Contract
1. İstifadəçi razılaşması
“Təhsil Texnologiyaları Mərkəzi” ( bundan sonar TTM) sizə bu İstifadəçi razılaşmasına uyğun olaraq öz xidmətlərini təklif edir. İstifadəçi razılaşması TTM-lə istifadəçi arasında hüquqi anlaşmadır. İstifadəçi Razılaşması TTM tərəfindən istənilən vaxt birtərəfli qaydada dəyişdirilə bilər və razılaşmanın son mətni bu resursda yerləşdirilir.
2. Xidmətin göstərilməsi
TTM sizə təhsil sahəsi üzrə müxtəlif imtahanların təşkili xidmətlərini təklif edir. İmtahanlara yazılmaq üçün internet bağlantısı xxxx kompüterlərdən, mobil telefonlardan digər qurğulardan istiafdə edə bilərsiniz
3. Qeydiyyat
Qeydiyyat zamanı qeydiyyat formasında təklif olunan və işarə qoyulan bütün xanalar doldurulmalıdır. Suallara tam və dəqiq cavab verilməlidir. Əks halda TTM sizin qeydiyyatınızı ləğv etmək və xidmətdən istifadənizi dayandırmaq hüququna malikdir.
4. İstifadəçi adı, Şifrə və təhlükəsizlik
Qeydiyyatdan keçdikdən sonra siz istifadəçi adı və şifrə əldə edirsiniz. TTM bu məlumatları 3-cü tərəfə vermir. Sizin ad və şifrənizdən razılığınız olmadan istifadə edilərsə, bu barədə TTM məlumat göndərmək lazımdır.
Öz hesab məlumatlarınızın təhlükəsiziliyini təmin etmədiyiniz halda və bu razılaşmanın şərtlərinə əməl etmədiyiniz təqdirdə TTM xidmətlərindən istifadə zamanı dəyən ziyana görə TTM hər hansı məsuliyyət daşımır.
5. Qeyri-kommersiya məqsədi ilə istifadə
TTM xidmətindən istifadə məqsədilə təqdim olunan balans kommersiya məqsədi ilə satıla bilməz. Belə hal aşkarlanarsa istifadəçiyə məhdudiyyətlər qoyula bilər. Bu zaman yaranan hər hansı bir mübahisəyə görə TTM məsuliyyət daşımır.
6. İstifadənin ümumi müddəaları
TTM tərəfindən təqdim olunan onlayn sınaq imtahanlarını istifadə edərkən siz aşağıdakıları qəbul edirsiniz:
1. İnternet bağlantısında və istifadə oluna qurğularda baş verə biləcək hər hansı texniki problemlərə görə TTM məsuliyyət daşımır.
2. TTM istifadə şərtlərini və məhdudiyyətlərini hər zaman birtərəfli olaraq dəyişmək hüququna malikdir.
7. Qeydiyyatın dayandırılması
TTM xidmətdən isifadə etmədiyinizə və ya razılaşmaya zidd əməlinizə görə sizin qeydiyyatınızı dayandırmaq hüququna malikdir. Bu hallarda TTM heç bir məsuliyyət daşımır.
8. Pulun xxxx ödənilməsi
Ödəniş edildikdən sonra balansda yaranmış problemlər istifadəçi ilə birlikdə həll olunur. TTM -dən istifadə məqsədilə ödənilən vəsait xxxx qaytarılmır:
9. Mübahisəli məsələlər
TTM-dən istifadə ilə bağlı yaranmış mübahisəli məsələlər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq həll olunur.