış hesab edilmir.
b. Nəzarət altına alınmış quyu:
«Atəşgah» Sığorta Şirkəti
Aşağıdakı hallarda bu maddənin a. bəndində göstərilmiş səbəblər nəticəsində nəzarətdən çıxmış quyu(lar) üzərində nəzarət bərpa olunmuş hesab olunacaqdır;
(1) sığorta iddiasına səbəb ola biləcək axın dayanar, dayandırılar və yaxud təhlükəsiz şəkildə dayandırıla bilərsə və ya:
(2) Bilavasitə sığorta hadisəsi baş verməzdən əvvəl aparılan qazıma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və (və ya) bərpa edilmə işləri və bunların tamamlanması və ya digər oxşar əməliyyatlar yenidən aparılmış və ya yenidən aparıla bilərsə və ya:
(3) quyu bilavasitə sığorta hadisəsi baş verməzdən əvvəlki hasilat, dayandırılmış və ya oxşar vəziyyətinə qaytarılırsa və ya qaytarıla bilərsə və ya:
(4) hazırkı bölmədə sığorta hadisəsi kimi qiymətləndirilən neft və ya qaz axını təhlükəsiz şəkildə hasilata yönəldilə bilərsə;
sığortalanmış quyunun müvafiq rəsmi orqanlar tərəfindən nəzarətdən çıxmış elan edilməsi halları istisna olmaqla, yuxarıda sadalanmış qaydalardan hansının daha əvvəl baş verməsindən asılı olaraq, belə elanın qüvvədən düşməsi ilə quyu artıq nəzarət altına alınmış hesab olunacaqdır.
c. Xərclər:
Bu Sığorta Qaydalarına müvafiq olaraq ödəniləcək xərclərə materialların və ehtiyat hissələrinin dəyəri, quyu üzərində nəzarətin bərpa edilməsi üzrə ixtisaslaşmış şəxslər və ya təşkilatların göstərdiyi xidmətlər üçün ödəmələr, müvafiq rəsmi orqanların təlimatları əsasında çəkilmiş xərclər də daxil olmaq şərtilə, quyu üzərində nəzarəti bərpa etmək məqsədilə aparılan maili qazıma və digər oxşar əməliyyatlar üçün çəkilmiş xərclər və eləcə də bu bölmənin 1-ci maddəsində təsvir olunmuş digər xərclər daxildir.
3 XƏRCLƏRİN XXXX XXXXXXX:
Bütün hallarda və bu sığortanın Ümumi Vahid Məsuliyyət Limitinə müvafiq olaraq quyu(lar) üzərində nəzarət bərpa olunduqdan sonra (maddə 2b-də göstərildiyi kimi) bu məqsədlə çəkilən xərc və ya məsrəflərin Sığortaçı tərəfindən ödənilməsi dayandırılacaqdır.
4 SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR VƏ SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNANIN ƏSASLARI:
Bu bölmə üzrə aşağıdakı hallarda təminat verilmir və məsuliyyət yaranmır:
a. hər hansı qazıma və ya hasilat avadanlığının məhv olması və ya zədələnməsi;
b. hər hansı quyunun və ya quyuların, qazıma çuxurunun və ya çuxurlarının məhv olması və ya zədələnməsi;
c. istismarın dayanması və (və ya) gecikməsi (hasilatda gecikmə və ya təxirə salınma da daxil edilir) və (və ya) hasilata zərərin ortaya çıxması (o cümlədən lay təzyiqinin azalması) və hər hansı layın və ya lay təzyiqinin itməsi və ya azalması ilə əlaqədar xərclər.
NEFT VƏ QAZ YATAQLARıNDA KƏŞFİYYAT VƏ HASİLAT İŞLƏRİNİN APARıLMASıNıN SıĞORTASI
BÖLMƏ B TƏKRAR QAZIMA / ƏLAVƏ XƏRCLƏR
1 SIĞORTA RİSKİ VƏ SIĞORTA TƏMİNATI:
Bu sığorta təminatına daxil xxxx və müqavilənin A bölməsində sığorta hadisəsi kimi qiymətləndirilmiş hadisənin baş verməsi nəticəsində dağılan, hər hansı bir şəkildə zədələnən quyunun və yaxud onun bir hissəsinin bərpası və təkrar qazılması məqsədi ilə çəkilən faktiki xərclər və məsrəflər Sığortaçı tərəfindən Ümumi Vahid Məsuliyyət Limiti çərçivəsində və bu müqavilənin şərtlərinə və qaydalarına müvafiq olaraq, aşağıdakı şərtlərə əməl edilmək şərt iilə Sığortalıya ödənilir;
a. Sığortaçı Sığortalıya sadəcə olaraq ən əlverişli və iqtisadi səmərəli üsullardan istifadə edilmək şərti ilə quyunun bərpa edilməsi və təkrar qazılması üçün çəkilən xərclərin və məsrəflərin əvəzini ödəyir.
b. Baş verən neft və ya qaz axınının təhlükəsiz şəkildə hasilata yönəldilməsi mümkün xxxx quyunun bərpa edilməsi və təkrar qazılması üçün, (kanat qazımasında vurucu ştanqın sığorta olunmuş quyuda saxlanması yolu ilə və yaxud sığorta olunmuş quyu üzərində nəzarəti bərpa etmək üçün köməkçi quyu və ya quyuların qazılması yolu ilə tamamlanma da daxil olmaqla), B bölməsinə əsasən sığorta təminatı verilməyəcəkdir.
c. Sığortaçı qazıma quyularında, bu müqavilənin A bölməsinin 2-ci maddəsində təsvir edildiyi şəkildə nəzarətdən çıxma anındakı dərinlikdən daha xxx dərinliyə qazıma xərclərini (a); istismarda xxxx və ya bağlanmış quyularda effektli şəkildə istismar edilən geoloji zona və ya qatların yerləşdiyi dərinlikdən daha xxx dərinliyə qazıma xərclərini (b) və məsrəflərini ödəməyə görə məsuliyyət daşımır.
2 SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR VƏ SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNANIN ƏSASLARI:
Bu bölmə üzrə aşağıdakı hallarda itkilərin əvəzi ödənilməyəcək:
a. hər hansı bir qazıma və ya hasilat avadanlığına dəymiş zərər və ya onların məhv olması;
b. gecikmə nəticəsində (hasilat prosesində baş vermiş gecikmə də daxil olmaqla) meydana çıxan hər hansı itki, zərər və ya xərclər və (və ya) istismarın dayanması və (və ya) quyunun məhsuldarlığının dayanması və ya azalması (həmçinin lay təzyiqinin aşağı düşməsi ilə əlaqədar) və hər hansı bir layın və ya lay təzyiqinin itməsi və ya azalması;
c. hər hansı köməkçi quyunun və yaxud onun bir hissəsinin bərpası və ya təkrar qazılması məqsədilə çəkilən xərclər və məsrəflər;
ç. bu sığorta müqaviləsinin A bölməsi ilə təmin olunmuş itki və ya zərər meydana çıxmazdan əvvəl müvəqqəti olaraq bağlanmış və ya ləğv edilmiş və itki və ya zərər meydana çıxdığı anda hələ də müvəqqəti olaraq bağlı və ya ləğv edilmiş vəziyyətdə xxxx hər hansı bir quyunun quyudaxili avadanlığı və yaxud təkrar qazılması və (və ya) təkrar tamamlanması.
«Atəşgah» Sığorta Şirkəti ASC Neft və qaz yataqlarında kəşfiyyat və hasilat
işlərinin aparılması sığortası
QAYDALARI