S A Z İ Ş
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Moldova Respublikasının Milli Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında
S A Z İ Ş
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Moldova Respublikası Milli Statistika Bürosu, statistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsində, məlumatların mübadiləsinin genişləndirilməsi və iki dövlət arasında iqtisadi əlaqələrin əks
etdirilməsində qarşılıqlı surətdə maraqlı olaraq aşağıdakılar barədə razılığa gəlmişlər:
Maddə 1
Məlumatların konfidensiallığını və dövlət sirrini əks etdirən informasiyaların qorunmasını təmin etməklə, göstəricilərin müqayisəliliyini təmin etməyə imkan verəcək hər iki dövlətin sosial-iqtisadi vəziyyətini əks etdirən statistik məlumatların qarşılıqlı mübadiləsi üzrə statistika sahəsində qarşılıqlı əlaqələri və əməkdaşlığı inkişaf etdirmək.
Maddə 2
Tərəflər statistika sahəsində əməkdaşlığı aşağıdakı vasitələrlə həyata keçirəcəklər:
- dövlətin sosial-iqtisadi, demoqrafik, ekoloji vəziyyətini əks etdirən statistik nəşrlərin və çap məhsullarının mübadiləsi;
- statistik müşahidələrin (o cümlədən siyahıyaalmaların və müayinələrin) həyata keçirilməsi, statistik göstəricilər sisteminin yaradılması və istifadə edilməsi üzrə statistik materialların və işləmələrin mübadiləsi;
- seminarların və müşavirələrin keçirilməsi, həmçinin digər Tərəfin iş təcrübələrinin öyrənilməsi üçün mütəxəssislərin qarşılıqlı səfərlərin təşkil edilməsi;
- beynəlxalq statistika və iqtisadi təşkilatlar tərəfindən keçirilən tədbirlərdə iştirak məsələləri üzrə birgə fəaliyyət.
Maddə 3
Əməkdaşlıq bu Sazişin ayrılmaz hissəsi hesab olunan qarşılıqlı razılıq əsasında işlənib hazırlanmış və hər iki statistika təşkilatının rəhbərləri tərəfindən 2 illik dövr üçün təsdiq olunmuş tədbirlər planı əsasında həyata keçiriləcəkdir.
Maddə 4
Əməkdaşlığın əlaqələndirilməsi hər iki Tərəfdən təyin olunmuş vəzifəli cavabdeh şəxslər tərəfindən həyata keçirilir.
Maddə 5
Əməkdaşlıq prosesində bir tərəfdən alınmış informasiya yalnız bu informasiaynı təqdim edən Tərəfin yazılı razılığı əsasında üçünçü tərəfə verilə bilər. Əməkdaşlıq prosesində alınan infomasiya Tərəflərin mənafelərinin ziyanına istifadə edilə bilməz.
Maddə 6
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə onun ayrılmaz hissəsi xxxx, Sazişin 7-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən və ayrıca Protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.
Maddə 7
Bu Saziş, onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır. Onun tətbiqi Tərəflərdən birinin Sazişin tətbiqini dayandırmaq təşəbbüsündə olduğu barədə digər
Tərəfə göndərdiyi yazılı bildiriş vasitəsilə dayandırıla bilər. Xxxxx belə bildiriş alındıqdan 6 ay sonra qüvvəsini itirir.
Bu Saziş, Bakı şəhərində “22” fevral 2007-ci il tarixində, iki əsl nüsxədə,hər biri Azərbaycan, moldav və rus dillərində imzalanmışdır, bütün mətnlər autentikdir.
Bu Sazişin təfsiri ilə bağlı fikir ayrılığı yarandığı təqdirdə, rus dilində xxxx mətndən istifadə edilir.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi adından | Moldova Respublikasının Milli Statistika Bürosu adından |