İstifadəçi Razılaşması
İstifadəçi Razılaşması
Aşağıda qeyd edilən və bu platformanın bütün istifadəçiləri üçün məcburi xxxx şərtləri diqqətlə oxumağınız xahiş olunur. Nəzərə alın ki, bu platformadan istifadə edərkən Razılaşmada qeyd olunmuş şərtləri əvvəlcədən qəbul etmiş olursunuz.
Bu onlayn satış platforması yalnız sizin şəxsi istifadəniz üçün təqdim olunur və Razılaşmada qeyd edilmiş hallardan başqa “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti üçün hər hansı bir qanuni və ya müqavilə öhdəliyi yaratmır.
Hüquqi və maliyyə vəziyyətlərinin platforma vasitəsilə təklif edilən xidmətlərdən istifadə etməyə uyğun olub-olmadığını əvvəlcədən müəyyən etmək istifadəçilərin öz vəzifəsidir. Belə ki, platformaya daxil olmağa və onun vasitəsilə təklif edilən xidmətlərdən istifadəyə müəyyən şəxslər və ya müəyyən ölkələr üçün məhdudiyyətlər tətbiq edilə bilər. Şəxsə vətəndaşı olduğu ölkənin qanunları və ya başqa bir ölkənin tabe olduğu qanunları ilə təklif edilən xidmətlərdən istifadə qadağan olunduğu təqdirdə “PAŞA Sığorta” ASC belə şəxslərə xidmət göstərməyəcəkdir.
İstifadə edilən anlayışlar:
• Platforma – xxxxx://xxxxx.xxxxx-xxxxxxxxx.xx/
• PAŞA Sığorta – sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs
• İstifadəçi – Razılaşmanın şərtlərini qəbul edərək platformada təklif edilən xidmətlərdən istifadə hüququ əldə edəcək bütün fiziki və hüquqi şəxslər
• “PAŞA Sığorta”, “biz”, “bizim” – “PAŞA Sığorta” ASC
• “Siz”, “sizin” – platformadan istifadə hüququ əldə edən şəxs
• Tərəflər – “PAŞA Sığorta” və “İstifadəçi”
• Razılaşma – hazırkı “İstifadəçi Razılaşması”
• Xidmət – plaforma vasitəsilə XXXX Sığorta tərəfindən İstifadəçiyə təklif edilən xidmətlər
• Şəxsi data – özündə fərdi və sığorta sirrini əks etdirən məlumatlar
1. ÜMUMİ MƏLUMAT
Bu Razılaşma İstifadəçinin aşağıda qeyd edilmiş hərəkətləri etməklə bağlı şərtləri müəyyən edir:
• Platformaya daxil olmaq
• Təklif edilən xidmətlərdən istifadə etmək
2. İSTİFADƏ
İstifadəçi platformaya daxil olduqdan sonra müvafiq bölmələrə keçid edərək tələb olunan məlumatları daxil edir. Həmin məlumatların gizliliyi ilə əlaqədar bütün məsuliyyət İstifadəçiyə aiddir.
3. XİDMƏT HAQQI VƏ ÖDƏNİŞLƏR Platformadan istifadə ödənişsizdir.
Telekommunikasiya şəbəkəsindən istifadə ilə əlaqədar xxxxxxx Xxxxxxxxxx tərəfindən öz provayderinin müəyyən etdiyi qaydada ödənilir.
Telekommunikasiya xidmətini təmin edən provayderin tələb etdiyi xərcləri ödəmək İstifadəçinin öhdəliyidir.
PAŞA Sığorta platformaya çıxışı qeyri-mümkün edən qurğunun nasazlığı, internet rabitəsinin olmaması və ya uyğunsuzluğu və digər səbəblər nəticəsində yarana biləcək zərərə/ziyana görə məsuliyyət daşımır.
4. ŞƏXSİ DATALAR VƏ İCAZƏLƏR
İstifadəçi platformadan istifadə etdiyi zaman PAŞA Sığortanın veb serveri avtomatik olaraq aşağıdakı məlumatları qeyd edir:
• IP ünvanı
• Platformaya yönləndirən veb sayt
• İstifadə olunan brauzer proqramının növü
• Platformanın istifadə edilən bölmələri
• Platformadan istifadənin tarixi və müddəti
Bundan başqa müxtəlif şəxsi datalar da toplanıb emal ediləcək:
• Soyad, ad və ata adı
• Xxxx
• Xxxxx
• Xxxxx məlumatları
• Şirkət adı, biznes və ya peşə
Buradan əldə edilən şəxsi datalar aşağıda qeyd edilən, xxxxx bunlarla məhdudlaşmayan məqsədlər üçün istifadə edilə bilər:
• Sığorta müqaviləsinin tənzimlənməsi (məsələn, istinad etmək, anderraytinq, sığorta iddialarına baxılması)
• Bazar araşdırması və ya analitik təhlil məqsədləri
• PAŞA Sığortanın öz proseslərini, xidmətlərini və məhsullarını yaxşılaşdırması
• PAŞA Sığortanın tədbirləri, xidmətləri, məhsulları və yenilikləri barədə məlumat verməsi
• Fırıldaqçılıq, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması və aşkarlanması
• Hər xxxxx xxxxxx öhdəliklərə (məsələn, vergi, maliyyə və inzibati öhdəliklər) riayət etmək
Müvafiq qanun və qaydaların İstifadəçinin açıq razılığının alınmasını tələb etmədiyi hallar istisna olmaqla şəxsi datalar İstifadəçinin açıq razılığıyla istifadə ediləcək.
Xüsusi hallarda şəxsi datalar paylaşıla bilər:
Hər hansı bir qanuni öhdəliyi yerinə yetirmək üçün, o cümlədən İstifadəçiyə təqdim edilən sığorta məhsulu və ya xidmətdən şikayət edildiyi təqdirdə müvafiq nəzarətedici orqanla.
Şəxsi datalar qanunvericiliklə icazə verildiyi təqdirdə sığorta münasibətlərinin bitdiyi tarixdən 5 (beş) il ərzində saxlanıla bilər.
İstifadəçi razılıq verir və qəbul edir ki, ona daha geniş istiqamətdə xidmət göstərmək üçün PAŞA Sığorta İstifadəçi barədə məlumatları ona heç bir zərər vurmamaq, habelə yayılmaması üçün məsuliyyət daşımaqla müxtəlif informasiya ehtiyatlarından əldə edə, habelə İstifadəçinin hər hansı məlumatlarını və sığorta sirri təşkil edən məlumatlarını öz işçilərinə, nümayəndələrinə, ona hüquqi və digər xidmət göstərən şəxslərə, özünə aidiyyəti xxxx şəxslərə, sığorta fəaliyyətini həyata keçirərkən ondan tələb edən dövlət orqanlarına, maliyyə bazarlarına nəzarəti həyata keçirən orqanlara ölkədaxili və ya transsərhəd qaydada ötürə bilər və bu məlumatların ötürülməsi üçün İstifadəçinin əlavə yazılı razılığı tələb olunmayacaq. Bu halda XXXX Sığorta məlumatı ötürdüyü şəxslərin həmin məlumatları məxfi saxlamağına dair İstifadəçi qarşısında məsuliyyət daşıyır.
İstifadəçi “ASAN Finans” sistemi vasitəsi ilə şəxsiyyət vəsiqəsi və iş yeri üzrə müəyyən olunan məlumatların PAŞA Sığortaya təqdim olunmasına razılıq verir.
Sığorta şirkəti olaraq sizə daha yaxşı xidmət göstərə bilmək üçün qurğunuzun müxtəlif funksiyalarına (kamera, mikrofon, lokasiya, kənar yaddaş, bildirişlər və s.) giriş icazəsi tələb edə bilərik.
Mobil tətbiqetmədən istifadəni rahatlaşdırmaq məqsədi ilə sizə aid üz quruluşu, barmaq izi və digər fərdi biometrik məlumatlarınızdan istifadə imkanı təklif edə bilərik.
5. RAZILAŞMANIN QÜVVƏDƏ OLMA MÜDDƏTİ
Bu Razılaşmada müəyyən edilmiş müddəalar platformanın İstifadəçi tərəfindən ilk dəfə istifadə edildiyi andan başlayaraq platformadan istifadəni tam dayandırdığı anadək onun üçün məcburidir.
Bu Razılaşmanın hər hansı bəndi qismən və ya bütünlüklə etibarsız, yaxud qanunvericiliyə zidd hesab edildikdə bu, Razılaşmanın digər bəndlərinin etibarsızlığına səbəb olmayacaq.
6. ƏQLİ MÜLKİYYƏT VƏ MÜƏLLİF HÜQUQLARI
Bütün elementləri ilə birlikdə xxxxx xxx sistem xxxx bu platformadakı səhifələr, məlumatlar, dizayn, markalar, loqolar və digər elementlər PAŞA Sığortaya məxsusdur və onun icazəsi olmadan hər hansı əməliyyatla və ya hər hansı digər vasitə ilə həmin elementlərin qismən və ya tamamilə çoxaldılması, yeniden emal edilməsi qadağandır və müəllif hüquqlarının pozulmasına səbəb olur.
İstifadəçinin aşağıdakıları vəzifələri var:
• Platformanın tam və ya qismən surətini çıxartmamaq və ya çoxaltmamaq
• Platforma və ya onun hər hansı hissəsinə dəyişiklik, modifikasiya etməmək və ya uyğunlaşdırmamaq
• Platforma daxilində xxxx və ya ona aid xxxx hər hansı müəllif hüququ barədə bildirişi çıxartmamaq və ya müdaxilə etməmək (bütün sahiblik hüququ PAŞA Sığortaya məxsusdur)
• Platformanın əks layihələndirilməsini həyata keçirməmək
7. ZƏMANƏT
PAŞA Sığorta platformada əks olunan məlumatların mütəmadi olaraq yenilənməsinə səy göstərəcək. Xxxxx XXXX Sığorta İstifadəçi tərəfindən platformaya daxil edilən məlumatların doğruluğu və tamlığına dair hər hansı zəmanət vermir.
İstifadəçi qeyri-qanuni, alçaldıcı, nalayiq və ya təhdidedici məqsədlər üçün platformadan istifadə edə bilməz.
İstifadəçi mövcud olduğu halda platforma və qurğu üçün hər hansı təhlükəsizlik əlavəsinin quraşdırılmasına razılıq verir.
8. MƏSULİYYƏT
İstifadəçi öz hərəkət və ya hərəkətsizliyinin və bunların nəticələrinin məsuliyyətini bütövlükdə öz üzərinə götürür. XXXX Sığorta İstifadəçinin hərəkət və ya hərəkətsizliyinə və bunların nəticələrinə görə məsuliyyət daşıya bilməz.
PAŞA Sığorta öz qəsdi və ya kobud səhvindən yaranan birbaşa zərərlər/ziyanlar istisna olmaqla platformandan istifadə nəticəsində meydana gələ biləcək birbaşa və ya dolayı zərərə/ziyana görə heç bir halda məsuliyyət daşımır.
İstifadəçi platformadakı məlumat və kontentlərin yanlış və ya xətalı olmasından qaynaqlanan zərərə/ziyana görə XXXX Sığortanın məsuliyyət daşımadığını qəbul və bəyan edir.
İstifadəçi platformadan istifadə edərkən, məhsul və ya xidmətdən faydalanakən, hər hansı əməliyyat apararkən bu Razılaşmaya və qanunvericiliyə uyğun hərəkət edəcəyini, əks təqdirdə yarana biləcək birbaşa və ya dolayı hər cür zərərə/ziyana görə məsuliyyət daşıdığını, belə xxxx
xxxxx XXXX Sığorta üçün yarana biləcək hər cür zərəri/ziyanı dərhal kompensasiya edəcəyini qəbul və bəyan edir.
XXXX Sığorta heç bir halda İstifadəçinin qurğusuna və ya platformadan istifadəsinə edilmiş kiber hücum, müdaxilə və ya digər icazəsiz giriş nəticəsində vurulmuş istənilən zərər, ziyan, itki və ya xəsarətə görə məsuliyyət daşımır.
İstifadəçi aşağıdakılardan irəli gələn bütün iddialar, zərərlər/ziyanlar və xərclər üçün məsuliyyət daşıyır:
• İstifadəçinin xxxxxxxxxxxx xxxxxxxxxx
• XXXX Sığortanın İstifadəçinin təqdim etdiyi məlumatlara etibar etməsi
• İstifadəçi tərəfindən bu Razılaşmanın, istənilən hüquqi və fiziki şəxsin əqli mülkiyyət və ya digər hüququnun pozulması
9. DƏYİŞİKLİK
PAŞA Sığorta bu Razılaşmanın mətnində və platformada dəyişiklik etmək, əlavə etmək, platformadan istifadəni məhdudlaşdırmaq, müvəqqəti və ya həmişəlik dayandırmaq hüququna malikdir.
XXXX Sığorta bu Razılaşmanın müddəalarına dəyişiklik və ya əlavə etdikdə platforma daxilində bildiriş vasitəsilə sizə məlumat verəcəkdir. Əgər İstifadəçi müvafiq bildirişdən sonra platformadan istifadə etməyə davam etsə, bu zaman XXXX Sığorta hesab edir ki, İstifadəçi dəyişikliyi və ya əlavəni qəbul etmişdir və müvafiq dəyişiklik və ya əlavə avtomatik olaraq qüvvəyə minəcəkdir.
PAŞA Sığorta eyni zamanda kukilər və oxşar texnologiyalar ilə əlaqəli bölmə daxil olmaqla Məxfilik Siyasətinə dəyişiklik və əlavələr edə bilər. Növbəti dəfə platformaya daxil olduqda bildiriş vasitəsilə diqqətə çatdırılacaqdır.
10. XİTAM VERMƏ
XXXX Sığorta aşağıdakı hallardan biri və ya bir neçəsi olduqda dərhal bu Razılaşmaya xitam verə bilər:
• Əgər İstifadəçi bu Razılaşmanın müddəalarını ciddi şəkildə və ya ardıcıl olaraq pozarsa və ya PAŞA Sığortanın aşağıdakıların biri və ya bir neçəsi barədə şübhəsi olarsa:
⮚ İstifadəçi dələduzluq etmiş və ya dələduz kimi fəaliyyət göstərə bilər
⮚ İstifadəçinin platformaya daxil olmaq hüququ yoxdur və ya bu platformaya daxil olmaq və istifadə etmək hüququ dəyişmişdir
⮚ İstifadəçi çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində tələbləri yerinə yetirməmişdir
⮚ İstifadəçi xidmət və ya pullardan qeyri-qanuni olaraq istifadə edir və ya əldə edir və ya başqa şəxsin onlardan istifadə etməsi və ya əldə etməsinə imkan yaradır
x XXXX Sığorta ya bu Razılaşmanın icrasını davam etdirərək bunun qüvvədə xxxx qanun, qayda, məhkəmə qərarının pozulması riski daşıdığını və ya XXXX Sığortaya istənilən hökumət, tənzimləyici və ya hüquq mühafizə orqanı tərəfindən tədbir və ya qadağa tətbiq edildiyini hesab edir
⮚ İstifadəçi platformanın istifadə oluna biləcəyi istənilən məhsul və ya xidmətin şərtlərini pozur
XXXX Sığorta bu Razılaşmaya xitam verdiyi barədə sizə bildiriş verəcəkdir. Bura SMS vasitəsilə, e-mail vasitəsilə, platformaya daxil xxxx xxxxx mesaj və digər şəkildə bildiriş daxil edilə bilər.
XXXX Sığorta əvvəlcədən bildiriş verərək hər hansı digər səbəbdən də bu Razılaşmaya xitam verə bilər.
İstifadəçi platformadan istifadəni dayandıraraq istənilən zaman bu Razılaşmaya xitam verə bilər.
11. KUKİLƏR
Platforma təhlükəsizliyə yardım göstərmək, bizim sistemlərimizə qoşulmanı təmin etmək, bizim platformanın necə istifadə olunmasını müşahidə etməyimizə imkan yaratmaq və sizin üstünlüklərinizi saxlamaq (məsələn, daxil olma məlumatlarının yadda saxlanılması) üçün proqram təminatı vasitələrini (bunlar “kukilər” adlanır) sizin qurğuda saxlayır.
Bu platformaya daxil olaraq və istifadə edərək xxx XXXX Sığortanın məlumatları müəyyən edildiyi kimi sizin qurğunuzda saxlaması və daxil olmasına razılıq verirsiniz.
12. TƏTBİQ EDİLƏN HÜQUQ
Bu Razılaşma Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq şərh edilir və Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələrinin müstəsna səlahiyyətlərinə tabedir.
13. İMZALANMA
Bu İstifadəçi Razılaşması və onun çərçivəsində bağlanan əqdlər mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan (klik edilmə, müvafiq xananın seçilməsi, SMS və s), habelə elektron sənəd mübadiləsi üsulundan istifadə edilməklə imzalana/təsdiqlənə bilər. Bu qaydada imzalanmış/təsdiqlənmiş əqd əl imzası ilə imzalanmış əqdə bərabər tutulur.
Platforma vasitəsi ilə əməliyyatların aparılması zamanı yuxarıdakı qaydada təsdiqlənmiş elektron sənədlər İstifadəçinin kağız daşıyıcıda xxxx əl imzası ilə təsdiqlənmiş sənədləri ilə eyni hüquqi qüvvəyə malikdir.