Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti XXXXXX XXXXXX
Bakı şəhəri, 29 iyun 2001-ci il
№ 168-IIQ
Azərbaycan Respublikasının
29 iyun 2001-ci il tarixli 168-IIQ xxxxx Qanunu ilə TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında ƏSASNAMƏ
Bu Əsasnamə polisdə və müvafiq icra hakimiyyəti orqanı sisteminə daxil xxxx digər orqan və hissələrdə (bundan sonra daxili işlər orqanları) xidmət keçmənin qaydalarını və şərtlərini, bu orqanların vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir.
I F ə s i l
1. Daxili işlər orqanlarında xidmət keçmə - bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür.
2. Daxili işlər orqanlarında xidmət keçmə haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və "Polis haqqında" Azərbaycan Respublikasının Qanunundan, bu Əsasnamədən, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarından ibarətdir.
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun vətəndaşları dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları daxili işlər orqanlarında xidmətə qəbul edilən şəxslərə şamil edilir. 2
3. Daxili işlər orqanlarında işləyən şəxslər arasında xidməti münasibətlərin tənzimlənməsi, onların xidmət müddətinin və ixtisas keyfiyyətlərinin müəyyən olunması məqsədi ilə bu orqanlarda sıravi heyət, kiçi, orta, böyük və ali rəis heyəti vəzifələri və xüsusi rütbələr müəyyən olunur.
4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, xüsusi rütbələr verilmiş, sıravi və kiçik, orta, böyük, ali rəis heyəti vəzifələrində işləyən və ya daxili işlər orqanlarının kadrlarında xxxx Azərbaycan Respublikasının vətəndaşları: habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin müdavimləri daxili işlər orqanlarının əməkdaşları hesab olunurlar.
5. Daxili işlər orqanlarının əməkdaşları dövlət hesabına, geyim forması və fərqlənmə nişanları ilə təmsil olunurlar. Geyim formasının və fərqlənmə nişanlarının təsviri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6. Daxili işlər orqanlarının əməkdaşlarına, nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfində müəyyən edilmiş xidməti vəsiqələr verilir.
7. Daxili işlər orqanlarının əməkdaşları xüsusi hazırlıq keçdikdən sonra qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvəni, xüsusi vasitələri və odlu silahı tətbiq etmək hüququna malikdirlər. Xüsusi vasitələrin və odlu silahın verilməsi, saxlanılması və gəzdirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
8. Daxili işlər orqanlarında xidmət keçmə hər bir əməkdaşın şəxsi işində öz əksini tapır (şəxsi iş daxili işlər orqanlarının kadr xidmətləri tərəfindən hazırlanır, aparılır və saxlanılır).
Daxili işlər orqanları əməkdaşlarının xidmət yeri dəyişdirildikdə onun şəxsi iş yeni xidmət yerinə göndərir. Daxili işlər orqanları əməkdaşlarının şəxsi işlərinin aparılması və saxlanılması qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
9. Daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə təyin olunan şəxslərə aşağıdakı xüsusi rütbələr verilir:
1) sıravi heyət vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələr: polis sıravi, tibb xidməti sıravisi;
2) kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələr: polis kiçik serjantı, tibb xidməti kiçik serjantı;
polis serjantı, tibbi xidməti serjantı;
polis baş serjantı, tibb xidməti baş serjantı;
3) xxxx rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələr; polis kiçik leytenantı, tibb xidməti kiçik leytenantı;
polis leytenantı, tibb xidməti leytenantı;
polis baş leytenantı, tibb xidməti baş leytenantı; polis kapitanı, tibb xidməti kapitanı;
4) böyük rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələr: polis mayoru, tibb xidməti mayoru;
polis polkovnik-leytenantı, tibb xidməti polkovnik-leytenantı; polis polkovniki, tibb xidməti polkovniki;
5) ali rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələr; polis general-mayoru, tibb xidməti general-mayoru;
polis general-leytenantı; polis general-polkovniki.
Ali rəis heyəti vəzifələrində işləyən şəxslərə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə əsasən ali hərbi rütbələr verilə bilər.
10. Daxili işlər orqanları rəis heyətinin əməkdaşları xidmətdən xaric edildikdə mövcud xüsusi rütbəyə "istefa xxxx" sözləri əlavə edilir bu Əsasnamənin 135-ci maddəsinin 2-4, 7, 9 və 10-cu bəndlərinə müvafiq daxili işlər orqanlarından xaric edilənlər istisna olmaqla).
10-1. Daxili işlər orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrə işə götürülən mülki işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. 3
I I F ə s i l
DAXİLİ İŞLƏR ORQANLARINDA XİDMƏTƏ QƏBUL
11. Daxili işlər orqanlarında xidmətə könüllük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı xxxx, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyəti (qadınlar istisna olmaqla). Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, yaşı 20-dən aşağı və bir qayda olaraq yaşı 30-xxx yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.4
Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tədris müəssisələrinə yaşı 18- ə çatmamış xxx xxxx təhsilli şəxslər də qəbul edilə bilərlər.5
Maliyyə, təsərrüfat, kriminalistik təhqiqatlar, tibb xidmətlərinə, həmçinin mühəndis- proqramçı, təhsil müəssisələrində xxxx və xxxxx rəis heyəti vəzifələrinə yaşı 35-dək xxxx şəxslər qəbul oluna bilərlər.
Zərurət yarandıqda təhsil müəssisələrinə və digər xidmət sahələrinə yaşı 40-dək xxxx xxxx dərəcəyə malik mütəxəssislər müstəsna hal kimi qəbul oluna bilərlər.
Bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə cavab verən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq müddətli müqavilə əsasında qəbul edilə bilərlər. Müddətli müqavilənin forması və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.6
12. Daxili işlər orqanlarına xidmətə qəbul üçün müraciət edən şəxsin təqdim etdiyi sənədlərdə birlikdən təhrif olunmuş məlumatların qeyd edilməsi həmin şəxsin daxili işlər orqanlarına xidmətə qəbul olunmaması üçün əsasdır.
Daxili işlər orqanlarının əməkdaşı yaxın qohumunun məhkum olunması haqqında ona məlum olduğu vaxtdan 1 ay müddətində xidmət etdiyi orqanın rəhbərliyinə məlumat verməlidir.
13. Daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxs aşağıdakı sənədləri təqdim edir:
1) şəxsi ərizə;
2) şəxsiyyətini təsdiq edən sənəd;
3) əmək kitabçası;
4) hərbi bilet;
5) müvafiq təhsilə malik olmasını təsdiq edən sənəd;
6) tərcümeyi-hal;
7) yaxın qohumları və himayəsində xxxx şəxslərin anadan olduğu, iş (təhsil) və yaşayış yeri haqqında məlumatlar.
14. Daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslərin sənədləri, həmçinin onların və yaxın qohumlarının haqqında məlumatlar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada yoxlanılmalıdır.
Zəruri hallarda xidmətə qəbul olunan şəxs barədə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş qaydada əməliyyat- axtarış tədbirləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilə bilər.7
15. Daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslərin fiziki hazırlığı və sağlamlığı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanın müəyyənləşdirdiyi qaydada yoxlanılmalıdır.
16. Daxili işlər orqanlarında xidmətə qəbul müsabiqə və şəffaflıq əsasında həyata keçirilir (müsabiqədə test imtahanlarından və müsahibədən ibarətdir). Müsabiqənin elan edilməsi keçirilməsi və yekunlarına dair müvafiq qərarın qəbul edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.8
17. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri xxxx şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyət olmayan və ya məhdud fəaliyyəti hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə yol verdiyi ciddi nöqsanlara, daxili işlər orqanlarında xidmətlə bir xxxxx sığmayan fəaliyyətlə məşğul olmasına, xidmətə tam yararsız olmasına, ləyaqətsiz hərəkətlərə görə daxili işlər və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər daxili işlər orqanlarında xidmətə qəbul oluna bilməzlər.
18. Əvvəllər daxili işlər orqanlarından xaric edilmiş və sonradan xidmətə qəbul edilən şəxslərin yaş məhdudiyyətləri bu Əsasnamənin 137-ci maddəsi ilə müəyyən edilir.
19. Daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə xxx xxxx və xxxx ixtisas təhsilli şəxslər qəbul edilirlər. Daxili işlər orqanlarının kiçik rəis heyəti vəzifələrinə
xidmətə ali təhsilli şəxslərin qəbulu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. 9
20. Xxxx və xxxxx rəis heyəti vəzifələrində xidmətə bir qayda olaraq xüsusi təyinatlı və digər təhsil müəssisələrini bitirən xxxx ixtisas və ali hüquq təhsilli şəxslər qəbul edilirlər. 10
Digər ixtisasları xxxx şəxslərin xidmətə qəbulu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir.
21. Daxili işlər orqanlarının sıravi və rəis heyəti vəzifələri bu Əsasnaməyə uyğun olaraq bilavasitə vəzifələrə təyin olunma yolu ilə komplektləşdirilir.
22. Sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbul Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş səlahiyyətlər daxilində müvafiq vəzifələri şəxslər tərəfindən həyata keçirilir.
23. Xxxx və xxxxx rəis heyəti vəzifələrində xidmətə qəbul, bu vəzifələrə sıravi və kiçik rəis heyətindən xxxx əməkdaşları təyin edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
24. Daxili işlər orqanlarında əməkdaşları hərbi xidmətə çağırılmır və hərbi qeydiyyatdan çıxarılaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyatda alınırlar. 11
25. Daxili işlər orqanlarında xxxx və xxxxx rəis heyəti vəzifələrində xidmətə ilk dəfə qəbul edilən şəxslərin təyin olunduqları vəzifələrdən və hazırlıq səviyyələrindən asılı olaraq onlar üçün sınaq müddəti müəyyən edilə bilər. Sınaq müddəti müəyyən edilmiş şəxslər müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunur və onlara yalnız vəziyə məvacibi həcmində əmək haqqı ödənilir.
Həmin şəxslər sınaq müddəti dövründə həvalə edilən vəzifələrini yerinə yetirilər və daxili işlər orqanları, əməkdaşları üçün müəyyən edilmiş hüquq və təminatlardan istifadə edirlər.
Sınaq müddəti daxili işlər orqanları əməkdaşlarının xidmət stajına daxil edilir.
26. Ali rəis heyəti vəzifələrinə təyin edilən, müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələrini bitirib təyinat üzrə vəzifələrə təyin edilən şəxslər üçün sınaq müddəti müəyyən edilmir. 12
27. Daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbul edilən şəxslər vəzifələrinin icrasına təhsil müəssisələrində hazırlıq kursları keçdikdən sonra başlayırlar. 13
28. Sınaq müddətinin keçirilməsinin digər qaydaları və şərtləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
I I I F ə s i l
DAXİLİ İŞLƏR ORQANLARINDA XİDMƏT KEÇMƏ
29. Daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslər Azərbaycan Respublikasının "Polis haqqında" Qanununun 29-cu maddəsində göstərilmiş məzmunda və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada and içirlər.
30. Sıravi və kiçik, xxxx və xxxxx rəis heyəti vəzifələrinə təyin olunma və bu vəzifələrdən azad edilmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
31. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavinləri vəzifələrinə təyin olunma və vəzifədən azad edilmə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Baş idarə və idarələrinin, ərazi və ixtisaslaşmış polis idarə və şöbələrinin, Polis Akademiyasının rəisləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş
qaydada vəzifəyə təyin olunurlar (bu vəzifələrə təyin olunan daxili işlər orqanlarının əməkdaşları ali hüquq təhsilli olmalıdırlar).
32. Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbərinin vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarına müvafiq həyata keçirilir.
33. Daxili işlər orqanları əməkdaşlarının xidmət yerlərinin dəyişdirilməsi aşağıdakı hallarda və qaydada həyata keçirilir:
1) yuxarı vəzifəyə - əməkdaşın razılığı ilə onun işgüzar, şəxsi keyfiyyətləri, peşə hazırlığı, vəzifə təsnifatı ilə tutduğu vəzifə üçün müəyyən edilmiş müddət nəzərə alınmaqla (bu müddət bir qayda olaraq iki ildən az olmamalıdır);
2) bərabər vəzifəyə - əməkdaşın razılığı ilə xidməti zərurət yarandıqda, həmçinin ailə vəziyyəti, səhhəti və yaşı ilə əlaqədar;
3) aşağı vəzifəyə:
ştatların ixtisarı ilə əlaqədar bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda; səhhətinə görə - tibb-həkim komissiyasının rəyinə əsasən;
öz xahişi ilə;
attestasiyanın nəticələrinə əsasən; intizam tənbehi qaydasında;
təhsil müəssisəsinin əyani şöbəsinə daxil olduğuna görə, həmçinin təhsili başa vurduqdan sonra vəzifəyə təyin edildikdə;
5) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə.
34. Daxili işlər orqanları əməkdaşının bir vəzifədən başqa vəzifəyə keçirilməsi, bütün hallarda səbəbləri göstərilməklə sənədləşdirilir və əməkdaşa elan edilir.
35. Ştatların ixtisar edilməsi ilə əlaqədar yaxud səhhətinə görə vəzifə maaşı az xxxx aşağı vəzifəyə keçirilən əməkdaşın təqvim hesabı ilə 15 il və daha xxx xidmət stajı olduqda onun sonuncu xidmət yeri üzrə vəzifə maaşı saxlanılır.14
36. Aşağı vəzifəyə keçirilmiş əməkdaş, sonradan onun xidmət üzrə ixtisas dərəcəsi, iş təcrübəsi, işgüzar və şəxsi keyfiyyətləri, həmçinin səhhəti nəzərə alınmaqla yuxarı vəzifələrə təyin oluna bilər.
37. Daxili işlər orqanları əməkdaşlarının yaxın qohumlarının daimi yaşadığı inzibati ərazilərdə xidmət keçməsinə məhdudiyyət qoyula bilər. Bu məhdudiyyətin tətbiqi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
38. Daxili işlər orqanlarının əməkdaşına eyni zamanda müvəqqəti olaraq üç aydan artıq olmayan müddətə digər vəzifənin icrası həvalə edilə bilər. Bu halda daxili işlər orqanları əməkdaşının vəzifə maaşına Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əlavə müəyyən edilib ödənilməlidir.
39. Daxili işlər orqanlarının əməkdaşı təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunduğu halda cinayət işi üzrə yekun qərar qəbul edilənədək vəzifədən kənarlaşdırıla bilər.
Daxili işlər orqanlarının əməkdaşı vəzifə borcunun icrasını davam etdirməyi mümkünsüz edən pozuntulara yol verdiyi hallarda 2 ay müddətinədək vəzifədən kənarlaşdırıla bilər. Bu müddət ərzində əməkdaşa tam həcmdə əmək haqqı ödənilir.
40. Təşkilati və ştat dəyişiklikləri ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tutduğu vəzifədən azad edilərək iki aydan artıq olmayan müddətə müvafiq orqanın sərəncamında saxlanıla bilər. Göstərilən müddətdə həmin əməkdaşa tam həcmdə əmək haqqı ödənilir və onun işlə təmin olunması məsələsi həll edilir.
41. Daxili işlər orqanlarının əməkdaşları qüvvədə xxxx qanunvericiliyə uyğun olaraq
Azərbaycan Respublikasının ali icra və ya qanunvericilik hakimiyyəti orqanlarına, hüquq-
mühafizə orqanlarının təşkilati və qanunvericilik təminatı ilə bağlı işə keçdikdə, daxili işlər orqanlarının kadrlarında saxlanıla bilərlər.
42. Ali dövlət hakimiyyəti orqanlarından işdən çıxan əməkdaşlar sonradan daxili işlər orqanlarında xidmətlərini davam etdirə bilərlər. Onların xüsusi rütbələri üçün müəyyən edilən müddət başa çatdığı təqdirdə növbəti xüsusi rütbələrinin müddəti əvvəlki xüsusi rütbələrdə xidmət müddətinin bitdiyi vaxtdan hesablanır. Həmçinin bu orqanlarda işlədiyi müddət xidməti stajına daxil edilir.
43. Daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi və təliminin təşkili məqsədi ilə əməkdaşların peşə hazırlığı həyata keçirilir.
Daxili işlər orqanları əməkdaşlarının peşə hazırlığına ilkin hazırlıq, ixtisasartırma və yenidən hazırlıq, xüsusi, döyüş və fiziki hazırlıq, xüsusi təyinatlı və digər aidiyyəti təhsil müəssisələrində mütəxəssislərin hazırlığı daxildir. 15
Daxili işlər orqanları əməkdaşlarının xüsusi, döyüş və fiziki hazırlığı mütəmadi yoxlanılır.
Peşə hazırlığının təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təlim tədris planına və proqramlarına uyğun aparılır.
44. Daxili işlər orqanı əməkdaşlarının işgüzar, mənəvi və şəxsi keyfiyyətlərini tam və obyektiv qiymətləndirmək, xidmətə və tutduğu vəzifəyə uyğunluq dərəcəsini müəyyən etmək məqsədilə onların attestasiyası keçirilir.
Daxili işlər orqanları əməkdaşlarının attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.16
45. Daxili işlər orqanları əməkdaşlarının attestasiyası Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və qaydada həyata keçirilir.
46. Daxili işlər orqanları əməkdaşlarının attestasiyası müvafiq vəzifədə azı bir il çalışdıqdan sonra keçirilə bilər.
47. Daxili işlər orqanları əməkdaşlarının attestasiyasının keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının nəzdində mərkəzi attestasiya komissiyası, onun sisteminə daxil xxxx orqan və hissələrdə isə attestasiya komissiyaları yaradılır.
48. Attestasiya komissiyası kollegial orqandır və say tərkibi təkrəqəmli olmaqla beş
nəfərdən az olmamalıdır.
49. Attestasiya keçirilməsinin digər qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
I V F ə s i l
XÜSUSİ RÜTBƏLƏRİN VERİLMƏ QAYDASI
50. Daxili işlər orqanları əməkdaşlarının xüsusi rütbələrdə xidmət müddətləri aşağıdakı kimi müəyyən edilir:
polis kiçik serjantı və tibb xidməti kiçik serjantı -1 il; polis serjantı və tibb xidməti serjantı – 2 il;
polis baş serjantı və tibb xidməti baş serjantı rütbələrində xidmət müddətləri müəyyən edilmir;
polis kiçik leytenantı və tibb xidməti kiçik leytenantı -1 il; polis leytenantı və tibb xidməti leytenantı - 2 il;
polis baş leytenantı və tibb xidməti baş leytenantı - 3 il;
polis kapitanı və tibb xidməti kapitanı - polis mayoru və tibb xidməti mayoru – 4 il; polis polkovnik-leytenantı və tibb xidməti polkovnik-leytenantı - 5 il;
polis polkovniki və tibb xidməti polkovniki və daha yüksək xüsusi rütbələrdə xidmət müddəti müəyyən edilmir.
51. Daxili işlər orqanları əməkdaşlarına xüsusi rütbələr fərdi şəkildə, ardıcıl qaydada, təhsili, olduqları rütbədə xidmət müddəti, tutduqları vəzifədə rütbə hədləri, həmçinin bu Əsasnamə ilə nəzərdə tutulan digər şərtlər nəzərə alınmaqla verilir.
52. Xüsusi rütbələr, verilmə ardıcıllığından asılı olaraq ilk və növbəti olur. Bu Əsasnamənin 60-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla xüsusi rütbələr vəzifə üzrə nəzərdə tutulan xüsusi rütbələrə müvafiq və əvvəlki rütbə üçün müəyyən edilən xidmət müddəti başa çatdıqda verilir.
53. Sıravi və kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələr bu vəzifələrə
təyin etmək səlahiyyəti xxxx vəzifəli şəxslər tərəfindən verilir.
Xxxx və xxxxx rəis heyəti vəzifələri üçün müəyyən edilmiş ilk xüsusi rütbələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
54. Növbəti xüsusi rütbələrin verilməsi üçün bu Əsasnamədə nəzərdə tutulmayan digər şərtlərin müəyyən edilməsinə yol verilmir.
55. Sıravi və kiçik, xxxx, xxxxx rəis heyəti vəzifələrinin siyahısı və bu vəzifələrə uyğun xüsusi rütbələrin hədləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
56. Polis kiçik leytenantı və tibb xidməti kiçik leytenantı ilk xüsusi rütbələr aşağıdakı şəxslərə verilir:
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş proqram üzrə xüsusi kursları bitirmiş, eləcə də xüsusi təyinatlı və digər xxxx ixtisas təhsili müəssisələrini bitirib xxxx rəis heyəti vəzifələrinə təyin edilən sıravi və ya kiçik rəis heyəti vəzifəsində xxxx daxili işlər orqanları əməkdaşlarına. 17
57. Polis leytenantı və tibb xidməti leytenantı xüsusi rütbələri aşağıdakı şəxslərə verilir:
1) xüsusi rütbədə xidmət müddətini bitirən polis kiçik leytenantına və tibb xidməti kiçik leytenantına (ali təhsil müəssisələrini bitirənlərə isə həmin rütbənin müddətinin qurtarmasından asılı olmayaraq);
2) sıravi və kiçik rəis heyətinin xüsusi rütbələrini daşıyan Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının ali təhsil müəssisələrini bitirmiş və xxxx rəis heyəti vəzifələrinə təyin edilən daxili işlər orqanları əməkdaşlarına;
3) Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının ali və xxxx ixtisas təhsili müəssisələrinin və digər ali təhsil müəssisələrinin əyani şöbələrini bitirmiş şəxslərə; 18
4) xxxx və xxxxx rəis heyəti vəzifələrinə qəbul edilən ali təhsili xxxx şəxslərə.
58. Xxxx və xxxxx rəis heyəti vəzifələrinə uyğun növbəti xüsusi rütbələr aşağıdakı vəzifəli şəxslər tərəfindən verilir:
1) polis polkovnik-leytenantı, tibb xidməti polkovnik-leytenantı xüsusi rütbələri də daxil olmaqla növbəti xüsusi rütbələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və onun müvafiq səlahiyyətlər verdiyi vəzifəli şəxslər tərəfindən;
2) polis polkovniki və tibb xidməti polkovniki rütbələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən.
59. Ali heyət üçün müəyyən edilmiş xüsusi rütbələr müvafiq icra hakimiyyəti orqanının
təqdimatı ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
60. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında xxxx vətəndaşlar Azərbaycan Respublikasının daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə təyin olunduqdan sonra onlara mövcud hərbi rütbələrinə uyğun müvafiq xüsusi rütbələr verilir.
61. Ehtiyatda xxxx zabitlər, xxxx, xxxxx və ali rəis heyəti vəzifələrinə təyin olunduqda ilk xüsusi rütbə onlara hərbi rütbələri üçün müəyyən edilən müddət başa çatdığı təqdirdə bir pillə yüksək verilə bilər.
62. Daxili işlər orqanları əməkdaşlarına xidmətdə əldə olunmuş yüksək nəticələrə və xidməti vəzifələri nümunəvi yerinə yetirdiyinə görə, mükafat qaydasında, əvvəlki rütbədə xidmət müddəti qurtarmamış növbəti xüsusi rütbə, habelə tutduğu vəzifə üçün müəyyən edilən xüsusi rütbədən bir pillə yuxarı xüsusi rütbə verilə bilər.
63. Vaxtından əvvəl, habelə tutduğu vəzifə üçün müəyyən edilən xüsusi rütbədən bir pillə yuxarı xüsusi rütbələr, sıravi və kiçik rəis heyəti üçün bu Əsasnamənin 53-cü maddəsində göstərilən vəzifəli şəxslər, xxxx və xxxxx rəis heyəti üçün isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
64. Vaxtından əvvəl xüsusi rütbələr vəzifə ştatları ilə nəzərdə tutulan rütbələr həddində verilir.
65. Xxxx dərəcəsi xxxx daxili işlər orqanları əməkdaşlarına vəzifələri üzrə nəzərdə tutulan rütbədən (ali rəis heyətinin xüsusi rütbələri istisna olmaqla) bir pillə yuxarı xüsusi rütbə verilə bilər. Xidməti zərurətlə əlaqədar daxili işlər orqanlarında xxxx və xxxxx rəis heyəti vəzifələrinə qəbul edilən xxxx dərəcəli şəxslərə həmin rəis heyətinə mənsub xüsusi rütbə həddində xüsusi rütbə verilə bilər.
66. Növbəti xüsusi rütbənin vaxtından əvvəl və ya xüsusi rütbə həddindən bir pillə yuxarı verilməsinə xidmət müddətində bir dəfə yol verilə bilər.
67. Vaxtından əvvəl xüsusi rütbə, əməkdaşın daşıdığı xüsusi rütbə üçün müəyyən olunmuş müddətin 1 ili keçdikdən sonra verilə bilər.
68. Xüsusi rütbədə xidmət müddəti, həmin rütbənin verilməsi haqqında əmrin imzalandığı gündən hesablanır.
69. Sıravi və kiçik rəis heyəti rütbələrində xxxx daxili işlər orqanları əməkdaşları, xxxx və xxxxx rəis heyəti vəzifələrinə təyin olunduqda, mövcud rütbədə xidmət müddətindən asılı olmayaraq həmin rəis heyətinin ilk rütbəsinə təqdim edilirlər.
70. Daxili işlər orqanlarının sərəncamında xxxx, yaxud intizam tənbehi verilmiş, həmçinin barələrində cinayət işi başlanmış və ya xidməti yoxlama keçirilən əməkdaşlar vəzifəyə təyin olunana, intizam tənbehi götürülənə, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilənə və ya məhkəmənin hökmü ilə bəraət alanadək, yaxud xidməti yoxlama qurtaranadək növbəti xüsusi rütbələrə təqdim edilmirlər.
71. Tabeliyində xxxx əməkdaşa növbəti xüsusi rütbənin verilməsini əsassız gecikdirən vəzifəli şəxs intizam məsuliyyəti daşıyır. Daxili işlər orqanları əməkdaşına növbəti xüsusi rütbənin verilməsi əsassız gecikdirildikdə onun növbəti xüsusi rütbə xxxxxx üçün xidmət müddəti əvvəlki xüsusi rütbədə xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanır.
72. Daxili işlər orqanları əməkdaşlarının xüsusi rütbələri intizam tənbehi qaydasında (sıravi və kiçik leytenant rütbələri istisna olmaqla) bir pillə aşağı salına bilər.
V F ə s i l
DAXİLİ İŞLƏR ORQANLARINDA XİDMƏTİN ŞƏRTLƏRİ
73. Daxili işlər orqanları əməkdaşlarına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tam iş vaxtı şamil edilir.
Zəruri hallarda, daxili işlər orqanları əməkdaşları müəyyən edilmiş iş vaxtından artıq xxxx müddətdə, həmçinin gecə vaxtı, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə xidməti vəzifələrinin yerinə yetirilməsinə cəlb oluna bilərlər. İş vaxtından artıq xxxx müddət xidməti vəzifələrinin yerinə yetirilməsinə görə onlara Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənişlər verilir.19
Növbəli işdə - gündüz, axşam və gecə növbələri üçün eyni müddətli iş vaxtı müəyyən edilir.
74. Xidmət şəraiti nəzərə alınmaqla daxili işlər orqanlarının əməkdaşları üçün müddəti qısaldılmış iş günü müəyyən edilir.
75. Hər hansı vəzifənin müvəqqəti icrasına görə daxili işlər orqanları əməkdaşlarına vəzifə maaşına Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əlavə müəyyən edilib ödənilməlidir.
76. Daxili işlər orqanları əməkdaşları üçün əmək haqqı və digər təminatlar saxlanılmaqla aşağıdakı məzuniyyət növləri müəyyən edilir:
hər il verilən əsas məzuniyyət (bundan sonra əsas məzuniyyət); qısamüddətli;
xəstəliyə görə;
tətilə çıxmaqla əlaqədar (müdavimlər üçün);
Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrini bitirməklə əlaqədar;
əlavə (xidmət illərinə, xüsusi şəraitdə vəzifələrin icrasına, əlahiddə xidmətə görə);
77. Daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə
nəzərdə tutulan digər məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
78. Əsas məzuniyyət daxili işlər orqanları əməkdaşlarına 30 təqvim günü müddətində verilir.
Əsas məzuniyyət təqvim ili ərzində müvafiq cədvələ uyğun olaraq verilir.
79. Ümumi müddəti 40 təqvim günü və daha xxx xxxx əsas və əlavə məzuniyyət götürmək hüququ xxxx daxili işlər orqanları əməkdaşlarına onların öz arzusu ilə məzuniyyət iki hissəyə bölünərək verilir.
80. Daxili işlər orqanlarında xidmətə qəbul edilən il əsas məzuniyyətin müddəti xidmətə qəbul olunduğu gündən başlayaraq xidmətin hər xxx xxxxx məzuniyyətin 12 hissəsindən biri düşmək hesabı ilə verilir. Bu zaman 15 təqvim günü və daha xxx müddətə məzuniyyət almaq hüququ xxxx daxili işlər orqanı əməkdaşlarına məzuniyyəti keçirmə yerinə getmə və geriyə qayıtma üçün yol haqqı ödənilir və yol getmə vaxtı məzuniyyətin müddətinə əlavə edilir. 15 təqvim günündən az müddətə xxxx məzuniyyət daxili işlər orqanları əməkdaşlarına onların arzusu ilə gələn ilin növbəti illik məzuniyyəti ilə eyni vaxtda verilə bilər.
81. Bu Əsasnamənin 135-ci maddəsində nəzərdə tutulan əsaslarla xidmətdən xaric edilən daxili işlər orqanları əməkdaşına öz arzusu ilə məzuniyyət verilir.
Xaric edilmə ilində istifadə olunmayan əsas məzuniyyətə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada pul ödənişi verilir.
82. Təxirəsalınmaz sosial-məişət məsələlərinin həlli və qohumluq borclarının yerinə yetirilməsi üçün, həmçinin digər üzrlü səbəblərə görə daxili işlər orqanları əməkdaşlarına 14 günə qədər qısamüddətli məzuniyyət verilə bilər.
Qısamüddətli məzuniyyət əsas məzuniyyətin müddətinə daxil edilmir.
83. Xəstəliyə görə məzuniyyət daxili işlər orqanları əməkdaşlarına Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibbi-həkim komissiyasının rəyi əsasında verilir.
Xəstəliyə görə məzuniyyətin müddəti xəstəlikdən asılı olaraq müəyyən edilir. Tibb müəssisələrində stasionar müalicədə olmayan əməkdaş üçün xəstəliyə görə fasiləsiz məzuniyyətdə olma vaxtı (qüvvədə xxxx qanunvericiliklə müalicə olunma daha uzun müddət nəzərdə tutulduğu hallar istisna olmaqla) altı aydan artıq olmamalıdır. Bu müddət müalicə müəssisəsinin rəyi əsasında məzuniyyəti vermək hüququ xxxx rəisin qərarı ilə uzadıla bilər. Xəstəliyə və müalicəyə görə fasiləsiz məzuniyyət üçün müəyyən edilən müddət qurtardıqdan sonra daxili işlər orqanları əməkdaşları xidmətə yararlılığın yoxlanılması məqsədilə tibbi-həkim komissiyasının müayinəsindən keçməlidirlər.
Xidməti vəzifələrinin icrası zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud şikəstliklə əlaqədar daxili işlər orqanları əməkdaşlarının müalicədə olma müddəti məhdudlaşdırılmır.20
Yuxarıda göstərilən əməkdaşlar müalicə başa çatdıqdan və yaxud müalicənin mümkünsüzlüyü müəyyən olunduqdan sonra tibbi müayinəyə göndərilir.
Xəstəliyə görə məzuniyyət əsas məzuniyyətə hesablanmır.
Daxili işlər orqanların əməkdaşları xidmətdən xaric edildikdə onlara xəstəliyə görə məzuniyyət verilmir.
84. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin müdavimlərinə aşağıdakı məzuniyyətlər verilir:
qış tətili ilə əlaqədar 14 təqvim günü müddətində; yay tətili ilə əlaqədar 30 təqvim günü müddətində.
85. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrini bitirən məzunlara 30 təqvim günü müddətində məzuniyyət verilir. Digər ali və xxxx-ixtisas təhsil müəssisələrini bitirdikdən sonra daxili işlər orqanlarında xidmətə qəbul edilən məzunlara verilən məzuniyyət xxxx xxxx növbəti illik məzuniyyətinə hesablanır.
Təhsil müəssisələrini bitirməklə əlaqədar verilən məzuniyyət məzunların xidmətkeçmə yerlərinə göndərilmələrinə qədər istifadə olunmalıdır.
86. Məzuniyyəti keçirmə yerinə getmə və qayıtma vaxtı daxili işlər orqanları əməkdaşlarına verilən əsas, qısamüddətli və xəstəliyə görə, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrini bitirməklə əlaqədar məzuniyyətlərin müddətinə əlavə edilir və ödənilir.
87. Daxili işlər orqanlarında xidmət illərinə görə ödənişli əlavə illik məzuniyyət aşağıdakı hallarda verilir:
10 ildən 15 ilədək xidmət keçməyə görə - 5 təqvim günü; 15 ildən 20 ilədək xidmət keçməyə görə -10 təqvim günü; 20 il və daha xxx xidmət keçməyə görə -15 təqvim günü.
Xüsusi şəraitdə xidmətə görə əlavə illik məzuniyyətin müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilir.
Əlahiddə xidmətə görə əlavə illik məzuniyyət - xidməti, yüksək fiziki və əsəbi gərginliklə xxxxx xxxx daxili işlər orqanları əməkdaşlarının peşəkar iş qabiliyyətlərinin bərpa edilməsi üçün 10 təqvim günü müddətində verilir.
Əlahiddə xidmətə görə əlavə illik məzuniyyətin verilmə qaydası və şərtləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Əlavə məzuniyyətlər cəmləşdirilərək əsas məzuniyyətlə eyni vaxtda və ya daxili işlər orqanları əməkdaşlarının arzusu ilə müəyyən edildiyi vaxtlarda verilə bilər.
87-1. Qadın polis əməkdaşı hamiləliyə və doğuşa görə ödənişli, uşağın 3 yaşı tamam olanadək ona bilavasitə qulluq etmək üçün qismən ödənişli sosial, habelə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyi xxxx xxxxx qulluq etmək üçün uşaq 4 yaşına çatanadək əlavə ödənişsiz məzuniyyət almaq hüququna malikdir.
Hamiləliyə və doğuşa görə məzuniyyətlər müvafiq tibb müəssisələrinin arayışları əsasında doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü (doğuş çətin olduqda, yaxud iki və daha xxx uşaq doğulduqda 70 təqvim günü) müddətində verilir.
Qadın polis əməkdaşına qismən ödənişli sosial məzuniyyət öz arzusu ilə tam və ya hissələrə bölünməklə verilə bilər. Qadın polis əməkdaşının verilmiş məzuniyyət müddəti bitənə qədər də öz xidməti vəzifələrinin icrasına başlamaq hüququ vardır.
Hamiləliyə və doğuşa görə ödənişli məzuniyyətin müddəti növbəti xüsusi rütbədə xidmət müddətinə, qismən ödənişli sosial, habelə uşaq dörd yaşına çatanadək əlavə ödənişsiz məzuniyyət müddəti yalnız xidmət illərinə və pensiya üçün xidmət illərinə əlavə edilir.
Hamiləliyə və doğuşa görə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir. Qadın polis əməkdaşına öz arzusu ilə hamiləliyə və doğuşa görə məzuniyyətdən qabaq, yaxud bilavasitə ondan sonra xxxx il üçün növbəti məzuniyyət verilir. 21
88. Əməkdaş müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə xxxx, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir.
Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir. 22
89. Daxili işlər orqanları əməkdaşlarına məzuniyyəti keçirmə (ölkə daxilində) yerinə getmə və geriyə qayıtma üçün yol haqqı aşağıdakı məzuniyyətlər verilərkən ödənilir:
əsas və xəstəliyə görə (ildə bir dəfə);
tətilə çıxmaqla əlaqədar (ildə iki dəfə);
Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrini bitirməklə əlaqədar.
90. Daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərindən birinə əsas məzuniyyəti keçirmə yerinə getmə və xxxx qayıtmaq üçün iki ildə bir dəfə yol haqqı ödənilir.
V I F ə s i l
DAXİLİ İŞLƏR ORQANLARI ƏMƏKDAŞLARININ TƏMİNAT XƏRCLƏRİ
91. Daxili işlər orqanları əməkdaşlarının təminat xərclərinə, tutduğu vəzifəyə və xüsusi rütbəyə görə maaşları, fasiləsiz xidməti illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər müavinət və ödənişlər daxildir.
92. Daxili işlər orqanları əməkdaşlarının həyat və sağlamlığı “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına sığortalanır. 23
93. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş daxili işlər orqanları əməkdaşlarına və ya onların ailələrinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada və həcmdə kompensasiya verilir.24
94. Xidməti vəzifələrin icrası zamanı daxili işlər orqanları əməkdaşlarının əmlakına dəyən zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət büdcəsi vəsaiti hesabına tam həcmdə ödənilir.
95. Daxili işlər orqanları əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət keçmə yerinə köçməsi və əmlakının daşınması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının vəsaiti hesabına həyata keçirilir.
96. Daxili işlər orqanları əməkdaşlarına əlavə yaşayış sahəsinin verilməsi qaydaları
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
97. Daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində pulsuz tibb xidməti göstərilir.
Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir. 25
98. Daxili işlər orqanları əməkdaşlarının xidmət keçdiyi, yaxud yaşadığı yerlərdə
Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələri olmadığı
hallarda daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə digər dövlət tibb müəssisələrində pulsuz xidmət göstərilir.
99. Daxili işlər orqanları əməkdaşları və onların ailə üzvləri Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının sanatoriyalarında, sanatoriya-kurort müəssisələrində, istirahət evlərində, pansionatlarında və turist bazalarında istirahət hüququna malikdirlər. Daxili işlər orqanları əməkdaşlarına hər il yollayışın qiymətinin 75 xxxxx miqdarında, ailə üzvlərinə isə - 50 xxxxx miqdarında xxxxxxx verilir.
100. Daxili işlər orqanları əməkdaşları Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində sanatoriya-kurort müalicəsi ilə təmin edilmədiyi hallarda onlar Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının hesabına imtiyazlı ödəmə şərtilə digər orqanların, müəssisə və təşkilatların sanatoriya-kurort müəssisələrinə yollayış ata bilərlər.
101. (Çıxarılıb) 26
102. Xidməti ezamiyyətə göndərilən daxili işlər orqanları əməkdaşlarının növbədənkənar qaydada nəqliyyatın bütün növlərinə bilet və mehmanxanada yer almaq hüququ vardır.
103. Mənzil növbəsinə dayanmış daxili işlər orqanları əməkdaşı öldükdə onun ailəsinin yaşayış sahəsi almaq hüququ saxlanılır.
104. Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə və qaydada pul kompensasiyası ödənilir.
Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği daxili işlər orqanları əməkdaşları üçün ayda 27 manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir. 27
105. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı xxxx və yeni yerdə xidmətə göndərilən daxili işlər orqanları əməkdaşlarının ehtiyaclarının ödənilməsi üçün zəruri tədbirlər görməlidirlər.
V I I F ə s i l
DAXİLİ İŞLƏR ORQANLARINDA XİDMƏTİ İNTİZAM
108. Daxili işlər orqanlarında xidməti intizam - əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir.
109. Daxili işlər orqanlarının vəzifəli şəxsləri (rəislər) öz tabeliyində xxxx əməkdaşların xidməti intizamının vəziyyətinə görə məsuliyyət daşıyırlar. Onlar əməkdaşlara qarşı yüksək tələbkarlıq göstərməklə yanaşı:
tabeliyində xxxx əməkdaşların xidməti fəaliyyəti, istirahəti və onların peşə hazırlığının artırılması üçün lazımi şərait yaratmalı;
tabeliyində xxxx əməkdaşların vəzifələrinin icrasına yüksək məsuliyyət hissi aşılamalı; tabeliyində xxxx əməkdaşların xidməti fəaliyyətini qiymətləndirərkən aşkarlığı və
obyektivliyi təmin etməli;
tabeliyində xxxx əməkdaşların şərəf və ləyaqətinə hörmət etməli;
şəxsi heyətlə işdə şəxsi münasibətlər zəminində himayəçiliyə, həmçinin fəaliyyətindəki nöqsanların tənqidinə görə əməkdaşların təqib olunmasına yol verməməlidirlər.
110. Xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə və xidmətdə əldə edilən yüksək nəticələrə görə daxili işlər orqanlarının əməkdaşları üçün aşağıdakı həvəsləndirmə növləri tətbiq edilə bilər:
1) təşəkkür;
2) pul mükafatı;
3) qiymətli hədiyyə ilə mükafatlandırılma;
4) fəxri fərman ilə təltif edilmə;
5) fəxri döş nişanı ilə təltif edilmə;
6) vaxtından əvvəl növbəti xüsusi rütbənin verilməsi;
7) xüsusi rütbənin vəzifə ştatında nəzərdə tutulduğundan bir pillə yuxarı verilməsi;
8) təltif silahının verilməsi.
Həvəsləndirmə növlərinin tətbiqi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
111. Həvəsləndirmə tədbiri kimi əvvəllər verilmiş intizam tənbehinin vaxtından əvvəl xxxx götürülməsi tətbiq oluna bilər.
112. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrində bu Əsasnamənin 110 və 111-ci maddələrində göstərilən həvəsləndirmə növlərindən başqa təqaüdün miqdarının artırılması və müdavimlərin təhsil müəssisəsinin yerləşdiyi ərazidən növbədənkənar buraxılması kimi həvəsləndirmə tədbirləri də tətbiq edilə bilər.
113. Cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində, ictimai təhlükəsizliyin mühafizəsində xidməti vəzifələri yerinə yetirərkən fərqləndiklərinə, həmçinin digər xüsusi xidmətlərə görə daxili işlər orqanlarının əməkdaşları Azərbaycan Respublikasının dövlət təltifinə təqdim edilə bilərlər.
114. Xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər:
114-1. Daxili işlər orqanının əməkdaşı “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. 30
1) məzəmmət;
2) töhmət;
3) şiddətli töhmət;
4) xidməti vəzifəyə xxx xxxxx olmaması barədə xəbərdarlıq;
5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə;
6) xüsusi rütbənin bir pillə aşağı salınması;
7) xidmətdən xaric edilmə.
115. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrində yuxarıda göstərilən intizam tənbehi növlərindən başqa növbədənkənar xidmət naryadına təyinetmə (hissə üzrə növbətçi, yaxud qarovula təyin edilmə istisna olmaqla) kimi tənbeh tətbiq edilə bilər.
116. Həvəsləndirmə tədbirləri və intizam tənbehləri, daxili işlər orqanlarının vəzifəli şəxsləri tərəfindən onlara verilən səlahiyyətlər hüdudunda tətbiq edilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən daxili işlər orqanları əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Əsasnamənin 114-cü maddəsinin 1, 2 və 3-cü bəndlərində göstərilən intizam tənbehləri tətbiq edilə bilər.
117. Daxili işlər orqanları əməkdaşlarının xidmət üzrə tabe olduqları rəis tabelikdə xxxx əməkdaş üçün vəzifəyə ən yaxın rəhbər işçidir.
118. Xidmət üzrə asılılıqları olmayan daxili işlər orqanlarının əməkdaşları xidmətdə böyük və kiçik vəzifəli ola bilərlər. Bərabər vəzifələrdə böyüklük xüsusi rütbələrlə, eyni rütbələrdə olduqda isə vəzifəyə görə müəyyən edilir.
119. Vəzifəni müvəqqəti icra edən şəxs vəzifə üzrə nəzərdə tutulmuş səlahiyyətlərdən istifadə edir.
120. İntizam tənbehi xidməti intizam qaydalarının pozulması məlum xxxx gündən on gün ərzində verilir. Xidməti yoxlama keçirildiyi və ya cinayət işi başlandığı halda isə onun başa çatdırıldığı gündən bir aydan gec olmayan müddətdə verilməlidir. Təqsirkarın xəstəliyi və məzuniyyətdə olduğu müddət nəzərə alınmır.
121. İntizam tənbehi dərhal, müstəsna hallarda isə verildiyi gündən bir aydan gec olmayan müddətdə elan edilir və qeydiyyata alınır.
122. Xidməti intizam qaydalarının pozulmasına görə yalnız bir intizam tənbehi verilir.
123. Daxili işlər orqanlarının əməkdaşına verilmiş intizam tənbehi, bir il müddətində qüvvədə olur və əməkdaşa il ərzində yeni intizam tənbehinə tətbiq edilmədikdə o, qüvvədən düşmüş hesab olunur.
124. Həvəsləndirmə tədbiri kimi intizam tənbehinin vaxtından əvvəl götürülməsi, tənbehi vermiş rəis, yaxud ona bərabər vəzifəli və ya vəzifəcə böyük birbaşa rəis tərəfindən həyata keçirilir.
125. Daxili işlər orqanlarının əməkdaşları ezamiyyətdə, məzuniyyətdə və ya xəstə olduqları müddətdə onlara intizam tənbehləri tətbiq edilmir.
126. Xidməti intizam qaydaları pozuntusunun törədildiyi gündən 3 ildən artıq müddət keçdikdə intizam tənbehi tətbiq edilmir.
Bu halda daxili işlər orqanları əməkdaşlarının məzuniyyətdə, xəstə olduqları, həmçinin barələrindəki cinayət işinin, yaxud xidməti yoxlamanın aparılma vaxtı göstərilən müddətlərə daxil edilmir.
127. Həvəsləndirmə tədbirləri və intizam tənbehləri tətbiq etmək üzrə rəislərin hüquqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən müəyyən olunur.
128. Vəzifəcə böyük rəis, verilən tənbehin törədilən xidməti intizam qaydaları pozuntusuna uyğun olmadığını aşkar edərsə, onu ləğv edib müvafiq qərar çıxarır.
129. Xidməti intizam qaydalarının pozulmasına görə daxili işlər orqanlarının istintaq aparatı işçilərinə intizam tənbehi verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və onun səlahiyyət verdiyi şəxslər tərəfindən, prosessual fəaliyyət ilə əlaqədar olduğu hallarda isə prokurorluq və məhkəmə orqanlarının aktları əsasında həyata keçirilir. Daxili işlər orqanlarının istintaq aparatı işçilərinə intizam tənbehi verilməsi həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin orqanın istintaq aparatının fəaliyyətinə rəhbərliyi həyata keçirən qurumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 85.6-cı maddəsində göstərilən səlahiyyətləri daxilində verilmiş vəsatəti əsasında həyata keçirilir. 31
130. Həvəsləndirmə tədbirlərinin və intizam tənbehinin tətbiqində verilən hüquqların
xxxxxxx xxxx vəzifəli şəxs məsuliyyət daşıyır.
131. Daxili işlər orqanlarının əməkdaşı ona verilmiş intizam tənbehindən ardıcıllıqla yuxarı vəzifəli şəxslərə şikayət edə bilər.
132. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən xidməti borclarının yerinə yetirilməsinin, anda, intizam qaydalarına riayət olunmasının təmin edilməsi məsələlərinin kollektiv müzakirə edilməsi məqsədi ilə daxili işlər orqanlarında sıravi və rəis heyətlərinin yığıncaqları fəaliyyət göstərir.
133. Yığıncaqların fəaliyyəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir.
134. Daxili işlər orqanlarının əməkdaşı cinayət törətdikdə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.
Daxili işlər orqanlarının ali və böyük rəis heyəti əməkdaşlarının cinayət başında yaxalanması halları istisna olmaqla, onların cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə, Azərbaycan Respublikasının Baş Prokurorunun razılığı ilə həyata keçirilir.
Daxili təhqiqatlar zamanı daxili işlər orqanlarının əməkdaşları barəsində "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bilavasitə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilə bilər.
V I I I F ə s i l
DAXİLİ İŞLƏR ORQANLARINDA XİDMƏTDƏN XARİC EDİLMƏNİN ƏSASLARI
135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər:
1) öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə;
2) and içməkdən imtina etdikdə;
3) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda;
4) daxili işlər orqanlarında xidmətlə bir xxxxx sığmayan fəaliyyətlə məşğul olduqda;
5) xidmətdə olmanın son yaş həddinə çatdıqda;
6) səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda;
7) daxili işlər orqanlarında xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda;
8) başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;32
9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə;
10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda;
11) ştatlar ixtisar edildikdə;
12) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə;
13) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə.
136. Ali və böyük rəis heyətinin xüsusi rütbələri verilmiş daxili işlər orqanları əməkdaşlarına pensiyaya çıxdıqda geyim formasını daşımaq hüququ verilə bilər.
137. Daxili işlər orqanlarının əməkdaşları xüsusi rütbələrindən asılı olaraq, aşağıdakı yaş
həddinədək daxili işlər orqanlarında xidmət edə bilərlər:
1) sıravi və kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə xxxx əməkdaşlar - 50 yaş (bu rütbələrdə xxxx əməkdaşlar göstərilən yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə onlar daxili işlər orqanlarında xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirirlər);
2) xxxx və xxxxx rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə xxxx əməkdaşlar - 55 yaş;
3) ali rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə xxxx əməkdaşlar:
polis general-mayoru və tibb xidməti general-mayoru, polis general-leytenantı xüsusi rütbələrində - 60 yaş;
polis general-polkovniki - 65 yaş.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin olunan şəxslər üçün yaş həddi müəyyən edilmir.
138. Bu Əsasnamə ilə nəzərdə tutulan hallar istisna olmaqla, xidmətin yaş həddinə çatmış əməkdaşlar daxili işlər orqanlarından xaric edilirlər.
139. Xüsusi rütbələri tutduqları vəzifələri üçün müəyyən edilmiş rütbə həddinə müvafiq olduğu halda, işlədiyi son 5 ildə xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə və xidmətdə əldə edilən yüksək nəticələrə görə həvəsləndirmə tədbirləri tətbiq olunmuş və intizam qaydasında məsuliyyətə cəlb edilməmiş, fiziki cəhətdən sağlam xxxx xxxx və xxxxx rəis heyəti vəzifələrində işləyən əməkdaşların xidmətinin müddəti xidməti zərurətlə əlaqədar onların razılığı olduqda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 5 ilə qədər artırıla bilər.
140. Xidmət müddətinin artırılması haqqında qərar bu Əsasnamə ilə nəzərdə tutulan əsaslarla daxili işlər orqanları əməkdaşlarının xidmətdən xaric edilməsini istisna etmir.
141. Daxili işlər orqanları əməkdaşlarının xidmətdən xaric edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada həyata keçirilir.
142. Bu Əsasnamənin 135-ci maddəsinin 5, 6 və 11-ci bəndlərinə müvafiq olaraq xidmətdən xaric edilən daxili işlər orqanlarının əməkdaşları xidmətdən xaric ediləcəkləri haqda bilavasitə rəisləri tərəfindən iki aydan gec olmayan müddətdə xəbərdar edilirlər.
143. Daxili işlər orqanlarının vəfat edən, həlak xxxx və məhkəmə qaydasında ölmüş və ya xəbərsiz xxxxx düşmüş elan edilən əməkdaşlar Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daxili işlər orqanları əməkdaşlarının siyahısından çıxarılırlar.
144. Xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha xxx xidmət etmiş əməkdaşlar malikdirlər 33
145. Daxili işlər orqanları əməkdaşlarının pensiya təminatı, pensiya təyin edilərkən xidmət müddətinin hesablanması qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.
146. Xidmətdən xaric edilən daxili işlər orqanları əməkdaşlarına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müavinət verilir.
147. Pensiya almaq hüququ ilə xaric edilən, 20 təqvim ili və daha xxx xidmət müddəti xxxx daxili işlər orqanları əməkdaşlarının, onların həyat yoldaşlarının və onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmamış uşaqlarının Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində pulsuz tibbi yardım təminatı, həmçinin sanatoriyalarında, istirahət evlərində, pansionatlarında və turist bazalarında haqqı ödənilməklə müalicə olunmaq və istirahət etmək hüquqları saxlanılır. 34
I X F ə s i l
DAXİLİ İŞLƏR ORQANLARI ƏMƏKDAŞLARININ XİDMƏTƏ, XÜSUSİ RÜTBƏLƏRƏ VƏ VƏZİFƏYƏ BƏRPA EDİLMƏSİ
148. Bu Əsasnamə ilə müəyyən edilmiş əsaslar olmadan xidmət keçmə yerləri dəyişdirilən, tutduğu vəzifələrdən azad edilib aşağı vəzifələrə keçirilən, daxili işlər orqanlarında xidmətdən xaric edilən əməkdaşlar müvafiq olaraq vəzifəyə və daxili işlər orqanlarında xidmətə bərpa edilməlidirlər.
149. Daxili işlər orqanlarında vəzifələrə, xüsusi rütbələrə və xidmətə bərpa olunma üçün əsaslar aşağıdakılardır:
xidməti yoxlamaların nəticələri üzrə rəy, məhkəmənin qüvvəyə minmiş qərarı, yaxud qanunvericiliklə müəyyən edilmiş qaydada bəraət qazanmış şəxsin xidmətə bərpa olunması barədə ərizəsi.
150. Xidmət keçmə yerini dəyişdirmə, tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilmə haqqında qərarla razı olmayan daxili işlər orqanlarının əməkdaşı yazılı bildiriş aldığı gündən daxili işlər orqanlarının yuxarı vəzifəli şəxslərinə müraciət etmək, daxili işlər orqanlarından xxxxx xxxxxx haqqında qərarla razı olmadıqda isə məhkəməyə şikayət etmək hüququna malikdir.
151. Daxili işlər orqanlarında xidmətə və ya vəzifəyə bərpa olunmuş şəxs əvvəllər tutduğu vəzifəyə, yaxud onun razılığı ilə bərabər vəzifəyə təyin edilir.
152. Bu Əsasnamənin 148-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmətə bərpa edilən əməkdaşlara növbəti xüsusi rütbənin, eləcə də əlavələrin verilməsi və ya pensiyanın təyin edilməsi üçün xidmət illərinin hesablanması zamanı, daxili işlər orqanlarından xaric edildikləri gündən xidmətə bərpa olunma haqqında əmrin imza edildiyi günədək xxxx müddət fasiləsiz xidmət stajına daxil edilir.
153. Törətdiyi cinayətə görə məhkum olunaraq daxili işlər orqanlarında xidmətdən xaric edilən, sonradan bəraət qazanan əməkdaşlara vurulmuş zərərin ödənilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.
154. Bu Əsasnamə ilə müəyyən edilmiş əsaslar olmadan xidmət keçmə yerləri dəyişdirilən, aşağı vəzifələrə keçirilən, daxili işlər orqanlarından xaric olunan əməkdaşlara bu orqana bərpa edildikdən sonra işləmədikləri müddətə görə pul müavinəti verilir. Xaric edildikdən sonra xidmətə bərpa olunanadək müəssisə, idarə və təşkilatlarda işləmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş şəxslərə isə, daxili işlər orqanlarında axırıncı vəzifədə aldığı pul təminatı ilə xidmətdə məcburi fasilə zamanı qazandığı faktiki gəlir arasındakı fərq ödənilir və təqsirkar şəxslər maddi və intizam məsuliyyəti daşıyırlar.
X F ə s i l
YEKUN MÜDDƏALAR
155. Daxili işlər orqanlarında xidmətə qəbul olunan digər orqanların işçilərinə ixtisas dərəcələri, xüsusi rütbələri nəzərə alınmaqla xüsusi rütbələr verilir. Onların daxili işlər orqanlarında xidmət illəri hesablanarkən xüsusi rütbələrdə xidmət etdiyi müddət nəzərə alınır.
156. Hərbi və fövqəladə vəziyyət elan edilmiş ərazilərdə daxili işlər orqanları əməkdaşlarının xidmət keçmələrinin xüsusiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
157. Xidməti vəzifələrini icra edərkən həlak xxxx (vəfat edən) əməkdaşların dəfni Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının maliyyə vəsaiti hesabına həyata keçirilir35
158. Daxili işlər orqanları əməkdaşlarının dəfni zamanı şərəfinə göstərilən ehtiram qaydaları
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
159. Daxili işlər orqanlarında xidmətkeçməyə idarədənkənar nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, idarədaxili nəzarəti isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
160. Bu Əsasnamənin pozulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731)
2. 3 sentyabr 2004-cü il tarixli 730–IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 760)
3. 29 mart 2005-ci il tarixli 869-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 280)
4. 1 sentyabr 2005-ci il tarixli 977-IIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Qəzeti, 11 oktyabr 2005-ci il)
5. 1 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Qəzeti, 16 oktyabr 2005- ci il)
6. 10 oktyabr 2006-cı il tarixli 154–IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 846)
7. 10 oktyabr 2006-cı il tarixli 159-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 927)
8. 16 iyun 2007-ci il tarixli 389-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 756)
9. 19 oktyabr 2007-ci il tarixli 457-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1073)
10. 23 oktyabr 2007-ci il tarixli 465-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1081)
11. 1 fevral 2008-ci il tarixli 538-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 155)
12. 2 oktyabr 2008-ci il tarixli 689-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 oktyabr 2008-ci il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 882)
13. 16 dekabr 2008-ci il 743-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 15 fevral 2009-cu il, № 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 48)
14. 28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il,
№ 06, maddə 399)
15. 1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il,
№ 03, maddə 171)
16. 5 mart 2010-cu il tarixli 969-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 aprel 2010-cu il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il,
№ 04, maddə 273)
17. 21 dekabr 2010-cu il tarixli 32-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2010-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1057)
18. 30 dekabr 2010-cu il tarixli 40-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar 2011-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il,
№ 1, maddə 13)
19. 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)
20. 19 aprel 2013-cü il tarixli 613-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 may 2013-cü il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il,
№ 05, maddə 462)
21. 03 aprel 2015-ci il tarixli 1242-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 05 may 2015-ci il, № 095, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il,
№ 5, maddə 489)
22. 30 sentyabr 2015-ci il tarixli 1324-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 noyabr 2015-ci il, № 242)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1 10 oktyabr 2006-cı il tarixli 154–IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 846) ilə 9-cu maddəsinin 1-ci bəndinin ikinci abzasından ", daxili xidmət sıravisi", 9-cu maddəsinin 2-ci bəndinin ikinci abzasından və 50-ci maddəsinin ikinci abzasından ", daxili xidmət kiçik serjantı", 9-cu maddəsinin 2-ci bəndinin üçüncü abzasında və 50-ci maddəsinin üçüncü abzasında ", daxili xidmət serjantı", 9-cu maddəsinin 2-ci bəndinin dördüncü abzasından və 50-ci maddəsinin dördüncü abzasından ", daxili xidmət baş serjantı", 9-cu maddəsinin 3-cü bəndinin ikinci abzasından, 50-ci maddəsinin beşinci abzasından və 56-cı maddəsindən ", daxili xidmət kiçik leytenantı", 9-cu maddəsinin 3-cü bəndinin üçüncü abzasından, 50-ci maddəsinin altıncı abzasından və 57-ci maddəsindən ", daxili xidmət leytenantı", 9-cu maddəsinin 3-cü bəndinin dördüncü abzasından və 50-ci maddəsinin yeddinci abzasından ", daxili xidmət baş leytenantı", 9-cu maddəsinin 3-cü bəndinin beşinci abzasından və 50-ci maddəsinin səkkizinci abzasından ", daxili xidmət kapitanı", 9-cu maddəsinin 4-cü bəndinin ikinci abzasından və 50-ci maddəsinin doqquzuncu abzasından ", daxili xidmət mayoru", 9-cu maddəsinin 4-cü bəndinin üçüncü abzasından və 50-ci maddəsinin onuncu abzasından və 58-ci maddəsinin 1-ci bəndindən, ", daxili xidmət polkovnik-leytenantı", 9-cu maddəsinin 4-cü bəndinin dördüncü abzasından, 50-ci maddəsinin on birinci abzasından və 58-ci maddəsinin 2-ci bəndindən ", daxili xidmət polkovniki", 9-cu maddəsinin 5-ci bəndinin ikinci abzasından və 137-ci maddəsinin 3-cü bəndinin ikinci abzasından ", daxili xidmət general-mayoru", 9-cu maddəsinin 5-ci bəndinin üçüncü abzasından və 137-ci maddəsinin 3-cü bəndinin ikinci abzasından ", daxili xidmət general-leytenantı", 9-cu maddəsinin 5-ci bəndinin dördüncü abzasından və 137-ci maddəsinin 3-cü bəndinin üçüncü abzasından ", daxili xidmət general-polkovniki" sözləri və 57-ci maddəsinin 1-ci bəndindən ", daxili xidmət kiçik leytenantına" sözləri çıxarılmışdır.
2 23 oktyabr 2007-ci il tarixli 465-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1081) ilə 2-ci maddəsinin ikinci abzasında “həyata keçirilməsinə” sözlərindən sonra “və dövlət qulluğunun digər prinsiplərinə” sözləri əlavə edilmişdir.
1 fevral 2008-ci il tarixli 538-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 155) ilə 2-ci maddənin ikinci abzasında "həyata keçirilməsinə" sözlərindən sonra ", dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə" sözləri əlavə edilmişdir.
28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 399) ilə Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 2-ci maddənin ikinci hissəsində “girmək” sözü “qəbul edilmək” sözləri ilə əvəz edilmişdir.
3 2 oktyabr 2008-ci il tarixli 689-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 oktyabr 2008-ci il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 882) ilə yeni məzmunda 10-1-ci maddə əlavə edilmişdir.
4 28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 399) ilə Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 11-ci maddənin birinci hissəsində “dövlət dilini” sözlərindən sonra “sərbəst” sözü əlavə edilmişdir.
5 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 11-ci maddənin ikinci hissəsində “xxxx təhsilli” sözləri “xxx xxxx təhsilli” sözləri ilə, üçüncü və dördüncü hissələrində “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.
6 19 aprel 2013-cü il tarixli 613-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 may 2013-cü il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 462) ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 11-ci maddəsinə beşinci hissə əlavə edilmişdir.
7 21 dekabr 2010-cu il tarixli 32-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2010-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1057) ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 14-cü maddəsinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
8 28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 399) ilə Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 16-cı maddənin birinci cümləsində “söhbətdən” sözü “müsahibədən” sözü ilə əvəz edilmişdir.
9 3 sentyabr 2004-cü il tarixli 730–IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 760) ilə 19-cu maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
19. Daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə yalnız xxxx və xxxx
təhsili şəxslər qəbul edilirlər.
21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 19-cu maddənin birinci cümləsində “xxxx və xxxx ixtisas” sözləri “xxx xxxx və xxxx ixtisas” sözləri ilə əvəz edilmişdir.
10 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 20-ci
maddənin birinci hissəsində “xüsusi xxxx ixtisas” sözləri “xüsusi təyinatlı və digər təhsil müəssisələrini bitirən xxxx ixtisas” sözləri ilə əvəz edilmişdir.
11 30 sentyabr 2015-ci il tarixli 1324-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 noyabr 2015-ci il, № 242) ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 24-cü maddəsində “uçotdan” sözü “qeydiyyatdan” sözü ilə əvəz edilsin və həmin maddəyə “qeydiyyata” sözündən əvvəl “xüsusi” sözü əlavə edilmişdir.
12 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 26-cı maddədə “ali və xüsusi xxxx ixtisas təhsilli” sözləri “xüsusi təyinatlı təhsil” sözü ilə əvəz edilmişdir.
13 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 27-ci maddədə “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.
14 5 mart 2010-cu il tarixli 969-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 aprel 2010-cu il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 273) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 35-ci maddəsi çıxarılmışdır.
15 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, №38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 43-cü maddənin ikinci hissəsində “daxili təhsil” sözləri “xüsusi təyinatlı və digər aidiyyəti təhsil” sözü ilə əvəz edilmişdir.
16 1 fevral 2008-ci il tarixli 538-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 155) ilə 44-cü maddəyə ikinci hissə əlavə edilmişdir.
17 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 56-cı maddənin ikinci hissəsində “xüsusi xxxx təhsil” sözləri “xüsusi təyinatlı və digər xxxx ixtisas təhsili” sözləri ilə əvəz edilmişdir.
18 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 57-ci maddənin 3-cü bəndində “xxxx təhsil müəssisələrinin” sözləri “xxxx ixtisas təhsili müəssisələrinin və digər ali təhsil müəssisələrinin” sözləri ilə əvəz edilmişdir.
19 16 iyun 2007-ci il tarixli 389-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 756) ilə 73-cü maddəsinin ikinci
hissəsinin birinci cümləsində “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilmişdir.
1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 171) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 73-cü maddəsinin ikinci hissəsinin birinci cümləsində “istirahət və iş günü hesab edilməyən bayram günlərində” sözləri “istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə” sözləri ilə əvəz edilmişdir.
20 16 dekabr 2008-ci il 743-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 15 fevral 2009-cu il, № 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il,
№02, maddə 48) ilə 83-cü maddənin üçüncü hissəsində "yaralanma, kontuziya" sözləri "xəsarət
(yaralanma, travma, kontuziya)" sözləri ilə əvəz edilmişdir.
21 30 dekabr 2010-cu il tarixli 40-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar 2011-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 1, maddə 13) ilə yeni məzmunda 87-1-ci maddə əlavə edilmişdir.
22 3 sentyabr 2004-cü il tarixli 730–IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 760) ilə 88-ci maddəyə ikinci hissə əlavə edilmişdir.
19 oktyabr 2007-ci il tarixli 457-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1073) ilə 88-ci maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Məzuniyyətini istifadə etmədən daxili işlər orqanlarından xaric edilən əməkdaşlara məzuniyyət əvəzinə pul ödənişi verilməsi halları istisna olmaqla, xidmətdə xxxx əməkdaşlara məzuniyyətlərin əvəzinə pul ödənişlərinin verilməsi qadağandır.
23 1 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-cü il, № 10, maddə 872) ilə 92-ci maddədə "həyat və sağlamlığı" sözlərindən sonra "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq" sözləri əlavə edilmişdir.
24 16 dekabr 2008-ci il tarixli 743-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 15 fevral 2009-cu il, № 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 48) ilə 93-cü maddədə "həlak olmuş, bədən xəsarəti" sözləri "həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya)" sözləri ilə əvəz edilmişdir.
25 3 sentyabr 2004-cü il tarixli 730–IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 760) ilə 97-ci maddəyə ikinci hissə əlavə edilmişdir.
26 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 101-ci maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
101. Şəxsi nəqliyyat vasitəsini xidməti məqsədlər üçün istifadə edən daxili işlər orqanları əməkdaşlarına nəqliyyat vasitəsinin istismarı üçün dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi qaydada kompensasiya verilir.
27 19 oktyabr 2007-ci il tarixli 457-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1073) ilə 104-cü maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Daxili işlər orqanları əməkdaşlarına kirayə götürdükləri mənzil sahələrindən istifadə üçün çəkdikləri xərclərə görə respublika daxilində ezamiyyə zamanı yaşayış xərci üçün nəzərdə tutulan məbləğ həcmində ödənişlər verilir.
28 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 106-cı maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
106. Müvafiq icra hakimiyyəti orqanları daxili işlər orqanları əməkdaşlarının uşaqlarını məktəbəqədər uşaq müəssisələrində, sağlamlıq düşərgələrində imtiyazlı ödəniş şərti ilə yerlərlə təmin edirlər.
29 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 107-ci maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
107. Daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququ vardır.
30 10 oktyabr 2006-cı il tarixli 159-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 927) ilə aşağıdakı məzmunda 114-1- ci maddə əlavə edilmişdir.
31 29 mart 2005-ci il tarixli 869-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 280) ilə 129-cu maddəyə ikinci cümlə əlavə edilmişdir.
32 03 aprel 2015-ci il tarixli 1242-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 05 may 2015-ci il, № 095, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 489) ilə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 8-ci bəndində “vətəndaşlığından çıxdıqda” sözləri “vətəndaşlığına xitam verildikdə” sözləri ilə əvəz edilmişdir.
33 1 sentyabr 2005-ci il tarixli 977-IIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 871) ilə 144-cü maddədə "25 il" sözləri "20 təqvim ili" sözləri ilə əvəz edilmiş və mötərizədə verilmiş "imtiyazlı hesablama ilə" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
144. Xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 25 il və daha xxx xidmət etmiş əməkdaşlar malikdirlər (imtiyazlı hesablama ilə).
34 1 sentyabr 2005-ci il tarixli 977-IIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 871) ilə 147-ci maddədə "25 il" sözləri "20 təqvim ili" sözləri ilə əvəz edilmiş və mötərizədə verilmiş "o cümlədən imtiyazlı hesablama ilə" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
147. Pensiya almaq hüququ ilə xaric edilən, 25 il və daha xxx (o cümlədən imtiyazlı hesablama ilə) xidmət müddəti xxxx daxili işlər orqanları əməkdaşlarının, onların həyat yoldaşlarının və onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmamış uşaqlarının Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində pulsuz tibbi yardım təminatı, həmçinin sanatoriyalarında, istirahət
evlərində, pansionatlarında və turist bazalarında haqqı ödənilməklə müalicə olunmaq və istirahət etmək hüquqları saxlanılır.