ÜMUMİ HİSSƏ BÖLMƏ I.
Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları
ÜMUMİ HİSSƏ BÖLMƏ I.
Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortasına dair ümumi şərtlər
1. Ümumi müddəalar
1.1. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları” (bundan sonra “bu Qaydalar”) “Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-ci il 22 aprel tarixli 398 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 16.5-ci maddəsinə uyğun olaraq, avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə fiziki şəxslərə təqdim edilən könüllü sığorta növünün aparılmasının əsaslandığı, bütün sığortaçılar üçün məcburi xxxx qayda və şərtləri müəyyən edir.
1.2. Sığorta müqaviləsindən irəli gələn və bu Qaydalarda nəzərdə tutulmayan hallar Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
1.3. Bu Qaydalar, habelə sığortalı tərəfindən doldurulmuş sığortalanma haqqında ərizə (Əlavə) sığorta müqaviləsinin ayrılmaz hissəsi hesab olunur.
2. Əsas anlayışlar
2.0. Bu Qaydalarda aşağıdakı əsas anlayışlardan istifadə olunur:
2.0.1. avtomobil - yollarda adamların və ya yüklərin daşınması, yaxud xxxx və ya xxx daşıyan nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə edilən avtomobil nəqliyyatı vasitəsi;
2.0.2. sığortaçı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx sığorta şirkətidir.
2.0.3. sığortalı – sığorta haqqı ödəyərək avtomobili sığorta etdirən sığorta müqaviləsinin tərəfi;
2.0.4. sığorta olunan - sığorta müqaviləsi əsasında avtomobil ilə, o cümlədən avtomobili idarə etməsi ilə bağlı risklərlə əlaqədar əmlak mənafeləri sığortalanan fiziki şəxs;
2.0.5. avtomobilin sahibi - sığortalanan avtomobilin mülkiyyətçisi, yaxud avtomobilə digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən şəxs;
2.0.6. xxxxxxxxxx şəxs – sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli xxxx şəxs;
2.0.7. sürücü –sığortalanmış avtomobili idarə etməsi halında baş verən sığorta hadisələrinə sığorta təminatı verilən fiziki şəxs, bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş halda isə sığorta müqaviləsində sığorta olunan qismində göstərilən şəxslərin siyahısına daxil edilən fiziki şəxs.
2.0.8. sığorta riski – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı;
2.0.9. sığorta hadisəsi – sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
2.0.10. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
2.0.11. sığorta müqaviləsi – sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində avtomobilin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılmış pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi yazılı razılaşma;
2.0.12. sığorta şəhadətnaməsi – sığorta müqaviləsinin bağlanmasını təsdiq edən və sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
2.0.13. sığorta obyekti – sığortalının, yaxud sığorta olunanın avtomobilə sahibliyi ilə bağlı qanunazidd olmayan əmlak mənafeləri;
2.0.14. sığorta predmeti – bu Qaydaların II Bölməsinə münasibətdə sığortalanan avtomobil, III Bölməsinə münasibətdə həmin avtomobilin sahibinin mülki məsuliyyətinin yaranması halı, IV Bölməsinə münasibətdə isə həmin avtomobilin sürücüsü və sərnişinləri;
2.0.15. sığorta müddəti – sığorta müqaviləsinin qüvvədə olduğu müddət;
2.0.16. sığorta haqqı – sığorta etdirilən avtomobillə əlaqədar risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
2.0.17. sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
2.0.18. sığorta tarifi – sığorta haqqının hesablanması üçün sığorta məbləğinə tətbiq edilən, faizlə ifadə olunan dərəcə;
2.0.19. azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta müqaviləsi ilə təminat verilməyən və sığortalının üzərində qalan hissəsi;
2.0.20. avtomobilin istifadəsi – avtomobilin yollarda, həmçinin yollara bitişik xxxx və nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş həyətlərdə, yaşayış massivlərində, nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş dayanacaqlarda, yanacaqdoldurma məntəqələrində, müəssisə və təşkilatların ərazilərində və digər ərazilərdə istismarı nəzərdə tutulur. Avtomobildə quraşdırılmış, xxxxx onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan cihazların istismarı nəqliyyat vasitəsinin istifadəsi hesab edilmir;
2.0.21. avtomobilin bazar dəyəri – avtomobilin bazar şərtləri ilə müəyyən edilən qiyməti;
2.0.22. sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta ödənişinin həyata keçirilməsi məqsədilə sığortaçıya ünvanladığı müraciət;
3. Sığortanın sinifləri
3.1. Bu Qaydalar fiziki şəxslərin sahibliyində xxxx avtomobillərin tam sığortası növü üzrə aşağıdakı sığorta siniflərini əhatə edir:
3.1.1. avtonəqliyyat vasitələrinin sığortası;
3.1.2. avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası;
3.1.3. fərdi qəza sığortası.
3.2. Sığortalının seçimi əsasında sığorta müqaviləsində göstərilməklə bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulan bir, yaxud bir neçə sığorta sinfi üzrə bu Qaydaların Xüsusi hissəsininin müvafiq bölmələrində müəyyən edilən şərtlərlə sığorta təminatı verilir.
4. Sığortanın predmeti və sığorta riskləri
4.1. Sığorta predmeti və sığorta riskləri bu Qaydaların Xüsusi Hissəsində hər bir bölmə üzrə ayrılıqda müəyyən edilir.
4.2. Sığorta müqaviləsində razılaşdırılmaqla bu Qaydaların Xüsusi Hissəsində nəzərdə tutulmayan risklər, o cümlədən digər sığorta siniflərinə daxil xxxx risklər üzrə sığorta təminatı verilə bilər.
5. Sığorta müqaviləsinin tərəfləri və onun aid olduğu digər şəxslər
5.1. Sığortaçı sığorta müqaviləsinin tərəfi xxxx sığorta şirkətidir.
5.2. İstənilən fəaliyyət qabiliyyətli fiziki şəxs sığortalı qismində sığortaçı ilə sığorta müqaviləsi bağlayaraq sahibliyində xxxx avtomobillə bağlı riskləri bu Qaydalara əsasən sığorta etdirə bilər.
5.3. Sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir.
5.4. Sığorta müqaviləsində fiziki şəxs xxxx sığortalı sığorta olunan sürücülərin siyahısında göstərilmədikdə də onun sığorta olunan qismində tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz.
5.5. Bu Qaydaların II Bölməsi üzrə sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı faydalanan şəxs sayılır. Bu Qaydaların III Bölməsi üzrə zərərçəkən üçüncü şəxs və (və ya) ona dəymiş zərərin əvəzini ödəmiş, xxxxx zərərin vurulmasında təqsirli olmayan digər şəxs, habelə zərərçəkən üçüncü şəxsin ailə üzvləri faydalanan şəxs sayılır. Bu Qaydaların IV Bölməsi üzrə sağlamlığına zərər dəymiş sürücülər və (və ya) sərnişinlər, həmçinin onların ailə üzvləri faydalanan şəxs sayılır.
6. Sığorta müqaviləsinin bağlanması
6.1. Sığorta müqaviləsi sığortalının sığortalanma haqqında ərizəsi əsasında bağlanır. Sığortalanma haqqında ərizə Bu Qaydalara Əlavədə nəzərdə tutulmuş ərizə formasının doldurulması yolu ilə tərtib edilir.
6.2. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanılır:
6.2.1. tərəflərin bu Qaydalar əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə;
6.2.2. Sığortalının bu Qaydalarla xxxxx olmasını və onun şərtləri ilə razılaşmasını yazılı qaydada təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən sığortalıya sığorta şəhadətnaməsinin verilməsi yolu ilə.
6.3. Bu Qaydaların 6.2.2-ci yarımbəndində nəzərdə tutulmuş halda sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır.
6.4. Sığorta müqaviləsinin bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş formaları elektron sənəd formasında da bağlana bilər.
6.5. Sığorta müqaviləsi bağlanarkən sığortaçı sığortalıya hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş və aşağıdakıları əks etdirən yaddaş vərəqi verməlidir:
6.5.1. sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyin lazım olduğunu;
6.5.2. sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını.
7. Sığorta müqaviləsinə əlavələr və dəyişikliklərin edilməsi
7.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində ona tərəflərin razılığı ilə sığortalının vəziyyətini bu Qaydaların şərtlərinə nisbətən pisləşdirməyən əlavələr və dəyişikliklər edilə bilər. Bu tələbə uyğun olmayan əlavələr və dəyişikliklər etibarsızdır.
7.2. Sığortaçı sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta riskinin artmasına səbəb xxxx dəyişikliklər barədə məlumat aldıqda sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini, o cümlədən sığorta haqqının artırılmasını tələb edə bilər. Sığortalı bu tələblə razılaşmadıqda, sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsini tələb edə bilər
8. Sığorta müddəti və sığorta ərazisi
8.1. Sığortanın müddəti sığorta müqaviləsi ilə müəyyən olunur.
8.2. Sığorta müqaviləsi bir ildən artıq müddətə bağlandıqda sığorta müqaviləsində sığortanın hər ili üçün sığorta məbləği və sığorta haqqı ayrılıqda göstərilir.
8.3. Sığortaçının sığorta müqaviləsi üzrə öhdəlikləri sığorta müqaviləsində göstərilən sığorta müddətinin başlanması tarixindən yaranır, bu şərtlə ki, sığorta haqqı və ya onun sığorta müqaviləsi ilə müəyyən olunmuş ilk hissəsi həmin tarixdən etibarən 1 aydan gec olmayaraq ödənilmiş olsun.
8.4. Sığorta haqqının sığorta müqaviləsi ilə müəyyən olunmuş növbəti hissəsi sığorta müqaviləsində həmin hissənin odənilmə tarixi kimi müəyyən edilən tarixdən sonrakı
15 gün müddətində ödənilmədikdə, sığorta müqaviləsi həmin müddətin başa çatması ilə qüvvədən düşmüş hesab olunur.
8.5. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
8.6. Sığorta müqaviləsinin qüvvədə olduğu ərazi tərəflərin yazılı razılığı ilə dəyişdirilə bilər.
9. Sığorta müqaviləsinin tərəflərinin hüquq və vəzifələri
9.1. Sığortalının hüquqları:
9.1.1. sığorta müqaviləsi bağlanarkən sığortalı sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə xxxxx olmaq;
9.1.2. sığorta şəhadətnaməsi itdiyi halda sığortaçıdan onun dublikatını almaq;
9.1.3. sığorta müqaviləsinin şərtləri və bu Qaydalar barədə sığortaçıdan izahatlar almaq;
9.1.4. sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsi təklifi ilə çıxış etmək;
9.1.5. qanunla və bu Qaydalarda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək;
9.2. Sığortalının vəzifələri:
9.2.1. sığortalanma haqqında ərizədə qoyulan suallara doğru cavablar vermək;
9.2.2. sığorta haqqını sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə və miqdarda ödəmək;
9.2.3. sığortaçını sığorta hadisəsi barədə yazılı şəkildə məlumatlandırmaq. Bu vəzifə faydalanan şəxs tərəfindən də yerinə yetirildikdə qənaətbəxş hesab edilir;
9.2.4. sığorta müqaviləsi bağlanarkən sığortalanma haqqında ərizə formasında göstərilən və özünə məlum xxxx, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat vermək;
9.2.5. Sığorta müqaviləsi bağlandıqdan sonra həmin müqavilənin qüvvədə olduğu müddət ərzində sığorta riskinin dəyişməsinə təsir göstərə bilən aşağıdakı hallar barədə bildiyi və ya bilməli olduğu tarixdən 5 iş günü müddətində bu barədə sığortaçıya yazılı məlumat vermək:
9.2.5.1. avtomobilin özgəninkiləşdirilməsi, onun icarəyə verilməsi və ya xxx xxxx mülkiyyət hüquqlarının digər formada itirilməsi və ya məhdudlaşması;
9.2.5.2. nömrəli aqreqatların – mühərrik, şassi və banın dəyişdirilməsi;
9.2.5.3. avtomobilin dövlət qeydiyyatı haqqında sənədlərinin itməsi, oğurlanması və ya dəyişdirilməsi;
9.2.5.4. avtomobilin açarlarının və elektron aktivləşdirmə kartının itirilməsi və ya oğurlanması;
9.2.6. sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində avtomobilin bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş halda sığorta müqaviləsində sığorta olunan qismində göstərilməyən şəxslərə avtomobili idarəetmə hüququnun verilməsindən əvvəl
qeyd olunan hallara görə sığorta təminatının sığorta müqaviləsinə daxil edilməsi üçün sığortaçıya yazılı məlumat vermək;
9.2.6. qanunla və bu Qaydalarda nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək;
9.3. Sığortaçının hüquqları:
9.3.1. sığortalının verdiyi məlumatların düzgünlüyünü yoxlamaq;
9.3.2. sığortalının sığortalanma haqqında ərizədə qoyulan suallara qəsdən həqiqətə uyğun olmayan cavablar verməsi sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən sonra aşkar edildikdə, həmin müqaviləyə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etmək;
9.3.5 .qanunla və bu Qaydalarda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək;
9.4. Sığortaçının vəzifələri:
9.4.1. sığortalıya bu Qaydalar əlavə edilmiş sığorta şəhadətnaməsi vermək;
9.4.2. sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu göndərmək;
9.4.3. qanunla və bu Qaydalarda nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.
9.5. Aşağıdakı hallarda sığortaçının sığortalı qarşısında öhdəlikləri tam olaraq yerinə yetirilmiş hesab edilir:
9.5.1. Sığorta müqaviləsi üzrə verilmiş sığorta ödənişlərinin ümumi həcmi ümumi sığorta məbləğinə bərabər olduqda;
9.5.2. avtomobilin oğurlanması, qaçırılması və ya tam məhv olmasına görə sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verildikdə;
9.5.3. sığorta müqaviləsi üzrə sığorta məbləği ilk sığorta hadisəsi üzrə nəzərdə tutulduğu hallarda, ilk sığorta hadisəsi üzrə sığorta ödənişi verildikdə.
10. Təmir emalatxanasının təyin edilməsi barədə müddəa
Bu Qaydaların Xüsusi hissəsinin II və III Bölmələri üzrə zərər dəyən avtomobilin təmir edilməsi üçün təmir emalatxanasını (servis mərkəzi və s.) təyin etməklə bağlı seçim hüququnun sığortaçıya və ya sığorta olunana aid edilməsi sığorta müqaviləsində müəyyən edilir.
11. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi
11.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
11.1.1. sığorta predmeti artıq mövcud olmadıqda;
11.1.2. bu Qaydaların 11.3-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə;
11.1.3. sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunanın öldüyü halda sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;
11.1.4. sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
11.1.5. sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə;
11.1.6. sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
11.1.7. sığortalının avtomobilə münasibətdə sığorta marağı artıq mövcud olmadıqda;
11.1.8. sığortalı və ya sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə.
11.2. Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, şəraitdən asılı olaraq aşağıdakılar tətbiq edilir:
11.2.1. Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müqavilə (və ya sığorta müqaviləsinin avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortasına aid xxxx bölməsi) məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan xitam verilmiş hesab edilir. Məhkəmənin müvafiq qərarının qanuni qüvvəyə mindiyi andan əvvəlki tarixdə sığortalanmış avtomobilin idarə edilməsinin qanuni əsaslarla başqa şəxsə də həvalə edildiyi və bununla sığortaçının razılaşdığı hallarda isə sığorta müqaviləsi (və ya sığorta müqaviləsinin avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortasına aid xxxx bölməsi) üzrə sığortalının hüquq və vəzifələri həmin şəxsə keçir;
11.2.2. Avtomobillərin sığortası üzrə, habelə avtomobillərin sürücüsü və sərnişinlərinin fərdi qəza sığortası üzrə sığortalının hüquq və vəzifələrini, sığortaçının razılaşdığı hallarda, onun qəyyumu və ya himayəçisi həyata keçirir.
11.3. Sığortalı fiziki şəxs öldükdə, aşağıdakı hallarda sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilmir:
11.3.1. Sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış avtomobili qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verənədək sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda sığortalı fiziki şəxs ölərsə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxsə keçir;
11.3.2. Sığorta müqaviləsində başqa şərtlər müəyyən edilməmişdirsə, sığortalının hüquq və vəzifələri sığorta predmeti xxxx xxxxx əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə həm onun özünün, həm də sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir.
12. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermə ilə bağlı xəbərdar etmə
12.1. Sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda, bu
Qaydaların 12.2-ci bəndi nəzərə alınmaqla, müqaviləyə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
12.2. Sığorta müqaviləsinə bu Qaydaların 11.1.8-ci yarımbəndinə uyğun olaraq, sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) yazılı bildiriş göndərməlidir.
12.3. İpotekada xxxx avtomobillə bağlı sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam vermə yalnız ipoteka saxlayanın razılığı ilə həyata keçirilir.
13. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
13.1. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi halında sığorta haqlarının müvafiq hissəsinin qaytarılması ilə bağlı münasibətlər aşağıdakı qaydada həll edilir.
13.1.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı avtomobilə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə sığortaçı müqavilənin (qrup halında sığorta zamanı müqavilənin hər hansı avtomobilə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır. Bu halda sığortaçı sığorta haqqının qaytarılan hissəsindən sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı avtomobillə bağlı sığorta haqqına mütənasib xxxx) işlərin aparılması xərclərinin həmin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxır. Əgər sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı avtomobil üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
13.1.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı avtomobilə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı avtomobil üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır. Əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı avtomobil üzrə ödənilmiş sığorta haqlarını) qaytarır Bu halda sığortaçı sığorta haqqının qaytarılan hissəsindən sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı avtomobillə bağlı sığorta haqqına mütənasib xxxx) işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxır.
13.1.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir avtomobilə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir avtomobil üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir avtomobil üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
13.1.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir avtomobil üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 13.1.1-ci və 13.1.2-ci yarımbəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
13.1.5. Sığorta müqaviləsinə bu Qaydaların 11.2-ci bəndində müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir avtomobilə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Qaydaların 13.1.3-cü və 13.1.4-cü yarımbəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
13.2. Bu Qaydaların 13.1.1-ci, 13.1.2-ci və 13.1.5-ci yarımbəndlərinin məqsədləri üçün işlərin aparılması xərclərinin qaytarılan sığorta haqqı məbləğindən çıxılan hissəsi həmin məbləğin 25 faizindən artıq olmayan həddə müəyyən edilir.
14. Sığorta haqqı
14.1. Sığorta haqqı bu Qaydaların Xüsusi hissəsinə müvafiq olaraq tərtib edilən sığorta müqaviləsinin hər bir bölməsi üzrə ayrı-ayrılıqda müəyyən edilir.
14.2. Sığorta müqaviləsində sığorta haqqının birdəfəlik və ya hissə-hissə ödənilməsi razılaşdırıla bilər.
14.3. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Qaydaların 14.4-cü bəndinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.
14.4. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
14.5. Avtomobilin oğurlanması, qaçırılması və ya tam məhvi ilə nəticələnən sığorta hadisəsi baş verdiyi hallarda həmin hadisənin baş verdiyi anadək sığorta xxxxx xxx məbləğdə ödənilməmişdirsə, sığortaçı sığorta haqqının ödənilməmiş hissəsini sığorta ödənişi məbləğindən çıxır. Digər hallarda sığortaçı sığorta ödənişi məbləğindən sığorta ödənişinin verildiyi tarixə sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
14.6. Elektron sənəd formasında xxxx sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi sığortalının bu Qaydalar və sığorta müqaviləsinin şərtləri ilə xxxxx olmasını, həmin qaydalar və şərtlərlə razılığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir.
14.7. Sığortaçı sığorta haqqının hesablanması üçün tətbiq etdiyi sığorta tariflərini və onların iqtisadi əsaslandırılmasını Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “27” mart 2014-cü il tarixli Q-08 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aktuar hesablamaların aparılmasına dair Təlimat”a uyğun olaraq müəyyən edir.
bilər:
15. Sığorta məbləği
15.1. Sığorta müqaviləsində sığorta məbləğinin aşağıdakı növləri müəyyən oluna
15.1.1. Ümumi sığorta məbləği – müəyyən edildiyi hallarda sığortaçının sığorta
müqaviləsi üzrə öhdəliyinin həcmi verilmiş sığorta ödənişi məbləğində azalır.
Sığortalı ümumi sığorta məbləğinin sığorta müqaviləsində nəzərdə tutulmuş həddə bərpa edilməsini istədikdə bərpa edilməli xxxx hissəyə müvafiq əlavə sığorta haqqı ödəməlidir.
15.1.2. Sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda həmin məbləğ sığortaçının hər bir sığorta hadisəsi üzrə öhdəliyinin son həddi hesab edilir və sığorta hadisələrinə görə sığorta ödənişlərinin verilməsi nəticəsində azalmır.
15.1.3. Bir sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda sığortaçının sığorta müddəti ərzində baş vermiş yalnız bir hadisə üzrə həmin məbləğ həddində sığorta ödənişi vermək öhdəliyi nəzərdə tutulur.
15.2. Əgər sığorta müqaviləsində və ya onun müvafiq sığorta sinfinə aid edilən bölməsində sığorta məbləğinin bu Qaydaların 15.1-ci bəndində göstərilən hər hansı növünün tətbiq olunması nəzərdə tutulmamışdırsa, sığorta məbləğinin 15.1.1-ci yarımbənddə göstərilmiş növü tətbiq edilir.
16. Azadolma məbləği
16.1. Sığorta müqaviləsində aşağıdakı növlərdə azadolma məbləğləri müəyyən edilə bilər:
16.1.1. Şərtli azadolma məbləği – bu növ azadolma məbləği nəzərdə tutulduqda, sığorta hadisəsi nəticəsində zərər məbləği, avtomobilin qismən sığortası halında isə zərər məbləğinin sığorta ödənişinin həyata keçirilməsi üçün tətbiq edilən hissəsi azadolma məbləğindən xxx olduqda və ya sığorta müqaviləsində razılaşdırılmış hər hansı digər halın baş verməsi şərtilə azadolma məbləği tətbiq olunmur.
16.1.2. Şərtsiz azadolma məbləği - bu növ azadolma məbləği nəzərdə tutulduqda azadolma məbləği zərər məbləğindən, avtomobilin qismən sığortası halında isə zərər məbləğinin sığorta ödənişinin həyata keçirilməsi üçün tətbiq edilən hissəsindən çıxılır.
16.2. Sığorta müqaviləsində nəzərdə tutulmuş azadolma məbləğinin şərtli və ya şərtsiz olması müəyyənləşdirilməmişdirsə, həmin müqavilə üzrə şərtsiz azadolma məbləği tətbiq olunur.
16.3. Azadolma məbləği pul məbləği ilə ifadə olunur.
16.4. Bu Qaydaların 39.2-ci bəndində müəyyən edilmiş hal istisna olmaqla, sığorta müqaviləsində müxtəlif hallar üçün müxtəlif azadolma məbləğləri müəyyən oluna bilər.
16.5. Avtomobilə qismən zərər dəyməsi və avtomobilin tam məhv olması hallarında tətbiq olunan azadolma məbləğləri eyni məbləğdə müəyyən edilməlidir.
17. Sığorta təminatında məhdudiyyətlər
17.1. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmursa, aşağıdakılara münasibətdə sığorta təminatı verilmir:
17.1.1. aşağıda göstərilən hallarda dəyən zərər:
17.1.1.1. avtomobilin texniki təyinatı üzrə istifadə edilməməsi;
17.1.1.2. təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması;
17.1.1.3. avtomobili alkoqolun, narkotik vasitələrin, psixotrop, toksik və güclü təsir göstərən digər maddələrin təsirindən sərxoş vəziyyətdə xxxx və ya onu idarə etməyə hüququ olmayan şəxsin idarə etməsi;
17.1.1.4. hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, tətillər, vətəndaş müharibəsi;
17.1.1.5. nüvə partlayışı, radioaktiv çirklənmə, nüvə enerjisinin istənilən formada
təsiri;
17.1.1.6. avtomobilin təlim məqsədilə, yaxud rəsmi və qeyri-rəsmi yarışlarda, sürət
müsabiqələrində, sürət sınaqlarında, avtomobil rallilərində, davamlılıq sınaqlarında istifadə edilməsi;
17.1.1.7. dövlət orqanları tərəfindən və ya onların göstərişi ilə avtomobilin daşınması (sığorta hadisəsi nəticəsində idarə olunmaq imkanlarını itirmiş atomobilin daşınması halları istisna olmaqla), saxlanması və ya məhv edilməsi;
17.1.1.8. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının və ya sığorta olunanın sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi;
17.1.1.9. avtomobilin sığorta ərazisindən kənarda istismar olunması.
17.1.1.10. avtomobilin cinayət məqsədilə istifadə edilməsi;
17.1.1.11. avtomobilin sığortalının ailə üzvləri, işçiləri və ya ona xidmət edən şəxslər tərəfindən qaçırılması, talanması və ya bunlara cəhd edilməsi;
17.1.1.12. avtomobilin təyyarələrin enib-qalxdığı təyyarə limanı, aerodrom və ya hərbi bazanın ərazisində istifadə edilməsi;
17.1.1.13. avtomobilin yüklənməsi və boşaldılması nəticəsində dəyən zərərlər;
17.1.2. mənəvi zərər;
17.1.3. əldən çıxan gəlir, gəlir itkisi, işin dayanması ilə bağlı və ya digər dolayı və kommersiya itkiləri, zərərləri və xərcləri;
17.1.4. Bu Qaydaların Xüsusi hissəsində nəzərdə tutulmuş digər məhdudiyyətlər.
17.2. Bu Qaydaların 17.1.1.1-ci yarımbəndində “avtomobilin texniki təyinatı üzrə istifadəsi” dedikdə, onun sərnişin daşınması və ya xxx daşınması, yaxud da xxxx və ya xxx daşıyan nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə olunması başa düşülür.
17.3. sığorta hadisəsi onun baş verməsinə yönələn, sığorta müqaviləsi üzrə sığortalı və (və ya) sığorta olunan hesab edilməyən faydalanan şəxsin Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdikdə, həmin faydalanan şəxs sığorta ödənişini almaq hüququndan məhrum olur.
17.4. Sığorta müqaviləsində bu Qaydalarda müəyyən edilmiş məhdudiyyətlərdən başqa digər məhdudiyyətlər nəzərdə tutula bilməz.
17.5. Bu Qaydalarda müəyyən edilmiş hər hansı məhdudiyyət və ya məhdudiyyətlər tərəflərin razılığı ilə sığorta müqaviləsi üzrə sığorta təminatına daxil edilə bilər.
18. Sığorta hadisəsi barədə məlumatlandırma
18.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
18.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan, həmçinin faydalanan şəxs bu Qaydaların 18.1-ci bəndində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə, sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.
18.3. Bu Qaydaların 18.1-ci bəndində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.
19. Zərərin qiymətləndirilməsi
19.1. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş avtomobilin, yaxud digər predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.
19.2. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
19.3. Zərəri qiymətləndirən şəxs sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədləri və məlumatları Qaydaların 19.4-cü bəndi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir.
19.4. Sığorta hadisəsi hesab edilə bilən hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin bu Qaydalara əsasən tələb olunduğu hallarda alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir.
19.5. Zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qaydaların 19.6- cı bəndində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək sığortalı və ya sığorta olunan aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin müvafiq qaydada qiymətləndirilməsi üçün şərait yaratmadıqda zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir:
19.5.1. zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;
19.5.2. zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.
19.6. Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə bu Qaydalarda nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 iş günü müddətində onun nümayəndəsi sığortalanmış avtomobilə və ya zərərçəkən üçüncü şəxsin əmlakına dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş real zərərin məbləğinin müəyyənləşdirilməsinə və aradan qaldırılmasına başlaya bilər.
19.7. Əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsi aşağıdakı səbəblərdən baş verməmişdirsə, sığortalı, sığorta olunan və ya zərər çəkmiş üçüncü şəxs tərəfindən bu Qaydaların 19.6-cı bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini sığortaçı qəbul etməlidir:
19.7.1. sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin zərərin qiymətləndirilməsi üçün şərait yaratmaması;
19.7.2. səlahiyyətli dövlət orqanının qərarı nəticəsində əmlakın qiymətləndirilməsinin mümkün olmaması.
20. Sığorta ödənişinin verilməsinin əsasları
20.1. Sığorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir:
20.1.1. Sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya digər faydalanan şəxsin sığortaçıya ünvanladığı, sığorta hadisəsinin təfərrüatlarını və nəticəsini əks etdirən sığorta tələbi;
20.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı bu Qaydaların 18.1-ci
bəndinə uyğun olaraq hər hansı dövlət orqanına məlumat verilməlidirsə, bu Qaydaların 21- ci bəndi nəzərə alınmaqla həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd.
Avtomobilin oğurlanması və ya qaçırılması halında bu sənəd müvafiq hadisə ilə bağlı açılan cinayət işinin nəticələri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətli orqanının (vəzifəli şəxsinin) təqdim etdiyi arayış hesab edilir;
20.1.3. zərər məbləğini təsdiqləyən sənəd;
20.1.4. sığorta hadisəsi nəticəsində üçüncü şəxsin və ya sığorta olunanın sağlamlığına dəyən zərər üzrə xəsarətin dərəcəsi haqqında həkim arayışı, əlillik halında isə əlilliyin
qrupunu, səbəbini və təyin edilməsi tarixini əks etdirən Tibbi-Sosial Ekspert Komissiyasının arayışının surəti;
20.1.5. sığorta hadisəsi nəticəsində üçüncü şəxs və ya sığorta olunan öldükdə, ölümün səbəbi haqqında tibbi arayış və ya müvafiq hallarda tibbi ekspertiza rəyi, ölüm haqqında şəhadətnamənin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti, vərəsənin (hüquq varisinin) vərəsəlik hüququnu təsdiq edən sənəd və onun şəxsiyyət vəsiqəsinin surəti;
20.1.6. sığortalı və ya sığorta olunan tərəfindən əmlaka vurulan zərərin əvəzi ödənilmiş olduqda və ya sağlamlığa vurulan zərərlə əlaqədar hər hansı ödəmə həyata keçirildikdə, belə ödəməni təsdiq edən sənədin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;
20.1.7. faydalanan şəxs fiziki şəxs olduqda onun şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxs olduqda isə onun sığorta ödənişini almaq üçün təyin edilən nümayəndəsinə verilmiş müvafiq etibarnamə;
20.1.8. sığorta olunanın sürücülük vəsiqəsinin surəti, həmçinin sığorta olunan avtomobilin mülkiyyətçisi olmadıqda müvafiq etibarnamənin surəti;
20.1.9. avtomobilin qeydiyyat şəhadətnaməsinin surəti, avtomobilin oğurlandığı və ya qaçırıldığı halda isə qeydiyyat şəhadətnaməsinin əsli. əgər avtomobilin qeydiyyat şəhadətnaməsi oğurlanmış və ya qaçırılmış avtomobilin içərisində qalmışdırsa, onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq orqanı tərəfindən verilən dublikatı, yaxud cinayət işinə əlavə edilmişdirsə, bu faktı təsdiq edən arayış.
21. Hadisə ilə bağlı təsdiqedici sənədin tələb olunmaması
21.1. Aşağıdakı şərtlərin hər birinin eyni zamanda mövcud olduğu hallarda, habelə hadisə iştirakçılarının tərtib etdiyi və həmin şərtlərin mövcudluğunu təsdiq edən protokolu sığortaçıya təqdim etmələri şərtilə sığortaçı sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı öhdəliklərinin icrası üçün bu Qaydaların 20.1.2-ci yarımbəndində nəzərdə tutulmuş sənədi tələb etmir:
21.1.1. hadisənin baş verməsində təqsirli xxxx şəxsin müəyyən edilməsi ilə bağlı sığortaçı, sığortalı və (və ya) üçüncü şəxs arasında mübahisə olmadıqda;
21.1.2. hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə;
21.1.3. hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan xxx olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.
21.2. Bu Qaydaların 21.1-ci bəndində nəzərdə tutulmuş protokol “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 58.5-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2011-ci il 06 dekabr tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yol-nəqliyyat hadisəsi iştirakçılarının tərtib etdiyi protokolun forması və tərtib edilməsi Qaydası”nda müəyyən edilmiş formaya uyğun tərtib edilir.
22. Sığorta ödənişinin verilməsi və ya ödənişdən imtina edilməsi müddəti
Bu Qaydaların 20.1-ci bəndində göstərilən sənədlərdən sonuncunun sığortaçıya təqdim edildiyi tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini faydalanan şəxsə onun istəyinə uyğun olaraq nağd və ya bank hesabına köçürmə yolu ilə ödəməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün görülən tədbir barədə sığortalıya yazılı məlumat verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
23. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
23.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
23.1.1. Zərər bu Qaydalarda nəzərdə tutulmuş sığorta təminatı verilməyən hallarla bağlı olduqda;
23.1.2. Bu Qaydaların 18.1-ci bəndinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçı hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda;
23.1.3. aşağıdakı hallar istisna olmaqla, sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərər dəymiş avtomobili və ya digər əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməməsi nəticəsində sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etdikdə:
23.1.3.1. zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkilər üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;
23.1.3.2. sığortaçı sığorta hadisəsi barədə bu Qaydalarda nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 iş günü müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;
23.1.3.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda;
23.1.4. sığortalı sığortalanmış avtomobilə dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün zəruri və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görmədikdə; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin məbləği həmin həcmdə azalmış olardı;
23.1.5. bu Qaydaların 23.2-ci bəndi nəzərə alınmaqla, sığortalının avtomobil, sığorta olunan və (və ya) sığorta hadisəsi barəsində sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçı sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda;
23.1.6. avtomobilin sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən aldıqda. Zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda, sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir;
23.1.7. baş vermiş hadisə sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə;
23.1.8. sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsinin razılaşdırıldığı və ilk hissəsinin ödənildiyi halda növbəti hər hansı hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Qaydaların 14.3-cü bəndində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda.
23.2. Sığortaçı aşağıdakı hallarda sığorta ödənişinin verilməsindən imtina üçün müvafiq məlumatların verilməməsi, yaxud yanlış məlumatların verilməsi faktına əsaslana bilməz:
23.2.1. Sığorta müqaviləsi sığortalanma haqqında ərizə olmadan bağlandıqda;
23.2.2. sığortalanma haqqında ərizə sığortalı tərəfindən imzalanmadan tərtib edildikdə;
23.2.3. sığortalanma haqqında ərizə formasında nəzərdə tutulan hər hansı məlumatın və ya məlumatların həmin ərizədə göstərilmədiyi halda, sığorta müqaviləsi bağlanmış olduqda;
23.2.4. sığortalının sığortalanma haqqında ərizəyə əlavə edilən sənədlərdə yanlış məlumatların verilməsində təqsiri olmadıqda;
23.2.5. sığortalının sığortalanma haqqında ərizədə qəsdən yanlış məlumat verməsinin sığorta müqaviləsinin bağlandığı an sığortaçıya məlum olmasına baxmayaraq, sığorta müqaviləsi bağlanmış olduqda.
23.3. Bu Qaydaların 23.1.3-cü yarımbəndində müəyyən edilmiş hallarda sığortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut olunan həcmdə sığorta ödənişindən imtina edə bilməz.
23.4. Azərbaycan Respublikası Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığorta hadisəsi onun baş verməsinə yönələn, sığorta müqaviləsi üzrə sığortalı və (və ya) sığorta olunan hesab edilməyən faydalanan şəxsin qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdikdə, həmin faydalanan şəxs sığorta ödənişini almaq hüququndan məhrum olur.
24. Sığorta ödənişinin gecikdirilməsinin nəticəsi
Sığortaçı sığorta ödənişini bu Qaydalarla müəyyən olunmuş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 xxxxx həcmində dəbbə pulu ödəyir.
25. Subroqasiya hüququ
25.1. Sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər.
25.2. Xxxxxxxxxx şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
25.3. Xxxxxxxxxx şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
25.4. Xxxxxxxxxx şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
25.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
26. Mübahisələrin həlli qaydası
26.1. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə həll olunur.
26.2. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılığın əldə olunması mümkün olmadıqda, mübahisələr məhkəmə qaydasında həll edilir.
26.3. Sığorta müqaviləsi üzrə hüquqlarının sığortaçı tərəfindən pozulduğunu hesab edən sığortalı, sığorta olunan və ya faydalanan şəxs sığorta nəzarəti orqanına (Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə) şikayət ərizəsi ilə müraciət edə bilər.
XÜSUSİ HİSSƏ
BÖLMƏ II. Avtomobillərin sığortası
27. Sığortanın predmeti
Bu bölmə üzrə sığorta predmeti fiziki şəxslərin sahibliyində xxxx avtomobillərdir.
28. Sığorta riskləri
28.1. Sığortalıya bu Qaydalar əsasında aşağıdakı bəndlərin birində və ya bir neçəsində qeyd olunan risklər nəticəsində avtomobilə dəyə bilən zərərlərdən sığorta təminatı verilir:
28.1.1. avtonəqliyyat hadisəsi – avtomobilin istifadəsi nəticəsində baş verən, ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb xxxx hadisələr;
28.1.2. atılmış və ya düşmüş əşya – avtomobilin hissələrinə zərər vurmadan rəng örtüyünün nöqtələr şəklində zədələnməsi halı istisna olmaqla, avtomobilin xarici səthinə daş, qar, buz və digər əşyaların atılması, dəyməsi və ya düşməsi;
28.1.3. üçüncü şəxsin qanunazidd hərəkəti;
28.1.4. xxxxxxx, quldurluq, qaçırma və soyğunçuluq;
28.1.5. yanğın və partlayış - a) yanğın – alovlanma mənbəyindən asılı olmayaraq maddi ziyan vuran yanma, o cümlədən yüksək temperaturun, yanğın məhsullarının, eləcə də yanğının söndürülməsi üçün istifadə olunmuş su, köpük və digər vasitələrin təsiri, habelə yanğının birbaşa təsiri; b) partlayış – qazların genişlənməyə meylliliyi nəticəsində böyük həcmdə enerjinin qısa müddət ərzində məhdud ölçülü məkandan sürətlə çıxaraq azad olması prosesi;
28.1.6. təbii fəlakət – sel, daşqın, zəlzələ, fırtına, qasırğa, tufan, dolu və digər təbii hadisələr;
28.1.7. heyvanların hərəkəti – avtomobilin salonuna vurulan zərərlər istisna olmaqla, heyvanların və quşların hərəkəti.
28.1.8. avtokasko – bu Qaydaların 28.1.1-28.1.7-ci yarımbəndlərində göstərilən risklərin məcmusu.
29. Sığorta hadisəsi
Sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu Qaydaların 28-ci bəndində nəzərdə tutulmuş risklərin baş verməsi nəticəsində sığortalanmış avtomobilə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır.
30. Sığorta təminatında əlavə məhdudiyyətlər
30.1. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmursa, bu Qaydaların 17-ci bəndində göstərilənlərdən əlavə aşağıdakılara münasibətdə də sığorta təminatı verilmir:
30.1.1. aşağıdakı hallarda dəyən zərər:
30.1.1.1. avtomobilin dərman qutusunun, qəza dayanacağı işarəsinin, istehsalçı zavod tərəfindən quraşdırılmamış cihazlarının, həmçinin qeydiyyat nişanının oğurlanması, zədələnməsi və ya məhv olması;
30.1.1.2. avtomobilin digər hissələri də eyni hadisə nəticəsində zədələndiyi hallar istisna olmaqla, şinlərinin zədələnməsi;
30.1.1.3. avtomobilin açarlarına, elektron aktivləşdirmə kartına, brelok və s. bu kimi hissələrinə, onların avtomobildən kənarda olduqları halda zərər dəyməsi və ya bu cür halda onların oğurlanması;
30.1.1.4. avtomobilin banı və (və ya) hissələri zədələnmədən onun rəng örtüyünün qopması və ya digər hər hansı formada zədələnməsi;
30.1.1.5. avtomobildə heç kəsin olmadığı zaman qapılarının və ya baqajının açarla bağlı olmaması, pəncərələrinin və ya tavanının (lyukunun) açıq qalması, açarın nəzarətsiz buraxılması və ya avtomobilin içərisində qalması nəticəsində avtomobilin və ya onun içərisində yerləşən hissələrinin qeyd olunan müvafiq səbəblərdən istifadə edilməklə oğurlanması;
30.1.2. avtomobilin dəyərdən düşməsi;
30.1.3. avtomobilin vəziyyətini onun sığorta hadisəsindən əvvəlki vəziyyəti ilə müqayisədə yaxşılaşdıran hər hansı təmir və ya dəyişdirmə işləri;
30.1.4. avtomobilin bütövlükdə və ya onun ayrı-ayrı hissə və aqreqatlarının təbii aşınması, onun əmtəə görünüşünün itməsi, istehsal və təmir zamanı mövcud xxxx qüsurları;
30.1.5. sığortalının, sürücünün və ya sərnişinlərin sığorta hadisəsinin baş verdiyi anda avtomobildə xxxx əmlakına dəyən zərər.
31. Sığorta məbləği
31.1. Avtomobilin sığortası üzrə müəyyən olunan sığorta məbləği sığortalanan avtomobilin bazar dəyərindən artıq ola bilməz.
31.2. Avtomobilin sığorta müqaviləsi bağlanan andakı həqiqi, yəni sığorta dəyərindən artıq məbləğdə eyni risklərdən iki və ya daha xxx sığortaçıda sığortalanması halında (ikili və ya çoxqat sığorta halında), sığorta hadisəsinin baş verdiyi zaman dəyən zərər üzrə sığortaçılardan hər biri onunla bağlanmış sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta məbləğinə mütənasib qaydada, ümumilikdə sığorta dəyərindən artıq olmamaq şərtilə öhdəlik daşıyır.
31.3. Avtomobil sığortalı tərəfindən qanunsuz gəlir əldə etmək məqsədilə bir və ya bir neçə sığorta müqaviləsi əsasında onun bazar dəyərindən artıq məbləğə sığorta etdirildikdə, bu məqsədlə bağlanmış hər bir sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır. Bu halda sığortalının qanunsuz gəlir əldə etmək məqsədi məhkəmə qaydasında sübut edilməlidir.
32. Qismən sığorta
32.1. Avtomobilin sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun.
32.2. Sığorta hadisəsi nəticəsində qismən sığortalanmış avtomobilin tam məhv olması halında sığorta məbləği bütünlüklə ödənildikdə, sığorta predmetinin qalıqlarına xxxx hüquq sığortaçıya sığorta ödənişi məbləğinin sığorta dəyərinə xxxx nisbətində keçir.
32.3. Sığorta müqaviləsində “Ümumi sığorta məbləği” növü tətbiq edildiyi halda sığorta ödənişi verildikdən sonra belə sığorta təminatı qismən sığorta kimi qiymətləndirilə bilməz.
33. Sığorta ödənişinin həyata keçirilməsi
33.1. Sığorta ödənişinin məbləği sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış avtomobilə dəyən real zərərin məbləğindən xxx xxx bilməz.
33.2. Sığortalanmış avtomobilə dəymiş zərərlə bağlı sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalarda ödənilə bilər:
33.2.1. avtomobilə qismən zərər dəydikdə:
33.2.1.1. Zərərin məbləği barədə tərəflər arasında razılıq əldə edildikdən sonra zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi;
33.2.1.2. zərərin aradan qaldırılması üçün sığortalıya göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi;
33.2.1.3. avtomobilin təmiri və ya bərpası;
33.2.2. avtomobilin tam məhv olması (avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha xxx hissəsini təşkil etməsi), yaxud oğurlanması və ya qaçırılması halında:
33.2.2.1. sığorta məbləğindən xxx olmamaq şərtilə avtomobilin sığorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyərinin pul şəklində ödənilməsi. Bu zaman sığortaçının avtomobilin qalıqlarına münasibətdə öz seçimi əsasında aşağıdakı hüquqları var:
33.2.2.1.1. avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq. Bu zaman sığortaçı ilə sığortalı arasında qalıqların dəyəri barədə razılıq əldə oluna bilmədikdə sığortaçı 15 iş günü ərzində qalıqların müəyyən etdiyi qiymətə satılmasını təmin edir və ya onları özü alır;
33.2.2.1.2. həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb etmək.
33.2.2.2. sığortalanmış avtomobilin eyni marka və modeldən xxxx, habelə eyni texniki vəziyyətdə xxxx digər avtomobillə əvəz edilməsi.
33.3. İpoteka qoyulan avtomobilin sığortası üzrə sığorta hadisəsi baş verdiyi tarixdə faydalanan şəxs xxxx ipoteka saxlayana borclunun (ipoteka qoyanın) borc (kredit) müqaviləsi üzrə sığorta ödənişinin verildiyi tarixə ona ödəməli olduğu məbləğdən artıq sığorta ödənişi verilə bilməz.
33.4. Xxxxx qoyulan avtomobilin tam məhv olması ilə nəticələnən sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsində nəzərdə tutulduğu halda faydalanan şəxs xxxx girov saxlayan borclunun (girov qoyanın) borc (kredit) müqaviləsi üzrə müəyyən edilmiş borcun ödənilməmiş hissəsində sığorta ödənişi almaq hüququ var.
34. Təmir və ya bərpa xərclərinin ödənilməsi zamanı nəzərə alınmayan amillər
34.0. Sığorta hadisəsi nəticəsində zərər dəymiş avtomobilin təmiri və ya bərpası
xərcləri hesablanarkən aşağıdakılar nəzərə alınmır:
34.0.1. avtonəqliyyat vəsitəsinə texniki xidmət və onun zəmanətli təmiri;
34.0.2. avtomobilin ayrı-ayrı hissələrinin təbii aşınması və ya köhnəlməsi ilə bağlı aparılan bərpa işləri və ya belə hissələrin dəyişdirilməsi;
34.0.3. təmir yolu ilə istismara yararlı vəziyyətə gətirilə bilən hissələrin dəyişdirilməsi;
34.0.4. avtomobilin zədələnmiş hissəsinin rənglənməsindən əlavə onun zədələnməmiş digər hissələrinin rənglənməsi.
35. Köhnəlmə əmsalı
35.1. Sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda, sığorta ödənişi həyata keçirilərkən bu Qaydaların 35.2-ci bəndində müəyyən edilmiş hallar istisna olmaqla və 35.6- cı bəndi nəzərə alınmaqla, avtomobilin dəyişdirilməli xxxx hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalı tətbiq edilə bilər.
35.2. Aşağıdakı hallarda sığorta ödənişi verilərkən köhnəlmə əmsalı tətbiq olunmur:
35.2.1. avtomobilin tam məhvi;
35.2.2. avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçməsi.
35.3. Köhnəlmə əmsalı aşağıdakı qaydada hesablanır:
burada:
– bu Qaydaların 35.4-cü bəndinə uyğun olaraq, avtomobilin keçdiyi məsafəyə görə köhnəlmə əmsalı (hər keçilmiş 1000 kilometrə görə faizlə);
– istismara başlama tarixindən sığorta hadisəsinin baş verdiyi tarixədək faktiki keçilmiş məsafə (min kilometrlə);
– bu Qaydaların 35.5-ci bəndinə uyğun olaraq, avtomobilin istismar müddətinə görə köhnəlmə əmsalı (hər istismar ilinə görə faizlə);
L - istismara başlama tarixindən sığorta hadisəsinin baş verdiyi tarixədək faktiki istismar müddəti (ili).
35.4. avtomobilin keçdiyi məsafəyə görə köhnəlmə əmsalı aşağıdakı göstəricilər əsasında müəyyən olunur:
S/s | Mühərrikin növü | Mühərrikin isçi həcmi ( ) | Hər keçilmış 1000 kmməsafəyə görə, %-lə |
1. | Benzin | 1500-dək | 0,35 |
1600 | 0,20 | ||
1800 | 0,15 | ||
2000 | 0,17 | ||
2000-dən yuxarı | 0,20 | ||
2. | Dizel | İstənilən həcmdə | 0,20 |
3. | Turbo – dizel | İstənilən həcmdə | 0,25 |
35.5. avtomobilin istismar müddətinə görə köhnəlmə əmsalı aşağıdakı göstəricilər əsasında müəyyən olunur:
1 il ərzində keçilmiş xxxx məsafə (min ) | 2-dək | 2 - 5 | 5 - 10 | 10 - 15 | 15 - 20 | 20 - 30 | 30 - 40 | 40 - 60 | 60- 100 | 100-dən xxx |
Xxx 1 il üçün, %-lə | 1,60 | 1,45 | 1,25 | 1,05 | 0,85 | 0,80 | 0,75 | 0,65 | 0,60 | 0,55 |
35.6. Köhnəlmə əmsalı avtomobilin dəyişdirilməli xxxx hissələrinin və aqreqatlarının bazar dəyərinin 50 %-dən xxx olmamaqla tətbiq edilir.
35.7. Sığorta müqaviləsində köhnəlmə əmsalı nəzərdə tutulduqda, bu Bölmənin məqsədləri üçün zərər məbləği köhnəlmə əmsalının tətbiq edilməsindən sonra alınan məbləğ hesab edilir.
BÖLMƏ III. Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası
36. Sığortanın predmeti
Bu Bölmə üzrə sığorta predmeti bu Qaydaların 2.0.1-ci yarımbəndində nəzərdə tutulmuş avtomobillərin sahiblərinin mülki məsuliyyətinin yaranması halıdır.
37. Sığorta riskləri və sığorta hadisəsi
37.1. Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta müqaviləsində göstərilən avtomobilin istifadəsi zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə sığorta olunanın mülki məsuliyyətinin yaranması riskindən sığorta təminatı verilir.
37.2. Sığorta ödənişinin ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta müqaviləsində göstərilən avtomobilin istifadəsi zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına və (və ya) əmlakına vurulan zərərin əvəzinin ödənilməsinə görə sığorta olunanın mülki məsuliyyəti üzrə öhdəliyinin bu Qaydaların 37.3- cü bəndi nəzərə alınmaqla yaranması faktı sığorta hadisəsi hesab edilir.
37.3. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta müqaviləsində göstərilən avtomobilin istifadəsi zamanı üçüncü şəxslərin əmlakına vurulan zərərin əvəzinin ödənilməsinə görə sığorta olunanın mülki məsuliyyəti üzrə öhdəliyinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğinə bərabər və ya ondan az olması faktı bu Qaydaların məqsədləri üçün sığorta hadisəsi sayılmır.
38. Sığorta təminatında əlavə məhdudiyyətlər
38.1. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmursa, bu Qaydaların 17-ci bəndində göstərilənlərdən əlavə, aşağıdakılara münasibətdə də sığorta təminatı verilmir:
38.1.1. Sığortalının işçisinin avtomobilin sərnişini olarkən sığortalı ilə əmək münasibətlərindən irəli gələn peşə vəzifələrinin icrası zamanı ölməsi və ya bədən xəsarəti xxxxxx nəticəsində yaranan məsuliyyət;
38.1.2. avtomobilin sərnişini kimi hərəkət edən, sığorta olunanın hər hansı ailə üzvünün ölməsi və ya bədən xəsarəti xxxxxx nəticəsində yaranan məsuliyyət;
38.1.3. avtomobildə və (və ya) onun qoşqusunda xxxx xxxxx vurduğu zərərə görə məsuliyyət;
38.1.4. əmlaka vurulan zərərə görə əldən çıxmış fayda və ya digər dolayı zərərlərə görə məsuliyyət;
38.1.5. cərimələr və ya mənəvi zərərlərə görə təzminat ödəmək məsuliyyəti;
38.1.6. Üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2 maddəsində nəzərdə tutulmuş təminat həddində ödənilməli xxxx zərər məbləğləri.
39. Sığorta məbləği və azadolma məbləği
39.1. Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta məbləği tərəflərin razılığı ilə sığorta müqaviləsində müəyyən olunur və sığortaçının öhdəliyinin son həddini ifadə edir.
39.2. Üçüncü şəxsin əmlakına dəyən zərər üzrə azadolma məbləği “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsində müəyyən edilmiş sığorta məbləği həcmində müəyyənedilir.
40. Sığorta ödənişinin verilməsi
40.1. Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta hadisəsi baş verdikdə üçüncü şəxsin əmlakına dəyən birbaşa zərərin əvəzi aşağıdakı məbləğlərdə ödənilir:
40.1.1. əmlak tamamilə məhv olduqda – istifadə üçün yararlı xxxx qalıqların dəyəri çıxılmaq şərtilə, həmin əmlakın sığorta hadisəsinin baş verməsi xxxxxx mövcud olmuş bazar dəyəri məbləğində;
40.1.2. əmlak qismən zədələndikdə - həmin əmlakın sığorta hadisəsindən dərhal əvvəlki vəziyyətinə qaytarılması üçün tələb olunan xərc məbləğində.
40.2. Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta hadisəsi baş verdikdə, üçüncü şəxsin həyat və sağlamlığına dəyən zərərin əvəzi aşağıdakı məbləğlərdə ödənilir:
40.2.1. zərərçəkənin malik olduğu, yaxud hadisə baş verməsəydi malik olması real olaraq ehtimal edilən və itirdiyi qazanc (gəlir) məbləğində;
40.2.2. zərərçəkənin sağlamlığının pozulması ilə bağlı çəkdiyi əlavə xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman vasitələrinin alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclər məbləğində, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun qanunla nəzərdə tutulmadığı müəyyənləşdirilsin;
40.2.3. ailə başçısı xxxx zərərçəkənin öldüyü halda onun himayəsində xxxx şəxslərin itirdiyi qazanc məbləğində;
40.2.4. zərərçəkənin öldüyü halda 1000 (min) manatdan artıq olmamaq şərtilə onun dəfni ilə bağlı xərclər.
40.3. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin həyatına və sağlamlığına dəyən zərərin əvəzi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1117-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə ödənilir.
40.4. Eyni sığorta hadisəsi nəticəsində bir neçə şəxsin əmlakına və ya həyat və sağlamlığına dəyən zərərin ümumi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğindən artıq olduqda sığortaçı hər bir zərərçəkənə ona vurulan zərər məbləğinə mütənasib məbləğdə sığorta ödənişi verir. Bu halda zərərçəkənlərin hamısına verilən sığorta ödənişinin ümümi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğinə bərabər olmalıdır.
BÖLMƏ IV. Sürücülərin və sərnişinlərin fərdi qəza sığortası
41. Sığortanın predmeti
Bu Bölmə üzrə sığorta predmeti bu Qaydaların 2.0.1.-ci yarımbəndində nəzərdə tutulmuş avtomobillərin sürücüləri və sərnişinləridir.
42. Sığorta olunan
42.1. Sığorta müqaviləsində göstərilən avtomobildə xxxx xxxxxx və sərnişin sürücülərin və sərnişinlərin fərdi qəza sığortası üzrə sığorta olunan hesab olunurlar.
42.2. Sığorta olunanların sayı avtomobilin istehsalçısı tərəfindən nəzərdə tutulmuş oturacaq yerlərinin sayından xxx xxx bilməz.
43. Sığorta riskləri
43.0. Fərdi qəza sığortası üzrə sığorta müqaviləsində göstərilən avtomobilin istifadəsi ilə əlaqədar sürücüsünün və (və ya) sərnişininin həyat və sağlamlığına dəyə bilən zərərin aşağıda göstərilən hallarla nəticələnməsi risklərindən sığorta təminatı verilir:
43.0.1. əmək qabilliyətinin itirilməsi ilə əlaqədar I, II, III dərəcə əlilliyin müəyyən olunması;
43.0.2. 18 yaşınadək uşağın sağlamlıq imkanlarının məhdudlaşması;
43.0.3. ölüm.
44. Sığorta hadisəsi və xxx xxxx bəzi tələblər
44.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində və əhatə etdiyi ərazidə bu Qaydaların 28.1-ci bəndində müəyyən edilmiş risklərin hər hansı birinin baş verməsinin 43.1-ci bəndində nəzərdə tutulmuş hallarla nəticələnməsi, 44.2-ci və 44.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla sığorta hadisəsi sayılır.
44.2. Sığorta olunanın ölməsi halı yalnız aşağıdakı halların hər biri mövcud olduqda sığorta hadisəsi sayılır:
44.2.1. ölümə səbəb xxxx bədbəxt hadisə sığorta müqaviləsi qüvvədə xxxx müddətdə baş vermiş olsun;
44.2.2. ölüm faktı ölümə birbaşa səbəb xxxx və sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə baş vermiş bədbəxt hadisənin nəticəsi olsun;
44.2.3. ölüm hadisəsi bədbəxt hadisənin baş verməsi tarixindən ən geci 1 il müddətində baş vermiş olsun.
44.3. Sığorta olunanın sağlamlığına dəymiş zərərlə əlaqədar olaraq ona I, II, III qrup əlilliyin təyin olunması və ya 18 yaşınadək uşağın sağlamlıq imkanlarının məhdudlaşması yalnız aşağıdakı halların hər biri mövcud olduqda sığorta hadisəsi sayılır:
44.3.1. zərərə səbəb xxxx bədbəxt hadisə sığorta müqaviləsi qüvvədə xxxx müddətdə baş vermiş olsun;
44.3.2. zərər birbaşa ona səbəb olmuş bədbəxt hadisə nəticəsində dəymiş olsun;
44.3.3. zərər bədbəxt hadisənin baş verməsi tarixindən ən geci 1 il müddətində müəyyən edilmiş olsun.
45. Sığorta təminatında əlavə məhdudiyyətlər
Bu Qaydaların 17-ci bəndində göstərilənlərdən əlavə, sığorta olunanın özünə sui qəsd etməsi xxxxxx da sığorta təminatı verilmir.
46. Sığorta məbləği
46.1. Sürücülərin və sərnişinlərin fərdi qəza sığortası müqaviləsi üzrə sığorta məbləği tərəflərin razılığı ilə sığorta müqaviləsində müəyyən olunur.
46.2. Sürücülərin və sərnişinlərin fərdi qəza sığortası üzrə sığorta məbləği avtomobilin bir oturacaq yeri, yəni bir sığorta olunan üçün sığorta məbləğini ifadə edir.
47. Sığorta ödənişinin verilməsi
47.1. Sığorta hadisəsinin baş verməsi tarixindən 1 il müddətində sığorta olunanın ölməsi halında sığorta ödənişi sığorta məbləğinin 100 xxxxx həcmində onun vərəsələrinə verilir.
47.2. Sığorta olunanın sağlamlığına zərər dəyməsi halında sığorta ödənişi aşağıdakı məbləğlərdə ödənilir:
47.2.1. əmək qabilliyətinin itirilməsi ilə əlaqədar:
47.2.1.1. Birinci dərəcə əlillik müəyyən olunduqda – sığorta məbləğinin 100 xxxxx;
47.2.1.2. ikinci dərəcə əlillik müəyyən olunduqda – sığorta məbləğinin 80 xxxxx;
47.2.1.3. üçüncü dərəcə əlillik müəyyən olunduqda – sığorta məbləğinin 60 xxxxx;
47.2.2. 18 yaşınadək uşağın sağlamlıq imkanlarının məhdudlaşması müəyyən olunduqda – sığorta məbləğinin 100 xxxxx.
47.3. Sığorta hadisəsi nəticəsində sığorta ödənişi almış sığorta olunana təyin edilmiş əlillik dərəcəsinin dəyişməsi, yaxud onun ölməsi ilə əlaqədar sığorta ödənişi növbəti dəfə verilərkən, həmin hadisə ilə bağlı bu Bölmə əsasında əvvəllər verilmiş sığorta ödənişi məbləğləri çıxılır.
“Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı
vasitələrinin tam sığortası üzrə Sığorta Qaydaları”na
ƏLAVƏ.
FİZİKİ ŞƏXSLƏRƏ TƏQDİM EDİLƏN AVTOMOBİL NƏQLİYYATI VASİTƏLƏRİNİN TAM SIĞORTASI ÜZRƏ
SIĞORTALANMA HAQQINDA ƏRİZƏ
I. AVTOMOBİLİ SIĞORTA ETDİRƏN ŞƏXS VƏ AVTOMOBİLİN MÜLKİYYƏTÇİSİ HAQQINDA MƏLUMAT
1. Avtomobili sığorta etdirən şəxsin
1.1. Adı, soyadı, atasının adı:……………………………...……………………....................................……
1.2. Cinsi: ………………………………………………………………………………….............................................
1.3. Doğum tarixi:………...……………………………………………………………..........................................
1.4. Şəxsiyyət vəsiqəsinin seriyası,
nömrəsi və PİN-kodu:………………..……………………………………………......................................
QEYD: Şəxsiyyət vəsiqəsinin PİN-kodunu vəsiqənin fotoşəkil xxxx üzündə iki sətirdən ibarət simvolların axırıncı sətirdə çap edilmiş son səkkizinin ilk yeddincisi təşkil edir.
1.5. Ev ünvanı:…….………………...…………………………………………………….........................................
1.6. Telefon: ev ; iş
; mobil
1.7. Elektron poçt (e-mail) ünvanı:…………………………………………………….............................
1.8. Sürücülük vəsiqəsinin nömrəsi və verilmə tarixi:…………………………...................…..
1.9. Sürücülük vəsiqəsinin kateqoriyası:
1.10. Sürücülük təcrübəsi il
1.11. Avtomobilə münasibəti:
a) mülkiyyətindədir
b) etibarnamə əsasında idarə edir
- Etibarnamənin nömrəsi……………………………………….……….…...........................................
- Verilmə tarixi……………………………………………………...………….……....................................
- Başa çatma tarixi…………………………………………………………..……….................................
2. Avtomobilin mülkiyyətçisinin
2.1. soyadı, adı, atasının adı:….………………………………………………………................................
2.2. Şəxsiyyət vəsiqəsinin seriyası,
nömrəsi və PİN-kodu:………………………………………………………………….....................................
QEYD: Şəxsiyyət vəsiqəsinin PİN-kodunu vəsiqənin fotoşəkil xxxx üzündə iki sətirdən ibarət simvolların axırıncı sətirdə çap edilmiş son səkkizinin ilk yeddincisi təşkil edir.
2.3. Ev ünvanı: ………………………………………...………………………………….......................................
2.4. Telefon: ev ; iş
; mobil
2.5. Elektron poçt ünvanı: ………………………………………………………...............................……...
(imza)
II. AVTOMOBİL HAQQINDA MƏLUMAT
3. Avtomobilin
3.1. markası və modeli:……………………………………………….………………................................…
3.2. buraxılış ili:…………………………………………………………………………......................................
3.3. rəngi:…………………………………………………………………………………........................................
3.4. mühərrikin həcmi:………………………………………………………………….................................
3.5. mühərrikin (at) gücü:………………………………………………………………..............................
3.6. keçdiyi məsafə: km
3.7. oturacaqların sayı:…………………………………………………………………................................
3.8. qeydiyyat şəhadətnaməsinin seriyası və nömrəsi:……………………………..............
3.9. dövlət qeydiyyat nişanı:…………………………………………………………...............................
3.10. mühərrik nömrəsi:………………………………………………………………................................
3.11. şassi nömrəsi:……………………………………………………………………..................................
3.12. ban nömrəsi:………………………………………………………………………................................
4. Avtomobilin bazar dəyəri: manat
5. Avtomobil ipotekadadırmı (girovdadırmı)?
a) Xeyr
b) Bəli
- İpoteka saxlayanın adı: ………………………………………………..........................…………….
- İpoteka müqaviləsinin nömrəsi: ………………………………………….....................………...
- İpoteka müqaviləsinin qüvvəyə minmə tarixi: ………………………..............……...…….
- İpoteka müqaviləsinin başa çatma tarixi: ………………………………..............……….….
III. SÜRÜCÜLƏR HAQQINDA MƏLUMAT
(imza)
6. Avtomobili xxx idarə edəcək? (Aşağıdakılardan yalnız birini seçib, işarələyin.)
a) avtomobili qanuni əsaslarla idarə etmək hüququ xxxx istənilən fiziki şəxs
b) yalnız sığortalı
c) sığortalı və aşağıda göstərilən şəxslər: _
Soyadı, adı, atasının adı | Təvəllüdü | Sürücülük vəsiqəsinin nömrəsi və verilmə tarixi | Sürücülük vəsiqəsinin kateqoriyası | Sürü- cülük təcrübəsi (il) | Şəxsiyyət vəsiqəsinin Pin Kodu | Sığortalıya münasibəti (valideyni, övladı, digər qohumu, işçisi, sürücüsü və s.) |
Mənə izah olunub ki, avtomobilin bu ərizənin 6-cı bəndində qeyd etdiyim şəxslərdən başqa digərləri tərəfindən idarə edilməsi halında dəyən zərər sığorta təminatına daxil deyil və belə hallarda sığorta ödənişi verilməyəcək. Mənə həmçinin o da izah olunub ki, şəxslərə avtomobili idarəetmə hüququnun bu ərizənin 7-ci bəndində qeyd etdiklərimdən başqa digər şəxslərə verilməsindən əvvəl mən həmin şəxslərin sığorta müqaviləsi üzrə sığorta olunanlar kimi tanınması üçün həmin müqaviləyə müvafiq dəyişiklik edilməsi məqsədilə sığortaçıya yazılı məlumat verməliyəm.
(imza)
IV. DƏYİŞİKLİKLƏR HAQQINDA SIĞORTAÇININ MƏLUMATLANDIRILMASI Mənə izah olunub ki, sığorta müqaviləsi bağlandıqdan sonra həmin müqavilənin
qüvvədə olduğu müddət ərzində mən sığorta riskinin dəyişməsinə təsir göstərə bilən
aşağıdakı hallar barədə bildiyim və ya bilməli olduğum tarixdən 5 iş günü müddətində bu barədə sığortaçıya yazılı məlumat verməliyəm:
a. avtomobilin özgəninkiləşdirilməsi, onun icarəyə verilməsi və ya xxx xxxx mülkiyyət hüquqlarının digər formada itirilməsi və ya məhdudlaşdırılması;
b. nömrəli aqreqatların (mühərrik, şassi və ban) dəyişdirilməsi;
c. sığortalanmış avtomobilin sığorta hadisəsi hesab edilməyən hadisədə dəyərinin ən azı 10 faiz məbləğində zərərlə nəticələnən zədələnməsi;
d. avtomobilin dövlət qeydiyyatı haqqında sənədlərinin itirilməsi, oğurlanması və ya dəyişdirilməsi;
e. avtomobilin açarlarının itirilməsi və ya oğurlanması.
Mənə həmçinin izah olunub ki, yuxarıda göstərilən məlumatların sığortaçıya vaxtında verilməməsi sığorta ödənişindən imtinaya əsas ola bilər.
(imza)
V. SIĞORTA MÜQAVİLƏSİNDƏ NƏZƏRDƏ TUTULMASI İSTƏNİLƏN ŞƏRTLƏR
7. Sığorta təminatına daxil edilməsi istənilən sığorta riskləri:
Bu hissə ilə bağlı tələb olunan məlumatlar sığortaçılar tərəfindən, onların öz mülahizələrinə əsasən müəyyən edilir.
8. Sığorta müqaviləsi üzrə azadolma məbləği
(imza)
Bu hissə ilə bağlı tələb olunan məlumatlar sığortaçılar tərəfindən, onların öz mülahizələrinə əsasən müəyyən edilir.
(imza)
9. Bu Qaydaların II Bölməsi (minik avtomobillərinin sığortası) üzrə sığorta təminatı verildiyi halda sığorta etdirilən avtomobilə dəyən zərərə
görə köhnəlmə əmsalının tətbiq edilməsi nəzərdə tutulsunmu?
a) Bəli
b) Xeyr
(imza)
10. Sığorta müqaviləsi üzrə sığorta etdirilən avtomobil
a) Tam sığortalansın
b) Qismən sığortalansın
- Qismən sığortalandığı haıda sığorta məbləğinin avtomobilin bazar dəyərinə nisbəti – %
(imza)
11. Sığorta hadisəsi baş verərkən zərər dəymiş avtomobilin təmir edilməsi üçün təmir emalatxanasını (servis mərkəzi və s.) təyin etmək səlahiyyəti sığorta müqaviləsində hansı tərəfin hüququ kimi göstərilsin:
a) Sığortalının (sığorta olunanın)
b) Sığortaçının