HÜQUQİ ŞƏXSLƏRƏ TƏQDİM EDİLƏN AVTONƏQLİYYAT VASİTƏLƏRİNİN (KASKO) SIĞORTASI QAYDALARI
HÜQUQİ ŞƏXSLƏRƏ TƏQDİM EDİLƏN AVTONƏQLİYYAT VASİTƏLƏRİNİN (XXXXX) SIĞORTASI QAYDALARI
2018
MÜNDƏRİCAT
3. SIĞORTA OBYEKTİ 4
6. GENİŞLƏNDİRİLMİŞ SIĞORTA TƏMİNATI 5
13. XXXXXX DƏRƏCƏSİNİN DƏYİŞMƏSİ 8
15. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMASI ZAMANI SIĞORTA MÜQAVİLƏSİNƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ 9
16. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ 9
17. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ 10
18. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 10
19. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏ SIĞORTA OLUNANIN VƏZİFƏLƏRİ 11
21. SIĞORTA ÖDƏNİŞİNƏ DAİR ƏLAVƏ TƏLƏBLƏR 13
22. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ 14
23. ÖDƏNİŞDƏN İMTİNАNIN ƏSASLARI 14
24. AVTONƏQLİYYAT VASİTƏSİNİN ŞÜŞƏ HİSSƏLƏRİNƏ DƏYƏN ZƏRƏR 15
27. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI 16
28. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI 16
“Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinin hüquqi şəxlərə təqdim olunan avtonəqliyyat vasitələrinin (xxxxx) sığortası üzrə tarif dərəcələrinin əsaslandırması 17
ÜMUMİ ANLAYIŞLAR
Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığorta olunan - sığorta müqaviləsi əsasında avtomobil ilə, o cümlədən avtomobili idarə etməsi ilə bağlı risklərlə əlaqədar əmlak mənafeləri sığortalanan hüquqi şəxs;
Sığortalı – sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;
Sığortaçı – sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
Faydalanan şəxs(lər) – sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli xxxx şəxs;
Aktuari –qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;
Sığorta hadisəsi –qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən gözlənilməz hadisə və ya yaranan hal;
Sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
Sığorta tələbi – sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Sığorta obyekti – sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmlak;
Sığorta marağı – Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir;
Sığorta haqqı –risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin vəya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;
Sığorta tarifi - sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
Sığortanın müddəti – sığorta risklərinin sığortalanmış hesab olunduğu müddət;
Azadolma məbləği –Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin vəya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur;
Əhəmiyyətli hallar – Sığortaçının müqavilədən imtina etmək vəya onun şərtlərinin müəyyənləşdirilməsi qərarına təsir göstərə bilən hallar əhəmiyyətli sayılır;
Sığortanın ərazisi – sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları;
Xüsusi şərtlər – Sığortalı tərəfindən yerinə yetirilməməsi Sığortaçıya ödənişdən imtina etməyə və ya sığorta müqaviləsini ləğv etməyə hüquq verən sığorta müqaviləsinin şərtləri;
1. SIĞORTA SİNFİ
1.1. Sığorta obyektinə görə əmlak sığortasına aid xxxx əmlakın sığortası üzrə aşağıdakı sinif:
1.1.1. Avtomobil nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələrinin sığortası;
2. SIĞORTA PREDMETİ
2.1. Bu Qaydalara əsasən Sığortalının əmlak mənafelərinin aid olduğu avtonəqliyyat vasitəsi Sığortanın predmeti hesab olunur.
3. SIĞORTA OBYEKTİ
3.1. Bu qaydalara əsasən sığorta obyekti, sığorta müqaviləsində göstərilmiş sığorta predmetinə Sığortalının sahibliyi, ondan istifadə etməsi və (və ya) ona sərəncam verməsi ilə bağlı əmlak maraqlarıdır.
4. SIĞORTA MƏBLƏĞİ
4.1. Sığorta məbləği avtonəqliyyat vasitəsinin real bazar qiyməti (sığorta dəyəri) əsasında tərəflər arasında bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.
4.2. Müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir (qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks olunduğu halda).
4.3. Sığorta müqaviləsində göstərilmiş sığorta məbləği sığorta dəyərindən artıq olduqda, sığorta məbləğinin sığorta dəyərindən artıq olduğu hissə üçün müqavilə etibarsızdır.
5. SIĞORTA RİSKLƏRİ
5.1 Sığorta şəhadətnaməsində nəzərdə tutulduğu hallarda, aşağıdakı risklər nəticəsində dəyən ziyan və zərərlərə təminat verilir:
5.1.1. Toqquşma – istər hərəkət halında, istərsə də hərəkətsiz vəziyyətdə xxxx avtonəqliyyat vasitəsinə sığortalı və ya səlahiyyətli sürücüdən asılı olmayaraq gözlənilməz və xarici təsirlər nəticəsində sabit və ya hərəkətli bir cismin toxunması, avtonəqliyyat vasitəsinin belə cisimləri vurması, aşması, düşməsi nəticəsində dəyən zərər və ziyanlar;
5.1.2. Yanğın–alovlanma mənbəyindən asılı olmayaraq maddi ziyan vuran yanma, o cümlədən yüksək temperaturun, yanğın məhsullarının, eləcə də yanğının söndürülməsi üçün istifadə olunmuş su, köpük və digər vasitələrin təsiri, habelə yanğının birbaşa təsiri;
5.1.3. Partlayış – qazların genişlənməyə meylliliyi nəticəsində böyük həcmdə enerjinin qısa müddət ərzində məhdud ölçülü məkandan sürətlə çıxaraq azad olması prosesi;
5.1.4. Oğurlanma - avtonəqliyyat vasitəsinin və ya onun hissələrinin oğurlanması və ya oğurlanmasına təşəbbüs nəticəsində avtonəqliyyat vasitəsinə dəyən zərərlər;
5.1.5. Yol nəqliyyat hadisəsi - yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb xxxx hadisədir. Belə hadisə nəticəsində nəqliyyat vasitəsinə dəyən zərər və ziyanlar;
5.1.6. Üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan – Üçüncü şəxslərin avtonəqliyyat vasitəsinə qəsdən vurduğu ziyan və zərərlər.
6. GENİŞLƏNDİRİLMİŞ SIĞORTA TƏMİNATI
6.1. Aşağıdakı risklər nəticəsində xxxx xxxxx və zərərlərə əlavə sığorta haqqı müqabilində və sığorta şəhadətnaməsində qeyd olunmaqla təminat verilə bilər:
6.1.1. Azərbaycan Respublikasının sərhədlərindən kənarda meydana gələn ziyan və zərərlər;
6.1.2. Tətil, iğtişaş, xalq hərəkatları və bunların qarşısının alınması və ya yatırılması məqsədilə keçirilən inzibati və ya bu kimi hər hansı digər tədbirlər nəticəsində dəyən ziyan və zərərlər;
6.1.3. Hər hansı təbii fəlakətlər nəticəsində dəyən ziyan və zərərlər;
6.1.4. Nəqliyyat vasitəsi hadisə baş verdiyi və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində hər hansı gəlir əldə etmək məqsədilə və ya ictimai nəqliyyat vasitəsi (taksi və ya avtobus) kimi istifadə olunarkən baş verən ziyan və zərərlər;
6.1.5. Avtonəqliyyat vasitəsində müvafiq qaydalara əməl etməklə və daşınmasına qanunla icazə verilən partlayıcı, tez alovlanan və yandırıcı maddələrin daşınması zamanı avtonəqliyyat vasitəsinə dəyən ziyan və zərərlər;
6.1.6. Müsabiqə və ya yarışlarda iştirakı, məşq və ya təlim zamanı avtonəqliyyat vasitəsinə dəyən ziyan və zərərlər;
6.1.7. Sığorta şəhadətnaməsində göstərilən avtonəqliyyat vasitəsinə sonradan quraşdırılmış və həmin avtonəqliyyat vasitəsinin istehsal komplektinə daxil olmayan hər cür səs, telefon, görüntü cihazları və digər aksessuarlara dəyən ziyan və zərərlər;
6.1.8. Əyilmə, dеşilmə, kəsilmə və ya cırılma nəticəsində şinlərin zədələnməsi.
7. ÜMUMİ İSTİSNALAR
7.1. Sığorta şəhadətnaməsində nəzərdə tutulduğu hallarda, aşağıdakı hallar nəticəsində baş verən itki və ziyanlar Sığortaçı tərəfindən ödənilmir:
7.1.1. Müharibə, hər cür hərbi əməliyyatlar, xarici düşmən basqını, vuruşma (müharibə elan edilib- edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, üsyan və bunların qarşısının alınması və yatırılması məqsədilə keçirilən inzibati və hərbi tədbirlər nəticəsində dəyən zərərlər;
7.1.2. Hər hansı nüvə partlayışı radiasiya və radioaktiv çirklənmələr, bununla əlaqədar keçirilən hərbi və inzibati tədbirlər nəticəsində dəyən zərərlər;
7.1.3. Avtonəqliyyat vasitəsinin bazar qiymətinin düşməsi;
7.1.4. Avtonəqliyyat vasitəsinin vəziyyətinin onun sığorta hadisəsindən əvvəlki vəziyyəti ilə müqayisədə yaxşılaşdıran hər hansı təmir və ya dəyişdirilmə;
7.1.5. Əldən çıxmış fayda və ya digər dolayı itkilər;
7.1.6. Əgər itki və ya ziyan sığortalanmış xxxxxx nəticəsində baş vеrməmişdirsə, tədricən baş vеrən xarab olma, ayrılmaz qüsur, gizli çatışmamazlıq, hər hansı növ həşəratlardan və ziyanvеricilərdən dəyən zərər, zibillənmə, çirklənmə, adi köhnəlmə, atmosfеrin rütubətliyi və ya quraqlığı, hərarətin və ya rütubətin dəyişkənliyi, sıx xxxxx, dеformasiya, buxarlanma, çəkinin itirilməsi, aşınma, nəm və ya quru çürümə, rəngin, quruluşun və ya pardaqlamanın dəyişməsi və ya korlanması;
7.1.7. Əgər itki və ya ziyan sığortalanmış xxxxxx nəticəsində baş vеrməmişdirsə, donma, mеxaniki, еlеktrik və ya еlеktronik nasazlıq;
7.1.8. Avtonəqliyyat vasitəsinin və ya ona sahibliyin könüllü vеrilməsi ilə bağlı, bеlə könüllü vеrilmənin dələduzluq, mənimsəmə və ya aldatma niyyətilə qəsdən fakt haqqında yalan təsəvvür yaratmanın nəticəsi olub-olmamasından asılı olmayaraq, Sığortalıya dəyən zərər;
7.1.9. Yazılı və ya şifahi formada olmasından asılı olmayaraq girov, şərtli satış, icarə və ya digər Sığorta şəhadətnaməsi yaxud razılaşma əsasında qanuni şəkildə girov saxlayan, alıcı, icarədar və ya avtonəqliyyat vasitəsi üzərində qanuni sahibliyi həyata kеçirən digər şəxs tərəfindən saxlanılan avtonəqliyyat vasitəsinin qеyri-qanuni satışı, mənimsənilməsi və ya gizlədilməsi;
7.1.10. Sığortalının qəsdən еtdiyi hərəkətləri;
7.1.11. Qanunsuz və ya qərəzli hərəkətlər vasitəsi ilə və ya hər hansı qanunsuz təşkilatın adından və ya onunla birlikdə hərəkət еdən şəxslər tərəfindən törədilən aktların nəticəsində baş vеrən hadisələr. Bu istisnanın məqsədləri üçün:
“qanunsuz təşkilat” tеrrorçuluq fəaliyyəti ilə məşğul xxxx və Sığorta şəhadətnaməsinin ərazisində bütün vaxtlarda qanunla qadağan olunan təşkilatı özündə birləşdirən hər hansı təşkilatı bildirir; “tеrrorçuluq” cəmiyyəti və ya cəmiyyətin hər hansı qrupunu qorxutmaq məqsədi ilə zor tətbiqi daxil olmaqla, siyasi məqsədlərlə zor tətbiqi dеməkdir.
7.1.12. Məcburi, qanunsuz zəbt еtmə halları istisna olmaqla, avtonəqliyyat vasitəsinin toksik, spirtli və narkotik sərxoşluq vəziyyətində xxxx Xxxxxx tərəfindən idarə еdilməsi;
7.1.13. Avtonəqliyyat vasitəsini təlim məqsədilə, yaxud yarışlarda, sürət müsabiqələrində, sürət sınaqlarında, avtomobil rallilərində, icarə üçün, davamlılıq sınaqlarında, həmçinin avtonəqliyyat vasitələrinin istismarı və satışı ilə bağlı hər hansı məqsədlə istifadə еdilməsi;
7.1.14. Avtonəqliyyat vasitəsi sığorta şəhadətnaməsi üzrə səlahiyyəti olmayan sürücü tərəfindən idarə edildikdə;
7.1.15. Həddən artıq yükləmə və ya dartma da daxil olmaqla avtonəqliyyat vasitəsinin onun tеxniki təyinatına uyğun gəlməyən məqsədlərlə istifadə еdilməsi;
7.1.16. Tеxniki yararsızlığı Sığortalıya əvvəlcədən məlum olduğu təqdirdə bеlə vəziyyətdə xxxx avtonəqliyyat vasitəsinin istifadə еdilməsi;
7.1.17. Avtonəqliyyat vasitəsinin hər hansı digər avtonəqliyyat vasitəsini yеdəkləməsi zaman baş vеrən hər hansı zərər, xəsarət və ya yaranan məsuliyyət. Xxxxx, bu sığorta, yеdəyə xxxx və yеdəyə
alınan avtonəqliyyat vasitələrinin toqquşması halları istisna olmaqla, avtonəqliyyat vəsitəsinin digər avtonəqliyyat vasitəsi tərəfindən yеdəklənməsi zaman avtonəqliyyat vasitəsinə dəyən hər hansı zərərlə bağlı təminat vеrir.
7.1.18. Avtonəqliyyat vasitəsinin hər hansı qеyri-qanuni ticarət, daşıma və ya cinayət məqsədilə istifadə еdilməsi;
7.1.19. Aşağıdakı məqsədlər üçün hər hansı avtonəqliyyat vasitəsinə sahiblik, tеxniki xidmət, onun istismarı və saxlanması ilə bağlı baş vеrən istənilən zərər, xəsarət və yaranan məsuliyyət:
a) nitroqlisеrin, dinamit və bunlara bənzər başqa partlayıcı maddələrin daşınması;
b) mayеləşdirilmiş nеftin və ya nеft məhsullarının tarasız daşınması;
c) mayе, sıxılmış və ya qazabənzər formada kimyəvi maddələrin və ya qazların daşınması;
d) ictimai yollardan kənarda podratçının avadanlığı kimi istifadəsi.
7.1.20. Vaxtı-vaxtında səlahiyyətli dövlət orqanları tərəfindən texniki baxışdan keçməyən avtonəqliyyat vasitələri üzrə hadisə baş verdiyi zaman, hadisənin səbəbi mövcud xxxx texniki yararsızlıqla (nasazlıq) bağlı olduqda;
7.1.21. Özünə güvənərək yol hərəkəti haqqında qanunun tələblərinin sürücü tərəfindən bilərəkdən pozulması və bununla əlaqədar olaraq qarşısının alınması mümkün olmayan qəza nəticəsində yaranan itki və ya ziyan. Bu hal mütləq müvafiq ixtisaslaşmış peşəkar ekspert tərəfindən müəyyən olunmalıdır.
8. SIĞORTA MÜQAVİLƏSİ
8.1. Sığorta müqaviləsinin bağlanması
8.1.1. Sığorta müqaviləsi Sığortalının yazılı ərizəsi əsasında bağlanır. Ərizə sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi və əsasını təşkil edir.
8.1.2. Sığorta müqaviləsi bağlanarkən Sığortalı sığortaya qəbul edilən əmlaka dair xxxxxx dərəcəsinin müəyyən edilməsi üçün əhəmiyyətli və ona məlum xxxx bütün hallar haqqında Sığortaçıya məlumat verməlidir. Sığortalının ərizə formasında qeyd etdiyi hallar həmçinin əhəmiyyətli hallar hesab edilir. Sığorta müqaviləsi bağlandıqdan sonra Sığortalının Sığortaçıya bilərəkdən yalan məlumatlar verməsi müəyyən edilərsə, Sığortaçı müqavilənin etibarsız hesab edilməsini tələb edə bilər.
8.1.3. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, Sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir.
8.2. Sığоrtа müqаviləsinin tərəfləri
8.2.1. Sığortaçı
8.2.1.1. Bu Qaydalara əsasən Sığortaçı “Naxçıvansığorta” ASC-dir.
8.2.2. Sığortalı
8.2.2.1. Bu Qaydalara əsasən Sığortalı sığorta obyektinə münasibətdə əmlak maraqları xxxx hər hansı bir hüquqi şəxs hesab olunur.
8.2.2.2. Bu Qaydalar daxilində Sığortalının hərəkətlərinə onun işçilərinin, rəsmi şəxslərinin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, sığorta müqaviləsinə, vəkalətnaməyə (etibarnaməyə) və ya vəzifə öhdəliklərinə əsasən Sığortalı adından çıxış etmək səlahiyyəti xxxx digər nümayəndələrinin hərəkətləri də aid edilir.
8.2.3. Faydalanan şəxs
8.2.3.1. Sığorta müqaviləsi hər hansı hüquqi və ya fiziki şəxsin – Xxxxxxxxxx şəxsin xeyrinə bağlana bilər.
8.2.3.2. Sığorta müqaviləsinin Xxxxxxxxxx şəxsin xeyrinə bağlanması Sığortalını müqaviləyə əsasən vəzifə və öhdəliklərindən azad etmir.
9. SIĞORTA HAQQI
9.1. Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır.
9.1.1. Sığorta tarifləri avtonəqliyyat vasitəsinin bazar dəyərindən, sürücülərin yaş həddi və sürücülük təcrübəsindən, avtonəqliyyat vasitəsinin tipindən, buraxılış ilindən və digər xxxxxx qiymətləndirilməsinə təsir edə bilən amillərdən asılı olaraq müəyyənləşdirilir.
9.2. Sığorta haqqı bir dəfəyə ödənilir və ya tərəflərin razılğına əsasən hissə-hissə ödənilə bilər.
9.3. Sığorta haqqının ödənildiyi gün, pul vəsaitinin Sığortaçının bank hesabına daxil olduğu gün hesab olunur.
9.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün saat 24:00-da, xxxxx şəhadətnamədə göstərilmiş sığorta müddətinin başlanma tarixindən tez olmayaraq qüvvəyə minir.
9.5. Sığorta haqqı və ya onun növbəti hissəsi sığorta müqaviləsində nəzərdə tutulmuş müddətədək ödənilmədikdə və ya sığorta müqaviləsində nəzərdə tutulduğundan daha az məbləğdə ödənildikdə:
9.5.1. Bu halda sığortaçı onun ödənilməsi üçün bu qaydaların 9.5.2.-ci maddəsinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 günədək əlavə müddət müəyyən edə bilər.
9.5.2. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
9.6. Sığortalı sığorta haqqını və ya onun növbəti hissəsini sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə ödəmədikdə, Sığortaçı sığorta müqaviləsinə xitam verə bilər və ya birtərəfli qaydada müqavilənin icrasından imtina edə bilər.
10. SIĞORTANIN ƏRAZİSİ
10.1 Bu sığorta Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
10.2 Əgər sığorta müqaviləsində sığortanın ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə baş verən sığorta hadisələrinə sığorta təminatı verilir.
10.3 Sığortanın ərazisi, Sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi, yazılı surətdə razılığının alınması və əlavə sığorta haqqının ödənilməsi şərti ilə genişləndirilə bilər.
11. SIĞORTA MÜDDƏTİ
11.1. Sığorta müddəti, sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta müqaviləsinin bağlandığı gün saat 24:00-da başlanır və sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat 24:00-da başa çatır.
12. AZADOLMA MƏBLƏĞİ
12.1. Sığorta müqaviləsi ilə azadolma məbləği nəzərdə tutula bilər.
12.2. Sığorta təminatı üzrə azadolma məbləği hər bir sığorta riski və hər bir sığorta hadisəsi üzrə tətbiq olunur.
12.3. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda, zərər məbləğindən azadolma məbləği çıxılmır.
12.4. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
13. XXXXXX DƏRƏCƏSİNİN DƏYİŞMƏSİ
13.1 Sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, Sığortalı, sığorta müqaviləsi bağlanan zaman Sığortaçıya bildirdiyi
əhəmiyyətli halların dəyişilməsi, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən və ona məlum xxxx bütün digər hallar barədəSığortaçıya dərhal məlumat verməlidir.
13.2 Sığortaçı sığorta riskinin artmasına təsir edən hallar barədə məlumatı əldə etdikdən sonra aşağıda göstərilən hərəkətləri etmək hüququna malikdir:
13.2.1 sığorta müqaviləsinin şərtlərini və müddəalarını dəyişmək;
13.2.2 əlavə sığorta haqqının ödənilməsini tələb etmək və ya;
13.2.3 belə dəyişikliklərin baş verdiyi tarixdən sığorta müqaviləsini ləğv etmək.
14. ŞƏRİKLİ SIĞORTA
14.1. Şərikli sığorta bir neçə sığortaçının aralarında bağladıqları müqaviləyə müvafiq olaraq, sığorta ödənişi üzrə öhdəlikləri bölüşdürməklə sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta risklərini eyni zamanda sığortalamaları ilə bağlı fəaliyyət və bununla əlaqədar yaranan münasibətlərdir.
14.2. Sığorta obyekti bir müqavilə ilə bir neçə sığortaçı tərəfindən sığortalana bilər. Bu müqavilədə hər bir sığortaçının razılaşdırılmış paylar əsasında hüquq və vəzifələrini müəyyən edən şərtlər olmalıdır.
14.3. Sığortalı qarşısında öhdəliyi öz payı miqdarında olmaqla şərikli sığortaçılardan biri sığortalı ilə münasibətdə bütün şərikləri təmsil edə bilər.
14.4. Müvafiq sığorta növü üzrə fəaliyyət göstərməyə icazəsi olmayan sığortaçı şərikli sığortada iştirak edə bilməz.
15. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMASI ZAMANI SIĞORTA MÜQAVİLƏSİNƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ
15.1. Sığorta müqaviləsi bağlanarkən sığortalı sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə xxxxx olmaq hüququna malikdir.
15.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum xxxx və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.
15.3. Eyni sığorta marağı ilə bağlı bir neçə sığortaçı ilə sığorta müqaviləsi bağlayan sığortalı bu barədə sığortaçılardan hər birinə məlumat verməlidir. Həmin məlumatda digər sığortaçının adı və müvafiq sığorta məbləği göstərilməlidir. Tələb edildikdə, bu məlumatları təsdiq edən müvafiq sənədlər təqdim olunmalıdır.
15.4. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortalı və sığоrtаçı, faydagötürənin yazılı razılığı ilə müqavilənin müəyyən şərtlərinin dəyişdirilməsi, həmçinin оnа müəyyən əlаvələr еdilməsi bаrədə rаzılığа gələ bilərlər.
16. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ
16.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
16.1.1. Müqavilənin müddəti bitdikdə;
16.1.2. Sığortaçı müqavilə üzrə Sığortalı qarşısında öhdəliklərini tam həcmdə icra etdikdə;
16.1.3. Sığortalı sığorta haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətdə ödəmədikdə;
16.1.4. Sığortaçı, Azərbaycan Respublikasının qanunvericilik aktları əsasında ləğv edildikdə;
16.1.5. Sığorta müqaviləsinin etibarsız hesab olunması haqqında məhkəmə tərəfindən qərar qəbul edildikdə;
16.1.6. Sığorta marağı artıq mövcud olmadıqda;
16.1.7. Sığorta predmeti artıq mövcud olmadıqda;
16.1.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
16.2. Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilə bilər. Bu barədə tərəflər bir-birini, qanunla müəyyən edilən hallar istisna olmaqla, ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
17. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN
NƏTİCƏLƏRİ
17.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
17.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
17.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
17.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu qaydaların 17.1.-ci və 17.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
17.5. Sığorta müqaviləsi məhkəmə qərarı əsasında (sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa) xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu qaydaların 17.3- cü və 17.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
18. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
18.1. Sığortalının aşağıdakı hüquqları var:
18.1.1. sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq;
18.1.2. sığorta müqaviləsini hər hansı başqa şəxsin – xxxxxxxxxx şəxsin xeyrinə bağlamaq;
18.1.3. sığorta müqaviləsinə əlavə və dəyişiklik etmək;
18.1.4. sığorta müqaviləsinə xitam vermək;
18.1.5. itirilmiş şəhadətnamənin yerinə dublikatını almaq;
18.1.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar.
18.2. Sığortalının aşağıdakı vəzifələri var:
18.2.1. sığorta hadisəsi baş verdikdə, bu barədə Qaydaların 19.1-ci maddəsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etməli;
18.2.2. ziyanın qarşısının alınması və azaldılması üçün bütün zəruri tədbirlər görməli, sığorta haqqını vaxtında ödəməli;
18.2.3. sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığortalı öz növbəsində sorğu formasındakı sualları dürüst və düzgün şəkildə cavablandırmalı və sığorta müqaviləsi qüvvədə xxxx müddətdə xxxxxx dərəcəsi dəyişilərsə bu barədə sığortaçıya məlumat verməli;
18.2.4. sığorta predmetinə dair qüvvədə xxxx digər sığorta müqavilələri barədə sığortaçıya məlumat verməli;
18.2.5. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr. 18.3.Sığortaçının aşağıdakı hüquqları var:
18.3.1. sığortalının bildirdiyi məlumatların düzgünlüyünü yoxlamaq;
18.3.2. sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığortalanmış xxxxxx dərəcəsi artdıqda, sığortalıya sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini, o cümlədən, sığorta riskinin artması nisbətində əlavə sığorta haqqının ödənilməsini təklif etmək və ya sığortalını xəbərdar etdikdən sonra sığorta müqaviləsinə xitam vermək;
18.3.3. sığortalanan predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədi ilə sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək;
18.3.4. sığortalı sığorta müqaviləsi üzrə öz öhdəliklərini icra etmədikdə, saxta sənədlər təqdim etdikdə və ya zərərin artırılması və ya sığorta ödənişinin əsassız şəkildə artırılması məqsədilə qəsdən hərəkətlər etdikdə, sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina etmək;
18.3.5. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar. 18.4.Sığortaçının aşağıdakı vəzifələri var:
18.4.1. sığortalını sığorta qaydaları ilə xxxxx etməli;
18.4.2. sığorta hadisəsi baş verdikdə bütün zəruri sənədləri aldıqdan sonra sığorta ödənişini bu Qaydaların 23.1-ci maddəsində müəyyən edilmiş müddətdə verməli;
18.4.3. qanunvericliklə nəzərdə tutulmuş hallardan başqa, Sığortalı şəxsin əmlak vəziyyəti, o cümlədən kommersiya xxxxx xxxx məlumatları yaymamaq;
18.4.4. sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək;
18.4.5. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr.
19. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏ SIĞORTA OLUNANIN VƏZİFƏLƏRİ
19.1 Sığorta hadisəsinin baş verməsi barədə sığortalı, sığorta olunan və yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
19.1.1 Bu qaydaların 19.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də
sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir;
19.1.2 Zərərin qarşısının alınması və ya təsirinin azaldılması və zərər vurulmuş əmlakın xilas edilməsi üçün bütün mümkün tədbirləri görməli və belə tədbirlərin görülməsi zamanı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir;
19.1.3 Sığortalı, sığorta olunan və yaxud faydalanan şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir:
19.1.3.1 Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;
19.1.3.2 Sığortaçı sığorta hadisəsi barədə bu qaydalarda nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;
19.1.3.3 Digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.
19.1.4 Sığortaçının və ya onun nümayəndələrinin zərər dəymiş əmlaka baxışın keçirilməsində və ya tədqiq edilməsində, vurulmuş zərərin səbəb və həcminin müəyyən edilməsində, zərərin təsirinin azaldılması və zərər vurulmuş əmlakın xilas edilməsi tədbirlərində iştirakını təmin etməli;
19.1.5 Sığortaçının tələbi ilə sığortalanmış əmlakın məhv olması və ya vurulmuş zərərin həcmi və səbəblərini müəyyənləşdirmək aşağıdakı sənədləri Sığortaçıya təqdim etməlidir;
19.1.5.1 Avtomobilin qeydiyyat şəhadətnaməsinin surəti, avtomobilin oğurlandığı və ya qaçırıldığı halda isə qeydiyyat şəhadətnaməsinin əsli; əgər avtomobilin qeydiyyat şəhadətnaməsi oğurlanmış və ya qaçırılmış avtomobilin içərisində qalmışdırsa, onun Daxili İşlər Nazirliyinin müvafiq orqanı tərəfindən verilən dublikatı, yaxud cinayət işinə əlavə edilmişdirsə, bu faktı təsdiq edən arayış.
19.1.6 Sığortalı 19.1.7-ci bənd istisna olmaqla yuxarıda göstərilmiş hər hansı öhdəliyin icra olunmaması sığorta müqaviləsinin əhəmiyyətli şəkildə pozulması hesab edilir və Sığortaçının sığorta ödənişini vermək öhdəliyindən azad edir.
19.1.7 Zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu qaydaların 19.1.3-cü bəndinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənlişdərmək imkanlarından tam və ya qismən məhrum olur, bu hal olduqda belə aşkar faktlarla sübut olunan həcmdə Sığortaçı sığorta ödənişindən imtina edə bilməz.
20. SIĞORTA ÖDƏNİŞİ
20.1 Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir:
20.1.1 sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi (ərizə, müraciət);
20.1.2 sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
20.1.3 zərər məbləğini təsdiqləyən sənəd;
20.1.4 avtomobillərin dövlət qeydiyyat şəhadətnamələri (surəti);
20.1.5 sürücülük vəsiqələri (surəti);
20.1.6 yol nəqliyyat hadisəsinə dair arayış (forma №4).
20.2 Sığorta müqaviləsi üzrə sığorta hadisəsi nəticəsində dəymiş zərərin həcmi bu məqsədlə müvafiq sığorta qaydalarında müəyyən edilmiş həddən az olduqda, həmçinin sığorta hadisəsinin başvermə
səbəbləri və təfərrüatlarının təhrif edilməsi barədə sığortaçıda hər hansı əsaslandırılmış şübhə olmadıqda, sığorta ödənişinin həyata keçirilməsi üçün bu Məcəllənin 20.1.2-ci maddəsində nəzərdə tutulmuş sənədi tələb edilməyə bilər.
20.3 Sığоrtalаnmış əmlаkа vurulаn zərər üzrə xərclərin həcmi müəyyən оlunduqdаn sоnrа sığоrtа ödənişinin hеsаblаnmаsı аşаğıdаkı yоllаrlа həyаtа kеçirilir:
20.3.1 Qismən sığоrtа zаmаnı – sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda, Sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir (qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edildiyi halda).
20.3.2 İkili sığоrtа zаmаnı – Sığorta müqaviləsi bağlanan andakı həqiqi, yəni sığorta dəyərindən artıq məbləğdə əmlakın eyni risklərdən iki və ya daha xxx sığortaçıda sığortalanması halında (ikili və ya çoxqat sığorta halında), sığorta hadisəsinin baş verdiyi zaman dəyən zərər üzrə sığortaçılarıdan hər biri sığorta müqaviləsində nəzərədə tutulmuş sığorta məbləğinə mütənasib qaydada, ümumilikdə sığorta dəyərindən artıq olmamaq şərtilə öhdəlik daşıyır.
20.3.3 Şərikli sığоrtа zаmаnı - sığorta ödənişi əmlakın hər bir Sığortaçı tərəfindən sığortalandığı sığorta məbləğlərinin nisbətinə uyğun şəkildə bölünür.
20.3.4 Azadolma tətbiq olunarsa - sığorta ödənişi azadolma miqdаrı çıхılmаqlа vеrilir;
20.3.5 Sığоrtа şəhаdətnаməsi üzrə sığоrtа ödənişlərinin ümumi miqdаrı sığоrtа məbləğini аşа bilməz.
20.3.6 Sığorta ödənişinin məbləği hesablanarkən sığortalanmış avtonəqliyyat vasitəsinin sığоrta hadisəsi baş vеrən gündəki rеal bazar dəyəri əsas götürülür.
20.3.7 Sığortaçı sığortalanan predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədi ilə sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək hüququna malikdir.
20.3.8 Sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda, sığorta hadisəsi zamanı nəqliyyat vasitəsi Sığortaçının təklif etdiyi avtoservisdə təmir olunacaqdır. Əgər Sığortalı Sığortaçının təklif etdiyi avtoservislərin heç biri ilə razı olmazsa, zərər məbləği Sığortaçının təyin etdiyi avtoservisdə müəyyən olunmaqla nəqliyyat vasitəsi Sığortalının özünün seçdiyi avtoservisdə təmir oluna bilər.
20.3.9 Sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda, sığorta hadisəsi zamanı nəqliyyat vasitəsinin istehsal tarixi 2 ili aşarsa aşınma (amortizasiya) xərcləri yeni ehtiyat hissələrinin dəyərindən hər bir ili üzrə 3% tutulmaqla hesablanır.
20.4 Avtonəqliyyat vasitəsi tam zərərə uğradıqda (məhv olduqda) sığorta ödənişi, sığortaçının maksimum məsuliyyət həddindən çох оlmamaq şərti ilə avtonəqliyyat vasitəsinin sığоrta hadisəsinin baş verdiyi tarixdəki rеal bazar qiyməti nəzərə alınmaqla verilir. Bu zaman sığorta məbləği tamamilə ödənilmiş avtonəqliyyat vasitəsi və avtonəqliyyat vasitəsinin hissələri sığortaçının razılığı ilə оnun mülkiyyətinə vеrilməlidir. Burada zərər məbləği avtonəqliyyat vasitəsinin rеal bazar dəyərinin 70%-i və bundan yüksək оlduğu halda həmin avtonəqliyyat vasitəsi tam məhv оlmuş hеsab еdilir.
21. SIĞORTA ÖDƏNİŞİNƏ DAİR ƏLAVƏ TƏLƏBLƏR
21.1 Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalarda həyata keçirilə (ödənilə) bilər:
21.1.1 zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi;
21.1.2 sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi;
21.1.3 sığorta predmetinin təmiri və ya bərpası;
21.1.4 sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti xxxx əmlakın dəyişdirilməsi.
21.2 Girov qoyulan əmlakın sığortası üzrə sığorta hadisəsi baş verdiyi tarixdə faydalanan şəxs xxxx girov saxlayana borclunun (girov qoyanın) borc (kredit) müqaviləsi üzrə sığorta ödənişinin verildiyi tarixə ona ödəməli olduğu məbləğdən artıq sığorta ödənişi verilə bilməz.
22. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
22.1 Bu qaydaların 20.1-ci bəndində nəzərdə tutulan sənədlərdən sonuncusunun (Bu qaydaların 20.2- ci bəndi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
22.2 Sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 xxxxx həcmində dəbbə pulu ödəyir.
23. ÖDƏNİŞDƏN İMTİNАNIN ƏSASLARI
23.1 Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
23.1.1 sığorta hadisəsi barəsində məlumatın sığortaçıya vaxtında verilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda, habelə zərər dəymiş əmlakın ona təqdim edilməsi ilə bağlı bu qaydaların 19.1.4-cü maddəsinə riayət edilmədikdə;
23.1.2 qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
23.1.3 müqavilə ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmayıbsa, hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
23.1.4 sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
23.1.5 sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi, o cümlədən bu qaydaların 19.1.3.1-ci maddəsində müəyyən edilmiş məqsədlər üçün zəruri tədbirlərin görülməsi halları istisna olmaqla, digər hallarda əmlakın hadisə yerindən kənarlaşdırılmasının sığortaçını hadisənin səbəblərini və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
23.1.6 bu qaydaların 23.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
23.1.7 sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
23.1.8 baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
23.1.9 sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu qaydaların 9.5.1-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
23.1.10 avtonəqliyyat vasitəsinin alkoqol, narkotik və toksik sərxoşluq vəziyyətində idarə edilməsi;
23.1.11 sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda.
23.2 Bu qaydaların 18.2.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz;
23.3 Bu qaydaların 19.1.3-cü maddəsində müəyyən edilmiş hallarda sığortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut olunan həcmdə sığorta ödənişindən imtina edə bilməz;
23.4 Bu qaydalarda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığorta hadisəsi onun baş verməsinə yönələn, sığorta müqaviləsi üzrə sığortalı və (və ya) sığorta olunan hesab edilməyən faydalanan şəxsin qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdikdə, həmin faydalanan şəxs sığorta ödənişini almaq hüququndan məhrum olur.
24. AVTONƏQLİYYAT VASİTƏSİNİN ŞÜŞƏ HİSSƏLƏRİNƏ DƏYƏN ZƏRƏR
24.1 24-cü maddə sığorta hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinin yalnız şüşələrinin zədələnməsi ilə nəticələnən hallara şamil edilir.
24.2 Sığorta şəhadətnaməsində nəzərdə tutulduğu hallarda, Sığоrtaçı şüşələrin zədələnməsi üzrə təminat verir və zərər ödənişini Sığоrtalıya aşağıda göstərildiyi qaydada ödəyir:
24.2.1 Ön, arxa şüşənin və ya yan pəncərələrin sınması və avtоnəqliyyat vasitəsinin gövdəsinin sınmış şüşə ilə cızılması hallarında zərər dəyişmə və ya bеlə zədələnmənin təmiri qiyməti qədər оlacaqdır.
24.2.2 Hər bir avtоnəqliyyat vasitəsi üzrə ön, arxa şüşənin və ya yan pəncərələrin sınması və avtоnəqliyyat vasitəsinin gövdəsinin sınmış şüşə ilə cızılması hallarında zərərin əvəzinin ödənilməsi müqavilədə müəyyən olunmuş həddən artıq ola bilməz.
24.2.3 Şüşə hissələrə dəymiş ziyan üzrə azadolma məbləği tətbiq olunmur.
25. SUBROQASİYA HÜQUQU
25.1 Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
25.2 Xxxxxxxxxx şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
25.3 Faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
25.4 Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
25.5 Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
26. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
26.1 Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
27. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI
27.1 Sığortaçı, Sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini (Sığorta sirrini) gizli saxlamadığı halda Sığoratalıya dəyən maddi və ya mənəvi zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
28. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
28.1 Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.
“Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinin hüquqi şəxlərə təqdim olunan avtonəqliyyat vasitələrinin (xxxxx) sığortası üzrə tarif dərəcələrinin əsaslandırması
Tarif dərəcələri əsaslandırılarkən aşağıdakı məlumatlardan istifadə olunur:
1. Sığorta hadisəsinin baş verməsi ehtimalı(q) - 0,03;
2. Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği (S) – 20 000 manat;
3. Bir sığorta müqaviləsi üzrə xxxx sığorta ödənişi (Sö) - 6 000 manat
4. Bağlanılacaq sığorta müqavilələrinin sayı(n) - 150
Netto-dərəcəni Tn, netto-dərəcənin əsas hissəsini Tə, risq üstəliyini isə Tr ilə işarə edək Tə = lOOqSö/So = 100*0,03*6000/20000 = 0,90 manat
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalmı 0,98 götürək. Bu halda həmin ehtimala uyğun əmsal a=1.645 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
Tr=l,2*Tə*a*((l-q)/(n*q))1/2= 0,90*l,2*1.645*((l-0,03)/(150*0,03))1/2= 0,82 manat
Netto-dərəcə Tn = 0.90 + 0.82 = 1.72 manat təşkil edəcəkdir. Tarifin strukturu: netto-dərəcə - 70%, yüklənmə - 30%. O cümlədən işlərin aparılması xərcləri 28%, qarşısıalınma tədbirləri fondu - 1%, tarif mənfəəti - l%. Brutto-dərəcəni Tb ilə işarə edək
Tb = Tn /(1-f) = 1,72/(1-0,3) = 2,46 manat.
Nəqliyyat vasitələrinin sığortasında tətbiq edilən tarif dərəcələri nəqliyyatın növündən, sığorta risqlərinin tərkibindən, xxxx xxxx məbləğindən və s. amillərdən asılı olaraq diferensiallaşdırılır. Buna görə də yekun tarif dərəcəsi 0,5% - 5%, o cümlədən zəlzələ hadisəsi ilə əlaqədar tarif dərəcəsi isə 0,1 - 0,15 aralığında dəyişir.