AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 2015-ci il oktyabrın 27-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2016-cı il
№ 117-VQ
Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında
SAZİŞ
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti,
gömrük qanunvericiliyinin pozulmasının onların ölkələrinin iqtisadi, ticarət, maliyyə, ictimai və mədəni maraqlarına xələl gətirdiyini nəzərə alaraq,
malların idxalı və ixracı ilə əlaqədar gömrük rüsumlarının və digər vergilərin dəqiq hesablanmasının, malların tarif təsnifatının, dəyərinin və mənşəyinin düzgün müəyyən edilməsinin, o cümlədən qadağalar, məhdudiyyətlər və nəzarətlə bağlı müddəaların düzgün tətbiqinin təmin edilməsinin əhəmiyyətini nəzərə alaraq,
gömrük qanunvericiliyinin pozulmasının qarşısının alınması və rüsumların, vergilərin və digər ödənişlərin dəqiq şəkildə toplanmasının təmin edilməsi
səylərinin Razılığa gələn Tərəflərin gömrük idarələri arasında əməkdaşlıq yolu ilə daha səmərəli ola biləcəyini nəzərə alaraq,
narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin geniş miqyasından və xxxxx tendensiyalarından narahatlıq hissi keçirərək və onların əhalinin sağlamlığı və cəmiyyət üçün təhlükə yaratdığını düşünərək,
qarşılıqlı yardımı gücləndirən müvafiq beynəlxalq konvensiyaları, o cümlədən Gömrük Əməkdaşlıq Şurasının (Ümumdünya Gömrük Təşkilatının) Tövsiyələrini nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Anlayışlar
Bu Sazişdə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
a) gömrük qanunvericiliyi - malların idxalı, ixracı, tranziti, saxlancı və dövriyyəsi, o cümlədən gömrük orqanlarının tətbiq etdiyi və topladığı gömrük rüsumlarına, vergilərə və ya digər ödənişlərə aid ödəmə vasitələri, yaxud qadağa, məhdudiyyət və ya nəzarət tədbirləri ilə bağlı Razılığa gələn Tərəflərin gömrük orqanlarının tətbiq etdiyi hər hansı hüquqi və ya tənzimləyici müddəaları;
b) gömrük ödənişləri - göstərilən xidmətlərin təqribi dəyərinin məbləği ilə məhdudlaşan yığım və ödənişlər istisna olmaqla, gömrük qanunvericiliyinin tətbiqi ilə bağlı Razılığa gələn Tərəflərin dövlətlərinin ərazilərində idxal və ixrac zamanı tətbiq olunan və toplanan bütün rüsumları, vergiləri, yığımları və ya hər hansı digər ödənişləri;
c) gömrük hüquqpozması - gömrük qanunvericiliyinin hər hansı şəkildə pozulmasını və ya pozulmasına cəhdi;
d) məlumat - işlənmiş və ya işlənməmiş və ya təhlil edilmiş və ya edilməmiş məlumatları, sənədləri, hesabatları, elektron format da daxil olmaqla hər hansı formatda digər yazışmaları və ya onların təsdiq edilmiş, yaxud autentik surətlərini;
e) şəxsi məlumatlar - müəyyən olunmuş və ya müəyyən oluna bilən fiziki şəxs barədə hər hansı məlumatları;
f) nəzarətli göndəriş - gömrük qanunvericiliyini pozan şəxslərin aşkarlanması məqsədi ilə qanunsuz və ya şübhəli bilinən narkotik vasitə, psixotrop maddə və prekursorlardan, nəsli kəsilməkdə xxxx vəhşi flora və fauna növlərindən və ya digər mallardan, yaxud onları əvəz edən digər maddələrdən ibarət yüklərin ilkin
qarşılıqlı razılıq əsasında Razılığa gələn Tərəflərin dövlətlərinin ərazilərindən səlahiyyətli orqanların məlumatı daxilində və onların nəzarəti altında aparılmasına, keçirilməsinə və ya gətirilməsinə icazə verilməsi metodunu;
g) şəxs - kontekst başqa cür tələb etmirsə, hər hansı fiziki və ya hüquqi şəxsi;
h) gömrük idarəsi - Azərbaycan Respublikasında Dövlət Gömrük Komitəsini və Monteneqroda Maliyyə Nazirliyinin Gömrük İdarəsini;
i) sorğu göndərən orqan - bu Sazişə müvafiq olaraq yardım üçün sorğu edən və ya bu cür yardımı qəbul edən gömrük orqanı;
j) sorğu xxxx orqan - bu Sazişə uyğun olaraq yardım üçün sorğu qəbul edən və ya bu cür yardımı göstərən gömrük orqanı;
k) narkotik vasitələr - Birləşmiş Millətlər Təşkilatının 1961-ci il tarixli Narkotik Vasitələr haqqında Vahid Konvensiyasının I və II siyahılarına daxil edilmiş hər hansı təbii və ya sintetik maddəni;
l) psixotrop maddələr - Birləşmiş Millətlər Təşkilatının 1971-ci il tarixli Psixotrop Maddələr haqqında Konvensiyasının I, II, III və IV siyahılarına daxil edilmiş hər hansı təbii və ya sintetik maddəni;
m) prekursorlar - Birləşmiş Millətlər Təşkilatının 1988-ci il tarixli Narkotik Vasitələrin və Psixotrop Maddələrin qanunsuz dövriyyəsinə qarşı Konvensiyasının I və II siyahılarına daxil edilmiş narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən, nəzarət altında xxxx kimyəvi maddələri.
Maddə 2
Sazişin əhatə dairəsi
1. Bu Saziş çərçivəsində yardım, sorğu xxxx Razılığa gələn Tərəfin dövlətinin qüvvədə olan milli qanunvericiliyinə uyğun olaraq və onun gömrük orqanının səlahiyyətləri və mövcud imkanları daxilində göstərilir.
2. Razılığa gələn Tərəflərin gömrük orqanları bu Sazişdə qeyd olunan şərtlərə və formaya uyğun olaraq, gömrük qanunvericiliyinin düzgün tətbiq edilməsini təmin etmək, xüsusilə də gömrük hüquqpozmalarının qarşısının alınması, aşkarlanması, onlara qarşı mübarizə aparılması və onların araşdırılması məqsədi ilə bir-birinə yardım göstərirlər.
3. Bu Sazişin müddəaları heç bir şəxsə sorğunun icra olunmasına maneə törətmə hüququ vermir.
Maddə 3
Yardımın əhatə dairəsi
1. Razılığa gələn Tərəflərin gömrük orqanları sorğu əsasında və ya öz təşəbbüsləri ilə bu Sazişdə göstərilən müddəalara uyğun olaraq, bütün mövcud məlumatları bölüşür və qarşılıqlı yardım göstərirlər:
a) gömrük qanunvericiliyinin düzgün tətbiqinin təmin edilməsi məqsədi ilə;
b) gömrük rüsumlarının, vergilərin və digər ödənişlərin dəqiq hesablanması, o cümlədən malların tarif təsnifatının, dəyər və mənşəyinin gömrük məqsədləri üçün düzgün müəyyən olunmasını təmin etmək məqsədi ilə;
c) sərnişinlərin hərəkətini və malların axınını asanlaşdırmaq və sürətləndirmək məqsədi ilə tədbirlərin görülməsində;
d) gömrük qanunvericiliyinin pozulmasının qarşısının alınmasında, araşdırılmasında və onlara qarşı mübarizə aparılmasında;
e) gömrük qanunvericiliyinin tətbiqi ilə bağlı sənədlərin çatdırılması hallarında;
f) müvafiq gömrük idarələrinin işinin təşviqi məqsədi ilə texniki təcrübə mübadiləsində.
2. Bu Saziş çərçivəsində təmin edilən yardım aşağıda göstərilənlərlə bağlı məlumatı əhatə edir, xxxxx bunlarla məhdudlaşmır:
a) hüquqpozmaların qarşısının alınmasında faydalı ola biləcək hüquq mühafizə tədbirləri və xüsusilə də, hüquqpozmalara qarşı xüsusi mübarizə vasitələri;
b) hüquqpozmaların törədilməsində istifadə olunan yeni metodlar;
c) yeni hüquq mühafizə vasitələri və üsullarının uğurlu tətbiqindən əldə olunan müşahidələr və nəticələr.
Maddə 4
Sorğu əsasında yardım
1. Sorğu göndərən orqanın sorğusu əsasında sorğu xxxx orqan sorğu göndərən orqanın gömrük qanunvericiliyinin düzgün tətbiqini təmin etməsinə imkan yaratmaq məqsədi ilə, digər məlumatlarla yanaşı, malların daşınması və göndərilməsi ilə bağlı məlumatlar, bu cür malların yerləşdiyi yer və son təyinat yeri, onların tarif təsnifatı, dəyəri və mənşəyi, o cümlədən gömrük qanunvericiliyini pozan və ya poza biləcək törədilmiş və ya törədilməsi planlaşdırılan işlər barədə məlumatlar daxil olmaqla bütün aidiyyəti məlumatları həmin orqana ötürür.
2. Sorğu göndərən orqanın sorğusu əsasında sorğu xxxx orqan sorğu göndərən Razılığa gələn Tərəfin dövlətinin ərazisindən ixrac edilən və ya ərazisinə idxal edilən malların sorğu xxxx Razılığa gələn Tərəfin ərazisinə düzgün şəkildə idxal edilib-edilməməsi və ya ərazisindən ixrac edilib-edilməməsi barədə məlumatları, mümkün olduğu təqdirdə xxxxxxx tətbiq olunan gömrük prosedurunu da qeyd etməklə, sorğu göndərən orqana bildirir.
3. Sorğu göndərən orqanın sorğusu əsasında sorğu xxxx orqan öz səlahiyyəti daxilində aşağıdakılar üzərində nəzarəti təmin etmək üçün zəruri tədbirləri həyata keçirir:
a) sorğu göndərən Razılığa gələn Tərəfin dövlətinin ərazisində gömrük hüquqpozmaları törətməkdə olduğunu və ya törətmiş olduğunu xxxxx etməyə kifayət qədər əsasların olduğu konkret fiziki və ya hüquqi şəxslər;
b) malların sorğu göndərən Razılığa gələn Tərəfin dövlətinin ərazisinə qanunsuz idxal ediləcəyinə dair şübhələnməyə əsas verən şəkildə saxlanıldığı yerlər;
c) sorğu göndərən orqan tərəfindən sorğu göndərən Razılığa gələn Tərəfin dövlətinin ərazisində gömrük hüquqpozmasına səbəb olacağı ehtimal olunduğu bildirilən malların hərəkəti;
d) sorğu göndərən Razılığa gələn Tərəfin dövlətinin ərazisində gömrük hüquqpozmalarının törədilməsində artıq istifadə olunduğunu, hazırda istifadə olunduğunu və ya istifadə oluna biləcəyini xxxxx etməyə kifayət qədər əsaslar xxxx nəqliyyat vasitələri.
Maddə 5
Öz təşəbbüsü ilə yardım
Razılığa gələn Tərəflərin gömrük orqanları, xüsusən aşağıda qeyd olunanlarla bağlı məlumatları əldə etdikdə, öz səlahiyyətləri daxilində bir-birini gömrük qanunvericiliyinin düzgün tətbiqi üçün mühüm hesab etdikləri yardımla təmin edirlər:
a) gömrük qanunvericiliyini artıq pozmuş, pozmaqda xxxx və ya poza biləcək və digər Razılığa gələn Tərəfi maraqlandıra biləcək hərəkətlər;
b) gömrük hüquqpozmalarının törədilməsində istifadə olunan yeni vasitələr və ya metodlar;
c) digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində gömrük hüquqpozmalarının subyekti olduğu bilinən və ya olması şübhə doğuran mallar;
d) digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində gömrük hüquqpozmaları törətməsi bilinən və ya bunları törətməkdə şübhəli bilinən konkret şəxslər;
e) digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində gömrük hüquqpozmalarının törədilməsində artıq istifadə olunduğu, hazırda istifadə olunduğu və ya istifadə oluna biləcəyi barədə məlumat mövcud xxxx və ya şübhə doğuran nəqliyyat vasitələri və konteynerlər.
Maddə 6
Çatdırılma/bildiriş
Sorğu göndərən orqanın sorğusu əsasında sorğu xxxx orqan öz dövlətinin qanunvericiliyinə müvafiq olaraq, bu Sazişin əhatə dairəsində xxxx
a) bütün aidiyyəti sənədləri,
b) bütün aidiyyəti qərarları
öz dövlətinin ərazisində yaşayan və ya qeydiyyatda xxxx ünvan sahibinə çatdırmaq və bildirmək üçün bütün zəruri tədbirləri görür. Bu halda bu Sazişin 7- ci maddəsinin 3-cü bəndi tətbiq olunur.
Maddə 7
Yardım üçün sorğunun forması və mahiyyəti
1. Bu Sazişə uyğun olaraq, sorğular yazılı formada verilir. Bu cür sorğuların icrası üçün zəruri xxxx sənədlər sorğuya əlavə olunur. Təxirəsalınmaz hallarda şifahi sorğular qəbul oluna bilər, xxxxx onlar dərhal yazılı formada təsdiq olunmalıdır.
2. Bu maddənin 1-ci bəndinə uyğun olaraq verilən sorğulara aşağıdakı məlumatlar daxil edilir:
a) sorğu göndərən orqan;
b) görülməsi sorğu edilən tədbir;
c) sorğunun məqsədi və səbəbi;
d) aidiyyəti qanunlar, qaydalar və digər hüquqi elementlər;
e) sorğunun aid olduğu fiziki və ya hüquqi şəxslərlə bağlı mümkün qədər dəqiq və ətraflı məlumatlar;
f) bu Sazişin 6-cı maddəsində qeyd olunan hallar istisna olmaqla, əlaqədar faktların xülasəsi; və
g) istənilən yardım ilə onun şamil olunduğu məsələ arasında əlaqə.
3. Sorğular sorğu xxxx orqanın rəsmi dilində, ingilis dilində və ya həmin orqan üçün məqbul hesab edilən başqa bir dildə təqdim olunur.
4. Sorğu xxxx orqan sorğunun icrası üçün uyğun qurum olmadığı halda, o, dərhal sorğunu öz milli qanunvericiliyinə müvafiq olaraq səlahiyyətləri daxilində həmin sorğunu icra edəcək uyğun quruma ötürür və ya sorğu göndərən orqana bu sorğu ilə əlaqədar həyata keçirilməli xxxx müvafiq prosedur barədə məlumat verir.
5. Əgər sorğu rəsmi tələblərə cavab vermirsə, onun düzəldilməsi və ya tamamlanması tələb oluna bilər, xxxxx bu tələb ehtiyat tədbirlərinin görülməsinə təsir etmir.
Maddə 8
Sorğuların icrası
1. Sorğu xxxx orqan sorğunun icra edilməsi üçün bütün müvafiq tədbirləri görür və əgər tələb olunarsa, sorğunun icrası üçün zəruri xxxx hər hansı rəsmi və ya məhkəmə tədbirlərini görməyə səy göstərir.
2. Bir Razılığa gələn Tərəfin gömrük orqanı digər Razılığa gələn Tərəfin gömrük orqanının sorğusu əsasında ekspertlərin və şahidlərin və ya gömrük hüquqpozması törətməkdə şübhəli bilinən şəxslərin dindirilməsi daxil olmaqla bütün zəruri araşdırmaları aparır və bu Sazişdə istinad olunan məsələlərlə əlaqədar yoxlamalar, araşdırmalar və faktların əldə olunması ilə bağlı sorğular həyata keçirir.
3. Sorğu əsasında sorğu xxxx orqan bütün imkanları daxilində sorğu göndərən orqanı maraqlandıran hüquqpozmaları araşdıran sorğu göndərən orqan əməkdaşlarına sorğu xxxx Razılığa gələn Tərəfin dövlətinin ərazisində olmağa icazə verə bilər.
4. Bu Sazişə uyğun olaraq, sorğu göndərən Razılığa gələn Tərəfin gömrük idarəsinin əməkdaşı sorğu xxxx Razılığa gələn Tərəfin dövlətinin ərazisində olduğu zaman yalnız məsləhətçi qismində çıxış edir və heç bir halda araşdırmalarda fəal şəkildə iştirak etmir, yaxud sorğu xxxx Razılığa gələn Tərəfin əməkdaşlarına verilən hüquqi və ya araşdırma səlahiyyətlərindən istifadə etmir, dindirilən insanlarla görüşmür və hər hansı araşdırma fəaliyyətində iştirak etmir.
5. Bu Sazişdə qeyd olunan hallarda bir Razılığa gələn Tərəfin gömrük idarəsinin əməkdaşları digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində olduqları vaxt hər zaman öz rəsmi vəzifələrinin sübutunu təqdim edə bilməlidirlər. Onlar forma geyinə və silah daşıya bilməzlər.
6. Əgər sorğu göndərən orqan tələb edərsə, ona işlərin əlaqələndirilməsi məqsədi ilə sorğuya cavab olaraq görüləcək işlərin zamanı və yeri barədə məlumat verilir.
7. Sorğu göndərən orqanın gömrük hüquqpozmalarını araşdırmaq üçün səlahiyyətləndirilmiş vəzifəli şəxsləri, aidiyyəti kitabların, qeydiyyat jurnallarının, digər sənədlərin və media məlumatlarının yoxlanmasını və onların nüsxələrinin təmin edilməsini, o cümlədən gömrük hüquqpozmaları ilə bağlı bütün məlumatların təmin edilməsini sorğu xxxx orqandan xahiş edə bilər.
Maddə 9
Məlumatların ötürülmə forması
1. Sorğu xxxx orqan araşdırmaların nəticələrini sorğu göndərən orqana sənədlər, həmin sənədlərin təsdiq olunmuş nüsxələri, hesabatlar və bənzər formalarda, zərurət olduqda isə şifahi formada verir.
2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulan sənədlər həmin məqsəd üçün istənilən formada hazırlanmış, kompüterləşdirilmiş məlumatlarla əvəz oluna bilər və bu cür kompüterləşdirilmiş məlumatların təfsiri, yaxud istifadəsi üçün zəruri xxxx bütün məlumatlar bu məlumatlarla birgə təmin edilir.
Maddə 10
Həssas malların qanunsuz dövriyyəsinə qarşı tədbirlər
1. Gömrük orqanları öz təşəbbüsləri ilə və ya sorğu əsasında aşağıdakıların qanunsuz dövriyyəsi ilə əlaqədar Razılığa gələn Tərəflərdən birinin dövlətinin gömrük qanunvericiliyini pozan, yaxud poza biləcək törədilmiş və ya planlaşdırılan fəaliyyətlər barədə bütün müvafiq məlumatlarla bir-birini təmin edir:
a) narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsi;
b) silahların, döyüş sursatlarının və partlayıcı maddələrin dövriyyəsi;
c) hər iki Razılığa gələn Tərəfin dövlətinin üzv olduğu aidiyyəti beynəlxalq müqavilələrə, müvafiq çoxtərəfli sazişlərə və yayılmamaya qarşı razılaşdırılmış öhdəliklərə uyğun olaraq xüsusi nəzarətin tətbiq olunduğu həssas və strateji malların hərəkəti;
d) Razılığa gələn Tərəflərdən biri üçün mühüm tarixi, mədəni və ya arxeoloji dəyərə xxxxx xxxx sənət əsərlərinin və əntiq əşyaların dövriyyəsi;
e) zəhərli malların, o cümlədən ətraf mühit və ya əhalinin sağlamlığı üçün təhlükəli xxxx malların və ya maddələrin hərəkəti;
f) yüksək gömrük rüsumlarının, vergilərin və ya yığımların tətbiq olunduğu malların dövriyyəsi;
g) əqli mülkiyyət hüquqlarını pozan pirat və ya saxta mallar;
h) gömrük hüquqpozmalarının araşdırılması və onlara qarşı mübarizə aparılması, o cümlədən gömrük tələblərinin bərpası ilə əlaqədar məlumatlar.
2. Bu maddəyə müvafiq olaraq qəbul edilmiş məlumatlar, sorğu göndərən Razılığa gələn Tərəfin aidiyyəti dövlət idarələrinə ötürülə bilər. Xxxxx onlar üçüncü ölkələrə ötürülmür.
Maddə 11
Nəzarətli göndəriş
1. Milli qanunvericiliyə uyğun olaraq, gömrük idarələri qarşılıqlı razılıq əsasında və öz səlahiyyətləri daxilində gömrük hüquqpozmasının törədilməsində iştirak edən şəxslərin müəyyənləşdirilməsi və onlara qarşı hüquqi təbirlərin görülməsi məqsədi ilə nəzarətli göndərişdən istifadə edə bilərlər.
2. Nəzarətli göndəriş prosedurundan istifadə ilə bağlı qərarlar hər bir hal üzrə ayrılıqda və zərurət olduqda konkret bir hal ilə əlaqədar əldə olunmuş razılaşmalara və ya müqavilələrə uyğun olaraq qəbul olunur. Həmin qərarlarda, zərurət olduqda və Razılığa gələn Tərəflərin milli qanunvericiliyinə uyğun olduqda, hər iki Razılığa gələn Tərəf arasında əldə olunmuş maliyyə razılaşmaları və anlaşmaları da nəzərə alınır.
Maddə 12
Məlumat və sənədlərdən istifadə və konfidensiallıq
1. Bu Sazişə müvafiq olaraq hər hansı formada ötürülən məlumatlardan inzibati, araşdırma və məhkəmə proseslərində istifadə oluna bilər. Bu məlumatlardan bu Sazişdə qeyd olunan məqsədlərdən başqa digər məqsədlər üçün istifadə olunmur. Əldə olunan məlumatlardan yalnız onları təqdim edən gömrük orqanının ilkin yazılı razılığı əsasında və həmin orqanın irəli sürə biləcəyi şərtlər və ya məhdudiyyətlər nəzərə alınmaqla başqa məqsədlər üçün istifadə oluna bilər.
2. Bu maddənin 1-ci bəndinin müddəaları narkotik vasitələr və psixotrop maddələrlə bağlı hüquqpozmalara aid məlumatlara şamil olunmur. Bu cür
məlumatlar sorğu göndərən Razılığa gələn Tərəfin dövlətinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə birbaşa iştirak edən orqanlarına ötürülə bilər. Buna baxmayaraq, bu məlumatlar sorğu xxxx gömrük idarəsinin ilkin yazılı razılığı olmadan üçüncü ölkələrə ötürülmür.
3. Razılığa gələn Tərəflərin gömrük idarələri, bu Sazişə müvafiq olaraq əldə olunmuş məlumatlardan və sənədlərdən dəlillərlə bağlı qeydlərində, hesabatlarında və xxxxx ifadələrində, o cümlədən məhkəmə qarşısına çıxarılan işlərdə dəlil olaraq istifadə edə bilərlər. Məhkəmədə bu məlumatlardan və sənədlərdən dəlil kimi istifadə olunması və bunlara veriləcək əhəmiyyət Razılığa gələn Tərəfin dövlətinin milli qanunvericiliyinə müvafiq olaraq müəyyən edilir.
4. Bu Sazişə uyğun olaraq, gömrük idarələri arasında hər hansı formada edilən məlumat mübadiləsi konfidensial hesab edilir və həmin məlumat onu təqdim edən Razılığa gələn Tərəfin milli qanunvericiliyinə uyğun olaraq, konfidensial məlumat və sənədlərə şamil edilən eyni mühafizə hüququna malikdir.
5. Şəxsi məlumatlar bu Sazişə əsasən mübadilə edildikdə Razılığa gələn Tərəflər bu Sazişin ayrılmaz hissəsi xxxx Əlavəsinin prinsiplərinin həyata keçirilməsindən irəli gələn məlumat mühafizə standartlarına ən azı ekvivalent xxxx məlumat mühafizə standartı təmin edirlər.
Maddə 13
Fayllar, sənədlər, ekspertlər və şahidlər
1. Razılığa gələn Tərəflərin gömrük orqanları sorğu əsasında malların tarif təsnifatı, dəyəri, mənşəyi, harada yerləşdiyi və təyinat yeri göstərilən daşınma və göndərilməyə dair sənədlərlə bir-birini təmin edirlər.
2. Faylların, sənədlərin və digər materialların əsli yalnız nüsxələri kifayət etmədiyi hallarda sorğu olunur. Spesifik sorğu əsasında, faylların, sənədlərin və digər materialların nüsxələri müvafiq qaydada təsdiq olunur.
3. Sorğu göndərən orqana göndərilmiş faylların, sənədlərin və digər materialların əsli ən qısa zamanda xxxx qaytarılır. Sorğu xxxx orqanın və ya onunla əlaqəsi xxxx üçüncü tərəflərin hüquqları toxunulmaz olaraq qalır. Sorğu əsasında, məhkəmə və ya bənzər məqsədlər üçün zəruri xxxx orijinal sənədlər gecikdirilmədən xxxx qaytarılır.
4. Bir Razılığa gələn Tərəfin gömrük orqanının sorğusu əsasında, digər Razılığa gələn Tərəfin gömrük orqanı öz əməkdaşlarına onların da razılığı ilə digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində təhqiqatı aparılan
hüquqpozmalarla əlaqədar inzibati və məhkəmə işlərində ekspert və ya xxxxx qismində çıxış etmək səlahiyyəti verə bilər. Bu vəzifəli şəxslər öz vəzifələrinin icrası zamanı, əldə etdikləri faktlarla bağlı sübutları təqdim edirlər. Onlar işlərin aparılması üçün əhəmiyyətli hesab edilə biləcək faylları, sənədləri və ya digər materialları, yaxud Onların təsdiq olunmuş surətlərini təmin edirlər.
5. Sorğu göndərən Razılığa gələn Tərəf, bu maddənin 1-ci bəndinə müvafiq olaraq, öz dövlətinin ərazisində olduqları müddət ərzində vəzifəli şəxslərin şəxsi təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görməlidir. Bu vəzifəli şəxslərin nəqliyyat və gündəlik xərcləri sorğu göndərən gömrük orqanı tərəfindən qarşılanır.
6. İştirakla bağlı sorğuda vəzifəli şəxsin hansı işdə və hansı qisimdə iştirak edəcəyi aydın şəkildə qeyd olunmalıdır.
7. Xxxxx və ya ekspert qismində iştirak etməsi xahiş edilən vəzifəli şəxsin, sorğu xxxx Razılığa gələn Tərəfin və ya sorğu göndərən Razılığa gələn Tərəfin milli qanunvericiliyi ona bu hüququ verirsə və ya bunu etməyə məcbur edirsə, dəlil və ya açıqlama verməkdən imtina etmək hüququ vardır.
8. Vəzifəli şəxslərin ekspert və ya xxxxx qismində çıxış etmələri üçün sorğu Razılığa gələn Tərəflərin dövlətlərinin ərazilərində qüvvədə xxxx qanunvericiliyə uyğun olaraq edilir.
Maddə 14
Yardım göstərmək öhdəliyindən istisnalar
1. Bu Saziş çərçivəsində edilən yardım və əməkdaşlıq sorğu xxxx ölkənin milli qanunvericiliyinə uyğun olaraq və onun gömrük idarəsinin səlahiyyətləri və imkanları daxilində təmin edilir.
2. Əgər sorğu xxxx gömrük idarəsi yardım və əməkdaşlıq haqqında sorğunun həyata keçirilməsinin onun dövlətinin suverenliyinə, təhlükəsizliyinə və ya digər mühüm maraqlarına xələl gətirəcəyini hesab edirsə, o, bunu təmin etməkdən imtina edə, yaxud onu müəyyən şərtlərin yerinə yetirilməsi şərtilə təmin edə bilər.
3. Yardımın göstərilməsindən imtina edilərsə, imtina gecikdirilmədən sorğu göndərən Razılığa gələn Tərəfə yazılı şəkildə bildirilir.
4. Davam edən araşdırma, təhqiqat və ya məhkəmə işinə müdaxilə edəcəyi təqdirdə, bu yardımın göstərilməsi sorğu xxxx gömrük idarəsi tərəfindən təxirə salma bilər.
Maddə 1 5
Texniki yardım
1. Bu Sazişdə nəzərdə tutulan yardım, digər məsələlərlə yanaşı, aşağıda göstərilənlərlə bağlı məlumatların təmin edilməsini əhatə edir:
a) gömrük hüquqpozmalarının qarşısının alınmasında faydalı ola biləcək hüquq mühafizə tədbirləri, xüsusilə də, gömrük hüquqpozmalarına qarşı mübarizədə xüsusi vasitələr;
b) gömrük hüquqpozmalarının törədilməsində istifadə olunan yeni metodlar;
c) yeni hüquq mühafizə vasitələri və üsullarının uğurlu tətbiqindən əldə olunan müşahidələr və nəticələr; və
d) sərnişinlər və yüklərlə bağlı işlərin həyata keçirilməsi üçün yeni üsullar və təkmilləşdirilmiş metodlar.
2. Razılığa gələn Tərəflərin gömrük orqanları, öz milli qanunvericiliklərinə zidd deyilsə, aşağıdakılar barədə əməkdaşlıq etməyə səy göstərirlər:
a) öz kadrları üçün spesifik tədris proqramlarının başlanılması, hazırlanması və ya təkmilləşdirilməsi;
b) təhlükəsiz və sürətli məlumat mübadiləsinin asanlaşdın İması məqsədi ilə öz aralarında kommunikasiya kanallarının qurulması və qorunması;
c) kadrların, ekspertlərin mübadiləsi və əlaqələndirici əməkdaşların təyin olunması da daxil olmaqla, öz aralarında effektiv koordinasiyanın asanlaşdırılması;
d) yeni avadanlıq və ya prosedurların nəzərə alınması və sınaqdan keçirilməsi;
e) öz müvafiq gömrük prosedurlarının sadələşdirilməsi və uyğunlaşdırılması; və
f) vaxtaşırı onların birgə fəaliyyətini tələb edən hər hansı digər ümumi inzibati məsələlər.
Maddə 16
Xərclər
1. Razılığa gələn Tərəflər, dövlət qulluqçusu olmayan şahidlərə, ekspertlərə və tərcüməçilərə çəkilən xərclər istisna olmaqla, bu Sazişin həyata keçirilməsində çəkilmiş xərclərin əvəzinin ödənilməsi ilə bağlı bütün iddialardan imtina edirlər.
2. Əgər sorğunun icrası üçün əvvəlcədən nəzərdə tutulmayan və ya mühüm xərclər tələb olunarsa, Razılığa gələn Tərəflər sorğunun icra edilmə şərtlərini, o
cümlədən xərclərin hansı formada ödəniləcəyini müəyyən etmək məqsədi ilə bir- biri ilə məsləhətləşirlər.
3. Bu Sazişin 15-ci maddəsində nəzərdə tutulan texniki yardımdan irəli gələn xərclər Razılığa gələn Tərəflərin gömrük idarələri arasında xüsusi olaraq razılaşdırılır.
Maddə 17
Mübahisələrin həlli
1. Bu Sazişin müddəalarının təfsiri və tətbiqi ilə bağlı bütün mübahisələr Razılığa gələn Tərəflərin gömrük orqanları arasında birbaşa məsləhətləşmələr yolu ilə həll olunur.
2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulan məsləhətləşmələr yolu ilə həlli tapılmayan mübahisələr diplomatik kanallar vasitəsilə həll olunur.
Maddə 18
Düzəlişlər və əlavələr
Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə onun ayrılmaz tərkib hissəsi xxxx və bu Sazişin 21-ci maddəsində müəyyən olunan qaydada qüvvəyə minən ayrıca protokollar formasında rəsmiləşdirilən düzəlişlər və əlavələr edilə bilər.
Maddə 19
Həyata keçirilmə
1. Bu Sazişin həyata keçirilməsi gömrük idarələrinə həvalə olunur. Həmin idarələr hər bir Razılığa gələn Tərəfin dövlətinin ərazisində məlumatların mühafizəsi sahəsində qüvvədə xxxx qanunvericiliyi nəzərə almaqla, bu məqsəd üçün ətraflı tədbirlər barədə qarşılıqlı razılığa gəlirlər.
2. Gömrük idarələri həmçinin öz hüquq mühafizə xidmətlərinin bir-biri ilə birbaşa əlaqə qurmalarını təşkil edə bilərlər.
Maddə 20
Ərazi üzrə tətbiqedilmə
Saziş Azərbaycan Respublikasının gömrük ərazisində və Monteneqronun gömrük ərazisində tətbiq edilir.
Maddə 21
Qüvvəyəminmə və ləğvetmə
1. Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların tamamlanması barədə Razılığa gələn Tərəflərin bir-birlərini məlumatlandırdıqları sonuncu yazılı bildirişin diplomatik kanallarla alındığı tarixdən sonra otuzuncu gün qüvvəyə minir.
2. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır. Razılığa gələn Tərəflərdən hər xxxxx xxxx bu Sazişi ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə digər Razılığa gələn Tərəfə yazılı bildiriş göndərir. Xxxxx digər Razılığa gələn Tərəfin belə bildirişi aldığı tarixdən altı ay sonra qüvvədən düşür.
Bakı şəhərində, 27 oktyabr 2015-ci il tarixində, Azərbaycan, Monteneqro və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə edilir.
Azərbaycan Respublikası Hökuməti adından (imza) | Monteneqro Hökuməti Hökuməti adından (imza) |
ƏLAVƏ
Şəxsi məlumatların mühafizəsi
1. Avtomatik qaydada işlənilən şəxsi məlumatlar:
a) müvafiq qaydada və qanuna uyğun olaraq əldə edilir və işlənilir;
b) müəyyən edilmiş və qanuni məqsədlər üçün saxlanılır və bu məqsədlərə uyğun olmayan şəkildə istifadə olunmur;
c) saxlandıqları məqsədlərə münasibətdə adekvat, münasib və normaları aşmayan formada olur;
d) dəqiq və lazım gəldikdə, müasir tələblərə cavab verən formada saxlanılır;
e) məlumat subyektlərinin həmin məlumatların saxlanması məqsədləri üçün tələb olunan müddətdən daha artıq müddətə tanınmasına imkan verməyən formada saxlanılır.
2. İrqi mənşəyi, siyasi fikirləri və ya dini, yaxud başqa inancları ifşa edən şəxsi məlumatlar, o cümlədən səhhətə və ya cinsi həyata aid şəxsi məlumatlar daxili qanunvericilik müvafiq təhlükəsizlik tədbirlərini təmin etmədiyi təqdirdə, avtomatik şəkildə işlənilə bilməz. Eyni prinsip cinayət məsuliyyəti ilə əlaqədar şəxsi məlumatlara da tətbiq olunur.
3. Razılığa gələn Tərəflər avtomatlaşdırılmış məlumat fayllarında saxlanılmış şəxsi məlumatları icazəsiz məhvetmə və ya təsadüfi itmə, eləcə də həmin məlumatlara icazəsiz daxilolma, onları dəyişdirmə və ya yayma hallarından mühafizə etmək üçün müvafiq təhlükəsizlik tədbirləri həyata keçirirlər.
4. Hər bir şəxsə aşağıdakı imkanlar verilir:
a) avtomatlaşdırılmış şəxsi məlumatlar faylının mövcudluğunu, onun əsas məqsədlərini, o cümlədən faylın nəzarətçisinin şəxsiyyətini və daimi yaşayış yerini və ya əsas iş yerini müəyyən etmək;
b) ona aid şəxsi məlumatın avtomatlaşdırılmış məlumat faylında saxlanılıb- saxlanılmadığının təsdiqinə münasib vaxtda, əlavə gecikmə və ya xərc olmadan, o cümlədən belə məlumatın xxx xxxxx şəkildə çatdırılmasına nail olmaq;
c) şəraitdən asılı olaraq belə məlumat bu Əlavənin 1-ci və 2-ci bəndlərində müəyyən olunan əsas prinsipləri tətbiq etməklə bağlı milli qanunvericiliyin müddəalarına zidd olaraq işləndiyi təqdirdə, onun düzəldilməsinə və ya ləğv edilməsinə nail olmaq;
d) bu bəndin b) və c) yarımbəndlərində qeyd olunan təsdiq, yaxud şəraitdən asılı olaraq əlaqə, düzəldilmə və ya məhvetmə üçün sorğu həyata keçirilmədiyi təqdirdə tədbir görmək.
5. Bu Əlavənin 6-cı və 7-ci bəndlərində müəyyən edilmiş məhdudiyyətlər çərçivəsindən başqa, bu Əlavənin 1-ci, 2-ci və 4-cü bəndlərinin müddəalarına heç bir istisna edilə bilməz.
6. Bu Əlavənin 1-ci, 2-ci və 4-cü bəndlərinin müddəalarına istisnalar, belə istisnaların Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulduğu və demokratik cəmiyyətdə aşağıdakı maraqlar naminə zəruri tədbir olduğu hallarda mümkün olacaqdır:
a) dövlət təhlükəsizliyinin, ictimai asayişin, dövlətin maliyyə maraqlarının mühafizəsi və ya cinayət hüquqpozmalarının qarşısının alınması;
b) məlumat subyektinin və ya digər şəxslərin hüquq və azadlıqlarının mühafizəsi.
7. Bu Əlavənin 4-cü bəndinin b), c) və d) yarımbəndlərində müəyyən edilmiş hüquqların həyata keçirilməsi ilə bağlı məhdudiyyətlər, məlumat subyektlərinin məxfiliyinin pozulması ilə bağlı açıq şəkildə heç bir xxxxxx olmadığı hallarda statistik və ya xxxx tədqiqat məqsədləri üçün istifadə olunan avtomatlaşdırılmış şəxsi məlumat faylları barədə qanunla nəzərdə tutula bilər.
8. Hər bir Razılığa gələn Tərəf bu Əlavədə müəyyən edilmiş başlıca prinsiplərlə bağlı milli qanunvericiliyin müddəalarının pozulmasına görə müvafiq sanksiya və tədbirlər müəyyən etməyi üzərinə götürür.
9. Bu Əlavənin heç bir müddəası hər hansı Razılığa gələn Tərəfin bu Əlavədə məlumat subyektləri üçün müəyyən edilmiş mühafizədən daha geniş mühafizə tədbirlərini tətbiqetmə imkanlarını məhdudlaşdıran və ya bu cür tətbiqetməyə mənfi təsir göstərən şəkildə şərh edilmir.