Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldova Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldova Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi
arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Moldova Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi (bundan sonra - Tərəflər adlandırılacaq)
- Azərbaycan Respublikası və Moldova Respublikası arasında mövcud əməkdaşlıq potensialına istinad edərək,
- iki ölkə arasında əmək, məşğulluq, əhalinin sosial müdafiəsi sahələrində fəal əlaqələr yaratmaq və inkişaf etdirmək niyyətlərini ifadə edərək,
- bu Memorandumun məqsədinin qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı ikitərəfli əməkdaşlığın qurulmasına dair qarşılıqlı niyyətə əsaslandığını vurğulayaraq,
- Tərəflərin qabaqcıl təcrübələrini paylaşmaqla, qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərini birləşdirməyə dair qətiyyətlərini təsdiq edərək,
aşağıdakılar barədə razılaşdılar:
Maddə 1
Tərəflər öz səlahiyyətləri çərçivəsində və dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq aşağıdakı əsas sahələr üzrə birgə təşəbbüsləri həyata keçirərək əməkdaşlıq edirlər:
1. əmək, məşğulluq, əhalinin sosial müdafiəsi sahələrində müvafiq qanunvericiliyin təkmilləşdirilməsi;
2. işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dair nəzarət işinin təşkili və təkmilləşdirilməsi;
3. iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi üçün preventiv tədbirlərin həyata keçirilməsi;
4. iş yerlərində təhlükəsizlik və risklərin qiymətləndirilməsi;
5. işsiz, işaxtaran şəxslər və sosial baxımdan həssas əhali qruplarının məşğulluq imkanlarının genişləndirilməsinə yönəlmiş aktiv əmək bazarı siyasətlərinin hazırlanması, o cümlədən gənclərin məşğulluğunun artırılması;
6. əmək bazarının tələbatlarına uyğun işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığı;
7. işəgötürənlər tərəfindən əməkçi miqrantların hüquqlarının təmin edilməsinə nəzarət;
8. işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması, peşə və kvalifikasiya standartlarının hazırlanması və tətbiqi;
9. əlilliyi xxxx şəxslərin tibbi, sosial və məşğulluq problemlərinin həlli ilə bağlı məsələlər, əlilliyin qiymətləndirilməsi sistemi, əlilliyi xxxx şəxslər üçün xüsusi peşə hazırlığı və peşə yönümü proqramlarının hazırlanması və tətbiqi daxil olmaqla əlilliyi xxxx şəxslərin sosial inklüzivliyi siyasətinin təkmilləşdirilməsi;
10. ölkə üzrə əhalinin bütün sosial baxımdan həssas əhali qrupları üçün sosial xidmətlərin təşkili və şəbəkəsinin genişləndirilməsi, fiziki və hüquqi şəxslər tərəfindən sosial xidmətlərin göstərilməsi;
11. uşaqların və uşaqlı ailələrin sosial müdafiəsi;
12. tərəflərin səlahiyyətləri çərçivəsində müəyyənləşdirilmiş istənilən digər sahə.
Maddə 2
1. Tərəflər onların fəaliyyət sahələrinə aid xxxx qanunvericilik və aidiyyəti normativ sənədlərin, həmçinin informasiya-analitik materialların və tədqiqatların nəticələrinin mübadilə edirlər;
2. Tərəflər rəhbərlik və mütəxəssis səviyyəsində səfərlər təşkil etməklə təcrübə mübadiləsi aparırlar;
3. Tərəflər beynəlxalq təşkilatların iştirakı ilə proqram və layihələri həyata keçirirlər;
4. Tərəflər öz səlahiyyətləri daxilində müəyyən edilmiş hər hansı digər əməkdaşlıq formasından istifadə edirlər.
Maddə 3
1. Bu Memorandumun həyata keçirilməsi ilə bağlı tələb olunan vəsait Tərəflərin müvafiq il üçün ayrılmış büdcə təxsisatları daxilində və müvafiq milli qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.
2. Bu Memorandum çərçivəsində nümayəndə heyətlərinin və ekspertlərin səfərləri ilə bağlı xərclər göndərən Tərəf tərəfindən və milli qanunvericiliyin müddəalarına uyğun olaraq ödənilir.
Maddə 4
Bu Memorandumun icrasının əlaqələndirilməsi üzrə Tərəflərin cavabdeh struktur vahidləri aşağıdakılardır:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
– Beynəlxalq əlaqələr şöbəsi;
2. Moldova Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən – Sosial dialoq, layihələrinin icrası və xarici əlaqələr sektoru.
Maddə 5
Bu Memoranduma Tərəflərin qarşılıqlı yazılı razılığı ilə onun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında dəyişikliklər edilə bilər.
Maddə 6
Bu Memorandum hüquqi məcburetmə qüvvəsi xxxx beynəlxalq müqavilə hesab edilmir. O, Tərəflər arasında əməkdaşlığın ümumi prinsiplərini müəyyən edir və onlara heç bir hüquqi öhdəliklər yaratmır.
Maddə 7
Bu Memorandumun təfsiri və ya tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 8
Bu Memorandum imzalandığı gündən qüvvəyə minir.
Bu Memorandum beş (5) il müddətinə bağlanır və Tərəflərdən biri onun müddətinin bitməsinə ən azı altı (6) ay qalmış onu ləğv etmək niyyəti barədə digər Tərəfə yazılı bildiriş göndərmədiyi təqdirdə, avtomatik olaraq növbəti beş (5) illik müddətlərə uzadılır.
Bu Memorandum Bakı şəhərində 18 oktyabr 2022-ci il tarixində Azərbaycan, rumın və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Memorandumun təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətn üstünlük təşkil edir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adından | Moldova Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi adından |