AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında” 2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Bakı şəhəri, 3 fevral 2014-cü il
№ 892-IVQ
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti,
hər iki Tərəfin suverenliyinə, bərabərliyinə və maraqlarına qarşılıqlı hörmət göstərilməsi prinsipləri çərçivəsində iki dövlətdə sülh şəraitində rifahı və sabitliyi təşviq etmək üçün Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq əlaqələrini gücləndirmək və inkişaf etdirmək məqsədi ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi niyyətini ifadə edərək,
beynəlxalq terrorçuluq və beynəlxalq mütəşəkkil cinayətkarlıq aktlarının artmasından narahat olaraq,
öz vətəndaşlarını və ölkələrində xxxx digər şəxsləri tenor aktlarından və digər cinayət aktlarından səmərəli şəkildə qorumaq prinsipinə uyğun olaraq,
terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini təsdiqləməklə, bu sahədə əlaqələrin gücləndirilməsinə səy göstərərək,
hər iki Tərəfin milli qanunvericiliyini və beynəlxalq öhdəliklərini nəzərə alaraq,
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində müəyyən edilən əsas prinsipləri, o cümlədən insan hüquqlarının qorunmasının nəzərə alaraq,
dövlətlərin suverenliyi və bərabərliyi prinsipinə hörmət edərək və hər iki Tərəf arasında gələcək dostluq əlaqələrinin daha da gücləndirilməsi niyyəti ilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Əməkdaşlıq öhdəliyi
1. Tərəflər, qüvvədə olan milli qanunvericiliklərinə və tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə uyğun olaraq, transmilli cinayətkarlıq, xüsusilə terrorçuluq, mütəşəkkil cinayətkarlıq, qanunsuz miqrasiya, insan xxxxxx, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə qarşı mübarizədə əməkdaşlıq edirlər.
Maddə 2
Əməkdaşlıq sahələri
1. Tərəflər öz imkanları çərçivəsində, aşağıda göstərilənlər də daxil olmaqla, xxxxx bunlarla mədudlaşmayaraq, cinayətlərin qarşısının alınması və istintaqının aparılması məqsədi ilə əməkdaşlıq edirlər:
a) çirkli pulların yuyulması, kibercinayətlər, mədəni və təbii sərvətlərin qaçaqmalçılığı da daxil olmaqla transmilli mütəşəkkil cinayətkarlıq;
b) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz olaraq istehsal edilməsi və dövriyyəsi;
c) insan xxxxxx və qanunsuz miqrasiya;
d) silahların, sursatların, partlayıcı maddələrin, nüvə, radioaktiv və toksik maddələrin qeyri-xxxxxx xxxxxx;
e) pul, pasport, viza və digər rəsmi sənədlərin saxtalaşdırılması;
f) iqtisadi cinayətlər.
2. Tərəflər həmçinin qüvvədə olan milli qanunvericiliklərinə və tətbiq oluna bilən beynəlxalq müqavilələrdən və BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn beynəlxalq öhdəliklərə uyğun olaraq, terror aktlarının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq edirlər. Bu kontekstdə:
a) Tərəflər öz əraziləri daxilində digər Tərəfin vətəndaşlarına və onun təhlükəsizliyinə qarşı yönələn terror aktlarının hazırlanmasının və həyata keçirilməsinin qarşısını almaq məqsədi ilə effektiv tədbirlər görürlər. Onlar digər Tərəfin sorğusu əsasında hər bir sahədə terror aktına dair bütün növ məlumat və sənədləri təqdim edirlər.
b) Terrorçuluqla mübarizə sahəsində əməkdaşlıq xüsusilə Tərəflərin təhlükəsizliyinə təsir edən terrorçu təşkilatlar, onların fəaliyyət üsulları, terror aktları, terrorçuluğun maliyyələşdirilməsi və terrorçuluqla mübarizədə istifadə olunan texnika və metodlar barədə məlumat, kəşfiyyat, qiymətləndirmə və operativ əməkdaşlığı əhatə edir.
c) Terrorçuluqla mübarizədə Tərəflər öz ərazilərində digər Tərəfin əleyhinə fəaliyyət göstərən terrorçu təşkilatların və onların öncül institutlarının görüntülü və yazılı mətbuat orqanlarının fəaliyyətinin qarşısını alırlar. Tərəflər onları qanunsuz təşkilatlar hesab edirlər və milli qanunvericiliklərinə uyğun olaraq bununla əlaqədar müvafiq tədbirlər görürlər.
d) Tərəflər öz ərazilərində terror təşkilatlarmı maliyyə və ya sığınacaq, yaşayış, təlim, müalicə və təchizat təminatları daxil olmaqla digər formada dəstəkləyən şəxslərə və ya təşkilatlara qarşı səmərəli mübarizə tədbirlərini hazırlayır və həyata keçirirlər.
e) Tərəflər girov götürmə və nəqliyyat vasitələrinin qaçırılması da daxil olmaqla terrorçuluğun qarşısının alınması və onunla mübarizə sahəsində üsullara dair məlumat və təcrübə mübadiləsi aparır və yuxarıda göstərilən məsələlərlə bağlı qarşılıqlı araşdırma həyata keçirilər.
f) Tərəflər terrorçuluqla mübarizədə istifadə olunan silah, avadanlıq və texniki qurğularla bağlı məlumat və təcrübə mübadiləsi həyata keçirirlər. Onlar terrorçuluqla mübarizəyə məsul xxxx qurumların şəxsi heyətinə qarşılıqlı təlimlər keçir və bu istiqamətdə terrorçuluğun xarakteri, dinamikası və formalarının təhlil olunması sahəsində əməkdaşlıq edərək təlim, seminar və məsləhətləşmə yığıncaqları təşkil edirlər.
g) Tərəflər terrorçu təşkilatlar tərəfindən terror aktlarının hazırlanması və təşkil olunmasında istifadə oluna bilən texnoloji avadanlıqların, bütün növ silah və sursatların daşınmasını müşahidə etməklə, qeyd olunan avadanlıqların terrorçu təşkilatlar tərəfindən əldə olunmasının qarşısının alınması məqsədi ilə əməkdaşlıq edir və məlumat mübadiləsi aparırlar.
3. Tərəflər bu Saziş çərçivəsində birgə fəaliyyətlərinin həyata keçirilməsi və əlaqələndirilməsinin səmərəliliyinin artırılması məqsədi ilə əlaqələndirici zabitlərini qarşılıqlı olaraq təyin edə bilərlər.
4. Tərəflər daxili xidməti hazırlıq, əsas polis təlimləri, bakalavr təhsili və doktorluq proqramları üzrə sahələrdə əməkdaşlıq edə bilərlər.
Maddə 3
Əməkdaşlıq prosedurları
Tərəflər, əməkdaşlıq çərçivəsində, bu Sazişin 2-ci maddəsinin həyata keçirilməsi məqsədi ilə və milli qanunvericiliyə uyğun olaraq:
a) transmilli cinayətkarlıq, terror aktlarının və terrorçu qrupların qarşısının alınması və onlarla mübarizə aparılması məqsədi ilə planlaşdırılmış və ya törədilmiş cinayət hadisələri və cinayət təşkilatlarının strukturu, tərkibi, xarici əlaqələri, cinayətlərin fabulası barədə əməliyyat məlumatlarının mübadiləsini aparırlar;
b) öz milli qanunlarına uyğun olaraq birgə polis əməliyyatlarını həyata keçirməklə bağlı razılığa gəlirlər. Müvafiq əməliyyat prosedurları hər iki Tərəfin bu Sazişin 6-cı maddəsində göstərilən səlahiyyətli orqanları tərəfindən razılaşdırılmalıdır;
c) qüvvədə xxxx müvafiq milli qanunvericiliklərinə uyğun olaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz istehsal və dövriyyəsinin qarşısının alınması və onlara qarşı mübarizə aparılması istiqamətində tədbirlər görürlər;
d) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanuni dövriyyəsinə nəzarət sahəsində təcrübə mübadiləsi aparır və bu sahədə sui-istifadə hallarının qarşısının alınması üçün tədbirlər görürlər. Həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, istehsal və emal yerləri və üsulları, gizlədilmə üsulları daxil olmaqla, qaçaqmalçıların istifadə etdikləri kanal və vasitələr, həmçinin təhlil metodları ilə bağlı məlumatları mübadilə və təhlil edirlər;
e) bu Sazişdə əhatə olunan cinayətlərlə əlaqəli şəxslərin, əşya və pul vəsaitlərinin müəyyən olunması və aşkar edilməsi məqsədi ilə əməliyyat məlumatlarını mübadilə edirlər;
f) nəzarətli çatdırılmalar və gizli əməliyyatlar kimi xüsusi təhqiqat texnikalarının və metodlarının həyata keçirilməsi üçün zəruri tədbirlərin əlaqələndirilməsi məqsədi ilə əməkdaşlıq edirlər;
g) yetkinlik yaşına çatmayanların hüquq pozuntuları və uşaqlara qarşı törədilən cinayətlərlə mübarizədə istifadə edilən və təkmilləşdirilən texnika və metodlarla bağlı məlumat mübadiləsi aparırlar;
h) mövcud miqrasiya siyasətləri, praktikaları və təcrübələri, o cümlədən bu təcrübələrin qanunsuz miqrasiyaya təsirləri ilə bağlı məlumat mübadiləsi aparırlar;
i) əsas qanunsuz miqrasiya axınları, qanunsuz miqrantlar tərəfindən istifadə edilən marşrutlar, metodlar və nəqliyyat vasitələri ilə bağlı məlumat mübadiləsinin aparılması yolu ilə əməkdaşlıq edirlər. Həmçinin, Tərəflər müvafiq risklərin qiymətləndirilməsinə dair hesabatların mübadiləsini də apara bilərlər;
j) saxta sənədləri aşkar etmək məqsədi ilə pasport və digər səyahət sənədləri, vizalar, həmçinin giriş-çıxış möhürləri ilə bağlı məlumat mübadiləsini həyata keçirməklə əməkdaşlıq edirlər;
k) bu Sazişin 4-cü maddəsində nəzərdə tutulan sorğuların icrası sahəsində əməkdaşlıq edirlər;
l) qüvvədə olan milli qanunvericiliklərinə, qoşulduqları digər müvafiq beynəlxalq konvensiyalara və bu Sazişin məqsədlərinə uyğun olaraq işlənilən digər tədbirləri həyata keçirirlər;
m) bu Sazişin 6-cı maddəsində qeyd olunan səlahiyyətli qurumları vasitəsilə qarşılıqlı təlimlər və kurslar təşkil edilməsi sahəsində əməkdaşlıq edirlər.
Maddə 4
Yardım və icra sorğuları
1. Bu Saziş çərçivəsində əməkdaşlıq müvafiq səlahiyyətli orqanlar tərəfindən verilən yardım haqqında sorğu vasitəsilə və ya qeyd olunan yardımı digər səlahiyyətli orqanın marağına uyğun hesab edən səlahiyyətli orqanın təşəbbüsü əsasında həyata keçirilir.
2. Digər Tərəf üçün maraqlı olduğuna inanmaq üçün əsas olduqda məlumat həmin digər Tərəfə hər hansı sorğu edilmədən ötürülə bilər.
3. Yardım haqqında sorğu yazılı qaydada təqdim edilir. Fövqəladə hallarda sorğu şifahi şəkildə edilə, xxxxx yeddi (7) gündən gec olmayaraq mümkün qədər tez bir zamanda yazılı olaraq təsdiq edilməklə ötürülə bilər.
4. Yardım sorğusu aşağıdakıları özündə ehtiva edir:
a) yardım haqqında sorğu edən Tərəfin qurumunun adı və yardım haqqında sorğunun ünvanlandığı Tərəfin qurumunun adı;
b) hadisə ilə bağlı təfərrüatlı məlumat;
c) sorğunun məqsəd və səbəbləri;
d) sorğu edilən yardımın təsviri;
e) təcililik səviyyəsi;
f) sorğunun səmərəli icrasına yardım edə biləcək əlavə məlumatlar.
5. Yardım sorğusunun yerinə yetirilməsi və ya əməkdaşlıq fəaliyyəti Tərəflərdən birinin suverenliyini və ya təhlükəsizliyini təhdid etdiyi, yaxud milli qanunvericiliyi, beynəlxalq öhdəlikləri və ya digər əsas maraqlarına zidd olduğu təqdirdə, həmin Tərəf sorğunun icrasından tamamilə və ya qismən imtina edə və ya həmin sorğunu müvafiq şərtlər əsasında icra edə bilər.
6. Sorğu edilən Tərəf sorğunun mümkün qədər tez və tam şəkildə icra edilməsi üçün zəruri tədbirləri həyata keçirir.
7. Sorğunun yerinə yetirilməsi zamanı sorğu edilən Tərəfin qanunvericiliyi tətbiq edilir.
8. Zərurət yarandığı təqdirdə, sorğu edilən Tərəf sorğunun müvafiq icrası üçün sorğu edən Tərəfdən əlavə məlumat tələb etmək səlahiyyətinə malikdir.
9. Əgər sorğu edilən Tərəf sorğunun dərhal icra olunmasının öz ölkəsində başladılan cinayət təqibinə təsir göstərəcəyini düşünürsə, sorğu edilən Tərəf sorğunun icrasını təxirə sala və ya icranı sorğu verən Tərəflə aparılan məsləhətləşmələr nəticəsində müəyyən edilmiş şərtlərə uyğun olaraq yerinə yetirə bilər. Sorğu edən Tərəf təklif olunan şərtlərdə yardım etməyə razılıq verdiyi təqdirdə, bunu yerinə yetirməlidir.
10. Sorğu edilən Tərəfin milli qanunvericiliyində digər vaxt məhdudiyyətləri müəyyən edilmədiyi halda, sorğunun qəbul edildiyi tarixdən etibarən 30 gün müddətində sorğu edilən Tərəfin səlahiyyətli orqanı tərəfindən sorğunun icrasına dair nəticələr barədə məlumatlar sorğu edən Tərəfə bildirilir.
11. Xxxxxx haqqında sorğunun tam və ya qismən rədd edilməsi zamanı, sorğu edilən Tərəf onun rədd edilmə səbəblərini sorğu edən Tərəfə bildirir.
Maddə 5
Məlumat və sənədlərin istifadə edilməsi ilə bağlı məhdudiyyətlər
1. Tərəflər bu Saziş çərçivəsində ötürülmüş ümumi və şəxsi məlumatlardan, müvafiq daxili qanunvericiliyə və Tərəflərin qoşulduqları insan hüquqları üzrə müqavilələrə uyğun olaraq, insan hüquqlarına riayət etməklə, müstəsna şəkildə bu Sazişdə nəzərdə tutulan məqsədlər üçün istifadə olunacağına dair razılığa gəlirlər.
2. Tərəflər arasında mübadilə edilən şəxsi məlumatlar, xüsusilə həssas məlumatlar, Tərəflərin məlumat və informasiya haqqında daxili qanunlarına uyğun olaraq, milli məlumatlara tətbiq olunan standartlarla mühafizə olunur.
3. Bu Sazişin məqsədlərinə uyğun olaraq Tərəflər həssas və şəxsi məlumatlar onların təsadüfi və ya qeyri qanuni məhv olması, təsadüfən itməsi və ya açıqlanması, icazəsiz dəyişdirilməsi və ya istənilən formada icazəsiz istifadəsi kimi hallardan qorumaq üçün zəruri texniki və təşkilati tədbirləri görürlər. Tərəflər xüsusilə yalnız şəxsi məlumatlara çıxışı xxxx şəxslərin bu məlumatları əldə edə bilməsini təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirirlər.
4. Bu Sazişə əsasən istənilən məlumat və sənədlər onları təqdim edən səlahiyyətli orqanın əvvəlcədən razılığı olmadan üçüncü tərəfə açıqlanmır.
5. Bu Saziş çərçivəsində əldə olunmuş məlumatlar səhv və ya natamam olduqda, və ya onların toplanması və sonrakı emalı bu Sazişə və ya təqdim edən Tərəfin tətbiq oluna bilən
qaydalarına zidd olduqda, məlumatı xxxx Tərəf məlumatı təqdim edən Tərəfin sorğusu əsasında milli qanunvericiliyə uyğun olaraq məlumatların istifadəsinin dayandırılması, düzəliş edilməsi və silinməsi öhdəliyini daşıyır.
6. Tərəflərdən biri bu Saziş çərçivəsində digər Tərəfdən aldığı məlumatların düzgün olmadığını müəyyən etdiyi təqdirdə, bu məlumatlara yanlışlıqla etibar edilməsinin qarşısının alınması məqsədi ilə, xüsusilə də belə məlumatlara əlavələr edilməsi, onların silinməsi və ya onlara düzəliş edilməsi daxil olmaqla, bütün zəruri tədbirləri həyata keçirir.
7. Tərəflərin hər biri bu Saziş çərçivəsində digər Tərəfə təqdim edilən və ya digər Tərəfin təqdim etdiyi məlumatların səhv və ya etibarsız olduğunu və yaxud ciddi şübhəyə səbəb olacağını müəyyən etdiyi təqdirdə, digər Tərəfi bu barədə məlumatlandırır.
Maddə 6
Sazişin həyata keçirilməsində səlahiyyətli orqanlar
1. Bu Sazişi həyata keçirməsi üçün səlahiyyətli orqanlar aşağıdakılardır:
a) Azərbaycan tərəfindən: 1. Daxili İşlər Nazirliyi;
2. Milli Təhlükəsizlik Nazirliyi.
b) Türkiyə tərəfindən: Daxili İşlər Nazirliyi.
2. Bu Sazişin qüvvəyə minməsindən sonra 30 gün ərzində Tərəflər bu Sazişin müddəalarının həyata keçirilməsi və müvafiq kommunikasiya kanallarının yaradılması məqsədi ilə bu əlaqələrin birbaşa qurulması üçün səlahiyyətli milli orqanların siyahısını mübadilə edirlər.
3. Tərəflər bu Sazişin müddəalarının həyata keçirilməsi məqsədi ilə birbaşa əlaqələrin qurulması üçün səlahiyyətli milli orqanların siyahısında yarana bilən hər hansı dəyişiklik barədə bir-birini dərhal məlumatlandırırlar. Tərəflər həmçinin kommunikasiya kanallarında baş verən dəyişikliklər barədə də bir-birini məlumatlandırırlar.
4. Tərəflər yuxarıda göstərilən səlahiyyətli milli orqanlarla yanaşı, beynəlxalq və regional təşkilatlar, əlaqələndirici zabitlər və bu Sazişin ehtiva etdiyi cinayətlər üzrə digər mütəxəssislər vasitəsilə də əməkdaşlıq edirlər.
Maddə 7
Görüşlər və məsləhətləşmələr
1. Bu Sazişin həyata keçirilməsini daha da asanlaşdırmaq məqsədi ilə səlahiyyətli orqanların nümayəndələri, zəruri olduğu təqdirdə, bu Sazişə əsasən irəliləyişi qiymətləndirmək, həmçinin əməkdaşlığı təhlil ətmək və genişləndirmək məqsədi ilə ikitərətli görüşlər və məsləhətləşmələr keçirə bilərlər.
2. Görüşlər növbə ilə Azərbaycanda və Türkiyədə keçirilir.
Maddə 8
Mübahisələrin həlli
Bu Sazişin təfsiri və ya tətbiqi ilə əlaqədar ortaya çıxan mübahisəli məsələlər 6-cı maddədə göstərilən səlahiyyətli orqanlar arasında dostcasına məsləhətləşmələr və diplomatik kanallarla həyata keçirilən danışıqlar vasitəsilə həll edilir.
Maddə 9
Bu Sazişin digər beynəlxalq müqavilələrlə əlaqəsi
Bu Saziş Tərəflərin digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə xələl gətirmir.
Maddə 10
Xərclər
1. Tərəflər arasında yazılı şəkildə başqa cür razılıq əldə olunmadığı təqdirdə, bu Saziş çərçivəsində hər hansı sorğunun həyata keçirilməsindən yaranan xərclər sorğu edilən Tərəfin hesabına ödənilir. Sorğunun icrası ilə əlaqədar nəzərə çarpacaq dərəcədə və ya əlavə xərclərin tələb olunduğu təqdirdə, səlahiyyətli orqanlar sorğunun həyata keçirilməsi ilə əlaqədar şərt və müddəaları, o cümlədən xərclərin bölüşdürülməsi vasitələrini müəyyən etmək üçün bir-biri ilə məsləhətləşmələr aparırlar.
2. Başqa cür razılıq əldə olunmadığı təqdirdə, görüşlərlə bağlı yaranmış xərclər qəbul edən Tərəfin hesabına nümayəndə heyətlərinin beynəlxalq səfər və qalma xərcləri isə göndərən Tərəfin hesabına ödənilir.
Maddə 11
Əməkdaşlıq zamanı istifadə ediləcək dil
Bu Saziş çərçivəsində əməkdaşlıq məqsədi ilə Tərəflər özlərinin rəsmi dillərindən istifadə edir və sorğu edilən Tərəfin rəsmi dilində xxxx tərcümələri əlavə edirlər və ya ingilis dilindən istifadə edirlər.
Maddə 12
Yekun müddəalar
1. Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
2. Bu Saziş 5 (beş) il müddətinə bağlanılır və Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə ən azı 6 (altı) ay qalmış onu ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə digər Tərəfə yazılı bildiriş vermədiyi təqdirdə, avtomatik olaraq növbəti 5 (beş) illik müddətlərə uzadılır.
3. Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsini təşkil edən ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Sazişin 12-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan qaydada qüvvəyə minir.
Bunun təsdiqi olaraq, bu Saziş hökumətləri tərəfindən müvafiq qaydada səlahiyyətləndirilmiş, aşağıda imza edən şəxslər tərəfindən Ankara şəhərində 2013-cü il 13 noyabr tarixində, hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası | Türkiyə Respublikası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |