Contract
2007-ci il xxxxxx 22-də Vaşinqton şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Xəzər Regionunda Enerji Təhlükəsizliyi üzrə Dialoqa dair Anlaşma Memorandumu" nun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2007-ci il xxxxxx 22-də Vaşinqton şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Xəzər Regionunda Enerji Təhlükəsizliyi üzrə Dialoqa dair Anlaşma Memorandumu" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1- ci bəndində göstərilən Anlaşma Memorandumunun həyata keçirilməsini təmin etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2007-ci il
№ 2118
Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Xəzər Regionunda Enerji Təhlükəsizliyi üzrə Dialoqa dair
ANLAŞMA MEMORANDUMU
Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti:
enerji resurslarının beynəlxalq bazarlara təhlükəsiz və etibarlı çıxışını və enerji əməkdaşlığını təşviq etməkdə möhkəm qarşılıqlı maraqları dəstəkləyərək,
enerji mənbələri və tranzit yollarının diversifikasiyasının və təhlükəsizliyinin əhəmiyyətini vurğulayaraq,
Azərbaycanın enerji istehsalçısı və Şərq-Qərb enerji dəhlizində əlaqələndirici xxxx xxxxx rolunu təsdiqləyərək və Xəzər regionunda növbəti onillikdə sürətlə genişlənən qaz və neft istehsalını, eləcə də Bakı-Tbilisi-Ərzurum xxxx kəməri və digər marşrutlar vasitəsilə tranzitdən istifadə etməklə Avropaya qaz ixracatını qabaqcadan görərək,
Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin istismara verilməsini alqışlayaraq və “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında neftin Qazaxıstan Respublikasından Xəzər dənizi və Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə Azərbaycan Respublikasının ərazisi ilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında Müqavilə”nin əhəmiyyətini vurğulayaraq,
Xəzər regionundan təbii qazın, Avropa da daxil olmaqla, Qərb bazarlarına ixracında Azərbaycanın mühüm tranzit ölkə xxxx xxxxx dəyərini nəzərə alaraq,
xüsusilə neft və təbii qaz istehsalı və ixracının nəticəsi olaraq Azərbaycanda baş verən sürətli iqtisadi və sosial inkişaf kontekstində Azərbaycanın Emal Sənayesində Şəffaflıq Təşəbbüsünün həyata keçirilməsini qeyd edərək,
Xəzər regionunda enerji təhlükəsizliyi məsələləri üzrə yüksək səviyyəli dialoq sahəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti vasitəsilə əməkdaşlıq etmək niyyətlərini ifadə edirlər.
Enerji təhlükəsizliyi məsələləri üzrə yüksək səviyyəli dialoqun məqsəd və xüsusiyyətləri aşağıdakılar olacaqdır:
Enerji təhlükəsizliyi məsələləri üzrə yüksək səviyyəli dialoq, Azərbaycanın enerji ehtiyatlarının inkişafı və təhlükəsiz nəqlində artıq mövcud xxxx xxxxx ikitərəfli əməkdaşlığın dərinləşməsinə həsr edilir.
Enerji təhlükəsizliyi məsələləri üzrə yüksək səviyyəli dialoq qlobal enerji ehtiyatlarının diversifikasiyası və bazara iqtisadi cəhətdən əlverişli çoxtərəfli çıxışın təşviqi ilə bağlı siyasi, ticari və iqtisadi problemlərin müzakirəsi və həlli üçün forum kimi xidmət edir.
Enerji təhlükəsizliyi məsələləri üzrə yüksək səviyyəli dialoqa Azərbaycan Tərəfindən Xarici İşlər Nazirliyi, Amerika Birləşmiş Ştatları tərəfindən isə Dövlət Departamenti məsul olacaqlar.
Enerji təhlükəsizliyi məsələləri üzrə yüksək səviyyəli dialoqun rəsmi iclası ildə bir dəfə müvafiq olaraq Vaşinqtonda və Bakıda keçirilir. Nəzərdə tutulan növbəti müntəzəm iclasdan əvvəl istənilən tərəf, diqqət tələb edən prioritet məsələlərin müzakirəsi üçün xüsusi iclasın keçirilməsi barədə müraciət edə bilər.
Enerji təhlükəsizliyi məsələləri üzrə yüksək səviyyəli dialoqda, aşağıda qeyd olunanlar da daxil olmaqla, müvafiq əməkdaşlıq sahələrinə diqqət yetiriləcəkdir:
qəbul edən Hökumət Sazişinin tamamlanmasının tezləşdirilməsi, Şimali Xəzər xam neftinin Xəzərdən keçməklə Azərbaycana çatdırılmasına və Bakı-Tbilisi-Ceyhan kəmərinə qoşulmasına yardım haqqında Hökumətlərarası Sazişin icrası;
müvafiq hökumətlər və sərmayəçilərlə işləməklə, Azərbaycanın təbii qaz və neft ehtiyatlarının istehsalını artırmaq üçün üsulların araşdırılması, Türkiyə-Yunanıstan-İtaliya, potensial olaraq Nabukko və digər xxxx xətləri də daxil olmaqla, təbii qaz və neftin xxxx kəmərləri ilə Cənubi və Mərkəzi Avropaya iqtisadi səmərəlilik əsasında çatdırılmasının təmin edilməsi, həmçinin hər iki Hökumət Avropaya əlavə qaz nəqli imkanlarını araşdırmaq məqsədilə Mərkəzi Asiya qaz istehsalçıları ilə də işləmək niyyətindədir;
ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin mümkün texniki yardımı ilə mövcud Bakı- Tbilisi-Ərzurum xxxx kəməri əsasında yeni tranzit yolları və regional sazişlər üzrə və Xəzər qaz resurslarının Avropaya daşınmasının yeni imkanlarının araşdırılması məqsədilə tövsiyələrin hazırlanması;
bərpa olunan enerji ehtiyatlarının inkişafının təşviqi üzrə əməkdaşlıq yollarının araşdırılması, eləcə də Azərbaycanda enerji sahəsinin səmərəliliyinin artırılması;
Azərbaycanın tranzit və ixrac xxxx kəməri şəbəkəsinin təhlükəsizliyinin inkişafının yeni üsullarının öyrənilməsi;
Azərbaycana, xüsusilə təbii qaz sahəsində, onun enerji təhlükəsizliyinin təmin edilməsində yardım göstərilməsi.
Bu Memorandum 2007-ci il xxxxxx 22-də Vaşinqton şəhərində, Azərbaycan və ingilis dillərində eyni qüvvəyə xxxxx xxxx iki əsl nüsxədə imzalanmışdır.
Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları Hökuməti adından Hökuməti adından
(imza) (imza)