ƏMANƏTLƏRİN SIĞORTASI QAYDALARI
ƏMANƏTLƏRİN SIĞORTASI QAYDALARI
ÜMUMİ ANLAYIŞLAR
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfidir.
Sığortaçı – İcbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda, könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir.
Faydalanan şəxslər - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli xxxx şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır.
Aktuari - iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;
Sığorta hadisəsi – sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
Sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
Sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
Sığorta obyekti – sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir.
Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır.
Sığorta marağı - Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir.
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;
Sığorta tarifi – sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
Sığorta şəhadətnaməsi - Sığortaçı sığortalıya verdiyi sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir.
Sığortanın müddəti – sığorta risklərinin sığortalanmış hesab olunduğu müddət.
Azadolma məbləği – sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.
Gözləmə müddəti - sığorta hadisəsi nəticəsində gözləmə müddəti ərzində yaranan itkilərin əvəzinin ödənilməsi sığortalının üzərində qalan hissəsidir.
Əhəmiyyətli hallar – Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum xxxx, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya verməli olduğu məlumatlar.
Sığortanın ərazisi – sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları.
XÜSUSİ ANLAYIŞLAR
Əmanət - bankın, digər kredit təşkilatların və ya poçt rabitəsinin milli operatorunun (bundan sonra “bank”) milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən xxxx ödəməli olduğu pul vəsaitləridir.
Əmanətçi – xxxxxx əmanəti xxxx, habelə qanunvericiliyə və/və ya müqaviləyə əsasən əmanətə sərəncam vermək hüququ xxxx şəxsdir.
Əmanət müqaviləsi – əmanət (depozit) müqaviləsinə görə bank başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.
BÖLMƏ 1. SIĞORTA NÖVÜ VƏ BU NÖVƏ AİD XXXX SİNİF
Maddə 1.Sığortanın növü
1.1 Sığortanın növü Əmanətlərin Sığortası olub Qeyri-Həyat sığorta sahəsi üzrə əmlak sığortasına aiddir.
Maddə 2. Sığortanın sinifi
2.1. Sığorta obyektinə görə əmlak sığortasına aid xxxx Əmanət Sığortası Azərbaycan Respublikasının “Sığorta fəaliyyəti haqqında” Qanununun 14.3.2.7-ci maddəsinə əsasən əmlakın sığortası ilə bağlı digər siniflərə aiddir.
BÖLMƏ 2. SIĞORTA MÜQAVİLƏSİNİN TƏRƏFLƏRİ
Maddə 3. Sığortaçı
3.1. Bu Qaydalara əsasən Sığortaçı “PAŞA Sığorta” ASC-dir.
Maddə 4. Sığortalı
4.1. Bu Qaydalara əsasən Sığortalı sığorta obyektinə münasibətdə sığorta xxxxxx xxxx istənilən fiziki və ya hüquqi şəxs hesab olunur.
Maddə 5. Faydalanan şəxs
5.1. Sığorta müqaviləsi sığorta obyektinin qorunmasında maraqlı xxxx hər hansı başqa şəxsin – Xxxxxxxxxx şəxsin xeyrinə də bağlana bilər.
5.2. Xxxxxxxxxx şəxsin adı sığorta müqaviləsində göstərilməlidir.
5.3. Sığorta müqaviləsinin Xxxxxxxxxx şəxsin xeyrinə bağlanması Sığortalını müqaviləyə əsasən vəzifə və öhdəliklərindən azad etmir.
5.4. Bu Qaydalar və sığorta müqaviləsi ilə Sığortalıya aid edilən bütün müddəalar sığortadan faydalanmaq niyyətində xxxx Xxxxxxxxxx şəxsə də eyni həcmdə aid edilir.
BÖLMƏ 3. SIĞORTA PREDMETİ VƏ OBYEKTİ
Maddə 6. Sığorta obyekti
6.1. Bu Qaydalara əsasən bankın Sığortalıdan milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən xxxx ödəməli olduğu pul vəsaitləri sığorta obyekti hesab edilir. Sığorta müqaviləsinin şərtlərinə əsasən əmanətə görə faizlərə də təminat verilə bilər.
Maddə 7. Sığorta predmeti
7.1 Bu Qaydalara əsasən Sığortalının bankla bağladığı əmanət müqaviləsi üzrə əmlak mənafelərinin aid olduğu əmlak (pul vəsaiti) sığortanın predmeti hesab olunur.
BÖLMƏ 4. SIĞORTA MƏBLƏĞİ
Maddə 8. Sığorta məbləği
8.1. Sığorta məbləği əmanət müqaviləsi ilə təyin olunmuş əmanət məbləğindən yüksək olmamaq şərti ilə müəyyən edilir. Müqavilənin şərtlərinə əsasən sığorta məbləğinə hesablanmış faizlər də daxil ola bilər.
BÖLMƏ 5. SIĞORTA TƏMİNATI
Maddə 9. Sığorta riskləri
9.1. Bu Qaydalara əsasən aşağıdakı hallarda Sığortaçı Sığortalıya banka təqdim edilmiş əmanət məbləğinin (müqavilədə nəzərdə tutulduğu hallarda həmçinin hesablanmış faizlərin) kompensasiyasını ödəyir:
a) bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması;
b) qanunvericiliyə müvafiq olaraq bank əmanətlər üzrə öhdəliklərinin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilməsi.
Maddə 10. Sığorta Risklərindən İstisnalar və (və ya) Sığorta Təminatında Məhdudiyyətlər
10.1. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, əmanətlərin aşağıdakı növlərinə sığorta təminatı şamil edilmir:
10.1.1. adsız borc qiymətli kağızlarının (adsız depozit sertifikatlarının) yerləşdirilməsi yolu ilə cəlb edilmiş pul vəsaitləri;
10.1.2. bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;
10.1.3. qeyri - xxxxxx xxxxx əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər;
10.1.4. cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər;
10.1.5. üzərinə həbs qoyulmuş əmanətlər;
10.1.6. cəlb edildiyi günə Əmanətlərin Sığortalanması Xxxxx tərəfindən qorunan əmanətlər üzrə illik faiz dərəcəsi həddindən yuxarı faizlərlə qəbul edilmiş əmanətlər;
10.1.7. şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri;
10.1.8. şəxslərin bankın vəkalətli idarəetməsində xxxx pul vəsaitləri;
10.1.9. ödəniş müddətlərinin başa çatıb - çatmamasından asılı olmayaraq əmanətçinin xxxxx xxxx borcunun əsas məbləği və faizləri həcmində əmanəti;
00.0.00.xxxx qarşısında öhdəliklərin təminatı xxxx əmanətlər.
10.2. Aşağıdakı hallar nəticəsində baş verən itki və ziyanlar Sığortaçı tərəfindən ödənilmir:
10.2.1. Sığortalının sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayətlər törətməsi;
10.2.2. Müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmamışdırsa, normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada sayılan hərbi əməliyyatları və ya əlaqədar xxxx hərbi xarakterli tədbirlər;
10.2.3. Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına Sığortalı tərəfindən maneçilik törədilməsi;
10.2.4. Sığorta obyekti və hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi;
10.2.5. Sığortaçının razılığı olmadan tərəflərin əmanət müqaviləsinin şərtlərinin dəyişdirməsi;
10.2.6. Sığortalının Sığortaçının razılığı olmadan əmanətçinin əmanət ilə bağlı hər hansı bir sövdələşməyə girməsi.
10.3. Müvafiq sığorta müqaviləsinə əsasən tərəflər arasında digər istisnalar da müəyyənləşdirilə bilər.
BÖLMƏ 6. SIĞORTA MÜQAVİLƏSİ BAĞLANMASI, HƏMÇİNİN ONA ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ VƏ XİTAM VERİLMƏSİ QAYDASI
Maddə 11. Sığorta müqaviləsinin bağlanması
11.1. Sığorta müqaviləsinin bağlanması üçün Sığortalı Sığortaçının ərizə/sorğu formasını doldurur.
11.2. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, Sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir.
11.3. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi, müqavilədə göstərilən başlama və sona çatma tarixlərində saat 2400-da qüvvəyə minir və qüvvədən düşür.
11.4. Sığorta yalnız sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrini əhatə edir.
Maddə 12. Sığortanın ərazisi
12.1. Bu sığorta, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
12.2. Əgər sığorta müqaviləsində sığortanın ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə baş verən sığorta hadisələrinə sığorta təminatı verilir.
12.3. Sığortanın ərazisi, Sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi və onun yazılı surətdə razılığının alınması şərti ilə genişləndirilə bilər.
Maddə 13. Azadolma məbləği
13.1. Sığorta müqaviləsi ilə azadolma məbləği nəzərdə tutula bilər.
13.2. Azadolma məbləği sığorta və ya ziyan məbləğinin hər hansı bir xxxxx həcmində və/və ya müəyyən məbləğ həcmində təyin edilə bilər.
Maddə 14. Sığorta müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi
14.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığortalı və sığоrtаçı müqavilənin müəyyən şərtlərinin dəyişdirilməsi, həmçinin оnа müəyyən əlаvələr еdilməsi bаrədə rаzılığа gələ bilərlər.
Maddə 15. Sığorta müqaviləsinə xitam verilməsi
15.1 Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
15.1.1. sığorta predmeti artıq mövcud olmadıqda;
15.1.2. aşağıdakı hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv olunduqda:
a) əmlak sığortası müqaviləsini bağlamış sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış əmlakı qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verənədək sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda sığortalı fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxsə keçir;
b) müqavilədə başqa şərtlər müəyyən edilməmişdirsə, sığortalının hüquq və vəzifələri sığorta predmeti xxxx xxxxx əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə həm onun özünün, həm də sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir;
c) sığortalı xxxx hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə onun həmin müqavilə üzrə hüquq və vəzifələri müvafiq hüquq varisinə keçir.
15.1.3. Sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunan vəfat etdikdə sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;
15.1.4. sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilir;
15.1.5. sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
15.1.6. sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə;
15.1.7. sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
15.1.8. sığorta marağı artıq mövcud olmadıqda;
15.1.9. sığortalı və ya sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə.
Maddə 16. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermə ilə bağlı xəbərdar etmə
16.1. Bu Qaydaların 15-ci maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda bu Qaydaların 16.2-ci maddəsi nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
16.2. Sığorta müqaviləsinə bu Məcəllənin 15.1.9-cu maddəsinə uyğun olaraq sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
Maddə 17. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
17.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
17.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər.
17.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
17.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı
məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Məcəllənin 17.1-ci və 17.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
17.5. Sığorta müqaviləsi bu Qaydaların 15.1.2-ci maddəsində müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Məcəllənin 17.3-cü və 17.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
BÖLMƏ 7. SIĞORTA HAQQI
Maddə 18. Sığorta haqqı
18.1. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
Maddə 19. Sığorta haqqının ödənilməsi
19.1. Əgər sığorta haqqı (və ya onun razılaşdırılmış ilk hissəsi) sığorta müqaviləsində nəzərdə tutulmuş vaxt ərzində Sığortaçıya ödənilməzsə, sığorta müqaviləsi öz qüvvəsini itirir. Əgər sığorta haqqının hissələrlə ödənilməsi nəzərdə tutulmuşdursa, sığorta haqqının sonrakı hissələri sığorta müqaviləsində göstərilmiş müddət ərzində ödənilməzsə, tərəflərin başqa cür razılaşdığı hallar istisna olmaqla, sığorta müqaviləsi, sığorta haqqının ödənilmiş hissəsinə müvafiq xxxx müddətin bitməsindən sonra öz qüvvəsini itirir.
19.2. Sığorta haqqının ödənildiyi gün, pul vəsaitinin Sığortaçının bank hesabına və ya kassasına daxil olduğu gün hesab olunur.
BÖLMƏ 8. MÜQAVİLƏ ÜZRƏ TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
Maddə 20. Tərəflərin hüquq və vəzifələri:
20.1. Sığortalı:
20.1.1. sığorta haqqını vaxtında ödəməli;
20.1.2. sığortalanmış obyektə dair qüvvədə xxxx digər sığorta müqavilələri barədə sığortaçıya məlumat verməli;
20.1.3. sığorta hadisəsi baş verdikdə, bu barədə Qaydaların 23.1-ci maddəsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etməli;
20.1.4. ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görməli;
20.1.5. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum xxxx, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar (bundan sonra “əhəmiyyətli hallar”) barədə sığortaçıya məlumat verməlidir və ya Sığortaçı tərəfdən təqdim olunmuş Sorğu formasında düzgün və dəqiq şəkildə qeyd etməlidir, xxxxxx sonradan dəyişilməsi barədə sığortaçıya məlumat verməli;
20.1.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquq və vəzifələri həyata keçirtməlidir.
20.2. Sığortaçı:
20.2.1. sığortalını sığorta qaydaları ilə xxxxx etməli;
20.2.2. sığorta ödənişini bu Qaydaların 27.1-ci maddəsində müəyyən edilmiş müddətdə verməli;
20.2.3. sığortalı və onun əmlak vəziyyəti barədə məlumatı, o cümlədən kommersiya xxxxx xxxx məlumatı yaymamalıdır;
20.2.4. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquq və vəzifələri həyata keçirtməlidir.
20.3. Sığortalı tərəfindən əhəmiyyətli hal barədə məlumatların verilməməsi və ya sorğu formasında yanlış məlumatların qeyd edilməsi Sığortaçının müqavilədən və sığorta ödənişindən imtina etməsi ilə nəticələnir.
20.4. Əgər məlumatların dəqiq olmaması Sığortaçıya məlum idisə və ya Sığortalı yanlış məlumatların verilməsində təqsirli deyildirsə, müqavilədən imtina edilməsi yolverilməzdir.
Maddə 21. Sığorta riskindəki dəyişikliklər
21.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, Sığortalı, sığorta müqaviləsi bağlanan zaman Sığortaçıya bildirdiyi əhəmiyyətli halların dəyişilməsi, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən və ona məlum xxxx bütün digər hallar (o cümlədən əmanət müqaviləsində sonradan baş verən dəyişiklik) barədə Sığortaçıya dərhal məlumat verməlidir.
21.2. Sığortaçı sığorta riskinin artmasına təsir edən hallar barədə məlumatı əldə etdikdən sonra aşağıda göstərilən hərəkətləri etmək hüququna malikdir:
21.2.1. sığorta müqaviləsinin şərtlərini və müddəalarını dəyişmək,
21.2.2. əlavə sığorta haqqının ödənilməsini tələb etmək və ya
21.2.3. belə dəyişikliklərin baş verdiyi tarixdən sığorta müqaviləsini ləğv etmək.
21.3. Sığortalı bu Qaydaların 21.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməzsə, Sığortaçı sığorta ödənişini vermək vəzifəsindən azad edilir.
BÖLMƏ 9. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
Maddə 22. Sığorta hadisəsi
22.1. Sığorta hadisəsi sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
22.2. Bu Qaydalara əsasən bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilməsi sığorta hadisəsi hesab olunur.
Maddə 23. Sığortaçıya sığorta hadisəsi barədə məlumatın verilməsi
23.1. Sığorta hadisəsinin baş verməsini Sığortalı dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə yazılı surətdə bildirir.
Maddə 24. Zərərlərin qarşısının alınması və azaldılması
24.1. Bu sığorta ilə əhatə olunmasından asılı olmayaraq, Sığortalı artıq baş vermiş istənilən zərər, xəsarət və yaranmış məsuliyyətin azaldılması və gələcəkdə baş verə biləcək belə halların qarşısının alınması məqsədi ilə bütün ağlabatan və zəruri tədbirləri görməyə borcludur.
24.2. Sığortalının belə tədbirləri həyata keçirməməsi ilə əlaqədar birbaşa və ya dolayı nəticəsi olaraq baş vermiş istənilən zərər, xəsarət və yaranmış məsuliyyətə münasibətdə sığorta təminatı verilmir.
24.3. Belə tədbirlərin görülməsi zamanı Sığortalı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir.
24.4. Zərərlərin qarşısını almaq və ya həcmini azaltmaq üçün Sığortalı mümkün tədbirləri görmədikdə, belə tədbirlərin görülməməsi nəticəsində zərər məbləğində baş verən xxxxx Sığortaçı tərəfindən ödənilmir.
Maddə 25. Sığortaçı tərəfindən nəzarət
25.1. Sığortaçı sığorta hadisəsi və onun nəticələri ilə əlaqədar Sığortalının bütün hərəkətləri üzərində nəzarət etməli və sığorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün məsələlər haqqında qərar qəbul etmək imkanına malik olmalıdır.
25.2. Sığortalı Sığortaçının tələbi ilə ona kömək etməlidir. Sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri- rəsmi təhqiqatlarda Sığortaçı öz hesabına Sığortalının maraqlarını təmsil və müdafiə etmək hüququna malikdir. Sığortalı Sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı bir hərəkət edə, saziş bağlaya və ya vəd verə bilməz.
Maddə 26. Sığorta hadisəsinin sübut edilməsi
26.1. Sığоrta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin məbləğini sübut etmək vəzifəsi Sığortalının üzərinə düşür və Sığortalı qanunvericilik və formalaşmış təcrübə ilə tələb olunan sənədlər də daxil olmaqla Sığortaçını bütün zəruri sənədlərlə təmin etməlidir.
26.2. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
26.2.1 bankın ləğv edilməsi və ya müflis elan olunması faktını əks etdirən sənədin surəti;
26.2.2. qanunvericiliyə müvafiq olaraq bankın əmanətlər üzrə öhdəliklərinin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarını və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilməsini əks etdirən sənədlərin surətləri;
26.2.3. sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi (ərizə, müraciət);
26.2.4 sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
26.2.5. Əmanət müqaviləsi, bank kitabçası, bank və ya depozit sertifikatı və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlər;
26.2.6. Sığorta hadisəsinin baş verməsini təsdiq edən digər zəruri sənədlər.
26.3 Sığortaçı zərurət yarandıqda sığortalıdan sığorta hadisəsinin baş verməsi səbəblərini və faktını, həmçinin dəyən zərərin həcminin müəyyən edilməsi üçün zəruri xxxx digər sənədlərin təqdim edilməsini tələb etməyə haqlıdır.
BÖLMƏ 10. SIĞORTA ÖDƏNİŞİ
Maddə 27. Sığorta ödənişi
27.1. Sığortaçı bu Qaydaların 26-cı maddəsində qeyd olunan sənədlərin sonuncusunu aldıqdan sonra (sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa) 7 iş günü müddətində sığorta ödənişini həyata keçirir və ya yazılı şəkildə əsaslandırmaqla ödənişdən imtina edir.
27.2. Müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, sığorta ödənişi, Bank tərəfindən Sığortalıdan qəbul edilən bank əmanəti məbləğində (sığorta müqaviləsində nəzərdə tutulduqda, həmçinin hesablanmış faizlər məbləğində) həyata keçirilir.
27.3. Sığorta ödənişi hesablanarkən sığorta müqaviləsi ilə nəzərdə tutulmuş bütün azadolmalar ödəniş məbləğindən çıxılır.
27.4. Sığorta ödənişi nağd və ya bank köçürməsi yolu ilə həyata keçirilə bilər.
28. Sığorta ödənişindən sığorta haqqının tutulması
28.1. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
29. Sığorta məbləğinin sığorta ödənişinə uyğun olaraq azalması
29.1. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur. Sığorta qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik etmək vacib deyil.
30. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
30.1. Azərbaycan Respublikasının Qanununlarında başqa cür nəzərdə tutulmamışdırsa, Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
30.1.1. bu Qaydaların 23-cü maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması;
30.1.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
30.1.3. müqavilə ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
30.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
30.1.5. bu Qaydaların 30.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
30.1.6. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
30.1.7. baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
30.1.8. sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, Azərbaycan Respublikasının Mülki Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;
30.2. Bu Qaydaların 30.1.5-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.
30.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığorta hadisəsi onun baş verməsinə yönələn, sığorta müqaviləsi üzrə sığortalı və (və ya) sığorta olunan hesab edilməyən faydalanan şəxsin qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdikdə, həmin faydalanan şəxs sığorta ödənişini almaq hüququndan məhrum olur.
Maddə 31. Subroqasiya hüququ
31.1. Xxxxxxxxxxx hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
31.2. Xxxxxxxxxx şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
31.3. Xxxxxxxxxx şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
31.4 Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
31.5 Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
BÖLMƏ 11. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
Maddə 32. Tərəflərin məsuliyyəti
32.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 33. İş sirlərinin gizli saxlanılması
33.1. Sığortaçı, Sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı halda Sığortalıya dəyən maddi və ya mənəvi zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır
Maddə 34. Mübahisələrin həlli qaydası
34.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.
BÖLMƏ 12. DİGƏR MÜDDƏALAR
Maddə 35. Qeyd-şərtlər
35.1. Sığorta qaydalarına əlavə və dəyişikliklər edilməsi məqsədilə, bu qaydalara qeyd-şərtlər də yazıla bilər.
Depozitlərin sığortası üzrə baza sığorta tariflərinin hesablanması və iqtisadi əsaslandırılması
Sığorta tarifinin hesablanması üçün zəruri xxxx məlumatlar:
• n - müqavilələrin nəzərdə tutulan sayı
• q - sığorta hadisəsinin baş vermə ehtimalı
• S - bir sığorta müqaviləsi üzrə sığorta məbləğinin xxxx qiyməti
• Sβ - sığorta hadisəsinin baş verməsi zamanı bir sığorta müqaviləsi üzrə xxxx sığorta ödənişi
• ƴ -sığorta hadisələri üzrə ödənişlərin verilməsi üçün yığılmış sığorta haqlarının yetərli olmasının tələb olunan ehtimalına zəmanət
• α(ƴ) – təhlükəsizlik zəmanəti, ƴ - xxx, xxxxx xxxx əmsal. Bu əmsalın qiymətini cədvəldən götürə bilərik:
Г | 0.84 | 0.9 | 0.95 | 0.98 | 0.9986 |
α(ƴ) | 1.0 | 1.3 | 1.645 | 2.0 | 3.0 |
Netto-dərəcə T, iki hissədən ibarətdir - əsas hissə To və risk əlavasi Tr:
Tn=To+Xx
Xxxxx-dərəcənin əsas hissəsi To sığorta hadisəsinin baş verma ehtimalı q, xxxx sığorta məbləği S və xxxx sığorta ödənişi Sβ-xxx xxxxx xxxx sığortaçının xxxx ödənişlərinə uyğundur. Netto-dərəcənin əsas hissəsi aşağıdakı düsturla hesablanır:
To = 100xSβ/Sxq
Risk əlavasi Tr, sığorta hadisələrinin sayının xxxx qiymətindən xxx olması ehtimalını nəzərə almaq üçün daxil edilir. Risk əlavasi Tr aşağıdakı düsturla hesablanır:
Tr=1.2 x To x α(ƴ) x √1-q/nq Brutto-dərəcə aşağıdakı düsturla hesablanır:
Tb = Tn x 100/100- f
burda f (%)-yükləmənin ümumi tarif dərəcəsində payıdır.
Tarif dərəcəsinin strukturunu belə müəyyənləşdiririk: 65% - netto-dərəcə, 35% - yükləmə. Hesablamalar üçün təhlükəsizlik zəmanəti 0.9986 məbləğində götürülüb, yəni α(ƴ) - 3.0. Qeyd edək ki, baza sığorta tariflari müddəti bir il xxxx müqavilələr üçün hesablanır.
Sığorta hadisəsinin baş verma ehtimalı və sığorta ödənişi
Sığorta hadisəsi bankın öz öhdəliklərini müflis olma və ya digər səbəblərdən yerinə yetirə bilməməsidir.(bundan sonra "defolt" adlanacaq). Defolt ehtimalını müəyyən etmək üçün bu məqsədlə geniş istifadə olunan logit (locistik reqressiya) üsulundan istifadə olunacaq. Bu üsula görə defolt ehtimalı (PD- probability of default) logit funksiyası vasitəsi ilə axtarılır.
PD = Logit(S) = eS/1+eS=1/1+e-S
burada,
S=B0 + B₁ X₁ +...+ Bn Xn
S-ballar ("score")
Xi-maliyyə əmsalları ("financial ratios, explanatory variables, predictors").
ßi-banklara aid statistik məlumatlara əsasən hesablanan parametrlər – maksimum oxşarlıq üsulundan istifadə edərək
Aşağıdakı maliyyə əmsallanndan istifadə olunub:
X₁ - nizamnama kapitalı /öhdəliklər X₂-ehtiyatlar / kredit portfeli
X3-investisiyalardan gəlir / investisiyalarla bağlı xərclər X4-işçi heyəti ilə bağlı xərclər / ümumi xərclər
X5-xxxxx xxxxx / nizamnama kapitalı (XXX)
Nəzərə alsaq ki, ölkəmizdə bankların defoltu ilə əlaqədar statistika hesablamaların aparılması üçün yetərli deyil, biz ABŞ banklarının 1987-2008 illəri əhatə edən təhlilinin nəticələrindən istifadə etmişik. Belə ki, həmin təhlilə görə ßi parametrləri aşağıdakı kimi seçilir:
Bo = -5.706
B₁ = -0.093
B₂ = 0.497 B3=-1.204 B4 =-1.134
B5 = -0.01.
Bu metodikanı ölkəmizdə fəaliyyət göstərən 26 banka tətbiq etmişik. Nəticədə bu banklar üzrə cəm aktiv görə xxxx yüklü defolt ehtimalı 0.03% təşkil edir:
q=0.03%
Sığorta hadisəsinin baş verməsi zamanı bir sığorta müqaviləsi üzrə xxxx sığorta ödənişi bu növ sığorta üçün xxxx sığorta məbləğinə bərabərdir.
Sb = S
Xxxx sığorta məbləği
S=300000 AZN
Müqavilələrin nəzərdə tutulan sayı
n= 60
Baza sığorta tariflarinin hesablanması
To=100 x Sb/S x q=100x0.0003 = 0.03
Tr = 1.2 x T0 x α(ƴ) x √1-q/nq = 1.2 x 0.03 x 3 x √1-0.0003/ 60 x 0.0003 = 0.805
Tn=To +Tr= 0.03+0.805=0.835
Tb = Tn x100 / 100-f = 0.835x100 / 100-35 = 1.2846
Beləliklə, baza sığorta tarifi 1.28% təşkil edir.
Qeydlər:
• Depozit qoyulan bankın maliyyə göstəriciləri, bu bank üçün hesablanan defolt ehtimalı, sığor məbləğinin həcmi, dövlət tərəfindən zəmanət verilən depozit məbləğinin dəyişməsi və sair sığorta hadisəsinin baş vermə ehtimalına və ehtimal olunan zərərin məbləğinə təsir edə biləcək amillərə əsasən hesablanmış baza tariflərinə yüksəldici və azaldıcı əmsallar tətbiq oluna bilər.
• Baza tariflərinin hesablanması zamanı aşağıdakı mənbələrdən istifadə olunub:
1. Xxxxxx van der Xxxxx. Bank Default Prediction Models. A comparison and an application rating transitions.2010.
2. Xxxxxx Xxxxxx. Estimating probabilities of default for German savings banks and credit cooperatives.2004.