ALQI – SATQI və XİDMƏT MÜQAVİLƏSİ №T__M2710-22___
ALQI – SATQI və XİDMƏT MÜQAVİLƏSİ №T__M2710-22___
_
Bakı şəhəri «27» Oktyabr 2022-ci il
Bir tərəfdən, bundan sonra «SATICI» adlandırılacaq, öz Nizamnaməsi əsasında fəaliyyət göstərən «TELCON» MMC-nin direktoru Xxxxxxxx Xxxx Xxxxx oğlu şəxsində və digər tərəfdən, bundan sonra «ALICI» adlandırılacaq, öz Nizamnaməsi əsasında fəaliyyət göstərən «________________» MMC-nin direktoru ___________ şəxsində aşağıda göstərilən şərtlərlə bu Müqaviləni imzaladılar:
Müqavilənin predmeti
1.1. «SATICI» bu Müqavilədə müəyyən olunmuş şərtlərlə xxxxxxx «ALICI»ya satır, quraşdırır, işə salınmasını və zəmanət müddəti ərzində ödənişsiz servisini (təmirini) təmin edir, «ALICI» isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür
Satıcının hüquq və vəzifələri
«SATICI» malı qanunvericiliklə müəyyən edilmiş normalara və standartlara xxxxx xxxx keyfiyyətdə, qarşılıqlı razılaşdırılmış çeşiddə və miqdarda «ALICI»ya təhvil verməlidir.
«SATICI» bu Müqavilə üzrə nəzərdə tutulmuş malı qarşılıqlı razılaşdırılmış müddətə qədər «ALICI»ya təhvil verməzsə, gecikdirdiyi hər bir gün üçün həmin malın dəyərinin 0.1%-i məbləğində cərimə ödəyəcəkdir.
«SATICI»nın verdiyi malda hər hansı bir qüsur ortaya çıxarsa, o həmin malı «ALICI»nın tələbinə əsasən yenisi ilə əvəz etməyi, və yaxud dəymiş ziyanı ödəməyi öz öhdəsinə götürür.
«ALICI»nın öhdəlikləri
«ALICI» bu Müqavilənin 2.1. maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq, malın dəyərini ödəməlidir.
«ALICI» tərəfindən narazılıq yarandığı halda, o malın qüsurlarının ona verilməsi anınadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirməlidir.
«ALICI» bu Müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə, gecikdirdiyi hər bir gün üçün ödənilməli xxxx vəsaitin 0.1%-i məbləğində cərimə ödəyəcəkdir
Müqavilədə qiymət və hesablaşma şərtləri
Müqavilədə nəzərdə tutulmuş malın miqdarı, çeşidi, qiyməti və təhvil verilməsi vaxtı bu Müqavilənin ayrılmaz hissəsi sayılan əlavələrdə Qiymətlərin Razılaşdırma Protokoluna əsasən, müəyyən edilir.
Müqavilə üzrə hesablaşma, mal təhvil verildikdən sonra, köçürmə yolu ilə aparılır.
Malın təhvil verilməsi
Malın «ALICI»ya çatdırılması, tərəflərin qarşılıqlı razılığına əsasən, «ALICI»nın anbarında təhvil verilməklə (mal müəyyən partiyalarla təhvil verilə bilər) həyata keçirilir.
Tərəflərin məsuliyyəti
«SATICI» və «ALICI» hazırki Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməsi, yaxud səhlənkar yerinə yetirməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
Məxfilik
Tərəflərin hazırki Müqavilə bağlanarkən və bu Müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi zamanı onlara məlum olmuş məxfi informasiyanı heç bir vəchlə yaymamaq barədə öz üzərlərinə öhdəlik götürürlər.
Tərəflər hazırki Müqavilənin mətnini, habelə bu Müqavilə bağlanarkən və Müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirərkən bir-birlərinə verdikləri bütün informasıyanı digər tərəfin məxfi informasiyası hesab edirlər.
Fors-major
Tərəflərdən heç biri hazırki Müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tərəflərin iradəsindən asılı olmayan və hazırki Müqavilə imzalandıqdan sonra meydana çıxan daşqın, yanğın, zəlzələ və digər təbii fəlakətlərin, habelə müharibə, mühasirə, dövlət hakimiyyətinin akt və hərəkətləri, eləcə də qarşısı alınmaz digər səbəblər nəticəsində tam və ya qismən yerinə yetirmədikdə, ya lazımi səviyyədə yerinə yetirmədikdə məsuliyyət daşımır. Bu halda Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddətinə güzəşt yuxarıda göstərilmiş şəraitin mövcud olduğu dövrə aid edilir. Dəfedilməz qüvvələr şəraitinə istinad edən Tərəf dərhal digər Tərəfi bu haqda yazılı şəkildə xəbərdar etməlidir.
Tərəflərin Müqaviləyə əsasən Fors-major halları kimi müəyyən edə biləcəyi hallar müvafiq qurumların, orqanların, icra hakimiyyətinin və/və ya FHN sənədlərində müəyyən etdiyi hallar sayılır.
Mübahisələrin həlli qaydası
Hazırki Müqavilədən irəli gələn, yaxud bu Müqavilə barədə meydana çıxan bütün mübahisələr Tərəflərin razılığı ilə həll edilir.
Tərəflər öz aralarında razılığa gələ bilməzlərsə, mübahisənin həll olunması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə tərəfindən həyata keçirilir.
Yekun müddəalar
Hazırki Müqavilənin mətni eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib olunmuşdur. Tərəflərdən hər birində müvafiq olaraq 1 (bir) nüsxə olur.
Hazırki Müqaviləyə edilən istənilən dəyişiklik və əlavə yazılı şəkildə verilməli və Tərəflər tərəfindən imzalanmalıdır.
Hər-hansı bir səbəbdən Tərəflərdən biri Müqaviləyə xitam verəcəksə, bu zaman o qarşı tərəfi 5 (beş) gün əvvəlcədən yazılı şəkildə xəbərdar etməlidir.
Müqavilənin müddəti
Bu müqavilə tərəflərin imzaladığı tarixdən qüvvəyə minir və 1 (bir) il müddətində öz hüquqi qüvvəsini saxlayır.
Müqavilənin müddətinin bitməsinə ən azı 30 (otuz) gün qalmış tərəflərin hər hansı birinin müqaviləyə xitam vermək barədə yazılı müraciəti olmadıqda, Müqavilə eyni şərtlərlə və eyni müddətə uzadılmış hesab olunur.
12. ZƏMANƏT
12.1. «SATICI» Əlavə də göstərilmiş, təqdim etdiyi avadanlıqların keyfiyyətinə zəmanət verir və yekun təhvil-təslim aktı imzalandığı tarixdən etibarən ZƏMANƏT TALONUNDA qeyd olunan
müddət ərzində təqdim etdiyi avadanlıqlarda yaranmış nasazlıq, qüsurları «ALICI»nın müraciəti əsasında öz hesabına aradan qaldırımaq öhdəliyini üzərinə götürür.
12.2. «ALICI» aşağıdakı hallarda zəmanət hüququndan məhrum edilə bilər:
• Montaj zamanı birbaşa «ALICI»nın təqsiri nəticəsində texniki səhvlərə yol verildikdə;
• İstismara verilmə və saxlanma qaydalarını pozduqda;
• Əmtəədə mexaniki zədə aşkar edildikdə;
• Elektrik şəbəkəsinin qeyri-stabil işləməsi nəticəsində sıradan çıxdıqda;
• Lazımi profilaktik işlər görülmədikdə;
• Zəmanət talonu «ALICI» tərəfindən itirildikdə.
• Qeyd cihazları üçün yaddaş diskləri HDD-əlavə -də göstərilmiş modellərə uyğun olmadığı halda.
13.Tərəflərin rekvizitləri
-
Satıcı:
Müəssisəninn adı: “TELCON” MMC.
Müəssisənin VÖEN: 2002751491.
H/nöm: XX00XXXX000000X0000000000000
Ünvan: Bakı şəhəri, N. Xxxx xxxxxx, 00-00
Bank rekvizitləri:
“Kapital Bank” ASC KOB Mərkəzi filialı
Kod: 201412
VÖEN: 9900003611
M/h : XX00XXXX00000000000000000000
SWiFT: XXXXXX0XXXX
Alıcı:
Müəssisəninn adı: “___________” MMC
Müəssisənin VÖEN: _________
Ünvan: ____________
Bank rekvizitləri:
“___________” ASC,
M/h: ________________
Kodu: _____________
H/h: ___________________
VÖEN: __________________
SWİFT: __________________
Direktoru :
“_______________” MMC-nin
Direktoru:
____________________Həmzəyev A.H. ____________________ ___________
M.Y. M.Y