Contract
17 aprel 2013-cü il tarixində, Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfirin iqamətgahında Yaponiya hökumətinin Ümumi Qrant Yardımı Proqramı çərçivəsində həyata keçiriləcək “Meliorasiya və Suvarma Avadanlıqlarının Təkmilləşdirilməsi” layihəsi üzrə mübadilə ediləcək notanın və qrant razılaşması üzrə sənədin imzalanma mərasimi keçirilmişdir.
Yuxarıda adı qeyd olunan layihə üzrə mübadilə olunacaq xxxxxx Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Şusuke Vatanabe və Azərbaycan Respublikası Baş Nazirin Müavini Zati-aliləri cənab Xxxx Xxxxxxx imzalamışdır. Sözü gedən layihə üzrə Qrant Razılaşmasını isə Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin Özbəkistan İdarəsinin rəhbəri cənab Xxxxx Xxxxxxx və Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Səhmdar cəmiyyətinin Sədri xxxxx Xxxxx Xxxxxxxxx imzalamışdıdır.
Layihənin əsas məqsədi Ağcabədi, İmişli, Beyləqan və Füzuli rayonlarda meliorasiya və suvarma avadanlıqlarını təkmilləşdirməklə (yeni ekskavatorlar, buldozerlər və sairə bu kimi avadanlıqların təchizi), qismən də olsa Azərbaycanın kənd təsərrüfat sahəsinin inkişafına töhfə verməkdir. Layihənin ümumi məbləği ¥ 777,000,000 (təxminən 7.45 ABŞ dolları) Yapon yeni təşkil edir.
Baş Xxxxxxx Xxxxxxx Xxxx-aliləri cənab Xxxx Xxxxxxx və Yaponiyanın
Səfiri cənab Xxxxxx Xxxxxxxx arasında nota mübadiləsi
Xxxxx Xxxxx Xxxxxxxxx (Meliorasiya və Su Təsərrüfatı SC) və cənab Xxxxx Xxxxxx (JİCA) arasında
qrant razılaşmasının mübadiləsi