Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
ilə Özbəkistan Respublikası Makroiqtisadiyyat və Statistika Nazirliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında
S A Z İ Ş
Bundan sonra “Tərəflər” adlandırılan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Özbəkistan Respublikasının Makroiqtisadiyyat və Statistika Nazirliyi
statistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsində, hərtərəfli informasiya mübadiləsinin genişləndirilməsində və hər iki dövlətin statistika orqanlarının qarşılıqlı işində qarşılıqlı fəaliyyətinin gücləndirilməsində qarşılıqlı marağa əsaslanaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər aşağıdakı əsas istiqamətlər üzrə əməkdaşlığı həyata keçirirlər:
- statistik müşahidə, siyahıyaalma və yoxlamaların fəaliyyət sisteminin yaradılması üzrə metodiki materialların və işləmələrin mübadiləsi;
-Tərəflərin razılaşdırdığı mövzular üzrə açıq statistik informasiya mübadiləsi;
- rəsmi statistik nəşrlərin və cap məmulatlarının (dövlətin və ayrı-ayrı regionların sosial-iqtisadi vəziyyətini əks etdirən illik məcmuələr, adi məcmuələr, bülletenlər, bildirişlər və xülasələr) mübadiləsi;
- iqtisadiyyatın qeyri-dövlət sektoru uçotunun təkmilləşdirilməsi, milli hesablar sisteminin tətbiqinin təşkili məsələləri üzrə təcrübə mübadiləsi;
- kompyuter şəbəkələrindən istifadə edilməsi, yeni informasiya texnologiyalarının tətbiqi işlərində təcrübə mübadiləsi;
- dövlət statistika orqanlarının fəaliyyətində ən yeni istiqamətlərin və qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə birgə müşavirə, seminar və konfransların keçirilməsi;
- müqavilə şərtləri əsasında birgə xxxx tədqiqatların aparılması, uçot və statistika məsələləri üzrə birgə texniki layihələrin hazırlanması;
- beynəlxalq təşkilatlarda və onların xətti ilə keçirilən tədbirlərin çərçivəsində baxılan məsələlər üzrə qarşılıqlı məsləhətləşmələrin aparılması.
Maddə 2
Tərəflər, onların hər biri tərəfindən statistika sahəsində əməkdaşlıq üzrə beynəlxalq layihələr hazırlanarkən, digər Tərəfi keçirilən tenderdə iştirakçı kimi cəlb olunmağa həvəsləndirəcəklər.
Maddə 3
Tərəflər aidiyyatı təşkilatlar və idarələr arasında təsərrüfat müqavilələrinin bağlanması və yerinə yetirilməsinə köməklik göstərirlər.
Maddə 4
Tərəflər, ikitərəfli əməkdaşlığa maliyyə yardımı məsələlərini qarşılıqlı əsasda razılaşdırırlar. İkitərəfli əməkdaşlığın maliyyələşdirilməsi barədə məsələnin həlli məqsədilə Tərəflər əməkdaşlıq etdikləri beynəlxalq təşkilatlara müraciət edə bilərlər.
Maddə 5
Tərəflər, fəaliyyətlərin əlaqələndirilməsi üçün, paritetlik əsasında öz səlahiyyətli nümayəndələrindən ibarət ikitərəfli işçi komissiyası yaradırlar.
Maddə 6
Tərəflər, Sazişin həyata keçirilməsi prosesində yaranan problemləri birlikdə nəzərdən keçirəcək və onların həlli üzrə tədbirlər görəcəklər. Zərurət yaranarsa, bu Sazişin və bağlanmış müqavilələrin icrasının gedişinə rəsmi nümayəndə heyətləri səviyyəsində baxılacaqdır.
Maddə 7
Bu Sazişin icrasının gedişində Tərəflərin aldığı informasiya həmin informasiyanı verən Tərəfin yazılı razılığı olmadan üçüncü tərəfə verilə bilməz.
Maddə 8
Tərəflər, bu Sazişin müddəalarının tətbiq və təfsiri ilə bağlı yarana biləcək bütün mübahisəli məsələləri məsləhətləşmələr və danışıqlar yolu ilə həll edirlər.
Maddə 9
Tərəflərin qarşılıqlı razılığı ilə Sazişə, onun ayrılmaz hissəsi sayılan ayrı-ayrı protokollarla rəsmiləşdirilmiş dəyişiklik və əlavələr edilə bilər.
Maddə 10
Bu Sazişin müddəaları Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələr və sazişlər üzrə öhdəliklərinə toxunmur.
Maddə 11
Bu Saziş imzalandığı gündən qüvvəyə minir və üç il ərzində qüvvədədir. Əgər Tərəflərdən biri bu Sazişin fəaliyyət müddətinin qaytarılmasına ən azı altı ay qalmış Sazişə xitam vermək niyyəti barədə digər tərəfə yazılı surətdə bildirməzsə, Sazişin fəaliyyəti hər dəfə sonrakı üçillik müddətlərə uzadılır. Bu Sazişə xitam verilməsi, artıq
icrasına başlanılmış proqram və layihələrə təsir etməyəcək və eləcə də, onun əsasında bağlanmış müqavilə və sazişlərin qüvvəsinə toxunmayacaqdır.
Daşkənd şəhərində 1999-cu ilin iyulun “23”-də hər biri azərbaycan, özbək və rus dillərində olmaqla iki nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.
Bu Sazişin müddəaları təfsirində fikir ayrılığı yaranarsa, rus dilində xxxx mətn
əsas götürülür.