«Atəşgah» Sığorta Şirkəti ASC
«Atəşgah» Sığorta Şirkəti ASC
TIKINTI-QURAŞDIRMA RISKLƏRININ SIĞORTASI QAYDALARI
MÜNDƏRICAT
Əsas anlayışlar
Maddə 1. Sığorta sinifləri
I Bölmə. Tİkİntİ-quraşdırma rİsklərİnİn sığortası Maddə 2. Ümumi müddəalar
Maddə 3. Sığorta obyekti və sığorta predmeti Maddə 4. Sığorta hadisələri və sığorta riskləri Maddə 5. Sığorta müqaviləsinin bağlanması qaydası
Maddə 6. Sığorta məbləği və onun müəyyən edilmə qaydası Maddə 7. Azadolma məbləği
Maddə 8. Mübahisələrin həlli qaydası
Maddə 9. Sığorta müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası Maddə 10. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermə ilə bağlı xəbərdar etmə Maddə 11. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
Maddə 12. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti
Maddə 13. Sığorta müqaviləsində əlavə şərtlərin nəzərdə tutulması Maddə 14. Sığorta müqaviləsinin qüvvəyə minməsi
Maddə 15. Sığorta müqaviləsinin qüvvədə olma müddəti Maddə 16. Sığorta təminatının qüvvədə olduğu ərazi
Maddə 17. Sığorta müqaviləsi qüvvədə olduğu zaman tərəflərin qarşılıqlı münasibətləri Maddə 18. Təhlükəsizlik normalarının pozulması
Maddə 19. Sığorta haqqı
Maddə 20. Sığorta haqqının ödənilməsi
Maddə 21. Sığorta haqqının vaxtında ödənilməməsi
Maddə 22. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifələri Maddə 23. Zərərin qarşısının alınması və həcminin azaldılması Maddə 24. Sığortaçı tərəfindən nəzarət
Maddə 25. Sığorta hadisəsini sübut etmək vəzifəsi Maddə 26. Mühüm şərtlər
Maddə 27. Sığorta ödənişinin həyata keçirilməsi qaydası
Maddə 28. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısı Maddə 29. Ödənilməmiş sığorta haqqının hesaba alınması
Maddə 30 . Sığorta ödənişinin verilməsindən imtinanın əsasları Maddə 31. İkiqat sığorta
Maddə 32. Üçüncü şəxslərin xeyrinə sığorta, faydalanan şəxs Maddə 33. Sığortalının qərəzliliyi
Maddə 34. Valyuta barəsində qeyd-şərt
Maddə 35. Sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarın qəbul edilmə müddəti
Maddə 36. Subroqasiya hüququ
II Bölmə. Üçüncü şəxslərə dəymiş zərərə görə məsuliyyətin sığortası Maddə 37. Sığorta riskləri
Maddə 38. II Bölməyə aid sığorta təminatında məhdudiyyətlər Maddə 39. II Bölmə üzrə tətbiq olunan xüsusi şərtlər
Əsas anlayışlar
Bu Qaydalarda və bu Qaydalar əsasında bağlanmış Sığorta müqavilələrində aşağıdakı əsas anlayışlardan istifadə olunur:
Sığortaçı - sığorta qanunvericiliyi əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, Sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan Sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs; bu Qaydaların məqsədləri üçün Sığortaçı dedikdə, «Atəşgah» Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti başa düşülür;
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx, Sığorta müqaviləsinin tərəfi;
Sığorta olunan - Sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;
Sığorta predmeti - Sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya hal;
Xxxxxxxxxx şəxs - Sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs; Sığorta müqaviləsində Faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, Sığortalı və (və ya) Sığorta olunan Faydalanan şəxs sayılır.
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin Sığorta müqaviləsinə uyğun olaraq Sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və Sığortalının üzərində qalan hissəsi;
Mühüm şərtlər –Sığorta müqaviləsində, yaxud Sığorta şəhadətnaməsində göstərilmiş və Sığortalı tərəfindən yerinə yetirilməməsi Sığortaçının sığorta ödənişi verməkdən imtina etməsi və ya Sığorta müqaviləsini, yaxud Sığorta şəhadətnaməsini ləğv etməsi üçün əsas xxxx şərtlər;
Sığorta məbləği – sığortalanmış risklər üzrə Sığortaçının öhdəliyinin Sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
Sığorta hadisəsi – sığorta müqaviləsinə görə sığorta ödənişinin Sığortalıya və ya faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Sığortanın müddəti – sığorta risklərinin sığortalandığı müddət;
Sığorta tarifi - sığorta haqqının sığorta məbləğindən (məsuliyyətin həddindən) faizlə dərəcəsi.
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, Sığorta müqaviləsində nəzərdə tutulan qaydada Sığortalının Sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta obyekti- Sığortalının və ya Xxxxxxxxxx şəxsin bina və tikililərin tikilməsi, eləcə də avadanlığın quraşdırılması ilə xxxxx xxxx əmlak mənafeləri.
Sığortanın ərazisi - sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi (yer);
Assistans şirkəti – sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs;
Maddə 1. Sığorta sinifləri
Bu Qaydalara əsasən təqdim olunan sığorta məhsulu sığorta obyektinə görə əmlak sığortasına aid xxxx aşağıdakı sinifləri əhatə edir:
1.1. tikinti-quraşdırma risklərinin sığortası (I Bölmə);
1.2. ümumi mülki məsuliyyətin sığortası (II Bölmə).
I BÖLMƏ
TİKİNTİ-QURAŞDıRMA RİSKLƏRİNİN SıĞORTASı
Maddə 2. Ümumi müddəalar
2.1. Mövcud qanunvericiliyə uyğun olaraq və tikinti-quraşdırma risklərinin sığortası haqqında bu Qaydalara (bundan sonra «Qaydalar») əsasən Sığortaçı, hüquqi şəxslərlə və fəaliyyət qabiliyyəti xxxx fiziki şəxslərlə tikinti-quraşdırma risklərinin könüllü sığortası müqavilələrini bağlayır.
2.2. Əsasında Sığorta müqaviləsinin bağlandığı bu Qaydalar Sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılır və onun şərtlərinə əməl olunması həm Sığortaçı, həm də Sığortalı üçün məcburidir.
2.3. Bu Qaydalarda nəzərdə tutulan müddəalar, Sığorta müqaviləsi bağlanarkən və yaxud Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində tərəflər arasında yazılı razılaşmaya əsasən dəyişdirilə (çıxarıla və yaxud əlavə edilə) bilər, bir şərtlə ki, belə dəyişikliklər qüvvədə xxxx qanunvericiliyə zidd olmasın.
Maddə 3. Sığorta obyekti və sığorta predmeti
3.1.Bu Qaydalara uyğun olaraq Sığorta müqaviləsi üzrə sığorta obyekti Sığortalının və ya Xxxxxxxxxx şəxsin bina və tikililərin tikilməsi, eləcə də avadanlığın quraşdırmaı ilə xxxxx xxxx əmlak mənafeləridir.
3.2.Sığorta müqaviləsi üzrə aşağıdakılar sığorta predmetləridir :
3.2.1.Sığortalı ilə bağlanmış xxxxxx müqavilələrinə və yaxud kontraktlara uyğun olaraq tikinti, quraşdırma və digər işlərin obyektləri (bundan sonra «kontrakt işlərinin obyektləri»), o cümlədən tikinti materialları və konstruksiyaları, quraşdırma edilən avadanlıq, layihə hazırlanması üzrə işlər, zərərın aradan qaldırılması ilə bağlı əmək haqqı xərcləri, daşınma xərcləri, gömrük rüsumları və yığımları.
3.2.2.İşlərin sifarişcisi tərəfindən təqdim olunan materiallar, avadanlıq və xidmətlər; bir şərtlə ki, onların dəyəri Sığorta müqaviləsi üzrə ümumi sığorta məbləğinə ayrıca və əlavə olaraq daxil edilmişdir.
3.3.Tərəflərin Sığorta müqaviləsində xüsusi olaraq şərtləşdirdiyi razılaşma üzrə və xüsusi sığorta məbləğləri müəyyən edilən halda, aşağıdakılar da sığorta edilə bilər:
3.3.1.Tikinti meydançası avadanlığı: müvəqqəti binalar və tikililər, anbar tikililəri, hasarlar, fəhlələrin işləməsi üçün tikilən və ya təmir olunan binaların qabağında taxta-şalbandan və ya metaldan düzəldilən müvəqqəti qurğular, taxta qəlib, mühəndis şəbəkələri və digər oxşar avadanlıq;
3.3.2.Tikinti texnikası və mexanizmləri: məsələn, buldozerlər, ekskavatorlar, qreyderlər, skreperlər, yolbasan maşınlar, markalama maşınları, asfaltdüzənlər, yol frezerləri, kran və qaldırıcı mexanizmlər, malyükləyən maşınlar, betonqarışdıranlar, beton nasosları, kompressorlar və digər oxşar texnika və mexanizmlər;
3.3.3. Tikinti meydançasında və yaxud onun bilavasitə yaxınlığında yerləşən və sifarişciyə və ya podratçıya məxsus xxxx və yaxud onlar tərəfindən saxlanılan və yaxud onların nəzarətində xxxx obyektlər və əşyalar (bu Qaydaların 3.2.1, 3.3.1 və 3.3.2. bəndlərində sadalananlardan başqa) (bundan sonra «mövcud əmlak»);
3.3.4. Baş verməsi nəticəsində dəyən zərər Sığorta müqaviləsinə uyğun olaraq ödənilməli xxxx hadisə ilə əlaqədar zəruri xxxx ərazi təmizlənməsi üzrə xərclər. Təmizlənmə üzrə xərclər elə məsrəflər sayılır ki, həmin məsrəflər sığorta hadisəsi baş verdikdən sonra, kontrakt işlərinin aparılması üçün tikinti ərazisinin müvafiq vəziyyətə gətirilməsi məqsədilə aparılmalı olsun.
Maddə 4. Sığorta hadisələri və sığorta riskləri
4.1.Sığorta hadisəsi bu Qaydalarla və Sığorta müqaviləsi ilə istisna olunmayan bütün sığorta risklərinin nəticəsində, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində qəfildən və gözlənilmədən baş verən, Sığorta müqaviləsində göstərilən kontrakt işləri obyektlərinin və/və ya sığorta olunmuş əmlakın məhv olmasına və yaxud zərəra məruz qalmasına səbəb xxxx və Sığortaçının sığorta ödənişini həyata kecirmək öhdəliyini yaradan hadisədir.
4.2. Sığortaçı Sığortalıya (Faydalanan şəxsə) belə məhv olmaya və yaxud zərəra məruz qalmanın səbəb olduğu birbaşa zərəri, eləcə də sığorta hadisəsi ilə əlaqədar meydana çıxan ərazinin təmizlənməsi üzrə xərcləri sığorta müqaviləsinin müvafiq bəndlərində müəyyən edilmiş sığorta məbləğləri həddində ödəyir.
4.3.Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, bilavasitə, yaxud dolayısı ilə aşağıdakı halların nəticəsində meydana çıxan, yaranan və ya xxxxx zərərlərə bu sığorta ilə təminat verilmir:
4.3.1. İstənilən formada müharibə hərəkətləri, tədbirləri və ya onlarla xxxxx xxxx, bomba, digər müharibə alətinin tətbiq olunması (müharibənin elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, qiyam, inqilab, üsyan, bunt, tətil, lokaut, vətəndaş çaxnaşmaları, qəsd, hakimiyyəti hərbi və yaxud qanunazidd yolla zəbt edilməsi, de-yure və yaxud de-fakto mövcud xxxx hakimiyyət orqanları və ya siyasi təşkilatların, eləcə də onların tapşırığı ilə hərəkət edən və yaxud onlarla qarşılıqlı əlaqədə xxxx şəxslərin sərəncamı ilə müsadirə olunma, rekvizisiya, həbs qoyulması, məhv edilməsi və yaxud zərər vurulması, cinayətkarların və terrorçuların hərəkətləri;
4.3.2. Şüalanma və yaxud radioaktiv çirklənmələr, ionlaşdıran nüvə partlayışı;
4.3.3. Sığortalının, Xxxxxxxxxx şəxsin, onların rəhbər işçilərinin və yaxud onların nümayəndələrinin, eləcə də öz adından olsa da, Sığortalının, yaxud Xxxxxxxxxx şəxsin göstərişi ilə və onların mənafeyini güdərək hərəkət edən şəxslərin qərəzliliyi, həmçinin qeyd olunan şəxslərin hər hansı birinin sığorta olunmuş əmlakla bağlı müəyyən edilmiş davranış qaydalarını pozması;
Qeyd: Sığortalı, Xxxxxxxxxx şəxs, onların rəhbər işçisi, yaxud nümayəndəsi qəsdən hərəkət etmiş o zaman sayılır ki, əgər o, öz hərəkətlərinin (hərəkətsizliyinin) təhlükəli olduğunu dərk edirmiş, sığorta hadisəsinin baş verməsi mümkünlüyünü görürmüş və şüurlu surətdə sığorta hadisəsinin baş verməsinə yol verirmiş, yaxud buna etinasız münasibət bəsləyirmiş;
4.3.4. Sığorta hadisəsi baş verməmişdən əvvəl Sığortalıya, Faydalanan şəxsə və yaxud onların nümayəndələrinə məlum xxxx səhvlər, çatışmamazlıqlar və ya qüsurlar;
4.3.5. İşlərin tam və yaxud qismən dayandırılması.
4.4. Sığortaçının bu Qaydaların 4.3 bəndinin şərtlərinə uyğun olaraq, zərərin ödənilə bilməyəcəyini bəyan etdiyi bütün hallarda, bunun əksini sübut etmək vəzifəsi Sığortalının üzərinə düşür.
4.5. Bu Qaydalara uyğun olaraq Sığortaçı aşağıdakılarla əlaqədar xxxx zərərlər üzrə ödəniş həyata keçirmir:
4.5.1.Sığorta müqaviləsində hər bir ayrıca sığorta hadisəsi və yaxud bir səbəbdən törənən hadisələr zənciri üzrə göstərilən azadolma məbləğləri;
4.5.2.Kontraktın təxirə salınması, pozulması və ya ləğv edilməsi nəticəsində dəbbələmə pulu, cərimələr, zərər və əldən çıxmış fayda da daxil olmaqla hər hansı növdən xxxx vasitəli zərərlər;
4.5.3. Layihənin hazırlanmasında yol verilmiş səhvlər nəticəsində yaranan zərər;
4.5.4. Köhnəlmə, korroziya, oksidləşmə, çürümə, öz-özünə alışma və materialların digər xüsusi əlamətlərinin və yaxud təbii keyfiyyətlərinin təsiri, eləcə də istifadə olunmaması və ya adi hava şəraitinin təsiri nəticəsində ayrı- ayrı əşyaların dəyərinin aşağı düşməsi. Xxxxx, bu xxxxx, bu hadisələrin səbəb olduğu hadisələr nəticəsində digər sığorta olunmuş əşyalara dəyən zərəra görə ödəniş verilir;
4.5.5.Xarici amillərin səbəb olmadığı tikinti texnikasının daxili sınmaları və tikinti meydançasının avadanlığının nasazlığı;
4.5.6.Ümumi istifadədə xxxx yollarda istismara verilən nəqliyyat vasitələrinin, üzən vasitələrin və uçuş aparatlarının itməsi və ya onlara zərər dəyməsi;
4.5.7.Qüsurlu materialların, predmetlərin və ya onların hissələrinin dəyişdirilməsi, təmiri və yaxud aradan qaldırılması üzrə xərclər, yaxud yerinə yetirilmiş kontrakt işlərində çatışmamazlıqlar. Bu istisna yalnız bilavasitə qüsurlu material və əşyalara aiddir, və qüsurlu materialların və əşyaların tətbiqinin və ya yerinə yetirilmiş kontrakt işlərindəki çatışmamazlıqların səbəb olduğu sığorta hadisəsi nəticəsində saz hissələrin və düzgün qurulmuş konstruksiyaların məhvinə və yaxud onlara zərər dəyməsinə şamil olunmur;
4.5.8. Sənədlərin, çertyojların, mühasibat kitablarının, hesablarının, pul vəsaitlərinin, ştamp və möhürlərin, borc öhdəliklərinin, qiymətli kağızların, çeklərin, məlumatların, kompüter proqramlarının və yaxud məlumat bazasının itməsi və ya onlara zərər dəyməsi;
4.5.9. Yanacaq-sürtgü materiallarının, kimyəvi preparatların, soyuducu mayelərin və digər xərclənən materialların, xüsusi geyimlərin və ərzaq məhsullarının, eləcə də sığorta olunmuş obyektin istehsal etdiyi məhsulun itməsi və ya onlara zərər dəyməsi;
4.5.10. Yalnız adi qaydada aparılmış inventarizasiya nəticəsində aşkar edilmiş çatışmamazlıqlar və yaxud zərərlər;
4.5.11. Sığorta olunmuş əmlakın izsiz yoxa çıxması;
4.5.12. Sığorta olunmuş kontrakt işlərinin tərkib hissəsi olmayan və tikinti meydançasında və yaxud onun bilavasitə yaxınlığında yerləşən əmlakın məhv olması və ya onlara zərər dəyməsi (bu Qaydaların 3.3. bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla);
4.5.13. Tədqiqat və yaxud sınaq işlərinin aparılması nəticəsində yaranan zərər.
4.6. Tikinti meydançasında mövcud xxxx əmlakın (bu şərtlə ki, o, bu Qaydaların 3.3.3 bəndinə uyğun olaraq sığorta edilmişdir) məhvi və yaxud ona zərər dəyməsi nəticəsində yaranan zərər yalnız o halda ödənilir ki, belə məhv olma və yaxud zərər işlərin yerinə yetirilməsi ilə bilavasitə əlaqəli olsun.
Maddə 5. Sığorta müqaviləsinin bağlanması qaydası
5.1. Sığorta müqaviləsini bağlamaqdan ötrü Xxxxxxxxx özünə məlum xxxx, Sığortaçının sığorta riskinin dərəcəsini müəyyənləşdirməsinə təsir edə biləcək halları özündə əks etdirən, müəyyən olunmuş formada yazılı ərizəni dolduraraq Sığortaçıya təqdim etməlidir. Bu ərizə Sığorta müqaviləsinin tərkib hissəsi hesab edilir.
5.2. Sığortalının ərizəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
5.2.1. Sığortalının adı (fiziki şəxs olduqda, həmçinin soyadı və atasının adı), ünvanı və telefon nömrəsi;
5.2.2. Sığorta predmetləri haqqında məlumat;
5.2.3. Xxxxxx dərəcəsini və sığorta haqqını müəyyənləşdirmək üçün xxxxx xxxx digər məlumatlar.
5.3. Sığorta müqaviləsi yazılı formada, tərəflərin bu Qaydalar əsasında Sığorta müqaviləsini tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır.
5.4. Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının sığorta müqaviləsindən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat verməlidir.
5.5. Eyni sığorta marağı ilə bağlı bir neçə sığortaçı ilə Sığorta müqaviləsi bağlayan Sığortalı bu barədə sığortaçılardan hər birinə məlumat verməlidir. Həmin məlumatda digər sığortaçının adı və müvafiq sığorta məbləği göstərilməlidir. Tələb edildikdə bu məlumatları təsdiq edən müvafiq sənədlər təqdim olunmalıdır.
5.6. Sığorta obyekti bir neçə sığortaçıda sığortalandığı halda, sığortaçılar Sığortalı qarşısında birgə məsuliyyət daşıyırlar.
Maddə 6. Sığorta məbləği və onun müəyyən edilmə qaydası
6.1. Sığorta məbləği (öhdəliyin həddi) Sığorta müqaviləsində razılaşdırılan elə pul məbləğidir ki, onun əsasında sığorta haqqının və sığorta ödənişinin həcmi müəyyən edilir.
6.2. Sığorta müqaviləsində sığorta məbləğləri bu Qaydaların 3.2. və 3.3. bəndlərində göstərilən hər bir sığorta edilmiş predmet üzrə ayrıca olaraq aşağıdakı qaydada müəyyən edilir:
6.2.1. Kontrakt işlərinin obyektləri üçün – onların tam kontrakt (smeta) dəyəri əsasında, tikinti materialları və konstruksiyaları, quraşdırılan avadanlıq, layihə hazırlanması işləri, zərərin aradan qaldırılması ilə bağlı əmək haqqı xərcləri, daşınma xərcləri, gömrük rüsum və yığımları daxil olmaqla.
6.2.2. İşlərin sifarişçisi tərəfindən təqdim olunan materiallar, avadanlıq və xidmətlər üçün – bu materialların, avadanlığın və xidmətlərin həqiqi dəyəri əsasında.
6.2.3. Tikinti meydançası avadanlığı, tikinti texnikası və mexanizmləri üçün – sığorta olunmuş obyektlərlə eyni növ və eyni gücdə olan yeni obyektlərin alış dəyəri əsasında.
6.3. Sığorta müqaviləsində bu və ya digər hadisə nəticəsində baş verən bir sığorta hadisəsi üzrə həyata keçirilən sığorta ödənişinə münasibətdə Sığortaçının məsuliyyət həddi nəzərdə tutula bilər. Bu halda Sığortaçının belə sığorta hadisəsi nəticəsində dəyən bütün növ zərərlər üzrə ödəməli olduğu pul vəsaitlərinin ümumi məbləği müəyyən edilmiş məsuliyyət həddindən artıq ola bilməz.
6.4. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində kontrakt işləri obyektlərinin və/və yaxud digər sığorta olunmuş əmlakın dəyəri dəyişdiyi təqdirdə, Sığortalı bu barədə Sığortaçıya məlumat verməlidir və sığorta müqaviləsinə sığorta məbləğlərinin müvafiq dəyişməsi barədə məlumat daxil edilir.
6.5. Əgər sığorta hadisəsi baş verən zaman müəyyən edilərsə ki, bəyan olunmuş sığorta məbləğləri bu Qaydaların 6.2. bəndinə uyğun olaraq tələb ediləndən az miqdardadır, onda Sığortaçı Sığortalıya (Faydalanan şəxsə) sığorta məbləğinin sığorta olunmuş kontrakt işləri obyektlərinin və/və yaxud əmlakın dəyərinə xxxx nisbətinə proporsional olaraq, dəymiş zərərin yalnız bir hissəsini ödəyir. Bu müddəa hər bir sığorta predmetinə və hər bir növ xərcə ayrıca olaraq şamil edilir.
6.6. Sığorta ödənişi həyata keçiriləndən sonra, sığorta məbləği həyata keçirilmiş ödəniş həcmində azalır. Zərər dəymiş əmlak bərpa olunduğu və yaxud əvəz edildiyi təqdirdə, Sığortalı əlavə sığorta haqqının ödənilməsi şərtilə ilkin sığorta məbləğlərini bərpa etmək hüququna malikdir.
Maddə 7. Azadolma məbləği
7.1.Sığorta müqaviləsi ilə zərərlərin ödənilməsində Sığortalının öz payı – Sığortaçının azad olduğu hissə (azadolma məbləği) müəyyən edilə bilər. Azadolma məbləği pul məbləği və yaxud sığorta məbləğinin və ya dəymiş zərərlərin müəyyən xxxxx şəklində müəyyən oluna bilər.
7.2. Əgər Sığorta müqaviləsində azadolma məbləği təsbit edilmişsə (məbləğ və ya faizlə) Sığortaçı tərəfindən həyata keçirilməli xxxx sığorta ödənişinin məbləği həmin azadolma məbləği həddində azalacaq. Azadolma məbləğini aşmayan zərərlərin əvəzi ödənilmir.
7.3. Azadolma məbləği hər bir sığorta hadisəsi üzrə müəyyən edilir. Bir necə sığorta hadisəsinin baş verməsi halında azadolma məbləği hər bir sığorta hadisəsinə ayrıca olaraq tətbiq ediləcəkdir. Bu zaman, əgər təbii fəlakətin davamlılığı 72 saatdan artıq deyilsə, onda belə təbii fəlakətə bir sığorta hadisəsi kimi baxılır.
7.4. Əgər bir sığorta hadisəsi nəticəsində, sığorta müqaviləsində barəsində ayrıca azadolma məbləği nəzərdə tutulmuş bir necə sığorta olunmuş obyektə və ya obyektlər qrupuna zərər dəyirsə, onda azadolma məbləği hər bir obyekt və ya obyektlər qrupu üzrə həyata keçirilən sığorta ödənişi məbləğindən ayrıca olaraq çıxılır.
Maddə 8. Mübahisələrin həlli qaydası
Sığortaçı ilə Sığortalı arasında Sığorta müqaviləsi üzrə yaranan bütün mübahisələr danışıqlar yolu ilə, razılığa gəlinmədikdə isə, məhkəmə qaydasında həll olunur.
Maddə 9. Sığorta müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası
9.1. Sığorta müqaviləsinə edilən əlavələr və dəyişikliklər yazılı formada tərtib olunmalı və hər iki tərəfdən imzalanmalıdır.
9.2. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
9.2.1. Sığorta predmeti artıq mövcud olmadıqda;
9.2.2. Qanunvericilikdə müəyyən edilmiş hallar hallar istisna olmaqla, Sığortalı fiziki şəxs öldükdə və ya Sığortalı hüquqi şəxs ləğv olunduqda:
9.2.3. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
9.2.4. Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
9.2.5. Sığorta marağı artıq mövcud olmadıqda;
9.2.6. Sığortalı sığorta haqqını qanunvericilikdə və Sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
9.2.7. Qanunvericilikdə müəyyən edilmiş digər hallarda.
Maddə 10. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermə ilə bağlı xəbərdar etmə
10.1. Bu Qaydaların 9.2-ci bəndində göstərilən hallarda Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda, Sığorta müqaviləsinə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
10.2. Sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 (otuz) gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60(altmış) gün, üç aydan az müddətə bağlanmış olduqda isə 5(beş) iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir. Belə bildiriş Sığorta müqaviləsinin ləğvi tarixini özündə əks etdirməklə Sığortalının və ya
Sığortaçının Sığorta müqaviləsində göstərilən ünvanına göndərildikdə, Sığorta müqaviləsi bildirişdə göstərilən tarixdən ləğv edilmiş sayılır. Bu bildirişin poçt vasitəsilə göndərilməsi, yuxarıda göstərildiyi kimi, həmin xəbərdarlığın edilməsi faktının sübut edilməsi üçün kifayətdir və Sığorta müqaviləsi bildirişdə göstərilən tarixdən və vaxtdan etibarsız sayılacaq.
Maddə 11. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
11.1. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin Sığorta müqaviləsi üzrə işlərin aparılması xərclərini çıxmaqla Sığorta müqaviləsinin qurtarmamış müddəti üçün sığorta haqqını ona qaytarır;
11.2. Sığorta müqaviləsinə Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqqını bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının Sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin Sığorta müqaviləsi üzrə işlərin aparılması xərcləri çıxılmaqla, Sığorta müqaviləsinin qurtarmamış müddəti üçün sığorta haqqını qaytarır.
11.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı Sığortalıya qaytarılmır.
11.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 11.1. və 11.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
11.5. Sığorta müqaviləsi üzrə sığorta haqqının yenidən hesablanmalı olması halında Sığortaçı bunlardan hansının daha yüksək olmasından asılı olaraq, artıq qazanılmış sığorta haqqını və ya hər hansı minimal və (və ya) depozit sığorta haqqının qısamüddətli hissəsini saxlamaq hüququna malikdir.
11.6. Əgər işlərin sürətləndirilməsi nəticəsində sığorta müqaviləsi sığorta müqaviləsində göstərilmiş sığorta müddətinin bitdiyi tarixdən tez başa catırsa, sığorta haqqının hec bir hissəsi xxxx qaytarılmır.
11.7. Əgər sığorta müqaviləsi qüvvəyə mindikdən sonra sığorta hadisəsindən başqa digər səbəblər üzündən (o cümlədən, sığorta olunmuş əmlakın sığorta hadisəsindən deyil, digər səbəblər üzündən məhvi) sığorta hadisəsinin baş verməsi mümkünlüyü aradan qalxarsa və sığorta riskinin mövcudluğu başa catarsa, sığorta müqaviləsi onun bağlandığı müddətdən əvvəl başa catır. Sığorta müqaviləsi bu bənddə göstərilən səbəblər üzündən vaxtından əvəl başa catırsa, ötməmiş dövr üçün Sığortalıya sığorta haqqının bir hissəsi qaytarılır (bu Qaydaların 11.6. bəndində nəzərdə tutulan hallardan başqa).
11.8. Sığorta müqaviləsinə Sığortalı hüquqi şəxsin ləğvi, yaxud Sığortalı fiziki şəxsin ölümü ilə əlaqədar xitam verilən halda, Sığortaçı müqavilənin müddətinin qurtarmamış hissəsi üçün əvvəlcədən ödənilmiş sığorta haqqını ölən Sığortalının qanuni vərəsəsinə xxxx qaytarır.
Maddə 12. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti
Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər bir-birləri qarşısında Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.
Maddə 13. Sığorta müqaviləsində əlavə şərtlərin nəzərdə tutulması
Sığorta müqaviləsi bağlanarkən Sığortalı və Sığortaçı qanunvericiliyə zidd olmayan başqa şərtlər barədə razılığa gələ bilərlər.
Maddə 14. Sığorta müqaviləsinin qüvvəyə minməsi
Sığorta müqaviləsində başqa qayda müəyyən edilməyibsə, Sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra, özündə əks etdirdiyi sığorta müddətinin başlanma tarixi kimi göstərilən tarixdən qüvvəyə minir. Xxxxx Sığortaçının məsuliyyəti, bunlardan hansının daha tez baş verməsindən asılı olaraq, ya kontrakt işlərinin başlanması ya da sığorta olunmuş əmlakın Sığorta müqaviləsində göstərilən tikinti meydançasına boşaldılması anından tez olmayaraq başlayır.
Maddə 15. Sığorta müqaviləsinin qüvvədə olma müddəti
15.1. Sığorta yalnız Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrini əhatə edir.
15.3. Sığorta müqaviləsi kontrakt işlərinin həyata keçirilməsinin, avadanlığın boş və işlək sınaqlarının aparılmasının bütün dövrü, və yaxud tərəflərin razılaşdıqları və Sığorta müqaviləsində göstərilən digər müddət (sığorta müddəti) üçün bağlanılır.
15.4. Sığorta müqaviləsinin qüvvəsi bilavasitə kontrakt işlərinin qəbul edilməsindən sonra, yaxud bunlardan hansının daha tez baş verməsindən asılı olaraq ya ilk sınaq ya da yüklənmə altında ilk sınaq qurtardıqdan sonra, xxxxx hər bir halda sınaqların başlandığı tarixdən kecmiş dörd həftədən gec olmayaraq başa catır (əgər sığorta müqaviləsində başqa cür razılaşdırılmayıbsa).
15.5.Əgər tikilən obyektin bir hissəsi və yaxud avadanlığın bir və ya bir necə xxxxxx işlərin sifarişcisi tərəfindən istismara verilirsə yaxud qəbul edilirsə, onda sığorta müqaviləsinin tikilən obyektin bu hissəsinə və ya avadanlığın müvafiq vahidlərinə münasibətdə qüvvəsi başa catır, sığorta müqaviləsinin obyektin digər hissələrinə (avadanlıq vahidlərinə) münasibətdə qüvvəsi isə davam edir.
15.6. İstifadədə olmuş əşyalara münasibətdə sığorta müqaviləsinin qüvvəsi bilavasitə yoxlama sınaqları başlandıqdan sonra başa catır.
Maddə 16. Sığorta təminatının qüvvədə olduğu ərazi
16.1. Bu Qaydalara uyğun olaraq təqdim edilən sığorta təminatı Sığorta müqaviləsində göstərilən tikinti meydançasının ərazisi daxilində qüvvədədir. Sığorta olunmuş əmlakın bir hissəsinin əsas tikinti meydançasından ayrıca olaraq yerləşdiyi təqdirdə, sığorta təminatı bu əmlaka yalnız Sığorta müqaviləsində xüsusi olaraq şərtləndirildiyi xxxxx xxxxx olunur.
16.2. Tərəflər arasında əldə olunmuş və Sığorta müqaviləsində təsbit edilmiş müvafiq razılaşmanın olması halında, sığorta təminatı materialların və avadanlığın tikinti meydançasından ayrıca olaraq yerləşən anbardan əsas tikinti meydançasına daşınmasına, eləcə də yüklərin gətirilmə nöqtəsindən tikinti meydançasına daşınmasına şamil oluna bilər.
Maddə 17. Sığorta müqaviləsi qüvvədə olduğu zaman tərəflərin qarşılıqlı münasibətləri
17.1. Sığortalı Sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar (məsələn, podratcıların əvəz edilməsi, işlərin yerinə yetirilmə müddətlərinin dəyişməsi, layihənin əhəmiyyətli dərəcədə dəyişilməsi və yaxud layihədən əhəmiyyətli dərəcədə kənarlaşmalar, sığorta ərazisində kontrakt işləri ilə əlaqədar olmayan digər işlərin aparılması və digər oxşar hallar) barədə Sığortaçıya məlumat verməli, eləcə də öz hesabına baş verən halda zəruri xxxx bütün əlavə ehtiyatlılıq tədbirlərini həyata kecirməlidir.
17.2. Sığorta riskinin əhəmiyyətli dərəcədə artmasına təsir göstərə bilən hallar haqqında məlumatı aldıqdan sonra Sığortaçı :
17.2.1. Sığorta müqaviləsinə müvafiq dəyişikliklər edə bilər;
17.2.2. əlavə sığorta haqqının ödənilməsini tələb edə bilər;
17.2.3. bu şərait yarandıqdan sonra Sığorta müqaviləsinə xitam verə bilər.
17.3. Sığorta riskinin artmasının baş verməsindən asılı olmayaraq, Sığortaçının hüququ vardır ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində tikinti meydançasının vəziyyətini, eləcə də Sığortalının ona təqdim elədiyi məlumatların həqiqətə uyğunluğunu yoxlasın.
Maddə 18. Təhlükəsizlik normalarının pozulması
18.1. Sığortalı öz hesabına bütün zəruri ehtiyat tədbirləri görməli, zərərın qarşısının alınması ilə bağlı Sığortaçının tövsiyələrini yerinə yetirməli, eləcə də qanunun tələblərinə, təhlükəsizlik normalarına, avadanlıq və materialların istehsalcılarının tövsiyələrinə riayət etməlidir.
18.2. Əgər Sığortalı yanğın əleyhinə təhlükəsizlik, bina və əmlakın mühafizəsi, işlərin aparılması təhlükəsizliyi üzrə qanunvericilikdə və digər normativ hüquqi aktlarda müəyyən olunmuş qayda və normaları və yaxud digər analoji normaları pozursa, yaxud belə pozuntu halları Sığortalının razılığı ilə həyata kecirilirsə, onda belə pozuntu halları sığorta riskinin dərəcəsinin artmasına səbəb xxxx xxxxxx sayılır (bu Qaydaların 17.1. bəndinə baxın).
18.3. Sığortaçı birbaşa səbəbi təhlükəsizlik normalarının pozulması xxxx sığorta hadisələri üzrə ödəniş aparmaqdan imtina etmək hüququna malikdir. Xxxxx, əgər bu normaların pozulması sığorta hadisəsinin baş verməsi səbəbləri ilə əlaqədar deyilsə, sığorta ödənişi həyata kecirilir.
Maddə 19. Sığorta haqqı
Sığorta haqqı illik sığorta tariflərinə əsasən hesablanır.
Maddə 20. Sığorta haqqının ödənilməsi
20.1. Sığorta haqqını nağdsız formada ödəyərkən Sığortalı ödəniş tapşırığında sığorta haqqının ödənilməsinin əsasını təşkil edən Sığorta müqaviləsinin, yaxud Sığorta şəhadətnaməsinin nömrəsinə istinad etməlidir.
20.2. Sığorta haqqının ödənilməsi qaydası və forması Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq həyata keçirilir.
20.3. Sığorta haqqı onun Sığortaçının bank hesabına daxil olduğu və ya Sığortaçı tərəfindən nağd ödəniş formasında alındığı gün ödənilmiş hesab olunur.
20.4. Sığorta haqqı birdəfəlik ödənilir, xxxxx Sığorta müqaviləsi bağlanarkən tərəflər sığorta haqqının müəyyən müddət ərzində ödənilməsi barədə razılığa gələ bilərlər. Bu zaman sığorta müqaviləsində tərəflər ödəmə müddətlərinin konkret qaydasını, həmçinin ödəmə müddətləri və sığorta haqqının ayrı-ayrı hissələrinin miqdarı üzrə məhdudiyyətləri və tələbləri, müddətli ödəmələrlə bağlı tərəflərin hüquq və vəzifələrini müəyyən edirlər.
Maddə 21. Sığorta haqqının vaxtında ödənilməməsi
21.1. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə Sığortaçı onun ödənilməsi üçün bu Qaydaların 21.2-ci bəndinin tələbini nəzərə alaraq yazılı surətdə 15 (on beş) günədək müddət müəyyən edə bilər.
21.2. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi Sığorta müqaviləsi bağlandığı gündən bir aydan gec olmayaraq ödənilməlidir.
Maddə 22. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifələri
Sığorta ödənişini həyata keçirmək üçün əsas xxxx hadisə ilə bağlı olaraq Sığortaçıya ərizə ilə müraciət etdiyi zaman Sığortalı aşağıdakıları etməlidir:
22.1. Bu Qaydalar əsasında bağlanmış Sığorta müqaviləsi üzrə sığorta hadisəsinin baş verməsi barədə Sığortalı, yaxud Xxxxxxxxxx şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində Sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
Sığorta müqaviləsində, yaxud şəhadətnaməsində sığorta hadisəsinin baş verməsi barədə məlumat verməyin müddəti və (və yaxud) metodu göstərilmişdirsə, bu müəyyən olunmuş müddətdə və həmin metodla həyata keçirilməlidir.
22.2. Təhlükəsizliyin təmin edilməsinin əksini tələb etdiyi hallar istisna olmaqla, Sığortalı hadisə barədə sübutları, o cümlədən zərər dəymiş kontrakt işləri obyektlərini və yaxud sığortalanmış əmlakı onların sığorta hadisəsindən sonra olduqları şəkildə Sığortaçı onlara baxış keçirənə qədər qoruyub saxlamalıdır.
Sığortalı sığorta hadisəsinin görünüşünü Sığortaçının icazəsi ilə, yaxud sığorta hadisəsinin baş verməsi barədə Sığortaciya məlumat verilməsindən 2 (iki) həftə keçdikdən sonra yalnız o halda dəyişmək hüququna malikdir ki, bu, təhlükəsizlik tədbirləri, zərərın miqdarının azaldılması zəruriyyəti baxımından vacibdir. Əgər Sığortalı yuxarıdakı səbəblər üzündən sığorta hadisəsinin görünüşünü dəyişmək istəyirsə, o, belə dəyişiklikləri həyata keçirməzdən əvvəl sığorta hadisəsinin görünüşünün foto və ya video çəkilişin köməyilə və yaxud digər analoji xxxxx xxx qeydini aparmalıdır.
22.3. Sığorta hadisəsi faktının və şəraitinin, itkilərin həcminin təsdiq edilməsi və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün qanunvericilik və işgüzar adətlərə uyğun olaraq tələb olunan sənədlər və məlumatlar da daxil olmaqla, Sığortalı dəymiş zərərin miqdarı və sığorta olunmuş işlərin obyektlərinə və ya əmlaka zərər dəyməsi və ya onların məhv olmasının səbəbləri barədə mühakimə yürütmək üçün zəruri xxxx, o cümlədən sığorta hadisəsinin baş verməsini təsdiq edən, onun baş vermə şəraitini təsvir edən, dəymiş zərərın miqdarını təsdiq edən bütün məlumatları, eləcə də baş verən hadisənin xüsusiyyətlərindən və qanunvericiliyin tələblərindən asılı olaraq təqdim olunması zəruri xxxx digər sənədləri yazılı şəkildə təqdim etməlidir. Sığortalı həmçinin hadisənin bütün digər iştirakçılarının və sığorta hadisəsi ilə əlaqəli məsələlərə baxan səlahiyyətli dövlət orqanlarının fəaliyyətləri barədə Sığortaçıya dərhal xəbər verməlidir.
22.4. Sığortalı Sığortaçıya araşdırma aparmağa və ona zərərin baş verdiyi şəraiti, onun xarakteri və həcmini müəyyənləşdirmək üçün əhəmiyyət daşıyan sənədlərlə maneəsiz xxxxx olmaq, zərər dəymiş kontrakt işləri obyektləri, yaxud əmlak üzərində baxış həyata kecirmək və ya onları təftiş etmək, sığorta hadisəsinin səbəbləri və zərərın miqdarı ilə bağlı təhqiqat aparmaq, zərərın azaldılması və sığorta olunmuş əmlakın xilas edilməsi üzrə tədbirlərdə iştirak etmək üçün imkan yaratmalıdır;
22.5. Sığortalı tərəfindən yuxarıda göstərilən vəzifələrdən hər hansı birinin yerinə yetirilməməsi sığorta müqaviləsinin şərtlərinin Sığortalı tərəfindən əhəmiyyətli pozulması hesab edilir və Sığortaçının sığorta ödənişini verməkdən imtina etməsinə əsas verir.
Maddə 23. Zərərin qarşısının alınması və həcminin azaldılması
23.1. Sığorta hadisəsi zamanı Sığortalı mümkün zərərin qarşısını almaq və miqdarını azaltmaq üçün bütün ağlabatan və mümkün tədbirləri görməlidir.
23.2. Belə tədbirlər həyata keçirilərkən Sığortalı Sığortaçıdan aldığı bütün təlimatları yerinə yetirməlidir.
Maddə 24. Sığortaçı tərəfindən nəzarət
24.1. Sığortaçı sığorta hadisəsi və onun nəticələri barədə Sığortalının bütün hərəkətlərinə nəzarət etmək və sığorta ödənişinin verilməsinə təsir göstərən bütün məsələlər barədə qərar vermək imkanına malik olmalıdır.
24.2. Sığortaçının nümayəndəsi Xxxxxxxxxxxx sığorta hadisəsi barədə məlumatını gözləmədən zərər dəymiş iş obyektlərinə və yaxud əmlaka baxış kecirməyə başlamaq hüququna malikdir. Sığortalının buna mane olmaq hüququ yoxdur.
24.3. Sığortaçı, həmçinin onun səlahiyyət verdiyi istənilən şəxs Sığortalının sığorta hadisəsi barədə məlumatını gözləmədən, üzərinə heç bir məsuliyyət götürmədən və ya sığorta müqaviləsi üzrə Sığortaçının hər hansı hüquqlarını azaltmadan zərər dəymiş iş obyektlərinə və yaxud əmlaka baxış kecirməyə başlamaq hüququna malikdir. Xxxxx, Xxxxxxxxxxxx və onun nümayəndələrinin bu hərəkətlərinə Sığortaçının sığorta ödənişi həyata kecirmək öhdəliyini qəbul etməsi kimi baxıla bilməz. Əgər Sığortalı buna manecilik törədirsə, sığorta ödənişi bu maneciliyin səbəb olduğu zərərın artması məbləğində azaldılır.
Maddə 25. Sığorta hadisəsini sübut etmək vəzifəsi
Sığorta hadisəsinin baş verməsi və vurulan zərərin həcminin sübuta yetirilməsi öhdəliyini Sığortalı daşıyır.
Maddə 26. Mühüm şərtlər
26.1. Sığorta müqaviləsində mühüm şərtlər müəyyən oluna bibr.
26.2. Sığortalı tərəfindən bu mühüm şərtlərin yerinə yetirilməməsi Sığortaçının ödəniş verməkdən imtina etməsi və ya Sığorta müqaviləsini ləğv etməsi üçün əsasdır.
Maddə 27. Sığorta ödənişinin həyata keçirilməsi qaydası
27.1. Sığorta ödənişi sığorta hadisəsinin səbəb və şəraitininn və zərərın miqdarının müəyyən edilməsindən sonra həyata kecirilir.
27.2. Zərərın miqdarı Sığortaçı və ya onun təyin etdiyi sığorta eksperti tərəfindən baxış nəticəsində əldə edilən məlumatlar, zərər dəymiş əmlak və ya iş obyektlərinin həqiqi dəyəri, eləcə də zərərın miqdarını təsdiq edən sənədlər əsasında müəyyən edilir. Sığorta ödənişinin məbləği müəyyən edilərkən yalnız elə elementlər hesaba alınır ki, onlar sığorta məbləğində nəzərə alınmış olsun.
27.3. Sığorta ödənişi aşağıdakı hallarda həyata kecirilir:
27.3.1. Əmlakın məhv olması və yaxud itirilməsi təqdirində – sığorta məbləğindən xxx olmamaq şərti ilə onun sığorta hadisəsi tarixinə həqiqi dəyəri məbləğində (qalıq dəyəri çıxılmaqla);
27.3.2. Əmlaka və yaxud kontrakt işləri obyektlərinə zərər dəyməsi təqdirində - sığorta məbləğindən xxx olmamaq şərti ilə bərpa xərcləri miqdarında (bərpa (təmir) prosesi zamanı əvəz olunan hissə və materialların köhnəlməsi çıxılmaqla);
27.3.3. Sığorta hadisəsindən sonra ərazinin təmizlənməsi zəruriyyəti olduqda – təmizlənməyə faktiki cəkilmiş xərclər miqdarında.
27.4. Bərpa xərcləri aşağıdakıları daxil edir:
27.4.1. Təmir üçün materiallara və ehtiyat hissələrinə xərclər,
27.4.2. Təmir üzrə işlərin ödənilməsi xərcləri,
27.4.3. Materialların təmir yerinə catdırılması üzrə xərclər və sığorta olunmuş əşyaların bərpa olunaraq bilavasitə sığorta hadisəsindən əvvəl olduğu vəziyyətə gətirilməsi üçün zəruri xxxx digər xərclər.
27.5. Bərpa xərclərinə aşağıdakılar daxil edilmir:
27.5.1. Sığorta olunmuş işlərin və ya əşyaların dəyişilməsi, yaxud yaxşılaşdırılması ilə bağlı meydana çıxan əlavə xərclər;
27.5.2. Müvəqqəti və yaxud köməkçi təmir və ya bərpa ilə bağlı meydana çıxan xərclər;
27.5.3. Zəruri olandan əlavə aparılan digər xərclər.
27.6. Əgər zərər dəymiş hissə və ya əşyaların sığorta olunmuş əmlakın istismar edilməsinin təhlükəsizliyinə xətər dəymədən təmirinin mümkünlüyünə baxmayaraq, onlar dəyişdirilirsə, Sığortaçı Sığortalıya bu hissə yaxud əşyaların təmir xərclərini, belə təmir xərclərinin dəyişdirilmiş hissə və avadanlığın dəyərindən xxx olmamaq şərti ilə ödəyir.
27.7. Sığortalı sığorta hadisəsindən sonra qalan əmlakdan, hətta ona zərər dəysə belə, imtina etmək hüququna malik deyildir. Belə əmlakın qalıq dəyəri ödəniş məbləğindən çıxılır.
Qalıq dəyəri, məhv olmuş və yaxud zərər dəymiş əmlakdan qalmış, o cümlədən zərər dəyməmiş material, hissə və detalların satışı, yaxud metal qırıntıları və ya utilə təhvil verilən zaman tətbiq olunan adi qiymətlər üzrə müəyyən edilən dəyəridir.
27.8. Tərəflər arasında sığorta hadisəsinin səbəbləri, yaxud zərərin miqdarı ilə əlaqədar mübahisələr yaranan halda tərəflərdən hər biri ekspertiza keçirilməsini tələb etmək hüququna malikdir. Ekspertiza onun keçirilməsini tələb edən tərəfin hesabına aparılır. Sığortaçının ödəniş aparmaqdan imtina etməsinin ekspertizanın nəticələri əsasında əsassız olduğu müəyyən edilən halda, Sığortaçı öz üzərinə ekspertiza xərclərinin əvvəlcədən imtina olunan ödəniş məbləği ilə ekspertizanın nəticələri əsasında həyata keçirilən ödəniş məbləği arasında xxxx nisbətə xxxxx xxxx hissəsini götürür.
27.9. Aşağıdakı hallarda Sığortaçı müvafiq sığorta ödənişinin verilib-verilməməsi barədə qərarının verilməsini təxirə salmaq hüququna malikdir:
27.9.1. Əgər Sığortaçıda Sığortalının (Faydalanan şəxsin) sığorta ödənişi almaq hüququnun təsdiqi yoxdursa – zəruri sübutlar təqdim olunana qədər;
27.9.2. Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə xxxxx xxxxx məsuliyyətin sığortası üzrə üçüncü şəxs barəsində, digər hallarda isə Sığortalı və ya Sığorta olunan barəsində həmin hadisənin baş verməsi ilə əlaqədar inzibati xəta üzrə iş və ya cinayət işi başlanarsa - səlahiyyətli orqanın bu iş üzrə yekun qərarı qəbul olunanadək.
Əgər Sığortalı və ya Faydalanan şəxs belə hüquqlardan imtina edərlərsə, yaxud bu hüquqların həyata keçirilməsi onların günahı üzündən mümkün olmazsa, onda Sığortaçı yuxarıdakı hərəkətlər nəticəsində ona dəyən zərərın məbləğinə xxxxx xxxx miqdarda sığorta ödənişi həyata keçirmək öhdəliyindən azaddır. Ödənişin artıq həyata keçirilmiş olması təqdirində, Sığortalı bu zərərə uyğun məbləği Sığortaçıya qaytarmalıdır.
27.10. Əgər Sığortalı, yaxud Xxxxxxxxxx şəxs üçüncü şəxslərdən zərərın ödənişini almışdırsa, Sığortaçı yalnız sığortanın şərtlərinə görə ödənilməli xxxx məbləğlə üçüncü şəxslərdən alınmış məbləğ arasındakı fərqi ödəyir. Sığortalı belə məbləği xxxxxx barədə dərhal Sığortaçıya məlumat verməlidir.
27.11. Əgər qanunvericiliyə və yaxud bu Qaydalara əsasən Sığortalını, yaxud Xxxxxxxxxx şəxsi sığorta ödənişinə xxxx hüquqdan tam və ya qismən məhrum edən xxx xxxxx edilərsə, Sığortalı və ya Faydalanan şəxs alınmış sığorta ödənişini (yaxud onun müvafiq hissəsini) Sığortaçıya qaytarmalıdır.
27.12. Sığorta ödənişi etməklə bağlı Sığortalı tərəfindən Sığortaçıya iddia irəli sürmək hüququ qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin qurtarması ilə başa catır.
Maddə 28. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
Sığorta ödənişinin verilməsi haqqında qərar qəbul etmək üçün Sığortalı sığorta hadisəsinin baş verməsi faktını, həmçinin Sığortalanmış əmlaka dəymiş zərərin həcmini göstərən bütün sənədləri, o cümlədən aşağıdakı sənədləri Sığortaçıya təqdim etməlidir:
28.1. sığorta hadisəsi haqqında yazılı ərizə;
28.2. Sığorta müqaviləsinin (sığorta şəhadətnaməsinin) əsli;
28.3. sığorta hadisəsinin baş verməsini faktını təsdiq edən sənədlər;
28.4. Sığortaçının mülahizəsinə əsasən, sığorta ödənişinin verilməsi haqqında qərar qəbul etmək üçün xxxxx xxxx digər sənədlər.
Maddə 29. Ödənilməmiş sığorta haqqının hesaba alınması
Əgər sığorta ödənişinin verilməsi anına qədər sığorta xxxxx xxx ödənilməmişdirsə, Sığortaçı ödəniş zamanı sığorta haqqının qalan hissəsini tutmaqda haqlıdır.
Maddə 30 . Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
30.1. Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, aşağıdakı halların nəticəsində ortaya çıxan istənilən zərərlərin bu sığorta ilə əvəzi ödənilmir və sığorta ödənişinin verilməsindən imtina edilir:
30.1.1. bu Qaydaların 17.1. və 22.1-ci bəndlərinin tələblərinə əməl edilməməsi nəticəsində, o cümlədən sığorta predmeti və (və ya) sığorta hadisəsi barəsində Sığortalının Sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində Sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda ;
30.1.2. Sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
30.1.3. Sığorta müqaviləsi və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
30.1.4. Sığortalının dəymiş zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, Sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
30.1.5. Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına Sığortalı tərəfindən maneçilik törədilməsi;
30.1.6. Sığortalının zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərər vuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir;
30.1.7. baş vermiş hadisənin Sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
30.1.8. sığorta hadisəsinin sığorta haqqının tam və ya onun ilk hissəsinin ödənilməsi müddəti başa çatdıqdan sonra baş verməsi halında sığorta haqqı ödənilməmiş olduqda;
30.1.9. sığorta hadisəsinin sığorta haqqının növbəti hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;
30.1.10. bu Qaydalarda nəzərdə tutulan Mühüm şərtlərin yerinə yetirilməməsi ilə sığorta hadisəsi arasında əlaqənin olub-olmamasından asılı olmayaraq Sığortalının Sığorta müqaviləsində nəzərdə tutulan belə şərtlərə əməl etməməsi;
30.1.11. yerinə yetirilmədiyi təqdirdə sığorta hadisəsinin baş verməsinə və ya zərərin həcminin artmasına gətirib çıxaran, Sığortalı tərəfindən Sığorta müqaviləsinə, bu Qaydalara və ya qanunvericiliyə əsasən ona həvalə edilən öhdəlik və şərtlərin yerinə yetirilməməsi. Bu halda Sığortaçının verməməyə haqlı olduğu sığorta ödənişinin məbləği, belə yerinə yetirilməmənin sığorta hadisəsinin baş verməsinə və ya zərərin həcminin artmasına təsir dərəcəsinə müvafiq olmalıdır;
30.1.12. Sığortalının, həmçinin onun nümayəndəsinin qəsdi və ya kobud ehtiyatsızlığı;
30.1.13. Sığorta hadisəsinin xarakteri bunu tələb etməsinə baxmayaraq, Xxxxxxxxx tərəfindən həmin hadisə barədə səlahiyytli dövlət orqanına məlumat verilmədikdə;
30.1.14. Sığorta hadisəsinin baş verməsi faktı təsdiq edilmədikdə;
30.1.15. Sığortalı tərəfindən yanğın əleyhinə təhlükəsizlik, bina və əmlakın mühafizəsi, işlərin aparılması təhlükəsizliyi üzrə qanunvericilikdə və digər normativ hüquqi aktlarda müəyyən olunmuş qayda və normaların və yaxud digər analoçi normaların pozulması; xxxxx, əgər bu normaların pozulması sığorta hadisəsinin baş verməsi səbəbləri ilə əlaqədar deyilsə, sığorta ödənişi həyata kecirilir.
30.2. Sığorta ödənişi verməkdən imtina Sığortalıya imtinanın səbəbləri əsaslandırılmaqla yazılı formada bildirilir.
Maddə 31. İkiqat sığorta
31.1. Sığortalı Sığortaçıda sığortaladığı kontrakt işləri obyektləri və ya əmlakla əlaqədar digər sığortaçılarla bağladığı sığorta müqavilələri barədə Sığortaçını məlumatlandırmalıdır.
31.2. Əgər sığorta hadisəsi baş verdiyi an Sığortalının Sığortaçıda sığorta etdiyi kontrakt işləri obyektlərinə və yaxud əmlaka münasibətdə digər sığorta müqavilələri də qüvvədə olarsa, sığorta hadisəsinə görə ödəniş belə obyektlərin və ya əmlakın sığortalandığı hər bir sığortaçı ilə bağlanmış sığorta müqaviləsində müəyyən edilən sığorta məbləğlərinə mütənasib olaraq bölüşdürülür və Sığortaçı sığorta ödənişinin yalnız öz payına düşən hissəsini ödəyir.
Maddə 32. Üçüncü şəxslərin xeyrinə sığorta, Xxxxxxxxxx şəxs
32.1. Sığortalı sığorta edilmiş kontrakt işləri obyektləri və yaxud əmlakla bağlı qanun, hər hansı digər normativ hüquqi akt və ya müqavilədən irəli gələn mənafeyi xxxx üçüncü şəxsin (Xxxxxxxxxx şəxsin) xeyrinə Sığorta müqaviləsi bağlamaq hüququna malikdir.
32.2. Sığortalı Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində müqavilədə adı göstərilən Xxxxxxxxxx şəxsi digər şəxslə əvəz edə bilər. Sığortalı Xxxxxxxxxx şəxsin dəyişdirilməsi barədə Sığortaçıya yazılı şəkildə məlumat verməlidir.
Xxxxxxxxxx şəxs digər şəxslə sığorta hadisəsi baş verdikdən, Xxxxxxxxxx şəxsin sığorta müqaviləsi üzrə öhdəliklərdən hər hansı birini yerinə yetirdikdən və yaxud Sığortaçıya sığorta ödənişini həyata kecirmək barədə tələb təqdim elədikdən sonra əvəz oluna bilməz.
32.3. Xxxxxxxxxx şəxs tərəfindən Sığorta müqaviləsi üzrə sığorta ödənişi ilə bağlı tələb təqdim edilərkən, Sığortaçı ondan sığorta müqaviləsi üzrə öhdəliklərin, o cümlədən Sığortalının üzərinə qoyulmuş, xxxxx onun yerinə yetirmədiyi öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malikdir. Əvvəllər yerinə yetirilməli
xxxx öhdəliklərin yerinə yetirilməməsi və yaxud vaxtında yerinə yetirilməməsinin nəticələrinin riskini Faydalanan şəxs daşıyır.
Maddə 33. Sığortalının qərəzliliyi
Əgər Sığortalı, Xxxxxxxxxx şəxs, onların rəhbər işcisi, yaxud nümayəndəsi, eləcə də öz adından, ancaq Sığortalının və ya Xxxxxxxxxx şəxsin razılığı ilə və onun mənafeyindən hərəkət edən şəxs, sığorta hadisəsinin baş verməsinə səbəb xxxx hərəkətləri bilərəkdən edirsə və ya onlara yol verirsə, və yaxud sığorta hadisəsinin səbəbləri yaxud zərərın miqdarı müəyyənləşdirilərkən qərəzlə Sığortaçını və ya onun nümayəndələrini aldadırsa, və həmin şəxslərin qərəzliliyi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada müəyyən edilərsə, Sığortaçı Sığortalıya sığorta hadisəsi üzrə sığorta ödənişi həyata kecirmək öhdəliyindən azad olunur.
Maddə 34. Valyuta barəsində qeyd-şərt
34.1. Sığorta məbləği, azadolma məbləği, sığorta haqqı və sığorta ödənişləri xarici valyuta ilə göstərildiyi halda da ödənişlər milli valyuta - Azərbaycan manatı ilə, Azərbaycan Respublikası Milli Bankının ödəniş gününə xxxx rəsmi məzənnəsi ilə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər hansı xarici valyuta ilə həyata keçirilməlidir.
34.2. Sığorta ödənişinin hesablanması üçün əsas xxxx sənədlərdəki göstəricilər sığorta müqaviləsinin valyutasından fərqli olaraq Azərbaycan manatı və ya digər valyuta ilə ifadə olunduğu halda, müqavilənin valyutasına çevirmə, Azərbaycan Respublikası Milli Bankının müvafiq sənədin tərtib olunduğu günə müəyyən etdiyi rəsmi məzənnə əsasında aparılır.
Maddə 35. Sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarın qəbul edilmə müddəti
Sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarı bu Qaydaların 28-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi andan 30 iş günü ərzində qəbul edir. Sığorta ödənişi sığorta hadisəsi haqqında tərtib olunmuş akta əsasən, bu aktın imzalandığı tarixdən 30 iş günü müddətində Sığortaçı tərəfindən ödənilir.
Maddə 36. Subroqasiya hüququ
36.1. Xxxxxxxxxxx hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş Sığortaçının istifadə etmək hüququdur.
36.2. Xxxxxxxxxx şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
36.3. Sığortalı sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə Sığortaçını təmin etməlidir.
36.4. Sığortalı zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri Sığortaçıya verməkdən imtina etdikdə Sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
36.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış digər sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə Sığortalı qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
36.6. Əgər Sığortalı vurulmuş zərərə görə üçüncü şəxsdən (şəxslərdən) zərərin əvəzini almışdırsa, Sığortaçı yalnız verilməli xxxx sığorta ödənişi məbləği ilə Sığortalının üçüncü şəxsdən (şəxslərdən) aldığı məbləğ arasındakı fərqi ödəyir.
II BÖLMƏ
ÜÇÜNCÜ ŞƏXSLƏRƏ DƏYMIŞ ZƏRƏRƏ GÖRƏ MƏSULIYYƏTIN SıĞORTASı
Maddə 37. Sığorta riskləri
37.1. Sığortaçı Sığortalıya I Bölmə üzrə sığortalanmış qurğuların inşaatı və qurulması ilə birbaşa xxxxx xxxx və sahədə və ya sahəyə bitişik ərazidə sığorta müddəti ərzində baş verən aşağıdakı hallarda Sığortalının zərərin əvəzini ödəmək üçün ortaya çıxan hüquqi məsuliyyət ilə əlaqədar ödəməli olduğu vəsait həcmində, sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləğini keçməmək şərti ilə sığorta ödənişi verməyi öhdəsinə götürür:
37.1.1. üçüncü şəxslərin bədən xəsarəti xxxxxx və ya xəstələnməsi (ölüm hadisəsi də daxil olmaqla) halında;
37.1.2. üçüncü şəxslərin əmlakına zərər dəyməsi və ya əmlakın tamamilə sıradan çıxması halında.
37.2. Sığortaçı, əlavə olaraq, ödənilməsi nəzərdə tutulan zərərin əvəzinin ödənilməsi haqqında pretenziyalarla əlaqədar olaraq, Sığortaçının bu Bölmə üzrə məsuliyyətinin heç bir halda Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləğini aşmamaq şərti ilə:
37.2.1. iddiaçının çəkmiş olduğu və Sığortalı tərəfindən ödənilmiş xxxx bütün məhkəmə xərclərinin və məsrəflərin əvəzini,
37.2.2. Sığortaçının yazılı razılığı ilə çəkilmiş bütün məsrəflərin və xərclərin əvəzini Sığortalıya ödəmək öhdəliyi daşıyır.
Maddə 38. II Bölməyə aid sığorta təminatında məhdudiyyətlər
38.1. Sığortaçı aşağıdakı hallardan yaranan (qaynaqlanan) zərələrin əvəzini Sığortalıya ödəmir:
38.1.1. hadisə baş verdikdə Sığortalı tərəfindən ödənilməli xxxx, Sığorta müqaviləsində müəyyən edilmiş azadolma məbləği;
38.1.2. bu Qaydaların I Bölməsi üzrə təmin olunan hər hansı məhsulun istehsalı və ya təmiri, əvəz edilməsi zamanı yaranan xərclər;
38.1.3. dayaqların titrədilməsi və ya yerinin dəyişdirilməsi və ya zəiflədilməsindən tikililərə, əraziyə və ya əmlaka dəyən zərər və ya belə zərələrdən qaynaqlanan, yaxud da nəticəsi olaraq hər hansı şəxslərə və ya əmlaka dəyən zərər və ya xəsarətlər(xüsusi razılıqla təsdiq edilmədikdə);
38.1.4. aşağıdakılar üzrə məsuliyyət:
38.1.4.1. I Bölmə üzrə bütünlüklə və ya bir hissəsi sığortalanmış xxxx layihə ilə xxxxx xxxx Kontraktor(lar)un və ya Prinsipalın, yaxud da başqa firmanın işçisinin və ya onların ailə üzvlərinin aldığı bədən xəsarəti və ya xəstəliklə əlaqədar zərər;
38.1.4.2. I Bölmə üzrə bütünlüklə və ya bir hissəsi sığortalanmış xxxx layihə ilə xxxxx xxxx Kontraktor(lar)un və ya Prinsipalın, yaxud da başqa firmanın sahibliyində, himayəsində və ya nəzarəti altında xxxx əmlaka və ya işçilərinə dəyən zərər;
38.1.4.3. ümumi yollarda istifadə olunan nəqliyyat vasitələri və ya su və hava gəmilərinin istismarı nəticəsində ortaya çıxan hadisələr;
38.1.4.4. Sığortalının buna razılıq verib-verməməsindən asılı olmayaraq məsuliyyəti yarandığı hallar istisna olmaqla, məsuliyyəti yaranmadığı halda Sığortalının zərərin əvəzinin ödənilməsinə razılıq verməsi.
Maddə 39. II Bölmə üzrə tətbiq olunan xüsusi şərtlər
39.1. Sığortaçının yazılı razılığı olmadan Sığortalı tərəfindən və ya onun adından heç bir icazə, təklif, öhdəçilik, ödəniş və ya zərərin əvəzinin ödənilməsi həyata keçirilə bilməz. Sığortaçı, öz istəyi ilə, Sığortalının adından hər hansı pretenzərərın həlli və ya müdafiəsində və ya Sığortalının adından, öz maraqları çərçivəsində, zərərin əvəzinin verilməsi və ya zərərə görə, yaxud hər hansı başqa pretenziya irəli sürmək səlahiyyətinə, hər hansı pretenzərərın həlli və ya məhkəmə işinin aparılmasında tam sərbəstliyə malikdir. Bu zaman Sığortalı Sığortaçını bütün lazımi məlumatla təmin etməli və onun tələb etdiyi hər bir köməyi göstərməlidir.
39.2. Sığortaçı, hər hansı hadisənin məhkəmədə baxılması üçün çəkilən xərcləri Sığortalıya məsuliyyət həddi çərçivəsində ödəyə bilər, və ya belə hadisədən yaranan pretenziya və ya pretenziyalara görə hər hansı kiçik ödənişi edə bilər, xxxxx, bu xxxxx bu ödənişdən bununla əlaqədar artıq verilmiş xxxx hər hansı vəsait və ya vəsaitlər çıxılmalıdır. Sığortaçı bu ödəmələri etdikdən sonra, bu Bölmə üzrə bu hadisə ilə bağlı heç bir artıq məsuliyyət daşımır.