ƏMLAKIN YANĞINDAN VƏ DİGƏR ƏLAVƏ RİSKLƏRDƏN SIĞORTASI QAYDALARI
ƏMLAKIN YANĞINDAN VƏ DİGƏR ƏLAVƏ RİSKLƏRDƏN SIĞORTASI QAYDALARI
2018
MÜNDƏRİCAT
4. SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ VƏ SIĞORTA OBYEKTİ 6
6. ƏLAVƏ SIĞORTA HAQQI MÜQABİLİNDƏ SIĞORTA TƏMİNATINA DAXİLEDİLƏN ZƏRƏRLƏR 7
8. SIĞORTA TƏMİNATINA DAXİL OLMAYAN ZƏRƏRLƏR (İSTİSNALAR) 9
9. SIĞORTA MÜQAVİLƏSİ, MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏSİ VƏ SIĞORTA
10. SIĞORTALININ MÜQAVİLƏ BAĞLANDIĞI ZAMAN MƏLUMATVERMƏK VƏZİFƏLƏRİ 10
11. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ 10
12. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ 11
14. ƏMLAKIN DƏYƏRİNDƏN XXX MƏBLƏĞDƏ XXXX SIĞORTA 11
16. SIĞORTANIN MÜDDƏTİ, TƏMINATIN BAŞLANMASI VƏ SONA ÇATMASI 12
17. MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR 12
19. SIĞORTA HADİSƏSİ ZAMANI SIĞORTALININ VƏ SIĞORTA OLUNANIN VƏZİFƏLƏRİ 12
20. SIĞORTA HADİSƏSİ ZAMANI SIĞORTAÇININ HÜQUQ VƏ VƏZİFƏLƏRİ 13
21. ZƏRƏR VƏ ZİYANIN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ 13
22. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI 14
23. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ 14
24. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNАNIN ƏSASLARI 14
25. ZƏRƏR VƏ ÖDƏNİŞİN SONA ÇATMASI 15
“Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinin Əmlakın yanğindan və digər əlavə
risklərdən sığortası üzrə tarif dərəcələrinin əsaslandırılması 17
ƏMLAKIN YANĞIN SIĞORTASI İLƏ BİRLİKDƏ VERİLƏ BİLƏCƏK ƏLAVƏ ŞƏRTLƏRİ 18
ÜMUMİ ANLAYIŞLAR
Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinintərəfi;
Sığortaçı - sığorta fəaliyyətini həyata keçirməküçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
Sığorta olunan – Sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;
Faydalanan şəxs(lər) - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli xxxx şəxs; Aktuari- qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;
Sığorta hadisəsi - qanunvericiliyəvə ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana vəya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən gözlənilməz hadisə və ya yaranan hal;
Sığorta məbləği – sığortalanmış risklərüzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
Sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Sığorta obyekti – sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmlak;
Sığorta marağı - sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir.
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta riski və ya risk - sığorta obyekti iləbağlı itkilərin vəya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;
Sığorta tarifi – sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;
Sığorta müqaviləsi – sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (vəya) sığorta olunana verilən sənəd;
Sığortanın müddəti – sığorta risklərinin təminatda hesab olunduğu müddət;
Azadolma məbləği –Azadolma məbləği, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.
Gözləmə müddəti - gözləmə müddəti, sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.
Əhəmiyyətli hallar – Sığortaçının müqavilədən imtina etmək vəya onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən hallar əhəmiyyətli sayılır;
Sığortanın ərazisi – sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları.
XÜSUSİ ANLAYIŞLAR
Yanğın – müstəqil şəkildə onun yandırılması və saxlanması üçün nəzərdə tutulmuş yerlərdən kənara yayıla bilən atəşin ortaya çıxması. Yanğın nəticəsində yaranmamış atəşin vurduğu zərərlərə, həmçinin onların emalı və ya digər məqsədlərlə (məsələn: metalların qurudulması, bişirilməsi, hamarlanması, hisə verilməsi, oda verilməsi, isti ilə işlənməsi və ya əridilməsi üçün və s.) onların odla, isti ilə və ya digər termik təsirlə işlənməsi nəticəsində sığortalanmış əmlaka vurulmuş zərərlərə sığorta təminatı verilmir və onlar ödənilmir.
İldırım – ildırımın bilavasitə sığortalanmış əmlakı vurması.
Partlayış – qazların genişlənməyə meyli əsasında qısa müddət ərzində məhdud həcmdə iri kəmiyyətdə enerjinin sürətli gedən azadolma prosesi. Ancaq bu rezervuarın divarlarının rezervuarın daxilində və xaricində təzyiqin bərabərləşməsini mümkün edən şəkildə parçalanması baş verən partlayış rezervuarın (qazanın, xxxx kəmərinin və s.) partlaması hesab edilir. Bu cür rezervuarın daxilində sürətli gedən kimyəvi reaksiyaların səbəb olduğu partlayış baş verdikdə, rezervuara vurulmuş zərərlər onun divarları parçalanmadıqda da ödənillir. Rezervuarda vakuumla və ya qazın seyrəlməsi ilə vurulan zərərlərə sığorta təminatı verilmir.
Uçan aparatların düşməsi – pilot tərəfindən idarə olunan uçan obyektlərin, onların hissələrinin, daşınan yükün, baqajın sığortalanmış əmlakın üzərinə düşməsi, yanacağın onun üzərinə axması.
Tufan, qasırğa, şiddətli külək, burağan, fırtına – sığortalanmış əmlaka və yaxınlıqdakı digər obyektlərə zərərvuran, hava kütlələrinin böyük sürətlə (60 km/s-xxx və 16,6 m/san.-dən artıq) yer dəyişməsi.
Leysan – zaman vahidində düşmüş yağıntının kəmiyyəti ilə xarakterizə olunan intensiv iri damcılı yağış.
Dolu – sığortalanmış əmlaka zərər vuran, müxtəlif ölçü və formada xxxx xxx törəmələri şəklində atmosfer yağıntıları.
Daşqın, sel – qarın, buzlaqların əriməsi, böyük həcmdə yağıntıların düşməsi, dambaların və bəndlərin yuyulub aparılması ilə bağlı suyun qurunu basması, suyun normal axmasına mane xxxx xxx yığını, küləyin əsməsi, çay yatağına dağ süxurlarının uçub tökülməsi ilə bağlı su hövzələrində suyun səviyyəsinin mövsümi və qəfil qalxması.
Zəlzələ –tektonik tavaların hərəkətinin, iri dağ məhsullarının uçmasının səbəb olduğu seysmik cəhətdən aktiv zonalar üçün xarakterik xxxx təbii fəlakət hadisəsi. Rixter cədvəli üzrə gücü 6 bal və ya daha yüksək xxxx zəlzələlər binalara zərər vurur.
Vulkan püskürməsi – vulkanın ağzından qazların, daşların, külün atılması və həmçinin ərimiş maqmanın axması ilə müşayiət olunan vulkan püskürməsi.
Sunami – sualtı və sahilyanı zəlzələlər, vulkanik və digər tektonik proseslər nəticəsində yaranan yüksək (bir nəçə onmetrədək) okean dalğaları.
Uçqun, daş uçqunu – dağ süxurlarının qəfil uçması və ya dik yamaclardan daşların diyirlənməsi.
Çığ– dağların yamaclarından böyük qar kütlələrinin axması.
Sürüşmə – öz ağırlıq qüvvəsinin təsiri ilə torpaq kütlələrinin, dağ süxurlarının maili yer dəyişməsi. Torpaq çökməsi, çökmə – torpağın sıxlaşması, qrunt sularının səviyyəsinin dəyişməsi, karst boşluqlarının, yeraltıfaydalı qazıntı işləmələrinin çökməsi, torf yataqlarının yanması ilə bağlı torpağın çökməsi.
Qar ağırlığı – qarın təzyiqinin həmin obyektin layihələndirilməsi zaman nəzərdə tutulmuş hesablanmış yüklənməniaşdıqda, qar ağırlığı altında binaların, tikililərin zədələnməsi və ya dağılması. Oğurluq – cinayətkar aşağıdakıları etdikdə, əmlakın gizli talanı:
- qapı və ya pəncərələri sındıraraq, kilidaçan və ya saxta açarlardan və ya digər texniki vasitələrdən istifadə edərək sığorta ərazisinə daxil olduqda. Əsl açarlar üzrə sərəncam vermək hüququ olmayan şəxslərin tapşırığı və ya xəbərdar olması ilə hazırlanmış açarlar saxta hesab edilir; təkcə əmlakın sığorta ərazisindən itməsi saxta açarlardan istifadənin sübut olunması üçün kifayət deyildir;
- sığortalanmış binaların daxilində əmlakın saxlandığı yer kimi istifadə olunan predmetləri güc tətbiq etməklə oğurladıqda və ya onları kilidaçandan və ya saxta açarlardan və ya digər alətlərdən istifadə edərək açdıqda; xidməti və ya təsərrüfat məqsədləri üçün Sığortalı və onun yanında işləyən şəxslərlə yanaşı üçüncü şəxslər tərəfindən istifadə olunan binalarda bu cür zərərlər üzrə sığorta təminatı ancaq bu hal müqavilədə xüsusi olaraq göstərildikdə verilir;
- daha əvvəl adi xxxxx xxxxxx daxil olduğu və bağlananadək gizli şəkildə qaldığı bağlı binalardan predmetləri götürdükdə və binanı tərk edərkən yuxarıda qeyd olunmuş vasitələrdən istifadə etdikdə;
- adi oğurluq edərkən aşkar edildikdə və oğurlanmış əmlakı mənimsəmək məqsədilə əldə xxxx vasitələrdən istifadə etdikdə.
Qarət (soyğunçuluq) – aşağıdakı hallarda sığortalanmış əmlakın açıq şəkildə talanması:
- sığortalanmış əmlakın çıxarılmasına qarşı onların müqavimətini qırmaq üçün Sığortalıya və ya onun yanında işləyən şəxslərə qarşı zorakılıq tətbiq olunduqda;
- Sağlamlıqlarına və ya həyatlarına təhditsəbəbilə Sığortalı və ya onun yanında işləyən şəxslər sığortalanmış əmlakın sığorta ərazisi daxilində verdikdə və ya verilməsinə imkan verdikdə; sığorta ərazisi bir neçə sığortalanmış bina və ya obyekt olduqda, Sığortalı və ya onun yanında işləyən şəxslərin sağlamlıqlarına və ya həyatlarına təhdidin ortaya çıxdığı sığortalanmış bina daxilində əmlakın çıxarılması qarət hesab edilir;
- onların bu cür vəziyyəti özlərinin cinayətkar və kobud ehtiyatsız hərəkətlərinin nəticəsi olmadıqda və onların bu cür çıxarılmaya müqavimət göstərmələrinə imkan vermədikdə, Sığortalının və ya onun yanında işləyən şəxslərin çarəsiz vəziyyətdə olduqları zaman sığortalanmış əmlak onlardan alındıqda. Əmlakın qəsdən zədələnməsi, məhv olunması, vandalizm – üçüncü şəxslərin sığortalanmış əmlakın zədələnməsinə, məhv olunmasına yönəlmiş qanuna zidd hərəkətləri.
Terrorizm -əmlaka zərər vurulması, əhalinin qorxudulması və ya hakimiyyət orqanlarının qərar qəbul etmələrinə təsir etmək yolu ilə siyasi və digər məqsədlərə nail olmağa yönəlmiş hüquqazidd hərəkətlərin (partlayış, yanğın, qəza və ya digər hərəkətlər) qəsdən törədilməsi.
Tətil – müəyyən məqsədlər nail olmağa yönəlmiş işçilərin bir hissəsinin və ya hamısının təşkilatlanmış şəkildəişləməkdən imtina etməsi. Tətil Sığortalının müəssisəsinin əmlakının korlanması və ya məhv edilməsi ilə bağlı zorakı hərəkətlərlə müşayiət oluna və ya sabotaja – sığortalanmış əmlakın zədələnməsinə və ya məhv olmasına səbəb olmuş, elan olunmuş tətil zamanı işçilər tərəfindən öz əmək vəzifələrinin şüurlu şəkildə icra olunmaması və ya qəsdən başdan sovma icra olunmasına gətirib çıxara bilər.
Kütləvi iğtişaşlar – izdihamın insanlara və əmlaka qarşı yönəlmiş və zorakılıq və hakimiyyət nümayəndələrinə müqavimətlə müşayiət olunan hüquqazidd hərəkətləri. Qeyd olunmuş hadisələrlə bağlı qarət və soyğunçuluğun vurduğu zərərlər də sığortalanmış sayılır.
Su kəmərindən su, buxar və mayelərlə zərər vurulması – aşağıdakılarla sığortalanmış əmlakın zədələnməsi və yaməhv edilməsi:
- qəfildən və gözlənilmədən borularda, qurğulardan, rezervuarlardan və saxlanma yerlərindən, o cümlədən, su kəmərlərinin, kanalizasiya şəbəklərinin, isitmə sistemlərinin və məhsul kəmərlərinin qəzası nəticəsində sızan su və digər mayelərlə (yağ, neft məhsulları, soyuducular);
- qazanlardan, quröulardan, buxar borularından onun qəza ilə atılması ilə bağlı buxarla;
- qəfildən, gözlənilmədən, öz-özünə sprinkler sistemlərinin işə düşməsi nəticəsində yanğınsöndürmə sistemlərindən su ilə.
Nəqliyyat vasitəsinin vurması – yerüstü, hava və su nəqliyyat vasitələri ilə təmas nəticəsində sığortalanmış əmlakın bilavasitə məhv olması və ya zədələnməsi.
Binanın uçması – xxxxxx pis xidmət göstərilməsi, pis inşaat torpağı, zəlzələ kimi səbəbləri istisna etməklə, binanın (tikilinin) qəfildən zədələnməsi və ya dağılması nəticəsində sığortalanmış əmlaka vurulmuş zərər.
Tüstü ilə zərərin vurulması -sobalardan, odluqdan, hisxanadan qəfildən, gözlənilmədən çıxmış tüstü (xxxx, his) ilə sığortalanmış əmlaka zərər vurulması.
Səs zərbəsi – səsdən sürətli təyyarənin səs maneəsini aşdıqda yaranan həddindən artıq təzyiq nəticəsində sığortalanmış əmlakın zədəlnməsi və ya məhv olması halı.
İşin dayanması – şəhadətnamədə göstərilmiş sığorta hadisələri (yanğın, partlayış və s.) nəticəsində sığortalanmış əmlakın məhv olması, zədələnməsi nəticəsində işin dayanması.
Binaların, tikililərin şüşə elementləri – fasadların üzlənməsi, işıq qapaqlarının quraşdırılması, qapı və pəncərələrin şüşələnməsi, həmçinin interyerin tərtibatı (vitrajlar, güzgülər), reklam qurğularının hazırlanması üçün inşaatda istifadə olunan şüşə və şüşəyə bənzər materiallardan elementlər.
Kassada və xxxxxx saxlanılan nəğd pul – kassada seyfdə və ya Sığortalının bankdas axlanan nəğd xxxxxx (xəzinədarlıq biletləri, banknotlar, qəpiklər), qiymətli kağızlar (səhmlər, istiqrazlar, veksellər və s.), külçə halında qiymətli metallar və digər qiymətli əşyalar.
İncəsənət əsərləri, sərgilər – onların dəyərini təsdiq edən sənədlər xxxx incəsənət əsərləri, antikvar əşyalar, muzey və sərgi eksponatları.
İlkin (maksimal) zərər üzrə sığorta – zərərin tam həcmdə, xxxxx sığorta məbləğindən artıq olmamaqla ödənildiyi sistem. Qismən sığorta zamanı “mütənasib məsuliyyət” sistemindən fərqli olaraq zərərin ödənilməsinin “ilkin zərər” sistemi daha yüksək sığorta haqlarının ödənilməsi şərtilə daha geniş həcmdə təminat təklif edir.
Müəyyən edilmiş dəyər əsasında sığorta -əmlakın Sığortalının bildirdiyi dəyər (bazar dəyəri) əsasında sığortası. Bu halda Sığortaçı müəyyən edilmiş dəyərdən artıq olmamaqla, sığorta ödənişini zədələnmiş əmlakın bərpası (köhnəlmə nəzərə alınmadan) və ya məhv olmuş əmlaka analoji əmlakın alınması ilə bağlı dəymiş zərər həcmində ödəyir.
1. SIĞORTA SİNFİ
1.1. Sığorta obyektinə görə əmlak sığortasına aid xxxx əmlakın sığortası üzrə aşağıdakı sinif.
1.2. Əmlakın, onun ərazisində və ya içərisində yerləşən başqa əmlakla birlikdə, yaxud ayrılıqda yanğın və digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan əmlakın yanğın və digər əlavə risklərdən sığortası;
2. SIĞORTA PREDMETİ
2.1. Bu qaydalar üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu daşınan və ya daşınmaz əmlakdır.
3. SIĞORTA MƏBLƏĞİ
3.1. Sığorta məbləği əmlakın real bazar qiyməti (sığorta dəyəri) əsasında tərəflər arasında bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.
3.2. Müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir (qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks olunduğu halda).
3.3. Sığorta müqaviləsində göstərilmiş sığorta məbləği sığorta dəyərindən artıq olduqda, sığorta məbləğinin sığorta dəyərindən artıq olduğu hissə üçün müqavilə etibarsızdır.
4. SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ VƏ SIĞORTA OBYEKTİ
4.1. Daşınmaz əmlaklar: binalar, təsərrüfat tikintiləri, qaraj, yanacaq xxxxxx xxxx əlavə tikililər, binaların içərisində və ya üzərində xxxx hər cür sabit qurğular, lift və eskalatorlar, ildırım ötürən, televizor antenaları, bünövrələr, bağ və həyət hasarları, kontrforslar (uçqunun, sürüşmənin, çökmənin nisbətən qarşısının alınmasından ötrü perpendikulyar tikilən dayaq hasarları), səkilər, meydançalar, eyvanlar, pilləkənlər, bulaqlar, binaların xaricində xxxx heykəllər, su anbarları, hovuzlar və bu kimi digər tikililər, yalnız sığorta şəhadətnaməsində yazılması şərtilə, sığorta təminatına daxil edilə bilər.
4.2. Daşınar əmlaklar: sığorta edilmiş ünvanlarda xxxx sığortalanmış əşyalar xüsusiyyətləri baxımından növ və ya qruplara ayrılmışsa, bu növvə ya qruplardan birinə daxil xxxx əşyalar, Sığortalanmış əşyaların hamısı üçün yalnız bir sığorta məbləği müəyyən edilmişdirsə, bu məbləğə daxil xxxx bütün əşyalar, sığorta şəhadətnaməsində yazılmasından asılı olmayaraq, yeri dəyişdirildiyinə və ya sonradan alınmış olsa da, sığorta təminatının əhatə dairəsinə daxildir.
4.3. Əlavə razılaşma yoxdursa yalnız sığortalıya və ya onunla birlikdə yaşayan şəxslərə və yaxud xidmətçilərə məxsus əşyalar qəbul olunmuş limiti keçməmək şərti ilə sığorta təminatının əhatə dairəsinə daxildir.
4.4. Aşağıda göstərilən əmlak mənafeləri, habelə itkilər sığorta məbləğlərinin sığorta şəhadətnaməsində ayrıca göstərilməsi və əlavə sığorta haqqının ödənilməsi şərti ilə sığorta təminatının əhatə dairəsinə daxil edilə bilərlər:
4.4.1. Sənətkarlıq və əntiq baxımından qiymətli xxxx tablolar, rəsm əsərləri, kitablar, qravürlər, yazılar, heykəllər, bəzək əşyaları, kolleksiyalar, xalçalar və bu kimi əşyalar;
4.4.2. Modellər, qəliblər, plan və eskizlər, ixtira patentləri, sənədlər, mühasibatlıq sənədləri və bu kimi digər sənədlər;
4.4.3. Nağd pul, səhmlər, istiqrazlar, qiymətli kağızlar, bütün növ qızıl və gümüş, onlardan hazırlanmış zinət əşyaları, digər qiymətli zinət ləvazimatları, qiymətli daşlar, incilər və s. qiymətli əşyalar;
4.4.4. Dəniz, su, avtomobil nəqliyyatı vasitələri və bunların yükləri (hərəkət halı istisna olmaqla);
4.4.5. Əmanət və girov mallar;
4.4.6. Uçqun və dağıntıların aradan qaldırılması;
4.4.7. Gəlirin itirilməsi və mənfəətdən məhrum olma;
4.4.8. Yanğın və partlayış üzrəümumi məsuliyyət (yanğın və partlayış üzrəümumi məsuliyyət əlavə müqavilə ilə bu əsas Qaydalara və əlavə şərtlərə (klozlara) uyğun olaraq təminatın əhatə dairəsinə daxil edilə bilər);
4.5. Yuxarıda göstərilən əmlak-sığorta predmeti, əmlakla bağlı əmlak mənafeləri isə sığorta obyektihesab edilir;
5. SIĞORTA TƏMİNATI
5.1.Əsas təminata daxil xxxx risklər:
5.1.1. Yanğın – alovlanma mənbəyindən asılı olmayaraq maddi ziyan vuran yanma, o cümlədən yüksək temperaturun, yanğın məhsullarının, eləcə də yanğının söndürülməsi üçün istifadə olunmuş su, köpük və digər vasitələrin təsiri, habelə yanğının birbaşa təsiri.
5.1.1.1. Aşağıdakı səbəblərdən baş verən itki, zərər və ya ziyan təminata daxil deyildir:
a. yanğın nəticəsində baş verən partlayış;
b. zəlzələ, yeraltı, yanğın və ya vulkan püskürməsi;
c. yerin çökməsi, qabarması və ya sürüşməsi;
d. aşağıdakı səbəblərdən əmlaka dəyən itki, zərər və ya ziyanı özü-özünə qıcqırması və ya qızmasıodun tətbiqi ilə hər bir prosesdən keçirilməsi;
5.1.2. İldırım vurması - ildırımın sığortalanmış əmlakı birbaşa vurması ildırım vurması sayılır.
5.1.3. Partlayış – qazların genişlənməyə meylliliyi nəticəsində böyük həcmdə enerjinin qısa müddət ərzində məhdud ölçülü məkandan sürətlə çıxaraq azad olması prosesi.
5.1.3.1. Aşağıdakı səbəblər nəticəsində baş verən itki, zərər və ya ziyan istisna olmaqla:
(a) Sığortalının mülkiyyətində və ya istifadəsində xxxx daxili təzyiq yalnız buxara görə xxxx qazan, qızdırıcı və ya digər çənlər, avadanlıq və ya aparatların buxarın təzyiqinə görə partlayışı;
(b) səs və səsdən iti sürətlə hərəkət edən təyyarə və digər hava nəqliyyatının hərəkəti nəticəsində yaranan dalğanın təzyiqi;
(c) zəlzələ, yeraltı yanğın və ya vulkan püskürməsi ;
(d) yerin çökməsi, qabarması və ya sürüşməsi;
5.1.4. Bu sığorta qaydaları ilə yanğın, ildırım, partlayış və ya yanğın yaxud partlayışla əlaqədar meydana gələn tüstü, buxar və hərarət nəticəsində sığortalanmış əmlaka dəyən maddi zərərlərə sığorta məbləği həddində təminat verilir.
5.2. Sığorta şəhadətnaməsində başqa cür nəzərdə tutulmamışdırsa Sığortaçı yalnız 1.1-ci bəndində göstərilmiş əsas təminata daxil xxxx risklərə sığorta təminatı verir.
5.3. Sığorta təminatına, tərəflərin qarşılıqlı razılaşması əsasında Şəhadətnaməyə və ya sığorta müqaviləsinə Əlavələrdə göstərilmişdigər risklər də daxil edilə bilər.
6. ƏLAVƏ SIĞORTA HAQQI MÜQABİLİNDƏ SIĞORTA TƏMİNATINA
DAXİLEDİLƏN ZƏRƏRLƏR
6.1. Aşağıdakı hadisələrə görə dəyən zərərlər əlavə razılaşmaya uyğun olaraq və əlavə sığorta haqqı ödəmək şərti ilə sığorta təminatına daxil edilə bilərlər:
6.1.1. Tətil, lokaut (qarşısıalınma tədbirləri), iğtişaş və xalq hərəkatları və bunların qarşısınınalınması üçün görülən tədbirlər;
6.1.2. Terror;
6.1.3. Zəlzələ və vulkan püskürməsi;
6.1.4. Qar ağırlığı;
6.1.5. Sel və su basması, daşqın (açıq havada xxxx daşınar əmlaka, hasarlara və darvazalara dəyən zərərlər istisna olmaqla);
6.1.6. Yer sürüşməsi;
6.1.7. Fırtına, tufan, qasırğa (açıq havada xxxx daşınar əmlaka, hasarlara və darvazalara dəyən zərərlər istisna olmaqla). Tufan dedikdə Bofort şkalası üzrə gücü 8 baldan aşağı olmayan (yəni küləyin sürəti saatda 60 kilometrdən az olmayan) və hava şəraiti nəticəsində əmələ gələn hava axınları nəzərdə tutulur;
6.1.8. Daxili su;
6.1.9. Tüstü;
6.1.10. Avtonəqliyyat vasitələrinin sığortalanmış obyektə dəyməsi;
6.1.11. Su nəqliyyatı vasitələrinin sığortalanmış obyektə dəyməsi;
6.1.12. Hava nəqliyyatı vasitələrinin sığortalanmış obyektə dəyməsi.
6.1.13. Qanunsuz daxil olmaqla oğurluq və ya oğurluğa cəhd riski üzrə təminat sığortalanmış əmlakın oğurluğu və ya oğurluğa cəhd zamanı binalara, avadanlıqlara və ya qurğulara dəymiş zərəri əhatə edir. Müqavilədə nəzərdə tutulduğu hallarda, bu zərərlər (yəni oğurluq və ya oğurluğa cəhd zamanı binalara, avadanlıqlar və ya qurğulara dəymiş zərərlər) üzrə təminatın maksimal həddi, aşağıdakılar nəticəsində dəymiş zərərlər istisna olmaqla sığorta muqaviləsi ilə sığortalanmış və zərər çəkmiş binaların içindəkilər üzrə sığorta məbləğinin 5%-dən artıq ola bilməz:
(a) Sığortalının işçiləri və ya binanın sakinləri ilə əlbir olaraq törətdiyi oğurluq;
(b) açıq havada xxxx əmlakın oğurlanması;
(c) əmlakın boş olması və ya istifadə edilməməsi;
6.1.14. Dəymiş zərərin birbaşa və ya dolayı olaraq aşağıdakı hadisələrin nəticəsində baş verməsi halları istisna olmaqla sığortalıya qarşı yönəldilmiş üçüncü şəxslərin qərəzli, qanuna ziddhərəkətləri:
(a) yanğın;
(b) oğurluq və ya oğurluğa cəhd;
(c) hər hansı kommersiya, sənaye və digər iş fəaliyyətinin bütovlüklə və ya qismən dayanması və ya ləngiməsi;
(d) Sığortalının (Sığorta Olunan və ya Xxxxxxxxxx şəxsin) və ya onun işçilərinin hərəkətləri nəticəsində dəymiş zərərlər;
(e) müqavilədə başqa hal nəzərdə tutulmayıbsa pəncərələrin, aynaların, vitrinlərin və şüşədən istehsal olunmuş digər əşyaların sındırılması nəticəsində dəymiş zərərlər;
6.1.15. Soyğunçuluq və ya quldurluq
6.1.16. Şüşə sınması
Bilavasitə sığorta müqaviləsində göstərilmiş risklər nəticəsində xxxxxx zərərin dəyməsi ilə yanaşı binaların şüşədən xxxx tərkib hissəsinin sınması baş veridikdə sığortaçı əlavə olaraq aşağıdakı hallar istisna olmaqla sınmış şüşələrin dəyişdirilməsi üzrə xərclərini öz üzərinə götürur.
(a) binada aparılan təmir, dekorasiya, əlavə və düzəltmə işləri nəticəsində və ya şüşələrin dəyişdirilməsi və quraşdırılması zaman şüşələrin sınması;
(b) konstruksiyaların dağılması və köhnəlməsi nəticəsində şüşələrin sınması;
6.1.17. Tikinti tullantıların təmizlənməsi
Sığortaçı və Sığortalı arasında əldə edilmiş xüsusi razılığa əsasən, Sığorta Şəhadətnaməsində göstərilmiş sığorta məbləğ(lər)i çərçivəsində, hazırki Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan risklər nəticəsində bina və ya onun hissələrinin zədələnməsi ilə əlaqədar həyata keçirilmiş aşağıdakı tədbirlər üzrə xərclərin ödənilməsi təmin edilir:
(a). tikinti tullantılarının təmizlənməsi; (b). sökmə və dağıtma;
(c). bərkitmə və ya dayağın vurulması;
6.1.18. Sığortaçı aşağıdakılar üzrə xərcləri heç bir halda ödəmir:
(a). binalar və onlara qonşu ərazilər istisna olmaqla digər ərazilərdən tullantıların yığışdırılması; (b). bilavasitə və ya dolayı olaraq çirklənmə və zəhərlənmə nəticəsində əmələ gələn xərclər;
7. TƏLƏBLƏR
7.1. Hazırki bölmə üzrə Sığortaçının öhdəliyinin yaranması üçün aşağıdakı şərtlər Sığortalı tərəfindən yerinə yetirilməlidir, əks halda Sığortaçı dəymiş zərərin əvəzini ödəmək öhdəliyindən azad olunur.
7.1.1. Tullantılara gündəlik nəzarət. Bütün ticarət, tullantı və tör-töküntü materialları hər gün yığışdırılmalı, qablaşdırılmalı və tikililərin ərazisindən kənarlaşdırılmalıdır, və bütün neft və yağ tullantıları metal qablarda saxlanmalı və hər həftə ərazidən kənarlaşdırılmalıdır.
7.1.2. Yanğın söndürmə cihazlarının istismarı. Odsöndürənlər və digər yanğın söndürmə cihazları Sığorta şəhadətnaməsində göstərilən sığorta təminatının qüvvədə olma müddəti ərzində Sığortalı tərəfindən tam işlək vəziyyətdə saxlanmalıdır. Sığortalıya məlum olmayan və ya onun nəzarətindən kənar xxxx səbəblər ucbatından yanğın söndürmə cihazlarının defektli olması bu sığorta təminatını qüvvədən salmır.
7.1.3. Sakinlər haqqında məlumatın dərhal verilməsi. Sığorta olunmuş binaların 30 gün ərzində mütəmadi olaraq boş qalması haqqında məlumat Sığortaçıya dərhal çatdırılmalıdır. Belə məlumatın daxil olmasından sonra Sığortaçı bu məlumatları nəzərə alaraq sığorta haqqının qaldırılması və ya sığorta müqaviləsinin şərtlərinədəyişiliklərin edilməsi hüququna malikdir.
7.1.4. Stellaj. Hər hansı anbarın sahəsində saxlanılan mallar yerin səviyyəsindən 20 santimetr yüksəklikdə yerləşdirilməlidir.
8. SIĞORTA TƏMİNATINA DAXİL OLMAYAN ZƏRƏRLƏR (İSTİSNALAR)
8.1. Aşağıdakı hallar sığorta təminatına daxil deyildir:
8.1.1. Müharibə, hər cür hərbi əməliyyatlar, istila, xarici düşmənin basqınları, döyüş (müharibənin elan edilmiş olub-olmamasından asılı olmayaraq), vətəndaş müharibəsi, üsyan və bunların qarşısının alınması və yatırılması məqsədilə görülən inzibati və hərbi tədbirlər nəticəsində meydana gələn zərərlər;
8.1.2. Hər hansı nüvə partlayışı, nüvə enerjisinin yanması nəticəsində yaranan nüvə tullantıları, radiasiya və radioaktiv çirklənmələr və bununla əlaqədar görülən hərbi və inzibati tədbirlər nəticəsində dəyən zərərlər;
8.1.3. meydana çıxan zərərlər;
8.1.4. Sığortalanmış əşyaların yanğın baş vermədən öz qüsurlarına, keyfiyyətsiz hazırlanmalarına, həddindən artıq qurumalarına görə və yaxud onların özlərində əmələ gələn zərərlər;
8.1.5. Yanğın baş vermədən sığortalanmış əşyaların istifadə olunması məqsədilə və ya başqa bir faydalı məqsədlə alova və ya istiyə tutulması, ocaq və ya digər alov xxxx yerə düşməsinə və ya atılmasına, paltar və ya döşək ağlarının üstü və digər bu kimi əşyalarla alovsuz olaraq yanmasına, qızdırıcı, işıqlandırıcı, ütüləmə alətləri, xxxxx, xxx, siqaret və s. bu qəbildən xxxx istilik mənbələrinin toxunmasına görə dəyən zərərlər;
8.1.6. Yanğın baş vermədən, cərəyanla işləyən hər cür mühərrik, elektrik və elektron alətlər, cihazlar və qurğuların elektrik xəttinə birləşdirilmiş olduqları zaman dövriyyədə xxxx qısa qapanma, enerjinin artıb-azalması, habelə bunun nəticəsində qızma və induksiya cərəyanı kimi səbəblərə görə dəyən zərərlər;
8.1.7. Kiçik bir təzyiq nəticəsində qoruyucuların içəriyə doğru çökməsi, düşməsi və digər formada deformasiyaya uğraması, köhnəlməsi, mərkəzdən qaçma qüvvəsi və texniki hadisələr nəticəsində sığorta edilmiş cihaz və mühərriklərə dəyən hər cür zərərlər;
8.1.8. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallar.
9. SIĞORTA MÜQAVİLƏSİ, MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏSİ VƏ SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ
9.1. Sığorta müqaviləsinin bağlanması
9.1.1. Sığorta müqaviləsi Sığortalının yazılı ərizəsi əsasında bağlanır. Ərizə sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi və əsasını təşkil edir.
9.1.2. Sığorta müqaviləsi bağlanarkən Sığortalı sığortaya qəbul edilən əmlaka dair xxxxxx dərəcəsinin müəyyən edilməsi üçün əhəmiyyətli və ona məlum xxxx bütün hallar haqqında Sığortaçıya məlumat verməlidir. Sığortalının ərizə formasında qeyd etdiyi hallar həmçinin əhəmiyyətli hallar hesab edilir.
9.1.3. Sığorta müqaviləsi bağlandıqdan sonra Sığortalının Sığortaçıya bilərəkdən yalan məlumatlar verməsi müəyyən edilərsə, Sığortaçı müqavilənin etibarsız hesab edilməsini tələb edə bilər.
9.1.4. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, Sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir
9.2. Sığоrtа müqаviləsinin tərəfləri
9.2.1. Sığortaçı
9.2.1.1. Bu Qaydalara əsasən Sığortaçı “Naxçıvansığorta” ASC-dir.
9.2.2. Sığortalı
9.2.2.1. Bu Qaydalara əsasən Sığortalı sığorta obyektinə münasibətdə əmlak maraqları xxxx hər hansı bir hüquqi şəxs hesab olunur.
9.2.2.2. Bu Qaydalar daxilində Sığortalının hərəkətlərinə onun işçilərinin, rəsmi şəxslərinin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, sığorta müqaviləsinə, vəkalətnaməyə (etibarnaməyə) və ya vəzifə öhdəliklərinə əsasən Sığortalı adından çıxış etmək səlahiyyəti xxxx digər nümayəndələrinin hərəkətləri də aid edilir.
9.2.3. Faydalanan şəxs
9.2.3.1. Sığorta müqaviləsi hər hansı hüquqi və ya fiziki şəxsin – Xxxxxxxxxx şəxsin xeyrinə bağlana bilər.
9.2.3.2. Sığorta müqaviləsinin Xxxxxxxxxx şəxsin xeyrinə bağlanması Sığortalını müqaviləyə əsasən vəzifə və öhdəliklərindən azad etmir.
9.3. Sığorta haqqının ödənilməsi.
9.3.1. Sığorta haqqının bütövlükdə və ya hissə-hissə ödənilməsi razılaşdırıla bilər. Sığorta haqqı bütövlükdə (sığorta haqqının birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan vaxt və ya sığorta müqaviləsinin başlanğıc tarixindən 30 gün ərzində, (hissələrlə ödənilməsi razılaşdırılarsa, qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən tarixlərdə) ödənilməlidir.
9.3.2. Sığorta haqqı (ilkin hissə) sığorta şəhadətnaməsi təqdim olunan vaxt və ya razılaşdırılmış müddət ərzində (30 gün) ödənilməzsə, sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır.
9.3.3. Sığorta hadisəsi baş verdiyi zaman vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı sığorta ödənişi məbləğindən çıxıla bilər.
9.3.4. Sığorta ödənişinin hissələrlə ödənilməsi razılaşdırıldığı hallarda, hissələrdən hər xxxxx xxxx şəhadətnamədə göstərilən vaxtda ödənilməzsə, sığortaçı həmin hissənin 10 gün ərzində ödənilməsini, əks təqdirdə sığorta şəhadətnaməsinin ləğv ediləcəyini sığortalının ona bildirmiş olduğu son yaşayış ünvanına yazılı formada bildirir. Sığorta haqqı borcu bu müddət ərzində də ödənilməzsə, sığorta şəhadətnaməsi ləğv edilmiş hesab olunur.
10. SIĞORTALININ MÜQAVİLƏ BAĞLANDIĞI ZAMAN MƏLUMATVERMƏK
VƏZİFƏLƏRİ
10.1. Sığorta müqaviləsi bağlanarkən sığortalı sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə xxxxx olmaq hüququna malikdir.
10.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum xxxx, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.
10.3. Eyni sığorta marağı ilə bağlı bir neçə sığortaçı ilə sığorta müqaviləsi bağlayan sığortalı bu barədə sığortaçılardan hər birinə məlumat verməlidir. Həmin məlumatda digər sığortaçının adı və müvafiq sığorta məbləği göstərilməlidir. Tələb edildikdə bu məlumatları təsdiq edən müvafiq sənədlər təqdim olunmalıdır.
11. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ
11.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
11.1.1. Müqavilənin müddəti bitdikdə;
11.1.2. Sığortaçı müqavilə üzrə Sığortalı qarşısında öhdəliklərini tam həcmdə icra etdikdə;
11.1.3. Sığortalı sığorta haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətdə ödəmədikdə;
11.1.4. Sığortaçı, Azərbaycan Respublikasının qanunvericilik aktları əsasında ləğv edildikdə;
11.1.5. Sığorta müqaviləsinin etibarsız hesab olunması haqqında məhkəmə tərəfindən qərar qəbul edildikdə;
11.1.6. Sığorta marağı artıq mövcud olmadıqda;
11.1.7. Sığorta predmeti artıq mövcud olmadıqda.
11.1.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
11.2. Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilə bilər. Bu barədə tərəflər bir-birini, qanunla müəyyən edilən hallar istisna olmaqla,ən azı 30 gün əvvəl
(sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
12. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN
NƏTİCƏLƏRİ
12.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
12.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
12.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
12.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu qaydaların 12.1.-ci və 12.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
12.5. Sığorta müqaviləsi məhkəmə qərarı əsasında (sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa) xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu qaydaların 12.3- cü və 12.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
13. QİSMƏN SIĞORTA
13.1. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun.
13.2. Sığorta hadisəsi nəticəsində qismən sığortalanmış əmlakın tam məhv olması halında sığorta məbləği bütünlüklə ödənildikdə, sığorta predmetinin qalıqlarına xxxx hüquq sığortaçıya sığorta ödənişi məbləğinin sığorta dəyərinə xxxx nisbətində keçir.
13.3. Sığorta müqaviləsində nəzərdə tutulduğu halda qismən sığorta zamanı zərər məbləğinin sığorta ödənişinin həyata keçirilməsi üçün tətbiq edilən hissəsi xxxx xxx zərər məbləği götürülə bilər.
14. ƏMLAKIN DƏYƏRİNDƏN XXX MƏBLƏĞDƏ XXXX SIĞORTA
14.1. Sığorta müqaviləsi bağlanan andakı həqiqi, yəni sığorta dəyərindən artıq məbləğdə əmlakın eyni risklərdən iki və ya daha xxx sığortaçıda sığortalanması halında (ikili və ya çoxqat sığorta halında), sığorta hadisəsinin baş verdiyi zaman dəyən zərər üzrə sığortaçılardan hər biri onunla bağlanmış sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta məbləğinə mütənasib qaydada, ümumilikdə sığorta dəyərindən artıq olmamaq şərtilə öhdəlik daşıyır.
14.2. Əmlak sığortalı tərəfindən qanunsuz gəlir əldə etmək məqsədilə bir və ya bir neçə sığorta müqaviləsi əsasında onun həqiqi dəyərindən artıq məbləğə sığorta etdirildikdə, bu məqsədlə bağlanmış hər bir sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır. Bu halda sığortalının qanunsuz gəlir əldə etmək məqsədi məhkəmə qaydasında sübut edilməlidir.
15. AZADOLMA MƏBLƏĞİ
15.1. Tərəflər müəyyən olunmuş bir məbləğə və ya sığorta məbləğinin müəyyən bir faizinə qədər xxxx zərərlərin və yaxud zərərin müəyyən bir faizinin sığortaçı tərəfindən ödənilməyəcəyini, azadolma məbləğini razılaşdıra bilər. Bu formada müəyyən edilən azadolma nisbətləri və ya məbləğləri sığorta şəhadətnaməsinə yazılır.
15.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır.
15.3. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda və ya sığorta müqaviləsində razılaşdırılmış hər hansı digər halın baş verməsi şərtilə azadolma məbləği tətbiq edilmir.
16. SIĞORTANIN MÜDDƏTİ, TƏMINATIN BAŞLANMASI VƏ SONA ÇATMASI
16.1. Sığorta təminatı sığorta şəhadətnaməsində göstərilmiş başlanma və sona çatma tarixlərində saat 24.00-da başlayır və saat 24.00-da xxxx xxxxx.
17. MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR
17.1. Sığortalının məlumatları sığortaçıya sifarişli məktub və ya digər formada (faks, elektron poçt, internet, telefon və s.) bildirilir.
17.2. Sığortaçının müraciətləri sığortalının sığorta şəhadətnaməsində göstərilən ünvanına, bu ünvan dəyişmişsə, bildirilən son ünvana eyni formada çatdırılır.
18. SIĞORTA SİRRİ
18.1. Sığortaçı, sığortalı ilə əlaqədar qanunvericiliklə sığorta sirrinə aid olunmuş məlumatları, qanunvericilikdə müəyyən edilən hallar istisna olmaqla, açıqlaya bilməz.
19. SIĞORTA HADİSƏSİ ZAMANI SIĞORTALININ VƏ SIĞORTA OLUNANIN
VƏZİFƏLƏRİ
19.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı hadisədən dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
19.2. Bu qaydaların 19.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.
19.3. Zərərin qarşısının alınması və ya təsirinin azaldılması və zərər vurulmuş əmlakın xilas edilməsi üçün bütün mümkün tədbirləri görməli və belə tədbirlərin görülməsi zamanı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir;
19.4. Sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığortalı öz növbəsində sorğu formasındakı sualları dürüst və düzgün şəkildə cavablandırmalı və sığorta müqaviləsi qüvvədə xxxx müddətdə xxxxxx dərəcəsi dəyişilərsə bu barədə sığortaçıya məlumat verməlidir;
19.5. Sığortalı, sığorta olunan və yaxud faydalanan şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir:
19.5.1. Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya
fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;
19.5.2. sığortaçı sığorta hadisəsi barədə bu qaydalarda nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;
19.5.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.
19.5.4. Sığortaçının və ya onun səlahiyyətli nümayəndələrinin zərər dəymiş əmlaka baxışın keçirilməsində, zərər çəkmiş xxxxxx və yerlərə daxil olmasınavə ya tədqiq edilməsində, vurulmuş zərərin səbəb və həcminin müəyyən edilməsində, zərərin təsirinin azaldılması və zərər vurulmuş əmlakın xilas edilməsi tədbirlərində iştirakını təmin etməli;
19.6. Məcburi hallar istisna olmaqla, zərər çəkmiş yer və ya əşyalarda heç bir dəyişiklik etməməlidir;
19.7. Sığortaçının tələbi ilə hadisənin baş vermə səbəblərini, zərərin miqdarını və səbəbini müəyyənləşdirməyə, zərərin ödənməsi hüququndan istifadə olunması üçün yararlı və sığortalı tərəfindən təmin edilməsi mümkün xxxx xxxxxx məlumat və aşağıdakı sənədləri sığortaçıya verməlidir;
19.7.1. Zərərin təxmini məbləğini bildirən yazılı məlumatı;
19.7.2. Zərər dəymiş əmlakın sahibliyini təsdiqləyən sənədi.
20. SIĞORTA HADİSƏSİ ZAMANI SIĞORTAÇININ HÜQUQ VƏ VƏZİFƏLƏRİ
20.1. Sığorta hadisəsi baş verdiyi zaman sığortaçı və ya onun səlahiyyətli nümayəndələri Sığorta etdirilmiş bina və əşyalarda tədqiqat işlərini aparmaq məqsədi ilə zərər çəkmiş bina və yerlərə daxil ola bilərlər və ya sığortalanmış bina və əşyaların onlara təhvil verilməsini tələb edə bilərlər;
20.2. Sığortalanmış əşyaların və əmlakın zədələnməsi və ya məhv olmasına səbəb olmuş sığorta hadisəsini qanunvericiliyə əsasən təsdiq edən sənədi sığortalıdan tələb edə bilərlər;
21. ZƏRƏR VƏ ZİYANIN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
21.1. Bu qaydalara əsasən sığortalanmış əmlaka dəymiş zərərin məbləği sığortalı ilə sığortaçı arasındakı razılaşmaya əsasən müəyyən edilir.
21.2. Tərəflər razılığa gələ bilməsələr, zərərin məbləğinin müəyyən edilməsi üçün ekspertə (bütün mətn boyunca “müstəqil ekspert” xxxx xxxx düşülməlidir) müraciət edə bilərlər.
21.3. Tərəflər ümumi bir ekspert təyin etməkdə razılığa gələ bilmədikləri halda hər biri öz ekspertini təyin edir və bunu məktubla digər tərəfə bildirir. Tərəflər tədqiqata başlamazdan əvvəl üçüncü bitərəf eksperti seçə bilərlər. Üçüncü bitərəf ekspert yalnız tərəflərin ekspertlərinin razılığa gələ bildikləri məsələlər barəsində rəy vermək huququna malikdir. Üçüncü bitərəf ekspertin rəyi tərəflərə eyni zamanda çatdırılır.
21.4. Tərəflərdən hər xxxxx xxxx digər tərəfə məlumat verdiyi tarixdən etibarən 15 gün ərzində öz ekspertini təyin etməzsə, yaxud tərəflərin seçdiyi ekspertlər, üçüncü bitərəf ekspertin seçilməsi ilə əlaqədər təyin olunduqları tarixdən etibarən 7 gün ərzində razılığa gələ bilməzlərsə, tərəflərdən birinin təklifi ilə ekspertlər (üçüncü bitərəf ekspert) səlahiyyətli məhkəmə tərəfindən seçilir.
21.5. Xxxxxxx vəfat edərsə, vəzifəsindən azad edilərsə və ya rədd edilərsə, onun əvəzinə eyni şərtlərlə başqa bir ekspert seçilir və hadisənin tədqiqi yarımçıq qaldığı yerdən başlayaraq davam etdirilir.
21.6. Xxxxxxxxxxxx vəfat etməsi təyin edilmiş eksperti öz məsuliyyətindən azad etmir.
21.7. Zərərin məbləği müəyyən edildiyi zaman, ekspertlər lazım bildikləri dəlilləri təsdiq edilməsi üçün xxxxx xxxx qeydləri və sənədləri tələb edə və hadisə yerində tədqiqatlar apara bilərlər.
21.8. Ekspertlərin və ya üçüncü bitərəf ekspertin, zərərin məbləği ilə əlaqədar verəcəkləri rəy qətidir və tərəflər bu rəyə əməl etməlidirlər. Sığotaçı qarşısında tələb və ya iddia qaldırılması hallarında zərərin məbləği ilə əlaqədar ekspertin rəyi əsas götürülür.
21.9. Ekspert qərarlarına yalnız qərarın real vəziyyətdən açıq-aşkar fərqləndiyi zaman etiraz edilə bilər və bu qərarın ləğv edilməsi üçün, rəyin bildirildiyi tarixdən etibarən 7 gün ərzində səlahiyyətli məhkəməyə müraciət oluna bilər.
21.10. Tərəflərin hər birisi öz seçdiyi ekspertin haqqını ödəyir. Tərəflər birlikdə seçdikləri ekspertin və üçüncü bitərəf ekspertin haqqını birlikdə ödəyirlər.
21.11. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
21.11.1. sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi (ərizə, müraciət);
21.11.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
21.11.3. Zərər dəymiş daşınmaz əmlakın dövlət qeydiyyat reyesterindən çıxarış (surəti);
21.12. Sığorta müqaviləsi üzrə sığorta hadisəsi nəticəsində dəymiş zərərin həcmi bu məqsədlə müvafiq sığorta qaydalarında müəyyən edilmiş həddən az olduqda, həmçinin sığorta hadisəsinin başvermə səbəbləri və təfərrüatlarının təhrif edilməsi barədə sığortaçıda hər hansı əsaslandırılmış şübhə olmadıqda, sığorta ödənişinin həyata keçirilməsi üçün bu Məcəllənin 20.2.-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilməyə bilər.
22. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI
22.1. Sığorta ödənişi hesablandığı zaman sığortalanmış əmlakın hadisə baş verən zamanda xxxx dəyəri əsas götürülür. Ödəniş məbləği sığorta şəhadətnaməsində göstərilmiş sığorta məbləğindən artıq ola bilməz. Sığorta ödənişinin məbləği aşağıdakı qaydada hesablanır:
22.2. Kommersiya mallarında xxxxxx baş verməsindən bir gün əvvəlki alış qiyməti əsas götürülür.
22.3. Fabrik, zavod emalatxanalarında istehsal prosesində xxxx mallarla əlaqədar ödəniş məbləği hadisə baş verdiyi zaman xammal və materialların hadisədən bir iş günü əvvəlki alış qiymətləri ilə həmin günə qədərki istehsal xərclərinin toplanması yolu ilə hesablanır. Ancaq bu yolla hesablanan ödəniş məbləği, həmin maddələrdən hazırlanmış hazır malların hadisə baş verdiyi tarixdən bir iş günü əvvəlki alış qiymətindən xxx xxx bilməz.
22.4. Bütün növ sənaye qurğuları və aparatlarında, dəzgahlarda, alətlərdə, avadanlıqlarda təzəsinin alınması üçün məbləğ əsas götürülür. Xxxxx, bu xxxxx köhnəlmə, aşınma və başqa səbəblərdən irəli gələn qiymətdən düşmə həmin məbləğdən çıxılır, habelə, təzə alınacaq avadanlıqlar istehsal gücü və keyfiyyət baxımından əvvəlkilərdən fərqlənirsə, bu fərq də nəzərə alınır.
22.5. Hər cür ev əşyaları və şəxsi əşyalarda təzəsinin alınması üçün ödəniləcək məbləğ əsas götürülür. Xxxxx, bu xxxxx köhnəlmə, aşınma və başqa səbəblərdən irəli gələn qiymət ucuzlaşmaları həmin məbləğdən çıxılır.
22.6. Binalarda, hadisənin baş verdiyi yerdə tikiləcək yeni binaya çəkiləcək xərc əsas götürülür. Ancaq, bu zaman köhnəlmə, korroziya və başqa səbəblərdən irəli gələn qiymətdən düşmə həmin məbləğdən çıxılır.
22.7. Binanın yenidən tikilməsinə ehtiyac olmazsa, ödənişin məbləği, binanın, hadisə baş verdiyi tarixdən bir gün əvvəlki satış qiymətindən boş ərazinin qiyməti çıxılmaq yolu ilə hesablanır.
23. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
23.1. Bu qaydaların 21.11-ci bəndində nəzərdə tutulan sənədlərdən sonuncusunun (Bu qaydaların 20.2- ci bəndi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Sığorta məbləği hadisə baş verdiyi tarixdəki sığorta dəyərindən az olduğu təqdirdə sığorta ödənişi sığorta məbləği ilə sığorta dəyəri arasındaki nisbəti uyğun olaraq ödənilir.
23.2. Sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 xxxxx həcmində dəbbə pulu ödəyir.
23.3. Sığortalanmış əmlak bir neçə sığorta şirkətində sığorta etdirilmiş olarsa, qanuna və bu sığorta şəhadətnaməsinə uyğun olaraq ödəniş məbləği hesablandıqdan sonra sığortaçı öz payına düşən hissəni ödəyir.
23.4. Hadisə baş verdiyi zaman sığortalanmış əmlaka əvvəlcədən xxx, inşaat, montaj və ya digər sığorta şəhadətnaməsi ilə təminat verilmiş olması müəyyənləşərsə, yanğın sığortasının cavabdehliyi göstərilən sığorta şəhadətnamələri ilə əlaqələr sığortaçıların cavabdehiyindən sonra başlanır.
24. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNАNIN ƏSASLARI
24.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
24.1.1. sığorta hadisəsi barəsində məlumatın sığortaçıya vaxtında verilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya
qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda, habelə zərər dəymiş əmlakın ona təqdim edilməsi ilə bağlı bu qaydaların 19.5-ci maddəsinə riayət edilmədikdə;
24.1.2. qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
24.1.3. müqavilə ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmayıbsa, hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlərhesab edilən halların nəticəsi olması;
24.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
24.1.5. sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi, o cümlədən bu qaydaların 19.5.1.-cü maddəsində müəyyən edilmiş məqsədlər üçün zəruri tədbirlərin görülməsi halları istisna olmaqla, digər hallarda əmlakın hadisə yerindən kənarlaşdırılmasının sığortaçını hadisənin səbəblərini və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
24.1.6. sığorta predmeti, sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
24.1.7. sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
24.1.8. baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
24.1.9. Sığortalı, hadisə baş verdiyi zaman öz vəzifələrini yerinə yetirməzsə və bunun nəticəsində də zərərin məbləği artarsa, sığortaçının verəcəyi ödənişdən göstərilən səbəbə görə xxxxx hissə çıxılır.
24.1.10. sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda.
24.2. Bu qaydaların 19.4-cü maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz;
24.3. Bu qaydaların 19.5-ci maddəsində müəyyən edilmiş hallarda sığortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut olunan həcmdə sığorta ödənişindən imtina edə bilməz;
24.4. Bu qaydalarda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığorta hadisəsi onun baş verməsinə yönələn, sığorta müqaviləsi üzrə sığortalı və (və ya) sığorta olunan hesab edilməyən faydalanan şəxsin qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdikdə, həmin faydalanan şəxs sığorta ödənişini almaq hüququndan məhrum olur.
25. ZƏRƏR VƏ ÖDƏNİŞİN SONA ÇATMASI
25.1. Sığortaçı müəyyən edilmiş sığorta ödənişini bu qaydalara əsasən müəyyən edilmiş müddət ərzində mütləq ödəməlidir.
25.2. Sığortaçı ödədiyi sığorta ödənişinin məbləği həddində subroqasiya hüququna sahib olur.
25.3. Sığorta hadisəsi nəticəsində sığortalanmış əmlakın tamamilə məhv olmasına görə tam sığorta ödənişi verilmişsə, sığorta təminatı sona çatmış hesab olunur. Qismən zərər halında isə sığorta məbləği hadisənin baş verdiyi tarixdən etibarən verilən ödənişin məbləği həddində azalır.
25.4. Sığorta məbləğinin azalması hallarında sığortalı istədiyi tarixdən etibarən gün əsası ilə əlavə sığorta haqqı ödəmək şərtilə sığorta məbləğini artıra bilər.
26. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
26.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar
27. MÜBAHİSƏLƏRƏ BAXILMASI
27.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.
“Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinin əmlakın yanğından və digər əlavə risklərdən sığortası üzrə tarif dərəcələrinin əsaslandırılması
Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netto-dərəcələrin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
1. Sığorta hadisəsinin baş verməsi ehtimalı (q) - 0,02;
2. Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği (So) – 110 000 AZN;
3. Bir sığorta hadisəsi üzrə xxxx sığorta ödənişi (Sö) – 12 000 AZN;
4. Bağlanılacaq sığorta müqavilələrinin sayı(n) - 250
Tn, Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk üstəliyini işarə edək. Netto- dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:
Tə = lOOqSö/So = 100 * 0,02*12 000/110 000 = 0,22 AZN
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalmı 0,95 götürək. Bu halda həmin ehtimala uyğun əmsal a=1,645 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
Tr=l,2Tə*a*((l-q)/(nq))1/2= 0,22*l,2*l,645*((l-0,02)/(250*0,02))1/2 = 0,19 manat.
Tn = Tə + Tr = 0,19 + 0,22 = 0,41 manat.
Tarif dərəc əsinin strukturu: netto-dərəcə - 70%, yüklənmə - 30%. O cümlədən, işlərin aparılması xərcləri - 29%, tarif mənfəəti - 1%.
Brutto -dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna sasən
Tb = Tn/(l-f) = 0,41/(1-0,3) = 0,58 manat.
Tarif dərəcələri binaların yerləşdiyi ərazidən, tikildiyi inşaat materiallarından, hansı zəlzələ zonasında yerləşməsindən, yanğına qarşı mühafizə və digər sistemin olub-olmamasından və ya hansı səviyyədə olmasından, digər xxxxxx bitişik olmasından və s. amillərdən asılı olaraq diferensiallaşdırılır. Ona görə də, yekun tarif dərəcəsi 0,02%-5%, yalnız zəlzələ hadisəsi ilə əlaqədar tarif dərəcəsi isə 0,1% - 0,2% aralığında dəyişir.
ƏMLAKIN YANĞIN SIĞORTASI İLƏ BİRLİKDƏ VERİLƏ BİLƏCƏK ƏLAVƏ ŞƏRTLƏRİ
1. TƏTİL, LOKAUT, İĞTİŞAŞ, XALQ HƏRƏKATI ÜZRƏ ŞƏRTLƏR
“Əmlakın Yanğından və Digər Risklərdən Sığortası Qaydalarının müddəalarına əməl olunması şərtilə: Yanğının baş verməsinə səbəb olub-olmamasından asılı olmayaraq tətil, lokaut, iğtisas və ya xalq hərəkətları ilə əlaqədar baş verən hadisələr və bu hadisələrin qarşısını almaq və təsirlərini azaltmaq üçün səlahiyyətli orqanların müdaxilələri nəticəsində sığortalanmış obyektlərə dəyən bütün zərərlər sığorta təminatına daxil edilir. Yuxarıda göstərilən hadisələrlə əlaqədar olsa da, istehsal həcminin azalması,sığortalanmış malların çirklənməsi, paslanması, çürüməsi və keyfiyyətinin aşağı düşməsi kimi dolayı yolla dəyən zərərlər sığorta təminatına daxil deyildir.
2. TERROR ÜZRƏ ŞƏRTLƏR
“Əmlakın Yanğından və Digər Risklərdən Sığortası Qaydaları”nın müddəalarına əməl olunması şərtilə:
Terror hərəkatları və bu hərəkatlardan irəli gələn sabotaj, bunların tələb etdiyi hərbi və inzibatı tədbirlərin səbəb olduğu yanğın və partlayış nəticəsində meydana gələnlər də daxil olmaqla, bütün zərərlər sığorta təminatına daxil edilə bilərlər.
Bu şərtlərdə:
“Terror” anlayışı hansısa bir təşkilatın üzvü xxxx şəxs və ya şəxslərin təzyiq göstərmə, məcbur etmə və əzab vermə, qorxutma, hədə vasitələrinin birindən istifadə etməklə respublikanın konstitusiyasında göstərilən rəmzlərini, siyasi, hüquqi, sosial, dünyavi, iqtisadi vəziyyətini dəyişdirmək, Azərbaycan dövlətinin ərazi və milli bütövlüyünü pozmaq, mövcudluğuna təhlukə yaratmaq, nüfuzuna xələl gətirmək, ümumi hüquq və azadlıqları ləğv etmək, dövlətin daxili və xarici təhlükəsizliyini, ictimai quruluşunu və ya ümumi suverenliyini pozmaq məqsədilə etdikləri hərəkətlər xxxx xxxx düşülür. “Təşkilat” termini, iki və ya daha artıq şəxsin eyni məqsəd ətrafında birləşməsini nəzərdə tutur və Azərbaycan Respublikasının qanunverciliyində göstərilən birləşmələri, təşkilat və cəmiyyətləri əhatə edir.
3. ZƏLZƏLƏ VƏ VULKAN PÜSKÜRMƏSİ ÜZRƏ ŞƏRTLƏR
“Əmlakın Yanğından və Digər Risklərdən Sığortası Qaydaları”nın müddəalarına əməl olunması şərtləri.
Zəlzələ və vulkan püskürməsi birbaşa və ya dolayısı ilə səbəb olduğu yanğın və partlayış nəticəsində meydana gələnlər də daxil olmaqla, bütün zərərlər, sığorta təminatına daxil edilir. “Əmlakın Yanğından və Digər Risklərdən Sığortası Qaydaları”nın əksinə olaraq, zəlzələ və vulkan püskürməsinin səbəb olduğu yanğın və partlayış nəticəsində sığortalanmış əşyaların xxx olmasına görə dəyən zərərlər sığorta təminatına daxil edilmir.
Zəlzələ və vulkanın səbəb olduğu yanğınla əlaqədar olmayan zərərlərdə sığortaçılar 72 saatlıq fasiləsiz bir müddət ərzində dəyən zərərin müqavilə ilə müəyyən edilmiş hissəsinə görə cavabdehdir. Sığorta etdirən 72 saatlıq müddət başa çatdıqdan və bütün hallarda hadisənin baş verdiyini öyrəndiyi tarixdən etibarən ən geci 3 gün ərzində vəziyyəti sığortaçıya bildirməməyə görə məsuliyyət daşıyır.
Zəlzələ və vulkan püskürməsi üzrə sığorta təminatı sığortalının “Əmlakın Yanğından və Digər Risklərdən Sığortası Qaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
4. FIRTINA ÜZRƏ ŞƏRTLƏR
“Əmlakın Yanğından və Digər Risklərdən SığortasıQaydaları”nın müddəalarına əməl olunması şərtilə: Yağış, qar, dolu ilə birlikdə olub-olmamasından asılı olmayaraq yalnız fırtına və ya fırtına nəticəsində küləyin gətirdiyi və yıxdığı cisimləri sığortalanmış əşyalara vurduğu zərərlə sığorta təminatı daxil edilir. Fırtına üzrə sığorta təminatı sığortalının “Əmlakın Yanğından və Digər Risklərdən Sığortası Qaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
5. QAR AĞIRLIĞI ÜZRƏ ŞƏRTLƏR
“Əmlakın Yanğından və Digər Risklərdən Sığortası Qaydaları”nın müddəalarına əməl olunması şərtilə:
Sığorta təminatına daxil xxxx zərərlər:
1. Güclü qar yağmasından sonra damlarda yığılmış qarın ağırlığına görə sığortalanmış xxxxxx və içindəki əmlaka dəyən həqiqi zərərlər ;
2. Qarın ağırlığından damın uçması və ya çökməsinə görə qar, yağış və dolunun binanın içindəki sığortalanmış xxxxxxx vurduqları zərərlər.
Sığorta təminatına daxil edilməyən zərərlər:
1. Qarın ağırlığına görə damda heç bir xəsarət baş vermədən qarın, dolunun, yağışın və ya əriyən qarın binanın içərisinə keçməsinə (sızmasına) görə dəyən zərərlər;
2. Bayırda qalmış xxxxxxx dəyən zərərlər:
Qar ağırlığı üzrə sığorta təminatı sığortalının “Əmlakın Yanğından və Digər Risklərdən Sığortası Qaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
6. SEL VƏ YA SU BASMASI ÜZRƏ ŞƏRTLƏRƏ
“Əmlakın Yanğından və Digər Risklərdən Sığortası Qaydalarının”nin müddəalarına əməl olunması şərtilə;
Sığortalanmış əmlak ətrafındakı nohur, çay, dərə və kanalların daşması; dənizlərin (qabarma və çəkilmə istisna olmaqla) səviyyəsinin qalxması nəticəsində dəyən zərərlər sığorta təminatına daxil edilir.
Sığorta təminatına daxil olmayan hallar:
1. Binanın daxilində və xaricindəki su borularının partlaması, su çənlərinin sıradan çıxması və ya daşması nəticəsində dəyən zərərlər;
2. Qızdırıcı radiatorların partlaması, daxili su, yağış novalçalarının daşmasına görə dəyən zərərlər.
3. Sel və ya su basması nəticəsində baş verən və yer sürüşməsinin səbəb olduğu zərərlər.
Sel və ya su basması üzrə sığorta təminatı, sığortalının “Əmlakın Yanğından və Digər Risklərdən Sığortası Qaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
7. YER SÜRÜŞMƏSİ ÜZRƏ ŞƏRTLƏR
“Əmlakın Yanğından və Digər Risklərdən Sığortası Qaydaları”nın müddəalarına əməl olunması şərtilə;
1. Sığortalanmış binanın tikildiyi ərazidə və ya ətrafında baş verən yer sürüşməsi və torpaq çökməsinə, eləcə də sel ya su basmasının səbəb olduğu yer sürüşməsi və ya torpaq çökməsinə görə dəyən zərərlər təminata daxil edilir.
2. Əlavə razılaşma yoxdursa, sığorta təminatına daxil edilməyən hallar:
Sığortalanmış binanın ətrafında aparılan qazıntı işləri nəticəsində baş verən yer sürüşməsi və torpaq çökməsinə görə dəyən zərərlər.
3. Sığorta təminatına daxil edilməyən hallar:
Zəlzələ və vulkan püskürməsi nəticəsində baş verən yer sürüşməsi və torpaq çökməsinə görə dəyən zərərlər.
4. Yer sürüşməsi üzrə sığortalının “Əmlakın Yanğından və Digər Risklərdən Sığortası Qaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
8. DAXİLİ SUYUN VURDUĞU ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR
“Əmlakın Yanğından və Digər Risklərdən Sığortası Qaydaları”nın müddəalarına əməl olunması şərti ilə;
a. Sığorta təminatına daxil xxxx zərərlər:
Sığortalanmış binanın içindəki su çənlərinin, su borularının, qızdırıcı sistemin kolonka, radiator və borularının, içməli su və ya kanalizasiya qurğularının partlaması, daşması, sızması, tutulması, sınması və donmasına görə dəyən zərər:
Yağış sularının, qar və buzların əriməsi nəticəsində yaranan suların binanın içinə axan sulara görə dəyən zərərlər;
Bağlanması unudulan su krantlarından axan sulara görə dəyən zərər;
Donmasına görə qurğular və qurğularla əlaqədar cihazlara dəyən zərər və təminatın əhatə dairəsinə daxil edilmiş zərərin meydana gətirən qurğunun təmir edilməsi məqsədi ilə divarın bir hissəsinin sökülməsi və ya yenidən düzəldilməsi ilə əlaqədar çəkilən xərclər;
Kanalizasiya və fosseptik su yollarından geriyə daşan çirkli sulara görə dəyən zərərlər; Şəhər su şəbəkəsinin nasazlığına görə axan və ya xxxxx xxxxxxx vurduğu zərərlər.
Yuxarda göstərilən su qurğularına daim nəzarət edilməsi, vaxtı-vaxtında lazımı qaydada təmir edilməsi və qış fəslinin əvvəlində donmaya qarşı lazımi tədbirlərin görülməsi, habelə xxxx xxxx müddətə boş qalarsa, su qurğusuyla əlaqədar su kranlarının bağlanacağını və qurğulardakı suyun boşaldılacağını, sığortalı tərəfindən öz ohdəsinə götürməsi müqaviləyə əlavə şərt kimi qeyd olunur.
b. Sığorta təminatına daxil olmayan hallar:
Suyun donması nəticəsində baş verən hallar istisna olmaqla, qurğu və qurğuyla əlaqədar cihazların xarab olması, aşınması və köhnəlməsindən dəyən zərərlər;
Pəncərə boşluqlarından, dama qoyulmuş gözlüklərdən və ya açıq qoyulmuş yerlərdən içəri axan sulara görə dəyən zərərlər;
Qar və buzların təmizlənməsinə görə çəkilən xərclər.
Daxili suyun vurduğu zərərə görə sığorta təminatı sığortalının “Əmlakın Yanğından və Digər Risklərdən SığortasıQaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
9. AVTONƏQLİYYAT VASİTƏLƏRİ İLƏ VURULAN ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR “Əmlakın Yanğından və Digər Risklərdən Sığortası Qaydaları”nın müddəalarına əməl olunması şərtilə;
Mühərrikli və mühərriksiz avtonəqliyyat vasitələrinin sığortalanmış obyektləri vurmasına görə dəyən zərərlər sığorta təminatına daxil edilir. Sığortalının özü, qohumları, qulluqçuları və ya hərəkətlərinə görə məsuliyyət daşıdığı şəxslər tərəfindən idarə olunan avtomabillərin sığortalanmış əmlaka vurduğu zərərlər sığorta təminatına daxil edilmir. Avtonəqliyyat vasitələri ilə vurulan zərərlər üzrə sığorta təminatı sığortalının “Əmlakın Yanğın və Digər Risklərdən Sığortası Əsas Qaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
10. HAVA NƏQLİYYATI İLƏ VURULAN ZƏRƏRƏGÖRƏ ŞƏRTLƏR
“Əmlakın Yanğından və Digər Risklərdən Sığortası Qaydaları”nın müddəalarına əməl olunması şərtilə;
Təyyarələrin və digər hava nəqliyyatı vasitələrinin toqquşması zamanı və ya onlardan bir hissəsinin və ya parçasının düşməsi nəticəsində sığortalanmış obyektlərə dəyən zərər sığorta təminatına daxil edilə bilər. Sığortalının özü, qohumları, qulluqçuları və ya hərəkətlərinə görə cavabdeh olduğu şəxslər tərəfindən idarə olunan hava nəqliyyat vasitələrinin sığortalanmış əmlaka vurduğu zərərlər sığorta təminatına daxil edilir. Hava nəqliyyatı ilə vurulan zərərə görə sığorta təminatı, sığortalının “Əmlakın Yanğından və Digər Risklərdən Sığortası Qaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
11. SU NƏQLİYYATI İLƏ VURULAN ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR
“Əmlakın Yanğından və Digər Risklərdən Sığortası Qaydaları”nın müddəalarına əməl olunması şərtilə;
Mühərrikli və mühərriksiz su nəqliyyatı vasitələrinin sığortalı obyektlərə dəyməsinə görə dəyən zərərlər sığorta təminatına daxil edilir.
Sığortalının özü, qohumları, qulluqçuları və ya hərəkətlərinə görə cavabdeh olduğu şəxslər tərəfindən idarə olunan su nəqliyyat vasitələrinin sığortalanmış əmlaka vurduğu zərərlər sığorta təminatına daxil edilmir.
Su nəqliyyatı ilə vurulan zərərə görə sığorta təminatı sığortalının “Əmlakın Yanğından və Digər Risklərdən Sığortası Qaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
12. TÜSTÜNÜN VURDUĞU ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR
“Əmlakın Yanğından və Digər Risklərdən Sığortası Qaydaları”nın müddəalarına əməl olunması şərtilə;
Xxxx və ya düdkeş vasitəsilə pəncərəyə birləşdirilən qızdırıcı və bişirmə cihazlarının adi, normal işləməməsi və xarab olması nəticəsində çıxan tüstünün sığortalanmış əşyalara vurduğu zərərlər sığorta təminatına daxil edilir.
Soba və buxarılardan çıxan tüstülərə görə zərər, habelə tüstünün, binanın qıraq hissələrindən və ətrafında xxxx obyektlərə vurduğu zərərlər sığota təminatına daxil edilmir.
Tüstünün vurduğu zərərə görə sığorta təminatı sığorta etdirənin “Əmlakın Yanğından və Digər Risklərdən Sığortası Qaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
13. YANĞIN VƏ PARTLAYIŞ ÜZRƏ MƏSULİYYƏT TƏMİNATI
Bu şərtlərdə göstərilən əlavə təminatlar həm birlikdə, həm də ayrı-ayrılıqda verilə bilər.
“Əmlakın Yanğından və Digər Risklərdən Sığortası Qaydaları”nın müddəalarına əməl olunması şərtilə;
a. İcarəçinin mülkiyyətçi qarşısında məsuliyyəti.
Bu sığorta şərtləri ilə icarəçi tərəfindən icarəyə götürülmüş əmlakın onun təqsirli hərəkətləri nəticəsində yararsız vəziyyətə düşməsinə görə dəymiş zərərlərə təminat verilir.
İcarəyə götürüləcək əmlaka vurulacaq zərərə görə icarəçinin mülkiyyətçi qarşısındakı məsuliyyəti sığortası üzrə veriləcək ödəniş hesablandığı zaman binanın, inşaat tarixindən etibarən köhnəlmə və aşınma nisbəti çıxılmaqla, hadisə baş verdiyi tarixə xxxx yerli bazar qiymətləri ilə yenidən tikilmə xərcləri əsas götürülür. Binanın yenidən tikilməsinə ehtiyac olmazsa, ödəniş məbləği binanın hadisə tarixindən bir gün əvvəlki alqı-satqı qiymətindən torpaq sahəsinin dəyəri çıxılmaqla hesablanan məbləğdən artıq ola bilməz.
İcarə və ya icarədən mənfəət götürmə imkanının qeyri-mümkünlüyünə görə icarəçinin mülkiyyətçi qarşısında məsuliyyəti sığortası üzrə veriləcək ödəniş hesablandığı zaman, bir ildən xxx olmamasışərtilə, hadisə baş verdiyi tarixdə icarəyə verilmiş xxxx məbləğ əsas götürülür;
b. Mülkiyyətçinin icarəçi qarşısında məsuliyyəti.
Mülkiyyətçinin icarəçi qarşısında məsuliyyəti icarəyə götürülən binayla əlaqədar hüquqi məsuliyyəti əhatə edir və əmlakın “Əmlakın Yanğından və Digər Risklərdən Sığortası Qaydaları”na əsasən hesablanan dəyərə əsasən götürülür;
c. Mülkiyyətçinin və ya icarəçinin qonşuluq məsuliyyəti.
Mülkiyyətçinin və ya icarəçinin qonşuluq məsuliyyəti yanğın və ya partlayışın sirayət etməsi nəticəsində qonşu bina və ya xxxxxxx dəyəcək zərərləri əhatə edir.
Yanğın vəya partlayışın sirayət etməsi nəticəsində qonşulara vurduqları zərərlərə görə mülkiyyət sahibi və ya icarəçi qonşulara vurduqları zərər və onun aradan qaldırılması ilə əlaqədar veriləcək ödənişin məbləği hesablandığı xxxxx xxxx və içindəki əmlakın “Əmlakın Yanğın və Digər Risklərdən Sığortası Qaydaları”na əsasən hesablanan dəyərinə əsasən götürülür.