VƏ
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
4
VƏ
Almaniya Federativ Respublikasının Əmək və Sosial Məsələlər Federal Nazirliyi arasında
əmək və sosial siyasət sahəsində əməkdaşlıq haqqında
Anlaşma Memorandumu
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Almaniya Federativ Respublikasının Əmək və Sosial Məsələlər Federal Nazirliyi,
ikitərəfli əməkdaşlığın inkişafından və mahiyyətindən məmnun olduğunu
bəyan edərək,
iki tərəf arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə dəstək vermək niyyətində olaraq əmək və sosial siyasət sahəsində ikitərəfli
i
əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsinə təşəbbüs göstərərək, aşağıdakılar barədə razılığa gəldilər:
1. Əməkdaşlıq sahələri
1. Tərəflər arasında əməkdaşlıq, onların fəaliyyət sahələri və səlahiyyətləri çərçivəsində xxxx məsələləri əhatə etməlidir. Əməkdaşlıq əsasən aşağıdakı sahələrə aid məsələləri əhatə etməlidir:
a) Əmək, məşğulluq, əməyin təhlükəsizliyi və iş yerində sağlamlığı və sosial müdafiə sahəsində qanunvericilik, o cümlədən onun tətbiqi mexanizmləri,
b) Əmək bazarının təhlili, məlumat bazasının yaradılması, əmək bazarında müasir informasiya sistemlərinin və texnologiyalarının tətbiqi,
c) Əcnəbi işçilərin milli əmək bazarmda iştirakının mümkünlüyü,
d) İşsiz və iş axtaran vətəndaşların peşə hazırlığı, ixtisaslaşması, və onların ixtisaslarının artırılması,
e) İctimai məşğulluq tədbirləri, əlil insanlarm və digər sosial cəhətdən həssas əhali qruplarının əmək bazarına inteqrasiyasının dəstəklənməsi
üzrə xüsusi proqramlar,
2
T r
f) Azərbaycan Respublikasının Avropa İttifaqının müvafiq standartlarına uyğunlaşdırılınası üçün əmək, məşğulluq və sosial müdafiə sahəsində tədbirlər.
2. Tərəflər, ikitərəfli razılığa əsasən qeyd edilən məsələlərin dairəsinin genişləndirilməsinin mümkün olduğu barədə razılaşdılar.
2. Əməkdaşlıq formaları
1. Əməkdaşlığın forması hər iki tərəfin qarşılıqlı razılaşması əsasında müəyyən edilməlidir.
Əməkdaşlıq, onun əhatə etdiyi məsələlərdən və tələbatdan asılı olaraq, xüsusilə aşağıdakı formalarda həyata keçirilməlidir:
a) 1-ci Bənddə qeyd edilən məsələlər üzrə yazılı məlumatın mübadiləsi,
b) ikitərəfli məsləhətləşmələrin və mütəxəssis müzakirələrinin təşkili,
c) əvvəlcədən razılaşdırılmış mövzular üzrə görüş və konfransların keçirilməsi,
d) beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə həyata keçirilən birgə layihələrə dair məlumat mübadiləsi,
e) əmək və sosial siyasət sahəsində çoxtərəfli layihələrin hazırlanması və tətbiqi məqsədilə məsləhət vermə və dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlığın dəstəklənməsi.
2. Tərəflər, hər iki Tərəfin tabeçiliyində xxxx idarə və qurumlarla, o cümlədən hər iki ölkənin nazirlikləri ilə əməkdaşlığı fəal dəstəkləmək niyyətini ifadə
edirlər.
3
3. Əlaqələndirmə və həyata keçirilmə
1. Bu Anlaşma Memorandumunda qeyd edilən əməkdaşlıq istiqamətləri üzrə tədbirlərin əlaqələndirilməsinin və tətbiqinin Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
4
Beynəlxalq əməkdaşlıq şöbəsi və Almaniya Federativ Respublikasının Əmək və Sosial Məsələlər Federal Nazirliyinin Avropa və Beynəlxalq Sosial və Məşğulluq Siyasəti Baş İdarəsi tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.
2. Bu Anlaşma Memorandumunda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi hər bir Tərəfin illik büdcəsi çərçivəsində həyata keçiriləcəkdir.
4. Dəyişikliklər
Hazırkı Anlaşma Memorandumuna dəyişikliklərin edilməsi əvvəlcədən aparılan danışıqlara əsasən istənilən zaman qarşılıqlı razılaşma yolu ilə həyata keçirilməlidir.
5. Yekun müddəalar
Hazırkı Anlaşma Memorandumuna əsaslanan əməkdaşlıq, bu Memorandumun imzalandığı tarixdən etibarən başlayır və əvvəlcə 5 il ərzində həyata keçirilir.
4
Tərəflərdən biri bu Anlaşma Memorandumunun müddətinin bitməsinə ən azı altı ay qalmış, onu ləğv etmək niyyəti barədə yazılı şəkildə digər Tərəfə məlumat verməzsə, onun müddəti avtomatik olaraq növbəti beş il üçün uzadıla bilər.
c
Bu Anlaşma Memorandumu Bakı şəhərində "28 _" aprel 2008-ci il tarixində Azərbaycan və Xxxxx dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır.
Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Əmək və Sosial Məsələlər Federal
Nazirliyi Nazirliyi
5
n=z