Contract
1 mart,2018-ci il
“Şəki rayonunun İnçə kəndində tibb məntəqəsinin tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi
1 mart 2018-ci il tarixində, Şəki şəhərində yerləşən Marxal İstirahət kompleksinin konfrans zalında Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə “Şəki rayonunun İnçə kəndində tibb məntəqəsinin tikintisi” layihəsi üzrə qrant müqavilənin imzalanma mərasimi keçirilmişdir. Sözügedən mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin müşaviri cənab Xxxxxxx Xxxxxxxx və Şəki rayon İcra Hakimiyyətinin Başçısı xxxxx Xxxxx Xxxxxx iştirak etmiş, layihə üzrə müqavilə isə “Şəki Ekologiya və Təhsil Mərkəzi” Gənclərin İctimai Birliyinin sədri xxxxx Xxxxxx Xxxxxxxxxx və Yaponiya səfirliyinin müşaviri cənab Xxxxxxx Xxxxxxxx tərəfindən imzalanmışdır.
Mərasimdə çıxış edən xxxxx Xxxxxxxx layihənin icrası nəticəsində inşa olunacaq müasir tipli tibb məntəqəsində yerli sakinkərin tibbi xidmətindən istifadə edəcəklərinə ümid etdiyini bildirdi. Xxxxx Xxxxxx isə, Yaponiya Hökumətinin göstərdiyi maliyyə dəstəyinə təşəkkürünü bildirərək, sözügedən layihə İnçə kəndinin ilkin tibbi yardım xidmətinin yaxşılaşdırılmasına tövhə verəcəyinə ümid bəslədiyini söyləmişdir.
Layihənin əsas məqsədi Şəki rayonunun İnçə kəndində tibb məntəqəsini tikməkdir. Layihənin ümumi məbləği 90,692 ABŞ dolları təşkil edir. Layihənin icrası nəticəsində yerli sakinlərinin ilkin tibbi xidmətinin təkmilləşdirilməsinə ümid edilir.
Bələdiyyələr, tibb institutları və QHT-lərin təqdim etdiyi “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” layihələrinin birbaşa məqsədi Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılmasını dəstəkləməkdir.Bu tipli layihələr yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin yüksəldilməsi ilə əlaqədar sahələrdə həyata keçirilə bilər. Hazırkı layihə ilə bərabər bu vaxta qədər layihələr üzrə imzalanmış müqavilələrin sayı 228 və ümumi dəyəri isə 19,494,783 ABŞ dolları təşkil edir.
Yaponiya Hökuməti Azərbaycan Respublikasının davamlı inkişafına yönəlmiş əməkdaşlığa xxx xxxxx əhəmiyyət verir.Yaponiyanın Azərbaycana ayırdığı İnkişaf üçün Rəsmi Yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı xxxx xxxxx sahələri əhatə etməklə, ümumi məbləği artıq 1.1 xxxxxxx ABŞ dollarını keçmişdir.
Bu vaxta qədər Şəki rayonunda bu layihə də daxil olmaqla 18 layihəyə imza atılmışdır.
İllər | Layihənin adı | Məbləğ (ABŞ dolları) |
2000 | Şəkidə məktəb tikintisi və avadanlıqla təchiz olunması layihəsi | 89,056 |
2002 | Şəkidə 7 saylə məktəbin təmiri | 79,404 |
2002 | Mərkəzi rayon xəstəxanasının tibbi avadanlığının təkmilləşdirilməsi layihəsi | 8,274 |
2002 | Şəkinin Aşağı layski kəndində su təchizatının təkmilləşdirilməsi | 19,618 |
2006 | Şəkinin Qışlaq ərazisində 17 xxxxx məktəbin yenidən tikintisi | 90,000 |
2007 | Şəkinin Gəncəli İcmasında su borularının yenidən tikintisi | 75,234 |
2008 | Şəkinin Dərəcənnət kəndində məktəb tikintisi | 87,958 |
2008 | Şəkinin Orts Ziyəzid kəndində uşaq bağçasının tikintisi | 84,573 |
2009 | Şəkinin Gəncəli Dərə hamamı icmalarının çay ətrafındakı bəndlərinin təkmilləşdirilməsi | 95,760 |
2010 | Qurcanaçay su təchizatı sisteminin yenidən tikintisi layihəsi | 95,913 |
2010 | Şəkinin Kiş kəndində uşaq bağçasının tikintisi layihəsi | 86,269 |
2011 | Şəkinin Bolludərə və Qaratorpaq kəndlərində su sisteminin yenidən tkintisi layihəsi | 101,062 |
2012 | Şəki şəhərində peşə təlimi məktəbinin binaslnln təmiri | 122,513 |
2013 | Şəki şəhərində 15 xxxxx uşaq bağçasının tikintisi | 121,693 |
2014 | Şəkinin Suçma kəndində su təchizatı sisteminin tikintisi | 102, 570 |
2015 | Şəkinin Çayqaraqoyunlu kəndində su təchizatı sisteminin tikintisi | 89,995 |
2015 | Şəki rayonunun 11 xxxxx uşaq bağçasının təmiri | 89,965 |
2017 | Şəki rayonunun İnçə kəndində tibb məntəqəsinin tikintisi | 90,692 |
CƏM | 1,530,549 |
İmzalanma mərasimindən görüntülər:
Təşkilatın sədri xxxxx Xxxxxx Xxxxxxxxxxxx çıxışı | Azərbaycan dilində çıxış edən müvəqqəti işlər üzrə vəkil cənab Xxxxxxx Xxxxxxxx | |
Qrant müqaviləsinə imza atan təşkilatın sədri xxxxx Xxxxxx Xxxxxxxxxx və müvəqqəti işlər üzrə vəkil cənab Xxxxxxx Xxxxxxxx | Xxxxxxxxxxxx sonrakı xatirə şəkili |