Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı
Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı
MÜQAVİLƏSI № ___
Bakı şəhəri 20______ il
Biz, aşağıda imza edənlər, bir tərəfdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, ____________________________ şəxsində (bundan sonra “Satıcı” adlandırılacaq), digər tərəfdən ____________________________(şəxsiyyəti təsdiq edən sənədin göstəriciləri) ____________________ şəxsində (bundan sonra “Alıcı” adlandırılacaq) aşağıdakılar haqqında müqavilə bağladılar:
Müqavilənin predmeti
1.1. Müqavilənin predmetini _________ tarixli ______ nömrəli _____________ əsasən ona (onlara) məxsus ______________________________________________ünvanındakı ______________________________________ (müəssisə və obyekt) altında yerləşən, qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən ______ m2 torpaq sahəsi təşkil edir.
1.2. “Satıcı” müqavilənin 1.1 bəndində göstərilən torpaq sahəsini
____________________________ manata satır,
“Alıcı” isə həmin torpaq sahəsinin tam dəyərini ödəməklə satın alır.
2. Tərəflərin öhdəlikləri
2.1. “Satıcı” aşağıdakıları öhdəsinə götürür:
2.1.1. Torpaq sahəsinin dəyəri “Alıcı” tərəfindən ödənildikdən sonra alqı-satqı müqaviləsinin bir nüsxəsini müvafiq sənədlərlə birlikdə əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aidiyyəti ərazi idarəsinə göndərilməsini.
2.2. Alıcı” aşağıdakıları öhdəsinə götürür:
2.2.1. Alqı-satqı müqaviləsi imzalandığı andan etibarən 30 (otuz) bank günü müddətində alınmış torpaq sahəsinin dəyərini “Satıcı” tərəfindən müəyyən edilmiş hesablara ödənilməsini;
2.2.2. Alqı-satqı müqaviləsi imzalandıqdan sonra torpaq sahəsi barəsində bütün məsuliyyətin öz üzərinə götürülməsini.
3. Tərəflərin məsuliyyəti
3.1. Əgər “Alıcı” satın aldığı torpaq sahəsinin dəyərini müqavilə bağlandığı andan 30 (otuz) bank günü ərzində ödəməzsə, bu müqavilə qüvvədən düşmüş hesab edilir.
3.2. Bu müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qüvvədə xxxx qanunvericiliyə uyğun olaraq həll edilir.
4. Əlavə şərtlər
4.1. Bu müqavilə imzalandığı andan qüvvəyə minir.
4.2. Müqaviləyə əlavə və dəyişikliklər buna səlahiyyəti xxxx şəxslər tərəfindən müvafiq sənədlər təqdim etməklə protokollaşdırıldıqdan sonra edilə bilər.
4.3. Torpaq sahəsinin satılması Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alındığı gündən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ “Alıcı”ya keçir.
4.4. Müqavilə bərabər hüquqi qüvvəyə malik 2 nüsxədən ibarət tərtib olunmuşdur, bir nüsxəsi “Satıcı”da saxlanılır, 1 nüsxəsi “Satıcı” tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edilir.
TƏRƏFLƏRİN İMZALARI
SATICI ____________ |
ALICI _________ |
İcraçı: _______________ |
Ünvan: |